329
“aşağa orğanla salındıracaq”. İkinci birləşmə isə “tərzi-hərəkət
zərfi + -acaq şəkilçili feli sifət” kontekstində götürülür: “sağlıqla
varacaq”
1
;
− ikinci tərəfi -ası
2
şəkilçili feli sifətlə ifadə olunan birləşmə-
lər. Bu tip birləşmələrə “Kitab”ın dilində çox az təsadüf olunur:
“Sən varası kafər degil” (D-130). Qorqudşünaslıqda belə birləş-
mələr adlıq hallı feli birləşmənin struktur-semantik tiplərindən biri
kimi də təqdim olunur. Qeyd edək ki, necə təqdimindən asılı ol-
mayaraq ikinci tərəfi -ası
2
şəkilçili feli sifətlə ifadə olunan birləş-
mələr, əsasən, gələcək zaman mənasını ifadə edir. Heç şübhəsiz
ki, bu da -ası
2
şəkilçisinin qrammatik semantikası ilə bağlıdır.
Zaman anlayışının feli bağlama tərkibləri ilə ifadəsi
“Kitab”ın dilində ikinci tərəfi feli bağlama ilə ifadə olunmuş
birləşmələr struktur-semantik tiplərinin rəngarəngliyi və zənginliyi
ilə diqqəti cəlb edir. Bu tip birləşmələrdə zaman anlayışının ifa-
dəsi əsasən belədir: hadisələr arasındakı müəyyən zaman kəsiyini
ifadə edir; zaman hüdudunu reallaşdıran vasitə kimi çıxış edir; iş
və hərəkətin təkrarlığını, davamlılığını ifadə edir; əsas feildən əv-
vəlki iş və hərəkətin zamanını bildirir; iş və hərəkətin konkret bir
zaman daxilində yerinə yetirildiyini ifadə edir və s. Qeyd edək ki,
zaman anlayışının bu cür ifadəsi təkcə “Kitab”ın dili deyil, ümu-
mən türk dilləri baxımından səciyyəvidir.
“Kitab”ın dilində zaman anlayışının feli bağlama tərkibləri
ilə ifadəsi əsasən aşağıdakı kimidir:
− ikinci tərəfi -ub, -üb şəkilçili feli bağlamadan ibarət olan
birləşmənin ifadə etdiyi zaman mənası birbaşa əsas feildəki qram-
matik zaman göstəricisi ilə bağlı olur: “Oğul, oğul, ay oğul! Yağı-
ya girüb baş kəsmədiη, adam öldürüb qan dökmədiη...”(D-131).
Bu birləşmələr ayrılıqda müəyyən bir zamanı bildirmir. Bu da
1
S.Abdinova. “Kitabi-Dədə Qorqud” dastanlarının dilində feli birləşmələr. NDA,
Bakı, 2007, səh.20-21.
“Dədə Qorqud”un möcüzələr dünyası
330
təsadüfi hesab oluna bilməz. Çünki həmin birləşmələrdəki “girüb,
öldürüb feli bağlamaları konkret olaraq heç bir zamanı ifadə edə
bilmədiyi üçün onlardan sonrakı baş kəsmədin, qan tökmədin
(dökmədin – Ə.T.) feillərinin zamanı ilə müəyyənləşir”
1
.
− ikinci tərəfi -alı
2
şəkilçili feli bağlama ilə ifadə olunan bir-
ləşmə birinci hadisə ilə ikinci hadisə arasındakı müəyyən zaman
kəsiyini ifadə edir. “Ad + feil” modelində olan belə birləşmələr
“Kitab”ın dili üçün səciyyəvidir: “Ağam Beyrək gedəli yayladım
yoq” (D-103); “Mən bu yerdən gedəli dəlü olmışsan, dəlim! (D-
114); “Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, qız?!” (D-
115); Sən gedəli ağılmağım gögdə ikən yerə endi (D-140); “Sən
gedəli, xanım arqurı yatan Ala tağlaruη avlanmamışdır” (D-240)...
Bu tip birləşmələr müasir ədəbi dilimiz üçün o qədər də səciyyəvi
deyil. Burada bir cəhəti də qeyd edək ki, “Kitab”ın dilində ikinci
tərəfi -alı
2
şəkilçili feli bağlama ilə ifadə olunan birləşmələrdən
sonra zaman bildirən “bəri” qoşmasının işlənməsinə də təsadüf
olunur: “Ərə varaludan bəri qarnım toymadı” (D-8). Bu cüm-
lədəki “bəri” qoşması feli bağlama tərkibi ilə ifadə olunmuş sin-
taktik zaman mənasını konkretləşdirməyə xidmət edir.
− ikinci tərəfi -anda
2
şəkilçili feli bağlama ilə ifadə olunan
birləşmə iş və hərəkətin müəyyən bir zaman daxilində yerinə ye-
tirilməsini ifadə edir. Bu da təsadüfi deyil, çünki -anda
2
“feli bağ-
lama şəkilçisi əsas etibarilə cümlənin müstəqil xəbərləri ilə ifadə
olunmuş iş, hal, hərəkətin icra olunma vaxtını bildirir. Buna görə
də -anda
2
formalı feli bağlamanı –an
2
zaman tərkibilə əvəz etmək
olur”
2
. Müasir dilimizdə ikinci tərəfi -anda
2
şəkilçili feli bağlama
ilə ifadə olunan birləşmələrinin zənginliyi və intensivliyi birbaşa
“Kitab”la bağlanır. Çünki bu tip birləşmələr “Kitab”ın dilində sa-
bitləşmiş vəziyyətdə görünür: “Ox atanda mən sənin oxıηı yar-
madımmı?” (D-116); “Hər atanda on iki batman taş atardı” (D-
1
İ.Vəliyev. Azərbaycan yazılı abidələrinin dilində keçmiş zamanın ifadə formaları.
Bakı, 2009, səh.156.
2
Müasir Azərbaycan dili. II cild, Bakı, “Elm”, 1980, səh.385.
“Dədə Qorqud”un möcüzələr dünyası
331
75). Sonuncu birləşmədə ümumi zaman və ya gələcəkdə icra olu-
nacaq iş və hərəkətin zamanı, birinci və ikinci birləşmələrdə (ox
atanda, hər atanada) isə keçmişdə icra olunmuş iş və hərəkətin za-
manı ifadə olunub. Bu da, qeyd etdiyimiz kimi, birbaşa həmin
cümlələrin əsas feillərindəki morfoloji göstəricilərin qrammatik
semantikası ilə bağlıdır;
− ikinci tərəfi -dıqda, -dikdə şəkilçili feli bağlama ilə ifadə
olunan birləşmələrdə cümlənin feli xəbəri (əsas feil) hansı zamanı
ifadə edirsə, birləşmədə ifadə olunan hərəkət də həmin zamana
aid olur: “Oğlan anda yıqıldıqda Boz atlu Xızır oğlana hazır
oldı” (D-26); “Oğuzuη ala gözli qızı-gəlini bildıqda, hər kişi sö-
zün söylədikdə sən orada turasan, ögyəsən...” (D-197). Bu tip bir-
ləşmələrə “Kitab”ın dilində az rast gəlinir;
− ikinci tərəfi -madın, -mədin şəkilçili feli bağlama ilə ifadə
olunan birləşmə əsas feildən əvvəlki iş və hərəkətin zamanını
ifadə edir: “Mən qaraquç atıma binmədin ol binmax gərək” (D-
81); Qaytabanda dəvələrin bozlatmadan...” (D-299). “Kitab”ın
dilində bu tip birləşmələrə uyğun modellərin təkrarlanması ilə
poetikliyin qüvvətləndirilməsi qabarıq şəkildə görünür. Sonuncu
nümunəyə sintaktik bütöv daxilində diqqət yetirək:
Yigitlərim, Aruz oğlu Basat gəlmədin,
Elim-günim çapılmadın,
Qaytabanda dəvələrim bozlatmadın
Qaraqucda Qazlıq atım kişnətmədin
Ağca qoyunlarım məηrişmədin,
Ağca yüzlü qızım-gəlünim əkşəşmədin,
Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadın,
Elim-günim çapmadın
Qazan maηa yetişsün.
Mənim qanım Aruza qomasun.
Ağca yüzlü görklümi oğlına alı versün.
Axirət həqqini həlal etsün...
“Dədə Qorqud”un möcüzələr dünyası
332
Göründüyü kimi, ikinci tərəfi -madın, -mədin şəkilçili feli
bağlamalarla ifadə olunmuş birləşmələrin ardıcıl olaraq sıralan-
ması (“Qazan maηa yetişsün” cümləsinə qədər) ilə təkcə ahəng-
darlıq yaradılmayıb, eyni zamanda poetik məna qüvvətləndirilib.
Bu cəhət həmin birləşmələrin daxil olduğu əmr cümlələrini də
əhatə edir. Bu tip vahidlərdəki zaman mənasını isə belə səciyyə-
ləndirmək olar: paralel birləşmələr və cümlələrin xəbərindəki
(əsas feildəki) iş və hərəkət gələcək zamana yönəlmiş vəziyyətdə-
dir. Amma bu da var ki, əsas feildəki (yetişsün, mənim qanım qo-
masun, versün, həlal etsün) iş və hərəkət icra olunarsa, birləşmədə
ifadə olunmuş iş və hərəkət baş verməyə də bilər. Bu da -madın,
-mədin (-madan, -mədən) şəkilçisinin qrammatik semantikası ilə
bağlıdır;
− ikinci tərəfi -ınca, -incə, -yınca, -yıncə şəkilçili feli bağla-
malarla ifadə olunan birləşmələr cümlədəki feli xəbərin (əsas
felin) ifadə etdiyi hərəkətin zamanı kontekstində müəyyənləşir. Bu
tip birləşmələrin “ifadə etdiyi hərəkət əsas felin ifadə etdiyi hərə-
kətdən əvvəl gəlir; feli bağlamanın ifadə etdiyi hərəkət bitəndən
dərhal sonra əsas felin ifadə etdiyi hərəkət başlanır”
1
. Bu tip bir-
ləşmələr “Kitab”ın dilində intensivliyi ilə seçilir: “ Qadir təηri
verməyincə ər bayımaz” (D-2); ” Qara polad üz qılıcı çalmayın-
ca qırım dönməz” (D-3); “ Qarağuca qıymayınca yol alınmaz”
(D-31);“Yalηuz oğlu xəbərin almayınca” (D-139)... “Kitab”da
belə feli birləşmələrlə obrazlılığın yaradılması da özünü göstərir.
Burada bir nümunəni təqdim etməklə kifayətlənirik:
“Paralanub Qazlıq atımdan enməyincə,
Yeηümlə alca qanım silməyincə,
Qol-put olub yer yüzinə düşməyincə,
Yalηuz oğul xəbərin almayınca,
Kafər yollarından dönmiyəyin! –dedi..”(D-138-139)
1
Ə.Rəcəbli. Göytürk dilinin morfologiyası. Bakı, 2002, səh.423.
“Dədə Qorqud”un möcüzələr dünyası
333
Bu parçada ikinci tərəfi -yınca, -yincə şəkilçili feli bağlama-
larla ifadə olunmuş birləşmələrin əmr cümləsinə qədər (“Kafər
yollarından dönmiyəyin”) ardıcıl sıralanması müşahidə olunur. Bu
da, bir tərəfdən, zaman mənasını qabartmağa xidmət edirsə, digər
tərəfdən, mətndə ahəngdarlığı təmin edən, poetik mənanı qüvvət-
ləndirən vasitələrdən biri kimi çıxış edir.
Yuxarıda təqdim etdiyimiz birləşmələrdə -ınca, -incə feli
bağlama şəkilçisindən əvvəl -ma
2
inkar forması işlənib. Müqayisə
və qarşılaşdırmalar göstərir ki, “Kitab”ın dilində sintaktik mühitlə
bağlı olaraq ikinci tərəfi -ınca, -incə şəkilçili feli bağlama ilə ifadə
olunmuş birləşmələrdə -ınca, -incə formantından əvvəl -ma
2
inkar
şəkilçisinin işlənməməsi də üstün mövqedədir: “Adam içməyən
acı sular sızınca, sızmasa, yeg” (D-4); “Yalan söz bu dünyada
olınca, olmasa, yeg”(D-4)... -inca şəkilçisinin həm təsdiq, həm də
inkar formalarında işlənməsi çeşidli məna çalarları yaradır. Dəqiq
desək, -ınca, -incə şəkilçili feli bağlama “təsdiq formasında əsas
feillə ifadə olunan hərəkətin bilavasitə və ya qısa bir müddətdə baş
verdiyini bildirdiyi halda, feli bağlamanın inkar forması həmin za-
manı potensial imkan kimi təqdim edir... Həmin şəkilçinin inkar
formasında işlənən feli bağlama əsas felin bildirdiyi hərəkətin za-
man həddini ifadə edir”
1
. Amma burada o da qeyd olunmalıdır ki,
“Kitab”ın dilində təsdiq formasında işlənmiş -üncə feli bağlama
şəkilçili sözlər də əsas feildəki hərəkətin bildirdiyi zaman həddini
ifadə edib: “Ala gözlü oğluηızı görüncə bəg baba, xatun ana,
əsən qaluη! – dedi” (D-259). Bu birləşmənin “ala gözlü oğlunuzla
görüşənədək” şəklində sadələşdirilməsi də dediklərimizi arqu-
mentləşdirir;
− ikinci tərəfi -a
2
şəkilçili feli bağlama ilə ifadə olunmuş bir-
ləşmələr tərz mənası ilə yanaşı, zaman mənasını da bildirir: “Də-
dəyi qoa-qoa Dəli Qarçar on yelək yer aşırdı” (D-84); “Ol gün
baqa-baqa Qazan oğlı Uruzıη eşqi gəldi” (D-132). Bu birləşmə-
lərdən ikincisində zaman mənasının ifadə olunması daha qabarıq
1
İ.Tahirov.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,2007,səh.256.
“Dədə Qorqud”un möcüzələr dünyası
334
görünür. Bu da səbəbsiz deyil. Belə ki, həmin birləşmənin birinci
tərəfində keçmiş zaman mənasını bildirən “ol gün” I növ təyini
söz birləşməsi işlənib;
− ikinci tərəfi -kən şəkilçili feli bağlamadan ibarət olan bir-
ləşmələrin ifadə etdiyi zaman mənası birbaşa əsas feildəki hərə-
kətlə bağlı olur. Daha doğrusu, hər ikisinin ifadə etdiyi hərəkət ey-
ni zaman kəsiyində baş verir: “Gecə yaturkən Qaracıq çoban qara
qayğulu vaqeə gördi” (D-39); Oğlan keyiki qovarkən babasınıη
ögindən gəlüb-gedərdi” (D-22); “Keyikə atarkən oqla səni urar,
öldürər” (D-22); “Av avlayıb quş quşluyıb gəzərkən buηaldı”
(D-244). Bu tip birləşmələr müasir dilimizdə də intensivdir;
− ikinci tərəfi -gəc, -cək, -caq, -icək şəkilçili feli bağlama ilə
ifadə olunan birləşmə xəbərdəki (əsas feildəki) iş və hərəkətin
başvermə vaxtını ifadə edir: “Köpəkləri göricək qas-qas güldi”
(D-87); “Böylə digəc oğlanın qulağına səs toqundı (D-28);
“Çoban bu yığnağı görcək ibrət aldı” (D-216). Göründüyü kimi,
feli birləşmə ilə əsas feildəki iş və hərəkət eyni zamanda, eyni
vaxtda baş verib ki, bu da həmin cümlələrdəki zaman mənasını
qüvvətləndirməyə xidmət edir. Yeri gəlmişkən, onu da vurğulayaq
ki, “Kitab”ın poetik strukturunda “böylə digəc” feli birləşməsi
üstün mövqedə çıxış edir: “Böylə digəc Dirsə xan, xatunına cavab
vermədi” (D-25); “Böylə digəc qırq incə qız yayıldılar” (D-28);
“Böylə digəc Qalın Oğuz bəgləri yüz gögə tutdılar” (D-68)...
Fikrimizcə, “böylə digəc” (belə dedikdə) birləşməsinin bu cür
intensivliyi uyğun sintaktik mühitlə, eyni zamanda “Dastan”
poetikası ilə bağlıdır.
ZAMAN ANLAYIŞININ XƏBƏRDƏ İFADƏSİ
Cümlənin baş üzvlərindən biri, daha doğrusu, ikincisi olan
xəbər ifadə vasitələrinə görə iki yerə bölünür: ismi xəbər, feli xə-
bər. Feli xəbərdə zaman anlayışının ifadəsi açıq-aydın şəkildə gö-
rünür. İsmi xəbərdə isə zaman mənası məntiqi kateqoriyalara əsas-
lanılmaqla müəyyən olunur. Məlumdur ki, türk dillərində, o cüm-
“Dədə Qorqud”un möcüzələr dünyası
335
lədən Azərbaycan dilində xəbərlik şəkilçisi qəbul etmiş hər hansı
bir söz cümlədə ismi xəbər vəzifəsində çıxış edir. Bu zaman ismi
xəbərdə müəyyən bir zaman mənası ifadə olunur. Daha dəqiq de-
sək, zaman mənası həmin tip cümlələrin ümumi semantik yükü
kontekstində bəlli olur. Yaxud ismi xəbərlərdəki “idi”, “imiş” his-
səcikləri ilə keçmiş zamanın ifadəsi reallaşır. Bu da təsadüfi deyil.
Belə ki, “xəbərin əsas işi fikir predmetinin modal-zaman xarakte-
ristikasını verməkdir. Nitq predmetinin hərəkəti felin təsrif forma-
ları ilə, əlamətləri isim, sifət, say, zərf, isim və feli birləşmələrlə
ifadə olunur”
1
. Amma bu da var ki, feli xəbərlərdəki zaman birba-
şa zaman şəkilçiləri və ikinci dərəcəli morfoloji göstəricilərlə, ismi
xəbərlərdəki zaman isə daha çox predikativlik və modallıqla real-
laşır. Zaman anlayışının ismi xəbərdə ifadə olunmasını mətn kon-
tekstində nəzərdən keçirək: “Mən magistrantam” cümləsində ifadə
olunmuş hökm indiki zamana aiddir. Amma bu tip cümlələrdə ifa-
də olunmuş zaman anlayışı digər temporallıq vasitələri ilə kon-
kretləşdirilir. Belə ki, həmin cümləyə indiki zaman məzmunlu I
növ təyini söz birləşməsini əlavə etdikdə indiki zaman dəqiq şə-
kildə ifadə olunur: “Mən bu gün magistrantam”. Yaxud bu cümlə-
yə gələcək zaman məzmunlu “sabah” sözünü əlavə etdikdə birba-
şa gələcək zaman mənası reallaşır: “Mən sabah magistrantam”
(Mən sabahın magistrantıyam). Əksinə, həmin tip cümlələrə keç-
miş zaman məzmunlu “dünən” zaman zərfini əlavə etdikdə nəinki
keçmiş zaman mənası reallaşır, hətta məntiqə zidd bir cümlə mo-
deli yaranar: “Mən dünən magistrantam”. Bu, bir daha təsdiq edir
ki, xəbərlik şəkilçiləri ilə keçmiş zamanın ifadəsi qeyri-mümkün-
dür. Aydındır ki, bu tip cümlələrdə keçmiş zamanın ifadəsi yalnız
“idi”, “imiş” köməkçi feilləri ilə mümkün olur: “Mən dünən ma-
gistrant idim”; “O, dünən magistrant imiş” (burada “dünən” za-
man zərfini şərti olaraq işlədirik). Fikrimizcə, “Kitab”ın dilindəki
ismi xəbərlərə də məhz bu prizmadan yanaşılmalıdır. Bir neçə
nümunəyə diqqət yetirək: “Əmma mən Banıçiçəgin dadısıyam”
1
Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.109.
“Dədə Qorqud”un möcüzələr dünyası
336
(D-78); “Hünər atındır” (D-238); “...biz də düşməniz” (D-295).
Heç şübhəsiz ki, bu cümlələrdəki indiki zaman mənası daha çox -
am (dadısıyam), -dır (atındır) -iz (düşməniz) xəbərlik şəkilçiləri
vasitəsilə reallaşıb; “Yucalardan yucasan, kimsə bilməz necəsən”
(D-161) cümləsində -san xəbərlik şəkilçisi ümumi zaman məna-
sını yaradan vasitə kimi çıxış edir; “Oğuzıη, ol kişi təmam bilici-
siydi” (D-2) cümləsinin xəbərindəki -di (idi) morfemi ilə keçmiş
zaman anlayışı reallaşdırılıb. “Kitab”ın dilində üstün mövqedə gö-
rünən feli xəbərlərdə (əsas feildə) ifadə olunmuş zaman isə, heç
şübhəsiz ki, əsas və ikinci dərəcələr morfoloji zaman göstəricilə-
rinə görə müəyyənləşir. Bu da, əsasən, aşağıdakıları əhatə edir
(üslubla bağlı olaraq müxtəlif zamanları ifadə edən zaman forma-
larından əvvəlki səhifələrdə bəhs etmişik):
feli xəbərlərdə keçmiş zamanın əsas morfoloji göstəricilə-
ri:
-dı, -di. “Qazana biz asi oldıq, and içdik” (D-296);
-mış, -miş. “Bamsı Beyrəgə diləməgə gəlmişəm” (D-83);
“Mən bu yerdən gedəli dəlü olmışsan...!” (D-114);
-ub, -üb. “Yürəgiηə qaynar yağlar qoyulubdır?” (D-102);
“Məgər səniη ağaη yoq olubdur?” (-103).
feli xəbərlərdə keçmiş zamanın ikinci dərəcəli morfoloji
göstəriciləri:
“-mış+-dı”. “Bir gün Qam Ğam oğlı xan Bayındır yerindən
turmışdı” (D-10)
“-ar+-dı”. “Ğaibdən dürlü xəbər söylərdi” (D-2)
“-məz+-lər+-di” “Hər nə iş olsa, Qorqut ataya tanışınca
işləməzlərdi” (D-2)
“-ir+-miş”. “...bir cılasın bahadır istəyirmişsən...” (D-141)
“-məz+-miş”. “Oğul sən qız istəməzmişsən...” (D-171)
“-sa+-di”. “Aruz maηa bu işi edəcəgiη bilsəydim...” (D-297)
“-a+-dı” (aydı). “Altun-aqça gücinə salubanı səni qurtaray-
dım, oğul!” (D-165)
“-ası+-dı”. “...yatacaq yerim genə bu xərab olasıydı” (D-9)
feli xəbərlərdə indiki zamanın əsas morfoloji göstəriciləri:
“Dədə Qorqud”un möcüzələr dünyası
337
-ur, -ür. “Bilürmisən nələr oldı?”
-ar, -ər. “Köpək Qazanıη atınıη ayağına çap-çap düşər”
feli xəbərlərdə indiki zamanın ikinci dərəcəli morfoloji
göstəriciləri:
-a
2
(felin arzu şəklinin qrammatik forması). “Haqluya həqqi
dəgə, haqsuza yüzi qaraluğı dəgə”.
feli xəbərlərdə gələcək zamanın əsas morfoloji göstərici-
ləri:
-ur, -ür. “Getdikdə yeriη otlaqların keyik bilür”;
-ar, -ər. Anlar bizə yetsə, öldürər”.
feli xəbərlərdə gələcək zamanın ikinci dərəcəli morfoloji
göstəriciləri:
−felin əmr şəklində işlənmiş sözlər (əvvəlki səhifələrə bax);
−a
2
forması (arzu şəklinin morfoloji göstəricisi) “...qırq
yerdən avaz verəsiz” ;
−sa
2
forması (şərt şəklinin morfoloji göstəricisi). “...şülən
yeməgiη yanına varsam”;
−maq
2
+gərək forması (vacib şəklinin forması). “Oğul, ya
səni evarmaxmı gərək?”
−ası, -əsi (lazım şəklinin forması). “Bəli, xanım, bulası-
yam”.
Yuxarıdakı zaman formalarının əksəriyyəti müasir Azərbay-
can dili üçün də səciyyəvidir. Yeri gəlmişkən, bu cür faktlar “Ki-
tab”ın məhz Azərbaycan dilində yazıldığını təsdiqləyir (əvvəlki
səhifələrə bax: “Kitab”ın dilindəki -ur, -ür (indiki zaman forma-
sı), -ub, üb (nəqli keçmiş zaman şəkilçiləri müasir Azərbaycan
dilində eynilə işlənir. Müasir Türkiyə türkcəsində isə -ub, -üb for-
ması yoxdur, -ur, -ür forması isə “yor” şəklindədir).
“Dədə Qorqud”un möcüzələr dünyası
338
ZAMAN ANLAYIŞININ
ZAMAN ZƏRFLİYİNDƏ İFADƏSİ
Hərəkət və ya əlamətin zamanını bildirən, xəbərdə ifadə
olunan fikri zaman baxımından tamamlayan zaman zərfliyi “Ki-
tab”ın dilində üstün mövqedə çıxış edir. Bu tip zaman zərfliklərini
ifadə vasitələrinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:
− zaman zərfləri ilə ifadə olunanlar: “Görəlim imdi yaradan
neylər”; “Baya mırladı”; “Dün yoq, ötəki gün eviη bundan keç-
di”;
“Həm şimdi nə yersən, nə içərsən və nəyə binərsən?”; “An-
dan öldürərsəη, mərə kafər,öldür məni...”
− zaman məzmunlu isimlərlə ifadə olunanlar: “Yapa-yapa
qarlar yağsa, yaza qalmaz”; “Yapağlu gökçə çəmən güzə qal-
maz”...;
− sual əvəzlikləri ilə ifadə olunanlar: “Qaçan sən məni alub
kafər sərhəddinə çıqardıη...”
− zaman məzmunlu söz və birləşmələrə bərü, soηra, əvvəl,
dəkin -dən, -cə... qoşmalarının qoşulması ilə: “ərə varaludan bə-
rü dəxi qarnım toymadı”; “ Öylədən soηra evinə gəldi”; “Oğuzuη
ögincə bundan əvvəl kimsə köçməzdi”; “Şimdiyə dəkin Qazanıη
evin bilə yağma edərdik”; “Öyləyədəncə gəzdi”...
I növ təyini söz birləşmələri ilə: “Ol gün baqa-baqa Qazan
oğlı Uruzıη eşqi gəldi”; “Ol zəmanda oğul ata sözin iki eləməz-
di”; “Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı”;
Oğul, dan-dansux bu gün Oğuzda nə gördüη?..”
II növ təyini söz birləşmələri ilə: “Mərə qocalar, ekindü
Dostları ilə paylaş: |