379
N.Cəfərov “Dədə Qorqud” eposunda təsvir olunan Oğuz
igidlərinin silaha (qılınc, cida, yay-ox) sevgisindən bəhs edərkən
Beyrəyin dilindən verilmiş “...Ayğır verib aldığım tozlu qatı
yayım//Buğa verib aldığım boğma kirişim!” misralarını (müraciə-
ti) təqdim edir. Eyni zamanda bu cür müraciətləri dünya eposları
kontekstində səciyyələndirir: “Silaha sevginin bu cür ifadəsi
yalnız “Dədə Qorqud”a aid deyil, orta əsrlər dünya eposlarının,
demək olar ki, hamısı üçün xarakterikdir” (Xanım, hey! “Dədə
Qorqud” eposunda müraciətlər. Bakı, 1999, səh.53);
Ə.Əsgər və M.Qıpçağın birlikdə yazdığı “Türk savaş
sənəti” (Bakı, 1996) kitabının X bölməsi belə adlanır: “Silah”.
Burada yay-ox, sivri qılınc kimi silahların ilk dəfə qədim türklər
tərəfindən istehsal edilməsi bir sıra sanballı mənbələr kontekstində
araşdırılır. “Yay-ox”un istər hunların, istərsə də qədim türklərin
ən çox işlətdikləri silah növü olması tutarlı faktlarla arqumentləş-
dirilir. Məsələn, bizim eradan əvvəl II əsrə aid Çin qaynağına
istinadən göstərilir: “Yay və ox işlətməkdə təcrübə və hünərləri
çoxdur. Hər atdıqlarının hədəfə dəyəcəyinə əmindirlər... Hunlar at
üstündə dördnala çaparkən belə,ox ata və yay çəkə bilirlər”
(səh.103). Elə buradaca qeyd edək ki, bu fikirlər “Kitab”dakı “Ağ
yeləklü ötkün oxıη maηa vergil//Ərdən ərə keçirəyim səniη içün!”
misralarının, eyni zamanda “Sağına-soluna eki qoşa yay çəkərdi”
cümləsinin ümumi semantik yükü ilə səsləşir.
Ə.Əsgər zirehli paltarla bağlı maraqlı bir açıqlama verir:
“Altay qayaüstü təsvirlərində ağır silahlarla silahlanmış türk süva-
riləri (bozqurdlar) verilmişdir. Burada süvarilərin özləri və atları
bütövlükdə zirehlidir. Zirehli paltarı göytürklərdən öncə hunların
da geyməsi tarixə məlumdur...” (səh.102). Burada assosiativ ola-
raq “Kitab”dakı dəmir don, dəmir tonlu, yaqa (dəmir yaxa) kimi
ifadələr, Oğuz igidlərinin dəmir donu, zirehli paltarı yada düşür.
Ə.Əsgər yeri gəldikcə “Kitab”a da müraciət edib. Məsələn,
qədim türklərin and içmələrindən bəhs edərkən göstərir: “Türklər
and içərkən qılınclarına and içirdilər. Bu zaman əyilib qılıncların-
dan öpürdülər. İnanırdılar ki, and pozulsa, qılınc sahibini kəsəcək.
“Dədə Qorqud”un möcüzələr dünyası
380
“Dədə Qorqud” qəhrəmanlarının “qılıncıma doğranım, oxuma
sancılım kimi andları bu mədəni hadisənin əksidir” (səh.108). Bu
qeydlər onu deməyə əsas verir ki, “Türk savaş sənəti” (Bakı,
1996) adlı əsərdə “Kitab”dakı silah və geyim adlarının transkrip-
siyası və semantikası tarixi-linqvistik baxımdan araşdırılmayıb.
Bu da təbiidir. Çünki həmin əsər tam başqa problemə həsr olunub.
Y.Məmmədli “Azərbaycan dilində hərbi terminlərin tarixi-
müqayisəli təhlili” adlı namizədlik dissertasiyasında (Bakı, 1996)
“Dədə Qorqud” eposundakı silah adlarına da yer ayırıb. Bu, özü-
nü, əsasən, iki istiqamətdə göstərir: M.Kaşğarinin “Divan”ı və
“Kitab”dakı silah adlarının tarixi-linqvistik müstəvidə izahı;
“Kitab”da təsvir olunan silahların ən səciyyəvi cəhətlərinin müx-
təlif mənbələrə istinadən müəyyənləşdirilməsi (altmış batman gürz
– ağırlığı altmış batman gələn gürz; ağ tozlıca qatı yay – dəstəyinə
ağcaqayın qabığı sarınmış bərk, tarım çəkilmiş yay...). Hər iki
istiqamət barədə dolğun fikirlər söyləyən müəllif haqlı olaraq
göstərir ki, “dastanın dilində hərbi terminlərin çoxluğu hərb işinin
kifayət qədər yüksək inkişafını sübut edir” (səh.11);
M.N.Çobanov və M.M.Çobanlı “Dastan”ın yaranma tarixi,
hərb sənəti, döyüş taktikası, hərbi marşlar, eləcə də döyüş silahları
barədə maraqlı və dolğun fikirlər irəli sürürlər. Amma burada onu
da qeyd etmək lazım gəlir ki, M.N.Çobanov və M.M.Çobanlının
“Kitab”dakı döyüş silahları ilə bağlı bəzi fikirləri ziddiyyətli görü-
nür: “Kitabi-Dədə Qorqud” dastanlarının mətnində isə ulu baba-
larımızın döyüşlərdə işlətdiyi fərdi silahlar, əsas etibarı ilə, qopuz,
cida, sapand, yay, ox və s. olmuşdur. Bu mülahizəni dastandan gö-
türdüyümüz nümunələr də təsdiq edir. Məsələn, “Buğac bəg yeri-
nən uru turdı... Ağ tozlıca qatı yayını əlinə aldı”... “Əlində qopuz
var”...” (Dədə Qorqud dünyasına səyahətdən parçalar... Bakı,
1998, səh.8). Fikrimizcə, “Kitab”dan leytmotiv kimi keçən “qo-
puz”un konkret olaraq döyüş silahı kimi, həm də məhz “Əlində
qopuz var” cümləsinin ümumi semantik yükünə istinadən səciy-
yələndirilməsi yerinə düşmür;
“Dədə Qorqud”un möcüzələr dünyası
381
İ.Qasımov “Müasir Azərbaycan dilində hərbi terminlərin
yaranma yolları” monoqrafiyasında (Bakı, 2000) Azərbaycan
mənşəli hərbi terminlərə müxtəlif bucaqlardan yanaşıb. Konkret
desək, hərbi leksik qatın Azərbaycan dilinin daxili imkanları hesa-
bına zənginləşməsi (semantik üsul, morfoloji üsul, sintaktik üsul,
kalka üsulu...), hərbi leksikoloji qatda alınma və beynəlmiləl hərbi
terminlərin yeri (ərəb və fars mənşəli hərbi terminlər, rus mənşəli
hərbi terminlər), hərbi termin və termin-söz birləşmələrinin se-
mantik qrupları (qoşun növləri və hərbi hissə adları, hərbi texnika,
silah və sursat adları, hərbi geyim və döyüşçü ləvazimatlarının ad-
ları...) kimi məsələləri tarixi-linqvistik müstəvidə təhlil süzgəcin-
dən keçirib. Müəllif “Azərbaycan dilində hərbi terminoloji leksi-
kanın təşəkkülü və inkişafı” (Bakı, 2001) kitabında isə qədim türk
mənbələrindəki, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanındakı
ox, altun cida, çərik, ordı və s. kimi hərbi terminlərin leksik-se-
mantik və struktur-qrammatik xüsusiyyətlərini sistemli şəkildə
tədqiq edib. Burada o da vurğulanmalıdır ki, İ.Qasımov Azərbay-
can dili hərbi terminoloji leksikasının təşəkkülündə Orxon-Yeni-
sey abidələrinin yerini dəqiqləşdirib, “Kitabi-Dədə Qorqud” dasta-
nından başlayaraq Azərbaycan dili hərbi-terminoloji sistemində
sabitləşmənin müşahidə edilməsini konkret dil faktları ilə əsas-
landırıb;
A.Hacıyev “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar”
kitabında (Bakı, 2007) silah adlarının izahına da yer ayırıb. Dəqiq
desək, kitabdakı üç bölmə (Yelək-oxqabı; Yayını əlinə alıb ögdü;
Döyüşə yarar yaraqlar) məhz silah adları ilə bağlıdır. Bu bölmə-
lərdə yelək, gəz, say cida, sadaq və s. kimi silah adları çoxsaylı
mənbələr kontekstində, həm də tarixi-linqvistik prizmadan şərh
olunur. A.Hacıyev bir sıra silah adlarına ilkin arxaizmlər konteks-
tində yanaşır ki, bu da qorqudşünaslıqdakı bəzi mübahisəli mə-
qamlara aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. Bir cəhəti
də qeyd edək ki, A.Hacıyevin tənqidi fikirləri heç bir qorqudşüna-
sı incik salmır, əksinə, qorqudşünaslığın inkişafına təkan verir.
Məsələn, “...etiraf edək ki, bu yozumda şərhçi təxəyyülü real fakt-
“Dədə Qorqud”un möcüzələr dünyası
382
lara əsaslanan dilçi təxəyyülünü üstələyir” (yuxarıda göstərilən
kitab: səh.126);
A.Məmmədova “Dədə Qorqud kitabı”nın leksikası” (Bakı,
2009) monoqrafiyasında qılınc, cida, sapan, işıq (dəbilqə) və s.
kimi hərbi terminləri tarixi-linqvistik baxımdan şərh edərkən bir
sıra məsələlərə aydınlıq gətirir: “Sapand” lekseminin Azərbaycan
dili şivələrinin hamısında mühafizə olunduğunu əsaslandırır; qə-
dim türk abidələrinin dili baxımından səciyyəvi olan “çəri” (əsgər,
qoşun) sözünün Naxçıvan qrupu dialekt və şivələrində “qoçaq,
igid, cəsarətli” mənasında işləndiyini müəyyənləşdirir; aqın-cəng-
ğəza-qırım-qovqa-qırğun savaş kimi sözlərin sinonimliyini “Ki-
tab” və digər mənbələr müstəvisində şərh edir. Burada bir detala
da diqqət yetirmək lazım gəlir: müəllif “Dədə Qorqud kita-
bı”ndakı 213 leksemin müxtəlif fonetik formalarının mövcud ol-
masından bəhs edərkən qılınc sözünün 173 dəfə “qılıc”, 1 dəfə
“qılınc” şəklində işləndiyini göstərir (səh.18). Halbuki “Kitab”ın
dilində “qılınc” yazılış şəklinə rast gəlinmir (sonrakı səhifələrə
bax);
Ə.Tanrıverdi sadaq, sapand, taraqa kimi silah adlarının
Azərbaycan dilinin qərb şivələrində “Kitab”dakı forma və se-
mantikasına uyğun olaraq işləndiyini göstərir (“Kitabi-Dədə Qor-
qud” və qərb ləhcəsi. Bakı, 2002).
Bütün bunlar onu deməyə əsas verir ki, “Kitab”dakı silah
adlarına müxtəlif prizmalardan münasibət bildirilsə də, kompleks
və sistemli şəkildə tədqiq olunmayıb.
“Dədə Qorqud”un möcüzələr dünyası
383
“DƏDƏ QORQUD KİTABI”NDA SİLAHLA BAĞLI
İŞLƏDİLMİŞ BƏZİ SÖZLƏRİN TRANSKRİPSİYASI
VƏ SEMANTİKASI STRUKTUR-SEMİOTİK MÜSTƏVİDƏ
“Dədə Qorqud kitabı”nın leksikasını zənginləşdirən sözlər
sırasında silah adları xüsusi yer tutur. Bu tip sözlərin hər birini ay-
rılıqda təhlilə cəlb etdikdə bəlli olur ki, bu sözlərdən bir neçəsinin
semantikası ilə bağlı ziddiyyətli, mübahisəli, hətta səhv fikirlər
var. Bəzi sözlərin isə transkripsiyası dəqiq deyil... Heç şübhəsiz
ki, bu problemlər qaldıqca qorqudşünaslıqda ziddiyyətli fikir və
mülahizələrin də sayı artacaqdır... Bu mənada həmin tip sözlərin
semantikasına mətn kontekstində aydınlıq gətirməyə çalışaq:
Siŋirləmək, qorqut siŋirli, qurt siŋirli
“Otağın ögində irişi gəldi, keyiki siηirlədi” (D-76). Bu
cümlədəki “siηirləmək” felinin semantik yükü ilə bağlı müxtəlif
fikirlər var: O.Ş.Gökyay müxtəlif mənbələrə istinad edərək “siηir-
ləmək” sözünün bir neçə mənada işləndiyini göstərir: sinir tax-
maq; dəvə, at, qoyun kimi heyvanların arxa ayaq sinirlərini kəsə-
rək onları işə yaramaz hala gətirmək; ayaq sinirini kəsmək; heyva-
nı azarla öldürmək
1
; F.Zeynalov və S.Əlizadəyə görə, “siηirlə-
mək” qıcıqlandırmaq mənasındadır: “Gəlib çadırın önünə çatdı,
keyiki qıcıqlandırdı”
2
; Ə.Sadıqovun fikrincə, “siηirləmək” əsəbi-
ləşdirmək, qıcıqlandırmaq anlamlıdır
3
; V.V.Bartoldun tərcüməsin-
də belə verilib: “...перерезал жилы козе» (keyikin damarını kəs-
di)
4
… Bu fikirlərdə ziddiyyət açıq-aydın şəkildə görünür: “siηirlə-
mək” damarını kəsmək, öldürmək və s. kimi mənalardadır
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.280.
2
Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.152.
3
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.157.
4
Книга моего деда Коркута. Москва-Ленинград, 1962, с.34.
“Dədə Qorqud”un möcüzələr dünyası
384
(V.V.Bartold, O.Ş.Gökyay...); “siηirləmək” qıcıqlandırmaq, əsəbi-
ləşdirmək, hürkütmək mənasındadır (F.Zeynalov, S.Əlizadə,
Ə.Sadıqov...). Bizə belə gəlir ki, bu fikirlərdən hansının düzgün
olmasını mətn semantikası müstəvisində dəqiqləşdirmək mümkün-
dür. Qeyd edək ki, “...keyiki siηirlədi” cümləsindən sonra belə bir
parça verilib: “Qısırca yengə derlər, bir xatun vardı. İlərü vardı,
pay dilədi. “Hey, bəg yigit, bizə dəxi bu keyikdən pay ver!” –
dedi” (D-76). Beyrəklə bağlı verilmiş bu cümlələrin ümumi se-
mantik yükü elədir ki, “siηirləmək” sözünü məhz “damarını kəs-
mək”, “öldürmək” mənasında izah etmək lazım gəlir. Belə ki, əgər
Beyrək keyiki öldürməyibsə, Qısırca yengə onun öldürmədiyi
keyikdən necə pay diləyə bilərdi? (... bu keyikdən pay ver!). Ya-
xud keyik öldürülməyibsə, qızlar onu götürüb Banıçiçəyin önünə
necə gətirə bilərdilər: “Qızlar keyiki götürdilər. Gözəllər şahı Ba-
nıçiçəgiη öginə gətürdilər” (D-77). Fikrimizcə, əlavə şərhlərə ehti-
yac yoxdur: “siηirləmək” damarını kəsmək, öldürmək mənasın-
dadır. Bu sözü silah adları kontekstində izah etməyimizə səbəb isə
silahla, daha dəqiqi, “yay”la bağlı işlədilmiş “Qorqut siηirli” və
“qurt siηirli” ifadələrindəki “siηir” kök morfemi ilə bağlıdır. Qor-
qudşünaslıqda az öyrənilmiş, həm də mübahisə obyektinə çevril-
miş bu ifadələrin transkripsiyası və semantikasına ”Kitab”ın
Drezden və Vatikan nüsxələri müstəvisində diqqət yetirək. Bəri
başdan qeyd edək ki, bu ifadələrdən biri Drezden, digəri isə Vati-
kan nüsxəsində işlənib. Konkret desək, belədir: “Qorqut siηirli”.
“Dərsə xan Qorqut siηirli qatı yayın əlinə aldı” (D-22);
“qurt siηirli”. “Dərsə xan, qurt siηirli qatı yayı əlinə aldı” (V-12).
Drezden nüsxəsində işlənmiş “Qorqut siηirli” ifadəsinə S.Əlizadə
belə bir şərh verib: “Qorqud sinirli – bu metaforik ifadə “yay”
sözünə yox, Dirsə xana aiddir; yəni “çox qəzəbli...”
1
. Belə hesab
edirik ki, müəllif bu fikirləri söyləyərkən oğlunu öldürmək məc-
buriyyətində qalan Dirsə xanın sarsıntılı, qəzəbli anlarını nəzərə
alıb, qırx namərdin Dirsə xana dediyi “Oğlıη səni öldürmədin sən
1
Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.135.
“Dədə Qorqud”un möcüzələr dünyası
385
oğlıηı öldüri görgil!” kimi cümlələrin semantik yükünü əsas götü-
rüb. Amma bu da var ki, Vatikan nüsxəsindəki “qurt siηirli” ifa-
dəsi olmasa belə, yenə də “Dərsə xan Qorqut siηirli qatı yayın əli-
nə aldı” cümləsindəki söz sırası “Qorqut siηirli” ifadəsini məhz
Dirsə xana aid etməyə əsas vermir. Maraqlıdır ki, S.Əlizadə “Ki-
tab”ın Vatikan nüsxəsindəki “qurt siηirli” ifadəsinə “Kitab”ın
1988-ci il, eləcə də 2000-ci il nəşrlərində münasibət bildirməyib
(bu nəşrlərdən birincisi F.Zeynalovla S.Əlizadəyə, ikincisi isə
S.Əlizadəyə məxsusdur). Bəlkə də, elə bunun nəticəsidir ki, Azər-
baycan qorqudşünaslığında “Qorqut siηirli” və “qurt siηirli” ifa-
dələri geniş şəkildə araşdırılmayıb. Burada təkcə onu qeyd etmək
kifayətdir ki, “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə (Bakı,
1999) nə “Qorqut siηirli”, nə də ki “qurt siηirli” ifadələrinin izahı-
na rast gəlinir. Ən təəccüblüsü isə budur ki, həmin lüğətdə “qurd”
(canavar) sözü konkret olaraq təqdim olunmur. Halbuki “qurd”
sözü “Kitab”da 12 dəfə işlənib: quduz qurt, qurd yüzi mübarəkdir,
qurtlar-quşlar... Digər araşdırmalara nəzər salaq: X.Koroğlu “Qor-
qud sinirli” və “qurt sinirli” ifadələrində “döyüşçü Qorqud” ob-
razının yaşadığını əsaslandırmağa çalışır: “Boyda xırda bir detal
da var və təəssüflər olsun ki, oğuzların qədim tarixi öyrənilmədi-
yindən yozuma gəlmir. Oğulun öldürülməsi epizodunda oxuyuruq:
“Dirsə xan Qorqud (qurt) sinirli qatı yayın əlinə aldı”. “Qorqud
Kitab”ının bütün boylarında Qorquddan yalnız qüdrətli nəğməkar,
məsləhətçi kimi danışılır, onun döyüşçü kimi bacarığından söhbət
getmir. Bu, Qorqudun döyüş işi ilə bağlılığının yeganə təsdiqidir.
Qorqud döyüşçü obrazını yalnız ilkin mənbələr qoruyub saxlayıb-
dır”
1
.
Vatikan nüsxəsində işlənmiş “qurt siηirli” ifadəsi ilə bağlı
O.Ş.Gökyay göstərir ki: “kiriş (yay ipi) xam dəridən düzəldilir,
bunun da ən yaxşısı dəvə dərisidir, çünki dəvə dərisi də xam ipək
kimi qışda və yazda eyni qalır, büzülmür... “Dədə Qorqud” dasta-
nında bir yerdə kirişin qurd sinirindən , bir yerdə də buğa dərisin-
1
X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.105.
“Dədə Qorqud”un möcüzələr dünyası
386
dən düzəldildiyi söylənilir...”
1
; Həmin ifadə V.V.Bartoldun tərcü-
məsində belə verilib: “со страшной тетивой (qorxulu, vahiməli
yay ipi)
2
; A.N.Kononov Vatikan nüsxəsindəki “qurt siηirli” ifadə-
sindən bəhs edərkən V.V.Bartold və E.Rossiyə əsaslanır və belə
bir şərh verir: “с тетивой из жил волка” (qurd damarından yay
kirişi)
3
... Bir məqamı da qeyd edək ki, “Kitab”ın poetik struktu-
runda dəvə dərisindən oxqabı bağı və üzəngi qayışının düzəldil-
məsi Qanturalı ilə bağlı verilmiş epizodlarda obrazlı şəkildə can-
landırılıb: “Bir dəxi urdı, dəvə ayağı üzərinə turımadı, yıqıldı. Ba-
sub iki yerdən boğazladı. Arqasından eki qayış çıqardı. Təkurun
öginə bıraqdı. Aydır: “Aqınçılarıη tirkəşi bağı, üzəngüsi qayısı
üzülür, dikməgə gərək olur...” (D-189). Bu detal ilk dövrlərdə yay
kirişi qurd sinirindən düzəldilmişdir – ehtimalını qüvvətləndirir.
Amma bu da var ki, mötəbər mənbələr bu cür şərhlərin ehtimal
olaraq qalmasına imkan vermir. Bu məqamda M.Kaşğarinin
“Divan”ı ən mötəbər mənbə statusunda çıxış edir. Çünki müəllif
“yay”a sinirin sarınmasını, bağlanmasını açıq-aydın şəkildə şərh
edib: “sinqirlədi: ol yasın sinqirlədi = 0, yayına sinir sarıdı. Başqa-
sı da belədir: sinqirlər – sinqirləmək” (III cild, səh.354). Bütün
bunlarla yanaşı, H.İsmayılovun “Qorqut” şəxs adının etimologi-
yası ilə bağlı söylədiyi fikirlərə də diqqət yetirək: “Vatikan nüsxə-
sində “Qorqurt” yazılış şəkli (bax: KDQ ensiklopediyası, s.311,
yuxarıdan aşağı 3-cü sətir) orfoqrafik bir xəta olmayıb, katibin
“Qorqud” adı ilə bağlı əlavə informasiyasının olduğundan xəbər
verir; bu anlamda, “Qorqut” – “qoru qurt” (qoruyucu qurt) kimi
izah oluna bilər...”
4
. Müəllifin bu tezislərini mifoloji arxetiplər
kontekstində təhlil süzgəcindən keçirən S.Rzasoy problemin bütün
tərəflərinə aydınlıq gətirməyə çalışır: “Qorqud adının “Qorqurt
yazılış şəkli mətn altından, mətnin ən üstdə dayanan birinci süjet
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.CCCLXII
2
Книга моего Деда Коркута. Москва-Ленинград, 1962, с.18.
3
Yenə orada, səh.262.
4
S.Rzasoy. Folklorlaşan alim ömrü. Bakı, 2007, səh.173.
“Dədə Qorqud”un möcüzələr dünyası
387
planının keçmişində qalmış ikinci süjet planına gəlir (hətta Vati-
kan nüsxəsinin katibinin daha əski mətndən köçürmə prosesində
həm də “Qorqurt” yazılış şəklini “Qorqud”a “transliterasiya” etdi-
yini ehtimal etmək də tamamilə məntiqidir). Digər tərəfdən, “Qor-
qurt” yazılış şəkli mifoloji arxetiplərin transformasiyasının qanu-
nauyğunluqları çərçivəsindədir...”
1
. Bu fikirlər, eyni zamanda
V.V.Bartold, O.Ş.Gökyay, A.N.Kononov kimi alimlərin tutarlı ar-
qumentləri, ən əsası isə M.Kaşğarinin “Divan”ındakı təkzibedil-
məz faktlar “Qorqut siηirli” və “qurt siηirli” ifadələrinin eyni se-
mantik yuvaya daxil olduğunu təsdiqləyir. Bu da belə bir fikri
reallaşdırır: qədim türklərin ilk yaylarının kirişi qurd (canavar)
damarından olub. Bu fikrin düzgünlüyünü Azərbaycan, ümumən
türk folklorundakı deyimlərlə də arqumentləşdirmək mümkündür:
Qurd dərisinə girənin kürəkləri ağrımaz; Qurd dərisindən kəmər
bağlayan qüvvətli olar; Qurd ürəyi yeyən qorxmaz olar; Qurdun
aşığını topuğuna bağlayan iti qaçar... Yeri gəlmişkən, bu tip de-
yimlərə təkcə qədim türk mifologiyası yox, həm də qədim türk et-
noqrafiyası kontekstində yanaşılmalı, onların gerçək həyatla bağ-
lılıq dərəcəsi müəyyənləşdirilməlidir.
Sadaqda oxum kişin dələr
Bu misradakı “dələr” sözünün transkripsiyası və semanti-
kası (dəlmək feli) qorqudşünaslıqda birmənalı olaraq qəbul edilir.
Yəni “Kitab”ın H.Araslı, O.Ş.Gökyay, M.Ergin, Zeynalov-Əliza-
də və başqa nəşrlərində məhz “dələr” şəklindədir. V.V.Bartoldun
tərcüməsində də “dələr” sözünün semantikasına uyğun verilib:
“разбивать” (sındırmaq, qırmaq...)
2
. Müxtəlif mənbələrə istinad
edən A.N.Kononov həmin misradakı “dələr” sözünün “разби-
вать” yox, “дырявить” (dəlmək) kimi tərcüməsini düzgün hesab
1
S.Rzasoy. Folklorlaşan alim ömrü. Bakı, 2007, səh.125.
2
Книга моего Деда Коркута. Москва-Ленинград, 1962, с.82.
“Dədə Qorqud”un möcüzələr dünyası
388
edir
1
. Bütün bunlar təbii qarşılanır: çünki “Kitab”ın Drezden nüs-
xəsindəki yazılış şəkli (D-248:
رلد ) daha çox “dələr” kimi oxu-
nur; ikincisi, sonrakı misrada (Yanımda yigitlərim savaş dilər)
işlənmiş “dilər” sözündə “ د “ hərfindən sonra “ي“ hərfinin yazıl-
masıdır: “ د
ي
رل ” (D-248). Bu, qorqudşünasları çaşdıran ən əsas de-
taldır. Belə ki, “dilər” sözü “Kitab”ın Drezden nüsxəsində həm
“رلد”, həm də “ د
ي
رل ” şəklində yazılıb (aşağıdakı nümunələrə bax);
digər tərəfdən, bəlkə də, qorqudşünaslar həmin parçadakı “Qara
polad uz qılıcum qının toğrar” cümləsinin ümumi semantik yükü-
nə görə həmin yazılış şəklini assosiativ olaraq “dələr” kimi trans-
kripsiya ediblər. Maraqlıdır ki, bu oxunuş forması son dövrlərdə
“Kitab”a dair çap olunmuş lüğətlərdə eynilə saxlanılmış, bir sıra
monoqrafiyalarda isə işləndiyi misra (Sadaqda oxum kişin dələr)
daxilində təhlilə cəlb edilmişdir. Məsələn: həmin misra Zeynalov-
Əlizadə nəşrində (Bakı, 1988) belə sadələşdirilib: “Oxlarım öz qa-
bının kişini dəlir” (səh.206); “Kitabi-Dədə Qorqud”un izahlı lü-
ğəti”ndə (Bakı, 1999) “dəlmək” sözü “deşmək” mənasında verilib:
“Sadaqda oxum kişin dələr” (səh.73); burada bir ziddiyyətli
məqamdan yan keçmək olmur: F.Parənci və Ə.Sadıqov “Kitabi-
Dədə Qorqud”un izahlı lüğəti”ni tərtib edən müəlliflərdəndir; hər
ikisi lüğəti tərtib edərkən “Kitab”ın 1988-ci il Bakı nəşrinə istinad
edib; bunlardan birincisi (F.Parənci) “dəlmək” sözünün “Sadaqda
oxum kişin dələr” (Bakı, 1988, səh.108) misrasında işləndiyini
göstərir (Bakı, 1999, səh.73), ikincisi isə (Ə.Sadıqov) mənbə kimi
“Kitab”ın 1988-ci il Bakı nəşrini göstərsə də (səh.108), heç bir
şərh vermədən həmin misradakı dörd sözdən üçünü tam başqa for-
mada təqdim edir (sadaqda-sadaqla, kiş-keş, dilərdilər): “Sadaqla
oxum keşin dilər” (Bakı, 1999, səh.148). Bu cür ziddiyyətli
təqdimata iki bucaqdan münasibət bildirmək lazım gəlir: Ə.Sadı-
qov mənbə kimi “Kitab”ın 1988-ci il Bakı nəşrini göstərdiyi üçün
texniki qüsur hesab oluna bilər; Zeynalov-Əlizadə nəşrindəki
oxunuş forması mətnin semantikası ilə səsləşmədiyi üçün Ə.Sadı-
1
Книга моего Деда Коркута. Москва-Ленинград, 1962, с.276.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |