459
“yük” (yelək, lələk) mənasında verilib: okka yilim yapçundı=oxa
yapışqanla quş tükü yapışdırıldı” (III cild, səh.117).
Türkologiyadakı bu cür fikirlərə və daha çox da “Kitab”a
istinad edərək “ox”un təyinedicisi kimi işlənmiş sözlər barədə
aşağıdakıları söyləmək olar:
− qarğu dillü qaim ox (qarğı dilli bərk ox). “Ol gün qarğu
dillü qaim oxlar atıldı” (D-132). Bu nümunədəki dillü sözü
“ox”un dəmir ucluğuna sarınan “qayış” mənasındadır. “Dillü” sö-
zü M.Kaşğarinin “Divan”ında “tili” şəklindədir: “tili”: ox təmrəni
üstünə sarınan qayış (III cild, səh.218);
− ağ yeləklü ötkün ox (ağ lələkli kəskin ox). “Ağ yeləklü
ötkün oxdan qayıqmıyan” (D-184);
− əlüklü oxlı (lələkli oxlu). “Avcuna sığmayan əlüklü oxlı”
(D-221). S.Əlizadə “əlüklü oxlı” birləşməsinin M.Erginin nəşrin-
də “elüklü oğlı”, H.Araslının nəşrində isə “əlikli oğlı” şəklidə ve-
rilməsini məqbul hesab etmir: “...Lakin bu sözlər konkret məna
vermir. Yalnız abidələrdə “lələk” əvəzinə “yelək//elik//elük” va-
riantlarının işləndiyi nəzərə alınarsa, V.V.Bartoldun həmin bir-
ləşməni “lələkli oxlu” kimi başa düşdüyünü doğru hesab etmə-
liyik” (Bakı, 1988, səh.248). Müəllif haqlıdır. Belə ki, “Kitab”ın
dilində “yelək” həm də “ox lələyi” mənasında işlənib (yuxarıdakı
nümunədə aydın şəkildə görünür). Bu mənada “əlük” “yelək” sö-
zünün fonetik variantlarından biri kimi götürülə bilər. Burada bir
detalı xatırlatmaq lazım gəlir: qədim türklərin “ox lələyi” kimi
daha çox qartal lələyindən istifadə etməsi “Oğuznamə”dəki de-
yimlərdə aydın şəkildə görünür: “Qartala oq toqunmuş, oq yeləgin
göricək “bana bəndən oldı” demiş” (sonrakı səhifələrə bax).
− üç yeləklü qayın oq (üç lələkli qayın ox). “Üç yeləkli
qayın oqlar atıldı, dəmrəni düşdi” (D-63);
− qayın dalı yeləgindən sum altunlu ox (qayın budağından
yonulmuş ox, lələkli, qızılı möhürlü ox). “Qayın talu yeləgindən
sum altunlu mənim oxum!” (D-207). Oxun təyinedicisi kimi iş-
lənmiş bu sözləri O.Ş.Gökyay belə şərh edir: “...Yeleginden baş-
layarak bütünü som altın yıldızlı ok diyə anlamak doğru olur”
“Dədə Qorqud”un möcüzələr dünyası
460
(İstanbul, 2000, səh.CCCLX). Bu qeydlər mətnin semantik yükü
ilə səsləşir;
− qayın ox (qayın ağacından düzəldilmiş ox). “Qayın oxı
atanlar kar qılamadı” (D-221);
− dəmrənlü ox (dəmir ucluqlu ox). “Dəmrənlü oxla
atmağa qıyamadı” (D-199);
− dəmrənsüz ox (dəmir ucluqsuz ox). “Dəmrənsüz oxla,
yigit, mən səni sınar idim!” (D-200)...
Göründüyü kimi, “Kitab”dakı birləşmələrin bir qismində
“ox” real olaraq (qayın ox, dəmrənlü ox...), bir qismində isə
obrazlı (...yeləgindən sum altunlu ox) şəkildə təqdim olunub. Bu
da belə bir fikri reallaşdırır: hərb sənətini həm də poetik siqlətli
ifadələrlə canlandırmış türk xalqı böyükdür.
Qorqudşünaslıqda “ox”la bağlı olan sözlərdən (sadaq, be-
lik, tikeş, dəmrən...) sistemli şəkildə bəhs edilmədiyi üçün onların
hər birinin ayrılıqda öyrənilməsini gərəkli hesab edirik. Bu tip
sözlər isə, əsasən, aşağıdakıları əhatə edir:
Sadaq. Qorqudşünaslıqda düzgün olaraq qeyd edilir ki,
“Kitab”ın dilində “oxqabı”, “ox torbası” anlamlı üç söz işlənib:
sadaq, belik, tirkeş. Bunlardan birincisinə “Kitab”da üç dəfə rast
gəlinir: “Sadığında səksən oqıη vergil maηa!” (D-49; “Sadaqından
toqsan oxın yerə tökdi” (D-191-192); “Sadaqda oxum kişin dilər”
(D-248). İlk iki cümlədə sadağa səksən və ya doxsan oxun
yerləşdirilə bilməsi konkret olaraq ifadə olunub ki, bu da “sadaq”ı
tutumuna görə fərqləndirməyə, işarələndirməyə xidmət edir.
“Sadaq” sözü türk mənşəli Azərbaycan toponimləri siste-
mində (Borçalıda: Sadaqlı oykonimi), eləcə də bayatılarımızda
mühafizə olunur:
Sadağı tər, oxu tər,
Sadaq saxlar oxu tər.
Kipriklərin tərpətmə,
Qəm tünlükdü ox itər.
“Dədə Qorqud”un möcüzələr dünyası
461
Əlavə olaraq bir cəhəti də qeyd edək ki, türkologiyada
“sadaq” sözünün yayılma areallarına da müəyyən qədər aydınlıq
gətirilib: “...Eyni fikri latın dilindəki sagita, sagitta (“ox”) sözü
haqqında da demək olar. Bu söz kuman türkcəsindəki sagıt (“si-
lah”), cığatay dilindəki sağdak (“ox-yay qabı”) ilə eyni mənşə-
lidir. Müqayisə olunan bu silah adlarının da türk variantları dü-
zəltmə söz kimi kök və şəkilçiyə ayrılır. Sözün ilk komponenti sağ
bir sıra türk dillərində sa (saday), saa (yakut) variantlarında müs-
təqil söz kimi (“silah”, “tüfəng”) işlənməkdədir... yakur dilindəki
fonetik variantı olan saadax (“içində yay və ox olan futlyar”)
sözünün birinci komponenti həmin dildə müstəqil leksem (saa
“silah”) kimi indi də işlənməkdədir”
1
. Müxtəlif mənbələrə istina-
dən söylənmiş bu fikirlərdə türk dilinin zənginliyinə “sadaq”
sözünün yayılma arealları kontekstində işıq salınır ki, bu da
haqqında bəhs etdiyimiz sözün türk hərbi terminləri sistemində
xüsusi rola malik olduğunu bir daha təsdiq edir.
Belik (qolsuz köynək, ox qabı). Bu söz barədə əvvəlki
səhifələrdə geniş şəkildə bəhs edildiyi üçün burada “belik” sözünü
yalnız mətn daxilində təqdim etməklə kifayətlənirik: “Beligindən
bir tutam ox çıqardı, belinə soqdı” (D-225).
Tirkeş. Oxqabı anlamlı bu söz “Kitab”ın Drezden nüsxə-
sində cəmi bir dəfə, həm də “Tirkəşi bağı” (oxqabının bağı) söz
birləşməsində birinci tərəf kimi işlənib: “Aqınçılarıη tirkeşi bağı,
üzəngisi qayışı üzülür...” (D-189). Drezden nüsxəsindən fərqli
olaraq Vatikan nüsxəsinin “müqəddimə” hissəsində “tirkeş”
sözünün obrazlı ifadə daxilində işlənməsinə təsadüf olunur (bu
fakt “Kitab”da “tirkeş” sözünün iki dəfə işləndiyini göstərir):
“Dövlətlü oğul qopsa, tirkeşində tiridir. Dövlərsüz oğul qopsa,
ocağınıη küridür” (V-3
5-6
). S.Əlizadə “Kitab”ın Drezden və Vati-
kan nüsxələrinin “müqəddimə” hissəsindəki fərqli cəhətlərdən
bəhs edərkən yazır: “Ocağınıη közidir V-də (Vatikan nüsxəsində
- Ə.T.) bu ifadə “tirkeşində tiridir” ifadəsi ilə əvəz olunub; sonra
1
Ç.Qaraşarlı. Aralıq dənizi hövzəsinin erkən sakinləri: türklər,Bakı,2009,səh.111.
“Dədə Qorqud”un möcüzələr dünyası
462
əlavə edilmişdir: Dövlətsüz oğlı qopsa, ocağınıη küriidir” (Bakı,
1988, səh.226). Burada xüsusi olaraq vurğulayaq ki, Azərbaycan
qorqudşünaslığında “Kitab”ın Drezden nüsxəsindəki “Dövlətli
oğul qopsa, ocağınıη közidir” (Ağıllı oğul olsa, ocağının gözüdür)
atalar sözünün semantikasından kifayət qədər bəhs olunsa da,
Vatikan nüsxəsindəki “Dövlətlü oğul qopsa, tirkeşində tiridir.
Dövlətsüz oğul qopsa, ocağınıη küridir” atalar sözlərinə az diqqət
yetirilib. Bu mənada bəzi detallara mətn semantikası prizmasın-
dan nəzər salaq: bu atalar sözləri semantikasına görə əks qütblərdə
dayanır. Çünki birinci atalar sözündə “ağıllı oğul oxqabındakı
oxdur”, “elini qorumağa hazırdır” mənası ifadə edilirsə, ikinci
atalar sözündə bunun tam əksi müşahidə olunur: “ağılsız oğul
ocaq və ya nəsil üçün utanc gətirər, hamının başını aşağı edər”.
Maraqlıdır ki, bu atalar sözü birbaşa “Kitab”dan doğan məntiqi
nəticə kimi görünür. Konkret desək, “Bəglər, tanrı bizə bir kür
oğul vermiş” (D-134) cümləsindəki oğul və “fərsiz” , “hay-küy-
çü”, “qışqırıqçı” anlamlı “kür” sözləri həmin atalar sözündə nəin-
ki eynilə təkrarlanır, hətta məntiqi mərkəz funksiyasında çıxış edir
(“fərsiz”, “nankor” anlamlı “kür” sözünə digər mətnlərdə də təsa-
düf olunur: “Yarımasun-yarçımasun, sənin oğluη kür qopdı...”);
şərt budaq cümləli tabeli mürəkkəb cümlə modelində olan bu
atalar sözlərində eyni budaq cümlə işlənib, daha doğrusu, birinci
atalar sözündəki budaq cümlə (Dövlətlü oğul qopsa), ikincisində
eynilə təkrarlanıb (“dövlətlü” sözündəki –lü şəkilçi morfemi –süz
şəkilçisi ilə əvəzlənməklə); bu atalar sözləri təkcə semantikalarına
yox, həm də formalarına görə biri digərini tamamlayır: şərt budaq
cümləsinin təkrarlanması, tir (keş), tir (ox) və kür sözlərinin allite-
rativ tipli qafiyələr kimi çıxış etməsi məhz mətndəki ahəngdarlığı,
poetik mənanı qüvvətləndirən vahidlərdir. Bir cəhəti də qeyd edək
ki, təqdim etdiyimiz atalar sözlərinin semantik yükü O.Ş.Gökyay,
M.Ergin, O.F.Sertkaya, M.Tulum kimi alimlər tərəfindən, əsasən,
düzgün müəyyənləşdirilib. Burada A.Hacıyevin bir fikrini xatırlat-
maq yerinə düşür: “Dövlətlü oğul qopsa, tirkeşinde tiridir, Dövlet-
siz oğul qopsa, ocağınıη küridür” (tirkeşinde-tirkeşində, dövletsiz-
“Dədə Qorqud”un möcüzələr dünyası
463
dövlətsiz, küridür-küridir – Ə.T.) variantında bərpa edilməsi
mümkün olan qədim oğuz məsəlində “Ağıllı (uğurlu) oğul yetişsə
(böyüsə), sadaqdakı ox kimidir. Ağılsız (uğursuz) oğul yetişsə
(böyüsə), ailənin fərsizidir, yaramazıdır” fikri öz əksini tapmışdır
ki, bu da müəyyən mənada M.Tulumun son yozumu ilə səsləşir.
Sadəcə “kür” sözünün düzgün oxunuşunu və mənalandırılmasını
kənarda deyil, elə eposun öz mətnində axtarmaq lazım idi”
1
.
“Tirkeş” sözünə sonrakı dövr ədəbiyyatımızda da təsadüf
olunur: Məsələn, Nəsiminin “Divan”ında “sadaq” (oxqabı) sözü
işlənməyib, “tirkeş” (oxqabı) isə “tərkəş” şəklindədir.
Qaşunla kirpügün, yarəb, hə fəttah yayü oqdur kim//
Fələkdür tirinə tərkəş, mələkdür yayinə qurban.
Bu beytdə təkcə “tərkəş” (tirkeş-oxqabı) yox, həm də “tir”
(ox), “yay” və “ox” sözləri birbaşa obrazlılıq yaradan vasitələr
kimi çıxış edir. Məcazlar silsiləsi məhz onların assosiativliyi ilə
yaradılıb. Burada bir detala da münasibət bildirmək lazım gəlir:
“Kitab”da və Nəsiminin dilində işlənmiş “ox” anlamlı “tir” sözü
bir sıra lüğət və araşdırmalarda fars mənşəli hesab edilir. Əslində
isə “tir” sözü şumer dilinə məxsusdur: “tir (til, ti) = ox”
2
.
Dəmrən. Qorqudşünaslıqda “oxun iti dəmir ucluğu”,
“oxun ucundakı dəmir ucluq” mənasında izah olunub. “Kitab”da
iki dəfə isim (dəmrən) kimi işlənib: “Üç yeləkli qayın oqlar atıldı,
dəmrəni düşdi” (D-63); “Eki oxıη dəmrənini çıqardı” (D-198).
“Dəmrənlü” və “dəmrənsüz” sifətlərində isə kök morfemi kimi çı-
xış edib: “Dəmrənlü oxla atmağa qıyamadı” (D-199); “Dəmrən-
süz oxla, yigit, səni sınar idim” (D-200).
“Yay” və “ox” sözləri “Kitab”ın strukturunda obrazlılıq
yaradan vasitələr kimi çıxış edir. Əlbəttə, burada onların asso-
siativliyi ilə işlənmiş dil vahidlərinin rolunu da inkar etmək olmaz.
“Yay” və “ox” sözlərinin bədii təsvir və ifadə vasitələrində işti-
rakı, əsasən, aşağıdakı kimidir:
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.16.
2
O.Süleymanov. Az-Ya. Bakı, 1993, səh.195.
“Dədə Qorqud”un möcüzələr dünyası
464
Assonans. “o”-nun assonansı. “Ol kafəriη üçin atub birin
yarmaz oqçısı olur” (D-130) (o-o-o; ol, oqçı, ol);
Alliterasiya. “y”-nın alliterasiyası. “Yalançı oğlı Yalancıq
yay ufandığına qatı qaqdı” (D-109) (y-y-y-y; Yalançı, Yalancıq,
yay); “Yedi kiş ilə qurulurdı mənim yayım!” (D-207) (y-y-y; yedi,
yay)...;
Epitet. Qeyd etdiyimiz kimi, “yay” və “ox” sözlərindən
əvvəl işlənmiş vahidlər daha çox həqiqi mənada işlənib. Bu
sistemdə epitet kimi işlənənlərə də təsadüf olunur: qatı yay.
“Ayğır verüb alduğım, tozlu qatı yayım” (D-109); sum altunlu ox.
“Qayın talı yeləgindən sum altunlu mənim oxım!” (D-207)...;
Təşbeh. “Yay” və “Ox” sözləri “Kitab” yox, sonrakı dövr
ədəbiyyatımızdakı təşbehlər sırasında qabarıq şəkildə görünür.
Amma bu da var ki, “Kitab”da işlənmiş “Qurulu yaya bəηzər çat-
ma qaşlum!” təşbehi poetik siqlətinə görə tərkibində “yay”, eləcə
də “ox” sözləri işlənmiş bütün təşbehlərdən yüksəkdə dayanır
(əvvəlki səhifələrə bax); tirkeşində tiri (oğul oxqabındakı oxa
bənzədilir). “Dövlətlü oğul qopsa, tirkeşində tiridir” (V-
3
5-6
)
...;
Metafora. “Yay”, “Ox”, “sadaq” və “kiş” sözlərinin iştira-
kı ilə yaradılmış, semantika baxımından biri digərini tamamlayan
metaforalar “Kitab”da xüsusi çəkiyə malikdir: “Ağca tozlu qatı
yayım zari-zari iηlər//Sadaqda oxum kişin dilər” (D-248). Bu cür
metaforalara təkcə Azərbaycan deyil, ümumən türk xalqları ədə-
biyyatında az təsadüf olunur (əvvəlki səhifələrə bax).
Litota. “Kitab”da “ox” sözünün iştirakı ilə yaradılmış li-
totalar birbaşa görünmür. Belə litotaları, əsasən, mətnin ümumi
semantik yükünə əsaslanmaqla müəyyənləşdirmək mümkündür.
Necə ki, “oxun dəyməsi=milçəyin sancması” litotası sintaktik bü-
tövün ümumi semantik yükünə istinadən müəyyənləşir (əvvəlki
səhifələrə bax). Bu cür litotaları şərti olaraq gizli litota da adlan-
dırmaq olar;
İnversiya. “çəkəyim yayı, atayım oxı”. “Bəglər, siziη eş-
qiηizə çəkəyim yayı, atayım oxı” (D-109) (buradakı inversiyadan
əvvəlki səhifələrdə bəhs olunur).
“Dədə Qorqud”un möcüzələr dünyası
465
Təqdim etdiyimiz assonans, alliterasiya, epitet, metafora,
mübaliğə və s. kimi bədii təsvir və ifadə vasitələri “Kitab”ın, ümu-
mən ədəbiyyatımızın zənginlik göstəriciləri, atributları hesab olu-
na bilər.
Qeyd etdiyimiz kimi, “yay” və “ox” sözlərinin iştirakı ilə
yaradılmış obrazlı ifadələrə sonrakı dövr türk ədəbiyyatında daha
çox təsadüf olunur. Bu mənada tərkibində “ox” sözü işlənmiş bəzi
parçalara diqqət yetirək (əvvəlki səhifələrdə tərkibində “yay” sözü
işlənmiş nümunələr verilib):
M.Kaşğarinin “Divan”ında:
“ok yılan” = “özünü ox kimi insanın və başqa canlıların
üstünə atan ilan”.
“Oğuznamə”də:
Söz oqdur ağız yayında, ey can
Oq atılsa, gerü dönmək nə imkan.
“Bayatı”larda:
Qaşların oxdur sənin,
Kiprigin çoxdur sənin,
Səni çoxdan sevmişəm,
Xəbərin yoxdur sənin.
Q.Bürhanəddinin “Divan”ında:
Cövr oxları ki, qəmzən könül evinə atar,
Məncəniq taşlarıdur ki, yeni Turhaldurur.
İ.Nəsiminin “Divan”ında:
Kiprügin oqına, qaşun yayına
Aşiqün sinəsin sipər, dedilər.
Xəstə Qasımın şeirlərində:
Atırsan oxunu səhrayə atma,
Gecələr yatanda duasız yatma...
“Dədə Qorqud”un möcüzələr dünyası
466
Qurbaninin şeirlərində:
...Sinəm buta, yarım müjgan oxuna,
Bir namə yaz hər divanda oxuna.
M.V.Vidadinin şeirlərində:
...Oxunur məclisdə xoş kəlimatı,
Ox kimi bağrını dələr,ağlarsan.
M.P.Vaqifin şeirlərində:
Yar səni gördüm, bağrım oxlandı,
Ey əfi baxışlı, havalı sərxoş... (bu nümunədə “ox
sözü “oxlamaq” felinin kök morfemi kimi işlənib).
Aşıq Ələsgərin şeirlərində:
...Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri qanıma düşdü.
S.Vurğunun şeirlərində:
...Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb...
Sabir Sarvanın şeirlərində:
Hardan bilir
sinələri qabarar-qabarmaz
ilk sevginin
bir ox ucunda gələcəyini...
Təqdim etdiyimiz nümunələrdən birincisi on birinci yüzil-
liyə (M.Kaşğari), sonuncusu isə iyirmi birinci yüzilliyə (Sabir Sar-
van) aiddir. Hər ikisi gözəldir, hər ikisi poetik siqlətlidir. Bu həm
də o deməkdir ki, “ox” sözü işığında yaradımış obrazlı ifadələr,
ən azı min il əvvəl olduğu kimi, bu gün də yaranır, bu gün də
zəngindir.
Sapan. “Kitab”da səkkiz dəfə həm də daha çox “Salur Qa-
zanın evinin yağmalandığı boy”da işlənmiş “sapan” sözünün se-
mantik yükü qorqudşünaslıqda, əsasən, belə göstərilir: “daş atan
sapand”, “daş atmaq üçün qədim silah”, “içində daş atılan qədim
“Dədə Qorqud”un möcüzələr dünyası
467
hərb aləti”, “içində daş fırladıb atılan ipli torba...”. Bu cür məna
yükünə malik “sapand” sözü “Kitab”da müstəqil şəkildə, eyni za-
manda ayrı-ayrı ifadələr daxilində müşahidə olunur: müstəqil şə-
kildə: “Üç yerdə dəpə kibi taş yığdı, ala qollı sapanın əlinə aldı”
(D-39); ifadə daxilində: sapan çatlatmaq (sapandla daş atmaq).
“Elə olsa, sultanım, Qaraca çoban sapan çatlatdı” (D-57); sapan
taşı (sapandla atılan daş). “Qaracıq çoban kafəriη üç yüzini sapan
taşilə yerə bıqardı” (D-41); sapan taşına tutmaq (sapandla daş
yağdırmaq). “Gerü döndü. Sapan taşına tutdı” (D-216)...
“Kitab”da “sapand”ın hissələrinin adlarına da rast gəlinir:
aya (sapandın daş qoyulan yeri, daşlığı). “Ərənlər ərəni Qaracuq
çoban sapanıη ayasına daş qodı, atdı” (D-41). “Kitab”dakı “aya”
sözünə diaxronik, eləcə də sinxronik bucaqlardan yanaşan
A.Məmmədova maraqlı mülahizələr irəli sürür: “Türkiyə türk-
cəsində aya “ovuc” mənasında müasir dövrdə də işləkdir. Hər
halda sapanın daş qoyulan yeri ovucu xatırlatdığı üçün onu aya
adlandırmışlar”
1
; sapanın qolu. “...üç keçi tüyindən sapanın qolla-
rıydı” (D-56); sapan çatlağucı (sapan çatısı). “Bir keçi tüyindən
`çatlağucıydı” (D-57)...
“Kitab”dakı “sapan” sözünə qəhrəman obrazları prizmasın-
dan yanaşdıqda belə bir nəticə alınır: yeddi dəfə II boyda Qazan
xanın çobanı Qaraca çobanla, bir dəfə isə VIII boyda Aruzun
çobanı Qonur qoca Sarı çobanla bağlı işlədilib. Bu qarşılaşdırma
assosiativ olaraq başqa məqamlıarı yada salır: sapand bir silah
kimi daha çox çobanlar tərəfindən istifadə olunur (söhbət “Ki-
tab”dakı çobanlardan gedir); hər iki çoban nüfuzlu şəxslərə, həm
də əks qütblərdə dayanan, biri digərinə düşmən olan qəhrəmanlara
çobanlıq edir: Qazan xana − Qaraca çoban; Aruza – Qonur qoca
Sarı çoban; hər iki çoban sapanddan istifadə edir: bir sapandla
Oğuz elini düşmənlərdən qoruyur, kafirləri məhv edir (Qaraca
çoban), digəri (Qonur qoca Sarı çoban) yaratdığı insanabənzər
məxluqu (əslində, ət topasını) sapand daşına tutsa da (Çoban bu
1
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.99.
“Dədə Qorqud”un möcüzələr dünyası
468
yığanağı görcək ibrət aldı. Gerü döndi. Sapan taşına tutdı), faydası
olmur, Oğuz elinə Təpəgöz kimi bir qaniçəni, daha doğrusu, “Bir-
cə dəfə adam ətindən doyum”, – deyən bir vəhşini “bəxş” edir,
Oğuz elinin başına bəla gətirir. Bu isə o deməkdir ki, təkcə Qazan-
la Aruz yox, həm də onların çobanları – Qaraca çobanla Qonur
qoca Sarı çoban əks qütblərdə dayanan obrazlardır; nə qədər qəri-
bə görünsə də, “çoban” və “sapan” sözləri zəngin qafiyələri xatır-
ladır: çoban-sapan; oban – apan.
“Sapan” sözü, eyni zamanda onun assosiativliyi ilə yaradıl-
mış bədii təsvir və ifadə vasitələri “Kitab”da xüsusi çəkiyə malik-
dir. Bu zənginliyi bir cümlə ilə ifadə etmək imkan xaricindədir.
Bu mənada aşağıdakılara diqqət yetirək:
Epitet. ala qollu sapan. “...ala qollu sapanın əlinə aldı” (D-
39). Bu epitet sapandın növünü ifadə etmək baxımından maraq
doğurur. Digər tərəfdən, qorqudşünaslıqda həmin epitetdəki “ala”
sözünə müxtəlif prizmalardan yanaşılıb. Dəqiq desək, “ala” sözü
gah rəng, gah da “uzun”, “böyük” mənasında izah olunub. Burada
B.Abdullanın bir fikrini eynilə təqdim etmək yerinə düşür:
“...Çox-çox hallarda “ala”nı düzgün mənalarında izah edən
prof.S.Əlizadə də “ala qollu sapan”dakı “ala”nı sadələşdirilmiş
mətndə olduğu kimi saxlamaqla, görünür, onu rəng hesab etmiş-
dir... “Ala qollu sapan”dakı ala rəngi yox, uzunluğu bildirir. Bunu
belə düşünməyə mətn də haqq qazandırır. Boydan oxuyuruq:
Qaraca Çobanın “...üç yaşar dana dərisindən sapanının ayası, üç
keçi tükündən sapanın qolları idi”
1
. Düzdür, müəllifin arqument
kimi gətirdiyi nümunələrdə “sapan” mübaliğə tərkibində işlənib.
Amma nəzərə almaq lazımdır ki, sapandın qolları keçinin, həm də
məhz ala rəngli keçinin tükündəndir, yəni burada “ala keçinin tükü
= ala qollu sapand” modeli açıq-aydın şəkildə görünür. Bu
mənada “ala”nı rəng anlamlı söz hesab edən S.Əlizadə haqlıdır.
Təsadüfi deyil ki, V.V.Bartold da “ala”nı rəng anlamlı söz kimi
başa düşüb: “пестрой” (göstərilən mənbə: səh.24).
1
B.Abdulla. “Kitabi-Dədə Qorqud”da rəng simvolikası. Bakı, 2004, səh.87.
“Dədə Qorqud”un möcüzələr dünyası
469
Təşbeh. “Beligiηdə toqsan oqıη nə ögərsəη, mərə kafər?
Ala qollı sapanımca gəlməz maηa” (D-41). Sonuncu misrada epi-
tetlə (ala qollı) təşbehin (...sapanımca gəlməz maηa) sintezi açıq-
aydın şəkildə görünür. Qorqudşünaslıqda bu tipli təşbehlərin
poetik çəkisi ilə bağlı kifayət qədər yazılar yazılıb. Burada yalnız
bir fikri xatırladırıq: “Qarşı tərəfin gücünü azaltmaq, zəiflətmək
məqsədilə “gəlməz maηa” birləşməsi ilə verilən müqayisələr daha
orijinal və təsirlidir. Belə müqayisələr bənzədilənin təsir gücünü
artırmaq deyil, əksiltmək üçündür (litotalarda olduğu kimi – Ə.T.).
Qaraca Çoban üzərinə gələn düşməni bu cür müqayisələrlə sındı-
rır, onun qüvvəsini heçə endirir...”
1
. Müqayisə və qarşılaşdırmalar
“sapan” sözünün assosiativliyi ilə yaradılmış mübaliğə və təşbeh-
lərin bir sintaktik bütöv daxilində sintez şəklində işləndiyini, həm
də semantika baxımından birinin digərini tamamladığını qabarıq
şəkildə göstərir. Həmin sintaktik bütövün bir hissəsinə diqqət ye-
tirək: “...Çobanıη üçyaşar tana dərisindən sapanıη ayasıydı, üç ke-
çi tüyindən sapanınıη qollarıydı. Bir keçi tüyindən çatlağucıydı.
Hər atanda on iki batman taş atardı. Atdığı taş yerə düşməzdi. Ye-
rə dəxi düşsə, toz kibi savrılardı, ocaq kibi oyrulardı. Üç yıladaq
taşı düşdigi yeriη otı bitməzdi. Simüz qoyun, arıq toqlı bayırda
qalsa, qurt gəlib yeməzdi sapanıη qorqusından...” (D-57). Görün-
düyü kimi, mübaliğələrlə başlanan semantik dinamika təşbehlərlə
davam etdirilsə də, yenə də elə mübaliğə ilə tamamlanır. Sonuncu
cümlədə diqqəti o qədər də cəlb etməyən maraqlı bir müqayisə
var: sapan və qurd. Sapand o dərəcədə “vahiməlidir” ki, hətta qurd
da ondan qorxur, vahimələnir. Bu mənada ala qollu sapandın dox-
san oxdan üstün hesab edilməsi olduqca təbii qarşılanır (yuxarı-
dakı şərhlərə bax).
Dostları ilə paylaş: |