389
qov məqsədli şəkildə həmin sözlərin oxunuş formasını dəyişdirib.
Bəri başdan qeyd edək ki, müəllif bilərəkdən “dələr” əvəzinə
“dilər” oxunuş formasını məqbul hesab edibsə, haqlıdır; qorqud-
şünas A.Hacıyev yazır: “...abidənin dilindən gətirilən nümunələr-
dən (“Sadaqda oxum kişin dələr” misrası nəzərdə tutulur – Ə.T.)
göründüyü kimi, “oxqabı” mənasında həm də “kiş” sözü işlədil-
mişdir. Lakin “kiş” sözü tarixən həm nə “samur” anlamını bildir-
mişdir. Görünür, oxqabı, yəni sadaq məhz samur dərisindən tikil-
diyinə görə, eyni zamanda “kiş” sözü ilə də ifadə olunmuşdur.
“Sadaqda oxum kişim dəlir” (kişim – kişin – Ə.T.) cümləsində
“kiş” sözünün məhz “dəri” mənasını verməsi bu mülahizəni təs-
diqləyir. “Ovçuluqla məşğul olan oğuzların dəri materiallarına
geniş yer vermələri təbiidir. Bu onların geyimində və məişətində
istifadə etdikləri ləvazimatın hazırlanmasında qabarıq şəkildə öz
əksini tapmışdır. Yazılışına görə “yelək// yelük//yelik” variantla-
rında oxuna bilən bu arxaizm ilkin mərhələdə “dağ keçisi, ceyran,
cüyür balası” mənasını bildirmiş və söz önündə “y” səsdüşümü
hadisəsinə uyğun olaraq “elik” formasını almışdır. Sadağın samur
və yaxud cüyür dərisindən tikilməsi onun sinonim variantlarının
yaranmasında mühüm rol oynamışdır”
1
. Mövcud transkripsiya, sa-
dələşdirmə və bir sıra sanballı lüğətlərə istinadən söylənmiş bu cür
fikirlərlə müəyyən mənada razılaşmaq da olar. Amma mətnin
ümumi semantik yükü, “رلد” yazılış şəklinin həm də “dilər” şək-
lində transkripsiya oluna bilməsi, “kiş” sözünün oğuz-qıpçaq dil-
lərində “oxqabı” yox, “yay kirişi” (“kiş” –“kiriş” sözünün fonetik
dəyişikliyə uğramış variantı hesab oluna bilər) mənasında çıxış et-
məsi, “oxqabı” anlamlı “kiş” sözünün məhz karluq türklərinin dili
üçün səciyyəvi olması, ən əsası isə “Kitab”ın poetik strukturu
problemə tam başqa bucaqlardan yanaşmağı diktə edir. İlk olaraq
“Kitab”da “kiş” sözünün işlənmə məqamları və semantikasına
diqqət yetirmək lazım gəlir: “Yedi kiş ilə qurulurdu mənim ya-
yım!” (D-207); “Yağı yurdı əlümdə qıl kişlim ayğır malı” (D-
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.128.
“Dədə Qorqud”un möcüzələr dünyası
390
108). Hər iki cümlədə “kiş” sözünün “yay ipi” (kiriş) mənasında
işləndiyini mətnin ümumi semantik yükünə əsasən müəyyən
etmək olur.
S.Əlizadə “kiş ilə” formasının H.Araslı, O.Ş.Gökyay,
M.Ergin və V.V.Bartoldun “kişiylə” şəklində başa düşdüklərini
qeyd etməklə bərabər, “kiş” (kiriş) sözünün mətnə daha yapışıqlı
olduğunu əsaslandırır və mətnin “müasir şəklin”də də məhz kiş
(kiriş) formasında təqdim edir (Bakı, 1988, səh.193). Bu baxım-
dan birinci cümlədəki “kiş” sözünü “yay düzəltmək üçün möh-
kəm ip” mənasında izah edən F.Əhmədov da haqlıdır
1
. İkinci
cümlədəki qıl kişlim” birləşməsinin məhz at qılından düzəldilmiş
kiş (kiriş) mənasında olduğunu isə əlavə faktlarla təsdiqləməyə
ehtiyac yoxdur (Ş.Cəmşidov “qıl kişlim” yox, “qızıl kişlim” şək-
lində transkripsiyanı düzgün hesab edir: “Yağı yürüdü əlimdə qızıl
kişlim”
2
. Mətnin semantikasına uyğun gəlməyən bu cür transkrip-
siyanı düzgün hesab etmək olmaz). Deməli, “Sadaqda oxum kişin
dələr” şəklində transkripsiya olunmuş cümlədə “kiş” sözü “oxqa-
bı” yox, “yay ipi” (kiriş → kiş) mənasında götürülə bilər. Bu da
həmin cümlədə “dələr” deyil, “dilər” formasında transkripsiyanın
mətnlə səsləşdiyini təsdiqləyir. Burada “oxqabı” anlamlı “kiş” sö-
zünün “Kitab”ın mətninə, ümumiyyətlə, uyğun gəlmədiyini arqu-
mentləşdirən digər faktlara nəzər salaq: birincisi, M.Kaşğari gös-
tərir: “kiş: sədəq, oxdan, oxqabı. Oğuzlar və oğuzların qardaşı
olan qıpçaqlar bunu bilməzlər”
3
; ikincisi,M.Kaşğarinin “Divan”ın-
da oxun qabını dəlməsi yox, səs eləməsi, çaldır-çaldır etməsi ilə
bağlı şərhlərə rast gəlinir: “ok kiştə çaldır-çaldır etti = ox sədəq-
də, oxdanda çaldır-çaldır etdi”. Yel əsəndə otların çıxardığı səsə
də belə deyilir” (I cild, səh.446). Bu cür şərhlər assosiativ olaraq “
“ox səs edir” = “ox kişini (kirişini) diləyir” modelini yada salır;
1
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.119.
2
Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.179, 332.
3
M.Kaşğari. Divanü lüğat-it-türk” (tərcümə edən və nəşrə hazırlayan: Ramiz
Əskər). II cild, Bakı, 2006, səh.134.
“Dədə Qorqud”un möcüzələr dünyası
391
üçüncüsü, M.Kaşğarinin “Divan”ına, eləcə də digər mənbələrə is-
tinad edən S.Mütəllibov “Oxqabı” anlamlı “kiş” sözünün karluq-
lara aid olduğunu ehtimal edir: “...o dövrdə hərbi terminlərdən
olan bu sözün (“kiş” – Ə.T.) oğuzlar tərəfindən bilinməməsi onla-
rın bu mənada başqa bir sözdən istifadə etmələri ilə bağlı olmalı-
dır. Çünki bir boyda bu sözün olmaması o dövrün savaş tələb-
lərinə görə çox əhəmiyyətsiz mövqe tutmasına işarədir. Halbuki o
dövrdə oğuzların türklər arasında çox mühüm mövqe tutduqları
məlumdur...Onda belə çıxır ki, “oğuzların və onların qardaşları
olan qıpçaqların bilmədiyi” bu söz (“kiş” – Ə.T.) karluqlara aid-
dir. Lakin nədənsə Mahmud Kaşğari bu sözün hansı ləhcədə işlən-
diyini göstərməmişdir”
1
; dördüncüsü, “kiş” sözü Oğuz abidəsi
“Kitab”da, həm də oğuz-qıpçaq əsilli Beyrək, Əmən, Əmran kimi
obrazların dilində işlənib. Deməli, problemə etnolinqvistika və so-
siolinqvistika prizmasından yanaşma da “Kitab”dakı “kiş” sözü-
nün “oxqabı” mənasında işlənmədiyini, əksinə, “yay ipi” anlamlı
“kiriş sözünün fonetik deformasiyaya uğramış variantı olduğunu
göstərir.
Buraya qədər təqdim etdiklərimiz (“ لد
ر ”) yazılış şəklinin
“dilər” şəklində transkripsiya oluna bilməsinə əsas verir. Təsadüfi
deyil ki, “Kitab”ın Drezden nüsxəsinin 111-ci səhifəsində ardıcıl
verilmiş cümlələrdəki (“نسرلد”) yazılış şəkli məhz “dilərsən” kimi
transkripsiya olunub. Məsələn: O.Ş.Gökyayın nəşrində: dilersin
(İstanbul, 2000, səh.51); M.Erginin nəşrində: dilersin (Ankara,
1958, səh.145); Zeynalov-Əlizadə nəşrində: dilərsən (Bakı. 1988,
səh.64). Bu yazılış şəkillərindən ikincisi (“نسرلد”) birincisindən
(“ لد
ر ”) yalnız “sən//sin” şəxs sonluğunun yazılışına görə (نس)
fərqlənir ki, bu da birinci yazılış şəklinin məhz “dilər” kimi oxuna
bilməsini açıq-aydın şəkildə göstərir. Eyni zamanda bu cür faktlar
həmin misranın melodiyalılığı və semantikası ilə bağlı başqa de-
tallara da işıq salmağa imkan verir. Bu mənada mübahisə obyekti-
1
M.Kaşğari. Divanü lüğat-it-türk” (tərcümə edən və nəşrə hazırlayan: Ramiz
Əskər). II cild, Bakı, 2006, səh.134.
“Dədə Qorqud”un möcüzələr dünyası
392
nə çevrilmiş misranın “Sadaqda oxum kişin dilər” şəklində trans-
kripsiyasını düzgün hesab edir və onun poetik imkanlarına sintak-
tik bütöv daxilində diqqət yetirməyi zəruri bilirik:
“Hərzə-mərzə söyləmə, mərə itim kafər!
Altımda Al ayğırım nə bəgənməzsən, -
səni gördi oynar.
Əgnimdəki dəmür tonum çignüm qısar.
Qara polad uz qılıcum qının toğrar.
Qarğı talı sügüm nə bəgənməzsən,
Köksüη dəlüb gögə pırlar.
Ağca tozlu qatı yayım zari-zari iηlər,
Sadaqda oxum kişin dilər.
Yanımda yigitlərim savaş dilər.
Alp ərə qorqu vermək eyb olur.
Bərü gəlgil mərə kafər dürişəlim! – dedi” (D-248)
Göründüyü kimi, “Sadaqda oxum kişin dilər” misrasındakı
“dilər” sözü parçadakı alliterativ qafiyələnməni zənginləşdirən
vasitələrdən biri kimi çıxış edir: iη (iηlər), in (kişin) ,di (dilər), di
(dilər). Bu da, heç şübhəsiz ki, mətndəki melodiyalılığı, obrazlılığı
qüvvətləndirməyə xidmət edir.
Yuxarıdakı parçada təkcə silahları, döyüş sursatı yox, həm
də bütün varlığı ilə döyüş meydanına atılaraq düşməni didib-
parçalamağa hazır olan Oğuz igidi Bəkil oğlu Əmranın obrazı son
dərəcə ustalıqla yaradılıb. Burada semantik dinamikaya diqqət
yetirək: Bəkil oğlu Əmranın əynindəki dəmir don çiynini qısır; iti
qılıncı qınını doğrayır; yayı zar-zar inləyir; oxu yay kişini (kirişi-
ni) diləyir; yanındakı igidləri də döyüş diləyir... Deməli, semantik
dinamika məhz “İgidlərim döyüş diləyir” cümləsi ilə tamamlanır.
Bu isə o deməkdir ki, metaforalar kontekstində yaradılmış qınını
doğrayan qılınc, zar-zar inləyərək ox istəyən yay, kişini (yay ipini)
arzulayan, diləyən ox obrazları məhz döyüşməkdə israrlı olan igid
obrazını qüvvətləndirməyə xidmət edir. Bu qeydlər, daha doğrusu,
mətnin poetik siqlətini şərtləndirən bu cür ifadələr (bu sistemə
“Dədə Qorqud”un möcüzələr dünyası
393
“Kitab”da obrazlı şəkildə ifadə edilmiş “Yay çəkmədüη, ox
atmadıη” cümləsini də əlavə etmək olar) bir daha sübut edir ki,
“Ağca tozlu qatı yayım zari-zari iηlər” və “Sadaqda oxum kişin
dilər” cümlələrinin ayrılıqda təhlilə cəlb edilməsi qeyri-mümkün-
dür. Ona görə ki, “yay” və “ox” tam müstəqil mənaya malik sözlər
olsa da, bir silahın adını ifadə etməyə, işarələndirməyə xidmət
edir: yay – ox: Yəni “ox” dedikdə assosiativ olaraq “yay”, “yay”
dedikdə “ox” yada düşür. Bu cəhət həmin misralarda metaforalar
şəklində canlandırılıb: “yay” “ox” üçün zar-zar inləyir, “ox” da
“kiş”ini ( kirişini) istəyir. Sanki biri (yay) çəkilmədiyi, o biri (ox)
atılmadığı üçün darıxıb. Burada təbiətlə bağlı bir bayatıdan da yan
keçmək olmur:
Dağlar duman arzular,
Çaylar çimən arzular,
Mənim bu sınıq könlüm
Səni yaman arzular.
Bu bayatının ümumi semantik yükü də “Sadaqda oxum
kişin dilər” misrası ilə səsləşir: dağlar dumanı, çaylar çiməni,
sevənlər bir-birini arzuladığı kimi, “ox” yay kirişini, “yay” oxunu,
igid də savaşı, döyüşü diləyir.
Tarıyanda bir oxla nəmlərdim
“Kitab”ın 1988-ci il Bakı nəşrindən götürdüyümüz (səh.93)
bu misradakı “tarıyanda” və “nəmlərdim” sözlərinin transkripsiya-
sı və semantikası ilə bağlı ziddiyyətli, hətta biri digərini təkzib
edən kifayət qədər fikirlər var. Bir sözlə, tərkibində “ox” sözü
işlənmiş bu misranın poetik yükü dəqiqləşdirilməyib. İlk olaraq
qorqudşünaslıqdakı fikirlərin bir qismini saf-çürük edək:
− O.Ş.Gökyay həmin misranı belə transkripsiya edib:
“Tartanda bir ohıla neyleridüm”. Müəllifə görə, “tartan”da sözü
“çəkdiyi zaman”, “çəkdiyi vaxt”, “neyləridim” isə “nə eylərdim”
mənasındadır (İstanbul, 2000, səh.96, 290);
“Dədə Qorqud”un möcüzələr dünyası
394
− M.Erginin nəşrində: “Tartanda bir ohile nemler – idim”
(Ankara, 1958, səh.198);
− Zeynalov-Əlizadə nəşrində: “Tarıyanda bir oxla
nəmlərdim” (Yay dartanda bir oxla neyləyərdim?) (Bakı, 1988,
səh.93, 191);
− S.Əlizadənin nəşrində:
*
“Darıyanda bir oxla nəmlərdim”
(Bakı, 2000, səh.86);
− V.V.Bartoldun tərcüməsində: «я знала, что я делаю
одной стрелой» (Mən bilirdim ki, bir oxla nə edərəm?) (Книга
моего Деда Коркута. М.-Л., 1962, с.72)...
S.Əlizadə yuxarıdakı fikirlərin bir hissəsi barədə yazır:
“Tarıyanda. HA-da (Həmid Araslının nəşrində - Ə.T.) “darıyan-
da”, Er-də (M.Erginin nəşrində - Ə.T.) “tartanda”. Bu söz H.Araslı
tərəfindən düzgün yazılsa da, oxunuşca M.Erginə haqq vermək
lazımdır. Yəqin ki, “r”dan sonrakı iki nöqtə hərfin üstünə qoyul-
malı imiş; yoxsa bu sözün ortasındakı əlifə də ehtiyac olmazdı.
Sonuncu sözün yazılışı da şübhəlidir: “nəmlərdim” yox, “neylər-
dim” olmalıdır”
1
. Maraqlıdır ki, müəllif 2000-ci ildə həmin misra-
ya tam başqa formada yanaşıb. Dəqiq desək, 1988-ci il nəşrindəki
“tarıyanda” və “neylərdim” sözlərini, 2000-ci il nəşrində “darı-
yanda” və “nəmlərdim” formasında təqdim edib. Bir cəhəti də
qeyd edək ki, S.Əlizadə mübahisə obyektinə çevrilmiş misradakı
sözlərin anlaşılmaz şəklə düşməsini katib xətası adlandırır: “Katib
yəqin ki, “dartanda” yazmaq istəmişdir; bu sözü “neylərdim kimi
də oxumaq olar. Ola bilsin ki, hərfin altında nöqtələr unudul-
muşdur”
2
. Fikrimizcə, Drezden nüsxəsinin 200-cü səhifəsindəki
yazılış şəklinin (“
ڍرط
ہدنا
”) “tartanda”, “darıyanda” şəklində trans-
kripsiyasını düzgün hesab etmək olmaz. Digər tərəfdən, bu yazılış
şəklində heç bir katib xətasına yol verilməyib. Belə ki, həmin
*
Qeyd: Nümunələr “Kitabi-Dədə Qorqud” ensiklopediyasından (II cild, Bakı,
2000) götürülüb.
1
S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.245.
2
Kitabi-Dədə Qorqud ensiklopediyası. I cild, Bakı, 2000, səh.96.
“Dədə Qorqud”un möcüzələr dünyası
395
yazılış şəklini məhz dağıtmaq, pərən-pərən salmaq anlamlı “tarı-
yanda” sözü kimi oxumaq mümkündür. Bu da “tarıyanda” sözü
işlənmiş parçanın semantikası ilə səsləşir:
Ala-geη sığın-keyik qovar idim,
Tarıyanda bir oxla neylərdim
Dəmrənsüz oxla, yigit, səni sınar idim!
Öldürməgə, yigidim, mən səni qıyarmıdım?!..
Selcan xatunun dilindən verilmiş bu parçadakı müqayisəyə
diqqət yetirək: “Selcan xatın, bir tərəfdən, qovaraq pərən-pərən
saldığı sığın-keyikə bir oxla heç nə etmək mümkün olmadığını” –
deyirsə, digər tərəfdən də, dəmir ucluqsuz oxla Qanturalını sına-
dığını, onu öldürməyi isə heç ağlına belə gətirmədiyini söyləyir.
Deməli, əvvəl verilmiş misralar sonuncunun semantikasını qüv-
vətləndirməyə xidmət edir – qənaətinə gəlmək mümkündür. Bir
cəhəti də qeyd edək ki, “tarmaq” (tarımaq) feli M.Kaşğarinin
“Divan”ında da dağıtmaq mənasında verilib: “...bəg süsin tardı =
bəy qoşununu yaydı, dağıtdı. Bir adam bir şeyi dağıtsa, yenə belə
deyilir: tarar, tarmak (III cild, səh.177). Bu fakt da həmin mis-
radakı “tarıyanda” sözünün məhz “dağıdanda”, “pərən-pərən sa-
landa” mənasında olduğunu arqumentləşdirir. Yaxud “Kitab”da
“ox”la bağlı işlədilmiş bir mübaliğəyə diqqət yetirək: “Ağ yeləklü
ötkün oxıη maηa vergil//Ərdən ərə keşçirəyim səniη işün!” (D-
246). Buradakı ərdən-ərə keçirəyim” ifadəsi “oxun bir igidin bə-
dənini dələrək çıxması və başqa bir igidin bədəninə sancılması
(keçirilməsi)” mənasını ifadə edir ki, bu da təqdim etdiyimiz ya-
zılış şəklinin “neyleridüm”,“nəmlərdim” kimi deyil, “qomlardım
//qomarlardım” şəklində oxuna bilməsinin düzgünlüyünü əsaslan-
dıran faktlardan biri kimi götürülə bilər (“ərdən ərə keçirəyim”
mübaliğəsindən sonrakı səhifələrdə geniş şəkildə bəhs olunur).
Yuxarıda qeyd etdik ki, mübahisə predmetinə çevrilmiş
misranın sonundakı söz “neylerdim//neylərdim” və “nəmlərdim”
şəklində transkripsiya olunub. Bunlardan ikincisi (nəmlərdim) heç
bir məna vermir, birincisinin isə mətnlə səsləşdiyini qeyd etdik.
“Dədə Qorqud”un möcüzələr dünyası
396
Amma bu da var ki, “neylerdim//neylərdim” oxunuş forması da
şərtidir. Bu mənada Drezden nüsxəsinin 200-cü səhifəsindəki ya-
zılış şəklinə nəzər salaq: “
ن
ص
درل
٢
”. Burada assosiativ olaraq da-
ğıtmaq, pərən-pərən salmaq anlamlı “tarımaq” (darımaq) sözünün
antonimi – yığmaq anlamlı “qomlamaq//qomarlamaq” sözü yada
düşür. Bu isə belə bir fikri reallaşdırır: həmin yazılış şəklindəki
birinci hərfə (ن) yalnız bir nöqtə işarəsi əlavə olunarsa, onu “qaf”
(ق) kimi də oxumaq olar. Yəni nəmlərdim, neylərdim deyil,
qomlardım//qomarlardım şəklində oxunuş forması düzgün hesab
oluna bilər. Məhz burada bir nöqtə qüsurundan bəhs etmək yerinə
düşür. “Qomlardım//qomarlardım” oxunuş şəklinin mətnin ümumi
semantik yükü ilə daha çox səsləşdiyini isə aşağıdakı kimi
arqumentləşdirmək olar:
− qovaraq pərən-pərən saldığı (tarıyanda) sığın-keyikləri
bir ox atmaqla bir yerə yığmağı (qomlardım//qomarlardım) baca-
ran Selcan xatun mahir ovçu, cəngavər qadın təəssüratı yaradır:
“Ala-geη sığın-keyik qovar idim. Tarıyanda bir oxla qomlardım”
– “Gen yerlərdə - çöllərdə sığın-keyik qovardım. Onları dağıdanda
bir oxla bir yerə yığardım” (D-200). Belə bir statusda çıxış edən
qadının öz sevgilisini dəmir ucluqsuz (dəmrənsiz) oxla sınağa
çəkməsi təbii qarşılanır: “Dəmrənsüz oxla, yigit, səni sınar idim!”
(D-200). Ancaq bu da var ki, bu cür sınağa çəkilmə Qanturalını
həyəcanlandırır: “Qız bir oxla Qanturalıyı atdı şöylə kim, başında
olan bit ayağına endi” (D-199). Maraqlıdır ki, bu ifadələr həm də
Qanturalının atası Qanlı qoca ilə bağlı işlədilib: “Qanlı qoca bu
başları və bu canvərləri gördi, başında olan bit ayağına dərildi”
(D-173). Bu, ata və oğul obrazlarını eyni gərgin psixoloji anları
keçirmə xəttində birləşdirir. Digər tərəfdən, bu detal Qanturalının
sınağa çəkilməsinin adi sınaqlardan olmadığını təsdiqləyir. Burada
təkcə onu qeyd etmək kifayətdir ki, Qanturalı ona atılmış oxun
dəmir ucluqsuz (dəmrənsiz) olduğunu yalnız ox atılandan sonra
bilir. Bu cəhət Selcan xatunla bağlı verilmiş parçada aydın şəkildə
görünür: “İki oxıη dəmrənin çıraqdı: birin gizlədi, birin əlinə aldı.
Dəmrənlü oxla atmağa qıyamadı” (D-198, 199);
“Dədə Qorqud”un möcüzələr dünyası
397
− dağıtmaq, pərən-pərən salmaq anlamlı “tarımaq” və yığ-
maq, dövrəyə almaq anlamlı, “qomlamaq//qomarlamaq” sözləri ilə
antiteza yaradılıb – qənaətinə gəlmək mümkündür;
− qomlar//qomarlar şəklində transkripsiya həmin parçada
“q” səsinin alliterasiyası ilə yaradılmış alliterativ qafiyələrlə bir
xətdə birləşir: qovar, qıyar... Digər tərəfdən, həmin sintaktik bü-
tövdə misraların sonunda işlənmiş feillərin əksəriyyəti məhz qalın
saitlidir ki, bu da ahəngdarlığı gücləndirməyə xidmət edir: durar,
çıqar, avlar, qovar, sınaq, qıyar. Bu detal da qomlar// qomarlar
şəklində transkripsiyanın daha düzgün olduğunu söyləməyə imkan
verir.
Belik, yoxsa yelək
“
ب
ل
ک
”, “
ڊ
ي
کل ”.”Kitab”ın Drezden nüsxəsində işlənmiş bu
yazılış şəkillərinin (D-41, D-225, D-241, D-247) transkripsiyası
və semantikası ilə bağlı müxtəlif fikirlər var. Daha doğrusu, bu
məsələ qorqudşünaslıqda bu gün də mübahisə predmeti olaraq
qalmaqdadır. Aşağıdakı transkripsiya və şərhlərdə də mübahisəli
və ziddiyyətli məqamlar aydın şəkildə görünür:
− O.Ş.Gökyayın nəşrində - oxunuşu: bilüg, belüg; mənası:
sadaq, oxluq, oxqabı (İstanbul, 2000, səh.18, 110, 117, 121, 176);
− M.Erginin nəşrində - oxunuşu: bilük; mənası:sadaq, ox-
luq, oxqabı ((Ankara, 1958, I c., səh.96, 211, 218, 222; II c., 1963,
50);
− S.Tezcan və H.Boeschotenin nəşrində: belüg (Dede
Korkut Oğuznameleri. İstanbul, 2001, səh.52, 151, 158, 162);
− H.Araslının nəşrində: bel, belək (Kitabi-Dədə Qorqud,
Bakı, 1978, səh.33, 120, 127, 130);
− Zeynalov-Əlizadə nəşrində: oxunuşu: belüηdə, biləg;
mənası: belində; paltarın qolu – bilək hissəsi; bilək (Bakı, 1988,
səh.43, 101, 107, 110; səh. 142, 199, 203, 206);
“Dədə Qorqud”un möcüzələr dünyası
398
− Ş.Cəmşidovun nəşrində: yeləg (1 dəfə), biləg (3 dəfə)
(Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.299, 388, 396, 400);
− S.Əlizadənin nəşrində: biləg (Bakı, 2000, səh. 47, 91, 95,
96);
− A.Hacıyevin transkripsiyası: yelək (“Dədə Qorqud
kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.124, 125);
− V.V.Bartoldun tərcüməsində: пояс (kəmər, qurşaq),
камзол (qolsuz kişi köynəyi) (Книга моего Деда Коркута. М., -
Л., 1962, с.24, 80, 85, 87). Bu tərcümə ilə bağlı A.Hacıyev yazır:
“V.V.Bartoldun tərcüməsindən belə aydın olur ki, göstərilən işlən-
mə məqamlarından birincisində bu söz nəzərə alınmayaraq bura-
xılmış (səh.23), ikinci məqamda “yelək” variantında oxunduğun-
dan əksər türk dillərində işlənən “qolsuz kişi köynəyi” mənasında
anlaşılaraq “камзол” (səh.80), üçüncü və dördüncü məqamlarda
isə -ün mənsubiyyət şəkilçisi qəbul etmiş “bel” sözü kimi düşünü-
lərək “пояс” anlamında (səh.85, 87) çevrilmişdir”
1
. Buradakı bi-
rinci fikri (göstərilən işlənmə məqamlarından birincisində bu söz
nəzərə alınmayaraq buraxılmışdır) qəbul etmək olmaz. Belə ki,
həmin söz V.Bartoldun tərcüməsində 23-cü yox, 24-cü səhifədə
məhz “поясницы” (belində) şəklində verilib: “...стрелами у
твоей поясницы, гяур?” (yuxarıda göstərilən əsər, səh.24).
Təqdim etdiyimiz yazılış şəkillərinin oxunuşu və semanti-
kası ilə bağlı fikirlərin əksəriyyətini geniş şəkildə təhlil süzgə-
cindən keçirən A.Hacıyev yazır: “...nə əski, nə də müasir türk dili
lüğətlərində “oxqabı” ifadə edən “bilüg//belüg” variantlarına rast
gəlinmədiyi kimi, “bilək” və “bel” mənasına uyğun yozumu da
qondarma təsir bağışlayır”
2
. Sonra isə “yelək” (oxqabı) oxunuş
formasının düzgün olduğunu müxtəlif bucaqlardan əsaslandırmağa
çalışır. Bu, əsasən, aşağıdakıları əhatə edir:
− “...sadaq sözü “ox” mənasını bildirən “sa” sözünə -daq
morfeminin əlavəsi ilə düzəlib. “Sa” söz kökü isə həm tarixən,
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.125
2
Yenə orada, səh.126-127.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |