F akültə : İnzibati İdarəetmə İxtisas : İqtisadiyyat Qrup : İ191 Kurs : 2-ci Fənn


Azərbaycanda rekreasiya ehtiyatlarından istifadə və problemlər



Yüklə 0,6 Mb.
səhifə6/12
tarix14.12.2022
ölçüsü0,6 Mb.
#74624
1   2   3   4   5   6   7   8   9   ...   12
Azərbaycanda rekreasiya resurslarından istifadə və problemlər

3.Azərbaycanda rekreasiya ehtiyatlarından istifadə və problemlər
Azərbaycan Respublikasının təbii coğrafi zənginlikləri turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır. Lakin prioritet istiqamət kimi ilk növbədə potensial imkanlardan istifadə edərək, turizmin hansı növünü inkişaf etdirməyi və regionun bu sahə üzrə ixtisaslaşmasını müəyyən etmək lazımdır.Azərbaycan hər bir iqtisadi zonanın əsas ixtisaslaşdığı turizm rekreasiya ehtiyatları vardır.Bu ehtiyatlardan istifadə çox mühümdür ama bu ehtiyatlardan istifadə də bəzi problemlərdə var.
Abşeron iqtisadi rayonunda paytaxt amylini də nəzərə salsaq əsas rekreasiya və turizm ehtiyatı olan bölgələrmizdəndir. Abşeron iqtisadi rayonun əsas təbii rekreasiya ehtiyatlarında palçıq vulkanların göstərmək olar.Burada Torağay, Bozdağ, Lökbatan, Axtarma və s. palçıq vulkanları səciyyəvi forma yaradır.Təəssüf ki dünyada olan 800 palçıq vulkanından 350-400-ü bu ərazidə olmasına baxmayaraq turizm potensialı zəifdir.Abşeron iqtisadi rayonunda . Müalicəvi əhəmiyyətli mineral suları (Suraxanı, Şıx) vardır. Rayonda Abşeron - Qobustan qoruğu, Abşeron Milli parkı və Gil adası yasaqlığı yaradılmışdır. Təbii-iqlim və landşaft xüsusiyyətinə görə Altıağac qoruğunda nadir fauna və floraya malik olan landşaft kompleksi mühafizə olunur. Abşeron iqtisadi rayonunun ərazisində müxtəlif həcmdə və əhəmiyyətdə bir sıra göllər vardır. Bu göllərdə uzun illər duz, yod-brom istehsal olunmuş, balneoloji, rekreasiya sərvəti kimi istifadə olunmuş, palçığı isə müxtəlif xəstəliklərin (revmatizm, yel, dəri) müalicəsində işlədilmişdir.Rayonun ərazisində qədim tarixi memarlıq abidələrinin olmasıda buraya turist axınlarının baş verməsinə səbəb yaradır.Əsas tarixi memarlıq abidələri Qız qalası,Mərdəkan qalası,İçərişəhər və.s.Bölgənin əsas problemlərindən biri palçıq vulkanlarına turist axının zəif olmasıdır.Çünki o bölgə də həm infrastruktur zəifdir,həmdə ətrafda qeyri-qanuni tikililər vardır.
Quba-Xaçmaz iqtisadi rayonunun həm düzən (mənzərəli meşələri, gözəl çimərlikləri olan sahil zonası), həm də dağlıq hissəsində turizm (təbiətdə ov, dağpiyada turizmi, rekreasiya, mədəni-etnik turizm) müəyyən səviyyədə inkişaf etdirilir. Rayonun dağlıq relyefi müxtəlif istiqamətdə ixtisaslaşmış turizm mərkəzlərinin tanınmasına səbəb olmuşdur. Məsələn, Qubada Xınalıq kəndi, Qusarda Şahdağ turizm kompleksi və s. Quba-Xaçmaz rayonunun iqlimi rekreasiya məqsədi üçün çox əlverişlidir. Quba-Xaçmaz iqtisadi rayonunun bəzi çayların üzərindəki şəlalələr təbii turizm obyektləridir. Afurca şəlaləsi təbiət abidəsi kimi maraqlı turizm obyektidir. Böyük Qafqaz silsiləsinin şimal-şərq yamacında mineral bulaqlardan məşhurları Quba rayonunda Cimi, Xaltan, Balbulaq, Xaşı, Düz Bilici mineral sularıdır.Bu iqtisadi rayounun rekreasiya ehtiyatlarında olan problemlərdən biri də mineral su ehtiyatının potensial imkanlarından hələ tam istifadə edilmir.Rayon çox zəngin tarixi memarlıq abidələri ilə zəngindir və əsas turist axınları olan bölgələrimizdəndir.Mineral ehtiyatlardan istifadə də problemlərdi.Həmin ehtiyatların olduğu ərazidə turistlərin qalması üçün mehmanxanalar və insanların mineral ehtiyatlardan istifadə edə bilsin deyə müəssisələr yoxdur.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin