369
əvvəlində “t” və “p” samitlərinin işlənməsi Azərbaycan dili şivələ-
rində eynilə mühafizə olunur: tüş (düş-düşmək), tiş (diş), tevşan
(dovşan)...; piçin (biçin), putax (budaq), pıçax (bıçaq)... Digər tə-
rəfdən, müəllifin fikri təsdiq üçün gətirdiyi “parmak” sözü “Ki-
tab”ın dilində təkcə “parmak” (parmaq – Ə.T.) şəklində yox, həm
də “barmaq” şəklində işlənib: “...barmaqları nigarlı məhbub ka-
fər qızları Qalın Oğuz bəglərinə sağraq sürüb içərlərdi” (D-36).
X.Koroğlunun başqa bir fikrinə diqqət yetirək: “Türkmən ədəbi
dilində saxlanmış “η” (sağır nun) daha sabitdir. Azərbaycan dilin-
də ona yalnız dialektlərdə rast gəlinir” (səh.210). Müəllifin bu fik-
ri, ümumiyyətlə, yerinə düşmür: birincisi, ona görə ki, velyar η
(sağır nun) dilimizin əlifbasından 1940-cı ildə çıxarılıb. Bu, o de-
məkdir ki, velyar “η” 1940-cı ilə qədər Azərbaycan yazılı abidə-
lərinin dilində işlənib; ikincisi, bir sıra şəkilçi morfemlərindəki
“η” səsi müasir Azərbaycan ədəbi tələffüz normaları baxımından
tam məqbul hesab edilir. Burada morfoloji şəraitdə tələffüz məsə-
lələrini sistemli şəkildə araşdırmış Ə.Dəmirçizadənin bir fikrini
xatırlatmaq lazım gəlir: “II tək və cəm şəxsi bildirən nisbət şəkil-
çilərindəki “n” samiti sağır “η” çalarlığında tələffüz olunmalıdır:
sənin atan – ataη, əlin - əliη...” (Müasir Azərbaycan dili. Bakı,
1972, səh.240); üçüncüsü, “Kitab”ın dilində müxtəlif məqamlarda
işlənmiş velyar “η” Azərbaycan dilinin qərb şivələrində eynilə
saxlanılır. Bu, aşağıdakı cədvəldə daha aydın görünür:
velyar “η”
“Kitab”ın dilində Azərbaycan dilinin
qərb şivələrində
söz ortasında bəηzər,dəηiz,qoηur bəηzər, dəηiz, qoηur
söz sonunda
taη, soη, biη
daη, soη, miη
yiyəlik hal şəkilçisi daxilində
səniη oğlıη,
dəvəniη burnı
səniη oğluη,
uşağıη atası
yönlük hal şəkilçisindən əvvəl maηa, saηa maηa, saηa
mənsubiyyət şəkilçisi daxilində babaη, oğluηız
babaη, oğluηuz
şəxs sonluqları daxilində
öldürüη, gətüriη
öldürüη, gətiriη
“Dədə Qorqud”un möcüzələr dünyası
370
X.Koroğlunun “Kitab”la bağlı düzgün olmayan fikirləri
qorqudşünas H.Məmmədlinin də diqqətindən yayınmayıb. Burada
müəllifin qarşılaşdırmalar kontekstində təqdim etdiyi bir fikrini
xatırlatmaqla kifayətlənmək olar: “...X.Koroğlu hətta belə bir yan-
lış fikir də ortaya atır ki, “Kitabi-Dədə Qorqud” sak-sarmat mühi-
tində yaranmış və onlardan türklərə keçmişdir. Koroğlu həm də
sakları irandilli qrupa daxil edir. Görkəmli tarixçi M.İsmayılov
haqlı olaraq yazır ki, X.Koroğlunun bu mülahizəsinin heç bir elmi
əsası yoxdur. Əgər Koroğlu dediyi kimi olsa idi, onda heç olmazsa
abidənin bircə boyu irandillilər arasında qorunub saxlanardı. Bu
türkdilli abidə yalnız türkdillilərin mühitində yarana bilərdi (Dün-
yanı düşündürən “Dədə Qorqud”. Bakı, 1999, səh.45). Amma bu
da var ki, X.Koroğlu “Dastan”ın dilinin daha çox türkmən dilinə
yaxın olduğunu iddia etsə də, bir sıra hökmlərində “Dastan”ın
məhz Azərbaycan dilində yazılması açıq-aydın şəkildə görünür:
“...Vatikan əlyazmasında Qorqud ata yalnız bir dəfə Müqəd-
dimədə rast gəlinir, mətndə, görünür adət edilmədiyindən “ata”
sözü artıq işlənmir. Əvəzində 29 dəfə Dədə Qorqud, 21 dəfə Də-
dəm Qorqud, 18 dəfə yalnız Dədə və bir dəfə Dədə Sultan adı çə-
kilir. Bu müraciət forması Azərbaycan türklərinin şivələri üçün
xarakterikdir: Molla Nəsrəddin, Aşıq Ələsgər, Dədə Qasım, Usta
Həsən və b. ...” (Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.209);
− “Kitab”ın məhz Azərbaycan dilində yazıldığı F.Zeynalov
və S.Əlizadə tərəfindən tutarlı faktlarla əsaslandırılıb. Burada yal-
nız bir faktı xatırladırıq: “...Eyni sözü “Sallaqxana” sözü haqqında
da demək olar. O.Şaiq bu sözün selx (ərəb) və xana (fars) sözləri-
nin birləşməsindən ibarət olduğunu, Azərbaycan dilinə qətiyyən
aid olmadığını söyləyir. Bizcə, bu, Nəsimidə işlənən sallax (dəri
soyan) sözü ilə xana sözünün birləşməsindən ibarətdir. Məsələn:
Soyun, ey murdar sallaxlar Nəsiminin tənini. Bu söz ancaq Azər-
baycan dilində “heyvan kəsilən yer” mənasında işlənir” (Tükən-
məz xəzinə. Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.13).
− Ş.Cəmşidov “Kitab”ın dilindəki Bərdə, Gəncə, Əlincə kimi
toponimlərin müasir Azərbaycan toponimləri sistemində eynilə
“Dədə Qorqud”un möcüzələr dünyası
371
işlənməsini göstərməklə yanaşı, müasir Azərbaycan onomastikası
üçün səciyyəvi olan Alpan kəndi, Bayındurlu kəndi, Dondarlı kən-
di, Bayındır çayı, Qazangöl düzü, Qaraçuq dağı və s. toponimlərin
“Kitab”ın dili ilə səsləşdiyini də əsaslandırmağa çalışır. Bu, müəl-
lifin təqdim etdiyi cədvəllərdə də aydın şəkildə görünür. Bir mə-
qamı da qeyd edək ki, Ş.Cəmşidov “Kitab”ı türkmən eposu hesab
edən B.A.Karrıyevin əsərlərini təhlil süzgəcindən keçirir, onun
birtərəfli mövqe tutduğunu faktlarla sübut edir: “B.A.Karrıyev
müxtəlif vaxtlarda yazdığı bu məqalələrdə “Kitabi-Dədə Qor-
qud”u bütünlüklə türkmən eposu elan edir və hətta Drezden nüs-
xəsinin guya türkməncə yazılmış ilk orijinaldan “azərbaycancalaş-
dırılaraq köçürülmüş nüsxə” kimi qələmə verir... Əlbəttə, bu fikir
tamamilə səhvdir. Bütün ədəbi, etnik xüsusiyyətləri, dili, hadisə-
lərin coğrafi yeri və s. əlamətlərindən aşkar göründüyü üzrə, “Ki-
tabi-Dədə Qorqud” tanıdığımız şəkildə, Azərbaycanda formalaşıb
qələmə alınmışdır...” (Kitabi-Dədə Qorqud. Bakı, 1977, səh.18,
s.57-64);
− T.Hacıyev “Kitab”ı Oğuzların tarixi coğrafiyası koordinat-
ları kontekstində izah etsə də, onu Azərbaycan Oğuznaməsi hesab
edir: “Şübhəsiz, dastan konkret zaman kəsiyində yaranmadığı ki-
mi, onu mütləq coğrafi koordinata yerləşdirmək zorakılıq sayılar-
dı. Bu, oğuznamədir: oğuzlar tarixən müxtəlif ərazilərdə dövlətlər
yaratdığından burada oğuzların tarixi coğrafiyasının izləri görün-
məkdədir. Oğuzların tarixi coğrafiyası, Sibiri çıxmaqla, təxminən
bugünkü türk dövlətlərini əhatə edir. Həmin coğrafiyada çoxlu
oğuznamələr yaranmışdır. Əlimizdə olan əsər, deyildiyi kimi,
məhz Azərbaycan oğuznaməsidir”. (Dədə Qorqud: dilimiz,
düşüncəmiz. Bakı, 1999, səh.7);
− A.Hacıyev qeyd edir ki, Türkiyə və Türkmənistan respubli-
kalarında “Kitab”ın məhz onlara məxsus olduğu fikri də geniş ya-
yılmışdır. Müəllif bu cür fikirlərin qeyri-dəqiqliyini, bir tərəfdən,
xalqımızın bəxti ilə əlaqələndirirsə, digər tərəfdən, konkret faktlar-
la əsaslandırır: “...Xalqımızın bəxti onda gətirmişdir ki, yaranışca
bütün oğuz etnosunu əhatə edən bu epos Azərbaycan ərazisində
“Dədə Qorqud”un möcüzələr dünyası
372
yeni variantda formalaşmaqla bərabər, yazıya alınaraq kitablaşdı-
rılmışdır. Elm aləmində “Dədə Qorqud kitabı” kimi məşhurlaşan
Drezden nüsxəsi məhz qədim oğuz eposunun Azərbaycan variantı-
dır”. (“Dədə Qorqud kitabı”nın şərhli oxunuşu. I, Bakı, 2014,
səh.4);
− A.Axundov “Kitabi-Dədə Qorqud” dastanını Azərbay-
can xalqının və onun dilinin abidəsi adlandırarkən yazır: “Fonetik
səviyyədə “Kitabi-Dədə Qorqud”da bəzi səslərin, məsələn, b və
m samitlərinin söz başında (anlautda) müvazi işlənməsi ümum-
danışıq dilinin hələ tam formalaşmadığını, yəni oğuz və qıpçaq
dilləri ünsürlərinin “mübarizəsinin” hələ başa çatmadığını göstə-
rir; misallar: Xan qızı səbəbi nədir, degil maηa (35) (Misallar
F.Zeynalov və S.Əlizadənin nəşr etdikləri “Kitabi-Dədə Qorqud”
(Bakı, Yazıçı, 1988) kitabından seçilmişdir). “Hay Dirsə xan, baηa
qəzəb etmə (yenə orada). Bu m//b müvaziliyinin ər-arvad arasında
özünü göstərməsi onlardan birincisinin qıpçaq, ikincisinin isə
oğuz tayfalarına mənsubluğuna dəlalət edir və dastanın qədim-
liyinə, oğuz və qıpçaqların bir “dövlət daxilində”mi deyək, hələ
bərabər mövcud olduqları dövrünə aid olmasını göstərir” (Azər-
baycan dilinin qədim abidəsi. “Dede Korkut ve Geçmişten Gelece-
ğe Türk Destanları”. Uluslararası Sempozyumu. Bildiriler kitabı.
Ankara, 2011, səh.163). Burada bir məsələni dəqiqləşdirmək la-
zım gəlir: problemə təkcə tarixi-linqvistik yox, həm də sosiolinq-
vistika prizmasından aydınlıq gətirməyə çalışan A.Axundova gö-
rə, söz başında “m” samitinin işlənməsi (maηa forması) qıpçaq
əsilli Dirsə xana, “b” samitinin işlənməsi (baηa forması) isə Dirsə
xanın Oğuz əsilli xatununa aiddir. “Kitab”ın Drezden nüsxəsi,
eləcə də Zeynalov – Əlizadə nəşri (Bakı, 1988) müəllifin fikir-
lərinin düzgün olmadığını göstərir. Belə ki, həm Dirsə xanın, həm
də onun xatununun dilində hər iki formanın işlənməsi müşahidə
olunur: Dirsə xanın dilində - “Bu qara eyib baηa ya bəndəndür, ya
xatundandur” (D-12); “Xan qızı, səbəbi nədir, degil maηa!” (D-
13); Dirsə xanın xatununun dilində: “Hay Dirsə xan, baηa qəzəb
etmə!” (D-14); “Aslanla qaplana bir oğul yedirdiηsə, degil ma-
“Dədə Qorqud”un möcüzələr dünyası
373
ηa!” (D-25). Yeri gəlmişkən, “maηa” forması təkcə Dirsə xan və
onun xatununun dili deyil, ümumən “Kitab”ın dilində üstün möv-
qedədir, “baηa” formasına isə az rast gəlinir... Bu cəhət “mən” və
“bən” formalarında da özünü göstərir. Belə ki, “Kitab”ın dilində
403 dəfə mən, 54 dəfə bən forması işlənib.
“Kitab”ın Azərbaycan dilində yazıldığını arqumentləşdirən
yuxarıdakı çoxsaylı faktların sırasına aşağıdakıları da əlavə etmək
lazım gəlir:
− “Kitab”ın antroponimlər sisteminə daxil olub, müasir
Azərbaycan antroponimləri sistemində işlənməyən adların bir
hissəsi 1723-28-ci illərdə Osmanlı məmurları tərəfindən tərtib
edilmiş “Dəftəri-müfəssəli-əyaləti Tiflis” adlı topluda eynilə işlən-
mişdir: Qorqud Mirzə oğlu, Nəbi Dondar oğlu, Nəbi Xızır oğlu,
Məhəmməd Uruz oğlu, Bədirxan Qazan oğlu, Bamsı Çayam oğ-
lu, Pirməhəmməd Qaragünə oğlu və s. (Tiflis əyalətinin müfəssəl
dəftəri. Borçalı və Qazax (1728-ci il). Bakı, Pedaqogika, 2001)...
Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən Bamsı,
Qazan, Qaragünə, Dondar, Uruz kimi şəxs adlarının 1723-28-ci
illərə aid sənədlərdə işlənməsi “Kitabi-Dədə Qorqud” motivlərinin
ən azı XVIII əsrə qədər xalqımızın folklor yaddaşında yaşamasın-
dan xəbər verir (Əzizxan Tanrıverdi. “Kitabi-Dədə Qorqud” və
qərb ləhcəsi. Bakı, 2002, səh.7). Qeyd edək ki, bu cür faktlara
Türkiyə və Türkmənistan tarixində rast gəlinmir;
− “Kitab”ın dilində işlənmiş Buηlu qoca, Duxa qoca, Qaηlı
qoca, İlək qoca kimi antroponimik modellərdəki “qoca” sözü
fonetik tərkibcə daha çox Azərbaycan dilinə uyğundur. Maraqlıdır
ki, X.Koroğlu bu cür adlara da başqa bucaqdan yanaşır: “Qorqud
Kitab”ı adlarının əksəriyyəti oğuz mənşəli və qədim vətənlərində
yaranmış oğuz haqqında əfsanələrlə bağlı olsa da, yeni məskunlaş-
dıqları ərazilərdə onlar başqa cür səslənməyə başlamışlar. Məsə-
lən, qədim adlara azərbaycanlılar arasında qəbul olunmuş “qoca”
əlavəsi (Qanlı qoca, Qazılıq qoca və b.) və yeni yerli adlar (Rüs-
təm, Şir Şəmsəddin) artırılmışdır” (Oğuz qəhrəmanlıq eposu. Ba-
kı, 1999, səh.209);
“Dədə Qorqud”un möcüzələr dünyası
374
− Drezden nüsxəsinin 266-cı səhifəsindəki “
لرد
شيص
” ya-
zılış şəklini M.Ergin derlemiş, F.Zeynalov və S.Əlizadə isə dərlə-
miş kimi oxumuşlar. Həmin yazılış formasını M.Ergin Türkiyə
türkcəsinə uyğunlaşdıraraq transkripsiya etsə belə, yenə də hər iki
oxunuş formasını düzgün hesab edirik. Çünki həmin yazılış şək-
linin birinci hərfi “ٺ” və ya “ط” hərfləri yox, məhz “ د” hərfidir.
“Dərləmiş” sözünün kök morfemi olan “dər” isminin arxetipi
“dər” yox, “tər”dir. “Kitabi-Dədə Qorqud”a qədərki mənbələrdə,
konkret desək, Orxon-Yenisey abidələrində “tər” şəklindədir...
Deməli, “tər” sözü “Kitabi-Dədə Qorqud”da tələffüz olunduğu
kimi (t>d fonetik hadisəsi) yazıya alınmışdır. “Tər” sözü müasir
ədəbi dilimizin orfoqrafiyası və hətta orfoepiyasında “Kitabi-Dədə
Qorqud”dakı yox, Orxon-Yenisey abidələrindəki formasına uyğun
işlənir. “Kitabi-Dədə Qorqud”da işlənən “dərləmiş” (Bir məhbub,
ala gözlü gənc yigit burcuq-burcuq dərləmiş uyur) sözü isə
Azərbaycan dilinin qərb şivələrində eynilə mühafizə olunur: dərrə-
məx` (tərləmək). Uşax yaman dərriyif...(Əzizxan Tanrıverdi. “Ki-
tabi-Dədə Qorqud” və qərb ləhcəsi. Bakı, 2002, səh.39). Burada o
da vurğulanmalıdır ki, “Kitab” və Azərbaycan dilinin qərb şivələri
üçün səciyyəvi olan “dərrəməx” formasına digər türk dillərində
rast gəlinmir;
− ıb
4
şəkilçili nəqli keçmiş zaman forması “Kitab”ın dilin-
də intensivliyi ilə fərqlənir: Qurıyıbdır suyu gəlməz...; Baş kə-
sübdir, qan dökibdir//Çöldi alubdır, ad qazanıbdır... Bu şəkilçi
müasir Azərbaycan dilində də üstün mövqedə çıxış edir: alıb,
gəlib, görüb, qurub... Türkiyə türkcəsində işlənmir: “Bugün artık
Osmanlı sahasında bu şekil kullanılmamakdadır” (M.Ergin. Türk
dil bilgisi. İstanbul,1962, səh.285). Türkmən dilində isə -ıb
4
yox, -
ıp
4
forması aktivliyi ilə seçilir: qışqalıp, emele qəlip (M.Xıdırov.
Türkmen dilinin tarıxından materiallar. Aşqabat, 1958, səh.28);
−”Kitab”ın dilindəki –ır
4
indiki zaman forması (Oğul, oğul,
ay oğul! Bilürmisin nələr oldu? Mərə, Əzrayil dedüginiz nə
kişidir kim, adamıη canın alur?..) müasir Azərbaycan ədəbi
dilində eynilə işlənir (alır, gəlir, görür, qurur...). Burada xüsusi
“Dədə Qorqud”un möcüzələr dünyası
375
olaraq qeyd edək ki, indiki zamanın morfoloji göstəriciləri Oğuz
qrupuna daxil olan digər türk dillərində tam başqa formalardadır.
Konkret desək, belədir: Türkiyə türkcəsində: -yor; türkmən dilin-
də: -yar, -yər
4
; qaqauz dilində: -er, -yer. Haşiyə: Görəsən,
O.Ş.Gökyay, B.Karrıyev, X.Koroğlu kimi görkəmli alimlər bu
detalı – “Kitab” və müasir Azərbaycan ədəbi dili üçün səciyyəvi
olan –ır indiki zaman formasını nə üçün nəzərə almayıblar?
“Kitab”da görməyiblər, yoxsa görmək istəməyiblər? Fikrimizcə,
görüblər, ancaq Azərbaycan dilinə aid olduğu üçün qabartmayıb-
lar, məqsədli şəkildə üstündən keçiblər. Əgər belə olmasa idi,
“XIV əsrdə Azərbaycan dili müstəqil bir dil kimi ortada yoxdur”
hökmünü verən O.Ş.Gökyay kimi görkəmli qorqudşünas “Ki-
tab”ın Drezden və Vatikan nüsxələrini transkripsiya edərkən –ır
4
indiki zaman formasını olduğu kimi saxlamazdı: “Begüm oğul,
gözüm oğul, Bilürmüsün neler oldu? Mere Azrail dedügünüz ne
kişidür kim adamuη canuη alur?..” (Dedem Korkudun kitabı.
İstanbul, 2000, səh.24, 75). Təqdim etdiyimiz hər iki nümunə
Azərbaycan dilindədir. Bu isə o deməkdir ki, O.Şaiq fakt qarşısın-
da qaldığı üçün “-yor indiki zaman formasından (bil+-yor, al+-
yor) istifadə edə bilməyib”. Burada bir atalar sözünü xatırlatmaq
yerinə düşür: “Bərəkət ondur, onu da düzlük”;
− “Kitab”da gələcək zaman məzmunlu –ası
2
şəkilçisinə -
lazım şəklinin formasına az təsadüf olunur: “Bəli xanım bulası-
yam ...yatacaq yerim genə bu xərab olasıydı...”. Türkologiyaya
dair tədqiqatlarda göstərilir: “...lazım forma göstəricisi –ası, -əsi
indi yalnız Azərbaycan dilində aktiv surətdə bu funksiyanı icra
edir. Ona görə digər Oğuz qrupuna aid dillərdə bu formadan,
demək olar ki, bəhs edilmir” (K.Bəşirov. Oğuz qrupu türk
dillərində qrammatik morfemlər. Bakı, 2009, səh.161);
− “Kitab”ın poetik strukturundakı “...Aydan arı, gündən
görkli qız qardaşıη Banıçiçəgi//Bamsı Beyrəgə diləməgə gəlmi-
şəm” misraları ilə bitən sintaktik bütöv Oğuz elində elçiliyin (qız
istəmənin) poetik dillə ifadəsidir.Həmin sintaktik bütöv müasir
Azərbaycan etnoqrafiyasında nisbətən dəyişikliyə uğramış şəkil-
“Dədə Qorqud”un möcüzələr dünyası
376
də mühafizə olunur: “...Gəlin aparmağa gəlmişik! Dirəyinizi qo-
parmağa gəlmişik// Ürəyinizi qoparmağa gəlmişik”. Forma və se-
mantikasına görə “Kitab”la səsləşən bu tip parçalara türk, türkmən
və qaqauz ədəbiyyatında, demək olar ki, rast gəlinmir.
Göründüyü kimi, bu faktlar “Kitab”ın məhz Azərbaycan
dilində yazıldığını müxtəlif bucaqlardan təsdiqləyir.
“DƏDƏ QORQUD KİTABI”NDA
SİLAH ADLARININ TƏDQİQİ TARİXİ
Araşdırmalarda türk qəhrəmanlıq eposları sırasında birinci
yerdə duran “Dədə Qorqud kitabı”ndakı silah adlarından sistemli
şəkildə bəhs olunmasa da, bir sıra əsərlərdə problemə müxtəlif
bucaqlardan yanaşılıb. Bu mənada aşağıdakılara diqqət yetirək:
O.Ş.Gökyay “Dedem Korkudun kitabı” (İstanbul, 2000)
əsərinin “Savaş yarakları!” bölməsində qılınc, yay-ox, cida, süngü,
köndər kimi silahların hər birinin yaranma tarixini dəqiqləşdirmə-
yə çalışır. Bu silahların nədən hazırlanması, necə istehsal olunma-
sı, forması, növləri barədə məlumatlar verir. Burada müəllifin
müxtəlif mənbələrə istinadən söylədiyi bir neçə fikrini eynilə təq-
dim edirik: “savaş aletlerinin çoğunun demirden yapıldığı bilin-
mektedir”; “kılıcın bölümleri olarak onun tutulacak yeri olan kab-
za ağaçtandır”; “Dede Korkut destanlarında, okların kayın ağacın-
dan yapıldığı, hemen her defasında söylenmektedir”; “okları koy-
mak için kullanılan “oktorbası” için Dede Korkut kitabında üç ayrı
ad verilmiştir: bilük, sadak, terkeş...” Bu fikirlərin hər biri ilə mü-
əyyən mənada razılaşmaq olar. Müəllifin başqa bir fikrinə nəzər
salaq: “Dede Korkut Destanlarında alplar kılıçlarını ögerken kara
polat öz kılıç demektedirler. “Kara” kuvvetin ifadesi olduğu gibi,
polat ta onların çelikten yapıldığını göstermektedir. “Öz” de, kılı-
cın sağlamlığını, kılıcın ta kentdisi olduğunu anlatan bir niteleme-
dir” (CCCLVIII). Bu fikirləri eynilə qəbul etmək olmaz. Burada
təkcə onu qeyd edək ki, “öz kılıc” birləşməsindəki “öz”, əslində,
“Dədə Qorqud”un möcüzələr dünyası
377
“uz” şəklində transkripsiya olunmalıdır. Bu da “uzun” mənasına
uyğun gəlir. Amma bir sıra tədqiqatlarda “iti” anlamlı söz kimi
izah olunur;
O.Ş.Gökyayın tədqiqatlarından bəlli olur ki, o, türk alimi
Arslan Erküçün “Dede Korkut Kitabında silah” adlı məqaləsini də
(Türk Kültürü. Ankara, 1966, sayı 46, s.884-8897) saf-çürük edib.
O.Ş.Gökyayın qəbul etmədiyi fikirləri belə ümumiləşdirmək olar:
1) O.Ş.Gökyay yazır: “Bir silahın, bir aletin ucu, keskin yanı” an-
lamına gələn yalman kelimesi “yalmak” diye alınmıştır (s.887).
Onu bu yanlışa sürükleyen, şüphesiz, Muharrem Erginin yayınla-
dığı metne dayanmış olmasıdır”. O.Ş.Gökyayın mövqeyini düzgün
hesab etmək olmaz. Çünki həmin söz “yalman” deyil, “yılmaq”
(yılmağı düşmək – tiyəsi korşalmaq) şəklində oxuna bilir; 2)
O.Ş.Gökyay göstərir: “okla nemlenmek deye bir deyim yoktur. Bu
yazmada ... bir okla neylerdüm kelmesinin noktasız yazılmasından
gelen bir yanlış okumadır”. Burada nə O.Ş.Gökyaya, nə də Arslan
Erküçə haqq qazandırmaq olmur. Belə ki, bu izahlardan heç biri
mətnin semantik yükünə uyğun gəlmir (sonrakı səhifələrə bax); 3)
“Çatmakaş deyimine verilen anlam da yanlıştır (s.891). Burada
çatma kaş, deyimi kurulmuş yay gibi kavisleri fazla ve bir birine
yaklaşık kaş degil, “hıdad” denilen boya ile ayrık olan kaşları
birleştirmek yoluyla yapılan çatık kaştır”. Arslan Erküç haqlıdır:
“çatma qaş” məhz ucları bir-birinə çatan, bitişik, çatıq qaş məna-
sındadır. Başqa bir yozuma ehtiyac yoxdur; 4) O.Ş.Gökyay qeyd
edir: “...boğramak deye bir kelime bilmiyoruz, fakat metne ba-
kınca bunun yoğurtmak kelimesinden yapılmış yoğurdayım ol-
duğunu görürüz...”. O.Ş.Gökyay haqlıdır: mətnin semantik yükünə
“yoğradayım” (yoğradım) sözü daha çox uyğun gəlir; 5) O.Ş.Gök-
yayın fikrincə, “süglük ise bir silah degil, bir kebab şişidir”.
Müəllifin mövqeyi düzgündür.
Ə.Dəmirçizadə “Kitabi-Dədə Qorqud” dastanlarının dili”
(Bakı, 1959) kitabında silah adlarını “yaraq-əsləhə və alət adları”
başlığı altında təqdim edir: “dəyənək, çomaq, çökən, köndər, sa-
pan, gürz, yay, ox... üzəngi, cilov, duşaq... yorğan, döşək, yasdıq
“Dədə Qorqud”un möcüzələr dünyası
378
və s.” Bu təqdimatda hansı sözün məhz silah adı kimi işlənməsi
konkret olaraq göstərilməyib. Burada onu da qeyd edək ki, Ə.Də-
mirçizadə “Kitab”dakı silah adlarından geniş şəkildə bəhs etmir,
daha doğrusu, “yaraq” sözünü “Kitab” və müasir Azərbaycan dili
müstəvisində izah etməklə kifayətlənir: “Yaraq – “Kitabi-Dədə
Qorqud”da ümumən hər cür “əhtac-gərək-alət” mənasında işlən-
diyi halda, müasir Azərbaycan dilində bu məna daralmış, yəni
müasir dildə ancaq “silah” mənasını ifadə edən bir söz kimi işlə-
nir” (səh.145).
F.Zeynalov və S.Əlizadə “Kitab”dakı silah adlarından
ümumi şəkildə, həm də cəmi bir neçə detala münasibət bildirmək-
lə kifayətlənib: “Öküz dərisindən beşik örtüyü və bəzi silahların
(sapand, yay) hissələri kimi istifadə olunur. Basatın yayı təkə buy-
nuzundandır. Silahlar içində ox-yay, nizə və qılınc xüsusi yer tu-
tur; lakin nizələrin ən tipiki yoğun qamış gövdəsindəndir; dəmir
ucluqlu ox, polad qılınc o dövr üçün ən kəsərli, seçmə silah növ-
ləri kimi təqdim olunur” (Tükənməz xəzinə. “Kitabi-Dədə Qor-
qud”. Bakı, 1988, səh.16). Araşdırmalar göstərir ki, bir sıra təd-
qiqatçılar F.Zeynalov və S.Əlizadənin bu fikirlərinə, eyni zaman-
da mətnin müasir şəklinə (Bakı, 1988) istinad edərək “Kitab”da
“nizə” sözünün işlənməsindən bəhs edib. Məsələn, Y.Məmmədli
yazır: “KDQ-dəki hərbi terminləri əski türk yazılı abidələrinin
dilindəki hərbi terminlərlə və M.Kaşğari “Divan”ındakı hərbi
leksika ilə müqayisə etdikdə məlum olur ki, burada fərq yalnız
KDQ-dəki hərbi leksikanın “casus”, “cəng”, “nişan”, “mizraq”,
“sadak”, “nizə”, “ləşkər”, “çəvşən”, “ələm” və s. kimi ərəb və fars
mənşəli hərbi terminlərlə genişlənməsidir” (Azərbaycan dilində
hərbi terminlərin tarixi-müqayisəli təhlili. NDA, Bakı, 1996,
səh.12). Yaxud M.N.Çobanov və M.M.Çobanlı göstərir: “Kitabi-
Dədə Qorqud” dastanının ayrı-ayrı boylarında qəhrəmanlar döyüş
meydanlarında həmçinin “qılınc, nizə, gürz və s. silahlardan da
istifadə etmişlər” (Dədə Qorqud dünyasına səyahətdən parçalar.
Bakı, 1998, səh.8). Halbuki “Kitab”da “nizə” yox, məhz “cida”,
“sügü” kimi sözlər işlənmişdir;
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |