510
Bu parçalarda “toy çadırı”nın qurulması aydın şəkildə ifadə
olunub. Amma bəzi parçalarda “toy çadırının qurulması”nı mətnin
ümumi semantik yükünə istinadən müəyyənləşdirmək mümkün-
dür. Məsələn:
“...Alan sabah durmışsan, ağ ormana girmişsən,
Ağ qovağın budağından yırğayuban keçmişsən.
Can bacuğın əkmişsən,
Oq cığırın qurmışsan,
Adın gərdək qomışsan...” (D-110)
Bu parçanı 2006-cı ildə “Dirəklər basdıraraq ox üçün nişan
qoyma” başlığı altında təhlil süzgəcindən keçirmişdik. Burada
həmin şərhlərin bir hissəsini təqdim etməyi gərəkli hesab edirik:
“Adın gərdək qomışsan” cümləsi özündən əvvəl işlənmiş cümlə-
nin semantik yükü ilə bağlanır, onun məntiqi nəticəsi kimi görü-
nür. Bu mənada “can bacuğın əkmişsən//Oq cığırın qurmışsan”
cümlələrində “gəlin otağının qurulmasına işarə olunur” – fikri
daha real görünür. Deməli, Oğuzlar və Oğuz düşüncə tərzinə bələd
olanlar “basdırılmış dirəklər və ox üçün qoyulmuş nişanlar”
gördükdə onu “gəlin otağının qurulması və ya ona hazırlıq kimi
başa düşüblər. F.Bayat yay və oxun türk mədəniyyətindəki rolun-
dan bəhs edərkən yazır: “Yay - oxun folklor materiallarına daya-
naraq deyə bilərik ki, yay – kişini, ox isə qadını bildirir... Toy gü-
nü nişanlı oğlanın qız evinə ox atması oğlan tərəfin gəlini apar-
mağa gəldiyini bildirirdi. Ox atmaqla özünə nişanlı tapmaq adəti-
nin izləri transformasiyaya uğramış halda bizim sehrli nağılları-
mızda da qalmışdır (Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı.
Bakı, 1993, səh.161). Müəllifin müxtəlif mənbələrə istinadən söy-
lədiyi fikirlər də “Kitab”dakı “Oq cığırın qurmışsan” cümləsinin
ümumi semantik yükündə məhz “gəlin otağının qurulması” məna-
sının əsas olduğunu təsdiqləyir”
1
. Yeri gəlmişkən, A.Hacıyev yu-
1
Ə.Tanrıverdi. “Dədə Qorqud kitabı”nın obrazlar aləmi. Bakı, 2013, səh.82.
“Dədə Qorqud”un möcüzələr dünyası
511
xarıdakı parçanın semantikasını düzgün müəyyənləşdirib: “Soyla-
mada gərdəkqurma prosesinin nə vaxt, nədən və necə yerinə
yetirildiyi əyani şəkildə təsvir olunmuşdur. Burada sübh tezdən
yuxudan duraraq böyük meşəyə gedən (girən), uca qovaq ağacı-
nın budağını yırğalayaraq qıran (“keçmək” feli “candan keçmək”
ifadəsində olduğu kimi məcazi mənada işlədilib), yarıdan (“can-
bacuq” məhz bu anlamı verən poetik ifadədir) əyən, atdığı oxun
düşdüyü yerdə otaq (çadır) quran bəyin onu gərdək adlandırmasın-
dan söhbət açılır”
1
. Müəllifin fikirləri də yuxarıda dediklərimizi
qüvvətləndirir. Qeyd edək ki, qorqudşünaslıqda həmin “toy çadı-
rı”nın kimin üçün qurulması barədə izahlara, demək olar ki, rast
gəlinmir. Bəri başdan deyək ki, təqdim etdiyimiz sintaktik bütö-
vün ümumi semantik tutumunda Beyrəyin Qazan xandan inciməsi
açıq-aydın şəkildə müşahidə olunur. Beyrəyin Qazan xana “Adın
gərdək qomışsan” – deməsi də birbaşa Qazan xanın Yalancıq üçün
qurdurduğu “toy çadırı”nı işarələndirir. Bu öz təsdiqini boydakı
hadisələrin dinamikası kontekstində də tapır. Semantik dinamikanı
izləyək:
− Bayındır xan Beyrəyin ölməsinə inanır: “...Mərə, bu nə
kömləkdir?...Beyrəgi Qara Dərvənddə öldürmişlər, uşda nişanı,
sultanım!” – dedi” (D-93);
− Bayındır xan qanlı köynəyin Banıçiçəyə aparılmasını
məsləhət görür: “...Biz bunı tanımazız. Adaqlusına aparıη, görsün.
Ol yaxşı bilir. Zira ol dikübdir, yenə ol tanır”, - dedi” (D-94);
− Bayındır xan Yalancıqla Banıçiçəyin toyunu təşkil etmə-
yi Qazan xana həvalə edir. Bu, mətnin ümumi semantik yükündən
bəlli olur: birincisi, ona görə ki, Qazan xan toy mərasimi ilə bağlı
təşkil edilmiş “ox yarışı”na nəzarət edir (Qazan bəg baqub tamaşa
edərdi. Adam göndərdi, Beyrəgi çağırdı); ikincisi, Beyrək Qazan
xana “Adın gərdək qomışsan” – deməklə onu Yalancıq üçün qur-
durduğu “toy çadırı”na görə qınayır; üçüncüsü, Qazan xanın di-
lindən Beyrəyə ünvanlanmış sual cümləsində “çətirli otaq”a işarə
1
A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.45.
“Dədə Qorqud”un möcüzələr dünyası
512
edilməsini təsadüfi hesab etmək olmaz: “...Çətirli otaqmı dilər-
sən?” (D-111); dördüncüsü, Beyrək toy süfrəsində qarnını doyur-
maq, həmçinin qız toyunda iştirak üçün məhz Qazan xandan icazə
alır (Sultanım, məni qosaη da şülən yeməgiη yanına varsam. Qar-
nım acdur, toyursaη...; ...Xanım, Qazan bəgdən maηa buyruq ol-
dı. Maηa kimsə tolaşmaz...). Bütün bunlar bir daha təsdiq edir ki,
haqqında geniş şəkildə bəhs etdiyimiz “toy çadırı” məhz Yalançı
oğlu Yalancığa aiddir.
Ovda və döyüşdə silahdan istifadə
“Kitab”dakı ov və döyüş səhnələrinin semantikasından
kifayət qədər bəhs edildiyinə görə burada yalnız konkret faktlar
üzərində dayanmağı məqsədəuyğun bilirik. Bu mənada ovda
silahdan istifadənin görünən və görünməyən tərəflərini aşağıdakı
kimi ümumiləşdirmək olar:
− ovda əsas silah “yay-ox”dur: “Həman yayı biləgindən
çıqarardı, buğanıη-sığınıη boynına atardı, çəküb turğızardı” (D-
237). Bu tip nümunələr “Kitab”ın dilində kifayət qədərdir;
Ovda “qurd sinirli yay”dan istifadə olunub – qənaətinə
gəlmək mümkündür. Amma bu da var ki, həmin qurd sinirli yay-
dan atılan oxla keyik yox, Oğuz igidi vurulur: “Dərsə xan qurt
sinirli qatı yayı əlinə aldı. Üzəngiyə qalqıb, qatı çəkdi, uz atdı:
oğlanı iki talasınıη arasından urub çıqdı, yıqdı” (əvvəlki səhifələrə
bax);
− ovda “yay-ox”la yanaşı, qılınc da əsas silahlardan biri
hesab olunur: “Keyiki qovardı gətürərdi, babasınıη ögində siηir-
lərdi. Babam at səgirdişimə baqsun, qıvansun; ox atışıma baqsun,
güvənsün, qılıc çalışıma baqsun, sevinsin!”...(D-22);
− bir sıra cümlələrin ümumi semantik yükü “ovda bıcaq
və ya xəncərdən istifadə olunub” – hökmünü söyləməyə əsas ve-
rir: “...Arıq olsa, qulağın dələrdi, avda bəllü olsun deyü. Əmma
semüz olsa, boğazlardı” (D-237). Buradakı “boğazlardı” felinin
“Dədə Qorqud”un möcüzələr dünyası
513
semantikası assosiativ olaraq bıçaq və ya xəncər sözünü yada salır
(bıçaqla, xəncərlə);
− ovda yay kirişindən bir kəmənd kimi istifadə olunma
açıq-aydın şəkildə görünür: “...Bəkil buηa at saldı. Buğanıη ardın-
dan irdi. Yay kirişin boynına atdı...” (D-240). Burada Təpəgözlə
bağlı bir epizod yada düşür: Basat Təpəgözün boynunu vurduqdan
sonra onun başını dələrək yay kirişinə taxır: “...Dəpəgözüη kəndü
qılıcilə boynını urdı. Dəldi, yay kirişinə taqdı..,” (D-234). So-
nuncu nümunədəki “yay kirişi” bir kəmənd yox, elə “kiriş” və ya
“bərk ip” mənasındadır. Amma bu da var ki, hər iki halda “yay
kirişi” heyvanla (əslində, Təpəgöz də elə heyvan kimi bir şeydir)
- buğa və Təpəgözlə bağlı işlədilib. Bu müstəvidə isə Təpəgöz
heyvandan da heyvandır, vəhşilər vəhşisidir.
Təqdim etdiyimiz bu tipli parçaları geniş şəkildə səciyyə-
ləndirmiş K.Abdulla yazır: “Ov bir situasiya kimi ya bədbəxt bir
hadisənin başvermə məkanına çevrilir, ya da bədbəxt hadisənin
baş verməsini dolayısı ilə hazırlayan bir səbəb olur. Hər iki halda
ov ya bədbəxt hadisə ilə bağlıdır, ya da onu şərtləndirir. Hər halda
ovdan xeyir gəlmir”
1
. R.Kamal isə “Kitab”da təsvir olunan ov səh-
nələrinə tam başqa bucaqdan yanaşıb. Məsələn, ov xronotopun-
dan bəhs edərkən bir neçə tezis irəli sürür: “Ov xronotopu “Dədə
Qorqud kitabı”nda ən vacib xronotop olub, ritual xronotopun
davamıdır; ov xronotopu dinamik hərəkət üçündür. Oğuz bəyləri
statikadan – ağban evlərdə, otaqlarda oturmaqdan, yeyib yatmaq-
dan bezəndə ova çıxırlar; ov məkanı açıq məkandır. Kişinin açıq
məkanda olması türk folklor düşüncəsi üçün səciyyəvi haldır...”
2
.
Müəllif bu tipli tezislərin hər birini “Kitab”dan gətirdiyi nümunə-
lərlə əsaslandırıb. Amma “Kitab”da ov səhnələri ilə bağlı olan
parçaların heç də hamısına bu kontekstdə yanaşmaq olmaz.
Məsələn, Qazan xanın dilindən verilmiş bir parçaya diqqət yetirək:
1
K.Abdulla. Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud. Bakı, 2009, səh.105.
2
R.Kamal. “Dədə Qorqud kitabı”nın xronotop strukturu. Dədə Qorqud günü. XIV
sessiyanın materialları. Bakı, 2014, səh.54-55.
“Dədə Qorqud”un möcüzələr dünyası
514
“...Mən bu oğlanı alayım, ava gedəyim. Yedi günlik azuğla
çıqayım. Ox atduğım yerləri, qılıc çalub baş kəsdügim yerləri
göstərəyim. Kafər sərhəddinə Cızığlara, Ağlağana, Gökcə tağa
aluban çıqayım. Sonra oğlana gərək olur, a bəglər!” – dedi” (D-126).
Bu parça ilə bağlı bunları söyləmək olar: birincisi, həmin parça oğlu
Uruza “Yay çəkmədüη, ox atmadıη//Baş kəsmədiη, qan dökmədiη...”
– deyən Qazan xanın dilindən verilib; ikincisi, həmin parça atası
Qazan xana “Qaçan sən məni alub kafər sərhəddinə çıqardıη, qılıc
çalub baş kəsdiη? Mən səndən nə gördüm, nə ögrənim?” – deyən
Uruz haqqındadır; üçüncüsü, parçanın mənasından bəlli olur ki, ov
yerləri Oğuz türklərinin döyüşdə qalib gəldiyi, qələbə çaldığı
yerlərdir; dördüncüsü, mətndə aydın şəkildə ifadə olunur ki, ata
(Qazan xan), oğlunu (Uruzu) gələcək döyüşlərə hazırlayır... Araş-
dırmalar göstərir ki, bu cəhət digər qədim türk mənbələrində də öz
əksini tapıb. Burada Ə.Rəcəblinin qədim türk mənbələrinə, eyni
zamanda bir sıra tədqiqatlara istinadən söylədiyi fikirləri xatırlatmaq
yerinə düşür: “...Sürək ovu sürəkçidən (ovda heyvanları ovçuların
üstünə qovan adamdan) və ovçudan xüsusi məharət və təlim tələb
edirdi. Bu, həm də türküt üçün faydalı idi, çünki ov türkütü, bir növ,
hərbi şücaətə hazırlayır, ona manevr etməyi öyrədirdi. Uğurlu ov
türkütün əsas ərzağı olan çoxlu miqdarda ət verirdi. Heç də təsdüfi
deyildir ki, Çin salnaməçisinin yazdığına görə, türkütlər hətta
müharibə vaxtı belə ovla məşğul olurdular”
1
.
Döyüşdə silahdan istifadə. Qorqudşünaslıqda yay – ox,
qılınc, sapand, süngü, gürz və s. kimi silahlardan, onların təyinatı
üzrə istifadəsindən müəyyən qədər bəhs olunsa da, yaxın və uzaq
məsafəli döyüşlərdə (eləcə də qala qapıları yaxınlığında olan
döyüşlərdə) silahlardan istifadə kimi məsələlərə, demək olar ki,
münasibət bildirilməyib. Bu mənada aşağıdakılara diqqət yetirək:
− uzaq məsafədən olan döyüşlərdə yay-ox və sapanddan
istifadə: yay-ox. “Azğun dinlü kafər buηaldı, oxa girdi. Qoulan
kimsə oğlanıη bədəvi atın oxlatdılar” (D-133); “...kafərlər at dəpdi-
lər, ox səpdilər” (D-41); “üç yeləkli qayın oqlar atıldı, dəmrəni
1
Ə.Rəcəbli. Ulu türklər. Bakı, 2003, səh.139.
“Dədə Qorqud”un möcüzələr dünyası
515
düşdi” (D-63)... Bu tipli nümunələr onu deməyə əsas verir ki, uzaq
məsafəli döyüşlərdə həm Oğuzlar, həm də kafirlər əsas silah kimi
məhz yay-oxdan istifadə ediblər; sapan. “Ərənlər əvrəni Qaraçuq
çoban sapanıη ayasına taş qodı, atdı” (D-41); “Elə olsa, sultanım,
Qaraca çoban sapan çatlatdı. Dünya aləm kafəriη gözinə qaranηu
oldı” (D-57); Döyüşlərdə kafirlərin sapanddan istifadəsi müşahidə
olunmur;
− yaxın məsafədən olan döyüşlərdə qılınc, köndər, gürz və s.
silahlardan istifadə: qılıc. “Sağ yanını qılıcladı, yerə saldı”; köndər.
“Aruza bir köndər urdı” (D-302); gürz. “Altı bərli gürz ilə dəpəsnə
qatı tuta urdı” (D-64)...;
− qala qapılarının sındırılmasında qalxan və gürzdən istifadə:
“Uruz atdan endi, aydır: “Hay atamıη altun qədəhindən şərab içən,
məni sevən atdan ensün! Bunıη qapusına birər gürz uralım!” – dedi.
On altı yigit sıçrayub atdan endilər. Qalqan yapındılar. Gürzlərini
umuzlarına urdılar. Qapuya gəldilər; birər gürz urub qapuyı
ovatdılar, içərü girdilər...” (D-284). Qarşı tərəfin zərbəsindən
qalxanla qorunaraq gürzlə qala qapılarını sındıran Oğuz igidləri
yenilməzdir. Digər tərəfdən, qalanın belə bir üsulla alınması qədim
türk hərb sənətinin yüksək səviyyədə olduğunu bir daha sübut edir.
Yuxarıda göstərdik ki, “Kitab”da uzaq və yaxın məsafəli
döyüşlərin təsvirinə daha çox rast gəlinir. Maraqlıdır ki, həmin döyüş
taktikası hunlar üçün də xarakterik olub. Belə ki, “hun ordusu
düşmənlə müəyyən məsafədən vuruşurdu. Mahir oxçular düşməni
uzaqdan oxa tutaraq onun səflərini dağıdırdılar. Ehtiyac olduqda isə
qısa nizə və qılıncla yaxın döyüşə girirdilər. Müəyyən məsafədən
vuruşma hun döyüş taktikasının əsasını təşkil edirdi”
1
.
“Kitab”ın ümumi məzmunu döyüşlərin ağır və qanlı keçdiyini
iki bucaqdan təsdiqləməyə imkan verir: bunlardan birincisi, top kimi
kəsilən başlardısa, ikincisi, sınıq-salxaq vəziyyətə düşmüş
silahlardır. Burada diqqəti ikincinin təsvirinə yönəldək:
“...Böyük
uzun nizələr sancılıb süstəldi. Böyük iti polad qılınclar çalındı,
tiyəsi korşaldı. Üç lələkli qayın oxlar atıldı, dəmir ucluğu
1
Ə.Əsgər, M.Qıpçaq. Türk savaş sənəti. Bakı, 1996, səh 128.
“Dədə Qorqud”un möcüzələr dünyası
516
düşdü...” (Zeynalov-Əlizadə nəşri, Bakı, 1988, səh.148). Bu cür
parçaların semantikası yuxarıda irəli sürdüyümüz tezisin düzgün-
lüyünü arqumentləşdirir.
“Kitab”a silah adları və döyüş səhnələri kontekstində
yanaşma aşağıdakıları da söyləməyə imkan yaradır:
− Oğuz igidini məhv etmək üçün ilk olaraq onun atı oxla
vurulur: “Qoulan kimsə oğlanıη bədəvi atın oxlatdılar. At yıxıldı”
(D-133);
− oxu ərdən ərə keçirməkdə israrlı olan Oğuz igidi ən ma-
hir oxçu statusunda çıxış edir: “Qarğu talı sügüηi maηa vergil//
Köksündən ər sancayım səniη içün!” (D-246);
− Oğuz igidinin yaya söykənmiş vəziyyətdə durması onun
ayıq-sayıq dayanmasını, bir növ, döyüşə hazır olmasını işarələn-
dirir: “Oğlı Uruz qarşısında yay söykənib turardı” (D-123);
− sağına-soluna iki qoşa yay çəkən Oğuz igidinin bənzəri
yoxdur: “Sağına-soluna eki qoşa yay çəkərdi” (D-173);
− Oğuz igidi Qaraca çoban sapandla kafirlərin ordusunu
məğlub edir: “Qaracıq çoban kafəriη üç yüzini sapan taşilə yerə
bıraqdı” (D-41);
− at belində döyüşənlərdən biri məhz köndər vuranın zər-
bəsindən yerə düşür: “Aruza bir köndər urdı... At üzərindən yerə
saldı” (D-302);
− Buğacıq Məlik altı pərli gürzlə öldürülür:”Altı bərli gürz
ilə dəpəsinə qatı tuta urdı” (D-64);
− Oğuz igidi süngüsünü yerə sancırsa, bu, onun əmrə tabe
olduğunu, eyni zamanda pusquda durduğunu işarələndirir: “Ol
zamanda oğul ata sözin iki eləməzdi. İki eləsə, ol oğlunı qəbul elə-
məzlərdi. Uruz geη yaqadan sügüsin sancdı, turdı” (D-131-132);
− taraqqadan qarşı tərəfi qorxutmaq məqsədi ilə istifadənin
izlərinə təsadüf olunur: “...taraqa çatladıη oğlanı qorqudıη” (D-
247).
Bu sistemdə “qılınc”ın rolu daha qabarıq göründüyü üçün
onunla bağlı olan detalları ayrılıqda təqdim edirik:
“Dədə Qorqud”un möcüzələr dünyası
517
− “döyüşə hazıram” anlamlı raport “çal qılıcıη” ifadəsi ilə
başlanır: “Çal qılıcıη, xanım Qazan, yetdim” (D-151);
− “başın kəs” əmri qılıncla reallaşdırılır: “Qaragünə atdan
endi. Aruzıη başın kəsdi” (D-302);
− Şöklü Məliyin də başı qılıncla kəsilir: “...ğafillücə qara
başın alub kəsdi” (D-64): On iki min kafir də məhz qılıncla
öldürülür: “On iki bin kafər qılıcdan keçdi” (D-66);
−Təpəgöz kimi bir vəhşinin başı qınsız qılıncla, həm də öz
qılıncı ilə kəsilir: “...Dəpəgözüη kəndü qılıcilə boynını urdı” (D-
234);
− qılıncla başın yox, sağ oyluğun kəsilməsi rəqibini əzabla
öldürməkdən başqa bir şey deyil: “Aruz qara polad uz qılıcın
tartub Beyrəgiη sağ oyluğın çaldı, qara qana bulaşdı” (D-297);
− Oğuz cəmiyyətində döyüşdən boyun qaçırma mümkün-
süzdür: “Bəglər, Taηrı bizə bir kür oğul vermiş. Varayın, anı anası
yanındın alayın, qılıcla paralayayın...” (D-134-135);
− düşmən bayrağını qılınclayaraq yerə salan Oğuz
qadınının tayı-bərabəri yoxdur: “Boyı uzun Burla xatun qara
tuğın kafəriη qılıcladı, yerə saldı” (D-153);
− qılıncının dəstəyi qan olan təkcə Oğuz kişisi deyil, həm
də Oğuz qadınıdır: “Qılıcınıη balcağı qan odaya gəldi” (D- 194).
Bütün bunlar, bir tərəfdən, türkün hərb sənətinin çox qədim
və zəngin bir tarixə malik olduğunu sübut edirsə, digər tərəfdən də
türkün döyüş üçün doğulduğunu və elə döyüşə-döyüşə də bu
dünyadan köç etdiyini əyani olaraq göstərir...
Silah adları türk poetik təfəkküründə
Qorqudşünaslıqda xüsusi olaraq vurğulanır ki, “Kitab”-da
obrazlılığa xidmət etməyiən dil vahidi yox dərəcəsindədir. Araş-
dırmalar onu da deməyə əsas verir ki, “Kitab”dakı səs, söz, birləş-
mə, cümlə və sintaktik bütövlərin semantikası, obrazlılıq yaratma
imkanları müxtəlif bucaqlardan işıqlandırılıb. Yeri gəlmişkən,
“Kitab”ın dilində işlənmiş silah adları da daha çox atalar sözləri
(“Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg!”...), andlar (“qılı-
“Dədə Qorqud”un möcüzələr dünyası
518
cına toğranmaq, oxına sancılmaq”), oxşama səciyyəli parçalar
(“Dünlügü altun ban evimiη qəbzəsi oğul!”...), frazeoloji vahidlər
(oxını yarmaq, oxa düşmək...) daxilində bu və ya digər dərəcədə
öyrənilib. Konkret desək, silah adlarının assosiativliyi ilə yaradıl-
mış bədii təsvir və ifadə vasitələri ayrılıqda təhlilə cəlb edilməyib.
Düzdür, əvvəlki səhifələrdə bu problemə müəyyən qədər aydınlıq
gətirməyə çalışmışıq. Məsələn: “cida” sözünə həm də təşbeh daxi-
lində münasibət bildirmişik (“...buynızı almas cida kibi”); “q” ilə
başlanan “qılıc” sözünün assosiativliyi ilə yaradılmış alliterasiya-
ların mətndəki rolunu müəyyənləşdirmişik (“Qara polat uz qılı-
cum qının toğrar” – qara – qılıc – qın: q – q – q); yaxud inversiya
ilə işlənmənin “yay-ox”la bağlı olan mətnlər üçün səciyyəvi
olduğunu dəqiqləşdirmişik. Bir sözlə, əvvəlki səhifələrdə silah
adlarının hər birinin obrazlılıq yaratma imkanlarından ayrıca bəhs
etmişik. Bu da onların bədii təsvir və ifadə vasitələri tərkibində
işlənmə səviyyəsini birbaşa əks etdirmir. Bu mənada silah adla-
rının assosiativliyi ilə yaradılmış bədii təsvir və ifadə vasitələrinin
aşağıdakı sistem üzrə təqdimini məqsədəuyğun hesab edirik:
Assonans. “o”-nun assonansı. “Ol kafəriη üçin atub birin
yarmaz oqçısı olur”: ol, oqçı, olmaq – o → o → o; Buradakı
assonans “o” ilə başlanan “oqçı” sözünə görə reallaşıb. Qeyd edək
ki, belə assonanslar “Kitab”ın dilində yox dərəcəsindədir. Bu da
təsadüfi deyil. Çünki “Kitab”dakı silah adlarının əksəriyyəti sa-
mitlə başlanır: qılıc, gürz, sapan, sügü, çomaq, taraqa..., daha də-
qiqi, bu sistemdə “o” ilə başlanan “ox” sözü istisnalıq təşkil edir.
Alliterasiya. “q”-nın alliterasiyası. “Qara polat uz qılı-
cum qının toğrar”: qara, qılıc, qın - q→q→q; “Qara qılıc quşan-
dı”: qara, qılıc, quşanmaq - q→q→q; “y”-nın alliterasiyası. “Ya-
lançı oğlı Yalancıq yay ufandığına qatı qaqdı”: Yalançı, Yalancıq,
yay - y→y→y; “Yedi kiş ilə qurulurdı mənim yayım!”: yedi, yay -
y→y→y; Bu sistemə, yəni “q” ilə başlanan “qılıc” və “y” ilə
başlanan “yay” sözünün assosiativliyi ilə yaradılmış alliterasiyalar
cərgəsinə alliterativ tipli qafiyələnməni də daxil etmək olar:
Qaraca çoban – sapan: çoban→sapan; Dondar-köndər: dar→dər.
“Dədə Qorqud”un möcüzələr dünyası
519
Bu isə o deməkdir ki, qəhrəmanın adı ilə ona məxsus silahın adı
alliterativ tipli qafiyələr kimi çıxış edir.
Epitet. yüzi dönməz qılıc. “Yüzi dönməz qılıcum ələ al-
dım”; qara polat uz qılıc. “Qara polat uz qılıcum əlümə alayın-
mı?”; sum altunlu ox. “Qayın talı yeləgindən sum altunlu mənim
oxım!”; alla qollu sapan. “...ala qollu sapanın əlinə aldı”... Bu epi-
tetlərdə qılıc, ox və sapan sözlərinin məntiqi mərkəz funksi-
yasında çıxış etdiyi açıq-aydın şəkildə görünür.
Təşbeh. başı top kibi kəsilmək. “...başlar kəsildi top kibi”
(burada “qılıc” sözü ellipsisə uğrayıb); “Qurulu yaya bəηzər çatma
qaşlum!”; “Ala qollı sapanımca gəlməz maηa”; “İldız kibi parla-
yıb gələn kafəriη cidasıdır”... Bu cür təşbehlərin yaranmasında
qılıc, sapan və cida kimi sözlərin rolunu inkar etmək olmaz.
Metafora. “Ağca tozlu qatı yayım zari-zari iηlər// Sadaqda
oxum kişin dilər”. Bu cür metaforaların poetik çəkisi əvvəlki
səhifələrdə geniş şəkildə işıqlandırılıb.
Mübaliğə. qılıcla qılını kəsə bilməmək. “Qara polad uz qı-
lıclar kəsən qılını kəsdirmədi”; “Çobanın üçyaşar tana dərisindən
sapanıη ayasıydı... Hər atanda on iki batman taş atardı”; “Qayın
oxı atanlar kar qılamadı”; “Qarğu cida oynadanlar ildirəmədi”...
“Kitab”ın dilində bu cür mübaliğələr intensivliyi ilə fərqlənir.
Dostları ilə paylaş: |