il ömür sürmüşdü (İ.Əfəndiyev)
1
. Yuxarıda təqdim etdiyimiz üç
gün, bir ay, yedi gün yedi gecə və s. kimi birləşmələr də məhz
zaman miqdarı ifadə edən miqdar zərflikləridir. Burada bir detala
da aydınlıq gətirmək lazım gəlir: birləşmələrdəki “gün” sözü
“gündüz” mənasında çıxış edir. İ.Tahirov “gün” sözünün bu se-
mantik yükünü daha geniş müstəvidə araşdırıb: “Gün” sözünün iş-
tirakı ilə yaranan birinci növ təyini söz birləşmələri bir çox hal-
larda “gecə” sözünün iştirakı ilə yaranmış müvafiq birinci növ
təyini söz birləşmələrinə əks məna yaradır, yəni “gün” sözü o hal-
da “gündüz” mənasında işlənir: Sən olanda üç gün - üç gecə ayaq
üstə olmuşam (Dan.)”
2
;
– əsas tərəfi zaman məzmunlu “gün” və “yil” isimləri, asılı
tərəfi “hər” təyini əvəzliyi ilə ifadə olunanlar:
hər gün. “Hər gün Beyrəgi görməgə gəlürdi” (D-97);
hər yil (il). “Hər yil altun-aqça gəlürdi, yigidə-bəgə verirdiη,
xatirləri xoş olurdı” (D-235);
– əsas tərəfi “zəman”, asılı tərəfi ”axır” (son) sözləri ilə ifadə
olunanlar;
axır zəman (zaman). “Axır zəmanda xanlıq gerü – Qayıya
dəgə, kimsənə əllərindən almıya” (D-2);
– əsas tərəfi “dəfə” anlamlı “gəz” və “kərrə” (kərə) zərfləri,
asılı tərəfi “bir” sayı və “bu” işarə əvəzliyi ilə ifadə olunanlar:
bir gəz. “Bir gəz adam ətinə toyam, derdim”;
bu kərrə. “Bu kərrə at oğlanıη biləgindən boşandı, qaçdı”
(D-265).
1
Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.150.
2
İ.Tahirov.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007,
səh.225.
“Dədə Qorqud”un möcüzələr dünyası
320
Təqdim etdiyimiz I növ təyini söz birləşmələrinin ümumi
mənzərəsi aşağıdakıları da söyləməyə imkan verir:
– bu tip birləşmələrin asılı tərəfində ol, bu, hər əvəzlikləri,
əsas tərəfində isə gün, zəman, vəqt və s. kimi zaman məzmunlu
isimlər üstün mövqedə görünür;
– bu tip birləşmələrin hamısı cümlədə zərflik vəzifəsində çı-
xış edir. Daha dəqiqi, əksəriyyəti zaman zərfliyi (ol gün, bu
gün...), bir qismi isə zaman miqdarını bildirən miqdar zərfliyi (üç
gün, bir yil...) vəzifəsində işlənir...;
– birləşmələrin birinci tərəfində “bir” sayının intensivliyi
açıq-aydın şəkildə görünür (bir gün, bir ay, bir yil, bir gecə...);
– bu tip birləşmələrdən sonra qoşmaların işlənməsinə az tə-
sadüf olunur: qırq günə dəkin (qırx günədək). “Qırq günə dəkin
sıravardı geyəgüz” (D-89); üç yıladaq (üç ilədək). “Üç yıladaq taşı
düşdigi yeriη otı bitməzdi” (D-57).
– bu tip birləşmələrdə hər üç zaman (keçmiş, indiki, gələcək)
mənasının ifadə olunduğu mətn kontekstində asanlıqla müəyyən-
ləşir. Amma onu da qeyd etməyi vacib hesab edirik ki, “Kitab”ın
dilində keçmiş zaman mənasını ifadə edən I növ təyini söz bir-
ləşmələri daha üstün mövqedə çıxış edir. Bu da, heç şübhəsiz ki,
“Dastan” poetikası ilə bağlıdır.
Zaman anlayışının II növ təyini
söz birləşmələri ilə ifadəsi
Qorqudşünaslıqda bu tip birləşmələrdən müəyyən qədər bəhs
olunub. Məsələn, E.Hümbətov II növ təyini söz birləşmələrinin se-
mantik variantlarından bəhs edərkən göstərir: “Birləşmənin birinci
tərəfi ikinci tərəfi zaman baxımından təyin edir. Müq.et: sağış
günü (KDQ, 32), qocalığım vəqti (KDQ, 74), qırış günü KDQ,
102), qiyamət günü (KDQ, 125), ayna günü (KDQ, 32)”
1
. İlk ola-
1
E.Hümbətov. “Kitabi-Dədə Qorqud” dastanlarının dilində təyini söz birləşmələri.
NDA, Bakı, 2002, səh.21.
“Dədə Qorqud”un möcüzələr dünyası
321
raq qeyd edək ki, müəllif nümunələri “Kitab”ın 1988-ci il Bakı
nəşrindən götürüb. İkincisi, müəllifin təqdim etdiyi birləşmələrin
heç biri mətn daxilində konkret olaraq II növ təyini söz birləşməsi
deyil. Həmin birləşmələri belə səciyyələndirmək olar: “sağış güni”
və “qiyamət güni” II növ təyini söz birləşməsi modelində olan fra-
zeoloji vahidlərdir; “qocalığın vəqti”, “qırış güni”, “ayna güni”
birləşmələri mətndən kənar II növ təyini söz birləşməsi kimi gö-
rünsə də, mətn kontekstində feli birləşmənin birinci tərəfi funksi-
yasındadır. Daha dəqiqi, belədir: “qocalığım vəqti aldırduğım”
(“Qocalığım vəqti aldurdığım yalηuz oğul!”; D-141); “qırış güni
ögdin dəpən” (“Qırış güni ögdin dəpən alpımız Salur oğlı Qa-
zan!”; D-231); “ayna güni oqıyanda” (“Ayna güni oqıyanda qutbə
görkli”. D-6). Deməli, ilk iki nümunə feli sifət tərkibli, sonuncusu
isə feli bağlama tərkiblidir. Yaxud R.Kamal “Kitab”dakı “şivən və
öfkə”: oğuz impulsivliyi” məsələlərini təhlil süzgəcindən keçirər-
kən maraqlı mülahizələr irəli sürür: “...epos poetikasında “ömrün
sonu” (“ölüm vəqti”, “axır zaman”, “axır vəqti”) leksik zamanı ay-
rıca ekzistensial dəyərə malikdir. Bu inanc-dəyər duyğusu yumlar-
da da əksini tapır: “Ölüm vəqti gəldügində arı imandan ayırma-
sun!”; “Axır vəqtində arı imandan ayırmasun!”
1
. Düzdür, zaman,
vəqt (vaxt), axır, son, ölüm kimi sözlər leksik zamanın ifadə va-
sitələridir. Amma “Kitab”ın dilində feli birləşmənin birinci tərəfi
kimi işlənmiş “ölüm vəqti” II növ təyini söz birləşməsi (Ölüm
vəqti gəldügində arı imandan ayırmasun!”), eləcə də digər iki
birləşmə (axır zəman, axır vəqti) leksik zaman mənasında çıxış
etsə də, əslində, sintaktik zamanın ifadə vasitələridir.
Yanaşma-uzlaşma əlaqəsi ilə qurulan II növ təyini söz
birləşmələri sistemində zaman anlayışını ifadə edən birləşmələrə
də rast gəlinir. Bəri başdan deyək ki, “Kitab”ın dilində bu tip
birləşmələr o qədər də intensiv görünmür.
1
R.Kamal. “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanı: miforitual aspekt.
Bakı, 2013, səh.125.
“Dədə Qorqud”un möcüzələr dünyası
322
Heç şübhəsiz ki, zaman anlayışını ifadə edən II növ təyini
söz birləşmələri leksik-semantik baxımdan qruplaşdırılarkən bir-
ləşmə daxilində sintaktik zamanı reallaşdıran sözlərin rolu, daha
doğrusu, semantik yükü nəzərə alınmalıdır. Məsələn, “dün uyxu-
su” (gecə yuxusu) birləşməsində sintaktik zaman mənası daha çox
birinci tərəfdəki “dün” sözünə görə reallaşırsa, “sağış güni” birləş-
məsində ikinci tərəfdəki “gün” sözünə görə yaranır. Yaxud “ekin-
dü vəqti” (günorta üstü) birləşməsində hər iki tərəf sintaktik zama-
nı reallaşdıran vasitələr kimi çıxış edir. Bu mənada “Kitab”ın di-
lində zaman anlayışını ifadə edən II növ təyini söz birləşmələrini
aşağıdakı kimi qruplaşdırmaq olar:
– hər iki tərəfi zaman məzmunlu sözlərdən ibarət olanlar:
ekindü vəqti (günorta üstü). “Mərə qocalar, ekindü vəqti
munı maηa çevirəsiz, yiyəm” (D-226);
ayna güni (cümə günü). Qeyd etdiyimiz kimi, bu birləşmə
“Kitab”ın dilində müstəqil şəkildə yox, feli bağlama tərkibinin bi-
rinci tərəfi kimi işlənib: ayna güni oqıyanda (Ayna güni oqıyanda
qütbə görkli).
− birinci tərəfi zaman məzmunlu isimlərlə ifadə olunanlar:
dün burcığı (gecə yarısı). “...dün burcığında Qazan bəgiη
ordısına gəldi” (D-38);
dün uyxusı (gecə yuxusu). “Dün uyxusından kafər otağa qo-
yuldı” (D-90). Bu cümlədəki “dün uyxusı” birləşməsi “gecə yu-
xusu vaxtı” mənasındadır.
− ikinci tərəfi zaman məzmunlu sözlərlə ifadə olunanlar:
Rəsul əleyhissəlam zəmanı (Məhəmməd peyğəmbərin za-
manı). “Rəsul əleyhissəlam zəmanına yaqın Bayat boyından, Qor-
qut ata diyərlər, bir ər qopdı” (D-2). Bu birləşmə formasına görə II
növ təyini söz birləşməsi modelində olsa da, semantikasına görə
III növ təyini söz birləşməsi funksiyasındadır.“Rəsul əleyhissəlam
zəmanı” birləşməsi ayrılıqda deyil, “zaman etibarilə uzaq olma-
yan” (yuxarıda verilmiş cümlədəki “yaqın” sözü nəzərdə tutulur)
anlamlı “yaqın” (yaxın) sözü ilə birlikdə zaman zərfliyi vəzifəsin-
dədir;
“Dədə Qorqud”un möcüzələr dünyası
323
Oğuz zəmanı (Oğuz zamanı). “Oğuz zəmanında bir yıgıt ki,
evlənsə, ox atardı” (D-89); “Oğuz zəmanında Qanlı qoca, derlərdi,
bir gürbiz ər vardı” (D-170). Bu birləşmə “Kitab”ın dilində intren-
sivliyi ilə fərqlənir;
sağış güni (sayılan gün). “Sağış günində ayna görkli” (D-6).
Qeyd etdiyimiz kimi, “sağış güni” II növ təyini söz birləşməsi
modelində olan frazeoloji vahiddir. Bu birləşmənin birinci tərə-
fində işlənən “sağış” sözünü tarixi-linqvistik müstəvidə araşdırmış
E.Əkbərova yazır: “Qədim türk yazılı abidələrində “hesab, miq-
dar” mənalarında qeydə alınmış “sağış” sözü XVII əsrə qədər
Azərbaycan yazılı ədəbi dil nümunələrində işlənmiş, bundan sonra
isə ərəb mənşəli qiyamət, məhşər sözləri ilə əvəzlənmişdir. Lakin
bu leksem təkcə Azərbaycan dilində deyil, oğuz qrupunun digər
dillərində də öz işlənmə normativliyini itirmişdir. Sağış ismi aşa-
ğıdakı yolla formalaşmışdır:sa–“saymaq,hesablamaq” >say>sağış.
Buradakı ğ-y uyğunluğu türk dillərində məlum fonetik faktdır:
bögür (türk) – böyür (Azərb.), tay (qazax) – dağ (Azərb.) və s.”
1
.
Müxtəlif mənbələrə istinadən söylənmiş bu fikirləri elmi və
inandırıcı hesab etmək olar;
savaş güni (döyüş günü). “Alp yigitlər savaş güni qırımın-
dan qayurırdı? – dedilər” (D-184). Bu tip nümunələr onu deməyə
əsas verir ki, “Kitab”dakı qəhrəmanlıq semantikası həm də sin-
taktik zaman kontekstində obrazlı şəkildə canlandırılıb.
Təqdim etdiyimiz birləşmələr sistemində indiki zaman mə-
nasını ifadə edən birləşmələrə təsadüf olunmur. Digər birləşmələr-
dəki zaman semantikası isə rəngarəngliyi ilə diqqəti cəlb edir: bir
qismi ümumi zaman mənasını ifadə edir (ayna güni, sağış güni);
bir qismi gələcək zaman məqamını ifadə edən birləşmə kimi çıxış
edir (“ekindü vəqti”. Bu birləşmənin daxil olduğu cümlədəki “yi-
yəm” (yeyəm) xəbərinə görə); əksəriyyəti isə keçmiş zaman sfera-
sı ilə zəncirvari olaraq bağlanan birləşmələr kimi görünür (dün
1
E.Ələkbərova. “Kitabi-Dədə Qorqud” Oğuz dilləri kontekstində. NDA, Bakı,
2006, səh.14-15.
“Dədə Qorqud”un möcüzələr dünyası
324
burcığı, dün uyxusı, Oğuz zəmanı...). Sonuncunun üstün mövqedə
çıxış etməsi, heç şübhəsiz ki, “Dastan” poetikası ilə bağlıdır.
Bu bölmənin yekunu olaraq onu da vurğulayaq ki, zaman an-
layışının II növ təyini söz birləşmələri ilə ifadəsi müasir dilimiz
üçün də səciyyəvidir. Müasir dilimizdəki səhər çağı, cümə axşamı,
günorta üstü, gecə yarısı, yaz vaxtı və s. kimi çoxsaylı birləşmələ-
rin birbaşa “Kitab”ın dili ilə səsləşməsi də dediklərimizi arqu-
mentləşdirir.
Zaman anlayışının III növ təyini
söz birləşmələri ilə ifadəsi
“Kitab”ın dilində idarə-uzlaşma əlaqəsi ilə qurulan III növ
təyini söz birləşmələrinin müxtəlif tiplərinə rast gəlinir. Bu sistem-
də tərəfləri isim, sifət, say və s. kimi nitq hissələri ilə ifadə olun-
muş Bayındır xanıη yigitləri, Banıçiçəgiη dadısı, namərdləriη yi-
girmisi, səniη oğlıη kimi çoxsaylı birləşmələr üstün mövqedə çıxış
edir. Amma tərəfləri və tərəflərindən biri zaman məzmunlu söz-
lərdən ibarət III növ təyini söz birləşmələrinə çox az təsadüf olu-
nur. Həmin tip vahidlərin ümumi mənzərəsi aşağıdakı kimidir:
− bir sıra frazeoloji vahidlər III növ təyini söz birləşməsi
modelindədir:
qiyamətin bir güni. “Qiyamətin bir güni oldı” (D-152);
günlərdə bir gün (günlərin bir günü). “Günlərdə bir gün
Yegnək oturub bəglər ilə söhbət edərkən Qaragünə oğlı Budağilə
uz düşmədi” (D-204).
− hər iki tərəfi cəmdə işlənmiş isimlərlə ifadə olunanlar (belə
birləşmələrə “Kitab”ın dilində az təsadüf olunur): kafərlərin ağır
günləriydi. “Məgər ol gün kafərləriη ağır günləriydi” (D-95). Bu
birləşmənin bir sıra səciyyəvi cəhətləri müşahidə olunur: tərəfləri
arasına daxil olan “ağır” təyini ikinci tərəfə aiddir; -di (idi) hissə-
ciyini qəbul etdiyi üçün birbaşa keçmiş zaman mənasını ifadə
edən birləşmə kimi çıxış edir; cümlənin mürəkkəb ismi xəbəri
vəzifəsindədir;
“Dədə Qorqud”un möcüzələr dünyası
325
− birinci tərəfi əvəzlik, ikinci tərəfi zaman məzmunlu isimlə
ifadə olunanlar:
mənim keçmiş günim. “Ola kim, mənim keçmiş günimi aη-
dırtmayasan” (D-246). Bu birləşmənin tərəfləri arasına daxil olan
“keçmiş” feli sifəti ikinci tərəfə aiddir, ikinci tərəfi təyin edir.
Maraqlıdır ki, həmin birləşmə “Kitab”ın dilində başqa formada,
dəqiq desək, “keçmiş mənim günim” şəklində də işlənib: “Keçmiş
mənim günimi nə aηdırarsan?” (D-149). Burada da “keçmiş” sözü
birinci tərəfdəki “mənim” sözünə yox, ikinci tərəfdəki “gün” sözü-
nə aiddir. Birləşmədəki keçmiş zaman mənası da məhz “keçmiş”
feli sifəti ilə reallaşıb.
− birinci tərəfi əvəzlik, ikinci tərəfi zərflə ifadə olunanlar:
bunıη ardınca. “Bunıη ardınca, xanım, görəlim kimlər yetdi
(D-60). Bu birləşmə Drezden nüsxəsinin 59-63-cü səhifələrində 8
dəfə təkrarlanır ki, bu da davamlılıq mənasını ifadə edir. Heç şüb-
həsiz ki, bu məna yükü daha çox “ardınca” (dalınca, arxasınca...)
sözünün semantikası ilə bağlıdır;
anıη ardınca (onun ardınca). “Anıη ardınca, görəlim, xanım,
kimlərt yetdi (D-150). Bu birləşmə Drezden nüsxəsinin 150-151-
ci səhifələrində 5 dəfə təkrarlanıb. “Bunuη ardınca” birləşməsində
olduğu kimi, burada da davamlılıq mənası ifadə olunub. Hər iki
birləşmənin (bunuη ardınca, anıη ardınca) bir neçə dəfə təkrar-
lanması isə mətndəki obrazlılığı qüvvətləndirib.
ZAMAN ANLAYIŞI FELİ BİRLƏŞMƏLƏR
MÜSTƏVİSİNDƏ
Bəri başdan qeyd edək ki, “Kitab”ın dilində zaman mənası-
nın məsdər tərkibi ilə ifadəsinə çox az təsadüf olunur. Burada tər-
kibində zaman məzmunlu sabah, öylən və axşam leksik vahidləri
işlənmiş bir nümunəni təqdim etməklə kifayətlənmək olar: “Oğul,
sabah varub öylən gəlmək olmaz. Öylən varub axşam gəlmək ol-
maz” (D-172). Buradakı “sabah varub”, “öylən varub” vahidləri
“zərf+feli bağlama”, “öylən gəlmək”, “axşam gəlmək” isə “zərf+
“Dədə Qorqud”un möcüzələr dünyası
326
məsdər” modelindədir. Hər iki birləşmədə birinci tərəf ikinci tərəf-
də ifadə olunmuş iş və hərəkətin zamanını bildirir ki, bu da bütöv-
lükdə cümlədəki ümumi zaman semantikasını qüvvətləndirir.
“Kitab”ın dilində zaman anlayışının feli sifət və feli bağla-
ma tərkibləri ilə ifadəsi üstün mövqedə görünür. Bu tip birləşmə-
lərə ayrılıqda diqqət yetirək:
Zaman anlayışının feli sifət tərkibləri ilə ifadəsi
Bəlli olduğu kimi, türkologiyada feli sifət şəkilçiləri həm də
keçmiş, indiki və gələcək zamanlar üzrə qruplaşdırılaraq təhlil
süzgəcindən keçirilir. Bu baxımdan “Kitab”ın dilində zaman anla-
yışını ifadə edən feli sifət tərkiblərinin həmin sistem üzrə araşdı-
rılmasını məqbul hesab edirik:
Keçmiş zaman mənasının ifadəsi:
− ikinci tərəfi -mış
4
şəkilçili feli sifətlərlə ifadə olunan
birləşmə keçmiş zamanı bildirir: “üç gün dünli yortmış yigit...
yatdı – uyıdı” (D-263). Bu birləşmə ilə cümlənin xəbərindəki
(əsas feildəki) keçmiş zaman mənası eyni xətdə birləşir:
“Qıraη yerdə tikilmiş otraxlarıη o zalım yıqdırdı ola, qar-
daş!” (D-222). Bu cümlədəki feli sifət tərkibi keçmişdə baş verən
hərəkətin zamanını bildirir;
− ikinci tərəfi -dığım, -dügim, -duğı, -digi şəkilçili feli sifət-
lərlə ifadə olunmuş birləşmə daha çox keçmiş zaman mənasını bil-
dirir: “On ay deyəndə dünyaya gətürdigim oğul!” (D-52); “Bərü
gəlgil, aq südin əmdigim, qadunım ana!” (D-28); “Qocalığım
vəqti aldırduğım yalηız oğul! – dedi” (D-141). Keçmiş zaman
mənasını ifadə edən sonuncu birləşmədə leksik (qocalıq, vəqt),
morfoloji (-duğım feli sifət şəkilçisi) və sintaktik (feli sifət tərkibi)
temporallıq vasitələri sintez şəklindədir, daha doğrusu, leksik və
morfoloji temporallıq vasitələri sintaktik temporallığın daxilində
ərimiş vəziyyətdədir;
− ikinci tərəfi-dügində şəkilçili feli sifətlərlə ifadə olunanlar:
“Bu haları gördügində Qazanın qara qıyma gözləri qan-yaş
“Dədə Qorqud”un möcüzələr dünyası
327
toldı” (D-44); “Çobanı gördügində xəbərləşdi” (D-47). Qeyd
etdiyimiz kimi, “Kitab”ın dili üçün səciyyəvi olan -dügində feli
sifət şəkilçisi sonrakı dövrlərdə fonetik tərkibini dəyişmiş şəkildə
sabitləşib. Bu mənada yuxarıdakı birləşmələri müasir ədəbi dili-
mizdə belə ifadə etmək olar: bu halları gördüyü anda (vaxtda, za-
manda...), çobanı gördüyü anda (vaxtda, zamanda...)... Keçmiş za-
man məzmunlu -dügin feli sifət şəkilçisindən sonra “ləyin” (kimi)
qoşmasının işlənməsinə də təsadüf olunur: “Qazılıq qoca anı gör-
düginləyin yel kibi yetdi” (D-203). Bu cümlədəki “anı gördügin-
ləyin” birləşməsi “onu görən kimi” mənasındadır.
İndiki zaman mənasının ifadəsi:
− ikinci tərəfi -an şəkilçili feli sifətlə ifadə olunan birləşmə
indiki zamanı bildirir:
“Alan sabah yerindən turan qızlar!” (D-105). Bu misradakı
semantik tutum, o cümlədən indiki zaman mənasının ifadəsi son-
rakı iki misra üçün assosiativ mərkəz funksiyasını yerinə yetirir:
“Ağ otağı qoyuban qara otağa girən qızlar! Ağ çıqarıb qara
giyən qızlar!” (D-105);
“Xanım, ürkdigimiz vəqtin düşən mənim oğlancığımdır,
bəlkə?” (D-98). Bu cümlədəki feli sifət tərkibində zaman anlayışı
ifadə edən üç vasitə müşahidə olunur: keçmiş zaman məzmunlu
-digimiz feli sifət şəkilçisi; zaman anlamlı “vəqt” (vaxt) ismi; indi-
ki zaman məzmunlu -ən feli sifət şəkilçisi. Digər tərəfdən, həmin
cümlədə III növ təyini söz birləşməsi ilə ifadə olunmuş ismi xəbər
də indiki zaman sferasındadır (-dır xəbərlik şəkilçinin qrammatik
semantikasına görə). Deməli, indiki zamanı ifadəetmə baxımın-
dan birləşmə və ismi xəbər eyni xətdə birləşir, həm də bunlardan
birincisi ikincisini konkretləşdirməyə xidmət edir – qənaətinə gəl-
mək mümkündür. Amma cümlənin ümumi semantik yükü, xüsu-
sən də -digimiz şəkilçili feli sifətə görə birləşmə məhz keçmiş
zaman mənasını ifadə edir.
Bu tip tərkiblərin ümumi qrammatik semantikasından bəhs
olunarkən o da qeyd edilməlidir ki, feli sifət və feli sifət tərkibləri
təkcə indiki zaman mənasını ifadə etmir. Eyni zamanda “qoşuldu-
“Dədə Qorqud”un möcüzələr dünyası
328
ğu feillərdə -an, -ən göstəricisi zaman göstəriciləri (-dı
4
, -mış
4
) ki-
mi vaxtı konkret deyil, ümumi şəkildə ifadə edir və ya istənilən
zamanla bağlı ola bilir”
1
. Bu mənada “Qonağı gəlməyən qara
evlər yıqılsa, yeg!” (D-4) cümləsindəki feli birləşmə (qonağı gəl-
məyən) ümumi zaman mənasını ifadə edir. Yaxud “Qaraquc ata
binənlər vardı, gəldi” (D-137) cümləsindəki feli sifət tərkibi keç-
miş zamanla bağlanır. Bu birləşmədəki zaman mənası əvvəl
işlənmiş cümlələrdəki feli birləşmələri də əhatə edir: “Qarğu cida
oynadanlar vardı, gəldi... Altun cida oytnadana, yarəb, noldı?”
(D-137). Hər üç birləşmədə ifadə olunmuş zaman mənası indiki
yox, keçmiş zamana aiddir.
− ikinci tərəfi -ar
2
şəkilçili feli sifətlə ifadə olunan birləşmə-
lər:
“Yedi qız qardaşıη yedi yol ayırdında ağlar gördüm, Bam-
sı!” (D-96); “Güz alması kibi al yanaqların yırtar gördüm,
Bamsı” (D-96). Bu cümlələrin xəbərindəki (əsas feildəki) qram-
matik zaman forması keçmiş zamanı ifadə etdiyi üçün feli birləş-
mədəki zaman semantikası da məhz keçmiş zamanla bağlanır. Bu
tip nümunələr həm də onu deməyə əsas verir ki, “Kitab”ın dilində
ikinci tərəfi -ar//-an şəkilçili feli sifətlərlə ifadə olunmuş birləş-
mələr müvazi olaraq işlənib.
Gələcək zaman mənasının ifadəsi:
− ikinci tərəfi -acaq
2
şəkilçili feli sifətlə ifadə olunan birləş-
mə iş və hərəkətin qəti şəkildə icra ediləcəyini bildirir. Bu da təsa-
düfi deyil. Çünki -acaq
2
şəkilçili feli sifətlər “əşyanın gələcək za-
manla bağlı olan hərəkət əlamətini bildirir”
2
. Bu cür birləşmələr
“Kitab”ın dili üçün də səciyyəvidir:
“Əgər səni hasardan aşağa orğanla salındıracaq olursam,
babaηa-anaηa sağlıqla varacaq olursaη, bəni bunda gəlüb həlal-
lıqla alurmısan?” (D-98). Qorqudşünaslıqda birinci birləşmə bə-
zən “zərf + -acaq şəkilçili feli sifət” modelində təqdim olunur:
1
K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər. Bakı,2009,səh.199.
2
Müasir Azərbaycan dili. II cild, Bakı, “Elm”, 1980, səh.374.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |