Ellipsis. “...bu çoban bizim həpimiz qırar, olamı?” (D-42).
Bu cümlədəki “həpimiz” sözündən sonra “sapanla” sözünün ellip-
sisə uğraması açıq-aydın şəkildə görünür. Bu da təsadüfi deyil.
Çünki “sapanla” sözünün funksiyası özündən əvvəl işlənmiş cüm-
1
E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.279.
“Dədə Qorqud”un möcüzələr dünyası
470
lələrdə konkret olaraq ifadə olunub: “Qoyun diməz, keçi diməz,
sapanıη ayasına qor atar, kafəri yıqar” (D-42).
“Kitab”ın dilindəki “sapan” sözü Azərbaycan dili şivələ-
rinin, demək olar ki, hamısında ilkin forma və semantikasına uy-
ğun şəkildə işlənməkdədir. Burada dialektologiyaya dair tədqiqat-
lardan götürdüyümüz iki nümunəni eynilə təqdim etməyi gərəkli
hesab edirik: “Sapandıηı maηa ver, kuşu vurom” (Azərbaycan
dilinin qərb şivələri); “Nizam sapadnan quş vuradu” (Quba şivəsi).
Yuxarıda qeyd etdik ki, “sapan taşına tutmaq!” ifadəsi “sapandla
daş yağdırmaq” mənasındadır. Maraqlıdır ki, “Kitab”ın dilindəki
bu ifadə Azərbaycan dili şivələrində, xüsusən də qərb şivələrində
tam sabitləşmiş frazeoloji vahid kimi işlənməkdədir. Məsələn, bir
adam çox tənqid ediləndə, yaxud ona çoxlu suallar yağdırılanda
əksər hallarda belə bir cümlə işlədilir: “Səni sapand daşına tut-
muşdular”. Bu isə onu vurğulamağa əsas verir ki, “sapan” (sa-
pand) müasir dilimizdə həm də frazeoloji vahid (sapand daşına
tutmaq) daxilində mühafizə olunur. Yeri gəlmişkən, “sapand”
sözü şivələrimizdə təşbehlər daxilində də işlənməkdədir: “sapand
daşı kimi atmaq”. Vəzifədən çıxarılmış və ya tutduğu vəzifə-
sindən zorla uzaqlaşdırılmış şəxslər barədə belə deyilir: sapand
daşı kimi atdılar; sapand daşı kimi tulladılar; “sapanda qoyub daş
kimi atmaq”. Bir sıra hallarda mübahisə edən tərəflərdən biri digə-
rini qıcıqlandırmaq, əsəbiləşdirmək üçün bu cür sözlər işlədir: Sə-
ni sapanda qoyub daş kimi ataram; Səni sapand daşı kimi ataram...
Bu tipli təşbehlər şivələrimizin əksəriyyəti, xüsusən də qərb şi-
vələri baxımından səciyyəvidir. Burada o da vurğulana bilər ki,
“sapand” sözü müasir poeziyamız üçün də xarakterikdir: “ən qor-
xulu silahımız sapand idi, ağac idi” (Ülvi Bünyadzadə); “Hər sa-
panda daş oldum” (Məhəbbət Nizam)... Bu cür misralarda təkcə
“sapan” arxaizmi yox, həm də “Dədə Qorqud”un ruhu yaşayır.
Cida. “Kitab”ın dilində süngü, nizə anlamlı “cida” sözü
intensivliyi ilə fərqlənir. Amma bu da var ki, “Kitab”da işlənmiş
cida, sügü, köndər kimi sözlər semantika baxımından biri digərinə
çox yaxındır. Burada O.Ş.Gökyayın müxtəlif mənbələrə istinadən
“Dədə Qorqud”un möcüzələr dünyası
471
söylədiyi fikirləri xatırlatmaq lazım gəlir: “Cida-gönder-kargı-
sünü (süngü) – Destanlarda geçen bu savaş hepsi de düşmanı
sançmak içindir. Yapıldıkları nesnelerden, uzunluk ve kısalıkla-
rından dolayı başka başka adlar almışlardır... Cida ucuna sivri bir
temren geçirilmiş, ağaçtan yapma bir silahtır... Gönder, uzun ve
kalın bir sırıktır, ucunda sivri bir demir, temren, veya kança var-
dır... Karğı ise, kalın ve boğumlu, boğumlarının arası dolu bir ka-
mış çeşididir. Hafif olduğu için ucuna madenden bir temren geçi-
rilerek düşmanı sançmak için kullanılır... Süngü, İbn Mühennanın
söylediği gibi “demir cıda”dır, kısa ve demirden yapılmıştır...
süngünün de karğının ucuna sivru bir demir, temren takmak
suretiyle yapıldığı anlaşılmaktatır” (İstanbul, 2000, səh.CCCLXII,
CCCLXIII). Bu fikirlərdən biri ilə - “karğı”nın ayrıca bir silah
növü kimi təqdim edilməsi ilə razılaşmaq olmaz. Belə ki, “qarğu”
cidanın qarğudan (qamışdan) düzəldildiyini işarələndirir (əvvəlki
səhifələrə bax). Heç şübhəsiz ki, cida, sügü və köndər sözlərini
bir başlıq altında təhlilə cəlb etmək olar. Ancaq bu tip vahidlərin
linqvopoetik xüsusiyyətləri daha aydın görünsün, – deyə onların
hər birini ayrılıqda nəzərdən keçirməyi məqsədəuyğun hesab
edirik. Bu mənada “cida”nın “Kitab”dakı mövqeyi və işlənmə mə-
qamları ilə bağlı bunları söyləmək olar: əsasən, sadə söz forma-
sında çıxış edib: cida. “Altun cidasın əlinə aldı” (D-31); süngüsü
olan və ya əli süngülü anlamlı “cidalu” düzəltmə sifətinin tərkibin-
də kök morfemi kimi işlənib (cəmi bir dəfə): cidalu. “Üç yüz say
cidalu yigit bunıη yanına cəm oldı” (D-255); frazeoloji vahid da-
xilində işlənməsinə az təsadüf olunur: cida oynatmaq (cida oyna-
daraq hünər göstərmə). “Qarğu cida oynadanlar vardı, gəldi//Altun
cida oynadana, yarəb, noldu?” (D-137). O.Ş.Gökyaya görə “altun
cida” birləşməsindəki “altun” cidanın parlaqlığını anladır (İstan-
bul, 2000, səh.CCLXXII). Bu fikrin davamı olaraq onu da qeyd
edək ki, “altun cida” həm də Qazan xanın oğlu Uruzu digər dö-
yüşçülərdən fərqləndirən bir ifadədir. Bu cəhət Burla xatunun
dilində açıq-aydın şəkildə görünür. Müqayisə və qarşılaşdırmalar
“cida oynatmaq” ifadəsindəki “cida” sözünün ellipsisə uğramasın-
“Dədə Qorqud”un möcüzələr dünyası
472
dan bəhs etməyə də imkan verir: “Güni gəldi, qaba qarın –geη
köksdə oynadam səniη içün!” (D-129). Bu cümlədəki “oynadam”
sözünün əvvəlinə “cida” sözü asanlıqla, həm də birbaşa artırıla
bilir: cida oynadam. Bu da təsadüfi deyil. Çünki əvvəl işlənmiş
cümlədə “cidanın (nizənin) bu gün üçün saxlandığı” ifadə olunur:
“Ala uran sür cidamı saqlardım bu gün içün” (D-129)... Burada bir
məqama da münasibət bildirmək lazım gəlir: “cida” ilə bağlı işlə-
dilmiş “...qaba qarın-geη köksdə oynadam” cümləsində düşmənin
(kafirin) dar köksünə cidanı sancaraq irəli-geri fırlatmaq, düşməni
əzabla öldürmək mənası ifadə olunur ki, bu da “cida oynatmaq”
ifadəsini frazem yox, frazemə qədərki sərbəst birləşmə kimi təhlil
etməyə imkan verir. “Cida oynatmaq” ifadəsinə “Koroğlu” epo-
sunda da rast gəlinir: “Koroğlu əmud vurur, cida oynadır, şeşpər
atırdı”. Buradakı “cida oynatmaq” ifadəsi də həqiqi mənadadır.
“Cida” sözü təşbehlərin tərkibində əsas tərəflərdən biri kimi işlə-
nib: buğanın buynuzu cidaya bənzədilib: “Buğanıη zəncirin aldı-
lar, salı verdilər. Buynızı almas cida kibi Qanturalınıη üzərinə sür-
di” (D-182); cida ulduza bənzədilib: “İldız kibi parlayıb gələn ka-
fəriη cidasıdır” (D-128)...
“Cida” sözü təyini söz birləşmələri tərkibində əsas tərəf
kimi çıxış edir:
− altun cida (qızıl nizə). “Altun cida oynadana, yarəb,
noldı?” (D-137);
− qarğu cida (qarğı nizə). “Qarğu cida oynadanlar vardı,
gəldi” (D-137);
− güdəlmiş cida (kütləşmiş nizə). “...güdəlmiş cidaηla
ardına düşəsən” (D-141);
− ala uran sur cida – uzaq vuran sur (sırıq) cida. “Ala uran
sur cidamı saqlardım bu gün içün” (D-129)...
Təqdim etdiyimiz birləşmələr “cida” (bir silah növü kimi)
barədə müəyyən təəssürat yaratmaq gücündədir.
“Kitab”da üstün mövqedə görünən “cida” sözünə Orxon-
Yenisey abidələrində, eləcə də M.Kaşğarinin “Divan”ında rast gə-
linmir. Bəlkə, elə buna görə də “cida” sözünün mənşəyi ilə bağlı
“Dədə Qorqud”un möcüzələr dünyası
473
fikir müxtəlifliyinə rast gəlinir. Konkret desək, daha çox monqol,
bəzən isə fars mənşəli hesab olunur. Bu istiqamətdə ciddi araş-
dırmalar aparmış Ə.Cəfəroğlunun bir fikrinə diqqət yetirək: “Cida
sözünün mənşəyinə gəldikdə isə bizcə, onun kökü monqolcadır.
… Əski, yəni monqollardan daha əvvəlki türk mətnlərində izinə
təsadüf etmədiyimiz bu kəlməni ilk dəfə İlhanilər dövrünün ərəb
filoloqlarından ibn Mühənnanın lüğətində cida şəklində tapırıq.
Kovalevski monqolca üçün djida və Scimdt jida qeydə almışdır
ki, bu da ibn Mühənna lüğətində təsadüf etdiyimiz cidadan başqa
bir şey deyildir. Buna əsaslanaraq, cida kəlməsinin hələ İlhanilər
zamanında digər əsgəri istilahlarla bərabər Azəri ləhcəsinə (Azər-
baycan dilinə - Ə.T.) daxil olduğunu və özünün əski şəklini qo-
ruyub saxladığını söyləmək mümkündür. Diqqətçəkici haldır ki,
bu kəlmə Osmanlı türkcəsində özünə yer tapa bilməmişdir”
1
. Bu
fikirlərin davamı olaraq qeyd edək ki, Ə.Abdullayev də cida
sözünü məhz monqol mənşəli hesab edir: “monqolca: jad; rusca:
копье; Azərbaycanca: cida”
2
. Bu faktlar “cida”nın monqol mənşə-
li olduğunu əsaslandırır. Bu mənada “Kitab”dakı “cida”nı fars
mənşəli söz kimi təqdim etmiş S.Mehdiyevaya haqq qazandırmaq
olmaz (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”. Bakı, 1999,
səh.197). Ə.Cəfəroğlunun “bu kəlmə (cida – Ə.T.) Osmanlı türk-
cəsində özünə yer tapa bilməmişdir” – hökmü isə başqa bir fikri
söyləməyə imkan yaradır: “cida” sözü müasir Azərbaycan dilin-
də intensivliyini itirsə də, deyimlər daxilində mühafizə olunmaq-
dadır: “cidanın ucu çuvaldan çıxır” (“gizli bir şey qalmadı” mə-
nasında), “cidanı çuvalda gizlətmək olmaz” (əsasən, baş vermiş
hadisəni bilənlərin sayı çox olduqda işlədilir: baş vermiş hadisəni
bilənlərin sayı çoxdur → cida çuvaldan uzundur → “cidanı çuval-
da gizlətmək olmaz”). Bu fakt da “Dədə Qorqud kitabı” məhz
Azərbaycan dilində yazılıb” – hökmünü qüvvətləndirir. Başqa bir
fakta diqqət yetirək: “Oğuznamə”də “sünü çuvala sığmaz” (süngü
1
Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. Bakı, 2008, səh.262.
2
Ə.Abdullayev. Azərbaycan dili məsələləri. Bakı, 1992, səh.312.
“Dədə Qorqud”un möcüzələr dünyası
474
çuvala sığmaz) deyiminə rast gəlinir ki, bu da yuxarıda təqdim
etdiyimiz “cidanın ucu çuvaldan çıxır”, “cidanı çuvalda gizlət-
mək olmaz” kimi deyimlərlə eyni semantik yuvaya daxil olur, biri
digərinin sinonimi kimi çıxış edir. Bu cəhət, heç şübhəsiz ki,
monqol mənşəli “cida” ilə türk mənşəli “sünü” (süngü) sözlərinin
sinonimliyi ilə bağlıdır.
Sügü. Bu söz Orxon-Yenisey abidələrində “suηüg”,
M.Kaşğarinin “Divan”ında isə “sünqü” şəklində işlənib: “Kalkan,
sünqün çumşalım” (qalxanla, süngü ilə vuruşaq) (I cild, səh.432,
433).“Kitab”dakı yazılış şəkilləri isə belə oxunub: sünü (O.Ş.Gök-
yay), süηü (M.Ergin), sügü (Zeynalov-Əlizadə)... Bu oxunuş for-
malarından “sügü”nü şərti olaraq qəbul edirik (çünki “süηü” for-
ması da götürülə bilər). “Kitab”ın dilindəki silah adları sırasında
“sügü” sözünün “qılıc”dan sonra verilməsinə təsadüf olunur ki, bu
da diqqətçəkən məqamlardandır: “Qılıc və sügü və çomaq və sair
cəng alətin geydirüb tonatdılar” (D-285). Bu detal, yəni “qılıc”
sözündən sonra “sügü”nün işlədilməsi süngünün türk hərb
tarixində bir silah növü kimi xüsusi yeri olduğunu qabarıq şəkildə
göstərir.
Birləşmə daxilində “”sügü”dən əvvəl işlədilmiş sözlər sün-
günün səciyyəvi cəhətləri, xüsusən də onun nədən düzəldilməsi
barədə dolğun informasiya verir:
qarğu talı sügü (qarğı budağından süngü). “Qarğu talı
sügüηü maηa vergil” (D-245);
qarğu dillü uz sügü (qarğı dilli iti süngü). “Qarğu dillü uz
sügimi qapdım..,” (D-207);
qarğu talı altmış tutam sügü (qarğı budağından altmış
tutam süngü). “Qarğu talı altmış tutam sügümi əlümə alurdım”
(D-297).
Bu nümunələrdə süngünün qarğıdan düzəldilməsi aydın
şəkildə görünür: qarğıya iti dəmir ucluğun keçirilməsi = süngü.
“Kitab”ın dilində “sügü” sözü daha çox I növ təyini söz
birləşməsinin daxilində işlənib (yuxarıdakı nümunələrə bax).
Bəzən isə qeyri-müəyyən təyini birləşmə daxilində çıxış edib:
“Dədə Qorqud”un möcüzələr dünyası
475
sügüsü sınıq oğlan (süngüsü sınq oğlan). “Əlindəki sügüsü sınıq
oğlan!”. Heç şübhəsiz ki, kafirlərin dilində müşahidə olunan bu
cür ifadələr qəhrəmanın gücünü azaltmaq, onu aşağılamaq üçün
işlədilib.
“Kitab”da məişətlə bağlı “şiş”, “kabab şişi” anlamlı “sügi-
lik” sözünün işlənməsinə də təsadüf olunur: sügilik. “Sügiligi oca-
ğa bıraqdılar, qızdı” (D-226). Bu tip nümunələrdəki “sügilik” sö-
zünün kök morfemi “sügü” ilə eyni fonetik-semantik şaxədə birlə-
şir. Bu mənada “sügilik” sözünün “süngü” şəklində sadələşdiril-
məsini düzgün hesab etmək olar: “Süngünü ocağa saldılar, qızar-
dı” (Zeynalov-Əlizadə nəşri. Bakı, 1988, səh.226). Yekun olaraq
qeyd edək ki, müasir ədəbi dilimizdə “süngü” sözü ilkin forma və
semantikasına uyğun işlənir: süngü – tüfəngin ucuna taxılan kiçik
qılınc biçimində dəlici silah; süngülü – süngü taxılmış...; “Süngü-
lər açmayan yolu açdın//Qələmindən cavahirat saçdın” (A.Səh-
hət)...
Köndər. Statistik hesablamalar göstərir ki, “Kitab”ın dilin-
də “nizə” anlamlı “köndər” sözü doqquz dəfə işlənib: “köndər”
(bir dəfə). “Aruza bir köndər urdı” (D-302); altmış tutam köndər
(iki dəfə). “Altmış tutam köndəriηi nə ögərsən, mırdar kafər” (D-
41); ala köndər (iki dəfə). “Dürtüşərkən ala köndəriη ufanmasun!”
(D-35); ala-ala köndər (bir dəfə). “Ala-ala köndərlər süsəldi” (D-
63); altmış tutam ala köndər (üç dəfə). “Altmış tutam ala köndərin
qısdı, Aruza bir köndər urdı” (D-302). Qorqudşünaslıqda “köndər”
və onun təyinedicisi kimi işlənmiş sözlərin məna yükü, əsasən,
belə izah olunur: köndər (nizə), ala (iri, böyük), ala-ala (lap bö-
yük), altmış tutam (altmış əl tutacağı ölçüdə uzunluğu olan). Bu-
rada diqqətçəkən detallardan biri də budur ki, “altmış tutam ala
köndər” ifadəsi həm də Dəli Dondarın bədii təyini daxilində işlə-
nib: “...altmış tutam ala köndəriniη ucında ər bögürdən Qıyan Səl-
cük oğlı Dəlü Donda çapar yetdi...” (D-60). “Kitab”dakı bu cür
nümunələr qəhrəman silahı ilə tanınır, silahı ilə fəxr edir –
tezisinin düzgün olduğunu qüvvətləndirir.
“Dədə Qorqud”un möcüzələr dünyası
476
S.Əlizadə nəşrində (Bakı, 1999) “köndər” sözü “göndər”
şəklində təqdim olunub. Bu mənada “göndər” sözünü omonim və
çoxmənalı sözlər başlığı altında şərh etmiş A.Məmmədovaya haqq
qazandırmaq olar: “I göndər (nizə, mizraq), II göndər (göndərmək,
yollamaq)”
1
.
Gürz. Qorqudşünaslıqda “gürz”ün məna yükü, əsasən, belə
göstərilir: ağır çəkili silah; baş tərəfi enli, ağır dəyənək; dəmirdən
bir çomaq; topuz... Drezden nüsxəsində həm “güz”, həm də “gürz”
şəklində işlənib: “Altı bərli güz ilə dəpəsinə qatı tuta urdı” (D-
64); “...bu güzi maηa veriη!” (D-72). Birinci nümunədəki “güz”
sözü Vatikan nüsxəsində “gürz” şəklindədir (S.Əlizadə. Bakı,
2000, səh.52). Bu mənada “gürz” oxunuş forması məqbuldur,
daha doğrusu, təhlil prosesində məhz “gürz” formasından istifadə
olunmalıdır. “Kitab”da “gürz”sözünün işlənmə məqamları ilə
bağlı aşağıdakıları söyləmək olar:
− özündən əvvəl heç bir təyinedici sözün iştirakı olmadan
işlənmə: gürz. “...gürzi maηa veriη!” (D-72);
− özündən əvvəl müxtəlif mənalı təyinedici sözlərin iştirakı
ilə, daha dəqiqi, təyini söz birləşmələri tərkibində əsas tərəf kimi
işlənmə: altı bərli gürz (altı pərli gürz). “Altı bərli gürz ilə dəpəsi-
nə qatı tuta urdı” (D-064); altmış batman gürz (altmış batmanlıq
gürz)... Ol altmış batman gürzlə Qazılıq qocaya dəpərə tutub
çaldı” (D-203)... Bu tip nümunələrdəki “batman” sözü ilə bağlı
müxtəlif fikirlər var: bir batman = 60 kr; bir batman = 65, 556 kq.;
− “gürz” sözü cümlənin semantikasını reallaşdıran ən əsas
detallardan biri kimi çıxış edir: “Qanturalı gürzin gögə atar, enüb
yerə düşmədin qarvar – tutar” (D-177). Bu, o deməkdir ki, Oğuz
igidinin qəhrəmanlığı həm də “gürz tutma” jestinin ifadəsi kon-
tekstində canlandırılıb.
− gürz salmaq. “Altmış batman gürz salardı” (D-203). Qor-
qudşünaslıqda “gürz salmaq” ifadəsinin məna yükü dəqiqləşdiril-
məyib. Konkret desək: O.Ç.Gökyay tərtib etdiyi lüğətdə “gürz
1
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.108.
“Dədə Qorqud”un möcüzələr dünyası
477
sallamaq” (əslində, gürz salmaq) ifadəsinin qarşısında heç nə yaz-
mayıb (İstanbul, 2000, səh.217); Zeynalov-Əlizadə nəşrində “gürz
salmaq” ifadəsi “gürz atmaq” şəklində sadələşdirilib: “Altmış
batmanlıq gürz atardı” (Bakı, 1988, səh.192); “KDQ-nin izahlı
lüğəti”nə “gürz salmaq” ifadəsi daxil edilməyib (Bakı, 1999,
səh.150); V.V.Bartold “gürz salmaq” ifadəsindəki “salmaq” felini
«потрясал” (silkələmək, titrətmək, sarsıtmaq) şəklində tərcümə
edib (göstərilən mənbə: səh. 73)... Bu fikirlərin saf-çürük edilməsi
bunları söyləməyə imkan verir: V.V.Bartoldun tərcüməsi mətnin
semantik yükünə uyğun gəlmir; Zeynalov-Əlizadə nəşrindəki sa-
dələşdirmə mətnə tam yapışıqlı görünmür. Türk dilləri, o cümlə-
dən Azərbaycan dilindəki çoxmənalı “salmaq” felinə tarixi-linq-
vistik prizmadan yanaşdıqda “gürz salmaq” ifadəsi “Kitab”ın di-
lində “gürz endirmək” mənasında işlənib – qənaətinə gəlmək
mümkündür. Bu qənaətin düzgünlüyünü belə arqumentləşdirmək
olar: birincisi, “Kitab”ın dilindəki “sal qılıcın” ifadəsi “qılıncını
endir” mənasında başa düşüldüyü kimi, “gürz salardı” ifadəsi də
“gürz endirərdi” mənasında anlaşılır. Yeri gəlmişkən, Ə.Sadıqov
“sal qılıcın” ifadəsini həm də “qılınc endirmək “ mənasında izah
edib (KDQ-nin izahlı lüğəti. Bakı, 1999, səh.150); ikincisi, “Ki-
tab”ın dilində “gürz” ismi ilə “enmək” felinin sintaktik-semantik
bağlılığını əks etdirən cümlə modellərinə rast gəlinir. Məsələn,
“Qanturalı gürzin gögə atar, enüb yerə düşmədin qarvar tutar” (D-
177). Bu cümlədə “gürz” və “enmək” sözlərinin assosiativliyi
aydın şəkildə görünür; üçüncüsü, müasir dilimizdəki “gürz endir-
mək” ifadəsini də təsadüfi hesab etmək olmaz: “Qollarını çırma-
yıb, gürz endirir zindana” (Ə.Cəmil); dördüncüsü, “Azərbaycan
dilinin izahlı lüğəti”ndə “endirmək” çoxmənalı felinin birinci
mənası kimi məhz “aşağı salmaq” ifadəsi göstərilir (II cild, Bakı,
1980, səh.206). Müq.et: salmaq – endirmək; gürz salmaq – gürz
endirmək...
“Kitab”dakı “gürz” sözü sonrakı dövr abidələrimizdə də
müşahidə olunur:
M.Füzulinin “Leyli və Məcnun” poemasında:
“Dədə Qorqud”un möcüzələr dünyası
478
Gürz ilə olurdu xurd hər su,
Cövşənlərü üstüxani – pəhlu.
“Koroğlu” eposunda:
“Dəmirçioğlu getdi, qılınc, qalxan, cida, gürz, toppuz
götürdü, Koroğlunun yanına qayıtdı”...
Nəhayət, onu da qeyd edək ki, “gürz” sözü müasir ədəbi
dilimizdə “ağır, iri çəkic” mənasında işlənir: zindana gürz endir-
mək...
Çomaq. Bir silah növü kimi “çomaq”la bağlı müxtəlif
izahlara rast gəlinir: dəyənək, toppuz, toxmaq... (O.Ş.Gökyay),
başı iri və yumru ağac (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”.
Bakı, 1999, səh.194). Burada bir məqam yada düşür: “Kitab”da
cəmi bir dəfə Qaraca çobanın dilində işlənmiş “dəgənək” (Qızılcıq
dəgənəgimcə gəlməz maηa!) “çomaq” sözünün sinonimi kimi
çıxış edir. Təsadüfi deyil ki, bir sıra lüğətlərdə də bu sözlər,
əsasən, biri digərinin sinonimi kimi verilir. Məsələn, “KDQ-nin
izahlı lüğəti”ndə: “dəgənək = başı toppuz çomaq”; “çomaq = başı
iri və yumru ağac” (Bakı, 1999, səh.72, 194)... “Çomaq”la bağlı
digər cəhətləri belə ümumiləşdirmək olar: birinci növ təyini söz
birləşməsinin əsas tərəfi kimi çıxış edir: qaba çomaq (iri çomaq,
iri toppuz). “Güni gəldi, qaba çomaq altında yoğradım səniη içün
(D-129); iri çomaqla döyüş zamanı başa geyinilən parlaq zirehin
əzdirilməsinə işarə edilir: “Başımda qunt işıqlar saqlardım
səniηçün// Güni gəldi, qaba çomaq altında yoğradım səniη içün”
(D-129); qəhrəmanın igidliyi məhz “çomaq” kontekstində canlan-
dırılır: “Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg” (D-4); xə-
rac kimi göndərilmiş əşyalar sırasında “çomaq” da var: “Toquz tü-
mən Gürcüstanıη xəracı gəldi; bir at, bir qılıc, bir çomaq gətür-
dilər” (D-235). Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, bu cür
nümunələr əşyavi yazının tarixini öyrənmək baxımından əhəmiy-
yətlidir; döyüş silahlarının adları sırasında “çomaq” sözünə də rast
gəlinir: “Qılıc və sügü və çomaq və sair cəng alətin geydirib tonat-
dılar” (D-285). Fikrimizcə, “çomaq” sözünün məhz “qılıc” və “sü-
“Dədə Qorqud”un möcüzələr dünyası
479
gü”dən sonra verilməsi çomağın heç də adi silahlardan biri ol-
madığını sübut edir; “çomaq” bir silah kimi “gürz”ə bərabər hesab
oluna bilər. Bu cəhətə Qazanla Beyrəyin qarşılaşmasını əks etdi-
rən parça kontekstində diqqət yetirək: “Beyrək: “Mərə kafər, necə
onı-bunı sorarsan maηa?” – dedi. Qazanıη üzərinə at saldı. Pərlü
gürzini əlinə alub Qazanı çaldı. Qazan kəndüyi bildirmədi, qar-
vadı Beyrəgi biləgindən tutdı-tartdı, çomağını əlindən aldı. Beyrə-
giη ənsəsinə bir çomaq urdı” (D-121). Yuxarıdakı tezisi dəqiqləş-
dirsək, belə bir nəticə alınar: çomaq gürzdən üstündür. Amma belə
bir nəticəni eynilə qəbul etmək olmaz: birincisi, ona görə ki,
təqdim etdiyimiz parçada silahın yox, qəhrəmanın gücü qabardılır.
Bu mənada “Kitab”ın “müqəddimə” hissəsində verilmiş “çala
bilən yigidə oqla qılıcdan bir çomaq yeg” deyimi sanki yuxarıda
təqdim etdiyimiz tipli parçalardan süzülüb gəlib, onların məntiqi
nəticəsi kimi çıxış edir; ikincisi, “çomaq”la “gürz” bir-birindən
kəskin şəkildə fərqlənməyən silahlardır. O.Ş.Gökyayın mülahi-
zələri də dediklərimizi qüvvətləndirir: “Gürz ilə çomak arasında,
savaş silahı olmak bakımından bir ayrım yoktur. Ancak çomak,
benim bildiqime göre, madenden degildir. Kökü ilə birlikte
çıkarılan ağacların kökleri yontularak gürzdə olduğu gibi bir topuz
haline konur” (İstanbul, 2000, səh.CCCLXIV); çomağın səciyyəvi
cəhətləri daha çox “qaba çomaq” deyil, “altı pərlü çomaq”
(altıkünclü iri, həm də ağır çomaq; toppuz birləşməsində ifadə
edilir: “...Dölək Uran altı pərlü çomağilə at dəpüb, gəlüb yuqarı-
dan aşağa kafəri qatı urdı, alımadı” (D-209)... Bütün bunlar “ço-
maq” sözünün “Kitab”dakı leksik-semantik və üslubi-linqvistik
xüsusiyyətləri ilə yanaşı, türk hərb tarixindəki yeri barədə də
müəyyən təəssürat yaradır.
Dostları ilə paylaş: |