439
güsü sınıq, yayı nazik, - deyərək onu aşağılamaq istəyir. Oğuz igi-
dinin – Bəkil oğlu Əmranın dilindən kafirə ünvanlanmış parçaya
nəzər salaq:
“...Qara polad uz qılıcum qının toğrar.
Qarğı talı sügüm nə bəgənməzsən,
Köksüη dəlüb gögə pırlar.
Ağca tozlu qatı yayım zari-zari iηlər,
Sadaqda oxum kişin dilər...” (D-248)
Bu parçadakı silah adlarının təqdimi də (qılıc→sügü→
yay→ox) dediklərimizi, yəni “semantik dinamika məhz “qılıc”
sözü ilə başlanır” tezisini qüvvətləndirir. Çünki Bəkil oğlu Əmran
ilk olaraq qınını doğrayan qılıncını, sonra isə zar-zar inləyərək
oxunu istəyən yayını və yay kirişini diləyən oxunu tərifləyir
(əvvəlki səhifələrə bax);
− Oğuz düşüncəsinə görə, iti qılınc müxənnətin, yaramazın
əlində olmamalıdır: “Çalub-kəsər uz qılıcı müxənnətlər çalınca,
çalmasa, yeg!” (D-4). Bu məqamda bir detal yada düşür: Beyrəyi
qılıncla öldürən Aruz ən müxənnət obraz statusunda çıxış edir:
“...Aruz qara polad uz qılıcın dartub Beyrəgiη sağ oyluğın çaldı,
qara qana bulaşdı...” (D-297);
− döyüş meydanları, daha doğrusu, Oğuz igidlərinin düş-
mənə qalib gəldiyi yerlər məhz “qılıc çalub baş kəsdigüm” feli
birləşməsinin ümumi semantik yükü kontekstində canlandırılır:
“...qılıc çalub baş kəsdügim yerləri göstərəyim. Kafər sərhəddinə
Cızığlara, Ağlağana, Gögcə tağa aluban çlqayın...” (D-126);
− Oğuz igidi mərddir, cəsurdur, hətta qılıncdan belə qorx-
mur. Qazan xan “Qılıcından saparım yoq!” – deyirsə, Basat da
Təpəgözün qınsız qılıncından nəinki qorxur, əksinə, onu ağılla ələ
keçirir və Təpəgözü məhz həmin qılıncla öldürür: “Basat qaqıb
yerindən turı gəldi. Buğra kimi Dəpəgözi dizi üzərinə çökürdi.
Dəpəgözüη kəndü qılıcilə boynını urdı...” (D-233-234);
− “Kitab”da düşmən bayrağının qılıncla yerə salınması
xüsusi olaraq qabardılır. Burada maraq doğuran əsas cəhətlərdən
“Dədə Qorqud”un möcüzələr dünyası
440
biri budur ki, kafir bayrağını qılıncla vurub yerə salan təkcə Oğuz
kişiləri deyil, həm də Oğuz qadınlarıdır: “Qazan bəgüη qartaşı ka-
fəriη tuğilə sancağı qılıcladı” (D-64); “Boyı uzun Burla xatun qara
tuğın kafəriη qılıcladı, yerə saldı” (D-153). Sonuncu cümlənin
semantikası həm də ona görə dərin və zəngindir ki, kafirin qara
bayrağını qılınclayaraq yerə salan Oğuz elinin birinci xanımı, xa-
nımlar xanımı Burla xatundur. Yeri gəlmişkən, Oğuz cəmiyyətin-
də Burla xatun tək deyil. Onun Səyrəyin xatunu, Selcan xatun ki-
mi baş kəsməkdə, qan tökməkdə israrlı olan silahdaşları var. Bu,
onların dilindən verilmiş cümlələrdə aydın şəkildə görünür: Səy-
rəyin xatununun dilində: “Şər xəbər gətürəniη başın kəsəm” (D-
261); Selcan xatunun dilində: “...Ğafillücə səniη başıη mən
kəsəyinmi?” (D-196);
− müdriklər müdriki, el ağsaqqalı Dədəm Qorqud sayılıb-
seçilən Oğuz igidlərinin belinə qılınc bağlayır: “Dədəm Qorqud
himmət qılıcın belinə bağladı...” (D-236). Bu cümlənin semantik
yükü belə yozula bilər: Vətən basılmazdır. Çünki onun Dədə
Qorqud kimi yol göstərəni, Bəkil kimi düşmənə qan udduran
igidləri var;
− xərac kimi göndərilmiş “qılıc” tabe olmamaq, döyüşə ça-
ğırış mənasını ifadə edir ki, bu da əşyavi yazının ən gözəl nümu-
nələrindən biri kimi səciyyələndirilə bilər: “Toquz tümən Gürcüs-
tanıη xəracı gəldi; bir at, bir qılıc, bir çomaq gətürdilər” (D-235);
“Kitab”ın müqəddiməsində xilafətin dördüncü xəlifəsi
Əlinin qılınc çalmasına işarə edilir ki, burada da semantik dina-
mika “qılıc çalmaq” ifadəsi ilə başlanır: “Qılıc çaldı, din açdı şahi-
mərdan Əli görkli//Əlinin oğulları – peyğəmbər nəvalələri” (D-6).
Sonuncu cümlədəki ərəb mənşəli “nəvalə” sözünü O.Ş.Gökyay
bəxşiş, bəhrə, pay anlamlı söz kimi izah edib (İstanbul, 2000,
səh.262). Zeynalov-Əlizadə nəşrində “nəvalə” kimi transkripsiya
olunsa da, “nəvə” şəklində sadələşdirilib (Bakı, 1988, səh.130).
Həmin yazılış şəklini V.V.Bartold da “nəvə” (внук) mənasında
başa düşüb (göstərilən əsəri, səh.12). Biz isə belə bir qeyd vermi-
şik: “...izahlarda “Kitab”da işlənməyən nəvə, nəticə, quda, bibi
“Dədə Qorqud”un möcüzələr dünyası
441
kimi qohumluq bildirən sözlərdən də istifadə olunur” (Dədə sözü
işığında. Bakı, 2014, səh.58).
Müqayisə və qarşılaşdırmalar göstərir ki, Zeynalov-Əliza-
də nəşrində ərəb mənşəli “nəvalə” sözünün fars mənşəli “nəvə”
şəklində sadələşdirilməsi yerinə düşmür və ya bu cür sadələşdir-
məni şərti olaraq qəbul etmək olar;
− “Məhəmmədin dini eşqinə qılıc urdım” (D-277). Bu
cümlə Oğuz cəmiyyətinin ikinci şəxsi, nüfuz sahibi Qazan xanın
dilindən verilib. Nə qədər qəribə görünsə də, bu cümlənin ümumi
semantik yükü ilə islam dinini sonradan qəbul etmiş azərbaycan-
lılar üçün deyilən “qılınc müsəlmanı” ifadəsi eyni semantik şaxə-
də birləşir. Baxmayaraq ki, həmin misrada başqa xalqlara işarə
edilir. Həm də bu cür detallar “Kitab”a sonradan əlavə edilib.
X.Xəlillinin fikirləri də dediklərimizi təsdiqləyir: “Xilafət haki-
miyyətinin ilk illərindən oğuzlar arasında daha geniş tərənnüm
obyektinə çevrilən dastanlardan biri “Dədə Qorqud kitabı” –
Azərbaycan oğuznamələri olmuşdur... Azərbaycan oğuznamələri-
nə yüksək xalq məhəbbəti olduğundan dastanlardan İslam dinini
yaymaq məqsədi ilə istifadə olunub; oğuznamələrə İslam əlavə-
lərinin bir səbəbi də budur”
1
. T.Hacıyev bu cür məsələlərə “Ki-
tab”ın mətni və İslam dini kontekstində aydınlıq gətirib: “Görü-
nür, həmin düzəlişlər bu əlavələrin nəticəsidir ki, kilsəni uçurub
məscid tikirlər, keşişləri öldürüb, əzan verirdilər (bunları dastana
islamçı əlavəsi saymaq gərəkdir)”
2
. Burada bir daha “qılınc mü-
səlmanı” ifadəsinə qayıtmaq lazım gəlir: M.Adilov bu ifadəyə
müxtəlif bucaqlardan yanaşıb: əvvəlcə diqqəti ərəblərin Azərbay-
canı işğal etməsinə yönəldib: “...Azərbaycan 90 illik mübarizədən
sonra istila edilərək ərəb xilafətinin tərkibinə qatılmışdı. Əhalinin
müqaviməti nəticəsində İslam çox ləng yayılırdı. Tarix boyu ərəb-
1
X.Xəlilli. Dədə Qorqud oğuznamələrinin yaranma tarixi və digər oğuznamələrlə
paralellərin dövrü və səbəbləri. Bakı, 2007, səh.31.
2
T.Hacıyev. “Dədə Qorqud kitabı”: tariximizin ilk yazılı dərsliyi. Bakı, 2014,
səh.50.
“Dədə Qorqud”un möcüzələr dünyası
442
lərə və onların dininə qarşı çıxışlar baş vermişdir”. Sonra isə fik-
rini müxtəlif bədii əsərlərdən gətirdiyi nümunələrlə gücləndirib.
Məsələn, Ə.Haqverdiyevin “İt oyunu” hekayəsindən belə bir parça
təqdim edib: “Mən N.qəzasının pristavı idim. Qılıncımın dalı da
kəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bil-
mirdim. Əvvələn, bu yerin camaatına qılınc müsəlmanları de-
yərlər. Bunların ki, bellərindən bir gün dəyənək əskik oldu, qu-
durub yollarından çıxarlar”
1
;
− “Kitab”da obrazlılığın fonetik, leksik və qrammatik sə-
viyyələrdə təzahüründə “qılıc” sözünün assosiativliyi, məntiqi
mərkəz funksiyasında çıxış etməsi qabarıq şəkildə görünür.
Faktlara müraciət edək:
− obrazlılığın fonetik səviyyədə təzahüründə: heç şübhə-
siz ki, burada “q” səsi ilə başlayan “qılıc” sözünə görə alliterasiya-
dan bəhs etmək lazım gəlir. “Kitab”ın dilində ahəngdarlıq yara-
dan belə alliterasiyalar isə kifayət qədərdir: “Qara polat uz qılıcın
belinə quşandı” (D-31) – qara, qılıc, quşanmaq (q-q-q); “Qara po-
lat uz qılıcum qının toğrar” (D-248) – qara, qılıc, qın (q-q-q);
“Oğul da qılıc quşanur baba ğeyrətiçün” (D-131) – qılıc, quşan-
maq, ğeyrət (q-q-ğ); “Qara qılıcın quşandı” (D-148) – qara, qılıc,
quşanmaq (q-q-q). Qılıncla silahlanmaq mənası ifadə olunmuş bu
cümlədə hər üç söz “q” səsi ilə başlanır, hər üç söz qalın saitlidir
ki, bu da assonans yaradır. Ən əsası isə həmin cümlədəki alli-
terasiya da, assonans da məhz “qılıc” sözünün assosiativliyi ilə
yaradılıb;
− obrazlılığın leksik səviyyədə təzahüründə: “Kitab”ın
dilindəki bir sıra epitet, təşbeh və mübaliğələrin tərkibində “qılıc”
sözünün həlledici fiqur kimi çıxış etdiyi aydın şəkildə görünür.
Məsələn, epitetlərdə: qara polat uz qılıc... Qara polat uz qılıcım
əlümə alayınmı?” (D-13); yüzi dönməz qılıc. “Yüzi dönməz qılı-
cum ələ aldım” (D-277); çalub-kəsər uz qılıc. “Çalub-kəsər uz qı-
lıcı müxənnətlər çalınca, çalmasa yeg!” (D-4); gög polad (burada
1
M.Adilov. Niyə belə deyirik. Bakı, 1982, səh.107.
“Dədə Qorqud”un möcüzələr dünyası
443
“qılıc” sözü ellipsisə uğrayıb). “Yanındağı gög poladıηı maηa
vergil, yigit!” (D-149). Buradakı “gög polad” epitetinin semantik
yükünü müxtəlif mənbələr, xüsusən də M.Kaşğarinin “Divan”ı
kontekstində araşdırmış B.Abdulla maraqlı mülahizələr irəli
sürür: “...Bu böyük bilgin (M.Kaşğari – Ə.T.) “Göy dəmir geri
durmaz” atalar sözünü “Göy dəmir boş durmaz” anlamında, yəni
“Toxunduğu hər şeyi kəsir” tək açıqlamış və demişdir ki, bu atalar
sözünün ifadə etdiyi başqa bir anlam daha vardır: Qırğız, Yabaku,
Qıpçaq kimi başqa boyların xalqı aralarında bir şey üzərinə and
içdikləri və ya sözləşdikləri zaman dəmirə sayğı göstərmək üçün
qılıncı qınlarından çıxarırlar. Və yanlamasına olaraq önlərinə qo-
yarlar. Bundan sonra da qılınc üzərinə belə and edərlər: “Bu göy
girsin, qızıl çıxsın. Bunun da mənası: “Əgər sən sözündə durmaz-
san, bu göy rəngdəki qılınc sənin qanına bulanaraq qızıl çıxsın və
səndən öcünü alsın. Çünki türklər dəmiri ulu və qutsal sayırlar”
1
.
M.Kaşğarinin “Divan”ına istinadən söylənmiş bu fikirlər “Ki-
tab”ın dilindəki “qılıcına toğranmaq” andına da aid edilə bilər. Be-
lə ki, “Divan”dakı “Bu göy girsin, qızıl çıxsın” andı ilə “Ki-
tab”dakı “qılıcına toğranmaq” ifadəsi eyni semantik şaxədə birlə-
şir. Təşbehlərdə: başı tob kibi yerə düşmək. “...qara polat uz qılıcı
əηsəsinə eylə çaldı kim, başı tob kibi yerə düşdi” (D-211); başı top
kibi kəsilmək. “Ol gün bir qiyamət savaş oldı, meydan tolu baş
oldı; başlar kəsildi top kibi” (D-63); mübaliğələrdə. qılıncla qılını
kəsə bilməmək. “Qara polad uz qılıclar kəsən qılını kəsdirmədi”
(D-221). Bu cümlədə mübaliğə ilə yanaşı, “q” səsinin alliterasiya-
sı da müşahidə olunur: qara, qılıc, qıl (q-q-q). Daha doğrusu,
həmin cümlədə alliterasiya ilə mübaliğə sintez şəklindədir. Bu da,
qeyd etdiyimiz kimi, məhz “qılıc” sözünün assosiativliyi ilə
reallaşdırılıb...;
− obrazlılığın qrammatik səviyyədə təzahüründə: “Ki-
tab”ın dilindəki bir sıra cümlə modellərində “qılıcla” sözünün el-
lipsisə uğrayaraq işləndiyi aydın şəkildə görünür: “Baş kəsmədiη,
1
B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. Bakı, 2004, səh.117-118.
“Dədə Qorqud”un möcüzələr dünyası
444
qan tökmədiη” (D-125) tipli cümlələrdə “qılıcla” sözü işlənməsə
də, asanlıqla bərpa oluna bilir (əvvəlki səhifələrə bax). Müqayisə
və qarşılaşdırmalar onu deməyə əsas verir ki, belə cümlələrdə
obrazlılığın qüvvətləndirilməsi həm də ellipsisə uğramış “qılıcla”
sözü ilə bağlıdır; hər şeydən əvvəl, şifahi ədəbiyyat nümunəsi olan
“Kitab”ın dilində inversiya ilə işlənmənin üstün mövqedə görün-
məsi təbii qarşılanır. Əslində, bu tip əsərlərdə inversiyadan şərti
olaraq bəhs etmək lazımdır. Bu mənada burada cəmi bir nümunə
təqdim etməklə kifayətlənmək olar: “Çal qılıcıη, xanım Qazan,
yetdim!” – dedi” (D-151). Bu cümlədəki “çal qılıcıη” ifadəsinin
inversiya ilə işlənməsini də şərti olaraq qeyd edirik.
Yuxarıda təqdim etdiklərimiz “qılıc” sözünün “Kitab”ın
poetik strukturunda xüsusi rola malik olduğunu müxtəlif bucaqlar-
dan təsdiqləyir. Amma bu heç də o demək deyil ki, “Kitab”dakı
“qılıc” sözünün bütün tərəflərinə işıq sala bildik. “Kitab”ın sirli-
sehirli dünyasında “qılıc” sözü və onun assosiativliyi ilə işlənmiş
dil vahidlərində gizli məqamlar, heç şübhəsiz ki, var. Yəqin ki, bu
mövzuya yenidən qayıtmalı olacağıq... Burada yekun olaraq
sonrakı dövr ədəbiyyatımızda tərkibində “qılıc” (qılınc) sözü
işlənmiş bəzi nümunələri təqdim etməklə kifayətlənirik:
“Oğuznamə”də:
Qılıc yarası önəlür, dil yarası önəlməz.
Q.Bürhanəddinin “Divan”ında:
...Qanda əgri var isə tutmağıl dəq.
Saiqə, qoç qılıcı toğrar isə.
İ.Nəsiminin “Divan”ında:
Gəhi müflis olub gülxanə düşmüş,
Gəhi qüdrət qılıcını çaladur.
M.Füzulinin “Leyli və Məcnun” poemasında:
Səyyarədən aldı mehr meydan,
Çaldı qılıcın, götürdü qalxan.
“Dədə Qorqud”un möcüzələr dünyası
445
“Koroğlu” dastanında:
Qoyun bədöylər kişnəsin,
Misri qılınclar işləsin,
Kimi tənab qılınclasın!
Kimimiz düşman üstünə.
İraq türkmanlarının “Arzu-Qənbər” dastanında:
Düşmən gəldi tabır-tabır düzüldü,
Alnımıza qara yazı yazıldı,
Tifəg icad oldu, mərdlik pozuldu,
Əgri qılınc qında paslanmalıdı.
Qazax xalqının “Qrak-Mamay” eposunda:
Tört jasına kelqende,
Beline kılış bayladı...
S.Vurğunun “Ala gözlər” şeirində:
Yenə qılıncını çəkdi üstümə:
Qurbanı olduğum o ala gözlər...
M.Müşfiqin “Məbədlər çökərkən” şeirində:
İnsanların başı qalmaqaldadır,
“Əcəl qılıncları çalhaçaldadır...”
Giya Paçxataşvılının şeirlərində:
Qılınc tuş oldu qına,
Ellər döndü qaçqına.
Saç yolmaqla iş aşmaz
Qına, özünü qına.
Bu nümunələrdə “qılınc” sözünün semantik yükü, rənga-
rəng məna çalarları qabarıq şəkildə görünür. Bu da o deməkdir ki,
“qılınc” sözü təkcə “Kitab” yox, ümumən ədəbiyyatımızdakı
poetik siqlətli vahidlərdəndir.
Yay. Heç şübhəsiz ki, burada ilk olaraq fəsil anlamlı
“yay”la silah anlamlı “yay” sözünün işlənmə məqamlarına diqqət
“Dədə Qorqud”un möcüzələr dünyası
446
yetirmək lazımdır. Faktlara müraciət edək. “Kitab”da fəsil anlam-
lı “yay” sözü yalnız düzəltmə sözlər daxilində müşahidə olunur.
Bu tip sözlər isə, əsasən, bunları əhatə edir: yayla (yaylaq). “Oğuz
bir gün yaylaya köçdi (D-214); yaylaq (dağ yeri). “Qarşu yatan
qara tağı sorar olsam, yaylaq kimüη?” (D-102); yaylamaq (yay
günlərini keçirmək). “Qarşu yatan qara tağlar istər olsa, el yaylar”
(D-145); yaylam (yaylaq yeri). “Yaylamında Oğuz elinin qondur-
madı” (D-221).
Müqayisə və qarşılaşdırmalar “Kitab”ın poetik strukturun-
da fəsil anlamlı “yay” deyil, silah anlamlı “yay” (ox atmaq üçün
yarımdairə şəklində əyilib ucları tarım iplə birləşdirilmiş ibtidai
silah) sözünün intensiv şəkildə işləndiyini qabarıq şəkildə göstərir.
Faktlara müraciət edək: “yay” daha çox sadə söz formasında iş-
lənib: “Bir ağ tozlu qatı yay aldılar” (D-70); “Mərə Beyrəgiη yayı
vardır, gətüriη!” (D-108); yayı olan, yay daşıyan anlamlı “yaylı”
düzəltmə sifətinin tərkibində müşahidə olunur: yaylı. “... dəmür
yaylı Qıpçaq Məlikə qan qusdıran...” (D-60); bir sıra ifadələrin
tərkibində tərəflərdən biri kimi çıxış edir: yay çəkmək. Əlbəttə,
“yay” ox atmaq üçün çəkilir. Bu mənada “yay çəkmək” assosiativ
olaraq “ox atmaq” ifadəsini yada salır. Bu ifadələr “Kitab”ın
dilində də məhz ardıcıl şəkildə işlənib: “Yay çəkmədüη, ox
atmadıη” (D-125). Şübhəsiz ki, başqa cür ola da bilməz. Ancaq bu
da var ki, bəzən ikinciyə görə (ox atmaq) birincinin (yay çəkmək)
ellipsisə uğramasına təsadüf olunur: “Babam at səgirdişimə baq-
sun, qıvansun; ox atışıma baqsun, güvənsün; qılıc çalışıma baq-
sun, sevinsin!” (D-22). Bu cümlədə ellipsisə uğramış “yay” çəkişi-
mə” (yay çəkməyimə) ifadəsinin yeri açıq-aydın görünür, həm də
asanlıqla bərpa oluna bilir. Bəzən isə hər iki ifadənin inversiya ilə
işlənərək obrazlılıq yaratması müşahidə olunur: çəkəyim yayı,
atayım oxı. “Andan Beyrək aydır: “Bəglər, sizüη eşqiηizə çəkəyim
yayı, atayım oxı”, - dedi” (D-109). Bu cür inversiya ilə Beyrəyin
ən gərgin, ən dramatik anları obrazlı şəkildə canlandırılıb. Sintak-
tik bütövdəki “Beyrək yayı gördigində yoldaşların andı, ağladı”
(D-108) cümləsi də Beyrəyin gərgin, sarsıntılı anlar yaşadığını
“Dədə Qorqud”un möcüzələr dünyası
447
açıq-aydın şəkildə göstərir. Beyrəyin gərgin anları isə məhz oxla
üzüyü vurub, paraladıqdan sonra qurtarır: “Beyrək oqla yüzügi
urdı, paraladı. Oğuz bəgləri bunı göricək əl-ələ çaldılar, gülüşdi-
lər” (D-109). Burada yekun olaraq onu da qeyd edək ki, müasir di-
limizdəki “ “açaram sandığı, tökərəm pambığı” ifadəsi formasına
görə “Kitab”ın dilindəki “çəkəyim yayı, atayım oxu” (çəkim yayı,
atım oxu) ifadəsi ilə səsləşir. yay tartışmaq (qarşılıqlı olaraq yay
çəkmək, bir-birinə ox atmaq). Bu ifadə “Kitab”ın dilində cəmi bir
dəfə işlənib: “Ağca tozlu qatı yaylar tartışaydıq//Ağ yeləklü ötkün
oxlar atışaydıq” (D-249); yay söykənmək (yaya söykənmək: adlıq
halda işlənmiş “yay” sözü yönlük hal mövqeyində çıxış edib).
“Oğlı Uruz qarşusında yay söykənib turtardı” (D-123). Zeynalov-
Əlizadə nəşrində həmin söz təşbeh kimi sadələşdirilib: yay kimi
söykənmək. “Oğlu Uruz qarşısında yay kimi söykənib durmuşdu”
(Bakı, 1988, səh.166). O.Ş.Gökyay isə “yaya dayanmaq” mənasın-
da izah edib (İstanbul, 2000, səh.308). Fikrimizcə, “yay söykən-
mək” ifadəsi həm də ayıq-sayıq dayanmaq, veriləcək əmrə tam
hazır olmaq mənasında yozula bilər; yay dayanmaq. “Bayındır
xanıη qarşusında oğlı Qarabudaq yay tayanub turmışdı”. Drezden
nüsxəsinin 67-ci səhifəsindəki “ېاٻ” yazılış şəklini O.Ş.Gökyay
“yayın”, H.Araslı “bay”, M.Ergin “yay, Zeynalov-Əlizadə “bay”,
S.Əlizadə “bay” şəklində transkripsiya edib:
V.V.Bartold “yaya söykənmək” (опираяс на лук) məna-
sında başa düşüb (səh.49). Maraqlıdır ki, Drezden nüsxəsinin
123-cü səhifəsində eynilə təkrarlanan həmin yazılış şəkli Zey-
nalov-Əlizadə nəşrində “yay” kimi transkripsiya edilib (Bakı,
1988, səh.68). Bu da səbəbsiz deyil. Belə ki, “yay” sözündən
sonra işlənmiş çoxmənalı “söykənmək” felinin semantikası “ېاٻ”
yazılış şəklini “bay” formasında transkripsiya etməyə imkan ver-
mir. Burada assosiativ olaraq “söykənmək” feli ilə eyni semantik
şaxədə birləşən, onun sinonimi kimi çıxış edən “dayanmaq” feli
yada düşür. Bu məqamda o da vurğulanmalıdır ki, V.V.Bartold
Drezden nüsxəsinin təkcə 67-ci yox, həm də 123-cü səhifəsindəki
yazılış şəklini (yuxarıdakı yazılış şəkilləri nəzərdə tutulur) məhz
“Dədə Qorqud”un möcüzələr dünyası
448
“yaya söykənmək mənasında başa düşüb (səh.32). Həmin ifadələ-
rin səciyyəvi cəhətlərini belə ümumiləşdirmək olar: “yay söykə-
nib” və “tayanub” ifadələri eyni sintaktik mühitlə bağlı olaraq işlə-
dilib. Daha dəqiqi, bunlardan birincisi (yay söykənib) “Bir gün
Ulaş oğlı Qazan bəg yerindən turmışdı” (D-122) cümləsi ilə baş-
lanan sintaktik bütövdə işlənibsə, ikincisi də “Qam Ğan oğlı xan
Bayındır yerindən turmışdı” (D-67) cümləsi ilə başlanan sintaktik
bütövdə işlənib; hər ikisi feli birləşmədir; hər ikisində ikinci tərəf
eyni feli bağlama şəkilçisini qəbul edib (-ib, -ub); hər iki feil
(söykənmək, tayanmaq ) eyni semantik yuvaya daxil ola bilir,
daha doğrusu, biri digərinin sinonimi kimi işlənə bilir; hər iki bir-
ləşmənin birinci tərəfində silah anlamlı “yay” sözü asılı tərəf kimi
çıxış edib; hər iki birləşmədən sonra işlənmiş feil (feli xəbər) keç-
miş zamanın ikinci dərəcəli morfoloji göstəricisini qəbul edib:
tur+ar+dı; tur+muş+dı... Deməli, “yay söykənib” feli bağlamasına
aid söylədiyimiz yozum (ayıq-sayıq dayanmaq, əmrə hazır ol-
maq...) “yay tayanıb” feli bağlamasına da şamil edilə bilər. T.Ha-
cıyevin söylədikləri də dediklərimizi qüvvətləndirir: “Bayındır
xanın qarşısında Qaragünə oğlı Qarabudaq yay dayanıb durmuş-
dı”. İgidin duruşu yaya bənzədilir; qəhrəman yay kimi çəkilməyə,
atılmağa – buyruğa, şücaət göstərməyə hazırdır”
1
; yayı zari-zari
inləmək. “Ağca tozlu qatı yayım zari-zari iηlər” (D-248). Bu mis-
radakı metaforanın səciyyəvi cəhətlərindən əvvəlki səhifələrdə ge-
niş şəkildə bəhs etdiyimiz üçün burada yalnız bir cəhəti qeyd
etməklə kifayətlənirik: bu cür metaforalarda at belində sağına-
soluna iki qoşa yay çəkərək düşməni lərzəyə salan türk ərənlərinin
ruhu yaşayır; yay qurmaq (yayı hazırlamaq). “Bəkil nə yay
qurardı, nə ox atardı” (D-237); sağına-soluna eki qoşa yay çək-
mək (yay çəkməkdə mahir, igidlikdə tayı-bərabəri olmamaq).
“Sağına-soluna eki qoşa yay çəkərdi” (D-173). “Kitab”ın dilində
bu ifadə cəmi bir dəfə Selcan xatunla bağlı işlədilib; qurulu yaya
bənzəmək (gözəlin qaşını yayın əyriliyinə bənzətmə; hamını hey-
1
T.Hacıyev. Yazıçı dili və ideya-bədii təhlil. Bakı, 1979, səh.27.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |