419
qayisəli şəkildə araşdırır və belə bir nəticəyə gəlir: “Bizcə, “tol”
arxaizmi dastanın nəsr dilinə sonradan düşməklə onu əvəz etmiş
eyni mənalı “çuval” sözünün daha qədim fonetik variantıdır. Belə
ki, “tul” sözü t→ç səsdəyişməsi və ilkin uzanma yolu ilə “u” səsi-
nin diftonqlaşması nəticəsində tol//tul~ tuul~çuul~çual~ çuval xət-
tilə yaranmışdır”
1
. A.Hacıyev “doxarlayı” şəklində transkripsiya
etdiyi sözün semantikasından bəhs edəndə isə problemə tam yeni
prizmadan yanaşır. Dəqiq desək, “...Bütün misra şöyle düzeltil-
melidir: Doharlayı koduğum yağı yurdu “İhtiyarlayıp kaldığım
düşman yurdu”, - deyən T.Tekinin qənaətlərini qəbul etmir və be-
lə bir ümumiləşdirici fikir söyləyir: “...bütövlükdə “doxar” sözünü
“doğma adam, yoldaş” mənasında açıqlamaq olur. T.Tekindən
fərqli olaraq, “qoduğum” sözünü “qaldığım” mənasında deyil, elə
abidənin digər məqamlarında olduğu kimi (məsələn: bir yasduqda
baş qoduğum) “qoyduğum” mənasında başa düşürük. Odur ki,
misranı “Yoldaş kimi qoyduğum yağı yurdu” kimi anlamaq
soylamanın məqsədinə daha uyarlı görünür”
2
.
Göründüyü kimi, haqqında bəhs etdiyimiz misraların həm
transkripsiyası, həm də yozumu ilə bağlı fikir müxtəlifliyi var. Bə-
ri başdan deyək ki, bu fikirləri söyləyənlərin hər biri qorqudşünas-
lıqda öz dəsti-xətti ilə tanınır. Amma bu da var ki, bir sıra faktlar
problemə yenidən qayıtmağı diktə edir. Bu cür faktları isə aşa-
ğıdakı kimi sistemləşdirmək olar:
− M.Kaşğarinin “Divan”ında “silah” anlamlı “tolum” sö-
zünün rəngarəng məna çalarlarının izah olunması: “ər tolum man-
dı” = “adam silah qurşandı” (II cild, səh.56); “ol yağıka tolum
anuttı” = “o yağıya qarşı silah hazırladı”; “Tolum anutsa, kulun
bulur, Tolum unutsa, bulun bulur” = “Silah hazırlayan qulun,
dayça tapar, silahı unudan əsir olar” (I cild, səh.256, 257);
“Kamuğ tolmun tokuştılar//Kılıç kınka küçün sığdı” = “Bütün
silahlarla toqquşdular// Qılınc qına güclə sığdı” (I cild, səh.232,
1
A.Hacıyev. “Dədəm Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı,2007,səh.134-135.
2
Yenə orada, səh.137.
“Dədə Qorqud”un möcüzələr dünyası
420
233); “tolumluğ ər” = “silahlı adam” (I cild, səh.477)... Bu cür
çoxsaylı faktlar “tolum”la “Kitab”dakı “yaraq” sözünü sinonimik
vahidlər kimi təqdim etməyə imkan verir. Bu da assosiativ olaraq
başqa bir detalı yada salır: müasir dilimizdəki “yar-yaraqlı” sözü
ilə “Kitab”ın dilindəki “tol-tolara” ifadəsi təkcə semantikasına
yox, həm də formasına görə eyni xətdə birləşir. Bu cür oxşarlıqları
başqa müstəvidə nəzərdən keçirək: Azərbaycan dilinin qərb şivə-
lərində “toxmağa bənzər ağac” mənasında “tolamazda” sözü işlən-
məkdədir. Bu sözün forma və semantikası barədə K.Ramazanov
maraqlı bir şərh verir: “tolomazda//tolamazdı// tulamazda //tula-
mazdı – ağacın əl çatmayan budaqlarından meyvələri yerə tökmək
(salmaq) üçün boyca gödək, vəzncə ağır, toxmağa bənzər ağac
(Bir tolamazda at cö:z tökülsün; Tulamazda ağaj belə atıllar, ona
deiller tulamazda)
1
. Deməli, “toxmağa bənzər ağac” anlamlı “tola-
mazda” sözünün “tola” hissəsi həm “Kitab”ın dilindəki “tol-tola-
ra” ilə, həm də M.Kaşğarinin “Divan”ındakı “tolum”la səsləşir,
üçbucağın tərəflərindən biri kimi görünür. Bu oxşarlıqları belə sis-
temləşdirmək olar: “Kitab”da: tol-tolara; M.Kaşğarinin “Di-
van”ında: tolum (silah); Azərbaycan dilinin qərb şivələrində:
tola(mazda) (toxmağa bənzər ağac). Belə bir qarşılaşdırma isə
“Kitab”dakı “tol-tolara” sözünü silahla bağlı sözlər cərgəsində
təqdim etməyə imkan verir.
− M.Kaşğarinin “Divan”ında “qayıdanda geri alınmaq üzrə
savaş zamanı əsgərin minməsi üçün xaqan tərəfindən verilən at”
anlamlı “tuğrağ” (I cild, səh.450) sözü ilə haqqında bəhs etdiyimiz
“duxarlıyı” sözünün fonetik tərkib və semantika baxımından ox-
şarlığı; tuğrağlıyı – duxarlıyı (aşağıdakı şərhlərə bax);
− “Kitab”ın dilində “ox atmağa başlamaq” anlamlı “oxa
girmək” (Azğun dinlü kafər buηaldı, oxa girdi. D-133), eləcə də
“düşmən arasına girmək”, “döyüşə girmək” anlamlı “yağıya
girmək” frazemləri işlənir ki, bu da “tol-tolara girdigim” birləş-
1
Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Bakı, 1967, səh.240.
“Dədə Qorqud”un möcüzələr dünyası
421
məsi ilə səsləşir, hətta ümumi semantik tutum baxımından eyni
yuvaya daxil ola bilir;
− “Tol-tolara girdim” misrası ilə başlanan parçada öz
yayına müraciət edən Beyrək sanki gördüyü işlər barədə hesabat
verir. Burada həlledici kod isə belədir: Beyrək ilk dəfə yağı yur-
dunda gördüyü məşhur yayına işarə edir.
Fikrimizcə, yuxarıdakı faktlar mübahisəli oxunuş və yo-
zumlara müəyyən qədər işıq sala bilər. Amma həmin sözlərin iza-
hı ilə bağlı bütün detallar daha aydın görünsün, - deyə
aşağıdakıları təqdim edirik:
Silah anlamlı “tolum” sözünün, eyni zamanda “ox atmağa
başlamaq” anlamlı “oxa girmək” və “düşmən arasına girmək” an-
lamlı “yağıya girmək” ifadələrinin forma və semantikası istər “tul
tulara” (O.Ş.Gökyay, M.Ergin, H.Araslı), istərsə “tul tolara”
(Zeynalov-Əlizadə), istərsə də “tul tolada” (Ş.Cəmşidov, A.Hacı-
yev) deyil, məhz “tol-tolara” (S.Əlizadə) şəklində transkripsiyanın
düzgün olduğunu qeyd etməyə imkan verir. Bu məqamda bərpa
üsulundan istifadə yerinə düşür: “tol-tolumlara” (silahlara). Bizcə,
“tol-tolara” ifadəsi “tol-tolumlara”nın qısaldılmış forması, daha
doğrusu, şifahi nitqin transkripsiyası kimi görünür: tol-tolumla-
ra=tolara. Burada “lum” hecasının düşməsi açıq-aydın şəkildə gö-
rünür. Bu cür heca düşümü (qaplologiya) isə Azərbaycan dili şi-
vələrinin əksəriyyəti baxımından səciyyəvidir: qarğıdalı= qardalı...
Bəs onda “tol-tolara girdigim” (silahlara girdiyim, silahlanaraq
döyüşə başladığım) misrasının semantik yükü nəyi işarələndirir?
Fikrimizcə, bu misranın semantikası birbaşa Beyrəyin ilk döyüşü-
nü əks etdirən parça ilə bağlanır. Belə ki, həmin döyüşdən əvvəl
Baybörənin tacirləri Boz oğlanı (Beyrəyi) köməyə çağırır. Boz
oğlan da tacirlərin sözünü yerə salmır, kafirləri qılıncdan keçirərək
öldürür: “Hə dedigimi yetürüη geyünimlən mənim şahbaz atımı
gətürüη ... Bazırganlar dəxi öglərinə düşdi, qulağız oldı... Bir-iki
demədi, kafərlərə qılıc urdı. Baş qalduran kafərləri öldürdi, ğəza
eylədi. Bazırganlarıη malın qurtardı (D-72). Bu parça isə yuxa-
rıda təqdim etdiyimiz ikinci misranın məna yükü ilə bağlı yeni
“Dədə Qorqud”un möcüzələr dünyası
422
fikirlər söyləməyə imkan verir. İlk olaraq qeyd edək ki, parçanın
ümumi semantik yükü Drezden nüsxəsindəki yazılış şəklini (D-
109
2
) “tuladarı”, “toladarı”, “tolar əri”, “tulu avarı”, “tula dəri”
şəklində yox, məhz “tolararı” formasında transkripsiya etməyə
imkan yaradır. Bu cür transkripsiya isə, bir tərəfdən, M.Kaşğarinin
“Divan”ındakı “tolumlug ər” (silahlı adam) (I cild, səh.477) ifadə-
si ilə səsləşir. Digər tərəfdən, “toraları” oxunuş formasının “tolar”
hissəsi S.Əlizadənin, “arı” hissəsi isə M.Erginin transkripsiyası ilə
üst-üstə düşür. Burada da ilkin söz formasının fonetik dəyişikliyə
uğramasından bəhs etmək olar: qeyd etdiyimiz kimi, “tolar” (“to-
lumlar”ın qısaldılmış forması) sözü “silahlar” mənasına uyğun
gəlir. Bu baxımdan “tolar əri//tolar arı = tolararı” modelindəki “to-
lararı” sözü “silahlara cavabdeh olan şəxs” və ya hər cür silahla
silahlanmış ər (döyüşçü, igid)” mənasında götürülə bilər. Deməli,
“tolararı” sözü “tol-tolara girdigim” (silaha girdiyim, döyüşə gir-
diyim) birləşməsinin məntiqi davamı kimi işlənərək birbaşa “qodı-
ğım” (qovduğum) sözü ilə bağlanır, daha doğrusu, feli birləşmənin
asılı tərəfi kimi çıxış edir. Bu da, qeyd etdiyimiz kimi, “Baş qaldı-
ran kafərləri öldürdi, ğəza eylədi...” (D-72) cümləsinin semantika-
sı ilə səsləşir. Digər tərəfdən, bu cür zəncirvari bağlılıq “şahinçini”
(Zeynalov-Əlizadə), “toxar xalqı” (Ş.Cəmşidov), “ihtiyarlamak”
(T.Tekin), “yoldaş kimi” (A.Hacıyev) və s. mənalarda izah olun-
muş “duxarlıyı” (bu cür oxunuş formasını məqbul hesab edirik)
sözünü “tuğrağlıyı” (xaqan tərəfindən verilən ata minən əsgər)
sözünün fonetik dəyişikliyə uğramış variantı hesab etməyə əsas
verir: birincisi, ona görə ki, “tuğrağlıyı” (Drezden nüsxəsində “du-
xarlıyı”) sözü “tol-tolara girmək” (silaha girmək, döyüşə girmək)
ifadəsi və “tolararı” (hər cür silahla silahlanmış ər – döyüşçü,
igid) sözünün məntiqi davamı kimi işlənib. Yəni semantik dina-
mikada dördüncü söz kimi çıxış edir: ikincisi, “tuğrağlıyı” sözü də
“qodığım” (qovduğum) sözünə idarə əlaqəsi ilə bağlanıb, konkret
desək, həmin birləşmədə asılı tərəf kimi çıxış edir; üçüncüsü,
“tuğrağlıyı” sözü də “...kafərləri öldürdi, ğəza eylədi” (D-72)
cümləsinin semantik yükü ilə səsləşir; dördüncüsü, “tuğrağlıyı”
“Dədə Qorqud”un möcüzələr dünyası
423
sözü fonetik tərkibcə “doxarlıyı” oxunuş formasına çox yaxındır,
daha doğrusu, “doxarlıyı” forması “tuğrağlıyı” sözünün fonetik
deformasiyaya uğramış variantı kimi görünür: tuğrağlıyı –
duxarlıyı. Buradakı t→d, ğ→x səsəvəzlənmələri dilimiz üçün
səciyyəvidir: müq.et: tər-dər; qabığ-qabıx (nümunələr Azərbaycan
dili şivələri ilə bağlı materiallardan götürülüb). Yaxud həmin sö-
zün “rağ” hecasındakı səslərin yerdəyişmə ilə işlənməsi (tuğğar-
lıyı) və yanaşı işlənmiş iki “ğ” səsindən birinin düşməsi (tuğğar-
lıyı-tuğarlıyı) dilimiz üçün məqbul hesab olunan hadisələrdəndir:
müq.et: -gəc-cəg //-cək; -ğac-cağ//-caq; kiçikcik-kiçicik (burada
söz ortasındakı “k” samiti tələffüzlə bağlı olaraq düşüb). Deməli,
“duxarlıyı” yazılış şəkli “tuğrağlıyı” sözünün fonetik deformasi-
yaya uğramış variantı kimi götürülə bilər. Bu da istər-istəməz belə
bir fikri reallaşdırır: “Tolararı, duxarlıyı qodığım” misrası hər cür
silahla silahlanmış döyüşçünü (igidi), xaqan atına minəni qovdu-
ğum” mənasında yozula bilir. Bu isə “Kitab”ı n dilində “yağı qov-
maq” hadisəsini əks etdirən cümlələrlə eyni xətdə birləşir: “Qan-
turalı baqdı gördi kim, bir kimsənə yağıyı öginə qatmış, qovar”
(D-195).
“Yağı yurdu əlümdə qıl kişlim ayğır malı” misrası da tacir-
lərin soyulması və kafirlərin Beyrək tərəfindən öldürülməsindən
sonrakı hadisələrlə səsləşir. Yeri gəlmişkən, təqdim etdiyimiz
misradakı “yurdu” sözü mətnə daha yapışıqlı görünür (bu mənada
həmin yazılış şəklini “yordu” deyil, “yurdu” şəklində transkripsiya
etmiş O.Ş.Gökyay, M.Ergin, H.Araslı və A.Hacıyev haqlıdır).
Belə ki, Beyrək hamını heyrətləndirən, məşhur yayını məhz yağı
yurdunda görüb: “mərə bazirganlar, bu ayğırı və dəxi bu yayı və
bu gürzi maηa veriη” – dedi” (D-72). Bu hadisənin düşmən torpa-
ğında (yağı yurdunda) baş verdiyi “Kitab”da aydın şəkildə, həm
də bir neçə dəfə ifadə edilib: “Evnik qalasının beş yüz kafiri üzə-
rimizə qoyıldı” (D-71); “Əgər səniη oğluη olmasaydı, bizim malı-
mız Gürcüstanda getmişdi, həpümiz tutsaq olmuşdı”, - dedilər”
(D-74). Burada xüsusi olaraq vurğulayaq ki, hər iki cümlə Beyrək
üçün təkcə ayğır və gürz yox, həm də “yay” almış tacirlərin dilin-
“Dədə Qorqud”un möcüzələr dünyası
424
dən verilib. Burada assosiativ olaraq başqa bir detal yada düşür:
tacirlərin malı kafirlər tərəfindən qarət olunur: “Bazırgan
aydır: “... Dan-danışux kafər malın Oğuz bəglərinə gətürür idik...
beş yüz kafəri üzərimizə qoyıldı... Malımızı, rizqimizi yağmala-
dılar, gerü döndilər...” (D-71); Beyrək tacirlərin malını kafirlə-
rin əlindən alır: “Baş qaldıran kafərləri öldürdi, ğəza eylədi. Ba-
zırganlarıη malını qurtardı” (D-72). Bu qarşılaşdırma onu deməyə
əsas verir ki, Beyrək həm də ona veriləcək “yayı” xilas edib.
Belə bir nəticə isə başqa bir hökmü reallaşdırır: “yağı yurdu”, “qıl
kişli” kimi ifadələrin Beyrəyin dilində işlədilmə (yuxarıdakı misra
nəzərdə tutulur) səbəbləri məhz bu cür detallar kontekstində araş-
dırılmalıdır. Digər tərəfdən, həmin misradakı “qıl kişlim” ifadəsi
Beyrəyin düşmən yurdunda tacirlərdən minnətlə almaq istəmədiyi,
atası Baybörənin yanında isə hədiyyə kimi aldığı “yayı” işarələn-
dirir. Deməli, Beyrək ilk dəfə düşmən yurdunda gördüyü yayın
kirişinin nədən düzəldildiyini də yadına salır. Maraqlıdır ki, se-
mantik dinamika sonrakı misralarda məhz “qıl kişlim” ifadəsinin
assosiativliyi ilə davam etdirilir: ayğır malı = yay; ayğır verib yay
üçün boğma kiriş almaq. Bu tipli söz və birləşmələrə mətn daxi-
lində diqqət yetirək:
“Yağı yurdu əlümdə qıl kişlim,
ayğır malı.
Ayğır verüb aldığım,
tozlu qatı yayım.
Buğa verüb aldığım boğma kirişim” (D-109)
Bu misralardakı sözlərin hər biri “yay”la bağlı işlədilib ki,
bu da “yay”ı müxtəlif bucaqlardan təyin edir. Misralarda “ayğır”
sözünün iki dəfə işlənməsi də maraq doğurur. Bu məqamda A.Ha-
cıyevin “Kitab” və digər mənbələrə istinadən söylədiyi fikirlər
yada düşür: “Demək olar ki, bütün araşdırıcılar bu sözləri eyni an-
lamda “erkək cins at” mənasında dərk etmişlər. Bizcə, birinci
mənada “ayğır” sözü “erkək təkə”, “erkək dağ keçisi” mənasında
işlənmişdir... abidənin dilində yayın məhz erkək təkə buynuzun-
“Dədə Qorqud”un möcüzələr dünyası
425
dan düzəldilməsi ehtimalımızın doğruluğuna dəlalət edir: Avcına
sığmayan əlüklü oğlı//Ərdil təkə buynuzundan qatı yaylı”
1
.Birinci
misradakı “yağı yurdu” ifadəsi isə, qeyd etdiyimiz kimi, Gürcüs-
tanı, bir də Evnik qalasını işarələndirir. Amma nəzərə almaq la-
zımdır ki, “yaxşı ərməğanlar Rum elindən – İstanbuldan alınıb. Bu
da təsadüfi deyil. Belə ki, “Oğuz insanı alış-veriş, ticarət mərkəz-
ləri olan şəhərlərin topoqrafiyasına, onun marginal aspektinə
yaxşı bələd idi. Baybörə bəg sakral nəsnələrin – “yaxşı ərməğanla-
rın” gətizdirilməsi üçün bəzirganları uzaq şəhərə - Rum elinə,
İstanbula göndərir”
2
.
Sonuncu misrada birinci növ təyini söz birləşməsinin asılı
tərəfi kimi işlənmiş “boğma” sözünün hansı mənada işlənməsi,
demək olar ki, müəyyənləşdirilməyib. Konkret desək: O.Ş.Gökyay
belə təqdim edib: boğaz ağrısı, boğan, boğmaca, kuşpalazı, boğaz
iltihabı, tık – nefeslik” (İstanbul, 2000). Burada təkcə onu qeyd
edirik ki, müəllif istinad etdiyi lüğətlərdə “boğma” sözünün qarşı-
sında hansı sözü görübsə, elə onu da tərtib etdiyi lüğətinə daxil
edib. Əgər belə olmasa idi, müəllif “boğma kiriş” birləşməsindəki
“boğma” sözünün izahında ilk söz kimi “boğaz ağrısı” birləşməsi-
ni yazmazdı; Zeynalov-Əlizadə nəşrində “boğan” şəklində sadə-
ləşdirilib ki, bu da semantika baxımından “kiriş”lə tam bağlanmır:
“Buğa verib aldığım boğan kirişim” (Bakı, 1988, səgh.161); “Ki-
tabi-Dədə Qorqud”un izahlı lüğəti”nə isə daxil edilməyib. Daha
doğrusu, yalnız “boğma çıqarmaq” ifadəsi cüzi fonetik dəyişmə ilə
təqdim olunub: boğma çıqarmaq – boğma çıxarmaq” (Bakı, 1999,
səh.38). Bu cür izahla razılaşmaq olmaz. Çünki ən azı bu ifadənin
“qarğış əlaməti olaraq iki əlini qabağa gətirərək yumruq göstər-
mək” və ya “boğma xəstəliyinə tutulmaq” mənasında işləndiyi
qeyd oluna bilərdi. Yeri gəlmişkən, O.Ş.Gökyay da bu ifadənin
semantik yükünü dəqiq göstərməyib (İstanbul, 2000, səh.178)...
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, yozumlar. Bakı, 2007, səh.138
2
R.Kamal. “Dədə Qorqud kitabı”nın xronotop strukturu. Dədə Qorqud günü. XIV
Elmi sessiyanın materialları. Bakı, 2014, səh.61.
“Dədə Qorqud”un möcüzələr dünyası
426
Fikrimizcə, “boğma kiriş” ifadəsindəki “boğma” sözü “boğmaq”
felindən yaranmış isim kimi “tarım”, “tarım çəkilmiş” mənasın-
dadır ki, bu da “kiriş” sözünün semantikası ilə birbaşa bağlanır:
boğma kiriş = tarım çəkilmiş kiriş; kirişi (yay ipini) tarım çəkərək
yaya bağlamaq: müq.et: kirişlə yayı boğmaq – iplə çuvalın ağzını
boğmaq; kəmərlə beli boğmaq. Təsadüfi deyil ki, V.V.Bartold da
“boğma” sözünü məhz qeyd etdiyimiz mənada başa düşüb: с ту-
гой тетивой (boğma kiriş – tarım çəkilmiş kiriş) (göstərilən mən-
bə: səh.44). Burada Azərbaycan-monqol söz paralellərini sistemli
şəkildə təhlil süzgəcindən keçirmiş Ə.Abdullayevin bir qarşılaş-
dırmasını eynilə təqdim etmək lazım gəlir: monqolca: baqlas,
book; rusca: упаковать; Azərbaycanca: bağlamaq, bəzən boğmaq
da bu mənada işlənir”
1
. Bu fakt da “boğma kiriş” birləşməsindəki
“boğma” isminin məhz çoxmənalı “boğmaq” feli əsasında yaran-
dığını təsdiq edir.
“Buηlu yerdə qodım-gəldim
Otuz doqquz yoldaşım, iki arğışım! – dedi” (D-109)
Bu misraların semantik yükü onu deməyə əsas verir ki,
Beyrək kafir düşərgəsində dustaqlıqda qalan otuz doqquz yolda-
şına işarə edir, onları xatırlayır. Beyrəyin dilindən verilmiş sonun-
cu misra da mətnin əvvəlki hissələri ilə birbaşa bağlanır: “Otuz
toquz yigidlən Beyrək tutsaq getdi” (D-90); “Otuz toquz yigidim
əmanəti, mərə kafər!” (D-100). Təhkiyəçinin (birinci cümlə) və
Beyrəyin (ikinci cümlə) dilindən verilmiş bu nümunələr dediklə-
rimizi qüvvətləndirir. Burada bir qarşılaşdırmaya ehtiyac duyulur:
haqqında bəhs etdiyimiz parçanın yalnız son iki misrasında silaha,
silahdan istifadəyə birbaşa işarə edilmir. Daha dəqiqi, belədir:
− üçüncü misrada: qıl kışli = at qılından düzəldilən yay
kirişi (Yağı yurdu əlümdə qıl kişlim);
− dördüncü misrada: ayğır malı = təkə buynuzundan yay
(ayğır malı);
1
Ə.Abdullayev. Azərbaycan dili məsələləri. Bakı, 1992, səh.316.
“Dədə Qorqud”un möcüzələr dünyası
427
− beşinci misrada: ayğır verib yay almaq (Ayğır verüb al-
dığım). Bu ifadənin tərkibindəki verib (verüb) sözü barədə A.Ha-
cıyev maraqlı bir açıqlama təqdim edir: “Bu sözün “verüb” varian-
tında yazılıb oxunmasına baxmayaraq, boydakı hadisələrin mənti-
qinə uyğun tərzdə “urub” kimi oxunub mənalandırılmasını daha
düzgün hesab edirik; Beyrək yayını at verməklə deyil, yağı üzəri-
nə at salmaqla – hücum etməklə qazanır”
1
. Qeyd edək ki, müəlli-
fin fikirləri, bir tərəfdən, həmin parçanın üçüncü misrasındakı
“Yağı yurdu” ifadəsinin semantik tutumu ilə səsləşirsə, digər tə-
rəfdən də birinci misradakı “tol-tolara” ifadəsi silahla bağlıdır –
qənaətini qüvvətləndirir;
− altıncı misrada: tozlu qatı yay = (tozlu qatı yayım);
− yeddinci misrada: boğma kiriş = tarım çəkilmiş kiriş;
buğa verib boğma kiriş almaq (Buğa verüb alduğum boğma kiri-
şim).
Bu faktlar həmin parçanın ilk iki misrasında oxunuşu və
yozumu mübahisəli olan sözlərlə bağlı təqdim etdiyimiz arqu-
mentləri qüvvətləndirir. Belə ki, yuxarıda yeddi istiqamətdə qrup-
laşdırdığımız söz və ifadələrin hamısı silahla (yayla) bağlı olduğu
kimi, ilk iki misranın anlaşılmasını çətinləşdirən sözlər də məhz
silahla, döyüşlə bağlıdır:
− tol-tolara girmək = silaha (silahlara) girmək, döyüşə
girmək;
− tolararı – hər cür silahla silahlanmış ər (döyüşçü, igid);
− duxarlıyı = tuğrağlıyı (tuğarlıyı) = xaqan tərəfindən veri-
lən ata minən əsgər.
Bu cür qarşılaşdırma bir həqiqəti də xüsusi olaraq vurğula-
mağa imkan verir: parçadakı söz və ifadələrin əksəriyyəti məhz si-
lah və döyüşlə bağlı olan sözlər cərgəsində birləşir. Bu da “Kitab”,
ümumən qəhrəmanlıq eposları üçün xarakterik cəhətlərdəndir.
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”nın şərhli oxunuşu. I kitab, Bakı, 2014, səh.77.
“Dədə Qorqud”un möcüzələr dünyası
428
“DƏDƏ QORQUD KİTABI”NDA SİLAH
VƏ SİLAH HİSSƏLƏRİNİN ADLARI
TARİXİ-LİNQVİSTİK MÜSTƏVİDƏ
Qorqudşünaslıqda silah adları, eləcə də döyüş geyimlərinin
adları tarixi-linqvistik baxımdan kompleks və sistemli şəkildə
araşdırılmayıb. Heç şübhəsiz ki, bu problemi həll etməklə bir sıra
məsələlərə aydınlıq gətirmək olar. Məsələn: qədim türk tarixi, xü-
susən də türk hərb sənəti üçün səciyyəvi olan silah növlərinin
ümumi mənzərəsi daha dolğun canlandırıla bilər; silah adlarında
daşlaşmış şəkildə yaşayan arxaik dil vahidləri aşkarlanar; türk
mənşəli, eyni zamanda alınma silah adlarının “Kitab” və digər qə-
dim türk mənbələrindəki yeri və rolu barədə dəqiq fikirlər söylə-
mək olar; bir sıra obrazlı ifadələrin məhz silah adlarının asso-
siativliyi ilə yaradıldığı müəyyənləşər... Elə buna görə də ilk ola-
raq aşağıdakılara diqqət yetirmək lazım gəlir:
− “Kitab”dakı silah adlarının bir hissəsi Orxon-Yenisey
abidələri, eyni zamanda M.Kaşğarinin “Divan”ı üçün də səciy-
yəvidir: “Kitab”da: qılıç, ox, sügü...; Orxon-Yenisey abidələrində:
kılıç, ok, süηüg...; M.Kaşğarinin “Divan”ında: kılıç, ok, sünqü...;
− “Kitab”dakı silah adlarının əksəriyyəti türk mənşəlidir:
qılıc, yay, ox, dəpər, sügü... Bu sistemdə alınma sözlər çox azdır:
gürz (fars), qəbzə (ərəb. dəstə, qulp);
− “Kitab”da intensivliyi ilə fərqlənən silah adlarının bir
qismi müasir ədəbi dilimizdə işlənməsə də, şivələrimizin əksə-
riyyətində mühafizə olunur: sapand, taraqa... Burada bir detalı da
qeyd etmək lazım gəlir: Borçalı toponimləri sistemindəki “Sadaq-
lı” oykoniminin apelyativi “Kitab”dakı “sadaq” (oxqabı) sözü ilə
eyni xətdə birləşir ki, bu da silah adının toponimik vahiddə
daşlaşmış şəkildə yaşadığını təsdiqləyir;
− “Kitab”ın dilində bir sıra hərbi terminlərin həm də şəxs
adı kimi işlənməsinə təsadüf edilir: oq+çı=oqçı = Oqçı (Əηsə qoca
oğlı Oqçı); yay (silah adı) = Yayxan keşiş oğlı; dəmür tonlu =
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |