F akültə : İnzibati İdarəetmə İxtisas : İqtisadiyyat Qrup : İ191 Kurs : 2-ci Fənn



Yüklə 0,6 Mb.
səhifə9/12
tarix14.12.2022
ölçüsü0,6 Mb.
#74624
1   ...   4   5   6   7   8   9   10   11   12
Azərbaycanda rekreasiya resurslarından istifadə və problemlər

Aran iqtisadi rayonunun təbii rekreasiya sərvətlərinə Kür çayı hövzəsinin Tuqay meşələri, burada təşkil olunmuş Şirvan və Ağgöl Milli parklarında, Türyançay və Qızılağac dövlət qoruqlarında, yasaqlıqlarda və ovçuluq təsərrüfatlarında qorunan və artırılan flora və fauna aləmi aiddir. İqlimin rekreasiya və kurort cəhətdən əhəmiyyətini nəzərə almaqla rayonun iqlim şəraiti və onun istirahətin təşkilində rolu xüsusi əhəmiyyətə malikdir.Geniş ərazi tutmasına baxmayaraq kurort ehtiyatlarından hələ zəif istifadə edilir. Bunun əsas səbəblərindən biri həmin ərazidə yay aylarında isti diskomfort şəraitin üstün olmasıdır. İl ərzində günəşli günlərin sayına görə zona Abşeron yarımadasından geri qalmır. Lakin iqlimi kontinental olduğuna görə yayı daha isti, qışı isə nisbətən soyuqdur, ən əlverişli hava şəraiti aprel-iyun və sentyabroktyabr aylarında olur. Rayon ərazisindəki Şirvan, Ağgöl Milli parklan və bir sıra ovçuluq təsərrüfatlan yerli əhəmiyyətli rekreasiya obyektləri kimi istifadə edilə bilər. Rekreasiya sərvəti kimi rayonun hidroqrafıyası, mineral mənbələri əhəmiyyətlidir. Məlumdur ki, su obyektləri cəlbedici mənzərə yaradır və şübhəsiz ki, ətraf mühitin mənzərəsində mühüm rol oynayır. Aran rayonunda mövcud su obyektləri - çaylar, Kür çayı, Hacınohur, Sarısu gölləri və s.-dir. Mingəçevir su anbarı rekreasiya-turizm məqsədilə geniş miqyasda istifadə olunmasa da, perspektivdə ondan istifadəni təsərrüfat fəaliyyətinin bu növünə istiqamətləndirmək olar. Aran rayonunda mineral mənbələr də vardır ki, bunlardan yerli əhali istifadə edir. Kürdəmir, Salyan, Neftçala və digər rayonlarda temperaturu yüksək olan yeraltı suların bəziləri yerli əhali tərəfindən oynaq və revmatizm, dəri-zöhrəvi xəstəliklərin müalicəsi üçün istifadə olıınur. Belə suları yerli əhali “isti sular” adlandırır.Aran iqtisadi rayonun tarixi-mədəni rekreasiya ehtiyatlarına isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri qrupuna daxil edilmiş abidələr həm rayon mərkəzləri, həm də kəndlərdə yayılmışdır. Bunlar Mingəçevir şəhərində Mingəçevir Dram Teatrmm binası, Bərdə şəhərində Bəhmən Mirzənin türbəsi (XVIII əsr), Axsadan baba türbəsinin xarabalıqları (XIV əsr), İbrahim məscidi və qəbirstanlığı, Hacıqabul rayonunun Qayalı Baloğlan kəndində Pir Hüseyn xanəgahı (XIII əsr) memarlıq abidələridir. Tarixi-mədəni abidələrin təsnifat dərərəcəsinə görə bölgüsü haqda əldə edilmiş rəsmi məlumatlardan aydın olur ki, turizm cəhətdən zəif mənimsənilmiş Aran iqtisadi rayonunda bu abidələrin yayılma coğrafiyası genişdir. Tarixi inkişafın müxtəlif mərhələləri və dövrlərinə aid olan bu sərvətlər turizm fəaliyyətinə hələ ki, çox zəif cəlb edilmişdir.Azərbaycanın ən böyük iqtisadi rayonu olan Aran iqtisadi rayonun çox zəngin rekreasiya ehtiyatları vardır.Bu ehtiyalardan istifadə də çox böyük problemlər var.Rayonun təbii rekreasiya ehtiyatlarından olan Tuqay meşələri qırılır,əhəmiyyətli torpaq landşaftları şoranlaşmaya məruz qalır,qeyri-qanuni ovçuluqla əlaqədar bir çox heyvan və quş növlərinin nəsli kəsilmək üzrədi,müəlicə üçün yararlı ehtiyatların olduğu bölgələrdə ya müəssisələr yoxdur ya da müasirləşdirməyə ehtiyacı var,tarixi-mədəni ehtiyatlar isə ya dağıdırlır yerlərində başqa şeylər tikilir ya da bu sahə turist axını zəifdir.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin