241
“Kitab”ın dilində “ilin on iki ayından hər biri” anlamlı “ay”
sözü daha çox müəyyən miqdar saylarından sonra işlənib: “Bir ay
baqsun, - Bir ayda varmazsam, iki ay baqsun! İki ayda varmaz-
sam, üç ay baqsun!...” (D-144); “Toquz ay tar qarnımda götür-
digim, oğul!” (D-164).
Astronomiya və coğrafiyaya dair mənbələrdə göstərildiyi
kimi, “Ay təqviminin əsasını təşkil edən sinodik (qəməri) ay – Ay
səfhələrinin dəyişmə dövrü olub, 29, 581 orta Günəş sutkasına
bərabərdir”. Bu mənada türk dillərində hər 29,5 və ya 30 günün
“ay” adlandırılması təbiidir. Heç şübhəsiz ki, qədim türklər yaz,
yay, güz (payız), qış sözlərini yaradarkən Günəşin hərəkət trayek-
toriyası, işığı ilə yanaşı, gecələr inikas edən “Günəş” işığı ilə
işıqlanan göy cismini – “Ayı” da müşahidə ediblər, onun işığını da
nəzərə alıblar. Bu müasir dilimizdə mühafizə olunan “boz ay”
(qışın axırıncı ayı, mart ayı), “elqovan ay” (yayın axırıncı ayı)
kimi ay adlarında, eyni zamanda “ay qaranlığı” (ay işığı olmayan
gecə, qaranlıq gecə), “ay doğmaq” (gecə ayın doğması, çıxması),
“ay görünmək” (hər ayın əvvəlində hilalın (ayparanın) ilk dəfə
görünməsi) və s. ifadələrdə də özünü göstərir. Burada S.Cəfərovun
omonimlərin əmələ gəlmə yolları ilə bağlı söylədiyi fikirlərdən
biri yada düşür: “Çoxmənalı sözlərdə mənalarından biri inkişaf
edərək, müstəqim məfhum ifadə etməyə başlayan yeni sözə çevril-
məsi ilə; məsələn, ay (otuz gün) – Ay (yerə ən yaxın məsafədə
olan peyk), hər ikisi isim...”
1
. Maraqlıdır ki, M.Kaşğari “ay” sözü-
nün semantikasını daha dəqiq, həm də poetik mətnlər kontekstində
şərh edib: “...ay (30 gündən ibarət olan ay). Bu, beytdə də
işlənmişdir:
“Kışka etin, kəlsə kalı kutluğ yay,
Tün, kün keçə alkınur ödhlək bilə ay”
Qışa hazırlaş sən, gəlsə qutlu yay,
Gecə-gündüz keçərək başa çatır zamanla ay”.
1
S.Cəfərov. Müasir Azərbaycan dili. Bakı, 1982, səh.23.
“Dədə Qorqud”un möcüzələr dünyası
242
(Mübarək yay gələndə sən qışa hazırlıq gör, çünki gecənin və
gündüzün keçməsi ilə ay və zaman başa çatır).
İlin 12 parçasından hər birinə ay deyilməsinin səbəbi odur ki,
bu müddət ayın keçməsi ilə başa çatır. Bu məsəldə də işlənir: “ay
tolun bolsa, əligin imləməs = bəbir ay əllə göstərilməz. Çünki
gözü olan hər kəs onu görür”
1
.
“Kitab”da ilin aylarının adlarına rast gəlinmir. Daha doğrusu,
bu, əsasən, fəsil adları ilə ifadə edilir: Yaz, güz (payız), qış. “Yay”
sözü isə müstəqil şəkildə fəsil adı kimi işlənməsə də, yer-məkan
məzmunlu “yaylaq”, “yayla” kimi sözlərdə kök morfemi kimi
çıxış edir. Çox güman ki, bu, qədim türklərdə yaz sözünün həm də
yay mənasında işlənməsi ilə bağlıdır. Bu, öz təsdiqini M.Kaşğari-
nin “Divan”ında da tapır: “...yaylağ. Bu, yaz demək olan yay sö-
zündən alınmışdır”
2
. Yeri gəlmişkən, M.Kaşğari “ay” adlarına da
münasibət bildirib: “Ayların adlarına gəlincə, şəhərlərdə ay adları
ərəbcə işlənir. Köçərilər və müsəlman olmayan türklər ili dörd
fəslə bölərək ad verirlər. Hər üç ayın bir adı var, ilin keçməsi bu-
nunla bilinir. Novruzdan sonra yaza “oğlak ay”, sonra “uluğ oğ-
lan ay” deyirlər. Çünki bu ikinci zaman parçasında oğlaq böyüyür.
Bundan sonra “uluğ ay” gəlir, çünki bu dövr yay ortasıdır, yer
üzərində nemət artır, heyvanlar böyüyür, süd çoxalır. Digər ay-
larda bu şəkildə davam edir, az işləndiyi üçün bunların adını tək-
tək saymıram”
3
. Müəllifin bu qeydləri qədim türk tarixi, etnoqra-
fiyası və coğrafiyası baxımından olduqca dəyərlidir.
ilin fəsillərinin adları. Heç şübhəsiz ki, fəsil adlarının (yaz,
yay, güz (payız), qış) yaranma səbəbləri, etimoloji əsasları müəy-
yənləşdirilərkən təkcə dilçilik yox, həm də mifologiya, astronomi-
ya kimi elmlərin nəzəri əsaslarına istinad olunmalı, problemə
kompleks və sistemli şəkildə yanaşılmalıdır. Araşdırmalar göstə-
rir ki, Azərbaycan dili, eləcə də türk dillərinin əksəriyyəti üçün sə-
1
M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, Bakı, 2006, səh.148-149.
2
Yenə orada, səh.63.
3
Yenə orada, səh.356.
“Dədə Qorqud”un möcüzələr dünyası
243
ciyyəvi olan yaz, yay, güz (payız) və qış sözlərinin etimologiyası
qeyd etdiyimiz elmlərin sintezi kontekstində tədqiq olunmayıb.
Konkret desək, ümumi vəziyyət belədir: Azərbaycan fizikləri və
ya astronomlarının əsərlərində ilin fəsillərinin adlarını bildirən
sözlərin semantikası ilə bağlı şərhlərə, demək olar ki, rast gəlin-
mir. Bu, təbii qarşılana bilər: birincisi, ona görə ki, bu, astrono-
mun işi deyil; ikincisi, qədim türk dilinin incəliklərinə dərindən
bələd olmayan heç bir astronom yaz, yay, güz (payız) və qış söz-
lərinin semantikası ilə bağlı dəqiq fikir söyləyə bilməz... Türkoloq
və mifoloqlarımız isə həmin sözlərlə bağlı müəyyən mülahizələr
söyləyərkən astronomiyanın nəzəri əsaslarına yetərincə istinad et-
məyiblər. Amma bu heç də onların fikirlərinin inkarı kimi başa
düşülməməlidir. Bu mənada Azərbaycan dilçiliyi və folklorşünas-
lığında ilin fəsillərinin adları ilə bağlı deyilmiş fikirlərin ümumi
mənzərəsini canlandırmaq lazım gəlir:
Dilçiliyimizdə ilin fəsillərinin adları həm leksikologiya, həm
də morfologiya daxilində təqdim olunur. Dəqiq desək, eyni sözlər
(yaz, yay, payız, qış, gün, ay, il...) leksikologiya daxilində daha
çox zaman məfhumu bildirən sözlər, morfologiyada isə zaman
bildirən isimlər başlığı altında ümumi şəkildə verilib. Yəni yaz,
yay, güz (payız) və qış sözləri tarixi-linqvistik baxımdan, demək
olar ki, araşdırılmayıb. Amma onu da qeyd edək ki, son dövrlərdə
B.Məhərrəmli “yaz” sözünü “təbiət hadisələrini bildirən isimlər”
başlığı altından geniş şəkildə təhlil edib
1
. Müəllifin fikirlərini belə
səciyyələndirmək olar:
− “yaz” sözünün türk dillərində müxtəlif fonetik variantlarda
işləndiyini göstərməklə yanaşı, onun müasir türk dilində “yay
fəsli” mənasının daha aktiv olduğunu da qeyd edir;
− yaz//yay sözlərini eyni kökün fonosemantik şaxələnməsi
hesab edərək Y.Məmmədovun mövqeyində dayanır, eyni zamanda
1
B.Məhərrəmli. Türk dillərində isim köklərində leksik-semantik inkişaf. Bakı,
2012, səh.217.
“Dədə Qorqud”un möcüzələr dünyası
244
“ya” morfeminin həmin sözlər üçün praforma olduğunu ehtimal
edir;
− müəllif müxtəlif mənbələrə istinad edərək Altay dillərində-
ki “yaz” sözü ilə digər dillərdəki bahar, bahar fəsli anlamlı sözlə-
rin genetik əlaqəsini təsdiqləyə bilən faktları təqdim edir: яра (bol-
qar), яр (ukrayna), jaгo (çex), jarz (polyak)...
B.Məhərrəmlinin izahları, eləcə də onun istinad etdiyi çox-
saylı mənbələr bir daha sübut edir ki, fəsil anlamlı “yaz” sözünün
semantikası Günəşin hərəkəti kontekstində araşdı-rılmayıb:
Azərbaycan folklorşünaslığında “qış” və “yaz” fəsillərinə
dair izahlara daha çox rast gəlinir. Bu da, heç şübhəsiz ki, “Nov-
ruz bayramı” ilə bağlıdır. Burada bəzi fikirlərə münasibət bildir-
məklə kifayətlənmək olar:
M.Seyidov ilin fəsillərindən birinin digərini əvəz etməsini tə-
biətin təbii dinamikası baxımından araşdırarkən “Kosa-kosa” mə-
rasiminin semantikasına söykənir: “Əksliklərin bir-birindən doğ-
ması anlayışına yazla bağlı “Kosa-kosa” mərasimində də rast gəli-
rik. Qışın rəmzi kosa ikicanlıdır:
Mənim kosam canlıdır,
Qolları mərcanlıdı,
Kosama əl vurmayın,
Kosam ikicanlıdı.
Kosa – qış yaza hamilədir. İstər-istəməz o, bu “uşağı” – yazı
doğmalıdır. Təbii əksliklər arasındakı mübarizə həyatı irəli (yaza,
yazda yaya və s.) aparır”
1
.
M.Həkimov “Novruz bayramı”nın səciyyəvi cəhətlərindən
bəhs edərkən göstərir: “...Oğuz tərəkəmələrinin təqvim hesabında
qış bahara qədər təxminən aşağıdakı kimi hesablanır: böyük çilə
(22 dekabr – 19 yanvar), kiçik çilə (20 yanvar – 18 fevral), boz ay
(19 fevral – 20 mart). Yeni ilə - Novruza hazırlıq məhz böyük çillə
(çilə -Ə.T.) çıxandan sonra 40 gün müddətinə davam edir. Yəni
1
M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, səh.178.
“Dədə Qorqud”un möcüzələr dünyası
245
təxminən 20 yanvardan sonrakı gələn çərşənbə, əslində, Su çər-
şənbəsini əhatə edir. Yəni, əslində, Su, Od çərşənbələri kiçik çillə-
ni (çiləni – Ə.T.) və boz ayın müəyyən gününü əhatə edir...”
1
.
Müəllifin fikirlərinin davamı olaraq onu da qeyd edək ki, qışın üç
hissəyə bölünməsi (böyük çilə, kiçik çilə və boz ay) müasir
etnoqrafiyamızda eynilə yaşamaqdadır;
R.Qafarlı Günəş işığını ilkin dünyagörüşü formalaşdıran bir
varlıq kimi təhlil süzgəcindən keçirir: “İşıq-qaranlıq. Qədim türk-
lər təbiətlə bağlanan bayramlara xüsusi önəm verirdilər. İlk olaraq
işığın (istinin, xeyirin) mənbəyinə – günəşə, aya, ulduzlara tapınan
əcdadlarımız bütün zamanlarda başını uca tutmuş, həmişə ümidini
göylərə dikmiş, təsəllisini göylərdən almış və əllərini göyə qaldı-
rıb göy üzündən pənah diləmişlər. İşıq–istilik–canlılıq Xeyirin,
qaranlıq–soyuq–ölüm isə Şərin əlamətləri sayılımışdır...”
2
.
S.Rzasoyun fikrincə, “mifin ilkin materialını və hərəkət di-
namikasını Gündüz – Gecə, Günəş – Ay, Yay (yaz) – Qış (payız)
və s. ikili qarşıdurma blokları təşkil edir...”
3
.
Araşdırmalar göstərir ki, konkret zaman kəsiyini ifadə edən
fəsil adları birbaşa Günəşin hərəkət trayektoriyasına, onun işığının
düşmə bucağına uyğun şəkildə adlandırılıb. Bu fikrin düzgünlüyü-
nü arqumentləşdirən tutarlı faktlar isə müxtəlif mənbələrdədir.
Bunlardan biri və birincisi M.Kaşğarinin “Divan”ı hesab oluna
bilər. Ona görə ki, Günəş işığının çəkilməsinin və ya azalmasının
“kışar” (qış) (...Günəş göyün ortasından çəkilsə, yenə belə deyilir.
Kışar – kışmak. MK. III, səh.179), payızın girməsinin “küzər”
(güz) (...öd küzərdi + mövsüm payızlaşdı, payız fəsli girdi, kü-
zərür – küzərmək. MK. II, səh113) şəklində ifadəsinə digər qədim
mənbələrdə, demək olar ki, rast gəlinmir. Ən maraqlısı, həm də ən
unikal olanı isə budur ki, “Divan”da “kışar” (qış) və “küzər” (güz,
1
M.Həkimov. Oğuz-Tərəkəmə xalq mərasimləri və meydan tamaşaları. Bakı,
1997, səh.19.
2
R.Qafarlı. Novruz – yaranış, oyanış və yeniləşmə bayramı. Xalq qəzeti, 20 mart
2013-cü il.
3
S.Rzasoy. Oğuz mifinin paradiqmaları. Bakı, 2004, səh.146.
“Dədə Qorqud”un möcüzələr dünyası
246
payız) şəklində işlənmə “yaz” və “yay” fəsil adlarının ilkin forma-
larını da bərpa etməyə imkan verir. Məsələn, belə: yarar//yazar =
yaz; yayar = yay. M.Kaşğarinin “Divan”ında “yazıl”maq sözünün
“yaz” mənasında işlənməsinə rast gəlinir ki, bu da bərpa etdiyimiz
“yarar” (yaz) sözü ilə həm fonetik tərkib, həm də semantika
baxımdan oxşardır:
“Türlük çəçək yarıldı,
Barçın yadhım kərildi,
Uçmak yeri körüldi,
Tumluğ yana kəlgüsüz”
* * *
Yazın gəlişini vəsf edərək deyir ki, əlvan çiçəklər açdı, ipək
parçadan xalı sərildi, cənnətin yeri göründü, hava qızdı, daha qar,
soyuq geri gəlməyəcək”
1
. Qarşılaşdırmalar, xüsusən də mətnin
semantik yükü “yarılmaq” sözünün “yaz” fəsli ilə bağlı işləndiyini
açıq-aydın göstərir.
Türk dilləri üçün səciyyəvi olan yaz, yay, güz (payız) və qış
sözləri ilə bağlı yuxarıda göstərdiyimiz ilkin formalar (yarar// ya-
zar, yayar, küzər//güzər, kışar) onu deməyə əsas verir ki, bu
sözlər, əslində, tarixən Günəşin hərəkətini ifadə edən feillər olub,
sonrakı dövrlərdə isə zaman məzmunlu isimlərə transformasiya
edilib.
Yarar//yazar, yayar, küzər//güzər və kışar sözlərinin seman-
tik yükü açıq-aşkar şəkildə göstərir ki, bu sözlər Azərbaycanda,
eyni zamanda ona yaxın olan türk ərazilərində Günəşin hərəkəti
və istiliyinin düşmə dərəcəsini aydın şəkildə, hətta dəqiqliklə ifa-
də edir. Bu mənada ilin fəsillərinin adlarının birbaşa təbiət hadisə-
ləri ilə bağlı olaraq yarandığını astronomiya və dilçiliyə dair fikir-
lər kontekstində nəzərdən keçirək:
1
M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, 2006, səh.179.
“Dədə Qorqud”un möcüzələr dünyası
247
Yaz. Qeyd etdiyimiz kimi, 20-21 martda Günəş mərkəzi ek-
lektika boyunca yerini dəyişərək cənub yarımkürəsindən şimala
keçir ki, həmin vaxtda da günəş yazın gecə-gündüz bərabərliyi
nöqtəsində olur. Şübhəsiz ki, bərabərlik nöqtəsi Günəş şüalarının
yer kürəsini iki yerə bölməsi, yarması nəticəsində meydana gəlir.
Bu da məntiqə zidd olmayan belə bir sxemi təqdim etməyə imkan
verir: “Günəş (şüa, işıq) yarar = yarar→yar→yaz. “Yarar” felinin
assosiativliyi kontekstində təqdim etdiyimiz bu sxem yaz fəslinin
başlanğıc günü (20-21 mart), eyni zamanda onun daxil olduğu za-
man kəsiyi ilə birbaşa bağlanır. Bəllidir ki, “yaz” fəsli 20-21 mart-
dan (Yerin şimal yarımkürəsində yaz gecə-gündüz bərabərliyin-
dən) 21-22 iyuna (yay günəş duruşunadək) qədər davam edir. Bu
dövrdə Azərbaycan və onunla eyni enlikdə yerləşən ölkələrdə
(Türkiyə, Türkmənistan, Özbəkistan...) Günəşin düşmə bucağı 50˚
dərəcəyə bərabər olur (bu, qış fəslində 26,5 dərəcə olur). Deməli,
“yarar→yar→yaz” (r→z keçidi mümkündür: yarmaq-yazmaq)
sxemindəki dinamika həqiqətə uyğundur. Yəni “yarar→yar→yaz”
modelindəki çoxmənalı “yarar” (yarmaq) feli “yaz” fəslində
Günəşin düşmə bucağının 50
˚
-yə bərabər olmasını birbaşa ifadə
edir. Bu fikrin reallığına “qış” sözünün ilkin forması kontekstində
də aydınlıq gətirmək mümkündür. Belə ki, yuxarıda qeyd
etdiyimiz enliklərdə yerləşən ölkələrdə qış fəslində Günəşin
düşmə bucağı 26,5 dərəcəyə bərabərdir ki, bu da qədim türk
dilində “kışar” (çəkilər, azalar, qısalar) sözü ilə ifadə olunub. Bu
qeydlərə sxemlər şəklində diqqət yetirək:
Günəşin düşmə bucağı 50˚ - yarar→yar→yaz
Günəşin düşmə bucağı 26,5˚ - kışar→kış→qış
Bu qanunauyğunluq “yay” və “güz” (payız) fəsil adlarında
da özünü göstərir:
Günəşin düşmə bucağı 73,5˚ - yayar (Günəş işığının çox
yayılması) → yay
Günəşin düşmə bucağı 50˚ - küzər//güzər (Günəş işığının
zəifləməyə başlaması, közərməsi) → küz//güz (payız)
“Dədə Qorqud”un möcüzələr dünyası
248
Şərti olaraq təqdim etdiyimiz bu sxem ilin fəsillərinin adları
ilə Günəşin düşmə bucaqları (Azərbaycan və onunla eyni enlikdə
yerləşən ölkələrdə) arasında olan məntiqi bağlılığı aydın şəkildə
göstərir. Burada bir həqiqəti vurğulamaq lazım gəlir: heç bir texni-
ki vasitə olmadan təbiətdəki qanunauyğunluğu, o cümlədən Gü-
nəşin hərəkət trayektoriyasını müşahidə edərək onu sözlərlə zər-
gər dəqiqliyi ilə ifadə edən qədim türkün zəngin dünyagörüşünə,
düha sahibi olmasına heyrətlənməyə bilmirsən. Necə də heyrətlən-
məyəsən! Axı bu sözlərin hər biri VII-VIII yüzilliklərə aid Orxon-
Yenisey abidələrində tam sabitləşmiş sözlər kimi işlənib: yaz, yay,
küz, kış. Bu isə o deməkdir ki, həmin sözlərin yaranma tarixi
Orxon-Yenisey abidələri dövründən çox qədimdir.
Yuxarıda qeyd etdik ki, “yazar” sözü də “yaz”ın ilkin for-
malarından biri kimi görünür. Maraqlıdır ki, “yazar” sözü ilə
M.Kaşğarinin “Divan”ında işlənmiş “yazılmaq” (açılmaq) sözü
arasında təkcə fonetik yox, həm də semantik yaxınlıq müşahidə
olunur. Daha doğrusu, bu yaxınlıq yazın gəlişini əks etdirən par-
çanın ümumi semantikası kontekstində müəyyənləşir:
“Tümən çəçək tizildi,
Bükündən ol yazıldı,
Öküş yatıb üzəldi,
Yerdə kopa adhrışur.
Yazdan bəhs edərək deyir: min bir çiçək qönçəsindən çıxa-
raq açıldı, yer altında çox yatmaqdan sıxılan bitkilər filizlənərək
ayağa qalxır və bir-birindən ayrılır”
1
.
Bütün bunlardan sonra “Kitab”da işlənmiş “yaz” sözü ilə
bağlı aşağıdakıları söyləmək olar:
– konkret zaman kəsiyini ifadə edir: “Bir yazın, bir güzin
buğayla buğrayı savaşdırarlardı” (D-15). Buradakı “yazın” sözü
“yaz” ismi əsasında yaranmış “yazda” anlamlı zaman zərfidir; bu
sistemə -da şəkilçisi ilə düzəlmiş “yazda” zaman zərfini də əlavə
1
M.Kaşğari. “Divanü lüğat-it-türk”. I cild, Bakı, 2006, səh.271.
“Dədə Qorqud”un möcüzələr dünyası
249
etmək olar: “Qışda – yazda qarı-buzı ərinməyən Qazılıq dağına
gəldi çıqdı” (D-26);
–“yapa-yapa qarlar yağsa, yaza qalmaz” (D-3) atalar sözündə
“yaz” lekseminin məntiqi mərkəz funksiyasında çıxış etməsi qaba-
rıq şəkildə görünür. Digər tərəfdən, “ya” hecasının təkrarlanması
məhz “yaz” sözündəki “ya” ilə tamamlanır ki, bu da mətndəki
lirizmi, ahəngdarlığı qüvvətləndirir.
“Kitab”da “Novruz bayramı”nın adı çəkilmir, amma bir sıra
sintaktik bütövlərdə təbiətin bir günü elə təsvir edilir ki, istər-
istəməz yazın gəlişinin bayram edilməsi yada düşür:
“Salqum-salqum taη yelləri əsdigində,
Saqallu boz ac turğay sayradıqda,
Bədəvi atlar issin görüb oğradıqda,
Saqalı uzun tat əri baηladıqda,
Ağlı-qaralı seçilən çağda,
Qalın Oğuzıη gəlini-qızı bəzənən çağda,
Köksi gözləl qaba tağlara gün dəgəndə.
Bəg yigitlər cılasınlar bir-birinə qoyulan çağda”(D -21)
Göründüyü kimi, bu parçada nə “yaz”, nə də ki “Novruz”
sözü işlənib. İlin digər fəsillərinin də adları çəkilmir. Ancaq mət-
nin ümumi semantik yükü yaz fəslinin hər hansı bir gününün yox,
məhz başlanğıc gününün (21-22 mart) təsvir edildiyini göstərir.
Bu qənaətin reallığını aşağıdakı kimi arqumentləşdirmək olar:
− qız-gəlinin bəzənməsi (Qalın Oğuzıη gəlini-qızı bəzənən
çağda) birbaşa bayram əhvali-ruhiyyəsini əks etdirir. Bu, müasir
etnoqrafiyamızda eynilə yaşamaqdadır: “Növruz bayramı idi.
Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez
xırman yerinə topladıqları ota baxırdılar... Qızlar da sakit otur-
murdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib
geyinməyə çalışırdılar...” (İ.Şıxlı. “Dəli Kür” romanı, Bakı, 1982).
− sonuncu misrada igidlərin, pəhləvanların bir-birilə güləş-
məsi ifadə olunur ki, bu da “Novruz bayramı” üçün xarakterikdir;
“Dədə Qorqud”un möcüzələr dünyası
250
− dan yellərinin əsməsi, səhər çağı, turğayın ötməsi, atların
kişnəməsi, dağlara gün düşməsi də adi bir yaz gününü yox, məhz
yazın ilk gününü şərtləndirir...
Yay. Bu sözün ilin fəsillərindən birinin, daha dəqiqi, ikinci-
sinin adı kimi işlənməsini təsadüfi hesab etmək olmaz. Belə ki,
yay fəsli Yerin şimal yarımkürəsində yay günəş duruşu anından
(21-22 iyun) payız gecə-gündüz bərabərliyinədək (23 sentyabr)
davam edir
1
. Bu dövrdə Azərbaycanda, həmçinin onunla eyni
enlikdə yerləşən ölkələrin ərazisində Günəşin düşmə bucağı 73,5˚-
yə bərabər olur (müq.et: bu, qış fəslində 26,5˚-yə bərabər olur).
Deməli, sadə bir məntiqlə təsdiqlənir ki, ən isti fəslin “yay” sözü
ilə ifadə olunması (həmin enlikdə yerləşən ölkələr nəzərdə tutulur)
birbaşa Günəş işığının daha çox yayılması ilə bağlıdır. Bu isə
bərpa etdiyimiz “yayar→yay” modelinin həqiqətə uyğunluğunu,
zaman məzmunlu “yay” sözünün çoxmənalı “yaymaq” felinin
mənalarından birinin (ətrafa saçılmaq...) inkişafı nəticəsində
yarandığını göstərir.
“Kitab”da “yay” sözü konkret olaraq ilin fəsillərindən birinin
adı kimi işlənməyib. Bəlkə də, elə bunun nəticəsidir ki, qorqudşü-
naslıqda “yaz” sözünün həm də “yay” mənasında işləndiyi göstəri-
lir. Türkologiyada da bu cür fikirlərə rast gəlinir: qədim türk dilin-
də “yaz” sözü həm də “yay” mənasında çıxış edib; “yaz” və “yay”
sözləri eyni kökün fonosemantik şaxələnməsi nəticəsində yaranıb.
Bütün bunlarla yanaşı, “Kitab”da “yay” (ilin fəsli mənasında) sö-
zünün yer-məkan məzmunlu düzəltmə isimlər daxilində kök mor-
femi kimi çıxış etməsi də qeyd olunmalıdır: yaylaq. “Qarşu yatan
qara tağı sorar olsam, yaylaq kimüη?” (D-102); yayla. “Ağam
Beyrək gedəli yayladım yoq” (D-103).
Yuxarıda qeyd etdik ki, yay fəslində Günəşin düşmə bucağı
73,5˚-yə, qış fəslində isə 26,5˚-yə bərabər olur (Azərbaycan və
onunla eyni eynilikdə yerləşən ölkələr nəzərdə tutulur). Maraqlıdır
ki, təbiətdəki bu ziddiyyətlər qədim türk ədəbiyyatında poetik
1
Azərbaycan Sovet Ensiklopediyası. V cild, Bakı, 1981, səh.50.
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |