490
(“Koroğlu”)... Dəyərlidir qollarında olan polad qolçaqlar (A.Səh-
hət)”
1
. Bu mənada “Kitab”da işlənmiş “qarucıq” sözü “qolçaq”
mənasında sadələşdirilə bilər ki, bu da təkcə mətnin asan qavranıl-
ması deyil, həm də tarixi leksikologiya baxımından əhəmiyyət-
lidir.
Yaqa.İlk olaraq tərkibində “yaqa” sözü olan ifadələrin mə-
nasına diqqət yetirək: yaqa tutmaq (yaxasından tutmaq, əlbəyaxa
olmaq). “Yaqa tutub kafərlə uğraşayım səniη içün” (D-130); yaqa
tutmaq (bir-birinə həsrət qalanların qucaqlaşması, bir-birinin pal-
tarının yaxasından tutaraq sığallama). “Babasilə Yegnək gizli yaqa
tutuban yiləşdilər” (D-212); yaqa yırtmaq (paltarın yaxasını cırma,
həddindən artıq qəmlənmə, həyatda yaşamaq belə istəməmək).
“Tartdı, yaqasın yırtdı” (D-91); “Yaqanla boğazından tutayınmı?”
Bu misrada iki ifadənin sintez şəklində təzahürü müşahidə olunur:
yaqadan tutmaq (inadla tələb etmək, əl çəkməmək), boğazından
tutmaq (qısnamaq, çıxılmaz vəziyyətə salmaq, məcbur etmək). Bu
ifadələr müasir ədəbi dilimizdə, demək olar ki, eynilə işlənir:
yaxasından tutmaq, boğazından yapışmaq (tutmaq); “Uruz gen
yaqadan sügisin sancdı, turdı” (D-132). A.Əlizadə bu cümlədəki
“yaqa” sözünü belə səciyyələndirir: “bir şeyi yaxaya keçirmək,
qılıncı, bıçağı yaxaya sancmaq”
2
. Bu fikirlər mətnin semantik yü-
kü ilə ziddiyyət təşkil edir: birincisi, ona görə ki, mətndə “qılıc”
və “bıçaq” sözləri yox, “sügü” sözü işlənib; ikincisi, mətndə aydın
şəkildə ifadə edilir ki, süngü yaxaya yox, yerə sancılıb.
Göründüyü kimi, yuxarıdakı ifadələrin heç birində döyüş
geyimi anlamlı “yaqa” (yaxa) sözündən söhbət getmir. Amma
Drezden nüsxəsinin 129-cu səhifəsindəki “yaqa” sözü döyüşçü
geyimi, daha doğrusu, dəmir yaxa mənasındadır: “Əgni bəg dəmür
donum saqlardım bu gün içün//Güni gəldi, yeη-yaqalar dikdürə-
yim səniηçün” (D-129). Sonuncu cümlədəki “yeη-yaqa” (əslində,
yeηi yaqa) ifadəsi Zeynalov-Əlizadə nəşrində “qolçaq-yaxa”
1
Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, 1964, səh.543
2
“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.98.
“Dədə Qorqud”un möcüzələr dünyası
491
şəklində sadələşdirilib. Qeyd edək ki, bu cür sadələşdirmə Drez-
den nüsxəsinin 246-cı səhifəsindəki “yeηi-yaqa” ifadəsinə də
tətbiq olunub: “Əgni bəg dəmür tonuη maηa vergil//Yeηi yaqa
dikdirəyim sənüηçün!” – “Əynindəki dəmir donunu mənə ver.
Qolçaq, yaxa tikdirim mən səninçin!” (Bakı, 1988, səh.70, 107,
168, 205). Fikrimizcə, “yeηi yaqa” ifadəsinə tam başqa prizmadan
yanaşmaq lazımdır. İlk olaraq qorqudşünaslıqdakı fikirləri saf-
çürük edək: O.Ş.Gökyayın fikrincə, həmin yazılış şəkli geyimin,
paltarın qolu anlamlı “yeη” sözüdür (İstanbul, 2000, səh.310);
V.V.Bartold isə sonuncu nümunədəki “yeηi yaqa” ifadəsini belə
tərcümə edib: “новый ворот” (yeni yaxa) (göstərilən mənbə:
səh.86); “KDQ-nin izahlı lüğəti”ndə O.Ş.Gökyayın fikirləri,
demək olar ki, eynilə təkrarlanıb: “yeη – paltarda qolun ağzı, aşağı
tərəfi... Güni gəldi, yeη – yaqalar dikdürəyim səninçün...” (Bakı,
1999, səh. 107). Bəri başdan deyək ki, V.V.Bartoldun tərcüməsi
(новый ворот – yeni yaxa) mətnin semantik tutumu ilə daha çox
səsləşir. Belə ki, “dəmir dondan tikiləcək yeni dəmir yaxa” yeni
döyüşə, qələbəyə işarədir. Bu cəhət Bəkil oğlu Əmranın dilindən
verilmiş parçada obrazlı şəkildə ifadə olunub: Əmran atası Bəkilə
görə al ayğırı qan tərləyənə qədər çapmağa, süngünü düşmən
köksünə sancmağa, oxu bir igiddən digərinə keçirməyə, başlar
kəsməyə hazır olduğu kimi, atası Bəkilə yeni dəmir yaxa tikdir-
məkdə də israrlıdır: “yeηi yaqalar dikdirəyim səniηçün”. Bütün
bunlar onu deməyə əsas verir ki, “yeηi yaqa” birləşməsindəki
“yeηi” sözü təzə, köhnənin ziddi mənasındadır. Maraqlıdır ki,
“Kitab”ın dilində “sağır nun”la yazılmış “yeηi” sözü ədəbi dili-
mizdə “yeni” şəklində sabitləşsə də, şivələrimizdə ilkin forma və
semantikasını eynilə saxlamaqdadır. Məsələn, Azərbaycan dilinin
qərb şivələrində: yeηi il=yeni il; yeηi paltar=yeni paltar; yeηi
söz=yeni söz...
Cövşən. Fars mənşəli “cövşən” sözü “Kitab”da cəmi bir
dəfə həm də təhkiyəçi dilində işlənib: “Kim atın binər, kim cövşən
geyər” (D-142). Zeynalov-Əlizadə nəşrində “cövşən” sözü belə
tərcümə edilib: “zirehli paltar” (Bakı, 1988, səh.172). “Cövşən”lə
“Dədə Qorqud”un möcüzələr dünyası
492
bağlı verilmiş bu izah “KDQ-nin izahlı lüğətində, əsasən, eynilə
saxlanılıb: “cövşən – zirehli geyim, döyüş paltarı” (Bakı, 1999,
səh.197). Bu izahlar düzgün olsa da, “cövşən”in semantik yükünü
tam əks etdirmir. Bu mənada “ərəb və fars sözləri lüğəti”nə nəzər
salaq:“cövşən-qədimdə silahdan mühafizə üçün dəmir halqalardan
toxunmuş zirehli köynək”
1
.Təsadüfi deyil ki, O.Ş.Gökyay da
“cövşən”lə bağlı məhz bu cür şərhlər verib: “...çevşen – halka-
halka demirden olup aralarına ufak-ufak pullar konur örme zırh,
zincir ve pul zırh” (İstanbul, 2000, səh.184). Fikrimizcə, “Kitab”ın
dilindəki “cövşən” sözünün semantikasından bəhs edilərkən məhz
sonuncu izahlar nəzərə alınmalıdır.
Dəmir don. Qorqudşünaslıqda zireh, döyüş geyimi anlamlı
“dəmir don” ifadəsinin “Kitab”da işlənmə məqamları və semanti-
kası ilə bağlı kifayət qədər söz deyilib. Bu fikirlərə, xüsusən də
“Kitab” poetik strukturundakı “dəmir don” ifadəsinə istinad
etməklə bunları söyləmək olar: dəmir don – zireh, döyüş geyimi.
“Əgni bərk dəmür donum geyərdim” (D-297); dəmir donlu –
zirehli, dəmir don geyinmiş, zirehlənmiş. “Nagahandan altmış
dəmir donlu kafir oğlanın üzərinə gəldilər” (D-264); “Dəmür donlı
Mamaq” antroponimik modelində “zirehli” anlamlı “dəmür donlı”
apelyativi igidlik məzmunlu ləqəb kimi işlənib.Burada o da
vurğulana bilər ki, “Kitab”dakı “dəmir don” ifadəsi “Koroğlu”
eposundan daha çox “dəmir libas” şəklində keçir: “...Dəmir libas,
polad geyib gəlmişəm//Alma gözlüm, qız birçəklim Qırat, gəl!...”
Burada bir detal da yada düşür: “Kitab”dakı “dəmir donlu” ifadəsi
“Koroğlu”da mürəkkəb söz formasında çıxış edir: “Bəylərimizə
dəmirdonlu deyirlər//Daim içimizdə ərlik işlənir” .
Geyim. Bu söz “Kitab”da həm paltar, həm də zireh, döyüş
geyimi mənasında işlənib: paltar mənasında “Gəldi geyəsin gey-
di...Ağır dügün yarağın gördi” (D-89); zireh, döyüş geyimi məna-
sında. “geyim – keçim”. “Kafəriη çigninə bir qılıc urdı. Geyimini-
1
Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı, 1981,
səh.264.
“Dədə Qorqud”un möcüzələr dünyası
493
keçimini toğradı...” (D-210). Bu cümlənin ümumi semantik yü-
kündən aydın olur ki, qılıncla doğranan heç də adi paltar deyil,
məhz dəmir don, dəmir libasdır. Beyrəyin dilindən verilmiş “Hə
dedigimi yetürüη geyünimlən mənim şahbaz atımı gətürüη!”
cümləsindəki “geyün”, yaxud Bəkilin dilindəki “geyim” (Mərə,
geyimim gətürüη oğlum geysün! Al ayğırım gətürüη, oğlum
binsün!”) sözü də zireh, dəmir don mənasındadır. Maraqlıdır ki,
bu cür nümunələr Azərbaycan qorqudşünaslığında paltar, Türkiyə
qorqudşünaslığında isə zireh, döyüş geyimi mənasında izah
olunub.
Yuxarıda qeyd etdiyimiz faktlar (bu sıraya “geyim qılcıdısı
– geyim > keçim qıcıltısı” ifadəsi də əlavə edilə bilər), konkret
desək, “Kitab”ın mətni Türkiyə qorqudşünaslarının haqlı oldu-
ğunu sübut edir.
Burada onu da bildirək ki, “Kitab”da sinonim qoşa söz
kimi işlənmiş “geyim-keçim” ismi müasir ədəbi dilimizdə “geyim-
kecim” şəklində sabitləşib. Geyim-kecim sözünü düzgün olaraq
sinonim qoşa söz prizmasından təhlil edən K.Bəşirov yazır:
“Geyim sözünün kökü kimi ayrılan gey felindən fərqli olaraq, ke-
çim (kecim – Ə.T.) sözündə geyinmək mənası dolayısı ilə ortaya
çıxır. Belə ki, keçim sözünün kökü olan keç feli üslubi məqam-
larda həm də geyinmək mənasını ifadə edir... Görünür,, geyim-ke-
çim dedikdə həm bədənə geyilən, həm də ayağa və başa keçirilən
bütün paltar formaları nəzərdə tutulur. Dialektoloji lüğətdə
“keçim” çılpaqlıq, yəni çılpaq olmağın qarşısını alan vasitə kimi
öz əksini tapmışdır”
1
. Araşdırmalar göstərir ki, müəllifin ehtimal
kimi söylədikləri təkcə forma yox, həm də semantika baxımından
reallığı əks etdirir. Belə ki, “geyim-kecim” sözündəki “geyim”
ismi “geymək” (geyinmək) felindən yarandığı kimi, “keçim”
(kecim) ismi də “keçmək” (keçirmək) feli əsasında yaranıb. Digər
tərəfdən, çoxmənalı “geymək” felinin birinci mənası məhz “keçir-
mək”dir: “əyninə, bədəninə paltar keçirmək”; “ayaqlarına ayaq-
1
K.Bəşirov. Azərbaycan dilində sinonim qoşa sözlərin izahlı lüğəti. Bakı, 2012.
“Dədə Qorqud”un möcüzələr dünyası
494
qabı keçirmək”. Feil əsasında yaranmış bu cür vahidlər müasir
dilimizdə zəngin məna çalarlarına malikdir. Məsələn, geyim-
kecim: üst-baş, paltar; geyimli-kecimli: gözəl, səliqəli geyinmiş;
geyindirib-kecindirmək: gözəl geyindirmək, bəzəndirmək... Heç
şübhəsiz ki, bu zənginlik semantik şaxələnmənin nəticəsidir.
“Kitab”ın dilində işlənmiş qalqan, işıq, tuğulğa, dizcik,
qarucıq, yaqa, cövşən, dəmir don, geyim kimi söz və ifadələr
düşmən (kafir) zərbəsindən qorunmağı bacaran Oğuzlar barədə
dolğun informasiya verməklə yanaşı, həm də qədim türk hərb
sənətinin zənginliyini nümayiş etdirir.
“DƏDƏ QORQUD KİTABI”NDA
SİLAHA MÜNASİBƏT, YAXUD TÜRK-OĞUZ
CƏMİYYƏTİNDƏ SİLAH
Yay çəkmək, ox atmaq, qılınc çalmaq türk ərənlərinin, türk
igidlərinin peşəsi – birinci dərəcəli vəzifəsi olub: “On altı yaş yaş-
ladıη//Yay çəkmədiη, ox atmadıη//Baş kəsmədiη, qan dökmədiη”
(“Kitab”); “Tört jasına kelqende//Beline kılış bayladı” (“Orak-Ma-
may” eposu ); “Hunlar at üstündə dördnala çaparkən belə ox ata
və yay çəkə bilirlər... qoyuna minib siçovullara ox atan hun uşa-
ğını yada salmaq kifayətdir” (Ə.Əsgər, M.Qıpçaq)... Bu cür
faktları göz önünə gətirəndə türk hayqırtısına, türk cəngavərliyinə
heyran olmaya bilmirsən. Əslində, bu, mümkün də deyil. Çünki
qədim və zəngin türk abidələri səni öz ağuşuna alaraq uzaqlara,
lap uzaqlara aparır, özünü o mühitin, o cəmiyyətin adamları sıra-
sında hiss edirsən. Ən qəribəsi isə budur ki, bu ruh, bu hiss məhz
“Kitab”ın Drezden nüsxəsini vərəqləyərkən səninlə birlikdə olur.
Bu nadir “Əlyazma” sənin ən yaxın sirdaşına, dostuna çevrilir,
onunla birgə nəfəs alırsan, birgə düşünürsən... sanki onun naminə
yaşayırsan, İ.Y.Kraçkovskinin dili ilə ifadə etsək, “...əlyazma-
larla tanışlıq da insanın həyatına nəciblik gətirir, onu bəşəriyyətin
mədəniyyət yolundakı böyük hərəkatın iştirakçısı edir”. Açığını
“Dədə Qorqud”un möcüzələr dünyası
495
deyək ki, bizim üçün, həm də ümumən bütün türk xalqları üçün
“Kitab”ın Drezden nüsxəsi əvəzedilməz bir mənbədir. Ən azı ona
görə ki, bu möhtəşəm abidəyə söykənməklə qədim türk tarixinin
bir sıra gizli məqamlarına işıq salmaq mümkündür... “Kitab” və-
rəqləndikcə qədim türk tarixinin bir parçası göz önündə canlanır:
türk anadan döyüşçü kimi doğulub, hərb sənətinin sirlərinə at
belində yiyələnib, yay-oxla, qılıncla, süngü ilə silahlanaraq at
belində düşmən üzərinə şahin kimi şığıyıb, dünyanın böyük bir
hissəsini at belində qılıncla fəth edib, ilk atlı döyüşçü statusu da
məhz ona məxsusdur... Amma bu da var ki, türk atı özünə sirdaş,
qardaş biləndə də, qılıncının itiliyinə güvənəndə də, sağına-soluna
iki qoşa yay çəkəndə də “Bu dünyayı ərənlər əqllə bulmuşlar”
(“Kitab”) kimi deyimlərin məna yükünü də unutmayıb...
“Kitab”ın dilindəki silah adlarına etnolinqvistika, sosio-
linqvistika və psixolinqvistika kontekstində yanaşma qədim türk
hərb tarixi və etnoqrafiyası ilə bağlı bir sıra qaranlıq məsələlərə də
işıq sala bilər. Konkret desək: “ilk yay kirişi qurd (canavar) dama-
rından düzəldilib” – qənaəti tutarlı faktlarla qüvvətləndirilə bilər;
“ox”dan uzunluq ölçüsü (ox məsafəsi) kimi istifadənin ilkin kon-
turları müəyyənləşər; yay-ox, qılınc, süngü və digər döyüş silah-
larının türkün atributları statusunda çıxış etməsi bir daha, həm də
əlavə faktlarla təsdiqlənir; qədim döyüş geyimlərinin ümumi mən-
zərəsi konkret faktlarla canlandırıla bilər; düşmən bayrağını qı-
lınclayaraq yerə salan türk ərənlərinin, eyni zamanda türk qadın-
larının şücaəti ilə bağlı dolğun təəssürat yaranar; “qurulu yaya
bəηzər çatma qaşlum”, “buynızı almas cida kibi”, “qılıcına toğ-
ranmaq”, “oxına sancılmaq” kimi obrazlı ifadələrin silahla yatıb,
silahla duran, silahına and içən türkün poetik təfəkkürü ilə yoğrul-
ması və bunun “Kitab”a ötürülmə səbəbləri aşkarlanar... Bu məsə-
lələrin hər birini ayrılıqda, həm də aşağıdakı sistem üzrə araşdır-
mağı məqsədəuyğun hesab edirik:
− silah və döyüş geyimi istehsalı;
− silahlanma, silahlandırılma, silahla tanınma;
“Dədə Qorqud”un möcüzələr dünyası
496
− “ox”dan uzunluq ölçüsü (ox məsafəsi) kimi istifadə, ox
yarışı, ox düşən yerdə gəlin otağı qurma;
− ovda və döyüşdə silahdan istifadə;
− silah adları türk poetik təfəkküründə.
Silah və döyüş geyimi istehsalı
“Kitab”a bu prizmadan yanaşma heç də təsadüfi deyil. Belə
ki, “Kitab”ın dilində işlənmiş bir sıra söz və ifadələrdə silah və
döyüş geyimlərinin istehsalına açıq şəkildə işarə edilir: “Əgni bək
dəmür tonuη maηa vergil//Yeηi yaqa dikdirəyim sənüηçün” (D-
245) tipli cümlələrdə “yeni dəmir yaxanın tikdirilməsi” konkret
olaraq ifadə olunub. Yaxud Beyrəyin dilində işlənmiş “...əlimdə
qıl kişlim” ifadəsində yay kirişinin at qılından düzəldilməsi poetik
şəkildə canlandırılıb. Üçüncü nümunəyə diqqət yetirək: “...Bir
dəxi urdı, dəvə ayağı üzərində turımadı, yıqıldı. Basub eki yerdən
boğazladı. Arqasından eki qayış çıqardı. Təkuruη öginə bıraqdı.
Aydır: “Aqınçılarıη tirkəşi bağı, üzəngisi qayışı üzülür, dikməgə
gərək olur” (D-189). Bu parçada oxqabı bağının dəvənin arxa-
sından çıxarılmış qayışla (dar uzun dəri ilə) tikilməsi elə təsvir
edilib ki, başqa arqumentlər gətirməyə ehtiyac qalmır. Belə ki,
mətndə istehsal prosesi bütün çılpaqlığı ilə canlandırılıb. Semantik
dinamikaya diqqət yetirək: dəvənin kəsilməsi → arxasından dar
uzun dərinin (qayışın) çıxarılması → oxqabı bağının tikilməsi. Bu
proses bəsit görünsə də, müasir fabriklərdə görülən işlərlə üst-üstə
düşür. Burada istər-istəməz suallar yaranır: yay-ox, qılınc, süngü
kimi silahların, eləcə də dəmir don, dəmir yaxa kimi döyüş geyim-
lərinin ilk istehsalçısı hansı xalqdır? Qədim türklər bu müstəvidə
istehsalçı, yoxsa istehlakçı statusundadır? Bu tip sualların yalnız
bir cavabı var: təkcə qədim türklərə yox, eyni zamanda başqa
xalqlara aid bütün sanballı mənbələrdə türklər ilk silah və döyüş
ləvazimatları istehsal edən xalq kimi dəyərləndirilir. Digər tərəf-
dən, qədim türklərin bu üstünlüyü həmin mənbələrə istinadən
“Dədə Qorqud”un möcüzələr dünyası
497
söylənilmiş fikirlərdə xüsusi olaraq qabardılır. Məsələn, “türkütlər
tarix səhnəsinə dəmir çıxarıb əridənlər kimi daxil olmuşlar”, -
deyən Ə.Rəcəbli yazır: “Altayda aparılmış arxeoloji qazıntılar za-
manı VI-IX əsrlər türk metallurgiyasına aid edilən şurf (mədən
yataqlarını axtarmaq üçün quyu) və mədən quyuları (şaxtanın sadə
forması) tapılmışdır... Yüksək keyfiyyətli dəmirdən türkütlər bir
tiyəli bıçaq, kərki, balta, üzəngi, dəhnə (yüyən ağızlığı), qılınc, əy-
ri qılınc, nizə və ox ucluğu ... düzəldirdilər... türkütlər Mərkəzi
Asiyada dəmiri sənaye üsulu ilə çıxaran və emal edən ilk xalq ol-
muşlar...”
1
. Yaxud “bütöv qədim və orta əsrlər boyu silahçılıq
işində türklərlə müqayisə oluna biləcək xalq tapmaq çətindir”, –
deyən Ə.Əsgər göstərir: “Bizim eranın 5-ci əsrində Bizanslı Pri-
koppios türk tayfalarından biri olan sabirlər haqqında belə deyir:
“Yerin üzərində insanlar yaşayandan bəri nə yunanların və nə də
iranlıların başından sabirlərin işlətdiyi silahlar çıxmamışdır...” Si-
lah dəmirdən hazırlanır. Qədim türklərin dəmir istehsalı sahəsində
qazandığı uğurlara müasir metallurgiya sənayesi qibtə edə bilər...
Hun dövründən bu tərəfə türk yay-oxları müəyyən təkmilləşməyə
məruz qalsa da, biri o birinin varisidir. Bu yaylar daha çox sümük-
dən düzəldilirdi. Kirişi isə at qılından hazırlanırdı”
2
. Bu fikirlər
belə bir həqiqəti söyləməyə imkan yaradır: dəmirdən yaxa tikdirən
də (Yeηi yaqa dikdirəyim sənüηçün), at qılından yay kirişi düzəlt-
dirən də (...əlümdə qıl kişlim), dəvə dərisindən oxqabı bağı ha-
zırladan da ... bunlara sözdən heykəl ucaldan da qədim türkdür. O
türk ki, həm yaratdığı yay-oxu ilə, qılıncı ilə, həm də “Kitab” kimi
möhtəşəm abidəsi ilə bütün dünyanı heyrətləndirməyi bacarıb.
“Kitab”da silah və döyüş geyimləri ilə bağlı işlədilmiş
söz və ifadələrə mətn daxilində nəzər salaq:
“yay”la bağlı:
qurt siηirli qatı yay (kirişi qurd damarından bərk yay).
“Dərsə xan qurt siηirli qatı yayı əlinə aldı” (V-12);
1
Ə.Rəcəbli. Ulu tgürklər. Bakı, 2003, səh.136.
2
Ə.Əsgər, M.Qıpçaq. Türk savaş sənəti. Bakı, 1996, səh.
“Dədə Qorqud”un möcüzələr dünyası
498
ağca tozlu qatı yay (ağ ipli bərk yay). “Ağ tozlu qatı yayım
zari-zari iηlər” (D-248);
qıl kişli (kirişi at qılından yay). “Yağı yurdu əlümdə qıl
kişlim” (D-108);
təkə buynuzından qatı yay (təkə buynuzundan bərk yay).
“Ərdil təkə buynuzından qatı yaylı” (D-221);
dəmür yaylı (dəmir yaylı). “...dəmür yaylı Qıpçaq Məlikə
qan qusduran...” (D-60)...
Bu nümunələrin ümumi semantik tutumu belə bir fikri real-
laşdırır: “yay”ın kiriş bağlanan hissəsi təkə buynuzu və dəmirdən,
kirişi isə qurd damarı və at qılından düzəldilib. Burada O.Ş.Gök-
yayın bir sıra mənbələrə, o cümlədən V.V.Radlova istinadən söy-
lədiyi fikirləri xatırlatmaq yerinə düşür: “...Türk yayları ağac, ke-
mik və sinir olmak üzere üç kat olurdu. Radloff`un dedigine göre
Solkoy Teleütlerinin yayları dört kat idi, bir kat boynuz, sonra bir
kat ağac, bunun üzerine sinirden bir kat daha ve son olarak da
kayın ağacı kabuğunda bir kat vardı” (İstanbul, 2000, səh.CCC
LXI).
ağ yeləklü otkün ox (ağ lələkli kəskin ox). “Ağ yeləklü
otkün oxdan qayıqmıyan” (D-184);
qarğu dillü qaim ox (qarğı dilli bərk ox). “Ol gün qarğu
dillü qaim oxlar atıldı” (D-132);
dəmrənlü ox (dəmir ucluqlu ox). “Dəmrənlü oxla atmağa
qıyamadı” (D-199);
dəmrənsüz ox (dəmir ucluğu olmayan ox). “Dəmrənsüz
oxla, yigit, mən səni sınar idim!” (D-100);
əlüklü oxlu (lələkli oxlu). “Avcına sığmayan əlüklü oxlı”
(D-221).
Qeyd etdiyimiz kimi, bu tip nümunələr “ox” istehsalı ilə
bağlı dolğun informasiya verir. Konkret desək, bu cür ifadələrin
ümumi semantik yükündən bir daha aydın olur ki, ilk “ox”un çu-
buq hissəsi qayın ağacı və qarğıdan, ucluğu dəmirdən, arxa hissəsi
isə quş lələyindən düzəldilib. Burada “Kitab”ın dilindəki “ox”la
bağlı sözləri geniş şəkildə araşdırmış O.Ş.Gökyayın fikirləri yada
“Dədə Qorqud”un möcüzələr dünyası
499
düşür: “Kayın ağacı, güz sonunda, ağaçların böyümesi durduğu
bir zamanda, yerden bir arşın yukarıdan kesilir, alt ucundan aşağı-
yukarı bir buçuk arşın uzunluğunda, budaksız parça, destere ile
biçildikten – sonra, bıçak veya nacakla iki parmak genişliğinde
çubuklara bölünür ve iki ay kurımaya bırakılır. Çam çeşitlerinden
ve gürgenden də ok yapılır... yelek, atıldığı sırada, mivherinden
şaşarak hedefi aşmaması için okun arkasına takılan tüylerin
adıdır... Türklər bunun için kuğu, kartal, ak ve benekli güverçin
tüyleri kullanırlar” (İstanbul, 2000, səh. CCC LIX). Müəllifin so-
nuncu cümləsindəki “ox lələyi həm də qartal tükündən (lələyin-
dən) düzəldilir” – fikrinə görə “Oğuznamə”- dəki bir deyimdən
yan keçmək olmur: “Qartala oq toqunmuş, oq yeləgin göricək “ba-
na bəndən oldı” demiş”. Burada təkcə onu qeyd edirik ki, poetik
siqlətli bu deyimi yalnız “ox”u kəşf etmiş türk yarada bilərdi.
“dəmrən”lə bağlı: “Kitab”da “oxun iti dəmir ucluğu”
anlamlı “dəmrən” sözündən əvvəl heç bir təyinedici söz işlənməsə
də, “dəmrən”in məhz dəmirdən düzəldilməsi asanlıqla anlaşılır.
Bu da təsadüfi deyil. Çünki “dəmrən” “dəmir” sözünün fonetik
deformasiyaya uğramış variantıdır. A.Məmmədova bu cür sözləri
tarixi-linqvistik müstəvidə araşdırarkən belə bir açıqlama verir:
“...dəmrənsüz sözünün kökü ilk baxışda tanınmaz halda, yəni
şəkilçi ilə qarışaraq ayrılması qeyri-mümkün görünsə də, bir az
diqqət yetirsək, sözün kökünün dəmir olduğunu və düzəltmə sözə
çevrildiyi zaman “i” saitinin düşdüyünü görə bilərik”
1
. Bu fikirlər
də yuxarıda dediklərimizin düzgün olduğunu qüvvətləndirir.
Dostları ilə paylaş: |