Sarı Qalmaş: apelyativlərinin məna yükü belə səciyyə-
ləndirilir:“sarı”–yetkin, kamil;“qalmaş”– qalmaq (durmaq)+ma+ş;
atasının adı antroponimik modelində ifadə olunub: “İlək qoca oğlı
“Dədə Qorqud”un möcüzələr dünyası
77
Sarı Qalmaş”. Bu mənada “Sarı Qalmaş”ın qohumluq əlaqələri
“İlək qoca” ilə bağlı verilmiş cümlələrdə daha aydın görünür. Bu
tip cümlələrə (əvvəlki səhifələrə bax) istinad edərək aşağıdakıları
qeyd etmək olar:
atası – İlək qoca
qardaşı – Dönəbilməz Dülək Uran
qardaşı – Alb (Alp) Ərən
qardaşı arvadı, yengəsi – Çeşmə (Alp Ərənin arvadı, Ağ
Məliyin qızı)
qardaşının qayınatası – Ağ Məlik
Savqan Sarı: “Kitab”da az təsadüf olunan adlardandır, cəmi
bir dəfə işlənib; antroponimik modeldəki “savqan” qasid, xəbərçi,
xəbər aparan, “sarı” isə yetkin, kamil anlamlı söz kimi izah
olunur. Savqan Sarının qohumluq əlaqələri ilə bağlı heç bir fikir
söyləmək olmur.
Səgrək: qeyd etdiyimiz kimi, formaca Beyrək, Yegnək kimi
adlarla səsləşir, həmin adlarla alliterasiya xəttində birləşir; igidlik
məzmunludur, səyirdən, sıçrayan, çapan mənasındadır; onun qo-
humluq əlaqələri aşağıdakı kimidir:
atası – Uşun qoca
anası – mətndə adı çəkilməsə də, dolğun bir obraz təəssüratı
yaradır
qardaşı – Əgrək
arvadı – mətndə ona işarə edilir: “...Eki qardaş bir-birinə sağ-
dıc oldılar, gərdəklərinə çapub düşdilər” (D-271). Burada bir mə-
qamı da qeyd etmək lazım gəlir: boyun əvvəlində Səyrəyin nişan-
lısı ən namuslu, ən qeyrətli bir türk qadını kimi təqdim olunur
(bax: Əyrəyin qohumluğu)
qardaşı arvadı, yengəsi – Əyrəyin arvadı
əmiləri – VIII boyda onlara birbaşa işarə edilir (bax: Əyrəklə
bağlı bölmə)
Şir Şəmsəddin: bu modeldəki fars mənşəli “şir” sözü igid,
cəsur, ərəb mənşəli “Şəmsəddin” isə dinin günəşi mənasındadır;
bədii təyinində igidliyi xüsusi olaraq qabardılır: “Dəstursızca Ba-
“Dədə Qorqud”un möcüzələr dünyası
78
yındır xanıŋ yağısını basan, altmış biŋ kafərə qan qusduran, ağ-
boz atıŋ yalısı üzərində qar turdıran Ğəflət qoca oğlı Şir Şəm-
səddin...” (D-61); onun qohumluq münasibətlərinin əhatə dairəsi
ilə bağlı yalnız bir faktı qeyd etmək mümkündür: atası – Ğəflər
qoca.
Tərs Uzamış: buradakı “tərs” sözü dediyindən geri durma-
yan, sözündən dönməyən, “uzamış” isə bacarıqlı, uğurlu və s. kimi
məna yükünə malikdir; “Kitab”da dörd dəfə işlənmiş “Tərs Uza-
mış”ın qohumluq əlaqələri ilə bağlı heç bir fikir ifadə etmək
mümkün deyil.
Toğsun: apelyativinin məna yükü iki cür düşünülə bilir: ya-
ransın, əmələ gəlsin, meydana çıxsın; vursun, döysün, zərbə en-
dirsin; ikinci izah həm “Kitab”ın poetik strukturuna, həm də qə-
dim türk ad sisteminə daha çox uyğun gəlir. Alp Rüstəmin antro-
ponimik modelində müşahidə olunan (Toğsun oğlı Rüstəm) Toğ-
sunun qohumluq əlaqələri, əsasən, aşağıdakı kimidir:
oğlu – Alp Rüstəm
oğlu – mətndə ona işarə edilir
nəvələri – mətndə onlara işarə olunur (bax: Alp Rüstəmlə
bağlı bölmə)
Ulaş: daha çox ucalığa tay, yüksək, böyük anlamlı bir antro-
ponim kimi izah olunur. Ulaşın qohumluq əlaqələrinin aşkarlan-
masında Qazanın antroponimik modeli (Ulaş oğlı Salur Qazan)
xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “Qaragünə Ulaşın oğludur”,
“Qarabudaq Ulaşın nəvəsidir”, yaxud “Uruz Qazanın oğlu, Ulaşın
nəvəsidir” kimi hökmlər məhz Qazana görə verilə bilir, daha doğ-
rusu, Qazanın dilindən verilmiş “Qartaşım Qaragünəyi gördüm...”,
“A bəglər, Uruz xub söylədi, şəkər yedi...” tipli cümlələrin seman-
tikasına əsaslanmaqla söylənilir. Konkret desək, “Kitab”da “Ulaş
oğlı Qaragünə” antroponimik modeli yoxdur. Əksinə, “Ulaş oğlı
Salur Qazan” modeli üstün mövqedə görünür.
Ulaşın qohumluq əlaqələrini aşağıdakı kimi sistemləşdirmək
olar:
“Dədə Qorqud”un möcüzələr dünyası
79
arvadı – II boyda ona işarə edilir (Qazanın dilində: “Qarıcıq
anam gətürüb durursan, mərə kafər, anamı vergil maŋa ...)
oğlu – Qazan
oğlu – Qaragünə
nəvəsi – Uruz (Qazanın oğlu)
nəvəsi – Qazanın qızı (əvvəlki səhifələrə bax)
nəvəsi – Qarabudaq (Qaragünənin oğlu)
qudası – Bayındır
gəlini – Burla xatun (Qazasnın arvadı)
qudasının atası – Qam Ğan (Bayındırın atası)
qaynı – Aruz
qaynı arvadı – Aruzun arvadı, mətndə ona işarə olunur
qaynı oğlu– Basat (Aruzun oğlu)
qaynı oğlu – Qıyan Selcik (Aruzun oğlu)
qaynı gəlini – Aruzun gəlini, Qıyan Səlcikin arvadı
qaynı nəvəsi – Dəli Dondar (Aruzun nəvəsi, Qıyan Selcikin
oğlu)
qaynının əmizadələri–Baybican,Dəli Qarçar, Banıçiçək
bacanağı – Beyrək (hər ikisi Daş Oğuzdan – Aruzun nəslin-
dən qız aldığı üçün şərti olaraq bacanaq kimi götürülə bilər)
Burada Ulaşın qohumluq əlaqələri ilə bağlı bir məqam da
yada düşür: nəvələri ailə qurub, oğulları qudadır, daha dəqiqi,
Qaragünənin oğlu Qarabudaq Qazanın qızını alıb.
Uruz. Bu adın apelyativi daha çox bəxt, tale, səadət, xoş-
bəxtlik mənalarında izah olunur, onun antroponimik modeli IV
boyun adında aydın şəkildə verilib: “Qazan bəg oğlı Uruz bəg”.
Bu modelin semantikasına, eyni zamanda “Məgər sən xan Qaza-
nın oğlı degilsən?” – dedi. Uruz qaqdı, aydır: “Mərə qavat, mə-
nim babam Bayındır xan degilmidir?” Ayıtdı: “Yox, ol, ananıŋ ba-
basıdır, səniŋ dədəŋdir” kimi parçalara əsaslanaraq Uruzun qo-
humluq münasibətləri ilə bağlı ən əsas cəhətləri dəqiqləşdirmək
olar. Uruzun qohumluğu təsvir olunmuş yuxarıdakı parçanın
əhəmiyyəti, “Kitab”ın poetik strukturundakı yeri barədə K.Əliyev
də bəhs edib. Müəllif həmin parçanı Uruzun özünü tanıması kon-
“Dədə Qorqud”un möcüzələr dünyası
80
tekstində şərh edir: “...Uruzun kim olması və epik ənənəyə uyğun
gələn qəhrəmanlıq göstərməsi və onun haqqında ən əhəmiyyətli
məlumatlar məhz XI boyda, yəni “Salur Qazanın dustaq olduğu və
oğlu Uruzun onu xilas etdiyi boy”da verilir. Burada, ilk növbədə,
gənc Uruz özü özünü tanıyır”
1
. Bütün bu deyilənləri nəzərə alaraq
Uruzun qohumluq əlaqələri ilə bağlı aşağıdakı nəticələri söyləmək
olar:
ulu babası – Qam Ğan
babası – bayındır (ana babası)
babası – Ulaş (ata babası)
nənəsi – Ulaşın arvadı
atası – Qazan
anası – Burla xatun
bacısı – Qarabudağın arvadı
arvadı – mətndə ona işarə edilir (bax: Qazanın gəlini)
əmisi – Qaragünə
əmisi oğlu və bacısının əri – Qarabudaq
atasının dayısı – Aruz
atasının dayısı oğlu – Basat
atasının dayısı oğlu – Qıyan Səlcik
atasının dayısı gəlini – Aruzun gəlini, Qıyan Səlcikin arvadı
IV boyun əvvəlində təsvir olunur ki, Uruz keşişin qızını
almaq istəyir:
Pilon geyən keşişiŋ əlin öpərəm,
Qara gözlü kafər qızın mən aluram.
Həmin boyun sonrakı hissələrində isə Uruz anası Burla
xatuna deyir:
Yad qızı həlalıma dəstur versün!
Maŋa tutan gərdəgə ayrıq girsün!
1
K.Əliyev. Eposun poetikası:“Dədə Qorqud” və “Koroğlu”.Bakı,2011,s.57.
“Dədə Qorqud”un möcüzələr dünyası
81
Bu parçaların semantikasını qarşılaşdırsaq, yad qızı keşişin
qızıdır, keşiş Uruzun qayınatasıdır – qənaətinə də gəlmək müm-
kündür.
XII boyda Beyrəyin dilindən verilmiş parçaya nəzər salaq:
Ağca yüzli görklümi Aruz oğlı Basat gəlüb almadın...
Qazan maŋa yetişsün.
Mənim qanım Aruza qomasın
Ağca yüzlü görklümi oğlına alı versün...
Bu parçanın semantik tutumu isə belə bir ehtimalı söyləməyə
əsas verir: Banıçiçək Basata yox, Uruza könül verə bilər, onun
xatunu (arvadı) ola bilər.
atasının dayısı nəvəsi – Dondar (Aruzun nəvəsi, Qıyan Səlci-
kin oğlu)
nənəsinin əmizadələri (Qazanın anasının əmizadələri) – Bay-
bican, Dəli Qarçar, Banıçiçək
nənəsinin əmizadəsinin qudası – Baybicanın qudası Baybörə
nənəsinin əmizadəsinin əri – Banıçiçəyin əri Beyrək
Uşun qoca: VIII və X boylarda işlənib; eponimlə bağlı olan
adlar sırasına daxildir; “uşun” apelyativi bir sıra lüğətlərdə, o
cümlədən M.Kaşğarinin “Divan”ında “çiyinin başı, üst hissəsi”
mənasında verildiyi üçün igidlik, məğrurluq məzmunlu adlarından
biri kimi izah olunur; Uşun qocanın qohumluq əlaqələri ilə bağlı
aşağıdakıları qeyd etmək olar:
arvadı – mətndə bir obraz kimi çıxış etsə də, adı verilməyib
oğlu Əyrək
oğlu Səyrək
gəlini – Əyrəyin arvadı
gəlini – Səyrəyin arvadı
qardaşları – VIII boyda onlara işarə edilir (əvvəlki səhifələrə
bax)
Yağrıncı: VII boyda işlənib; kürək anlamlı “yağrın” apelya-
tivinə görə düşmənin kürəyini yerə vuran”, “məğlub edən” və s.
kimi mənalarda izah olunub (Əzizxan Tanrıverdi. “Kitabi-Dədə
Qorqud”un söz dünyası. Bakı, 2006, s.13); onun qohumluq əla-
“Dədə Qorqud”un möcüzələr dünyası
82
qələri ilə bağlı cəmi bir detalı müşahidə etdik: oğlunun adı İlal-
mışdır. Bu da İlalmışın antroponimik modelində aydın şəkildə ve-
rilib: “Yağrıncı oğlı İlalmış”.
Yalançı: III boyda müşahidə olunur, “yalançı” apelyativi
“yalan söyləyən” mənasındadır; qorqudşünaslıqda daha çox əsl
şəxs adı kimi yox, qeyri-real, poetik ad kimi izah olunur. Bu mə-
nada onun qohumluq əlaqələrindən şərti olaraq bəhs edirik: oğlu –
Yırtacuq//Yalancuq.
Yırtacuq//Yalancuq: hər iki apelyativ “yalan söyləyən” mə-
nasında izah olunur: yırtacuq (ağzı yırtıq, yalan söyləyən), yalan-
cuq (yalan danışan, yalan söyləyən); yuxarıda “Yalançı” adının da
“yalan söyləyən” mənasında olduğunu göstərdik. Deməli, “Yalan-
çı oğlı Yırtacuq” və ya “Yalançı oğlı Yalancıq” modellərindəki
hər üç apelyativ (yalançı, yırtacuq, yalancıq) eyni semantik yuva-
ya daxildir. Burada da qohumluq əlaqəsindən bəhs etməyə ehtiyac
yoxdur. Çünki mənfi emosiyalı Yırtacuq//Yalancuq adının seman-
tik yükü birbaşa boyun semantikasından doğur. Bu mənada Yır-
tacuq və ya Yalancuq poetik adlar silsiləsinə daxildir. Formasına
görə “Bəkil oğlı Əmran”, “Uşun qoca oğlı Səgrək” kimi antropo-
nimik modellərlə səsləşən “Yalançı oğlı Yırtacuq” və ya “Yalançı
oğlı Yalançıq” modellərində “y” samitinin alliterasiyası ilə qalın
saitlərin assonansının sintezi müşahidə olunur ki, bu da birbaşa
obrazlılığı qüvvətləndirməyə xidmət edir.
Yapağlu qoca: apelyativi daha çox aqillik, xilas etmə, xəbər
tutma və s. anlamlı “yapağ (-lu)” sözünə uyğun gəlir; Təpəgözə
xidmətçi verilmiş iki qocadan biridir; onun qohumluq əlaqələri ilə
bağlı heç bir detala rast gəlinmir.
Yegnək: apelyativi yaxşı anlamlı “yeg” sözü ilə əlaqələn-
dirilir; II, III, IV, VII və VIII boylarda rast gəlinir; Yegnəyin
qohumluq əlaqələri ilə bağlı iki cəhət diqqəti cəlb edir:
atası – Qazılıq qoca
dayısı – Əmən
“Dədə Qorqud”un möcüzələr dünyası
83
hər iki detal “Kitab”da açıq-aydın şəkildə müşahidə olunur:
“Qazılıq qoca oğlı Yegnək” (D-201); “Dayım Əmən imiş, anı
bildim” (D-207).
Əski tariximizin bir parçasına Oğuz kişilərinin qohumluğu
müstəvisində müəyyən qədər aydınlıq gətirməyə çalışdıq (“Oğuz
xanımlarının qohumluğu” bölməsindən sonra verilmiş nəticələrə
bax).
b) Kafirlərin qohumluğu
Qorqudşünaslıqda “kafirlərə” müxtəlif prizmalardan yanaşı-
lıb. Təəccüb doğuran budur ki, kafirlərlə bağlı daha çox ziddiyyət-
li, qeyri-elmi nəticələr söylənilib. Burada diqqətçəkən bir neçə fik-
rə münasibət bildirmək zərurəti yaranır: E.Əlibəyzadəyə görə,
“Kitab”dakı kafirləri ermənilər və gürcülər kimi başa düşmək la-
zımdır: “Kitab”da bu qonşular ümumi bir adla “kafir” deyə təqdim
edilir. Ermənilər və gürcülər nəzərdə tutulur... Belə anlaşılır ki,
hələ o vaxtlar – 1400-1500 il bundan öncə qonşularımız şər-şama-
ta olublar, xəyanət, dava-dalaş həmişə onlar tərəfindən başla-
nıb...son 5-6 ilin hadisələri, təcavüz, qanlı müharibə də təsdiq edir
ki, iddialı olmaq, şər, hiylə, qərəz, ədalətsizlik bu xalqın xilqətin-
də, canında varmış... Bu həqiqət Qorqud Atanın şahidliyi ilə das-
tanlarda öz əksini və bədii həllini çox gözəl tapıb...”
1
. Müəllif
“Oğuzlar və bədxah qonşuları” ilə bağlı fikirlərini “Bəkil oğlı Əm-
ran boyu” kontekstində bir az da “dəqiqləşdirir”. Belə ki, gürcülər
sözünü ermənilərin xeyrinə ixtisar edərək yazır: “...Budur, min
dörd, min beş yüz il bundan əvvəlki erməni sifəti. Bu gün də o, bu
sifətini göstərir: bu sözün əyər-əskiyi yoxdur. Bu münasibət
tarixən eynilə davam edib gəlir...”
2
. Hörmətli professorumuzun bu
fikirləri Azərbaycan tarixinə ziddir. Əsl tarix hiss-həyəcanla, emo-
siyaya qapılmaqla yox, tutarlı fakt və arqumentlərlə danışmağı
sevir...Məgər ermənilərin Cənibi Qafqazda məskunlaşma tarixini
1
E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.111-112.
2
Yenə orada, səh.114.
“Dədə Qorqud”un möcüzələr dünyası
84
V əsrə aparmaq olarmı? Heç şübhəsiz ki, yox!!! Burada emosiya-
larını cilovlaya bilmədiyi, həm də ermənilərə kəskin nifrət bəslədi-
yi üçün qeyri-dəqiqliyə yol vermiş E.Əlibəyzadəyə yazıçı Anarın
bir fikrini xatırlatmaqla kifayətlənirik: “Kitabi-Dədə Qorqud”da
“erməni” və “hay” sözlərinə rast gəlmirik.”Təkür” sözünü erməni
kəlməsi “taqavor” kimi oxuduqda belə, bu, farsca “tacidar”dan
törənmiş qeyri-müəyyən hökmdar titulundan başqa bir şey deyil”
1
.
Ş.Cəmşidov kafirləri birbaşa erməni kimi təqdim etməsə də,
şərhlərinin ümumi semantik yükündə “kafir=erməni” modeli açıq-
aydın görünür; “...Yaxın qonşular ilə Oğuz qəhrəmanları arasında
düşmənçilik, demək olar ki, mövcud deyildir. Heç yerdə Oğuzlarla
onların yaxın qonşuları olan erməni və gürcülərlə toqquşmaya
təsadüf etmirik”
2
. Sovet ideologiyasının təsiri qabarıq şəkildə
görünən bu cümlələrdən belə anlaşılır ki, “Kitabi-Dədə Qorqud”
dövründə guya ermənilər Oğuzlarla mehriban qonşuluq şəraitində
yaşayıb.
Qeyd etdiyimiz kimi, bu cür izahlar tarixi həqiqətləri əks
etdirmir. Bu məqamda Ş.Cəmşidov və E.Əlibəyzadədən gətirdiyi-
miz sitatları semantika baxımından qarşılaşdırmaq lazım gəlir:
sitatlarda “Kitab”ın poetik strukturu, semantikası nəzərə alınma-
yıb; hər iki müəllif erməniləri Oğuzların qonşusu hesab edir; biri
erməniləri dost kimi (Ş.Cəmşidov), digəri düşmən kimi (E.Əli-
bəyzadə) təqdim edir; erməniləri dost hesab edən (Ş.Cəmşidov)
sovet dövlətinin, düşmən hesab edən isə (E.Əlibəyzadə) müstəqil
Azərbaycan dövlətinin ziyalısı kimi çıxış edir... “Kitab” isə hər iki
fikri təkzib edir. Burada M.C.Bağırovun 1951-ci il mayın 24-də
Azərbaycan K(b)P-nin XVIII qurultayındakı çıxışından bəzi par-
çaları təqdim etmək lazım gəlir. Ulu kitabımıza qarşı əsassız, həm
də qərəzli hücumları müdafiə edən M.C.Bağırov deyir: “...Bu ya-
xınlarda Azərbaycan Sovet Yazıçıları İttifaqı öz növbəti məsə-
lələrini müzakirə etdiyi zaman “Dədə Qorqud” kitabının qiymət-
1
Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, səh.33.
2
Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. Bakı, 1977, səh.109.
“Dədə Qorqud”un möcüzələr dünyası
85
ləndirilməsinə tamamilə doğru yanaşmışdır. Bəzi ədəbiyyatşünas-
lar və yazıçılar siyasi sayıqlığını itirərək uzun illər ərzində bu zə-
rərli, xalqa zidd kitabı Azərbaycan eposu adı ilə təbliğ etmişlər.
“Dədə Qorqud” xalq eposu deyildir. Bu kitab başdan-başa soyğun-
çuluq və qırğın məqsədilə Azərbaycana gələn köçəri oğuzların
hakim, yuxarı təbəqələrini tərifləməyə həsr edilmişdir. Bu kitab
tamamilə millətçilik zəhəri ilə doludur, müsəlman olmayan başqa
xalqlara, əsasən, qardaş gürcü və erməni xalqlarına qarşı yazıl-
mışdır” (“Ədəbiyyat” qəzeti, 26 may 1951-ci il). Bu parçanın se-
mantik yükü barədə qısaca olaraq aşağıdakıları söyləmək olar:
Azərbaycan türklərinin etnogenezində xüsusi yer tutan Oğuzlar
köçəri, soyğunçu adlandırılaraq təhqir edilir; “Kitab”ın guya,
gürcü və erməni xalqlarına qarşı yazıldığı xüsusi olaraq qabardı-
lır; “Kitab”ın Azərbaycan eposu olması qəti şəkildə rədd edilir.
Cənubi Qafqazdakı türk etnosunun tarixinə islam və xristian
dinləri kontekstində yanaşaraq düzgün nəticələr çıxarmış K.Bəşi-
rovun fikirləri də yuxarıda dediklərimizi arqumentləşdirir: “Türk-
lərin, o cümlədən azərbaycanlıların ilk rəsmi dinlərindən olan xris-
tianlığın islam dini xatirinə inkarı bir çox tarixi həqiqətlərin düz-
gün qavranılması yolunda bizə əngəllər yaratmışdır. Din naminə
qarşılıqlı milli imtina alban – türklərin erməniləşməsinə və ya
dünya ictimaiyyətinə ermənilər kimi tanıtdırılmasına səbəb olmuş-
dur. Dağlıq Qarabağ və Ermənistan toponimlərinin böyük əksə-
riyyətinin türk mənşəli olması, Qarabağda özlərini erməni adlandı-
ranların dil, adət və ənənələrinin gəlmələrdən əsaslı fərqi bunların
türk mənşəyindən xəbər verir”
1
.
O.Ş.Gökyay “Dədə Qorqud”un coğrafiyasından bəhs edər-
kən yazır: “Ermenistan – Arap coğrafiyaçılarına göre, Kür ile Ha-
zer arasındaki bütün memlekete, yani Gürcüstan`a, Arran (Alba-
niya) ve Derbend boyuna... kadar Kafkasya`nın dağlık bölgesine
verilen ad. Buraların tarihinin çoklukla ve özellikle müslümanlar
ilə olan dögüşlerde, Ermenistan`ın tarihine sıkıca bağlı olduğu
1
K.Bəşirov. Mürəkkəb quruluşlu Azərbaycan toponimləri. Bakı, 2008, səh.7.
“Dədə Qorqud”un möcüzələr dünyası
86
görülmektedir. Arap tarihçi ve coğrafiyaçılarının verdikleri başka
bir bilgiye göre, Berda, Arran, Nahçevan bölgeleri de Ermenis-
tan`dan sayılıyordu. Bugün Sovyetler Birligi içerisinde ve Aras`ın
kuzeyi ile onun bir kolu olan Arpaçayı arasında bir cumhuriyet
olan bölgenin adı olup başkenti Erivan`dır”
1
.
Bəri başdan qeyd edək ki, O.Ş.Gökyayın fikirləri tarixi həqi-
qətləri düzgün əks etdirmir. Müəllif unudur ki, “ərməniyyə” Er-
mənistan deyil, türklərin yaşadığı ərazinin adıdır, “ərmən” də er-
məni mənşəli yox, türk mənşəli sözdür (ər – igid, mən-adam).
Təəccüb, həm də təəssüf doğuran budur ki, “Kitab”da “hay” və
“Hayıstan” kəlmələri işlənməsə də, haylarla bağlı heç bir hadisəyə
işarə olunmasa da, O.Ş.Gökyay “Dədə Qorqud”un coğrafiyası
kontekstində “qədim” və müasir Ermənistandan bəhs edir, tarixi
faktları saf-çürük etmək əvəzinə, təhrif edilmiş şəkildə təqdim
edir. Burada bir neçə faktı xatırlatmaq lazım gəlir: birincisi,
N.Gəncəvinin “Xosrov və Şirin” poemasının “Şapurun Şirini ax-
tarmaq üçün Ərmənə getməsi” hissəsində “Ərmən” Şirinin Vətəni
kimi təqdim olunur: “Şirinin yanına bir aya gəldi... Ərmən dağları-
na gəlib yetişdi”; ikincisi, bir sıra tarixi mənbələrdə”Bərdə” Ər-
məniyyənin mərkəzi şəhəri kimi göstərilir: “...8 (VIII-Ə.T.) əsrdə
Əməvilər xilafətinin tərkibində yaradılmış canişinlik. Canişinliyin
inzibati mərkəzi Dvin (Dəbil) şəhəri idi, 789-cu ildə mərkəz Bər-
dəyə köçürüldü (Azərbaycan Sovet Ensiklopediyası. IV cild, Bakı,
1980, səh.228); üçüncüsü, etimoloji araşdırmalarda “Bərdə” daha
çox türk mənşəli söz kimi izah olunur. Ə.Haqverdiyev bu cür
araşdırmaların, demək olar ki, əksəriyyətinə münasibət bildirib:
“Bərdə qədim türk dillərindəki “qab, piyalə, kuzə” anlamlı “bart”
sözü əsasında yaranıb (A.Axundov); “Bərdə sözü qədim türk di-
lində qol, ensiz çay, sapabənzər çay, tel mənasındadır” (E.Əzi-
zov); “Bərdə adlı yaşayış məskənləri Orta Asiya, Ural və Altay
ərazilərində də vardır” (E.Murzayev); “Orta Asiyada sakların ya-
şadığı Sakistan vilayətində Bərdə adlı şəhər olmuşdur” (Q.Qrum –
1
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh LXXXVII.
“Dədə Qorqud”un möcüzələr dünyası
87
Qrijimaylo); “Bərdə toponimi sak tayfalarından olan partien
tayfasının adından alınıb, “qaçmaq” mənasını ifadə edir” (M.El-
li)... Ə.Haqverdiyev bu tip fikirlərin hər birini saf-çürük edərək
yazır: “...Çin mənbələrində xun kimi qeyd olunan hunlar eradan
əvvəl sak tayfalarının ən güclü qollarından birini təşkil etmişlər.
Onların tərkibində olan tayfalardan biri isə bərdorlar olmuşdur...
Bərdə şəhərinin adı eradan əvvəl sak tayfalarının tərkibində
Azərbaycan ərazisinə gəlmiş bərdor tayfasının adından alınmış,
sonralar çox cüzi dəyişikliyə uğrayaraq Bərdə adlandırılmışdır”
1
.
Bu faktlar Ermənistanı “Kitab”ın coğrafiyasına aid edən O.Ş.Gök-
yayın haqlı olmadığını bir daha təsdiq edir.
“Kitab”a daha çox qədim türk epik təfəkkürü və islam dini
kontekstində yanaşan N.Cəfərov bir sıra maraqlı mülahizələr söy-
ləyir: “...kafirlər əsir düşmüş oğuz igidlərinə - qazizlərə cəza ver-
sələr də, onları öldürmürlər... hətta xoş günlərində həmin igidləri
gətirib qopuz çaldırır, qulaq asırlar. Çox zaman igidi ona görə əsir
saxlayırlar ki, öz yerinə (Oğuza) qayıdıb yeni qüvvə ilə onların
(kafirlərin) üzərinə gəlməsin... “Kitab”da təqdim edilən epik
zaman kafirlər üçün deyil, islamı qəbul etmiş oğuz türkləri üçün
işləyir ... Eposda etnik münaqişədən söhbət getmir, bütün ziddiy-
yətlər dini-ideoloji mahiyyət daşıyır, müsəlmanlarla kafirlər ara-
sında baş verir. Lakin müsəlmanların əsasən oğuz türklərindən,
kafirlərin isə qıpçaq türklərindən, gürcülərdən (ümumən iber-
Qafqazlardan), yunanlardan (rumlardan) və s. olması həmin müna-
qişələrə müəyyən dərəcədə etnik məzmun verir. Oğuz igidləri ka-
firlərdən qız alırlar, hətta “Baybura oğlu Bamsı Beyrək boyu”ndan
belə məlum olur ki, Baybecan qızı Banıçiçəyi, bir tərəfdən,
Beyrəklə beşikkərtmə nişanlı edir, digər tərəfdən, kafirə - Bayburt
hasarının bəyinə söz verir ki, qız onundur...”
2
. “Kitab”ın seman-
tikasına, eyni zamanda qədim türk tarixinə istinadən söylənilmiş,
bu fikirlərdə bir neçə cəhət diqqəti cəlb edir: kafirlər sırasında ilk
1
Ə.Haqverdiyev. Orta əsr Bərdə şəhəri. Bakı, 1991, səh.15-16.
2
N.Cəfərov. Eposdan kitaba. Bakı, 1999, səh.112-115.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |