399
həm də müasir türk dillərində s~y səs müvaziliyinə uyğun olaraq
“ya” variantında “ox” mənasını bildirmişdir... dil faktları sadaq
sözündəki –daq morfeminin “yelək” sözündəki –lək morfemi ilə
eyni mənşəli olduğunu söyləməyə əsas verir ki, müasir dilimizdəki
“qırtlaq-xırtdək” söz variantları da buna əyani sübutdur”;
− “...yazılışına görə “yelək//yelük//yelik” variantlarında
oxuna bilən bu arxaizm ilkin mərhələdə “dağ keçisi, ceyran, cüyür
balası” mənasını bildirmiş və söz önündə “y” səsdüşümü hadisə-
sinə uyğun olaraq “elik” formasını almışdır. Sadağın samur və
yaxud cüyür dərisindən tikilməsi onun sinonim variantlarının
yaranmasında mühüm rol oynamışdır”;
− “...sol qoldan, yaxud hər iki qoldan geyinərək arxada
gəzdirilən yelək (oxqabı) tarixi inkişaf prosesində ilkin funk-
siyasını itirsə də, eyni üsulla əyinə geyilən “qolsuz köynək” məna-
sını hələ də saxlamaqdadır. Dədə Ələsgərdə belə bir bənd var:
Ələsgər köynəkdən çıxartsın sazı...”Köynək sözünün sazın qoyul-
duğu qabı adlandırması “yelək” arxaizminin həm qolsuz köynəyi,
həm də oxqabını adlandırmasına tamamilə uyğundur”
1
.
Müxtəlif mənbələrə istinadən söylənilmiş yuxarıdakı fikir-
lər elmi və inandırıcı görünür. Amma Drezden nüsxəsindəki yazı-
lış şəkillərində birinci hərfin daha çox “b” kimi oxunması, həmin
mətnlərdəki alliterativ qafiyələrin yaranmasında “b” səsinin həll-
edici rolu, eyni zamanda Azərbaycan dili şivələrində “belə bağ-
lanan böyük qurşaq” anlamlı “bellik” sözünün işlənməsi həmin
yazılış şəkillərinin oxunuşu, semantikası, mətndəki poetik çəkisi
və s. barədə yeni söz deməyə imkan verir. Bu, aşağıdakı detallarda
daha aydın görünür:
− Drezden nüsxəsində dörd dəfə işlənmiş bu yazılış şəkil-
lərindəki birinci hərfin “y” deyil, “b” kimi oxunmasını, eyni za-
manda həmin yazılış şəkillərinin “bilüg//belüg” (O.Ş.Gökyay),
“bilük” (M.Ergin), “belək” (H.Araslı) şəklində transkripsiyasını
əsas götürdükdə “belik” oxunuş forması daha real görünür ki, bu
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.127-130.
“Dədə Qorqud”un möcüzələr dünyası
400
da assosiativ olaraq “bellik” sözünü yada salır. Zeynalov-Əlizadə
nəşrindəki “bilək” oxunuş forması isə mətnin semantik yükü ilə
səsləşmir. Həmin nümunələrdən birinə nəzər salaq: “Biləgində
toqsan oqı seyrək oğlan!” (Bakı, 1988, səh.107). Burada təkcə onu
qeyd edirik ki, paltarın qoluna – bilək hissəsinə doxsan oxun taxıla
bilməsi məntiqli görünmür.
− “belik” şəklində transkripsiya olunmuş söz geyim anlam-
lı “bellik” sözündən yalnız bir “l” səsinə görə fərqlənir ki, bu da
həmin səsin düşməsi və ya onun hərfi işarəsinin yazılmaması
kontekstində izah oluna bilər. Yeri gəlmişkən, “bellik” sözü
Azərbaycan dilinin qərb şivələrində “belə bağlanan böyük qurşaq”
mənasında işlənməkdədir (söyləyəni: Billur Paşayeva, 81 yaşında
Tovuz rayonunun Aşağı Quşçu kəndi);
− bədən üzvlərinin adını bildirən bir sıra sözlərə -lıq
4
şə-
kilçi morfeminin qoşulması ilə yaranmış geyim anlamlı sözlər türk
dilləri, o cümlədən Azərbyacan dili üçün səciyyəvidir: arxalıq,
başlıq, əllik (əlcək)... “Belik” (bellik) sözünü də bu sistemə aid et-
mək olar. Yəni “Esləmədi, beligindən bir tutam ox çıqardı, belinə
soqdı”(D-225) tipli cümlələrdəki “belik” (bellik) sözü “qolsuz
köynək”, daha doğrusu, oxun qolsuz köynəyin arxa hissəsinə yer-
ləşdirilməsi və ya taxılması mənasında başa düşülür. Bu da “oxqa-
bı” anlamlı “belik” sözünün ilkin formasını bərpa etməyə imkan
verir: bellikdə ox yeri→bellik→belik. Deməli, “belik” sözü tari-
xən həm qolsuz köynək, həm də “oxqabı” mənasında işlənib (bun-
lardan ikincisi birincisindən törəmədir). S.Əlizadə “beligindən”
(D-225) sözünə tam başqa bucaqdan yanaşıb: “H.Araslının trans-
kripsiyasında bu söz aid olduğu məfhumdan uzaqlaşır, “bel” anla-
yışı yada düşür. Lakin, əslində, mətndə Basatın paltarının qoluna
(bilək hissəsinə) taxılmış oxlardan söhbət gedir”
1
. Bu fikirlərlə
razılaşmaq olmaz: birincisi, ona görə ki, oxqabı paltarın qolunda
yox, arxa hissəsində olur; ikincisi, qədim mənbələrdə “oxqabının
döyüşçünün sağ böyründə aşağıya doğru genişlənmiş vəziyyətdə
1
S.Əlizadə. Nüsxə fərqləri şərhlər.Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.248.
“Dədə Qorqud”un möcüzələr dünyası
401
olduğu göstərilir”
2
; üçüncüsü, “qədim german dillərində də işlən-
miş bell, belti ingilis dilinin etimoloji sözlüyündə etrusk mənşəli
sayılır və bu zaman romalı müəllif Varronun məlumatına istinad
edilir. Belt qədim türk dilində işlənmiş bel (toqqa, kəmər) ilə eyni
kökdəndir. Qırğız dilindəki beldik (< bel-lik) “toqqa” german
dillərindəki belti//belt üçün ilkin forma sayıla bilər”
1
. Deməli,
“paltarın qoluna (bilək hissəsinə) taxılmış ox” ifadəsi bu müstəvi-
də də öz təsdiqini tapmır; dördüncüsü, kürək, dal, bel anlamlı
“arxa” sözü ilə dal, arxa tərəf anlamlı “bel” sözü eyni semantik
yuvaya daxil ola bilir. Bu da “arxa” və “bel” sözlərinə -lıq
4
şəkilçi
morfeminin qoşulması ilə yaranmış geyim anlamlı “arxalıq” və
“bellik” (belik) sözlərini eyni xətdə birləşdirir;
− Drezden nüsxəsinin 41-ci səhifəsindəki parçada bir neçə
misra ilk səsi “b” olan sözlə başlanır ki, bu da ahəngdarlıq yaradan
alliterativ qafiyələnmədir (Başındağı tuğulğaηı nə ögərsən, mərə
kafir? Başımdağı börkümlə gəlməz maηa!): başındağı, başımdağı,
börkümlə..., yaxud Drezden nüsxəsinin 225-ci səhifəsindəki ya-
zılış şəklinin “beligindən” formasında transkripsiyası mətndəki
ahəngdarlığı, obrazlılığı qüvvətləndirir: “...beligindən bir tutam
ox çıqardı, belinə soqdı” (belig – bir – bel). Burada onu da vurğu-
layaq ki, bu cür deyim tərzi şifahi ədəbiyyatımızdakı “altdan
geyinib, üstdən qıfıllandı, üstdən geyinib, altdan qıfıllandı” kimi
ifadələrlə səsləşir. Bu cür faktlar haqqında geniş şəkildə bəhs etdi-
yimiz yazılış şəkillərinin “beligində” (belliyində), beligindən”
(belliyindən) şəklində transkripsiyasının daha düzgün olduğunu
sübut edir.
Qınlu qılıc, qınsuz qılıc
İkinci komponenti qılıc (qılınc) şəklində işlənmiş bu ifadə-
lərdən birincisi “Kitab”da bir dəfə, ikincisi isə üç dəfə işlənib. Ma-
raqlıdır ki, bu ifadələrə yalnız “Basatın Təpəgözü öldürdüyü boy”-
2
Ə.Rəcəbli. Ulu türklər. Bakı, 2003, səh.138.
1
Ç.Qaraşarlı. Aralıq dənizi hövzəsinin ilkin sakinləri – Türklər. Bakı,2009,səh.96.
“Dədə Qorqud”un möcüzələr dünyası
402
da rast gəlinir. Dəqiq desək, belədir: “qınlu” yalnız Təpəgözün
dilində: “Anda eki qılıc var: biri qınlu, biri qınsuz” (D-230);
qınsuz qılıc” iki dəfə Təpəgözün, bir dəfə təhkiyəçinin dilində:
Təpəgözün dilində: “...biri qınlu, biri qınsuz” (D-230); “Ol qınsuz
kəsər mənim başımı” (D-230); təhkiyəçinin dilində: “Gördü bir
qınsuz qılıc turmaz, enər, çıqar” (D-230). Fikrimizcə, Təpəgözün
dilindən verilmiş “Ol qınsuz kəsər mənim başımı” cümləsini
qeyri-reallığın real, həqiqi olan kimi təqdimi kontekstində araşdır-
maq lazımdır. Bəri başdan qeyd edək ki, “qınsız qılıncla” bağlı
qeyri-reallığın ilkin kodu Təpəgözün pəri anasının dilində açıq-
aydın şəkildə ifadə olunub: “Dəpəgöziη pəri anası gəlüb oğlanıη
parmağına bir yüzik keçürdi. “Oğul, saηa ox batmasun, tənüηi
qılıc kəsməsün!” (D-217). Bu cümlənin mətndəki yerini, poetik
çəkisini semantik dinamika prizmasından nəzərdən keçirək: “...tə-
nüηi qılıc kəsməsün!” (Təpəgözün pəri anasının dilindən verilmiş
bu cümlə ilə semantik dinamika başlanır) → “Qılıc urdılar, kəs-
mədi” (semantik dinamika təhkiyəçi dili ilə inkişaf etdirilir) →
“Qara polad uz qılıclar kəsən qılını kəsdirəmədi” (semantika dina-
mika qarıcığın dilindən verilmiş cümlədəki mübaliğə ilə qüvvət-
ləndirilir) → “Ol qınsuz kəsər mənim başımı” (semantik dinamika
başa çatır. Təpəgöz yalnız qınsız qılıncla öldürülə bilər). Mətnin
tamamlanması da birbaşa həmin semantik dinamikanın başa
çatması ilə bağlanır. Təsadüfi deyil ki, Basat da Təpəgözü məhz
“xüsusi qılıncla” (K.Abdulla), qınsız qılıncla öldürür: “Balçağın-
dan ol qılıcı bərk tutdı... Dəpəgöziη kəndü qılıcilə boynını urdı”
(D-234). K.Əliyev bu hadisəni belə səciyyələndirir: “...Təpəgöz
Basatı onun xəzinəsinə sahib olmaq üçün günbəzə göndərir və
oranı darmadağın edir, lakin Basat yenə qurtulur. Bu üç döyüşdən
sonra Təpəgöz könüllü şəkildə ölmək istəyir, yəni həqiqi ölüm
arzulayır və mağaranı göstərərək Basata deyir: “Anda iki qılıc var:
biri qınlu, biri qınsuz. Ol qınsuz kəsər mənim başımı. Var, götür,
mənim başımı kəs!” Basat həmin qılıncı gətirir və Təpəgözün
“Dədə Qorqud”un möcüzələr dünyası
403
boynunu vurur”
1
. Burada “Təpəgöz həqiqi ölüm arzulayır” fikri
yerinə düşmür. Çünki Təpəgöz ölüm arzulamır, əksinə, hiylə ilə
Basatı öldürmək istəyir. Bu, mətnin sonrakı hissələrində Təpəgö-
zün dilindən verilmiş cümlələrdə aydın şəkildə verilib: “Mərə,
oğlan, dəxi ölmədiηmi?” (D-230). Digər tərəfdən, Basatı öldürə
bilməyən Təpəgözdə sağ qalmaq, yaşamaq istəyi olmasa idi, o,
Basata “Əmdi qardaşlar, qıyma maηa!” – deyərək yalvarmazdı.
Burada Basat və Odissey obrazlarını mifoloji nəzəriyyələr müs-
təvisində təhlil süzgəcindən keçirmiş K.Abdullanın fikirlərini xa-
tırlatmaq lazım gəlir: “Odisseydən fərqli olaraq Basat isə Təpəgö-
zü həm də öldürür. Başını kəsir. Təkgözü məhv etməklə anormal,
xaotik bir sahmansızlığa qarşı mübarizə aparılırsa (bunu hər iki
qəhrəman edir), başın bədəndən ayrılması, özü də xüsusi qılıncla
ayrılması daha qədim mifoloji təsəvvürlərə aparıb çıxarır. Başın
bədəndən ayrılması kainatdakı sahmansızlığı sahmana gətirmənin
işarəsi ola bilər – bu şəkildə Səma Torpaqdan ayrıla bilər, nəticə-
də Oğuzda sahman yaranar...”
1
.
Qınsız qılıncın sirlərini isə belə səciyyələndirmək olar:
mətndəki “qınsuz qılıc” ifadəsi “döyüşə tam hazır vəziyyətdə ol-
maq” mənasındadır. “Kitab”dakı “qılıc qınını doğramaq” (Qara
polad uz qılıcum qının toğrar. D-248) ifadəsi də savaş, döyüş istə-
mək mənasını ifadə edir. Bu isə belə bir fikri reallaşdırır: “qınsız
qılıc” ifadəsi “qılıc qınını doğramaq” tipli ifadələrin məntiqi dava-
mıdır; boyda təsvir olunur ki, zəncirdən asılmış qınsız qılınc dur-
madan enir-qalxır. Bu, o deməkdir ki, həmin qınsız qılınc nəinki
ona toxunanı, hətta onun yanından keçərkən ehtiyatlı olmayan hər
kəsi yaralaya, öldürə bilər. Deməli, bədənini qılınc kəsməyən
Təpəgöz elə bir qılınc düzəltdirib və onu zəncirdən elə yerdə as-
dırıb ki, düşmənini (rəqibini) özünün iştirakı olmadan da məhv
edə bilər. Burada silahın döyüşçünü (insanı) əvəz etməsi açıq-ay-
dın şəkildə ifadə olunub; M.Kaşğarinin “Divan”ındakı bir sıra de-
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.42.
1
K.Abdulla. Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, səh.256.
“Dədə Qorqud”un möcüzələr dünyası
404
yimlər “Kitab”dakı “qınlu qılıc” (mətndə “qınlu” şəklində verilib;
şərti olaraq ellipsisə uğramış “qılıc” sözü ilə birlikdə təqdim
edirik), “qınsuz qılıc” ifadələri ilə səsləşir: “koş kılıç kınka sığ-
mas” = qoşa qılınc qına sığmaz” (I cild, səh.365). “Divan”da iş-
lənmiş bu deyim həm k(q) səsinin alliterasiyasına (koş, kılıç, kın),
həm də poetik semantikasına görə “Kitab”dakı “biri qınlu, bir
qınsuz”, “qınsuz qılıc”, eləcə də “qılıc qınını doğramaq” kimi
ifadələrlə eyni xətdə birləşir, ən əsası isə türk poetik təfəkkürünün
nadir inciləri kimi çıxış edir... Bütün bunlar onu da vurğulamağa
əsas verir ki, Təpəgözün vəhşi obrazı həm də qılınc obrazı ilə
vəhdətdə ustalıqla yaradılıb.
Gəz çıxarmaq
“Kitab”da cəmi bir dəfə işlənmiş bu ifadəyə mətn daxi-
lində diqqət yetirək: “Bəkil at cilavısın yeηimədi, bilə uçdı. Sağ
oylığı qayaya toqındı, sındı. Bəkil aru turdı, ağladı. Aydır: “Ulu
oğlım, ulu qardaşım yoq. Həman beligindən gəz çıqarub, atınıη
tərkilərini tartdı urdı. Qaftanı altından ayağını bərk sardı” (D-240-
241). Bu parçadakı “gəz” sözünün transkripsiyası yox, semantika-
sı ilə bağlı ziddiyyətli fikirlər var. Məsələn: O.Ş.Gökyayın fikrin-
cə, həmin cümlədəki “gəz” “dəmir ucluqsuz ox” mənasındadır
1
;
Zeynalov-Əlizadə nəşrində “gəz” sözü “bez” (parça) mənasında
sadələşdirilib
2
. V.Bartoldun tərcüməsində “dəmir ucluqsuz ox”
mənasında verilib (стрелу без перьев)
3
; F.Əhmədova görə, “gəz”
leksemi “bez” (parça) mənasını ifadə edir
4
; A.Hacıyevin araşdır-
malarında “gəz” arxaizmi “ox” mənasında şərh olunub
5
... Deməli,
“gəz” arxaizminin semantikası ilə bağlı iki fikir var: “gəz” sözü
“dəmir ucluqsuz ox” mənasındadır (V.V.Bartold, O.Ş.Gökyay,
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.211.
2
Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.203.
3
Книга моего Деда Коркута. М.-Л., 1962, с.85.
4
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.123.
5
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.129.
“Dədə Qorqud”un möcüzələr dünyası
405
A.Hacıyev...); “gəz” sözü “bez” (parça) anlamlıdır (F.Zeynalov,
S.Əlizadə, F.Əhmədov...). Heç şübhəsiz ki, “gəz” sözünün seman-
tik yükü “Kitab”dakı sintaktik bütövlər, eyni zamanda qədim türk
dilinə dair lüğət və tədqiqatlar kontekstində dəqiqləşdirilə bilər.
Bu mənada aşağıdakılara diqqət yetirək:
Zeynalov-Əlizadə nəşrində (Bakı, 1988) yuxarıda təqdim
etdiyimiz parça belə sadələşdirilib: “Bəkil atın cilovunu saxlaya
bilməyib, keyiklə bərabər uçundu. Sağ oyluğu qayaya toxunub
sındı. Bəkil ayağa durub ağladı. Dedi: “Böyük oğlum, böyük qar-
daşım da yoxdur!...” Sonra paltarının qolundan bez çıxarıb, atının
tərkindəki qayışları dardıb qırdı. Qaftanının altından ayağını ata
bərk sarıdı...”(səh.203). A.Hacıyev bu sadələşdirməyə, eləcə də
mətnin qədim şəklinin ümumi semantik yükünə əsaslanaraq yazır:
“Bu çevirmədə (Zeynalov-Əlizadə çevirməsi nəzərdə tutulur –
Ə.T.) bir neçə qeyri-dəqiqliyə yol verilmişdir. Əvvəla, irəlidə
söylədiyimiz kimi, “yelək” oxqabı mənasındadır. İkincisi, “gəz”
arxaizmi “bez” deyil, “ox” anlamında işlənən sözdür. Üçüncüsü,
Bəkil ayağını ata deyil, oxa sarıyır. Bu kiçik səhnədə böyük həyat
təcrübəsinin izləri dəqiqliklə əks olunmuşdur. Bəkil sınmış ayağı-
nı atının yəhərindən qoparıb-üzdüyü (bu məqamda mətndəki
“dartdı urdı” oxunuşu əvəzinə “dartdu üzdü” oxunuşu daha mənti-
qi görünür) qayışlarla ox qabından çıxartdığı qayın ağacından dü-
zəldilmiş oxa bərk-bərk sarıyır ki, sonradan törənə biləcək fəsad-
ların qarşısını alsın...”
1
. M.Kaşğarinin “Divan”ında “kəz” (gəz) sö-
zü ox deyil, oxun arxa tərəfi, eyni zamanda “Çin ipəklərindən bir
qumaş növü” mənasında verilməsə idi, bəlkə də, bu mövzuya qa-
yıtmayacaq və qorqudşünas A.Hacıyevin şərhlərini bütün para-
metrlərinə görə elmi və inandırıcı hesab edəcək idik. Burada ilk
olaraq “gəz” sözünün mənasını mətn semantikası müstəvisində nə-
zərdən keçirmək zərurəti yaranır: “Həman beligindən gəz çıqarıb,
atınıη tərkilərini dartdı urdı” (D-241). Bu cümlədəki “belik” sözü
“qolsuz köynək” (əvvəlki səhifələrdə bu sözün həm də “oxqabı”
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.129.
“Dədə Qorqud”un möcüzələr dünyası
406
mənasında çıxış etdiyini göstərmişik), “gəz” (Çin ipəklərindən
bir qumaş növü (MK. I, səh.341), “tərki” (yəhərin arxasındakı
qayış), “ur” (vurmaq, bir şeylə toxundurmaq) mənasında götürü-
lərsə, belə bir fikir reallaşar: şübhəsiz ki, heç kəs atı sürə-sürə
sınmış ayağını rahatlıqla sarıya bilməz. Deməli, at belində sınmış
ayağını sarımaq istəyən igid əvvəlcə atını saxlamalı, sonra ayağı-
nı sarımalıdır. Bu baxımdan həmin cümləni belə yozmaq olar:
qolsuz köynəyindən (belik, bellik) parça (bez) çıxaran Bəkil yə-
hərin arxasındakı qayışı dartaraq atını vurur ki, onu saxlasın, sonra
isə sınmış ayağını sarısın (əks halda sınmış ayağını sarımaqda
çətinlik çəkə bilərdi). Mətndəki “dartdı urdı” xəbərindən sonra ve-
rilmiş cümlə də məhz həmin semantik dinamikanın məntiqi
davamı kimi çıxış edir:
“Qaftanı altından ayağını bərk sardı” (D-241). Bu mə-
qamda bir detala aydınlıq gətirmək zərurəti yaranır: mətndəki ur
(vur) çoxmənalı feli heç də çırpmaq, zərbə endirmək, döymək ki-
mi mənaları deyil, “bir şeylə toxundurmaq” mənasını ifadə edir.
Atçılıqla məşğul olanlara, ümumən at sürməyi bacaranlara yaxşı
məlumdur ki, atın boynuna yavaşca vurduqda o dayanır, sanki
sahibinin nə istədiyini anlayır. Bu cəhət bir sıra heyvanlarda da
müşahidə olunur: Müq.et: “Mən yavaşca öküzün boynuna vurub,
həyətə döndərdim” (S.Rəhimov). Buraya qədər dediklərimizi belə
sistemləşdirmək olar: belikdən “gəz” (parça) çıxarılır → sürətlə
gedən at saxlanılır → sınmış ayaq “gəzlə” (qumaşla) sarınır... De-
məli, “Bəkil sınmış ayağını bezlə ata sarıdı” (Zeynalov-Əlizadə),
yaxud “Bəkil sınmış ayağını oxa sarıdı” (A.Hacıyev) deyil, “Bəkil
sınmış ayağını “gəzlə” (qumaşla) sarıdı” fikri mətnin ümumi se-
mantik yükü ilə daha çox səsləşir. Mətndəki “dartdı urdı” feli
xəbəri də “dartıb qırdı” (Zeynalov-Əlizadə) və ya “dartdı üzdü”
(A.Hacıyev) yox, “dartdı vurdu” mənasına uyğun gəlir. Bu da,
qeyd etdiyimiz kimi, atın saxlanması, dayandırılması mənasını ifa-
də edir. Təsadüfi deyil ki, Bəkilin ayağı məhz atının cilovunu sax-
laya bilmədiyi üçün sınır: “Bəkil at cilavısın yeηimədi, bilə uçdı.
Sağ oylığı qayaya toqındı, sındı” (D-240). Bütün bunlar onu vur-
“Dədə Qorqud”un möcüzələr dünyası
407
ğulamağa əsas verir ki, həmin mətndəki “gəz” sözü “ox” yox, “qu-
maş” (parça) mənasındadır. Bir cəhəti də qeyd edək ki, “Kitab”ın
dilində “ox” anlamlı “gəz” sözünə də təsadüf edilir: “...birin gezlə-
di, birin əlinə aldı” (D-199). Bu cümlədəki “gezləmək” felini
tarixi-linqvistik müstəvidə təhlil edərək “...qədim silah növlə-
rindən sayılan gəz//kez sözünə “gezlə” felinin tərkibində rast
gəlinir”
1
, - deyən A.Hacıyev haqlıdır.
Sur cida
“Kitab”da dörd dəfə işlənmiş bu birləşmənin birinci kom-
ponenti Drezden nüsxəsinin 129-cu səhifəsində belə yazılıb:
“روس”. Bəri başdan qeyd edək ki, qorqudşünaslıqda bu yazılış şək-
linin transkripsiyası, eyni zamanda yozumu mübahisəlidir. Elə
buna görə də ilk olaraq həmin fikirləri saf-çürük etmək, sonra isə
problemi “Kitab”ın semantik yükü və tarixi-linqvistik müstəvidə
araşdırmaq lazım gəlir. Təqdim etdiyimiz yazılış şəkli ilə bağlı
qorqudşünasların fikirlərini, əsasən, aşağıdakı kimi ümumiləş-
dirmək olar:
− O.Ş.Gökyayın nəşrində - oxunuşu: sivri, mənası: kəskin
uclu (İstanbul, 2000);
− H.Araslının nəşrində − oxunuşu: sur (Bakı, 1976);
− M.Erginin nəşrində − oxunuşu: süvri, mənası: kəskin
uclu (Ankara, 1958);
− Zeynalov-Əlizadə nəşrində: oxunuşu: sür; mənası: çoxil-
lik qamışın yoğun gövdəsindən hazırlanmış nizə (Bakı, 1988);
− Y.Məmmədlinin araşdırmalarında F.Zeynalov və S.Əli-
zadənin fikirləri müdafiə olunur: “sür” – çoxillik qamışdan cida,
nizə (Azərbaycan dilində hərbi terminlərin tarixi-müqayisəli təhli-
li. NDA, Bakı, 1996);
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.191.
“Dədə Qorqud”un möcüzələr dünyası
408
− Ə.Sadıqovun fikrincə, “sür” şəklində transkripsiya düz-
gündür və “sivri” mənasını ifadə edir (“Kitabi-Dədə Qorqud”un
izahlı lüğəti. Bakı, 1999, səh.163).
B.Abdulla “ala” rəngin simvolikasını şərh edərkən “Ala
uran sur cidamı saqlardım//Bu gün içün, güni gəldi...” misraların-
dakı “sur” şəklində transkripsiyanı düzgün hesab edərək yazır:
“...O.Şaiq və M.Erginin oxumasında “sivri (süvrü) cida”dır. “Sur
cida” oxunuşu mətnin məzmununa uyğundur... Bəklə ki (belə ki, -
Ə.T.), ərəb dilində “sur” sözünün öküz, buğa buynuzu anlamı da
vardır. Hətta dini etiqada görə, qiyamət günündə İsrafil adlı mələ-
yin çalağacı (çaldığı – Ə.T.) şeypur da elə öküzün, buğanın buy-
nuzundan düzəldilmişdir. Cida isə, bildiyimiz kimi, möhkəm, bərk
və nisbətən uzun ağacın uc hissəsinə poladdan, dəmirdən sivri
ucluq taxılmış əski silah növüdür... Biz bu fikirdəyik ki, dəmir,
polad hələ olmamışdan qabaq cida – mizraq nizə ucluğu üçün
“sur” adı daşıyan itilənmiş və ya elə öz-özlüyündə sivri olan öküz
buynuzundan istifadə olunmuşdur”
1
.
Göründüyü kimi, “روس” yazılış şəkli üç oxunuş formasında
təqdim olunub: sur (H.Araslı, B.Abdulla); sür (Zeynalov-Əlizadə,
Y.Məmmədli, Ə.Sadıqov); sivri//süvri (O.Ş.Gökyay, M.Ergin). Bu
yazılış şəklinin məna yükünə də müxtəlif bucaqlardan yanaşılıb:
kəskin uclu (O.Ş.Gökyay, M.Ergin; Ə.Sadıqov), qamış gövdəsin-
dən hazırlanmış nizə (Zeynalov-Əlizadə, Y.Məmmədli); öküz
buynuzu (B.Abdulla). Bütün bunlar problemə “Kitab”, M.Kaşğa-
rinin “Divan”ı və Azərbaycan dili şivələri müstəvisində yanaşmaq
zərurəti yaradır. Bu mənada aşağıdakılara diqqət yetirək:
− M.Kaşğarinin “Divan”ında çadır dirəyi, tir, sırıq anlamlı
“sıruk” sözü verilib: “sırıkluk yığac = sırıq (dirək) düzəltmək üçün
hazırlanmış ağac, dirəklik ağac” (I c., səh.383, 480). Bu söz
“Oğuznamə”də “uzun” mənasında işlənib: “Uzun olan sırıq kibi//
əkşi olur qoruq kibi”
2
. “Divan”da verilmiş, eləcə də “Oğuznamə”-
1
B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. Bakı, 2004, səh.88.
2
Oğuznamə. Bakı, 1987, səh.41.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |