44
ra əsaslanmaqla Alb Ərənin qohumlıq əlaqələrinə müəyyən qədər
aydınlıq gətirmək olar:
atası – İlək qoca
anası – mətndə təsadüf olunmur
arvadı – Çeşmə (Ağ Məliyin qızı)
qayınatası – Ağ Məlik
qardaşı – Dülək Uran
qardaşı – Sarı Qalmaş
Yuxarıdakı bədii təyindən o da bəlli olur ki, Alb Ərən əlli
yeddi qalanın açarını alıb. Qardaşı Dülək Uran da məhz əlli yeddi
qalanın açarını alan igid kimi təqdim olunur: “... əlli yeddi
qəl`əniŋ kəlidin alan İlək qoca oğlı Dülək Uran...” . Deməli, Alb
Ərən əlli yeddi qalanın açarını təkbaşına deyil, qardaşı Dülək
Uranla birlikdə alıb.
Alp Rüstəm. “Kitab”da Rüstəm obrazı ilə bağlı üç antropo-
nimik model müşahidə olunur: Alp Rüstəm; Dözən oğlı Alp
Rüstəm; Toğsun oğlı Rüstəm. Bu modellərdən ikincisi daha inten-
sivdir, üçüncüsünə isə cəmi bir dəfə təsadüf edilir. Digər tərəfdən,
ikinci və üçüncü modellərdəki sözlərdən, daha doğrusu, Toğsun
və Dözən adlarından belə anlaşılır ki, Rüstəm adını daşıyan iki
qəhrəman var: Toğsun oğlu Rüstəm; Dözən oğlu Rüstəm. Bəzən
qorqudşünaslıqda da bu cür təqdim olunur. Amma Toğsun və Dö-
zən adları bir qəhrəmanın (Rüstəmin) atasının iki adla təqdimin-
dən başqa bir şey deyil. Bu, Alp Rüstəmlə Dülək Uranın birlikdə
təqdim olunduğu sintaktik bütövlərdə daha aydın görünür: Dülək
Uran obrazı müşahidə olunan birinci sintaktik bütövdə “Toğsun
oğlı Rüstəm(...Əlli yedi qəl`əniŋ kəlidin alan İlək qoca oğlı Dülək
Uran... Üç kərrə yağı görməsə, qan ağlıyan Toğsun oğlı Rüstəm...
D-206); ikinci sintaktik bütövdə “Dözən oğlı Alp Rüstəm” (Dö-
nəbilməz Dülək Uran, Dözən oğlı Alp Rüstəm... Bəkiliŋ evində
içərlərdi ... D-260); üçüncü sintaktik bütövdə isə Alp Rüstəm”
(Əmən gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəl-
sün... D-294) şəklindədir. Deməli, Toğsun və Dözən eyni qəhrə-
manın adıdır. Başqa bir fakta müraciət edək. Toğsun oğlu Rüstə-
“Dədə Qorqud”un möcüzələr dünyası
45
min “...yağı görməsə, qan ağlıyan” bədii təyini ilə Alp Rüstəmin
dilindən verilmiş “eki qardaş bəbəgin öldürüb zəlil gəzən” feli bir-
ləşməsi semantikasına görə, əsasən, eyni yuvaya daxil olur: düş-
mən görmədikdə, onu öldürmədikdə qan ağlayan Rüstəm; iki qar-
daşı uşağını öldürərək zəlil gəzən Rüstəm. Şübhəsiz ki, burada
ziddiyyətli məqamları da nəzərə almaq lazımdır: düşmənini öldü-
rən Rüstəm şaddırsa, doğmasını öldürən Rüstəm kədərlidir, zəlil
gəzir. Deməli, Toğsun da, Dözən də Alp Rüstəmin atasının adı
kimi çıxış edir.
Yuxarıda təqdim etdiyimiz antroponimik modellərdəki apel-
yativləri belə səciyyələndirmək olar: dözən – tab gətirən, dözən,
igid; toğsun – yüksəlsin, ucalsın, yaxud tokısın – vursun, döysün;
alp – igid, qəhrəman; Rüstəm – sağlam, cüssəli, pəhləvan, qəhrə-
man.
Alp Rüstəmin antroponimik modellərinə, eləcə də dilindən
verilmiş “eki qardaş bəbəgin öldürüb zəlil gəzən” feli birləşmə-
sinin semantikasına əsaslanaraq qohumluq əlaqələri ilə bağlı
müəyyən fikirlər söyləmək olar:
babası, nənəsi və anası haqqında məlumat yoxdur.
atası – Dözən (Toğsun)
qardaşı – mətndə ona işarə olunur
qardaşı uşaqları – mətndə onlara işarə olunur.
Aruz. Antroponimik modeli bütövlükdə belədir: “At ağuzlu
Aruz qoca”. Qorqudşünaslıqda “atağızlu” ləqəbi igid, mərd, cəsur,
“Aruz” bəxt, səadət, xoşbəxtlik, uğurlu, “qoca” isə ağsaqqal, hör-
mətli, möhtərəm mənasında izah olunur. Onun bir sıra səciyyəvi
cəhətləri, hətta Qazan xanla qohumluq əlaqəsi (Qazanın dayısı
olması) bədii təyinində açıq-aydın şəkildə ifadə edilib: “Altmış
ərkəc dərisindən kürk eləsə, topuqlarını örtmiyən, altı ökəc dəri-
sindən külah etsə, qulaqlarını örtmiyən, qolu-budı xırancə, uzun
baldırları incə, Qazan bəgüŋ tayısı At ağızlu Uruz qoca...” (antro-
ponimik modeldəki “Uruz” adının “Aruz”la müvazi olaraq işlən-
diyi qeyd olunur).
“Dədə Qorqud”un möcüzələr dünyası
46
“Kitab”da Aruzun babası və nənəsi, atası və anası haqqında
heç bir informasiya yoxdur. Amma bir sıra dastan və rəvayətlərdə
onun Əfrasiyabın (Tuŋa Tegin) oğlu olduğu göstərilir. Bu istiqa-
mətdə araşdırmalar aparmış O.Ş.Gökyayın bir fikrini eynilə təq-
dim etmək yerinə düşür: “...Efrasiyab, Türk və İran rivayetlerine
göre Hazer Denizi`ni kuzeyden və güneyden dolaşmıştır. Türk
destanlarında Efrasiyabın oğlu Alp Aruz Demirkapı`yı, yeni Doğu
– Kafkasya`dakı Derbendi açmıştır”
1
. Şübhəsiz ki, Aruzun qo-
humluq əlaqələrinin heç də hamısını məhz “Kitab”a istinadən
müəyyənləşdirmək mümkün deyil. Amma bu da var ki, Aruzun
qohumluq əlaqələrinin böyük bir hissəsini “Kitab”dakı sintaktik
bütövlərdə təsadüf olunan “Mənim adım sorarsaŋ - Aruz oğlu Ba-
satdır” (Basatın dilindən). “Tayım Uruzı gördim (Qazanın dilin-
dən) tipli cümlələrin semantik yükünə əsaslanmaqla, eyni zaman-
da bu tip cümlələri digər parçaların məzmunu ilə əlaqələndirməklə
dəqiqləşdirmək mümkündür. Məsələn, Qazanın dilindən verilmiş
“Qartaşım Qaragünəyi gördim...”, “Tayım Urızı gördim” cümlələ-
rinin mətn semantikası müstəvisində qarşılaşdırılması Aruzla
Qaragünənin, Aruzla Qarabudağın, Aruzla Burla xatunun, Aruzla
Uruzun... hətta Aruzla Qam Ğanın qohumluğu barədə dəqiq fikir
söyləməyə imkan verir. Bu mənada Aruzun qohumluq əlaqələrini
aşağıdakı kimi sistemləşdirmək olar:
arvadı – adı çəkilməsə də, oğullarına görə müəyyən etmək
olur. Digər tərəfdən, Beyrəyin dilində Aruzun arvadına açıq-ay-
dın işarə olunur: “Aldayuban ər tutmaq övrət işidir, Övrətiŋdənmi
öyrəndiŋ sən bu işi qavat?! (D-297).
oğlu - Basat
oğlu – Qıyan Səlcik
nəvəsi – Dondar (Tundar,Tundaz)–Qıyan Səlcikin oğlu
gəlini – Qıyan Səlcikin arvadı, mətndə adı çəkilməsə də, ona
birbaşa işarə olunur: “Qarındaşım Qıyanı öldürmişsən. Ağca yüzli
yengəmi tul eləmişsən” (Basatın dilində)
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, CXLII.
“Dədə Qorqud”un möcüzələr dünyası
47
əmizadəsi – Baybican
əmizadəsi – Dəli Qarçar (Baybicanın oğlu)
əmizadəsinin qudası – Baybörə (Baybicanın qudası)
əmizadəsinin kürəkəni – Beyrək (Baybicanın kürəkəni)
bacısı – Ulaşın arvadı, Qazanın anası
bacısının əri – Ulaş
bacısı oğlu – Qazan (Ulaşın oğlu)
bacısı oğlu – Qaragünə (Ulaşın oğlu)
bacısı nəvəsi – Uruz (Qazanın oğlu)
bacısı nəvəsi – Qarabudaq (Qaragünənin oğlu)
bacısı gəlini – Burla xatun (Aruzun bacısının gəlini, Qazanın
arvadı)
bacısı oğlunun qayınatası – Bayındır (Qazanın qayınatası)
bacısı oğlunun qayınatasının atası – Qam Ğan (Qazanın
qayınatası Bayındırın atası)...
Bir sıra araşdırmalarda Təpəgözün atası - Qoŋur qoca Sarı
çoban Aruzun nəslindən, qanından hesab olunur: “...Elə məsələ-
nin canı ondadır ki, Alp Aruz insana bənzəməyən məxluqu (halbu-
ki Təpəgözdən doğma atası Sarı Çoban imtina etmişdi) öz qanın-
dan hesab edib evinə gətirmişdi. Deməli, qədim insanlar onlara ta-
nış ərazidə rastlaşdıqları bütün varlıqların bir-biri ilə “qan qohum-
luğuna” inanırdılar”
1
. Bu baxımdan “Qoŋur qoca Sarı çoban” da
şərti olaraq Aruzun əmizadəsi kimi verilə bilər.
Aruz qoca barədə bir cəhəti də qeyd edək ki, qorqudşünas-
lıqda onunla bağlı işlədilmiş “toquz qoca başları” rütbəsinin se-
mantikası hələ də kifayət qədər əsaslandırılmayıb. Xalıq Koroğlu
yazır: “...Aruz qocanın zahiri görünüşü və geyimi onun qəhrəman
xarakterindən xəbər verir. Bir yerdə onun doqquz qoca nəslinin
başçısı adlandırılması heç cür izah olunmur. Bəlkə, bu, Orxon-
Yenisey abidələrindəki doqquz oğuzla bağlıdır?”
2
. Bu tip suallara
Füzuli Bayat müəyyən qədər aydınlıq gətirir. Daha doğrusu, iki
1
R.Qafarlı. Mif və nağıl. Bakı, 1999, s.73.
2
X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, s.177
“Dədə Qorqud”un möcüzələr dünyası
48
fikir söyləyir: “...Doquz qoca başları” isə doqquz Oğuz tayfasının
başçısı Qazan bəyin dayısı At ağızlı Alp Aruzdur. KDQ-dən
bilindiyinə görə Aruz Boz Oqlara (Daş Oğuz) daxil olan doqquz
tayfanın – boyun başçısıdır (M.Kaşqari Boz Oqlara on boyun
daxil olduğunu göstərir: kayı, bayat, qaraevli, yazır, döyər,
dodurqa, avşar, qızık, bəydili, qarkın)...”
1
; “...Aruz qocanın
ağsaqqallar Şurasına daxil olan Uşun Qoca, Qazılıq Qoca, Kanqlı
Qoca, Duxa Qoca, Əŋsə Qoca həm də tayfa bəyləridir (kanqlı,
usun, duxa, kazık və s. tayfalar. KDQ-də Aruza “doqquz qoca başı
Aruz qoca” deyilməsi və onun şuraya rəhbərlik etməsi göstərir ki,
əski doqquz Oğuz tayfa birliyi rudiment şəklində xatırlanmışdır.
Əslində isə qocaların sayı altıdır ki, bunlar da bozok-üçok
tayfalarının başçılarıdırlar...”
2
. Orxon-Yenisey abidələrindəki
“toquz oğuz bəgləri” tipli ifadələrə, M.Kaşğarinin “Divan”ına,
eləcə də “Kitab”a istinadən söylənilmiş bu fikirlərlə razılaşmaq da
olar. Amma ən sanballı mənbə elə “Kitab”ın özüdür – tezisinə
söykənərək aşağıdakıları qeyd etmək olar:
– “Kitab”da qocaların sayı altı yox, on birdir: Aruz qoca,
Buŋlu qoca, Duxa qoca, Əŋsə qoca, Ğəflət qoca, İlək qoca, Qaŋlı
qoca, Qazılıq qoca, Qoŋur qoca, Uşun qoca, Yapağlu qoca. Bu
qocalardan Qoŋur qoca daha çox mifik obrazlarla (Pəriqız, Tə-
pəgöz) bağlı təsvir olunduğu üçün həmin sistemdən kənarda qala
bilər. Aruz qoca isə “doqquz qoca”nın başçısıdır, yəni özündən
başqa doqquz qoca var. Deməli, “toquz qoca başları” rütbəsindəki
“doqquz qoca” “Kitab”ın poetik strukturunda paylanmış vəziy-
yətdədir. “Başçısı” anlamlı “başları” sözü isə Alp Aruzun Oğuz
cəmiyyətindəki statusu ilə səsləşir. Bu detal da “toquz qoca baş-
ları” rütbəsinin “Kitab”ın ümumi semantik yükü ilə bağlandığını
təsdiqləyir;
– yuxarıdakı izahlarda İlək qoca, Ğəflət qoca, Buŋlu qoca və
Yapağlu qoca nəzərə alınmadığı üçün qocaların sayı altı götürü-
1
Kitabi-Dədə Qorqud ensiklopediyası. II cild, Bakı, 2000, s.90.
2
Yenə orada, s.91
“Dədə Qorqud”un möcüzələr dünyası
49
lüb. Qeyd edək ki, qorqudşünaslıqda Ğəflət qoca “qoqar”, İlək
qoca isə ilik (eliq) etnonimi ilə əlaqələndirilir. Buŋlu qoca ilə Ya-
pağlu qoca isə, əslində, adi adamlar deyil. ən azı ona görə ki, Tə-
pəgöz kimi qaniçənin yemək bişirəni statusunda çıxış edirlər. Həm
də bu statusu reallaşdıran müdriklər müdriki Dədə Qorquddur:
“Dədə Qorqud döndi. Oğuza gəldi. Aydır: “Buŋlu qoca ilə Yapağ-
lu qocayı Dəpəgözə verüŋ, aşın pişürsün!” (D-220).
– “toquz qoca başları” rütbəsindəki “toquz” uğurlu, sakral bir
rəqəm kimi düşünülə bilir. Bu da M.Kaşğarinin “Divan”ında iş-
lənmiş “tokuz tuğluğ xan=doqquz tuğlu xan və ya xaqan” ifa-
dəsindəki “tokuz” sözü ilə eyni xətdə birləşir: “Xanın vilayəti nə
qədər çox, dərəcəsi nə qədər yüksək olursa-olsun, tuğu doqquzdan
artıq ola bilməz. Çünki bu, uğurlu rəqəmdir” (MK. III, Bakı, 2006,
s.135.).
Basat. VIII boyun əsas qəhrəmanlarından biridir; XII boyda
da müşahidə olunur. Basat adının mənası barədə 1999-cu ildə
“boy”un semantik tutumuna əsasən söylədiklərimi cüzi dəyişmə-
lərlə yenidən təqdim etməyi məqsədəuyğun bilirəm: “İgidlik sim-
vollu Basat şəxs adında “at basubən” feli birləşməsinin (“...apul-
apul yürüyişi adam kibi. “At basubən, qan sümürər” cümləsindəki
birləşmə nəzərdə tutulur) sintaktik-semantik yükü daşlaşmış və-
ziyyətdədir. Dəqiq desək, “at basubən” birləşməsində -uban feli
bağlama şəkilçisi ellipsisə uğramış, qeyri-müəyyən təsirlik halda-
kı “at” zooleksemi isə “bas” felindən sonra işlənmişdir: at basu-
bən=at bas=basat (Basat)”
1
. Bir sıra ifadələrdə Basatın səciyyəvi
cəhətləri göstərilir, igidliyi qabardılır. Onun bədii təyini kimi çıxış
edən bəzi misralara diqqət yetirək:
Avcına sığmayan əlüklü oxlı,
Ərdil təkə buynızından qatı yaylı
İç Oğuzda, Taş Oğuzda adı bəllü,
Aruz oğlı xanım Basat, maŋa mədəd!
1
Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı, 2007, s.68.
“Dədə Qorqud”un möcüzələr dünyası
50
Bu misralarda Basatın iki keyfiyyəti açıq-aydın görünür:
lələkli oxu ovucuna sığmır, bərk yayı təkə buynuzundandır; adı İç
Oğuz və Daş Oğuzda məşhurdur.
“...Mənim adım sorarsaŋ – Aruz oğlı Basatdır” cümləsinin
məna yükü Basatın qohumluq əlaqələrini dəqiqləşdirməyə, əsasən,
kifayət edir (bax: Aruzun qohumluq əlaqələri). Amma dəqiq-
ləşdirmə prosesində Basatın dilindən verilmiş bir sıra cümlələrin
də rolunu inkar etmək olmaz. Belə ki, həmin cümlələrdə Basat
doğma qardaşı “Qıyan”ın adını konkret olaraq ifadə edir: “Qarın-
daşım Qıyanı öldür-mişsən”. Basatın dilindən verilmiş bu misraya
sintaktik bütöv daxilində nəzər salaq:
“Mərə qavat! Ağ saqallu babamı ağlatmışsan,
Qarıcıq ağbirçəklü anamı bozaltmışsan.
Qarındaşım Qıyanı öldürmişsən.
Ağca yüzlü yengəmi tul eləmişsən.
Ala gözlü bəbəklərin öksüz qomışsan....”
Məhz bu tip parçaların sintaktik-semantik tutumuna söykən-
məklə bir neçə məsələyə aydınlıq gətirmək olar: Təpəgöz Basatın
atasını ağladıb, anasını incidib, Qıyan adlı qardaşını öldürüb, yen-
gəsini (böyük qardaşının arvadını) dul, uşaqlarını yetim qoyub...
Burada bir cəhəti də qeyd etmək lazım gəlir: digər sintaktik bü-
tövlərdə Qıyan Səlcikin arvadı və uşaqları barədə informasiyalara
təsadüf olunmur. Beləliklə, Basatın qohumluq əlaqələri barədə
aşağıdakıları söyləmək olar:
atası – Aruz
anası – adı çəkilməsə də, mətndə ona işarə olunur (qarıcıq
ağbirçəklü anam)
qardaşı – Qıyan Səlcik
qardaşı oğlu – Dondar (Qıyan Səlcikin oğlu)
qardaşı arvadı, yengəsi – Qıyan Səlcikin arvadı (mətndə ona
birbaşa işarə edilir ... ağca yüzlü yengə)
bibisi – Aruzun bacısı, Qazanın və Qaragünənin anası
bibisinin əri – Ulaş
“Dədə Qorqud”un möcüzələr dünyası
51
bibisi oğlu – Qazan (Ulaşın oğlu)
bibisi oğlunun arvadı, bibisi gəlini – Burla xatun
bibisi oğlunun qayınatası – Bayındır
bibisi oğlu – Qaragünə (Ulaşın oğlu)
bibisi oğlunun oğlu, bibisi nəvəsi– Uruz (Qazanın oğlu)
bibisi oğlunun oğlu, bibisi nəvəsi - Qarabudaq (Qara-
günənin oğlu)
bibisi oğlunun qızı, bibisi nəvəsi – Qazanın qızı, Qarabuda-
ğın arvadı (“...gəlübən Qazanıŋ qızın ərliklə alan... Qarabudaq).
Bu cümlənin semantikası obrazların qohumluq şaxəsini bir az da
genişləndirməyə imkan verir: Qarabudaq Qazanın təkcə qardaşı-
oğlu yox, həm də kürəkənidir; Basatın bibisi nəvələri ailə qurub
(Qaragünənin oğlu ilə Qazanın qızı); Basatın bibisi oğulları quda-
dır (Qazan və Qaragünə)
əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək
Şübhəsiz ki, Basatın Oğuz cəmiyyətindəki rolunu həm də bu
cür qohumluq əlaqələri kontekstində işıqlandırmaq mümkündür
(sonrakı səhifələrə bax).
Baybörə. “Kitab”da Qam börə, daha çox isə Baybörə şək-
lində işlənmişdir. Qorqudşünaslıqda bu adın komponentləri belə
izah olunur: qam-şaman, börü-qurd, bay-varlı, dövlətli. “Qam bö-
rəniŋ oğlı Bamsı Beyrək” modelində onun Beyrəyin atası olması
birbaşa görünür. “Baybican bəg aydır: ...mənim qızım Baybörə
bəg oğlına beşikkərtmə yavuqlı olsun!” cümləsində isə Baybörə
ilə Baybicanın quda olacağına açıq-aydın işarə olunur. Baybörənin
qohumluq münasibətlərinə də məhz bu tip detallar kontekstində
aydınlıq gətirmək olar:
babası, nənəsi, atası və anası haqqında məlumatlara rast
gəlinmir
arvadı – mətn kontekstində anlaşılır (...Beyrəgiŋ atası-anası
aydır...)
oğlu – Beyrək
qızları – mətndə adları çəkilmir, amma onlara işarə edilir:
“Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi”. Bu cümlənin
“Dədə Qorqud”un möcüzələr dünyası
52
semantik yükü “Baybörənin yeddi kürəkəni olub” fikrini də real-
laşdırır.
gəlini – Banıçiçək (Baybicanın qızı)
qudası – Baybican
oğlunun qaynı – Dəli Qarçar (Baybicanın oğlu)
qudasının əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dondar
(Qıyan Səlcikin oğlu)
Bayındır xan. Bu ad Drezden nüsxəsində iki cür yazılıb:
Bayandar, Bayındır. Semantik yükü daha çox “varlanmaq”, “var-
landırmaq” kimi izah olunur. Atasının adı antroponimik mode-
lində konkret olaraq verilir: “Qam Ğan oğlı xan Bayındır”. “Xan
qızı Boyı uzun Burla xatun Qazanın gəldügin eşitdi” cümləsi, eyni
zamanda Qazanın bədii təyinlərindən biri kimi işlənmiş “Bayındır
xanıŋ göygüsü” ifadəsi qızı Burla xatun və kürəkəni Qazan barədə
müəyyən təəssürat yaradır. Bayındır xanın qohumluq əlaqələri də
həmin detallar və ümumən “Kitab”ın poetik strukturu kontektində
açılır ki, bu da, əsasən, aşağıdakıları əhatə edir:
babası, nənəsi və anası haqqında heç bir detala təsadüf
olunmur
arvadı – mətndə görünmür, amma Burla xatuna görə bərpa
oluna bilər
atası – Qam Ğan
qızı – Burla xatun
qudası – Ulaş (Qazanın atası)
kürəkəni – Qazan
nəvəsi – Uruz (Qazanın oğlu)
nəvəsinin əri – Qarabudaq (Qazanın qardaşı oğlu, Qaragünə-
nin oğlu)
kürəkəninin qardaşı – Qaragünə (Qazanın qardaşı)
kürəkəninin qardaşı oğlu – Qara budaq (Qaragünənin oğlu)
kürəkənin dayısı – Aruz (Qazanın dayısı)
kürəkənin dayısı oğlu – Basat
kürəkənin dayısı oğlu – Qıyan Səlcik
kürəkənin dayısı nəvəsi– Dondar (Qıyan Səlcikin oğlu)
“Dədə Qorqud”un möcüzələr dünyası
53
kürəkənin dayısının əmizadələri – Baybican və onun övladla-
rı: Dəli Qarçar; Banıçiçək... (Aruzun əmizadələri)
Uruzla bağlı sintaktik bütövlərdə dədə (baba) və baba (ata)
sözlərinin mənasına aydınlıq gətirilir, daha doğrusu, Qazanın ata,
Bayındırın isə baba statusunda çıxış etməsi obrazlı şəkildə canlan-
dırılır: “Məgər sən xan Qazanın oğlı degilsən?” – dedi. Uruz qaq-
dı, aydır: “Mərə qavat, mənim babam Bayındır xan degilmidir?”
Ayıtdı: “Yox, ol, ananıŋ babasıdır, səniŋ dədəŋdir”. Bir cəhəti də
qeyd edək ki, Drezden nüsxəsinin 67-ci səhifəsində Qarabudaq
Bayındır xanın oğlu kimi təqdim olunur: “Bayındır xanıŋ qarşu-
sunda oğlı Qarabudaq bay tayanub turmışdı”. M.Ergin Vatikan
nüsxəsində Qarabudağın məhz Qaragünənin oğlu kimi verildiyini
göstərir: “Hanuŋ karşusında Kara Göne oğlı Kara Budak yay ta-
yanup turmış – idi” (Ankara, 1958, s.116). Bu mənada Qarabudaq
Bayındırın yox, Qaragünənin oğlu kimi təhlil olunmalıdır.
Baybican. Müxtəlif formalarda transkripsiya olunub: Baybe-
can, Pay Piçen, Baybican. Semantikasına görə biçən, kəsən, doğ-
rayan anlamlı “peçeneq” etnonimi elə eyni xətdə birləşir. Onun
qohumluq münasibətlərini daha çox “...mənim qızım Baybörə bəg
oğlına beşikkərtmə yavuqlı olsun!...”; “...bu otağ Baybican bəg
qızı Banıçiçəgiŋdir”; “Ay oğul, Banıçiçəgiŋ bir dəli qartaşı vardır,
adına Dəli Qarçar deyirlər” kimi cümlələrin məna tutumu əsasında
müəyyənləşdirmək olar:
babası və nənəsi, atası və anası barədə heç bir informasiya
yoxdur
arvadı – mətn kontekstində anlaşılır (...Baybican bəgə bir qız
verdi...)
oğlu – Dəli Qarçar
qızı – Banıçiçək
kürəkəni – Beyrək
qudası – Baybörə
əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dondar (Qıyan Səl-
cikin oğlu)
“Dədə Qorqud”un möcüzələr dünyası
54
Beyrək. Balaca qurd mənasında izah olunur, bədii təyinində
bir sıra keyfiyyətləri qabardılır: “Parasarıŋ Bayburd hasarından
parlayıb uçan, ap-alca gərdəginə qarşu gələn, yedi qızıŋ umıdı,
Qalın Oğuz imrəncisi, Qazan bəgin yınağı, Boz ayğırlu Beyrək...”
(D-61). Oğuz igidi Beyrəyin qohumluq münasibətlərini bir sıra
cümlələrin semantikasına əsasən dəqiqləşdirmək mümkündür:
“Qam börəniŋ oğlı Bamsı Beyrək boyını bəyan edər...” (D-
66) – atasının adı birbaşa ifadə olunur;
“Oğıl, məgər sən istədigiŋ qız Baybican bəg qızı Banıçiçək
ola?!” (D-81) – qayınatası Baybicana işarə olunur. Bu qohumluq
dərəcəsi boyun sonunda tam real şəkildə təqdim edilir: “Baybörə
bəgiŋ oğlancuğı Beyrək Baybican məlikin qızın aldı...” (D-121).
Bu nümunələrə, eyni zamanda “Kitab”dakı digər sintaktik
bütövlərə istinad edərək Beyrəyin qohumluq əlaqələri ilə bağlı
aşağıdakıları söyləmək olar:
babası və nənəsinin kimliyi barədə məlumatlara rast gəlinmir
atası – Baybörə
anası – adı çəkilmir, amma mətndə epizodik bir obraz kimi
görünür: “Beyrəgiŋ anası – atası aydır: Dilüŋ içün öləyiŋ gəlinci-
güm!” (D-117)
bacıları – adları çəkilməsə də, onlara “Kitab”da açıq şəkildə
işarə olunur: “Beyrək dəxi yedi qız qarındaşını yedi yigidə verdi”
(D-121). Bu cümlənin semantik tutumu Beyrəyin yeddi yeznə-
sindən də bəhs etməyə imkan verir.
arvadı – Banıçiçək (Baybicanın qızı)
qayınatası – Baybican
qaynı – Dəli Qarçar
qayınatasıının əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Don-
dar
qayınatasının əmizadəsinin bacısı oğulları – Qazan, Qaragü-
nə (Baybicanın əmizadəsi Aruzun bacısı oğulları)
qayınatasının əmizadəsinin bacısı nəvələri – Uruz,
Qarabudaq... (Baybicanın əmizadəsi Aruzun bacısı nəvə-ləri)...
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |