F akültə : İnzibati İdarəetmə İxtisas : İqtisadiyyat Qrup : İ191 Kurs : 2-ci Fənn



Yüklə 0,6 Mb.
səhifə7/12
tarix14.12.2022
ölçüsü0,6 Mb.
#74624
1   2   3   4   5   6   7   8   9   ...   12
Azərbaycanda rekreasiya resurslarından istifadə və problemlər

Şəki-Zaqatala iqtisadi rayonunda coğrafi şəraitin müxtəlifliyi turizm növlərini (dağ-piyada, macəra, rekreasiya, dərketmə) inkişaf etdirməyə imkan verir. Bölgənin iqlim şəraiti maydan oktyabradək olan müddətdə dağətəyi zonada avtomobil, piyada və su turizm marşrutları üçün əlverişli dövrdür. Təbii landşaftlar, mənzərəli meşələr, subalp və alp çəmənləri, zəngin heyvanat aləmi, çaylar və mineral bulaqlar, şəlalələr rayonun toxunulmamış ərazilərinə turistləri cəlb edir. Zaqatala qoruğunda flora və fauna ilə tanış olmaq imkanı var. Bu ərazilərə təbiət turların mütəşəkkil təşkil etmək olar. Rayon ərazisinin təqribən yarısını meşələr əhatə edir. Burada çox sayda şəlalə, kükürdlü və tennal su bulaqları var. Gözəl təbiəti turizm-rekreasiya fəaliyyəti üçün (ovçuluq, balıqçılıq) əlverişli imkan yaradır.Rayonun ərazisində “Babaratma Piri”ni 900 yaşlı şərq çinarı, Qudula kəndindəki 1000 yaşlı şərq çinarı, Şəki şəhəri yaxınlığındakı 1000 yaşlı “səsverən qovaq”dır.Çox təəssüflər olsun ki bu ehtiyalarımızı itirmək təhlükəsi ilə qarşı qarşıyayıq.Rayonun əsas tarixi memarlıq abidəsi isə Şəki Xan Sarayı və Kiş kəndindəki Alban məbədidir.Əsas problemlərdən biri rekreasiya ehtiyarlarının qeyri-qanuni mənilsənilməsidir.
Gəncə-Qazax iqtisadi rayonun dağlıq hissəsi zəngin təbii landşaftlara, mənzərəli dağ meşələri və çəmənlərə, dağ çayları və göllərinə, mineral bulaqlara malikdir. Göygöl, Maralgöl və s. dağ gölləri fıstıq və şam ağacı meşələrində yerləşir. Kəpəzin ətəyində olan bu ərazi yerli və əcnəbi turistlər arasında da məşhurdur. Landşaftların müxtəlifliyi və gözəlliyinə görə bu rayon Azərbaycanda təkrarsızdır. Bu imkanlardan istifadə edərək təbiət turizmini inkişaf etdirmək olar. Bütövlüklə, Gəncə-Qazax rayonu kurort-rekreasiya və meşə ehtiyatlarının zəngiliyi ilə fərqlənir. Əlverişli təbii iqlim şəraiti, müalicə əhəmiyyətli mineral suları, nefti və mənzərəli dağ-meşə landşaftı burada mualicə-istirahət mərkəzlərinin yaradılmasına imkan vermişdir. Dəniz səviyyəsindən 1566 m yüksəklikdə yerləşən Göygöl və Hacıkənd istirahət mərkəzləri rayonun rekreasiya potensialının zəngin olmasını bir daha təsdiqləyir. Naftalan müalicəvi nefti, füsunkar təbiəti olan Göygöl-Hacı kənd istirahət zonası, Mingeçevir su anbarının ətraf əraziləri və Kür sahillərində səpələnmiş şəkildə yayılmış tuqay meşəlik sahələri Gəncə-Qazax rayonunu rekreantlar üçün cəlbedici etmişdir.Rayon ərazisində tarixi mədəni ehtiyatlar boldur.Bu rayonun əsas problemi təcavüzkar ermənistan dövləti ilə sərhəddə olmasıdır.Çünki bu bölgələrdə olan ehtiyatlar ya dağıdılmış ya da turist axınları üçün təhlükəlidir.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin