F ə l s ə f i p ı ç ı l t ı l a r



Yüklə 0.57 Mb.
PDF просмотр
səhifə1/6
tarix27.06.2017
ölçüsü0.57 Mb.
  1   2   3   4   5   6

 

 

 

F ə l s ə f i   p ı ç ı l t ı l a r 



 

 

İskəndər Etibar 

 

 

 

 

 

BALACA 


      BÖYÜKLƏR 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı-2006 

 

2006

2

Az



 

 

 

 

 

 

 

 

 

İskəndər Etibar.BALACA BÖYÜKLIR (şerlər) 

 Bakı, “Yazıçı” nəşriyyatı, 2006, 128 s. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

İ 

2006


128

3

6100220562





 

qrifli nəşr 

 

 

 



 

 

 



© “Yazıçı” 

 

Balaca böyüklər 

 

Dərdim bahar buludu, 



Dərdim buğda unudu. 

Qoymur məni üşüyəm, 

Sanki dəvə yunudu. 

Satmaram, dünya verib, 

Alan ola. 

Sən kimsən 

dərdimi çəkəsən? 

Dərdim mənə əzizdi, 

Get dərdini çək sən. 

*** 

İşıq əllərini yanına salıb, 

Günorta namazı qılır al Günəş. 

Enib üfüqəcən, səhərə kimi 

Tanrı səcdəsində qalır al Günəş. 

*** 

Gözlərim çiçəklənib; 

yoluna göz dikdiyin, 

Deyilməyən, 

Dilimlənib yeyilməyən, 

Hələ  


Qeybətlənməyən, 

Qiymətlənməyən 

Sözdən gəlirəm! 

O sözdən ki; 

Yer üzünə gələcək

Bəlaları siləcək! 

O sözdən ki, 

Tanrı belə dözməyir, 

O da onu gözləyir! 

*** 

Əlimi qoymuşam sinəmin üstə, 

Ürəyim əlimlə pıçıldaşırdı. 

Bu, ona, o, buna 

Nə dedi, nə demədi, bilmirəm. 

Nə o Məcnundu, 

Nə bu Leyli, 

Hər ikisi  

Məndən gileyli. 

*** 

İşıq sayğacı kimi 

Ömrüm yazır günlərimi, 

illərimi... 

Bir gün  

hesablayıb yazacaqlar; 

enerji sərfimi, 

ömrümdəki səhvimi. 

Ömrümün 

kordioqrammasını çıxardacaqlar, 

Deyəcəklər  

Ömrüm necə döyünüb, 

harda söyülüb, 


harda öyünüb? 

harda döyülüb!.. 



*** 

Gözlərinin şüası 

Lazer şüası kimi 

Kəsib içimdə kini, 

Azadlığa buraxıb 

 içimdəkini. 

Kinimin 

kəsilmiş budaq kimi 

Tökülür yarpaqları... 

 

 

 

 

Avtobusda düşüncələr 

 

Bir dilim alovsan, 



Şölələnirsən. 

Yandırıb-yaxırsan, 

Külə dönüncə. 

Sən də sönərsən, 

Kül qalıb torpaqda 

Gülə dönüncə. 

 

II 

 

Çətin səni unudam 

həsrətindən kövrələn 

Bir əlçim buludam; 

Yağıram misra-misra. 

 

III 

 

Dünyaya deyib sözümü, 

Tanıtdım özümü... 

Özü bilsin, 

Saxlayır, saxlasın, 

Silir, silsin izimi. 

 

IV 

 

Bu, ondan şirindi, 



O, bundan incə. 

Gözəllərdən doymadım, 

Doymaram ölüncə. 

 

 

Doymaq olmur, 



Gözəldi yaman; 

Hiyləsindən 

 Aman!  Aman!.. 

 

VI 

 

Mənim ömrüm bir dəniz, 



Sən, üzməyi bacarmayan 

Bir insan. 

Atılma mənə, batarsan. 

Mən Kürəm, sən Araz, 

Qatılma mənə, itərsən. 

 

VII 

 

İskəndər odlu, 



İskəndər adlı 

Bir nağıl vardı, 

Tanrı vermişdi, 

Tanrı da aldı. 

 

VIII 

 

Lütəm, 



Lüm-lütəm, Allah, 

mənə isti köynək ver. 

Böyük sevgi vermisən, 

Bir az da göynək ver. 



 

IX 

 

Hər yazan şair deyil



Hər yazı şer deyil, 

Ruh gəlir sözə, şerə 

Onda ki, şair deyir. 

 

 

Gedirəm hara, 



Xaqani taleyi izləyir məni, 

Qarabaqara. 

 

 

*** 

Dindirmə, səs salma, diksinə bilər 

Könlüm həsrətinin vüsalındadır. 

Elə şirinləşib, isnişib mənə, 

Həsrətin sevgimin vüsalın dadır. 

*** 

Gözlərimdə yaş qurumaz, 

Damla-damla qırılmaz, 

Axıb gedər çay kimi. 

Gözlərimdə yaş qırmızı, 

Baxdın, baxdın, bilmədin, 

Xəbərdaram zülmündən, 

Zalım qızı!... 



*** 

Bu nə həqiqətdi, 

Bu nə hikmətdi 

 durub  qarşımda?!.. 

Mən bu yaşımda 

Qaymaq dodaqların 



 qaymağın yedim, 

- Doymadım! - dedim. 

Ayırdın! Südəmər uşaqlar kimi 

Qaldım çığıra-çığıra. 

Bir də o həyat, 

Bir də o çağ ola! 



 

 

Doğmalıq 

 

 



Əzizləyir analar 

Qundaqda körpəsini, 

Elə bil ki, oxşayır 

Dənizlər ləpəsini. 

Qıymır düşə uzağa 

Qaya da qəlpəsini. 



*** 

Səs məndə sözlənir, mənəm hər sözüm, 

Mən sözün ocağı, söz mənim közüm! 

*** 

Öyürlər, öyürlər “ölü” Sabiri, 

Görmək istəmirlər diri Sabiri! 

 

Cəlil kişiyə 

Açıldı işıq fəlsəfəsi, 

Qurtardım nigaranlıqdan; 

Qaranlıq işıqdan görünmür, 

İşıq görünür qaranlıqdan. 

Onda niyə gündüzü 

Gecə görə bilmirik? 

Əyri-zülmət, düz-işıq! 

Bəs niyə aranı hörə bilmirik? 



*** 

Dünyanı eşqimlə çıraqlayıram, 

Çıraqla həqiqət soraqlayıram. 

*** 

Ürəyim sevgidən tumurcuqlayıb, 

Ya bu gün, ya sabah çiçəkləyəcək. 

Üstümə ac, susuz gələn günlərim 

Qoşulub quşlara çiçək yeyəcək. 

***

 

Yanaq pardaxlayıb, dodaq qönçədi 



Qönçə açılmağa görüş istəyir. 

Yanağın həsrətlə baxıb üzümə, 

Məndən bulud-bulud öpüş istəyir. 

*** 

Odun düşdü sinəmə, 

Göyə bülənd olaram, 

Göz yaşını çiləmə. 



***

 

Çapalama, çırpınma, 



Ürəyimə çırpılma, 

Mən ki, qayalı sahil, 



Sən ki, dəniz deyilsən, 

Dalğa-dalğa açıb dil, 

Hey durasan qəsdimə, 

Hey cumasan üstümə! 



***

 

Qorxmuram canavardan, - 



Yeddi cüt canı vardan, 

Quyruqlardan qorxuram. 

Gözüm elə qorxub ki, 

Harda quyruq görürəm, 

Tez ayağa qalxıram. 

***

 

Qürurum ucadır dağ vüqarından, 



Kasıbam, əynimin köynəyi yoxdu, 

Kimsəyə xəyanət etmədim deyə, 

İçimin ağrısı, göynəyi yoxdu. 

Mən Mənəm!.. 

Yüz Rəfael, kim ola!.. 

Qismətdi, 

tarixdə kim qala, qala! 

Bilirəm 


peşiman olacaq bir gün 

məndən qaçanlar, 

yalana, böhtana 

 qapı açanlar!.. 



*** 

Hər sözün nəfəsi, səsi Allahdı, 

Son deyil, Allahım, sonsuzdu sözüm. 

Vətən, el - dediyim bir məmləkətdə, 

Şeirim sevinmirsə, onsuzdu sözüm!.. 

***

 

Sən mənə etdiyin xəyanətləri 



Ürək unutmayıb qalır yadında. 

Qəza baş verəcək, keçmə! Ürəyim 

Qırmızı işıqdı yanır yolunda. 

***

 

Qaranlıq gecənin sonsuzluğunda 

Əllərim əlini axtarır sənin. 

Əlim yarpaq kimi əsir boşluqda, 

Gedim? Hara gedim? 

Qurtarıb sərhəddi gülüm, vətənin. 



*** 

Qoy üzümə gül dodağı, 

Gül açıla gül yerində. 

Ürək oxşar, zövqü oxşar, 

Gül açarsa gül yerində. 

***

 

Payızam, dolmuşam, söz ağlayacam, 



Nadan ürəkləri sazaqlayacam. 

*** 

Gündüzlər Günəşəm, gecələr Ayam, 

Elimin yolunda alışasıyam. 

Elə ki, isindi bu elim, obam, 

Kül olub vətənə qarışasıyam. 


***

 

Şaxta qovurur qarı, 



Külək sovurur qarı, 

Elə bil ağ yumaqdı 

Qarda yeriyir qarı. 

***

 

Əlin əlimdə qaldı, 



Damarlarım qaynadı, 

Canda nə qeylü-qaldı?! 

 

Ürək sevinc içində, 



Gözüm qaynar qazandı. 

Mənə elə gəldi ki, 

Ömrüm həyat qazandı!.. 

*** 

Sevgi Günəşiyəm şüalanıram, 

Eşqimlə bəşəri şüalayıram. 

*** 

Kölgəsini görüb özündən böyük, 

Baxdı sağa, sola, dayanıb dimdik, 

- Qartalam! Qartalam! 

Zirvələrə qalxaram! - dedi kəpənək. 

Elə ki, nur düşdü, kölgəsi itdi, 

Yazıq kəpənəyin şahlığı bitdi. 

*** 

Bu gecə nə yaman işıqlı gecə... 

Ay ilə analı nə bəxtiyardı 

Ulduz çiçəklərlə uşaqlı gecə... 

Göy elə işıqlı, təbəssümlü ki, 

Sanki gülümsəyən uşaqdı gecə. 

Ay aman, gecəni işıq bürüyüb 

Gecəni dünyadan işıq kürüyüb!.. 



*** 

Bir ovuc işıq kimi 

Doğuldum səhərə. 

Bir sini darı kimi, 

Dağıldım səhərə. 

Səhəri, bütün günü 

İçdim dibinə kimi. 

Yaşadım 


Günəşin üsyan edib 

Coşan səbrinə kimi. 



*** 

Aymı, Yermi böyükdür? Bunu hardan biləsən? 

Aydan necə görünür Yer kürəsi görəsən? 

*** 

Dodaqların qönçədi!.. 

Dinsən, sökülər qönçə. 

Möcüzədi, möcüzə; 

Susarsan, öz yerinə 

Qaçar, çəkilər qönçə. 



*** 

Yer şarının ürəyi 

Okeandı, dənizdi. 


Gecə-gündüz döyünür, 

- Varam! - deyib öyünür

Sahili döyə-döyə. 

Güclüyəm! - deyə-deyə. 

Göy çəkir, qalxır göyə, 

Yağışlaya dünyanı, 

Təzələyib insana 

Bağışlaya dünyanı. 



*** 

Günəş səhər-səhər 

Gərnəşdi üstümə. 

Əlini sinəsinə vurmadı; 

Ağrısı, acısı 

Gəlmişdi üstümə, 

Dünya bürünmüşdü 

Ərşə bülənd olan tüstümə. 



*** 

Günəş göydə əriyib 

Tökülür üstümə qurğuşun kimi. 

Yanıb, yanıb, közlənmişəm, 

Tökülür üstümə qardaşın külü. 

*** 

İskəndər Etibar neyləyir pulu, 

Qoruyur, oxşayır onu söz nuru. 

Hər gün ürəyini yeyib, yaşayır, 

Bəşərə düz sözü deyib yaşayır. 

*** 

Ay mənim ürəyim, niyə dənizsən, 

Yetən çirkabını axıdır sənə. 

İsinir odunda, yatır kölgəndə, 

Sonra da ağılar oxudur sənə. 

*** 

Tökülür gözümün giləsi mənim

Çatmayır başımın gülləsi mənim; 

Qəlbimin, ruhumun təmizliyindən 

Səbrimin, eşqimin dənizliyindən. 

*** 

Özümdən qisas alıb 

Öldürmüşəm özümü, 

Qoymamışam kimsələr 

Öldürələr sözümü, 

Söndürələr közümü. 



*** 

Kişi saqqal ağartdı, 

Çağırsınlar - Ağsaqqal! 

Ağlını dayaz görüb 

Çağırdılar - Ağ çaqqal! 

*** 

İçimi yonuram özüm içimdə, 

Kimsəni incitməyim. 

Baxma ki, deyirəm özüm özümə; 

- Kim səni incitməyib?! 

*** 

 

Yoxdu ürəyində sevgi, məhəbbət, 



Bu, sənə nifrətdi - Tanrı işidi. 

Ay - Kişiyəm! - deyən, elə bilmə ki, 

Şalvar geyənlərin hamsı kişidi. 

***

 

Ömrüm-günüm, səndən ötrü ölürəm

Görüşümə geciksən, görəcəksən ölüyəm!.. 

 

*** 

İstəyirəm alışıb-yanım odunda, 

Ömrüm boyu beləcə qalım odunda. 

Niyə bu daşın qanadı yoxdur, 

Uça bilmir!? 

Niyə bu quşun inadı yoxdur, 

Daş qapı aça bilmir; 

Sonra bildim 

Daş daş olmalı, 

Quş da quş. 

Nələr olmaz 

Qış yaz olsa, bahar qış! 



*** 

Boy-buxun, yaraşıq səni çaşdırıb, 

Kişilik vətənə, xalqa sevgidi. 

Sevgisiz adamlar qara lövhədə, 

Təbaşir yazanı silən silgidi. 

*** 

Bu dünyaya vurulmağın 

Hikmətində nə məna var? 

Nə vermişsə dünya bizə, 

Verdiyində təmənna var. 

*** 

Bahar çağı kimdən küsüb təbiət, 

Səhər-səhər mısmırığı sallanıb. 

Oyanmayıb, yuxudadı dağ, meşə, 

Ağacdələn təbilini çalmayıb. 

*** 

Acam, acam, 

Üzündəki qara xalın acıyam. 

Mən hamıya şirinəm, 

Görən niyə 

Təkcə sənə acıyam?! 



 

 

*** 

Asiyəm, ay asiyəm, 

Dərd əlində asiyəm. 

Quldu Qərbin önündə 

Qoca Şərqim, Asiyam. 

*** 

Buludlar ağlayır, bu göz yaşından, 

Dağların yanağı şırım-şırımdı. 

Sular şırıl-şırıl şırıldadıqca, 

Coşan şəlalədə bir aşırımdı. 

*** 

Sən yaşayırsan mənsizlikdə, 

Mən yaşayıram sənsizlikdə. 


Fikrimiz fəryad edir 

Sükut dolu səssizlikdə. 



*** 

Bəxtim məni oyatsa, gələrəm hüzuruna, 

Yaltaqlar nə söyləsə, püləsə də nə zurna. 

*** 

Demə: - Həqiqətəm, sevirəm Yeri 

Yalandı fırladan Yer kürəsini

Yalana toxunma, çevirər Yeri. 



*** 

Mənim bayram hədiyyəm gülüm, sən olmalısan, 

Məni qəmlər əlindən gülüm, sən almısan. 

Kim deyər, - yoluxarsan, 

Su içmə qaynamadan! 

*** 

Qablanıb ağzı üstə 

Su içdim qaynamadan. 

Kim deyər, - yoluxarsan, 

Su içmə, qaynamadan! 

 

*** 

Günəşə boylanan bənövşə kimi, 

Mənə boylanırsan, gülüm, Günəşəm? 

Deyirəm - bəlkə də mən səndən ötrü 

Göydən gəlmişəm? 

*** 

Vermişəm ömrümü sənə hədiyyə, 

Əllərim əlində qul qalacaqdır. 

Bəs sənin hədiyyən nə olacaqdır? 

Bir öpüş! Onu da qıysan, bəs edər, 

Könlüm gecə-gündüz səndən bəhs edər. 



*** 

Tonqallar qalanır bayramqabağı, 

Yaz yanan ocaüğa, tüstüyə gəlir. 

Millət yetimləşir, yurd viran qalır, 

Harda ki, nadanlar kürsüyə gəlir. 

*** 

Gecələr səs-səsə verib banlaşan 

Xoruzlar dənləyir ağ ulduzları. 

Çəkir pərdəsini, qorusun deyə 

Göy, qaçıb gizlənən sağ ulduzları. 

*** 

Qollarım sarmaşıqdı, 

Sarmaşacaq sənə; 

Ürəyindən su içib, 

Gözlərindən işıq, 

Gül açacaq sarmaşıq. 



*** 

Kədərlisi çoxdu Yerin, 

Sevinclisi tapılarmı? 

Şar kimidi insan başı, 

Boşdusa baş, top olarmı? 

*** 

Bir şeirimi itirmişəm, 



Axtarıram mələyə-mələyə. 

*** 

Günah üzə oxunub, 

Qəm toxunub, 

Hava çatmayır, 

Ürəyimiz çatlayır... 

Sən arxalı, mən arxasız; 

Mən dənizi, 

Sən bir arxı doyurarsan. 



*** 

Göylərə nə olub? Yerdə ağaclar 

Budaq əllərini döyür dizinə. 

Göyün kardioqrammasını 

Yazır şimşəklər 

Göyün mənə sarı işıq üzünə. 



*** 

Balaca nəvəmsən, balaca Saleh, 

Dünyanı çiynimə alıb gedirəm, 

Hər işdə qalibəm! Qalib gedirəm. 

Sən şair ömrümün gələcəyisən, 

Ömrümün-günümün görəcəyisən. 



*** 

Tarixə ehtiram, tarixə hörmət

Yaxşı ki, dünyanın hər yerində var. 

Deyirəm dünyada daim var olsun, 

Yaxşı əməllərə imza atanlar. 

*** 

Əlləri əllərimin, 

Gözləri gözlərimin 

 balasıdı... 

Şəkil çəkir 

Əllərimin balası... 

Günəş içir, nur biçir 

Gözlərimin balası... 



 

*** 

 

Mənim işıq əlim uzanıb sənə, 

Yapış əllərimdən çıx işıqlığa. 

Üzül qara qoçdan, ağ qoçam, gülüm, 

Yapış əllərimdən çıx işıqlığa! 

*** 

 

Sən mənə inam ver, sevim mən səni, 



Səni sevgim ilə işıqlandırım. 

Buludam, torpaqsan, yağım üstünə, 

Səni ana edim - uşaqlandırım. 

*** 

Gecə üşüdür məni, 

Görəsən Allah eşidir məni? 

*** 

Gecə qurtarmır, 

Göy günəşi qaytarmır. 

Nə hiss edir, nə duyuram... 

Sən demə 


səni itirib dünyam. 

Səhər çoxdan açılıb, 

Gəl, 

Ömrüm sapdan asılıb. 



*** 

Mən yaratmaq, 

qurmaq istəyirəm

fikrin, sözün zirvəsində, 

durmaq istəyirəm, 

Yol aç mənə, İlahi. 



*** 

Hər yetən anlamaz Yerdə mən kiməm, 

Obada, ölkədə, eldə mən kiməm. 

Bəşər axıb gedən seldi, çağlayır 

Bu coşqun axında, seldə mən kiməm? 

*** 

Ruhu xəstə bəşərə 

loğman olmaq istəyirəm. 

- Mən! Mən! - deyən buşlardan 

Qisas almaq istəyirəm. 

Yol aç mənə, İlahi. 



*** 

Günəşin Yeri çəkən 

Bir ipinə mən bağlı, 

Birinə sən. 

Dayan! Nadan, 

sən çəkən ip yaman boşdu, 

Bunu gördüm halım coşdu. 

Niyə belə edirsən? 

Elə bil mal-qarasan

Hindistan küçələrində 

Səllimi gəzən inəksən. 

Nə özünə, nə millətə gərəksən. 



*** 

Ölü deyiləm, 

Ölüsüyəm dərdimin. 

Dəli deyiləm, 

Dəlisiyəm dərdimin. 

Dərdim solmur, 

Sevincim 

Bir gün olur, beş gün olmur. 

Göründümü, tez cumun, 

Elçi düşün, elçiləyin, 

Məndən dərd umun. 

*** 

Sözüm qurtarmayıb, 

Kağızım qurtarıb. 

Məni əlacsız görüb 

İlham sözün qaytarıb. 

 

*** 

Kişilik eşşəkliklə deyil, 

Adamlıqladır. 

Necə ki, badamın dadı 

badamlıqladır. 


*** 

Dodaqların püstə kimi açılıb, 

Bir istəyim dodağına qısılıb, 

İlan vuran körpə kimi çığırır, 

- Öpüş! - deyib məni sənə çağırır!.. 

*** 

Mən dağam, sən təpə, 

Mən bütövəm, sən qəlpə. 

Mən Günəşəm, sən Aysan, 

Məndən işıq alırsan. 

Nə vaxt ki, mənimləsən; 

O vaxt ulduzlanırsan, 

Bilinir ki, sən varsan. 



*** 

Qız gülün qədrini elə bilir ki, 

Dərmədi, əyilib ətrini çəkdi. 

Qüruru göylərə sığmayan başı, 

Məhəbbət eşqinə torpağa çökdü. 

*** 

Dərd atıb qaçdım göyə, 

Enimmi, enməyimmi; 

Nadanı dahisindən 

milyon kərə çox, Yerə? 

*** 

Qəlbimin göy üzü bulud-buluddu

Yenə şimşəkləyib söz yağacaqdır, 

Kağız ətəyini açıb yağışa, 

Gülüm, misra-misra söz yığacaqdır. 

*** 

Məndən ötrü çətindi, 

Yaxşı şeirimi seçmək 

Bundan daha rahatdır 

Yarıb Xəzəri keçmək. 

***

 

İyul Günəşidi əlimin içi, 



Üstünə tuşlansa əridəcəkdir. 

Sevgidən yoğrulub əlimin odu, 

Daşlara can verib yeridəcəkdir. 

*** 

Əllərin əlimdə yatdı bu gecə, 

Nə şirin yuxuya batdı bu gecə?! 

Bilmirəm hardayam, gülüm, əllərin 

Gecəni gündüzə qatdı bu gecə. 

*** 

Əllərim əlində işıq kimidi, 

Əllərin əlimdə uşaq kimidi. 

Ürəyim o qədər sevinir, indi, 

Başını itirən aşiq kimidi. 

*** 

Gecə saat dördə qalıb, 

Yenə yazıq İskəndəri 

Sevinc atıb, dərdə qalıb. 



***

 

Allaha, Günəşə uzanan əlim, 

Uzanır, həmişə uzanır sənə. 

Sən mənim əbədi ehtiyacımsan, 

Hər yolum, cığırım ucalır sənə. 



***

 

Əllərin əlimlə işıqlanacaq, 

Sənin əlində də işıq yanacaq, 

Qanundu, udacaq işıq işığı, 

Dünya gələcəyə uşaqlanacaq. 

***

 

 Həyat dolu dənizəm. 

Sevindim, lovğalandım, 

Misra-misra dalğalandım, 

Çırpındı sahilimə 

Dalğa sözüm, dalğa andım. 



***

 

Elə həyat verir yağış misralar; 

Gərək deyilsənsə elə, vətənə, 

Kitabdan, dəftərdən, yığış, misralar! 



***

 

Heç kimin 

heç kimdən xəbəri yoxdu, 

Sözü ələməyə xəlbiri yoxdu, 

Hərə öz evində dahilik edir, 

Kimi Yerə sığmır, göy ilə gedir. 

Kimi Xaqanini qoyub yarıda, 

Kimi ya peyğəmbər, ya da dahidi, 

Qalıb arada. 

***

 

Dünyanın söz adlı hökmdarı var, 

Sözə xidmət edir şah da, nökər də. 

***

 

Daşam, bülbül olaram, 

Mənə əlini çəksən. 

***

 

Səhərəyaxın əsən külək 

Səhərin yolunu silir, süpürür. 

Gecənin nə pisliyi qalıbsa, 

Külək gecənin üzünə tüpürür. 

Ulduz-ulduz gəlinlər 

Utanıb Günəşdən, çəkilir göydən. 

Ay da qalardı göydə, çəkinir göydən. 



***

 

Günəş bizə qonaqdı, 

Axşam çıxıb gedəcək. 

Ürəyinin odunu 

Bizə sıxıb gedəcək. 

***

 

Təpə dağa gülürdü; 

- Gəlməzdi heç gümana, 

Qorxusundan bürünüb 

Bu dağ qara dumana. 

  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə