300
görünür. Amma mövzunu “qapatmaq” yox, ona yeni müstəvidə
yanaşmaq lazım gəlir. Yuxarıda göstərdik ki, indiki-gələcək za-
manın qrammatik forması olan -ar
2
morfemi “yar” leksemindən
törəmə hesab edilə bilər. Bu mənada -an
2
feli sifət şəkilçisi də
“-ar” şəkilçisinin fonetik dəyişikliyə uğramış variantlarından biri
kimi götürülə bilər. Bir neçə fakta diqqət yetirək:
-ar
2
morfemi tarixən həm də feli sifət şəkilçisi kimi çıxış
edib: görər-görən. “Görər gözüm aydını oğul!” (“Kitab”);
− Orxon-Yenisey abidələrinin dilində “-ür”feli sifət şəkil-
çisinə rast gəlinir ki, bu da “-an
2
” feli sifət şəkilçisi ilə eyni xətdə
birləşir: körür-görən, bilir-bilən. “Körür gözüm görməz təg, bilir
biligim bilməz təg boltı...”; keçmiş zaman məzmunlu “-dıq
4
” feli
sifət şəkilçisinin -dıq
4
keçmiş zaman şəkilçisindən törəməsi tür-
kologiyada birmənalı olaraq qəbul edilir. Yaxud türkologiyada xü-
susi olaraq vurğulanır ki, keçmiş zaman məzmunlu -mış
4
feli sifət
şəkilçisi -mış
4
nəqli keçmiş zaman şəkilçisindən, gələcək zaman
məzmunlu -acaq
2
feli sifət şəkilçisi -acaq
2
qəti gələcək zaman şə-
kilçisindən, gələcək zaman məzmunlu -ası
2
feli sifət şəkilçisi felin
lazım şəklinin morfoloji göstəricisindən (gələcək zaman məzmun-
lu -ası
2
şəkilçisi) törəyib.
Bu mənada daha çox indiki zaman mənasını ifadə edən
-an
2
(əslində, -ar
2
) feli sifət şəkilçisi -ır
4
, -ar
2
indiki zaman şəkil-
çisi əsasında yaranıb – fikri də məntiqli hesab oluna bilər. Bu, öz
təsdiqini yuxarıdakı nümunələrdə də tapır (görər-görən...). Burada
onu da vurğulayaq ki, təqdim etdiyimiz faktlar -an
2
şəkilçisinin
etimologiyası ilə bağlı türkologiyadakı ehtimal və gümanlara da
işıq salır. Burada bir fikri xatırlatmaqla kifayətlənirik: “Çox gü-
man ki, bu şəkilçi (-an
2
feli sifət şəkilçisi nəzərdə tutulur – Ə.T.)
dilimizdə ilk dəfə zaman şəkilçisi kimi formalaşmış, sonra feli
sifət düzəltməyə xidmət etmişdir, çünki iş, hal və hərəkət və
bununla bağlı olan zaman məzmunu yarandıqdan sonra həmin iş,
hal və hərəkətlə bağlı əlamət məzmunu yarana bilər”
1
.
1
H.Mirzəyev. Azərbaycan dilində fel. Bakı, 1986, səh.263.
“Dədə Qorqud”un möcüzələr dünyası
301
Yeri gəlmişkən, “bu şəkilçinin (-an
2
şəkilçisi – Ə.T.) mənşə-
yini vaxt, zaman məzmunlu “an” ismində axtarmaq lazımdır”, -
deyən K.Bəşirov yuxarıdakı fikirləri də düzgün hesab edir:
“...B.Serebrennikovun yuxarıdakı mülahizəsinə – feli sifət şəkil-
çilərinin isimdüzəltmə funksiyasına H.Mirzəyevin fikirlərinin
məntiqi davamı kimi yanaşmaq lazım gəlir. Yəni -an, -ən göstə-
riciləri əvvəllər müstəqil zaman bildirən morfem olmuş, sonradan
addüzəltmə funksiyası qazanaraq əvvəlcə feli sifət, daha sonra
isim yaratmaya xidmət etmişdir”
1
.
Araşdırmalar göstərir ki, “Kitab”ın dilində indiki zaman
məzmunlu -an
2
şəkilçisi ilə yanaşı, -ar
2
şəkilçisi də işlənib (yaran-
ma tarixi baxımından -ar
2
feli sifət şəkilçisi daha qədimdir). Bu şə-
kilçilərin hər birinə mətn daxilində diqqət yetirək:
-ar
2
şəkilçili feli sifətlər:
qaçar-qaçan. “Qaçar keyiklərinə qarğamağıl...”
kəsər-kəsən. “Çalıb-kəsər uz qılıcı müxənnətlər çalınca, çal-
sa, yeg!”
görər-görən. “Görər gözüm aydını oğul!”
tutar-tutan. “Tutar mənim əllərim tutmaz oldı”.
Ağlar-ağlayan. “Yedi qız qardaşıη yedi yol ayırdında ağlar
gördüm, Bamsı!..”
-ar
2
şəkilçili feli sifətlərin inkar forması (-maz
2
)
da “Kitab”ın
dili üçün səciyyəvidir: tutmaz. “Tutar mənim əllərim tutmaz oldı”;
sökəməz “Ala yılan sökəməz anuη ormanı olur”.
“Kitab”ın dilində eyni felə müxtəlif məqamlarda həm -ar
2
,
həm də -an
2
feli sifət şəkilçilərinin qoşulmasına təsadüf olunur ki,
bu da, bir tərəfdən, həmin morfemlərin paralel olaraq işlənməsini,
digər tərəfdən, -an
2
şəkilçisinin məhz -ar
2
əsasında yarandığını sü-
but edir. Burada “dəpmək” (getmək, durmaq) felinin -ar
2
və -an
2
feli sifət formaları ilə işlənməsinə mətn daxilində nəzər salaq: “Qı-
rış güni ögdin dəpər alpımız, - Salur Qazan!” (D-269); Qırış güni
ögdin dəpən alpımız Salur oğlı Qazan!” (D-231). -ar
2
və -an
2
pa-
1
K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər.Bakı,2009, səh.182.
“Dədə Qorqud”un möcüzələr dünyası
302
ralelliyi aydın şəkildə görünən bu tip faktlar türkologiyadakı ”-ən,
-an, -yən, -yan...feli sifət şəkilçiləri özünün mənşəyi etibarilə bir
çox türk dillərində məhsuldar olan -kan, -ken, -qan, -ğan şəkilçilə-
rilə əlaqədardır”
1
kimi fikirlərlə əks qütblərdə dayanır.
- an
2
şəkilçili feli sifətlər
binən-minən.”Qaraquc ata binənlər vardı, gəldi”
gətürən-gətirən. “Ölüsü xəbərin gətürənə qız qardaşım verər-
dim...”
gəlməyən. “Qonağı gəlməyən qara evlər yıqılsa, yeg!”
yemiyən-yeməyən. “At yemiyən acı otlar (bitincə) bitməsə,
yeg”
turan-duran. “Alan sabah yerindən turan qızlar!”
girən. “Ağ otağı qoyuban qara otağa girən qızlar!”
Nümunələrdəki -an
2
feli sifət şəkilçisi müasir ədəbi dilimiz-
də eynilə mühafizə olunur. Bir cəhəti də qeyd edək ki, -an
2
, eləcə
də -ar
2
feli sifət şəkilçiləri daha çox indiki zaman məzmunlu mor-
femlər kimi səciyyələndirilir. Amma bu tip morfemləri həm də za-
manı konkret yox, ümumi şəkildə ifadə edən qrammatik vasitələr
kimi xarakterizə etmək lazım gəlir. H.Mirzəyevin arqumentləşdi-
rilmiş fikirləri də dediklərimizi təsdiqləyir: “-y (-an), -ən şəkilçili
feli sifətin zamanını düzgün müəyyənləşdirmək üçün cümlənin
ümumi məzmunu, cümlədəki felin zamanı, feli sifətin əmələ gəl-
diyi sözün məna çalarlığı, bunun məcazi məna kəsb edib-etməmə-
si, hansı söz və ya birləşmələrlə yanaşı işlənməsi və s. əlbəttə, nə-
zərə alınmalıdır. Lakin bu üslubi məqamlar qrammatik xüsusiyyət
üçün əsas ola bilməz”
2
.
Feli bağlama şəkilçiləri. “Kitab”ın dilində bir sıra feli bağ-
lama şəkilçili sözlər indiki zaman mənasını konkretləşdirməyə,
qüvvətləndirməyə xidmət edir. Nümunə olaraq aşağıdakıları gös-
tərmək olar:
-ıb
4
: çağırıb. “Çağırıb xatunına soylar”;
1
H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.168.
2
H.Mirzəyev. Azərbaycan dilində fel. Bakı, 1986, səh.264.
“Dədə Qorqud”un möcüzələr dünyası
303
-madın: olmadın. “Əgər sağdır, əsəndir, axşam olmadın genə
mən saηa gəlürəm”.
Gələcək zamanın əsas morfoloji göstəriciləri
Qeyd etdiyimiz kimi, türk dillərində, o cümlədən Azərbay-
can dilində gələcək zamanın qrammatik formaları keçmiş və indi-
ki zamanlara nisbətən sonrakı dövrlərdə formalaşıb. Digər tərəf-
dən, “gələcək zaman keçmiş və indiki zamanlarla müqayisə olu-
narsa, dildə nisbətən az işlənir”
1
. “Kitab”ın dilində də gələcək za-
manın morfoloji göstəricilərinə az rast gəlinir. Konkret desək, be-
lədir: iş və hərəkətin gələcəkdə qəti şəkildə icra olunacağını ifadə
edən -acaq
2
formasına təsadüf olunmur. Amma bu da var ki,
“Kitab”ın dilində -acaq
2
forması feli sifət şəkilçisi kimi işlənib:
“Baybican bəg ol saηa verəcəgi qızı Beyrəgə verdi”; “Yatacaq
yermi buldun”...; -ar, -ər, -ur, -ür forması “Kitab”ın dilində təkcə
indiki yox, həm də gələcək zaman mənasını ifadə edir. Bu şəkilçi-
lərin “Kitab”da hansı zamanı bildirməsi isə mətnin ümumi seman-
tik yükünə istinadən dəqiqləşdirilir: “gör-ər-mi-sin xəbərində olan
“-ər” şəkilçisi müasir dildəki “-ur” (gör-ür-mü-sən) şəkilçisi mə-
nasına, qovar sözündə olan “-ar” şəkilçisi müasir dildəki “-ur”
(qov-ur) şəkilçisi mənasına, götürər sözündəki “-ər” şəkilçisi müa-
sir dildəki “-ır” (gətirir) şəkilçisi mənasında işləndiyi kimi: “urar”
xəbərindəki “-ar” şəkilçisi müasir dildəki “-acaq” (vur-acaq) şəkil-
çisi mənasına, “öldürər” sözündəki “-ər” şəkilçisi isə müasir dildə-
ki “-əcək” (öldür-əcək) şəkilçisi mənasına işlənmişdir. Deməli,
əvvəlki xəbərlərdəki “-ar, -ər” şəkilçisi müasir Azərbaycan dilin-
dəki -ür, -ur, -ır şəkilçiləri əvəzinə, sonrakı xəbərlərdəki “-ar, -ər”
isə müasir Azərbaycan dilində gələcək zamanı bildirmək üçün
işlənən -acaq, -əcək əvəzinə işlənmişdir”
2
. Bütün bunlar “Ki-
1
A.Axundov. Felin zamanları. Bakı, 1961, səh.85.
2
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.92.
“Dədə Qorqud”un möcüzələr dünyası
304
tab”ın dilində gələcək zamanın əsas morfoloji göstəricilərinin tam
formalaşmamış vəziyyətdə olduğunu bir daha təsdiq edir.
-ar, -ər, -ur, -ür morfemlərinin gələcək zaman mənasında
çıxış etməsini mətn daxilində nəzərdən keçirək:
öldürər. “Anlar bizə yetsə, öldürər”;
urar-vuracaq, öldürər-öldürəcək. “Keyikə atarkən oqla səni
urar, öldürər”;
deyələr-deyərlər. “Qaηlı qoca oğlı Qanturalı netmiş de-
yələr”...;
bilür-bilər. “Getdikdə yeriη otlaqların keyik bilür”. Bu nü-
munədəki “bilmək” feli “tanımaq” mənasındadır. “Kitab”ın dilin-
də, daha dəqiqi, “müqəddimə”sində “bilür” (bilər) felinin ardıcıl
sıralanmış atalar sözlərinin sonunda on bir dəfə təkrarlanmasına,
epifora silsiləsi yaratmasına rast gəlinir. Deməli, həmin mətndəki
(D-5) poetik mənanın qüvvətləndirilməsində “-ür” morfemi xüsusi
çəkiyə malikdir;
Bu tip nümunələrdən əlavə, “Kitab”ın dilində -ar şəkilçisi-
nin inkar formasına da (-maz
2
) rast gəlinir: gəlməzəm-gəlmərəm.
“Dəxi səniη yüzüηə mən gəlməzəm”.
Gələcək zamanın ikinci dərəcəli
morfoloji göstəriciləri
Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində felin
təsriflənən formalarına daxil olan əmr, arzu, vacib, lazım və şərt
şəkillərinin mənaca gələcək zamana aid olmasından, eyni zaman-
da -acaq
2
, -malı
2
, -ası
2
kimi gələcək zaman məzmunlu feli sifət
şəkilçilərinin səciyyəvi cəhətlərindən kifayət qədər bəhs olunub.
Burada onu da vurğulayaq ki, bu formaların hər biri təkcə diaxro-
nik deyil, həm də sinxronik müstəvidə təhlil süzgəcindən keçirilib.
Yeri gəlmişkən, “Kitab”ın dilindəki gələcək zamanın ikinci dərə-
cəli morfoloji göstəriciləri bir sıra məqalə və monoqrafiyalarda
“Dədə Qorqud”un möcüzələr dünyası
305
araşdırma obyekti kimi götürülsə də, problemə kompleks və
sistemli şəkildə yanaşılmayıb. Bu mənada türkologiyanın son
nailiyyətlərinə istinad etməklə aşağıdakıları söyləmək olar.
Əmr şəkli. Bəllidir ki, felin əmr şəkli heç bir xüsusi morfo-
loji göstəriciyə malik deyil, əmrin ifadəsi isə şəxs şəkilçiləri vasi-
təsilə reallaşdırılır. Burada əmr şəklinin mənaca nisbətən gələcək
zamanı bildirməsini geniş şəkildə araşdırmış M.Hüseynzadənin bir
fikri yada düşür: “...Bu, məntiq etibarı ilə də doğrudur, çünki keç-
mişdə icra olunmuş iş haqqında indiki zamanda əmr etmək qeyri-
mümkündür. Əmr gələcək üçün verilir. Bu gələcəyin indiki zama-
na nisbətən uzaq və yaxınlığı qeyri-müəyyən olur. Əmr cümlə-
sinin ümumi məzmunu gələcək zamanın uzaq və yaxınlığını mü-
əyyən edir”
1
. Müəllifin qənaətləri elmi və inandırıcıdır. “Kitab”ın
dilindəki əmr şəklinə də məhz bu cür fikirlər kontekstində yanaş-
maq lazımdır. Bəri başdan qeyd edək ki, “Kitab”ın dilində əmr
şəklində işlənmiş sözlər intensivliyi və zənginliyi ilə diqqəti cəlb
edir. Hətta əmr şəklində işlənmiş söz, daha doğrusu, xəbəri felin
əmr şəkli ilə ifadə olunmuş cümlə “Kitab”dakı bir sıra obrazların
dilinin fərdiləşdirən, fərqləndirən nitq detallarından biri kimi çıxış
edir. Məsələn: “Başın kəs!” cümləsinə yalnız Qazan obrazının di-
lində təsadüf olunur; Qazan xanın dilindən verilmiş sonuncu cüm-
lə də məhz “Başın kəs!”-dir... Bu mənada “Kitab”ın dilindəki
əmr şəklini şəxslər üzrə nəzərdən keçirərkən yalnız bəzi xarakterik
nümunələri təqdim etməyi məqsədəuyğun hesab edirik:
I şəxsin təki. -ayın, -əyin, -ayım, -əyim forması: varayın-
varım, öldürəyin-öldürüm. “Kafərə mən varayın, yeηidən toğayın
öldürəyin”; öləyim-ölüm. “Ölürsəm səniη uğruηa bən öləyim”;
II şəxsin təki. -ğıl, -gil forması: vergil-ver. “Altuηdağı Al ay-
ğırı maηa vergil!”; varğıl-var (get). “Ağ alınlu Bayındır xanıη
divanına dünin varğıl!”. II şəxsin təkinin şəkilçisiz, daha doğrusu,
feil kökləri ilə ifadə olunması: kəs. “...mənim başımı kəs!”;
1
M.Hüseynzadə. Müasir Azərbaycan dili. Bakı, 1983, səh.187.
“Dədə Qorqud”un möcüzələr dünyası
306
III şəxsin təki. -sun, sün forması: tursun-dursun, getsün-
getsin. “Gərək tursun, gərək getsün!”;
I şəxsin cəmi. -avuz, -əvüz, -alım, -əlim, -yalım, -yəlim for-
ması: verəvüz-verək. “Andan soηra qızı verəvüz!”; yüriyəlim-yü-
riyək (duraq gedək), av avlıyalım – ov ovlayaq, quş quşlıyalım-
quş quşlayaq (quş vuraq), sığın, keyik yıqalum- sığın, keyik yıxaq,
qayıdalım-qayıdaq, düşəlim-düşək, yeyəlim-içəlim-yeyək-içək,
xoş keçəlim-xoş keçirək (günümüzü xoş keçirək). “Yüriyəlim, a
bəglər! Av avlıyalım, quş quşlıyalım, sığın, keyik yıqalum,
qayıdalım otağımıza düşəlim: yeyəlim-içəlim, xoş keçəlim!”;
II şəxsin cəmi. -ıη, -iη, -uη, -üη, -iηüz, -üηüz, -ηuz forması:
qonduruη-qondurun (oturdun). “Kimüη ki oğlı-qızı yoq, qara
otağa qondurıη...; gətürüη-gətirin. “...qara qoyun yəxnisindən ögi-
nə gətürüη”; yegüηiz-içüηiz-yeyin-için, söhbətiηüz tağıtmaηuz-
söhbətinizi davam edin, dağıtmayın. “Siz yegüηiz-içüηiz,
söhbətiηüz tağıtmaηuz”; II şəxsin cəmində -ıη
4
şəkilçisinin “-η”
formasında işlənməsinə də rast gəlinir (sonu saitlə bitən feillərdə):
döşəη-döşəyin. “...qara keçə altına döşəη...”;
III şəxsin cəmi. -sunlar, -sünlər forması: bilməsünlər-bilmə-
sinlər, tuymasınlar-duymasınlar. “Səni kafərlər bilməsünlər, tuy-
masunlar”. “Kitab”ın dilində az təsadüf olunan bu forma ilə
ahəngdarlığın yaradılması, obrazlılığın gücləndirilməsi də diqqəti
cəlb edir:
“Qoy bəni, qadın ana, çəngələ ursunlar!
Qo ətimdən çəksünlər,
qara qaurma etsünlər,
qırq bəg qızınıη öginə ilətsünlər”.
Felin əmr şəklində işlənmiş yuxarıdakı sözlərin hər biri mə-
naca gələcək zamanı ifadə edir ki, bu da şəxs şəkilçiləri və əmr
intonasiyası ilə yaradılıb.
Arzu mənasını ifadə edən -a
2
forması
I şəxsin təki: yiyəm-yeyəm. “Mərə qocalar, ekindü vəqti mu-
nı maηa çevirəsiz, yiyəm”;
“Dədə Qorqud”un möcüzələr dünyası
307
II şəxsin təki:alasan.“...bir cici-bici türkman qızını alasan...”;
III şəxsin təki: çala. “Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala”;
I şəxsin cəmi: müşahidə olunmur (yazılı abidələrimizin dilin-
də XVII əsrdən sonra işləndiyi göstərilir);
II şəxsin cəmi: verəsiz. “...qırq yerdən avaz verəsiz”;
III şəxsin cəmi: müşahidə olunmur.
Bu nümunələrdə arzu mənasını ifadə edən -a
2
formasını qə-
bul etmiş sözlər (yiyəm, alasan, çala, verəsiz) mənaca gələcək za-
man bildirir.
-sa
2
forması (şərt şəklinin morfoloji göstəricisi). Bu forma
“Kitab”ın dili üçün də səciyyəvidir:
I şəxsin təki: varsam (getsəm). “...şülən yeməgiη yanına var-
sam”;
II şəxsin təki: görsəη-görsən. “Ac görsəη, toyurğıl!”;
III şəxsin təki: baqsa-baxsa.“Kimə baqsa, eşqilə oda yaqar!”;
I şəxsin cəmi: müşahidə olunmur;
II şəxsin cəmi: müşahidə olunmur;
III şəxsin cəmi: yetsəvüz-yetsək. “...biz anlara yetsəvüz, öl-
dürəriz”.
Göründüyü kimi, varsam, görsəη, baqsa və yetsəvüz sözlə-
rindəki gələcək zaman mənası birbaşa -sa
2
forması ilə bağlıdır.
“-maq+gərək” forması (vacib şəklinin forması). Gələcək
zaman mənasını ifadə edən bu forma “Kitab”ın dili üçün də səciy-
yəvidir: ilərü turmaq gərək – irəli durmaq lazımdır. “Çün böylə ol-
dı, həman ilərü turmaq gərək, bəg oğlı!”; evərmax gərək – evlən-
dirmək lazımdır. “Oğıl, ya səni evarmaxmı gərək?”
-sa
2
+ gərək forması (vacib şəklinin forması). Bu forma
“Kitab”ın dilində daha intensivdir: olsa gərək. “...alacağı ala gözli
qızıη otağı olsa gərək”.
Bu nümunəklərdə “-maq+gərək” və “-sa
2
+gərək” forma-ları
ilə həm də gələcək zaman mənasının ifadə edildiyi aydın şəkildə
görünür. Bir cəhəti də qeyd edək ki, “Kitab”ın dilində vacib şəkli-
nin -malı
2
formasına rast gəlinmir.
“Dədə Qorqud”un möcüzələr dünyası
308
-ası, -əsi (lazım şəklinin forması). Gələcək zaman məzmunlu
bu forma “Kitab”ın dilində o qədər də intensiv görünmür: “Bəli
xanım, bulasıyam...”; Burada bir məqamı da qeyd edək ki, H.Mir-
zəzadə Azərbaycan yazılı abidələrinin dilində işlənən -ası
2
forma-
sını felin lazım şəklinin şəkilçisi kimi deyil, gələcək zamanın bir
növü kimi izah edir: “-(y) -əsi, -ası şəkilçisi ilə - (y) -əcək, -acaq
şəkilçisi arasında möhkəm məna əlaqəsi olmuş, hər iki forma qəti
gələcək zamanı bildirmişdir... –(y)-əsi, -ası şəkilçisi ilə düzələn
gələcək zaman çox hallarda üçüncü şəxslə ifadə edildiyi üçün
özündən sonra –dır şəkilçisi qəbul etmişdir...”
1
. Bu qeydlərlə razı-
laşmaq olar. Amma “Kitab”ın dilindəki nümunələr (bulasıyam,
xərab olası...), eyni zamanda sonrakı dövr ədəbi dilimizdəki fakt-
lar (varəsidür – Q.Burhanəddin; yanasıdır – Nəsimi; Əfğan edəsi-
dur – Xətai; məfhum olasıdur – Kişvəri...) -ası
2
şəkilçisini felin
lazım şəklinin forması kimi təqdim etməyə imkan verir. Bu forma
müasir ədəbi dilimizdə tam sabitləşmiş şəkildədir.
Buraya qədər dediklərimiz “Kitab”ın dilindəki -ayın, -əyin,
-ayım, -əyim, -ğıl, -gil, -sun, -sün, -avuz, -əvüz, -alım, -əlim,
-yalım, -yəlim, -ıη, -iη, -uη, -üη, -iηüz, -üηüz, -ηüz, -sunlar,
-sünlər (əmr şəkli üzrə şəxs sonluqları), -a
2
(arzu şəkli), -sa
2
(şərt
şəkli), -maq
2
+gərək, -sa
2
+gərək (vacib şəkli), -ası
2
(lazım şəkli)
formalarının gələcək zamanın ikinci dərəcəli morfoloji göstəricilə-
ri kimi çıxış etdiyini qabarıq şəkildə göstərir.
Feli sifət şəkilçiləri. Türkoloji ədəbiyyatda –acaq
2
, -ası
2
, -
malı
2
, -ar
2
, -ır
4
və s. şəkilçilər təkcə feil şəkillərinin formaları ki-
mi yox, həm də gələcək zaman məzmunlu feli sifət şəkilçiləri ki-
mi təqdim olunur. -ar
2
və -ır
4
şəkilçiləri barədə K.Bəşirov yazır:
“Bu şəkilçilər bir çox türk dillərində gələcək zamanla yanaşı, in-
diki zamanı da ifadə etdiyindən türkologiyada bu şəkilçilərlə ya-
ranan feli sifətlər indiki və indiki-gələcək zaman feli sifətləri də
adlanır. Bu onunla izah olunur ki, həmin şəkilçilər hərəkəti gələ-
cəyə bağlamaqla yanaşı, ona daimilik əlaməti verərək ismə çevir-
1
H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.160.
“Dədə Qorqud”un möcüzələr dünyası
309
mək imkanı yaradır”
1
. -ar
2
şəkilçili feli sifətlərin bu cür qrammatik
semantikasından əvvəlki səhifələrdə bəhs etdiyimiz üçün, eləcə də
-malı
2
forması “Kitab”ın dilində işlənmədiyinə görə burada yalnız
gələcək zaman məzmunlu -acaq
2
və -ası
2
feli sifət şəkilçilərini
“Kitab”ın dili kontekstində araşdırmağı məqsədəuyğun bilirik:
–acaq
2
Dostları ilə paylaş: |