55
Yuxarıdakı qohumluq əlaqələrini (sonuncular nəzərdə tutu-
lur) dayı-bacıoğlu müstəvisində araşdıran S.Rzasoyun fikirləri
maraq doğurur: “...İç Oğuz – Daş Oğuz münasibətləri qohumçuluq
(qohumluq – Ə.T.) korrelyasiya oxunu ortaya qoymuş olur...
Qazan-Aruz və Beyrək-Aruz qoşalıqları İçoğuzların Daşoğuzla-
rın bacısı uşaqları olması korelyativ oxu ilə birləşir. İlk baxışdan
adama elə gəlir ki, sonuncu boy süjetinin epik konfliktinin kon-
tekstində Dayı – Bacıoğlu qoşalığının təhlil səviyyəsi kimi götü-
rülməsi təsadüfidir. Ancaq yada salaq ki, sonuncu boyda məhz bu
model (Aruzun Qazanın dayısı olması və Beyrəyin Daşoğuzlar-
dan qız alması) xüsusi olaraq qabardılır (süjet aktuallığı qaza-
nır)... Diqqət edək: Qazan Aruzun bacısı oğludur. Beyrək daş-
oğuzlardan qız almışdır. Bu iki informasiya bloku paradiqmatik
düzümdə semiotik aspekti ortaya qoymuş olur:
Qazan Aruzun bacısı oğludur
Beyrəyin uşağı Daşoğuzların bacısı oğludur
Daşoğuzlu qızdan doğulmuş Qazanla Beyrəyin daşoğuzlu
qızdan doğulacaq potensial uşağı eyni sütunda dayanır və Bacı-
oğlu invarinatına girir...”
1
. Bu fikirləri belə səciyyələndirmək
olar:
– bir sıra paradiqmatik düzümlərdə semiotik aspektlər müəy-
yənləşdirilib ki, bu da “Kitab”ı linqvopoetik baxımdan tam
mənimsəmədən mümkün deyil;
– bərpa olunan strukturlar “Kitab”ın poetik sistemi və se-
mantikası ilə birbaşa bağlanır;
– semiotik aspektin nəticəsi olaraq verilmiş sxem assosiativ
olaraq “Qazanla Beyrəyin oğlu xalaoğludur” qənaətini də
reallaşdırır ki, bu da “Kitab”ın semantik yükünə uyğun gəlir.
K.Abdulla isə “Kitab”dakı dayı-bacıoğlu münasibətlərini
daha çox dayının fetişi və ananın fetişi kontekstində araşdırıb:
1
S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.101-102.
“Dədə Qorqud”un möcüzələr dünyası
56
“...Dayı ilə bacıoğlu münasibətlərinin fetişləşdirilməsi, başqa şə-
kildə desək, adi avankulat olan bu hal Dastanda açıq şəkildə ol-
masa da, hər halda Qazan-Aruz münasibətlərində öz əksini tapır.
Aydındır ki, dayının fetişi ananın fetişi ilə, yəni bütövlükdə götür-
sək, matriarxatın bizim təhlilin dilində desək, keşmişlə bağlı bir
haldır və bu mənada dayı öz-özlüyündə artıq köhnəni simvolizə
edən bir qüvvə kimi özünü göstərir. Dayı timsalında köhnəyə -
keçmişə münasibət Qazanın, Beyrəyin ölümü ilə əlaqədar gördüyü
tədbirlərdə də öz əksini tapır”
1
.
“Kitab”ın poetik strukturundan aydın olur ki, Qazanın anası
Aruzun bacısıdır, yəni Aruz Qazanın dayısıdır. Beyrək də Aruzun
nəslindən qız alıb, yəni qayınatası Baybicanla Aruz eyni nəsildən-
dir: “...Bəglər, Beyrək bizdən qız almışdır, güyəgümizdir”. (D-
295). Bu mənada Beyrəyin digər qohumluq dərəcəsini, daha
doğrusu, uzaq qohumluğunu şərti olaraq belə bərpa etmək olar:
bacanağı – Ulaş (Qazanın atası)
bacanağının qudası – (Ulaşın qudası Bayındır)
bacanağının qudasının atası – Qam Ğan (Ulaşın qudası
Bayındırın atası)
bacanağının oğlu – Qazan (Ulaşın oğlu)
bacanağının oğlu – Qaragünə (Ulaşın oğlu)
bacanağıının oğlunun arvadı – Burla xatun (Qazanın arvadı)
bacanağının oğlunun qayınatası – Bayındır (Qazanın qayına-
tası)
bacanağının nəvəsi – Uruz (Ulaşın nəvəsi)
bacanağının nəvəsi – Qarabudaq (Ulaşın nəvəsi)...
Bu şəcərəyə əsaslanmaqla “Kitab”dakı başqa qohumluq əla-
qələrinə də işıq salmaq olar: Banıçiçək – Qazanın dayısı qızı kimi,
Beyrək – Qazanın dayısı qızının əri kimi, Qazan – Banıçiçəyin
bibisi oğlu kimi, Uruz – Banıçiçəyin bibisi nəvəsi kimi götürülə
bilər. Belə bir qohumluq əlaqəsi assosiativ olaraq bəzi məqamları
da yada salır: Aruz tərəfindən qılınclanmış Beyrək can verərkən
1
K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.43-44.
“Dədə Qorqud”un möcüzələr dünyası
57
Banıçiçəyin gələcək taleyini də düşünür. O istəmir ki, “üç öpüb –
bir dişləyib, qızıl üzüyü barmağına taxdığı” Banıçiçək ömrünü
Basatla çürütsün (qeyd etdiyimiz kimi, Basat Banıçiçəyin əmiza-
dəsidir): “Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadıŋ” (D-
299). Əksinə, təkidlə deyir ki, Qazan Banıçiçəyi oğluna (Uruza)
alsın: “Qazan maŋa yetişsün. Mənim qanım Aruza qomasun. Ağca
yüzlü görklümi oğlına alı versün” (D-299). Boyun, həm də
“Kitab”ın sonunda bəlli olur ki, Qazan Beyrəyin qanını dayısından
alır: “...Qaragünə atdan endi. Aruzın başın kəsdi” (D-302). Bu
detal isə Banıçiçəyin sonrakı taleyi ilə bağlı müəyyən süjetləri
bərpa etməyə imkan yaradır: göz açaraq gördüyü, könül verib
sevdiyi Beyrəyin ölüm xəbərini eşidəndə payız alması kimi al
yanağını dartan, yırtan Banıçiçək Basata yox, Uruza könül verir,
qayınatası Qazanın, qayınanası Burla xatunun hörmət və məhəb-
bətini qazanır, xanımlar xanımı Burla xatunun ən layiqli davam-
çısı statusunda çıxış edir... Onu üç öpüb, bir dişləyən Beyrəyi isə
qəlbinin dərinliklərində saxlayır, şam kimi yandığını, için-için
ağladığını bir kimsəyə bildirmir, taleyin hökmü ilə barışır...
Bəkil. Etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Konkret
desək, gözləmək, qorumaq, elin bəyi və s. kimi mənalarda izah
olunub. Bəkilin qohumluq münasibətlərini əks etdirən nümunələrə
isə az təsadüf olunur: Oğlancıqları qarşu gəldi, oxşamadı (D-238);
Oğlancuğı Əmran bəhadır babasına qarşu gəldi (D-240); Xatun
ayıtdı: ...Kişi, qoynında yatan həlalına sirrini deməzmi olur? (D-
242). Bu cümlələrin semantik yükü Bəkilin qohumluq dərəcəsi ilə
bağlı aşağıdakıları qeyd etməyə imkan verir:
babası və nənəsi, atası və anasının kimliyini əks etdirən
nümunələrə rast gəlinmir
arvadı (xatunu, halalı) – mətndə adı çəkilməsə də, əsas
obrazlardan biri kimi çıxış edir
oğlu – Əmran
digər oğlu – mətndə ona birbaşa işarə olunur
(yuxarıdakı nümunələrə bax)
“Dədə Qorqud”un möcüzələr dünyası
58
gəlini – mətndə ona işarə edilir (“Ala gözlü oğlına al duvaxlı
gəlin aldı”)
Bəgdüz Əmən. Onun ləqəbi kimi işlənmiş “bığı qanlı” ifadə-
si igidlik məzmunludur. “Bəgdüz Əmən” modelində “bəg” titul,
“düz” doğru, sədaqətli, “əmən” isə məşhur, nəcib mənalarında
şərh olunur. Bəgdüzün bir sıra xarakterik cəhətləri onun bədii təyi-
nində obrazlı şəkildə canlandırılıb: “Varıban peyğəmbəriŋ yüzini
görən, gəlübəni Oğuzda səhabəsi olan, acığı tutanda bıqlarında
qan çıqan bığı qanlu Bəgdüz Əmən...” “Kitab”ın poetik struktu-
runda Bəgdüzün qohumluq əlaqələrinin ifadə edən detallar yox
dərəcəsindədir. Diqqətçəkən nümunələrdən biri isə Qazılıq qoca
oğlu Yeynəyin dilində müşahidə olunur: “Dayım Əmən imiş, anı
bildim. Döndüm ol ərə səlam verdim” (D-207). Bəgdüzün qohum-
luq münasibətlərinə də, əsasən, bu cümlə kontekstində aydınlıq
gətirmək mümkündür (şübhəsiz ki, şərtilik nəzərə alınmaqla):
bacısının əri, kürəkəni – Qazılıq qoca
bacısı oğlu – Yeynək (Qazılıq qocanın oğlu)
Şərti olaraq təqdim etdiyimiz bu qohumluq əlaqələri ilə bağlı
bəzi detallara aydınlıq gətirmək lazım gəlir: O.Ş.Gökyayın fikrin-
cə, “Kitab”da “Əmən” adlı üç qəhrəman var: Emen (Bin Bügdüz
başları), Emen (Bıyığı – kanlu Bügdüz), Emren (İstanbul, 2000,
səh.322). Fikrimizcə, bu, eyni qəhrəmanın müxtəlif adlarla təqdi-
mindən başqa bir şey deyil: birincisi, ona görə ki “Emen (Bin
Bügduz başları) – Əmən (biŋ Bəgdüz başları)” IV boyda Aruzla
birlikdə, daha dəqiqi, ardıcıl sıralanmış cümlələrdə təqdim olunur:
“Anuŋ ardınca biŋ Bəgdüz başları Əmən yetdi. Anuŋ ardınca
toquz qoca başları Aruz yetdi” (D-151); ikincisi, “Emen (Bıyığı –
kanlu Bügdüz) – Əmən (Bığı qanlu Bəgdüz)” VIII boyda yenə də
Aruzla birlikdə məhz ardıcıl sıralanmış cümlələr kontekstində
verilir: “Bığı qanlu Bəgdüz Əmən əlində zəbun oldı. Ağ saqallu
Aruz qocaya qan qusdırdı” (D-219); üçüncüsü, XII boyda Aruzun
köməyə çağırdığı bəylər sırasında Əmənin adı ilk olaraq çəkilir:
“Aruz qayət səxt oldı. Taş Oğuz bəglərinə adam saldı: “Əmən
gəlsün, Alp Rüstəm gəlsün, Dönəbilməz Dülək Uran gəlsün, gerü
“Dədə Qorqud”un möcüzələr dünyası
59
qalan bəglər həb gəlsün!” – dedi” (D-294) dördüncüsü, XII boyda
Aruz və Əmən adlarının nəinki ardıcıl verilmiş cümlələr, hətta
bir cümlə daxilində yanaşı işlənməsi müşahidə olunur: “Taş Oğuz
bəglərindən Aruz, Əmən və qalan bəglər bunı eşitdilər...” (D-292).
Bu qənaətlər “Kitab”dakı digər cəhətlərə də işıq salır. İlk olaraq
Əmənin qohumluq əlaqəsinin əhatə dairəsinin genişlənməsinə
diqqət yetirək:
əmizadəsi – Qazanın qarıcıq anası
əmizadəsinin əri – Ulaş
əmizadəsinin oğlu – Qazan
əmizadəsinin oğlu – Qaragünə
əmizadəsinin nəvəsi – Uruz
əmizadəsinin nəvəsi – Qarabudaq
əmizadəsinin gəlini – Burla xatun
əmizadəsinin qudası – Bayındır xan...
Bügdüz Əmənlə bağlı digər cəhətləri isə belə ümumiləş-
dirmək olar: Daş Oğuzda ikinci şəxs statusunda çıxış edir; üç adla
tanınan qəhrəmandır (Əmən, Bügdüz başları Əmən, Bığı qanlu
Bəgdüz Əmən: buradakı bin “Bügdüz başları” titul, “Bığı qanlu”
isə ləqəbdir.
Maraqlıdır ki, Aruzla Qazanın arasındakı soyuq müna-sibət-
lər Əmən – Qazan münasibətlərində də özünü göstərir. Məsələn,
Aruzla Əmənin dialoqunda bu soyuq münasibət açıq-aşkar görü-
nür: “Aruz aydır ki, “Mərə qavat, biz Qazana düşmənüz” – dedim.
Əmən aydır: “Eyü demişsən” (D-295). Bu məqamda assosiativ
olaraq Əmənin bacısı oğlu Yeynəklə Qazan, eyni zamanda Yey-
nəklə Qazanın qardaşı oğlu və kürəkəni Budaq (Qarabudaq) ara-
sındakı münasibətlər də yada düşür: Yeynək bilərəkdən Qazanın
(xalası oğlunun; hər ikisinin anası Daş Oğuzdan olduğu üçün belə
bir qohumluq əlaqəsindən bəhs etmək olar) xristian keçmişinə işa-
rə edir: “Qoŋur atlu Qazana “keşiş” deyən bəg Yegnək Turı ayğı-
rına bindi” (D-37) (bax: Kafirlərin qohumluğu); Qarabudaq Yey-
nəyi boşboğazlığına görə ittiham edir: “Budaq aydar: “Bunda laf
urub nedirsən? Çünki ər dilərsin, varub babaŋı qurtarsaŋa! Nə on
“Dədə Qorqud”un möcüzələr dünyası
60
altı yıldır tutsaqdırr?” – dedi” (D-204). Şübhəsiz ki, bu cür detal-
lar “Kitab”dakı başqa gizli motivlərin açılmasına da kömək edə
bilər.
Buŋlu qoca. Təpəgözün xidmətçilərindən biri olan Buŋlu
qoca epizodik obrazlardandır. Qorqudşünaslıqda “Buŋlu” adı izti-
rablı, kədərl; dəlisov, sərsəm kimi mənalarda izah olunur ki, bu da
həmin obrazın boydakı statusu ilə birbaşa səsləşir. Buŋlu qocanın
qohumluq əlaqələri ilə bağlı heç nə söyləmək mümkün deyil.
Buğac. Yalnız I boyda işlənib. Bu adın mənası “Kitab”da
tam aydın şəkildə ifadə edildiyi üçün heç bir şərh vermir və onu
eynilə təqdim edirik: “Bayındır xanıŋ ağ meydanında bu oğlan
cəng etmişdir. Bir buğa öldürmüş səniŋ oğlıŋ” adı Buğac olsun...”.
Buğacın qohumluğunu təsdiqləyən bir neçə nümunəyə nəzər
salaq: “Dirsə xan oğlu Buğac xan boyını bəyan edər...” (D-10);
“Bəri gəlgil, aq südin əmdigim, qadunım ana!” (D-28).
babası və nənəsi ilə bağlı heç bir detala təsadüf olunmur
atası – Dirsə xan
anası – mətndə adı konkret olaraq çəkilməsə də, boyun əsas
obrazlarından biri kimi görünür
Dədə Qorqud. “Kitab”da üstün mövqedə görünən bu
modelin dörd dəfə “Qorqud ata” şəklində işlənməsinə rast gəlinir.
Qorqudşünaslıqda bu modellərdəki sözlərin məna yükü barədə
kifayət qədər bəhs olunub: dədə – yol göstərən, aqil, müdrik, ağ-
saqqal...; ata-rəhbər, tərbiyəçi, yolgöstərən...; qorqud – ruzi verən,
ruzulu ata, xeyir qoruyan, xoşbəxtlik odu, bəxt odu, od tanrısı...
Burada dədə və ata sözlərinin eyni semantik yuvaya daxil olmasını
xüsusilə vurğulamaq lazımdır.
“Dastan”da Dədə Qorqudun bayat tayfasından olmasına bir-
başa işarə edilir: “Rəsul Əleyhissəlam zəmanına yaqın Bayat bo-
yından, Qorqut ata diyər, bir ər qopdı” (D-2). Qohumluq əlaqələ-
rini ifadə edən konkret nümunələrə isə təsadüf olunmur. Amma
bunu da unutmaq olmaz ki, Dədə Qorqud Oğuz elinin kamil bilici-
si, yol göstərəni, məsləhət verəni, boy boylayanı, soy soylayanı-
dır... Oğuz elinin beşikdəki körpəsi də, at belində döyüşən igidi
“Dədə Qorqud”un möcüzələr dünyası
61
də, qocası, ahılı da onun üçün qohumdur, doğmadan doğma
adamlardır... Sanki onların hər biri atası Qara Xocanın (bir sıra
tarixi mənbələrdə belə göstərilir) yadigarlarıdır.
Dəli Domrul. Qorqudşünaslıqda “dəli” sözü daha çox igid,
qorxmaz, “domrul” isə nəsil verən, həyat başlanğıcı mənasında
şərh olunur. V boyun əsas qəhrəmanlarından biri kimi çıxış edən
Dəli Domrulun qohumluq əlaqələri aşağıdakı kimidir:
babası və nənəsilə bağlı parçalara təsadüf olunmur
atası – Duxa qoca
anası – mətndə adı şəkilməsə də, əsas obrazlardan biri kimi
görünür: “Toquz ay tar qarnımda götürdigim, oğul!” (D-165).
arvadı və oğulları – mətndə onlara birbaşa işarə olunur: “Yad
qızı həlalım var, andan mənim iki oğlancığım var...” (D-166).
Dəli Dondar (Tundar, Tundaz, Tondaz). Bu antroponimik
modeldəki “dəli” sözü igid, qəhrəman, “dondar” isə silahlandıran,
döyüşə hazır edən mənasındadır. Dəli Dondarın bədii təyini
belədir: “Dəmir qapu Dərvəndəki dəmür qapuyı dəpüb alan, altmış
tutam ala köndəriniŋ ucında ər bəgürdən Qiyan Səlcük oğlı Dəli
Donda ...” (D-60). Bu parçaya, eləcə də “Kitab”ın poetik
strukturundakı uyğun nümunələrə söykənməklə Dəli Dondarın
qohumluq əlaqələrinə aydınlıq gətirmək olar:
babası – Aruz
nənəsi – Aruzun arvadı
atası – Qıyan Səlcik
anası – mətn kontekstində müəyyənləşə bilir (bax: Aruzun
qohumluğu)
əmisi – Basat
əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək...
əmizadəsinin qudası – Baybörə (Baybicanın qudası)
əmizadəsinin əri – Beyrək (Banıçiçəyin əri)
atasının bibisi – Qazanın anası, Aruzun bacısı
atasının bibisi oğlu – Qazan
atasının bibisi oğlu – Qaragünə
atasının bibisi nəvəsi – Uruz (Qazanın oğlu)
“Dədə Qorqud”un möcüzələr dünyası
62
atasının bibisi nəvəsi – Qarabudaq (Qaragünənin oğlu)
atasının bibisi nəvəsi – Qazanın qızı (Qarabudağın arvadı)
atasının bibisi gəlini – Burla xatun (Bayındırın qızı)
atasının bibisi oğlunun qayınatası – Bayındır (Qazanın
qayınatası)
Dəli Uran. Yalnız VII boyda işlənmişdir, apelyativlərinin se-
mantik yükü ilə bağlı kifayət qədər bəhs olunub: “dəli” sözü igid,
“uran” isə biçən, kəsən, vuran mənasında səciyyələndirilib. “Ki-
tab”da cəmi bir dəfə işlənmiş Dəli Uranın “Əjdəhalar ağzından
adam alan” bədii təyini birbaşa onun qəhrəmanlığını qabartmağa
xidmət edir. Dəli Uranın qohumluq əlaqələrini ifadə edən parça-
lara rast gəlinmir.
Dəli Qarçar. Bu adın etimologiyası ilə bağlı 1999-cu ildə
söylədiklərimi eynilə təqdim edirəm: “Dəli Qarçar antroponimik
modelində “Dəli” ləqəbi igid mənasındadır. “Qarçar” antroponi-
minə isə tarixi-etimoloji prizmadan yanaşsaq, həmin antroponim
“qaraca+ər” konstruksiyasının inkişafı əsasında yaranmışdır –
fikrini söyləmək mümkündür... “Dəli Qarçar” antroponimik
modelindəki hər üç apelyativ igidlik simvolludur: dəli (igid),
qara//qaraca (böyük, qüdrətli, güclü), ər (igid, qəhrəman)...”
1
. III
boyda qəhrəmanlardan biri kimi çıxış edən Dəli Qarçarın
qohumluq münasibətləri ilə bağlı aşağıdakıları qeyd etmək olar:
atası – Baybican
anası – adı çəkilmir, mətn kontekstində müəyyənləşir
bacısı – Banıçiçək
bacısının əri – Beyrək
bacısının qayınatası – Baybörə
əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dəli Dondar
Dəmirgüci. Apelyativləri (dəmir+güc) igidlik, mərdlik
məzmunludur. II boyda epizodik obrazlardan biri kimi görünən
Dəmirgücinin qohumluq əlaqələrinin əhatə dairəsi o qədər də
geniş deyil:
1
Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”da şəxs adları. Bakı, 1999, s.96.
“Dədə Qorqud”un möcüzələr dünyası
63
qardaşı – Qaraca çoban
qardaşı – Qabangüci
Dəmür Tonlu Mamaq. Yalnız VIII boyda müşahidə edilir:
“Dəmür Tonlu” igidlik məzmunlu ləqəbdir; “mamaq” apelyativi
isə M.Kaşğarinin “Divan”ındakı öküz anlamlı “mama” sözü ilə
səsləşir; “Kitab”da “Mamaq”ın qohumluq münasibətlərini ifadə
edən nümunələrə rast gəlinmir.
Dirsə xan. Yalnız I boyda təsadüf olunann Dirsə antro-
poniminin Allah adam, diri adam mənasında olması ehtimal edilir.
Müqayisələr göstərir ki, “Kitab”da Bayındır xan, Qazan xan, Aruz
kimi Oğuz bəylərindən fərqli olaraq, Dirsənin qohumluq əlaqələri
nisbətən zəif görünür:
arvadı, xatunu – boyun əsas qəhrəmanlarından olsa da, adı
çəkilmir. Dirsə xan ona qavunım, verəgim, döləgim xan qızı, –
deyə müraciət edir (Xan qızı, yerimdən tirayınmı?)
oğlu – Buğac
Dözən. İgidlik məzmunlu bir ad kimi səciyyələndirilir, daha
doğrusu, dözən, tab gətirən mənasında izah olunur; Qohumluq
əlaqələrini əks etdirən nümunələr çox azdır. “Dözən oğlı Alp
Rüstəm” antroponimik modelinə görə onun Alp Rüstəm adlı oğlu
olduğunu söyləmək mümkündür. Yaxud Alp Rüstəmin dilindən
verilmiş “eki qardaş bəbəgin öldürüb zəlil gəzən” feli birləşmə-
sinin semantikasına əsaslanmaqla Dözənin Alp Rüstəmdən başqa,
oğlu və nəvələri də vardır – qənaətinə gəlmək mümkündür.
Bunları aşağıdakı kimi sistemləşdirmək olar:
oğlu – Alp Rüstəm
oğlu – mətn kontekstində müəyyənləşir
nəvələri – mətn kontekstində müəyyənləşir
Duxa qoca. V boyda müşahidə olunan “Duxa” adının vur,
döy anlamlı “tok” feli əsasında yarandığı ehtimal edilir; onun
qohumluq əlaqələri də yalnız V boyla məhdudlaşır ki, bu da əsa-
sən aşağıdakıları əhatə edir:
arvadı – mətndə adı çəkilməsə də, əsas obrazlardan biri kimi
çıxış edir
“Dədə Qorqud”un möcüzələr dünyası
64
oğlu – Dəli Domrul
nəvələri – Dəli Domrulun oğulları (mətndə onlara işarə
edilir)
gəlini – Dəli Domrulun arvadı
Dügər: igidlik məzmunlu antroponimdir; etnonim əsasında
yaranıb (tügər); “bin qövm başları” tituluna görə digər qəhrə-
manlardan fərqlənir; IV boyda cəmi bir dəfə işlənmişdir; onun
qohumluq əlaqələrini ifadə edən hər hansı bir detala rast gəlinmir.
Dönəbilməz Dülək Uran. VII, XI və XII boylarda müşahi-
də olunan bu antroponimin apelyativlərini belə səciyyələndirmək
olar: dönəbilməz – sözündən dönməyən, döyüşdə daim irəli atı-
lan...; dülək – güclü, qüvvətli, qüdrətli; uran – vuran, biçən, kəsən.
Onun qohumluq əlaqələri ilə bağlı aşağıdakıları söyləmək
mümkündür:
atası – İlək qoca
anası – mətndə təsadüf olunmur
qardaşı – Alb Ərən
qardaşı – Sarı Qalmaş
qardaşının qayınatası – Ağ Məlik (Alb Ərənin qayınatası)
qardaşı arvadı – Çeşmə (Alb Ərənin arvadı)
Əgrək. Beyrək, Yegnək, Səgrək kimi adlarla alliterasiya
xəttində birləşən “Əgrək”in “əymək” apelyativi əsasında yaranma-
sını igidlik məzmunlu bir ad olmasını ehtimal etmişdim
1
. Məlumat
üçün deyim ki, belə bir yozum qədim türk ad yaradıcılığı ilə
birbaşa bağlanır. Amma “Əgrək” adını başqa prizmadan da izah
etmək mümkündür. Fikrimcə, “Əgrək” adı “erkəg//ərkəg” apelya-
tivi əsasında yaranmışdır: birincisi, ona görə ki “Əgrək” adı ilə
“ərkəg” (kişi cinsinə mənsub fərd; kişi; kişi kimi möhkəm, güclü)
sözü fonetik tərkibcə çox yaxındır, konkret desək, “Əgrək” şəxs
adı “ərgək” sözünün metatezaya uğramış bir forması kimi görü-
nür: ərkəg=Əgrək; ikincisi, erkəg//ərkəg apelyativinin semantik
yükü türk kişi adlarının yaranma əsaslarına tam uyğun gəlir (kişi
1
Ə.Tanrıverdi. “Kitabi-Dədə Qorqud”da şəxs adları. Bakı, 1999, s.132.
“Dədə Qorqud”un möcüzələr dünyası
65
kimi möhkəm, güclü). Müq.et: Ərən, Kişi...; üçüncüsü, “Kitab”da
“erkək” sifəti totemlə bağlı olan sözlərlə birlikdə işlənib, həm də
bir təyinedici kimi üstün mövqedə görünür: Ağ qayanıŋ qaplanı-
nın ergəgində bir köküm var; Əzvay qurd ənügi erkəgində bir kö-
küm var; Ağ sunqur quşı erkəgində bir köküm var...; dördüncüsü
təqdim etdiyimiz nümunələrdə “erkəg” sözündən əvvəl işlənmiş
qaplan, qurd və ağ sunqur vahidləri qədim türk dilində təkcə
apelyativlər kimi yox, həm də şəxs adları kimi intensivdir: Qaplan,
Ağ sunqur (qurd sözünün sinonimi olan “börü” apelyativi əsasında
yaranmış “Baybörə” və Beyrək (börüyək) adlarından bəhs etmi-
şik); beşincisi, Səyrəyin nişanlısının dilindən verilmiş “ərkəg si-
nəg” (erkək milçək) ifadəsini təsadüfi hesab etmək olmaz: “Ərkəg
sinəgi üzərimə qondırmıyam...” (D-260). Burada “ərkəg” sifətinin
Əgrək və Səgrək şəxs adları ilə assosiativliyi açıq-aydın görünür
və bu assosiativlik təkcə alliterativ qafiyələnmədə (Əgrək, Səgrək-
ərkəg) yox, eyni zamanda Əgrək adı ilə “ərkəg sinəgi” (litota kimi
işlənib) ifadəsinin semantik bağlılığında özünü göstərir. Həmin
misranın semantik yükünə diqqət yetirək: nişanlısı Səyrəyin yolu-
nu gözləməkdə israrlıdır; Səyrəyin ölüm xəbərini gətirənin başını
kəsməyə hazırdır; sinəsinə heç bir kişini, heç bir erkəyi, hətta er-
kək milçəyi belə qondurmaq fikrində deyil. Bu müstəvidə Səy-
rəyin nişanlısı olduqca sədaqətli, olduqca namuslu, olduqca qey-
rətli bir türk qadınının ümumiləşdirilmiş obrazı kimi çıxış edir.
Hətta o, bu müstəvidə “...Yoxsa iyrənc dinli kafirin döşəyinə gi-
rimmi?” – deyən xanlar xanı Bayındırın qızı xanımlar xanımı
Burla xatundan çox yüksəkdə durur.
Bir sıra cümlələrdə Əyrəyin igidliyi xüsusi olaraq qabardılır;
“Bəhadır, dəlü, yaxşı yıgıd idi” (D-253); Qohumluq münasibətlə-
rini mətn kontekstində asanlıqla müəyyən etmək mümkündür:
“Uşun qoca deərlər, bir kişi vardı... Ulu oğlınıŋ adı Əgrək idi” (D-
253); “Məgər xanım, Uşun qocanıŋ kiçi oğlı Səgrək eyü, bəhadır,
alp, dəlü yigit qopdı” (D-256); “Ulu oğlına dəxi görklü gəlin
gətürdi” (D-271)... Bu tip cümlələrə, həm də X boyun məzmunu-
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |