429
Dəmür Tonlu Mamaq ... Bu cür adlar müasir türk, o cümlədən
Azərbaycan antroponimikası baxımından da səciyyəvidir: Qılınc,
Qılıncxan, Kaman, Kamandar, Gürzalı...; Burada bir məqam da
yada düşür: “qılınc” apelyativi İsa Hüseynovun “İdeal” romanında
ləqəb kimi müşahidə olunur: Qılınc Qurban;
− “Kitab”da təsvir olunan qılıc, yay-ox, sapan, dəpər, sügü
kimi silah adları qədim türk hərb sənətinin atributları kimi çıxış
edir;
− Rus dilindəki türk mənşəli sözlər sırasında silah və silah
hissələrinin adları xüsusi yer tutur: саадак, топор, кинжал… Rus
dilinə türk dillərindən daxil olmuş bu tip sözlərin hər biri “Ki-
tab”dakı forma və semantikasına uyğundur: sadaq, dəpər, xəncər...
− “Kitab”dakı çoxsaylı obrazlı ifadələrin tərkibində silah
adları açıq-aydın şəkildə görünür: qılıcı altından keçmək, qılıc qı-
nını doğramaq, ıldız kibi parlayıb gələn kafir cidası, oxa sancıl-
maq, qurulu yaya bəηzər çatma qaş, buynızı almas cida kibi bu-
ğa... Türk poetik təfəkkürü ilə yoğrulmuş bu ifadələrin hər birində
silah adlarının məntiqi mərkəz funksiyasında çıxış etməsini və ya
bunların hər birinin məhz silah adlarının assosiativliyi ilə yaran-
masını başqa faktlarla təsdiqləməyə ehtiyac qalmır. Burada o da
vurğulanmalıdır ki, təqdim etdiyimiz obrazlı ifadələrə “Kitab”ın
hər səhifəsində rast gəlinir. Bu da təsadüfi hesab oluna bilməz.
Çünki “Kitab”, hər şeydən əvvəl, qəhrəmanlıq eposudur. Yeri
gəlmişkən, müasir dilimizdəki “qılıncının dalı da kəsir, qabağı
da”, “qılınca sarılmaq”, “yaya dönmək”, “ox atıb yayını gizlət-
mək” və s. kimi çoxsaylı frazeoloji vahidlər də “Kitab”la səsləşir,
sanki onların hər biri “Kitab”ın poetik strukturundan süzülüb
gəlib;
− “Kitab”da silah adlarından əvvəl işlənmiş sözlər silah
barədə dolğun təəssürat yaradır: qara polad uz qılıc, altmış tutan
köndər, qarğu talı sügü, qayın oq, ağca tozlu qatı yay... Silah
adlarının bu cür təqdimi sılahın nədən və necə hazırlanması barədə
dəqiq nəticələr çıxarmağa imkan verir. Yəni silah adlarından əvvəl
işlənmiş sözlərin informasiya tutumu çox dərin və zəngindir.
“Dədə Qorqud”un möcüzələr dünyası
430
Qorqudşünaslıqda daha çox epitetlər başlığı altında öyrənilən belə
ifadələrin semantikası, görünməyən tərəfləri həm də digər mənbə-
lər kontekstində araşdırılmalıdır... Bütün bunlar “Kitab”dakı silah
adlarının hər birinə ayrılıqda münasibət bildirməyi diktə edir. Bu
mənada “Kitab”dakı silah adlarının aşağıdakı kimi səciyyələndiril-
məsini məqsədəuyğun hesab edirik:
Yaraq. “Kitab”ın dilində intensivliyi ilə fərqlənən “yaraq”
sözü barədə Ə.Dəmirçizadə yazır: “Yaraq – “Kitabi-Dədə Qor-
qud”da ümumən hər cür “əhtac – gərək – alət” mənasında iş-
ləndiyi halda, Azərbaycan dilində bu məna daralmış, yəni müasir
dildə ancaq “silah” mənasını ifadə edən bir söz kimi işlənir”
1
. Bu
fikir digər dilçilər tərəfindən də müdafiə olunur. Amma “Ki-
tab”dakı “yaraq” sözünə bir neçə prizmadan yanaşmaq lazım gə-
lir: silah da daxil olmaqla hər cür hazırlıq mənasında: av yarağı.
“Çün av yarağı oldı, kim atın ögər, kim qılıcın, kim çəküb ox at-
mağın ögər” (D-237); mühüm bir işə hazırlıq mənasında: dügin
yarağın görmək (toy hazırlığı görmək). “Ağır dügin yarağın gördi”
(D-89); yaraq görmək (hazırlıq görmək). “Bazırganlar yaraq gör-
dilər” (D-95); “yaraqlu” düzəltmə sifəti daxilində məhz “silah”
mənasında: yaraqlu (silahlı). “Yaraqlu altmış adam seçiη, varsun-
lar, tutıb gətirsinlər” (D-263); qoşa söz formasında: yadaq-yaraq
(yataq-yaraq; silah da daxil olmaqla hər cür hazırlıq görmək).
“Yadağı-yarağilə yola girdi” (D-202); frazeoloji vahid daxilində:
baş yarağı eləmək (başına çarə eləmək, başını qorumaq...). “Baş
yarağıη eyləη, üzəriηüzə yağı gəlür” (D-243); Maraqlıdır ki,
“yaraq” sözü “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində yalnız
“silah” mənasında təqdim olunub (Bakı, 1999, səh.103).
H.Məmmədov isə “yaraq” sözünü “Kitab” və müasir Azər-
baycan dili kontekstində araşdıraraq düzgün nəticələr söyləmişdir:
“Yaraq sözü də xalq deyimində “Dədə Qorqud” eposundakı geniş,
bir neçə mənalığını saxlamışdır. Belə ki, “yaraqlandı getdi”, “üs-
tündə yarağın varmı?”, “yaraqsız çölə çıxma” və s. kimi deyimlər-
1
Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.145.
“Dədə Qorqud”un möcüzələr dünyası
431
də “yaraq” birbaşa silah mənasını daşıyır. Ancaq “yüz gün yaraq,
bir gün gərək” atalar sözündə “yaraq” həm silah, həm də ehtiyac,
gərək, “yar-yaraqlı adamdı”, “saxla bir gün yarağın olar”, “yarağın
aşırsa apar” və s. dedikdə yaraq sözü ehtiyac, gərək mənasında iş-
lənir”
1
. Burada bir detalı da qeyd etmək zərurəti yaranır: “Kitab”ın
dilində “yaraq” ismi əsasında yaranmış feillər işlənməyib. Azər-
baycan dili şivələrinin əksəriyyətində isə kök morfemi “yaraq”
olan feillər üstün mövqedə görünür: yaraqlanmaq, yaraqlandır-
maq, yaraqlandırılmaq, yaraqlatmaq... Maraqlıdır ki, şivələrimizdə
bu tipli feillər əsasında yaranmış isimlər də mühafizə olunmaqda-
dır: yaraqlanma, yaraqlandırma, yaraqlandırılma, yaraqlatma...
Qılıc. Qorqudşünaslıqda bu sözün işlənmə tezliyi belə gös-
tərilir: “173 dəfə “qılıc”, 1 dəfə “qılınc” şəklində”
2
. Drezden nüs-
xəsinin 267-ci səhifəsindəki “
ۊ
ي
كنجل ” yazılış şəklinin transkripsi-
yası ilə bağlı fikirlərə 2002-ci ildə bu cür şərh vermişdik: “...M.Er-
ginin nəşrində “kılıcınuη”, F.Zeynalov və S.Əlizadənin nəşrində
isə “qılıncınıη” (Qılıncının belçağına yabışdı kim, bunı çırpa, gör-
di kim, əlində qopuz var) şəklində verilmişdir. Bu faktlara istinad
etsək, “Kitabi-Dədə Qorqud”da qılıc//qılınc paralelliyindən bəhs
etməliyik... “Qılıc” sözü ilə bağlı yuxarıda təqdim etdiyimiz yazı-
lış şəklinə diqqət yetirək: Həmin yazılış şəklində cəmi bir “ن”
hərfi var. Bu hərf isə “ج” hərfindən əvvəl yox, sonra yazılmışdır.
Deməli, həmin yazılış şəkli “qılıncınıη” deyil, “qılıcınıη” şəklində
oxunmalıdır. Onu da qeyd edək ki, “qılıc” sözü ilə bağlı təqdim et-
diyimiz yazılış şəklinə oxşar yazılışlar F.Zeynalov və S.Əlizadə
tərəfindən hazırlanmış “Tənqidi mətn” hissəsinin hər bir səhifəsin-
də (qılıc sözü iştirak edən cümlələr nəzərdə tutulur) “qılıc” kimi
transkripsiya edilmişdir...”
3
. Digər tərəfdən, Azərbaycan dilinin
qərb şivələrində “qılıc” formasında mühafizə olunan həmin söz
qədim türk mənbələrində də “qılınc” yox, “kılıç” şəklindədir:
1
H.Məmmədli. Dünyanı düşündürən “Dədə Qorqud”. Bakı, 1999, səh.313.
2
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.18.
3
Əzizxan Tanrıverdi.“Kitabi-Dədə Qorqud” və Qərb ləhcəsi.Bakı,2002,səh.47-48.
“Dədə Qorqud”un möcüzələr dünyası
432
Orxon-Yenisey abidələrində: kılıç; M.Kaşğarinin “Divan”ında:
kılıç; Nəsiminin “Divan”ında: qılıc” (Həqdən əzəli qılıc belüm-
də...)... Deməli, “Kitab”da qılıc//qılınc paralelliyindən deyil, bu
sözün 174 dəfə həm də “qılıc” şəklində işlənməsindən bəhs et-
məliyik. Amma bu da var ki, bir sıra cümlə modellərində “qılıc”
sözünün ellipsisə uğradığı açıq-aydın görünür. Məsələn, “Mərə,
bənim oğlım başmı kəsdi, qanmı dökdi” (D-74); “Baş kəsmədiη,
qan dökmədiη” (D-125)... Bu tip cümlələrdə “qılıc” sözünün
ellipsisə uğramasına elə “Kitab”ın dili kontekstində nəzər salaq:
“...qılıc çalub baş kəsdügim yerləri göstərəyim” (D-126). Müqayi-
sə və qarşılaşdırmalar göstərir ki, “Kitab”ın dilində tərkibində
“başın kəsmək” ifadəsi işlənmiş cümlələrdə hətta qılıc (qılınc) sö-
zü işlənməsə belə, yenə də söhbət “başın” məhz qılıncla kəsilmə-
sindən gedir (yuxarıdakı cümləyə bax: qılıc çalmaq→baş kəs-
mək). Belə cümlələr isə “Dastan”ın dilində kifayət qədərdir. Qa-
zan xanın dilindən verilmiş sonuncu cümlə də dediklərimizi arqu-
mentləşdirir: “Başın kəs!” (D-302). Bütün bunlar, yəni “Kitab”ın
dilində “qılıc” sözünün 174 dəfə işlənməsi, eləcə də onlarca cümlə
modellərində “qılıc” sözünün ellipsisə uğraması belə bir həqiqəti
söyləməyə imkan verir: “Kitab” “qılıc” sözü müstəvisində daha
böyük və zəngin görünür ki, bu da təsadüfi deyil. Çünki “Kitab”,
hər şeydən əvvəl, qəhrəmanlıq eposudur.
“Qılıc” sözünün assosiativliyi “Kitab”ın dilində işlənmiş
balçaq, qın, qəbzə, yılmaq kimi sözlərə də münasibət bildirməyi
diktə edir: qılıncın dəstəyi, sapı, qəbzəsi anlamlı “balçag” sözü
“Kitab”da cəmi dörd dəfə işlənib: “Qılıcınıη balçağı qan odaya
gəldi” (D-194); “Gördilər kim, bu gəlin kişiniη qılıncınıη balçağı
qanlu, oğlı görünməz” (D-194);
Burada bir məqamı da qeyd edək ki, Drezden nüsxəsinin
268-ci səhifəsindəki yazılış şəkli (balçaq sözünün yazılışı nəzərdə
tutulur) Zeynalov-Əlizadə nəşrində (Bakı, 1988) “belçağ” forma-
sında transkripsiya olunub: “Qılıncının belçağına yabışdı kim, bu-
nı çırpa, gördi kim, əlində qopuz var” (səh.114). Bu cür oxunuş
forması S.Əlizadə nəşrində eynilə saxlanılıb (Bakı, 2000,
“Dədə Qorqud”un möcüzələr dünyası
433
səh.102). O.Ş.Gökyayın nəşrində isə (İstanbul, 2000) “balçağına”
şəklində verilib. M.Ergin də “balçağına” oxunuş formasını məqbul
hesab edir (Ankara, 1958). A.Məmmədova “belçağ” oxunuş for-
masını əsas götürərək yazır: “...bizcə, o, (yəni “belçaq” sözü –
Ə.T.) “arxa, son” mənasını verən və hələ DLT-də “qamçının ucu”
anlamında rast gəldiyimiz bel və çağı sözlərindən əmələ gələn
mürəkkəb sözdür. Bu leksik vahid qədim sözlərimizdəndir...
A.Dilaçar bulqar türkcəsindən slavyan bulqarcasına keçən “bilər-
zik” mənalı belcuq kəlməsini misal göstərir”
1
. Maraqlı mülahizə-
lərdir. Amma eynilə qəbul etmək olmaz: birincisi, ona görə ki,
həmin yazılış şəklini qorqudşünasların əksəriyyəti məhz “balçağı”
formasında oxuyub; ikincisi, bel (arxa) və çağı leksemlərinin qo-
vuşması nəticəsində “belçağı” sözü yaranmışdır – fikri məntiqli
görünmür, müəllifin əlavə olaraq arqument kimi gətirdiyi “bel-
cuq” sözü də bunu təkzib edir; üçüncüsü, “Kitab”ın dilindəki “bal-
çaq” sözünün kök və şəkilçi morfemləri M.Kaşğarinin “Di-
van”ındakı “bal” (ban) kök morfemi və çak (-çaq) şəkilçi mor-
feminin semantikası ilə eyni xətdə birləşir. M.Kaşğarinin “Di-
van”ında göstərilir: “Bakdı: koy bandı=qoyun bağlandı. Bir bağla
bağlanan hər şey üçün belə deyilir. Banır-banmak. “n” hərfi “l”
hərfindən çevrilmişdir (II c., səh.53 ); -çak, -çək, -çuk, -çük şəkil-
çisi “Divan”da təkcə isimlərdən isim yaradan şəkilçi kimi yox,
həm də feillərdən isim düzəldən şəkilçi kimi verilib: ör+çük (kə-
kil), bürün+çük (şal, kəlağayı) (I c., səh.166, 247). Bu qeydlər
“Kitab”dakı “balçaq” sözü qılıncın dəstəyi, bağlanan yeri, sapı,
qəbzəsi mənasında işlənib – qənaətini qüvvətləndirir. Əlavə edək
ki, “Koroğlu” eposunda qılıncla bağlı “balçaq” yox, məhz “dəstə”
(dəstək) sözü işlənib: “Koroğlu Qıratı minəndən sonra əynindəki
kürkü çıxartdı, Misri qılıncının dəstəsindən yapışdı”; “xəncər,
qılınc və s. kəsər silahları qoymaq üçün qab” anlamlı “qın” sözü
“Kitab”da yalnız qılıncla bağlı işlədilib (qorqudşünaslıqda həm də
“xəncər” qabı mənasında təqdim olunur): 8 dəfə “qın” şəklində
1
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.152-153.
“Dədə Qorqud”un möcüzələr dünyası
434
sadə söz kimi, 1 dəfə “qınlu”, 3 dəfə isə “qınsuz” düzəltmə sifət-
ləri daxilində: “Zülfüqarıη qınilə qəbzəsi ağac” (D-55)... “Anda
eki qılıc var: biri qınlu, biri qınsuz” (D-230)... Burada “qın”
sözünün ellipsisə uğramasından da bəhs etmək mümkündür. Belə
ki, “Qız aydır: “Qılıcıη geydir, yigit, murad ver, murad al,
sarılalım!” (D-260) cümləsindəki “qılıc geydirmək” ifadəsi məhz
qılıncla bağlıdır, qılıncın qına qoyulması mənasındadır. Yəni bura-
da həmin ifadənin məcazi mənada işlənməsi ilə bağlı fikir yürüt-
məyə ehtiyac qalmır. Bu mənada F.Zeynalov və S.Əlizadə həmin
cümləni düzgün sadələşdirib: “Qız dedi: “Qılıncını qınına qoy,
igid, murad ver, murad al, bir-birimizə sarılaq” (Bakı, 1988,
səh.210)...; “Kitab”ın dilində işlənmiş ərəb mənşəli, bir şeyin tu-
tulacaq yeri, qulpu, dəstəsi anlamlı “qəbzə” sözünə bir neçə priz-
madan yanaşmaq lazım gəlir: qılıncın dəstəyi mənasında: “Zülfü-
qarıη qınilə qəbzəsi ağac!” (D-56). Bu cümlədəki “zülfüqar”
İmam Əlinin qılıncının adıdır, “qəbzə” də qılınca aiddir, yəni
“Zülfüqarıη qəbzəsi”, “Əlinin qılıncının dəstəyi” mənasındadır;
yayın dəstəyi mənasında: “Qəbzəsindən yay eki para oldı” (D-
108); məcazi mənada: bir evin, bir ailənin, bir nəslin dirəyi. “Dün-
lügü altun ban evimiη qəbzəsi oğul!” (D-52). Yeri gəlmişkən,
F.Parənci “Kitab”ın dilində “qəbzə” sözünün yalnız məcazi
mənada işləndiyini göstərir ki, bu da həqiqətə uyğun deyil (bax:
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.58). Belə
ki, “Kitab”da “qəbzə” sözü təkcə məcazi yox, həm də həqiqi
mənalarda işlənib (yuxarıdakı nümunələrə bax). Burada o da
vurğulana bilər ki, “Kitab”ın dilində ərəb mənşəli “qəbzə” sözü
türk mənşəli “balçaq” sözünün sinonimi kimi çıxış edir; qılıncının
tiyəsi anlamlı “yılmaq” sözü “Kitab”da cəmi bir dəfə işlənib:
“Qara polat uz qılıclar çalındı, yılmağı düşdi (D-63). O.Ş.Gökyay
həmin sözü “yılmaq” yox, “yılman” şəklində oxuyub və belə bir
şərh verib: “yılman – bir silahın , bir alətin ucu, yaxud kəskin
tərəfi, qılıncın uca yaxın olan yuxarı qismi, qılıncın iki ağızlı ucu;
qılıncın, kamanın, bıcağın, mizrağın ağzı və ya ucu” (İstanbul,
2000, səh.303). Buradakı fikirləri eynilə qəbul etmək olmaz:
“Dədə Qorqud”un möcüzələr dünyası
435
birincisi, Drezden nüsxəsindəki həmin yazılış şəklini (səh.63)
“yılmanı” deyil, yılmağı, yaxud yelmağı şəklində transkripsiya
etmək mümkündür. Həm də bu cür oxunuş formalarını H.Araslı
(yelmağı), S.Əlizadə (yılmağı) kimi qorqudşünaslar düzgün hesab
edirlər; ikincisi, “yılmağı” sözü “Kitab”da kamanın, bıçağın, miz-
rağın yox, məhz qılıncın ağzı, tiyəsi mənasında işlənib; üçüncüsü,
Zeynalov-Əlizadə nəşrində “yılmağı düşmək” ifadəsi “tiyəsi
korşalmaq” şəklində sadələşdirilib (Bakı, 1988, səh.148) ki, bu da
mətnin semantikası ilə səsləşir.
Qeyd etdiyimiz kimi, “Kitab”ın dilində “qılıc” intensivliyi
ilə fərqlənən sözlərdəndir. “Kitab”ın poetik strukturunda onun
əhatə dairəsi o qədər genişdir ki, haqqında bir-iki kəlmə deməklə
kifayətlənmək olmur. Bu mənada “qılıc” sözünə müxtəlif
bucaqlardan yanaşmaq lazım gəlir. Məsələn, belə:
− “Kitab”ın dilində “qılıc” daha çox sadə söz formasında
işlənmişdir: “Kəndü qılıcıη qınına soqdı” (D-230); bir sıra düzəlt-
mə feillərdə “qılıc” sözü kök morfemi kimi çıxış edir; qılıclamaq
(qılıncla vurmaq). “Tayıη namərd Aruz qaqdı, Beyrəgi oturduğu
yerdə qılıcladı” (D-300), “qılıclamaq” (qılıncla vuruşmaq, dö-
yüşmək). “...sərpə-sərpə meydanda qılıclaşdılar” (D-250); “qılıc”
sözünün assosiativliyi ilə yaranmış frazeoloji vahidlər “Kitab”ın
dilində üstün mövqedə görünür: qılıcı altından keçmək (günahı-
nın bağışlanılmasını istəmək). “Qılıcı altından keçdi” (D-119);
oturduğı yeri qılıcla almaq (döyüşərək ad qazanmaq, qılıncına
hörmət etdirməyi bacarmaq). “...bu oturan bəglər hər biri oturduğı
yeri qılıcıilə ətməgilə alubdur” (D-254). Bu cümlədə iki frazem
qovuşuq vəziyyətdədir: oturduğı yeri qılıcıilə almaq; oturduğı yeri
ətməgilə (çörəyi ilə) almaq. Mətnin sonrakı hissələrində həmin
frazemlərin qovuşuq vəziyyətdə olması açıq-aydın şəkildə görü-
nür: “Mərə, sən başmı kəsdiη, qanmı tökdüη, acmı toyurduη,
yalıncığmı tonatdıη! (D-254).
Təqdim etdiyimiz frazemlərin sintez şəklində təzahürünü
belə modelləşdirmək olar: oturduğı yeri qılıcıilə almaq = baş
kəsmək, qan tökmək; oturdığı yeri ətməgilə almaq=ac toyurmaq,
“Dədə Qorqud”un möcüzələr dünyası
436
yalıncıq tonatmaq. Bu isə o deməkdir ki, qılıncla ad qazanmaq,
eləcə də çörəklə ad qazanmaq frazemləri “Kitab”ın dilində nis-
bətən başqa formada, həm də qovuşuq vəziyyətdə işlənib; qılıcın-
dan görmək (döyüşünü, savaşını qəbul etməmək, bəyənməmək).
“Qılıcumdanmı gördi, süfrəmdənmi gördi?” (D-11); qılıcına toğ-
ranmaq. Andların tərkibində işlənmiş bu frazem (Mərə qavat qızı,
mən qılıcıma toğranayım, oxuma sancılayım! – D-260) “verdiyi
sözü yerinə yetirməyənin, vəd edənin özünə ölüm arzulaması (əs-
lində, özünə qarğış etməsi) mənasındadır. K.Əliyev həmin fraze-
min semantikasından bəhs edərkən
1
“qılıca toğranmaq = ölüm
mənə haldır!” tezisini irəli sürür ki, bu da islamiyyətdən əvvəlki
inamların semantik yükü ilə səsləşir; qılıcdan keçmək (qılıncla
öldürmək). “Yedi kafər bəgi qılıcdan keçdi” (D-120); qılıc qının
toğramaq (döyüş arzulamaq). “Qara polad uz qılıcum qının toğrar”
(D-248); qılıc quşanmaq (belinə qılınc bağlamaq). “Oğul da qılıc
quşanur baba ğeyrətiçün” (D-131); yalın qılıc tutmaq (siyirilmiş
qılıncının baş kəsmək üçün tam hazır vəziyyətdə saxlanması).
“Altı cəllad əηsəηdə yalıη qılıc tutar//Ğafillicə görklü başıη kəsər”
(D-187)... Bu frazeoloji vahidlərin hər biri Azərbaycan dilinin,
ümumən Oğuz qrupu türk dillərinin zənginlik göstəriciləri kimi
çıxış edir;
− Oğuz igidləri Qazan xana döyüşə hazır olmaları barədə
hesabat verərkən işlətdikləri ilk söz məhz “çal qılıcıη”dır: “Çal
qılıcıη, ağam Qazan, yetdim!” – dedi” (D-60); “Çal qılıcıη, xanım
Qazan, yetdim!” – dedi” (D-151)... Bu tip cümlələrdə Oğuz döv-
lətçiliyinin qüdrəti, türk hərb sənətinin zənginliyi yaşayır. Müqa-
yisələr göstərir ki, “ağam”, “xanım” kimi müraciət formalarının
semantik tutumu çox dərindir: “Burada “ağam” hərbi müraciət
forması kimi Qazan xanın hərbi rütbəsinin hamısından yüksək-
liyini bildirir və bu cinah komandirlərinin sərkərdəyə raportu kimi
səslənir”
2
. Eyni zamanda bu cür raportlarda semantik dinamikanın
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.12.
2
T.Hacıyev.“Dədə Qorqud kitabı”: tariximizin ilk yazılı dərsliyi.Bakı,2014,səh.40.
“Dədə Qorqud”un möcüzələr dünyası
437
“çal qılıcıη” ifadəsi ilə başlanmasını da təsadüfi hesab etmək
olmaz. Belə ifadələr ən azı Atillanın müqəddəs qılıncını yada
salır: “Atillanın hakimiyyət simvolu sapından yerə sancılmış şə-
kildə tapılan müqəddəs bir qılınc idi. Atilla bu qılıncı tapdıqdan
sonra yer üzünə hökm etməyi tanrı tərəfindən alnına yazılmış bir
qədər (alın yazısı – tale, qismət, qədər – Ə.T.) kimi qəbul etmiş
və bundan sonra hərəkətlərini buna görə tənzimləmişdir...”
1
. “Qı-
lınca and içmə” ilə bağlı detallara S.Vurğunun “Vaqif” pyesində
də rast gəlinir: “Eldar: And için qılınca!... Əsgərlər qılınca and
içirlər. Vuruşma davam edir...”;
− “Kitab”ın “müqəddimə” hissəsindəki atalar sözləri və
zərbi-məsəllər sırasında tərkibində “qılıc” sözü işlənənlər diqqəti
xüsusi olaraq cəlb edir:
Qara polad uz qılıcı çalmayınca qırım dönməz;
Çalub-kəsər uz qılıcı müxənnətlər çalınca, çalmasa yeg!;
Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg!;
Qılıc çaldı, din açdı şahi-mərdan Əli görkli.
Təqdim etdiyimiz bu deyimlərin hər biri boylardan süzülüb
gələn məntiqi nəticələr kimi çıxış edir. Burada yalnız sonuncu
deyimi boylardakı bəzi misralarla qarşılaşdırmaqla kifatətlənirik:
müqəddimədə: “Qılıc çaldı, din açdı şahi-mərdan Əli görkli” –
II boyda: “Zülfüqarıη qınilə qəbzəsi ağac!” (D-56);
XI boyda: “Məhəmmədin dini eşqinə qılıc urdım” (D-277).
Qarşılaşdırılan nümunələrin eyni semantik şaxədə birləşdiyi açıq-
aşkar şəkildə görünür (bu cür nümunələrin “Kitab”a sonradan
əlavə edildiyi qorqudşünaslığa çoxdan bəllidir);
− “Kitab”da qılınc, at və qəhrəman obrazları bir-birini tamam-
layır ki, bu da qəhrəmanlıq eposları üçün ən səciyyəvi cəhətlər-
dəndir: “Əgrəgi zindandan çıqardılar. Saçı-saqalını yüldilər. Bir
at, bir qılıc verdilər” (D-265-266). Bu cəhət alqış dualarında da
qabarıq şəkildə görünür. Belə ki, “at” və “qılıc” sözləri işlənmiş
1
Bahəddin Ögəl. Türk mifologiyası. I cild, Bakı, 2006, səh.333.
“Dədə Qorqud”un möcüzələr dünyası
438
misralar ardıcıl olaraq sıralanıb ki, bu da bütövlükdə həmin mis-
raları eyni semantik şaxədə birləşdirir: “Çaparkən ağ-boz atıη büd-
rəməsün! Çalışanda qara polat uz qılıcıη güdəlməsün” (D-154).
Bu misraların ümumi semantik yükü də qılınc, at və qəhrəman
obrazlarının vəhdətdə təqdim olunduğunu təsdiqləyir;
− “qılıc” qəhrəmanı səciyyələndirən ən mühüm vasitələrdən
biri kimi çıxış edir: Oğuz igidi Qaraca çoban öz əyri başlı çövka-
nını kafirin qılıncından üstün hesab edir: “Qılıcuηı nə ögərsən,
mərə kafər! Əgri başlu çokanımca gəlməz maηa!” (D-41); Kafir
Bəkil oğlu Əmranın böyük və iti qılıncını gödək adlandıraraq onu
aşağılamaq istəyir: “Qara polad uz qılıcı gödək oğlan” (D-247)...
Burada qılıncın aşağılanmasını bir bədii priyom kimi qəbul etmək
lazımdır;
− sintaktik bütövlərdə silahların adı çəkilərkən ilk olaraq
“qılıc” sözünün verilməsi təsadüfi deyil. Bu, həmin dövrlərdə
qılıncın ən əsas silah olduğunu qabarıq şəkildə göstərir:
“...Qara polad uz qılıcıη maηa vergil,
Ğafillücə başlar kəsim səniηçün!
Qarğu talı sügüηi maηa vergil,
Köksündən ər sancayım səniη içün!
Ağ yeləklü ötkün oxıη maηa vergil,
Ərdən ərə keçirəyim səniη içün!...” (D-245-246)
Göründüyü kimi, sintaktik bütövdə qəhrəmanın əvvəlcə
qılınc, sonra isə süngü və ox istəməsi poetik şəkildə canlan-
dırılıb. Bu cəhət digər parçalarda da açıq-aşkar şəkildə görünür:
“...Qara polad uz qılıcı gödək oğlan!
Əlindəki sügüsi sınıq oğlan!
Ağ tozlu yayı gedə oğlan!..” (D-247)
Kafirin dilindən verilmiş bu parçada da bir silah növü kimi
əvvəlcə qılıncın adı çəkilir, semantik dinamika məhz “qılıc” sözü-
nün assosiativliyi kontekstində davam etdirilir: kafir Oğuz igidinin
silahlarının zəifliyinə işarə edir: Oğuz igidinə qılıncı gödək, sün-
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |