AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ
LYUİS H.MORQANIN TƏDQİQATLARI İLƏ ƏLAQƏDAR OLARAQ36
I
MƏDƏNİYYƏTİN TARİXDƏN ƏVVƏLKİ PİLLƏLƏRİ
Morqan işə bələd bir adam kimi bəşəriyyətin tarixdən əvvəlki dövrünə müəyyən bir sistem gətirməyə çalışan ilk şəxs idi və materialın xeyli genişlənməsi dəyişikliklər etmək məcburiyyəti doğurmayınca, onun təklif etdiyi dövrlər bölgüsü, şübhəsiz, qüvvədə qalacaqdır.
Üç başlıca dövrdən–vəhşilik, barbarlıq və sivilizasmya dövrlərindən–onu, özlüyündə aydın olduğu kimi, yalnız birinçn ikisi və üçüncüsünə keçid maraqlandırır. Bu iki dövrdən hər birini o, yaşayış vasitələri istehsalındakı tərəqqiyə uyğun olaraq aşağı, orta və yüksək pillələrə bölür, çünki, deyə o göstərir:
«insanın təbiət üzərində üstunlük və hökmranlıq dərəcəsi üçün bu istehsaldakı məharətin həlledici əhəmiyyəti vardır: bütün canlı mövcudatdan yalnız insan ərzaq istehsalı üzərində, demək olar, hədsiz hökmranlığa nail ola bilmişdir. Bəşər tərəqqisinin bütün böyük dövrləri yaşayış mənbələrinin genişlənməsi dövrlərinə az və ya çox dərəcədə bilavasitə uyğun gəlir» (Həmçinin bax: «Marks və Engelsin arxivi». IX cild, səh. 4. Red.).
Bununla yanaşı ailə inkişaf edir, lakin onun inkişafı dövrləri hüdudlaşdırmaq üçün bu cür səciyyəvi əlamətlər vermir.
1. VƏHŞİLİK
1. Aşağı pillə. Bəşər nəslinin uşaqlığı. İnsanlar hələ öz ilkin yerlərində, tropik və ya subtropik meşələrdə idilər. Onlar, hər halda qismən, ağaclarda yaşayırdılar; onların iri yırtıcı heyvanlar arasında yaşamasını yalnız bununla izah etmək olar. Onlar meyvə, qoz, kök yeyirdilər; budövrün başlıca nailiyyəti səhih nitqinmeydana gəlməsidir. Tarixi dövrdə mə'lum olmuş bütün xalqlardan artıq heç biri bu ibtidai halda deyildi. Bu hal bəlkə bir çox min illər davam etmiş olsa da, biz onun mövcud olduğunu bilavasitə dəlillər əsasında sübut edə bilmirik; lakin insanın heyvanlar aləmindən əmələ gəldiyini qəbul etdikdə, belə bir keçid halı olduğunu fərz etmək lazımdır.
2. Orta pillə. Balıq yeməkdən (biz buraya xərcəng, ilbiz və başqa su heyvanlarını da daxil edirik) və od işlətməkdən başlanır. Bunların hər ikisi bir-biri ilə bağlıdır, çünri balıq yeməkləri yalnız od sayəsində yeməyə tamamilə yararlı olur. Lakin bu yeni yemək meydana gəlməsi nəticəsində insanlar daha iqlimdən və yerdən asılı olmadılar; onlar çayların axarı və dəniz sahilləri ilə gedərək, hətta vəhşi halda da yer üzünün böyük hissəsinə yayıla bilmişlər. İlkin daş dövrünün kobud hazırlanmış, cilalanmamış daş alətləri, paleolit alətləri deyilən, hamısı və ya çox qismi bu dövrə aid olan alətlər bütün qitələrə yayılmışdır və adamların bu cür köçməsinə əyani sübutdur. Yeni yerlərdə məskən salınması və axtarmalara daim fəal sə'y göstərilməsi, bununla birlikdə sürtmə vasitəsi ilə od əldə edilməsi yeni yemək vasitələri verdi, bu da isti küldə və ya yemək bişirilən çalalarda (qazma sobalarda,) bişirilmiş nişastalı köklər və kök yumrularından, birinci silah olan dəyənək və nizə ixtira edildikdə arabir əldə edilib əlavə yemək olan ov heyvanından ibarət idi. Kitablarda təsvir edilən xalis ovçu xalqlar, yə'ni yalnız ovla yaşayan xalqlar heç vaxt mövcud olmamışdır; ov ilə yaşamaq üçün şikar əsla e'tibarlı deyildir. Bu pillədə yemək mənbələri cəhətdən daimi tə'minatsızlıq nəticəsində, görünür, adam yemək meydana gəlmiş və o zamandan e'tibarən uzun müddət qalmışdır. Avstraliyalılar və bir çox polineziyalılar hələ indi də vəhşiliyin bu orta pilləsindədirlər.
3. Yüksək pillə. Yay və ox ixtira edilməsindən başlanır, bunların sayəsində ovlanan heyvan daimi yemək olur, ovçuluq isə adi əmək sahələrindən biri olur. Yay, kiriş və ox artıq çox mürəkkəb bir silah idi, bunun ixtira edilməsi üçün uzun zaman təcrübə toplanmalı və daha çox inkişaf etmiş əqli qabiliyyət olmalı idi, deməli, eyni zamanda bir çox başqa ixtiralara bələd olmaq lazım idi. Artıq yay və ox işlədən, lakin dulusçuluq sənətini (bunu Morqan barbarlığa keçidin başlanğıcı hesab edir) hələ bilməyən xalqları bir-biri ilə müqayisə etdikdə, biz artıq doğrudan da kəndlər halında məskunlaşmanın bə'zi ilk əlamətlərini, yaşayış vasitələri istehsalının müəyyən dərəcədə mənimsənildiyini görüruk: ağac qablar və ev şeyləri, ağac lifindən (toxucu dəzgahı olmadan) əl toxuculuğu, ağac lifindən və ya qamışdan zənbil toxunması, cilalanmış (neolit) daş alətlər. Od və daş balta artıq bütöv ağacdan qayıq qayırmağa, bə'zi yerlərdə isə sığınacaq tikmək üçün şalban və taxta hazırlamağa adətən imkan verir. Bütün bu nailiyyətlərə biz, məsələn, Amerikanın şimal-qərb hindilərində rast gəlirik, onlara yay və ox mə'lum olsa da, dulusçuluq hələ mə'lum deyildir. Barbarlıq üçün dəmir qılınc və sivilizasiya üçün odlu silah nə idisə, vəhşilik dövrü üçün də yay və ox eyni şey idi, yə'ni həlledici silah idi.
2. BARBARLIQ
1. Aşağı pillə. Dulusçuluq sənətinin tətbiqindən başlanır. Sübut etmək olar ki, bir çox hallarda və bəlkə hər yerdə bu sənət öz mənşəyi ilə toxunma və ya ağac qabları odadavamlı etmək üçün onların üzərinə gil yaxılmasına borcludur. Bu zaman tezliklə gördülər ki, müəyyən şəklə salınmış gil, daxilində qab olmadan da, bu məqsədə xidmət edir.
Bu vaxtadək biz inkişaf gedişini, xalqların yaşadığı yerlərdən asılı olmayaraq, müəyyən dövrdə bütün xalqlar üçün qüvvədə olan tamamilə ümumi bir hal kimi araşdıra bildik. Lakin barbarlıq başlandıqda, biz elə bir pilləyə çatmış olduq ki, bu zaman hər iki böyük materikin təbii şəraitindəki fərq əhəmiyyət kəsb edir. Barbarlıq dövrünün səciyyəvi cəhəti heyvanların əhliləşdirilməsindən vəartırılmasından, bitkilərin becərilməsindən ibarətdir. Şərq materikində, Köhnə dünya adlanan materikdə əhliləşdirilə bilən heyvanların demək olar hamısı və yetişdirilməyə yarayan dənli bitkilərin yalnız bircə növundən başqa hamısı var idi; qərb materikində, Amerikada isə məməli heyvanların bütün əhliləşdirilə bilənlərindən yalnız lama var idi ki, bu da cənubun yalnız bircə yerivdə idi, becərilən bütün dənli bitkilərdən isə yalnız biri, lakin ən yaxşısı var idi ki, bu da qarğıdalı idi. Təbii şəraitdəki bu fərq nəticəsində hər yarımkürənin əhalisi bu zamandan e'tibarən öz xüsusi yolu ilə inkişaf edir və ayrı-ayrı inkişaf pillələrinin qovuşduğu nöqtələrdəki mərz nişanələri hər iki yarımkürənin hər biri üçün ayrı olur.
2. Orta pillə. Şərqdə ev heyvanlarının əhliləşdirilməsindən, qərbdə isə suvarma vasitəsi ilə yeməli bitkilər yetişdirilməsindən və tikintilər üçün adoblar (kündə qurudulan çiy kərpic) və daş işlədilməsindən başlanır., / Biz qərbdən başlayırıq, çünki Amerikanın avropalılar tərəfindən işğalına qədər oranın heç bir yerində bu pillədən irəli getməmişdilər.
Barbarlığın aşağı pilləsində duran hindilər (Missisipidən şərqdə yaşayanların hamısı bunlardan idi) kəşf edildikləri zaman onlara artıq dirrikdə qarğıdalı və bəlkə həmçinin kudu, qovun və onların yeməyinin çox mühüm bir hissəsini təşkil edən başqa dirrik bitkiləri becərilməsinin müəyyən üsulu mə'lum idi; onlar ağac evlərdə, çəpərlənmiş kəndlərdə yaşayırdılar. Şimal-qərb tayfaları, xüsusilə Kolumbiya çayı hövzəsində yaşayaılar hələ vəhşiliyin yüksək pilləsində durudular və nə dulusçuluq sənəti, nə də hər hansı bir bitki becərilməsi onlara mə'lum deyildi. Yeni Meksikada pueblo deyilən hindilər6, meksikalılar, Mərkəzi Amerikada yaşayanlar və perulular isə, əksinə, işğal zamanı barbarlığın orta pilləsində idilər: onlar adoblardan və ya daşdan tikilən qalaya bənzər evlərdə yaşayırdılar; sün'i surətdə suvarılan dirrikdə qarğıdalı və yerdən, iqlimdən asılı olaraq, başqa müxtəlif yeməli bitkilər becərirdilər, bu bitkilər onlar üçün başlıca yemək mənbələri idi, hətta bə'zi heyvanları: meksikalılar hind toyuğunu və başqa quşları, perulular lamanı əhliləşdirmişdilər. Bundan əlavə, dəmir istisna olmaqla, metalların e'malı onlara mə'lum idi, buna görə də onlar daşdan qayrılan silah və alət olmadan hələ də keçinə bilmirdilər. İspaniya işğalı onların sonrakı hər hansı müstəqil inkişafını dayandırdı.
Şərqdə barbarlığın orta pilləsi süd və ət verən heyvanları əhliləşdirməkdən başlandı, halbuki burada bitki yetişdirilməsi, görünür, bu dövr ərzində hələ çox uzun müddət mə'lum deyildi. Malqaranın əhliləşdirilməsi və artırılması, böyuk sürülər yaradılması, görünür, qalan barbarlar kütləsindən arilərin və semitlərin ayrılmasına səbəb olmuşdu. Avropa və Asiya ariləri arasında ev heyvanlarının adları hələ ümumidir, becərilən bitkilərin adları isə, demək olar, heç zaman umumi deyildir.
Sürulər yaradılması, yararlı olan yerlərdə: semitlərdə Fərat və Dəclə boyu otlaq düzənlərdə, arilərdə isə Hindistanın eyni ilə bu cür düzənlərində, habelə Oksus və Yaksart, Don və Dnepr boyunca çoban həyatı tərzinə səbəb olurdu. İlk dəfə heyvanların əhliləşdirilməsinə, görünür, bu cür otlaq sahələrin hüdudlarında nail olmuşlar. Buna görə də sonrakı nəsillərə elə gəlir ki, çoban xalqlar əslində nəinki bəşəriyyətin beşiyi ola bilməyən, hətta əksinə, öz vəhşi əcdadlarının və hətta barbarlığın aşağı pilləsində duran adamların yaşaması üçün az qala yararsız olan yerlərdə meydana gəlmişdir. Əksinə, orta pillədə duran bu barbarlar çoban həyatına alışdıqdan sonra, onların heç ağlına da gələ bilməzdi ki, çayların sahillərindəki otlaq yerlərdən öz əcdadlarının yaşadıqları meşə sahələrinə könüllü olaraq qayıtsınlar. Hətta semitlər və arilər daha. uzaqlara, şimala və qərbə tərəf sıxışdırıldıqda da, onlar Qərbi Asiya və Avropanın meşəlik yerlərinə yalnız o zaman gedə bildilər ki, bu az əlverişli torpaqda dənli bitkilər becərilməsi onlara, xüsusilə qışda, öz malqarasını yedirtmək imkanı versin. Ehtimaldan daha artıq yəqin etməkolar ki, burada dənli bitkilər becərilməsi, hər şeydən əvvəl, malqara üçün yem tələbatından irəli gəlmişdi vəyalnız sonralar insanlar üçün mühüm qida mənbəyi olmuşdu.
Arilərin və semitlərin daha müvəffəqiyyətlə inkişafetməsinin səbəbini, bəlkə də, bu hər iki irqin bolbol ət və süd yeməsi ilə və xüsusən uşaqların inkişafına bunun yaxşı tə'siri ilə izah etmək lazımdır. Doğrudan da, demək olar yalnız bitki yeməyə məcbur olan Yeni Meksika pueblo hindilərinin beyni, barbarlığın aşağı pilləsində, duranvə daha çox ət ilə balıq yeyən hindilərin beynindən kiçikdir. Hər hdlda, bu pillədə adamyemə yavaş-yavaş aradan qalxır və yalnız dini ayin kimi, ya da burada demək olar, eyni mə'nanı verən caduluq kimi qalır.
3. Yüksək pillə. Dəmir filizin əridilməsindən başlanır və hərfli yazının ixtirası, bunun şifahi yaradıcılığı yazmaq üçün işlədilməsi nəticəsində sivilizasiyaya keçir. Artıq deyildiyi kimi, yalnız şərq yarımkürəsində müstəqil surətdə keçilmiş olan bu pillə, istehsal sahəsindəki müvəffəqiyyətlər cəhətdən, birlikdə götürülən bütün əvvəlki pillələrdən daha zəngindir. Qəhrəmanlıq dövründəki yunanlar, Roma tə'sis ediləndən bir az əvvəlki itali tayfaları, Tatsit germanları, vikinqlər dövründəki normanlar (1884-cü il nəşrində «Tatsit germanları, vikinqlər dövründəki normanlar» sözləri əvəzinə «Sezar (və ya, bizim daha həvəslə deyəcəyimia kimi, Tatsit) germanları» çap olunmuşdur. Red.) bu pilləyə aiddir.
Hər şeydən əvvəl biz burada ilk dəfə dəmir kavahınlı kotana rast gəlirik, bunun da qoşqu qüvvəsi ev heyvanlarıdır; bunun sayəsində böyük miqyasda əkinçilik, tarlaçılıq mümkün olmuş, bununla da birlikdə yaşayış üçün ərzaqın o zamankı şəraiqdə əməli cəhətdən qeyri-məhdud dərəcədəartırılması mümkün olmuşdur; sonra–meşənin qırılıbkötüklərdən təmizlənməsi, onun zəmi və çəmənliyə çevrilməsi mümkün olmuşdur, bu da yenə dəmir balta və dəmir bel olmadan geniş miqyasda mümkün deyildi. Bununla birlikdə əhali də sür'ətlə artaraq, kiçik ərazilərdə daha sıx məskunlaşırdı. Tarlaçılıq meydana gəlməzdən əvvəl tamamilə mustəsna bir şərait yaranmalı idi ki, yarım milyon adamözlərinə vahid mərkəzi rəhbərlik altında birləşməyə imkan tapsın; görünür, bu heç vaxt olmamışdır.
Biz Homerin poemalarında, xüsusilə «İliada»da, barbarlığın yüksək pilləsinin tam tərəqqisini görürük. Təkmilləşdirilmiş dəmir alətlər, dəmirçi görüyü, əl dəyirmanı, dulusçu dəzgahı, bitki yağı hazırlanması və şərabçılıq, metal e'malının bədii sənətkarlığa çevrilən dərəcədə inkişaf etməsi, araba və döyüş arabası, şalban və taxtadan gəmi qayırılması, incəsənət olmaq e'tibarı ilə me'marlığın rüşeymləri, qüllələri olan diş-diş divarlarla əhatə olunmuş şəhərlər, Homer eposu və bütün mifologiya–yunanların barbarlıqdan sivilizasiyaya gətirdikləri başlıca miras məhz budur. germanların Sezar və hətta Tatsit tərəfindən təsvirini bununla müqayisə etdikdə,–germanlar mədəniyyətin elə bir pilləsinin başlanğıc mərhələsində dururdular ki, Homer yunanları bu pillədən daha yüksək pilləyə keçməyə hazırlaşırdılar,–biz görürük ki, barbarlığın yüksək pilləsi istehsalın inkişafında nə qədər çox nailiyyətə çatmışdır.
Bəşəriyyətin vəhşilik və barbarlıq pillələrindən keçərək sivilizasiyanın başlanğıcına doğru inkişafının Morqana əsasən mənim burada təsvir etdiyim mənzərəsi yeni əlamətlərlə artıq kifayət qədər zəngindir, daha əhəmiyyətlisi isə odur ki, bu əlamətlar mübahisəsizdir, çünki bunlar bilavasitə istehsaldan götürülmüşdür. bununla belə həmin mənzərə bizim səyahətimizin axırlarında qarşımızda açılacaq mənzərəyə nisbətən solğun və miskin görünər; yalnız o zaman barbarlıqdan sivilizasiyaya keçilməsini və bunların hər ikisi arasındakı kəskin əksliyi tamamilə aydınlaşdırmaq mümkün olar. Hələlik isə biz Morqanın dövrlərə bölgüsünü bu cür ümumiləşdirə bilərik: vəhşilik–başlıca olaraq təbiətin hazır məhsullarının mənimsənilməsi dövrüdür; insan tərəfindən sün'i surətdə yaradılan məhsullar belə bir mənimsəmənin başlıca olaraq yardımçı alətləri xidmətini görür. Barbarlıq–maldarlığın və əkinçiliyin tətbiqi dövrüdür, insan fəaliyyətinin köməyi ilə təbiət məhsulları istehsalını artırmaq metodlarına yiyələnmə dövrüdür. Sivilizasiya təbiət məhsullarının sonrakı e'malına yiyələnmə dövrü, sözün əsl mə'nasında sənaye və incəsənət dövrüdür.
II
AİLƏ
Ömrünün çox hissəsini hələ indi də Nyu-York ştatında yaşayan İrokezlər arasında keçirmiş və bu tayfalardan birində (seneka tayfasında) oğulluğa götürülmüş Morqan aşkar etmişdir ki, onlarda öz həqiqi ailə münasibətlərinə zidd olan bir qohumluq sistemi mövcud olmuşdur. Onlarda hər iki tərəfin asanlıqla poza biləcəyi təknigahlılıq hökm sürürdü ki, bunu da Morqan «ikili ailə» adlandırır. Buna görə də bu cür ikili ailə övladları hamıya mə'lum və hamılıqla qəbul edilmiş olurdu: ata, ana, oğul, qız, qardaş, bacı adlarını kimə aid etmək lazım gəldiyi barədə şübhə ola bilməzdi. Lakin həmin ifadələrin fe'lən işlədilməsi buna ziddir. İrokez təkcə öz uşaqlarına deyil, öz qardaşı uşaqlarına da öz oğlu və qızı deyir, onlar da buna ata deyirlər. Öz bacısı uşaqlarına isə o, bacıoğlu və ya bacıqızı deyir, onlar da buna dayı deyirlər. İrokez qadın isə, əksinə, öz uşaqları kimi, öz bacısı uşaqlarına da oğul və qız deyir, onlar da buna ana deyirlər. Öz qardaşı uşaqlarına isə, o, qardaşoğlu və qardaşqızı deyir, özü də onların bibisi olur. Eyni ilə də qardaş uşaqları, həmçinin bacı uşaqları bir-birinə qardaş və bacı deyirlər. Qadının uşaqları ilə onun qardaşı uşaqları isə, əksinə, bir-birinə dayıuşağı və bibiuşağı deyirlər. Həm də bunlar sadəcə əhəmiyyətsiz adlar deyil, yaxınlıq və uzaqlıq haqqında, qan qohumluğunun eyni cür olması və eyni cür olmaması haqqında fe'lən mövcud olan baxışların ifadəsidir və bu baxışlar ayrıca bir fərdin bir neçə yüz müxtəlif qohumluq münasibətlərini ifadə edə bilən tamamilə mükəmməl bir qohumluq sisteminin əsasını təşkil edir. Bundan əlavə həmin sistem nəinki təkcə bütün Amerika hindiləri arasında tamamilə qüvvədədir (indiyədək heç bir istisna aşkar edilməmişdir), habelə demək olar dəyişikliksiz şəkildə Hindistanın ən qədim sakinləri arasında, Dekanın dravid tayfaları və Hindistan yarımadasında qaura tayfaları arasında da tətbiq olunur. Cənubi Hindistan tamilləri arasında və Nyu-York ştatının seneka tayfasının irokezləri arasında qohumluq. adları iki yüzdən çox müxtəlif qohumluq münasibətləri üçün hələ indi də eyni cürdür. Bütün Amerika hindiləri arasında olduğu kimi, bu hind tayfaları arasında mövcud ailə formasından. irəli gələn qohumluq münasibətləri də qohumluq sisteminə. ziddir.
Bəs bunu necə izah etməli? Bütün vəhşi və barbar xalqların ictimai quruluşunda qohumluğun həlledici rol oynadığı bir şəraitdə, bu qədər geniş yayılmış olan həmin. sistemdən təkcə ibarələrlə yaxa qurtarmaq olmaz. Amerikada ümumən yayılmış olan, həmçinin Asiyada tamamilə başqa bir irqə mənsub xalqlar arasında da mövcud olan, Afrika və Avstraliyanın hər yerində çox zaman az-çox dəyişilmiş. formalarda təsadüf edilən bir sistem,–belə bir sistem tarixən izah olunmasını tələb edir; bundan məsələn, Mak-Lennanın etmək istədiyi kimi, təkcə ibarələrlə yaxa qurtarmaq olmaz. Ata, uşaq, qardaş, bacı kimi adları yalnız bir növ şərəfli adlar deyildir, bunlar tamamiləmüəyyən və çox ciddi qarşılıqlı vəzifələr doğurur, bu vəzifələrin də məcmusu həmin xalqların ictimai quruluşununq mühüm hissəsini təşkil edir. İzahat da tapıldı. Sandviç (Havay) adalarında hələ bu əsrin birinci yarısında elə» ailə forması var idi ki, burada eyni ilə Amerika və qədim Hindistan qohumluq sistemlərinin tələb etdiyi atalar va analar, qardaşlar və bacılar, oğullar və qızlar, əmi-dayılar və xala-bibilər, qardaş və bacı uşaqları var idi. Lakin təəccüblüdür! Havay adalarında qüvvədə olan qohumluq sistemi orada fe'lən mövcud olan ailə formasına yenə də uyğun gəlmirdi. Yə'ni orada istisnasız olaraq bütünqardaş və bacıların uşaqları bir-birinin qardaş və bacıları hesab olunurlar və təkcə öz anasının və onun bacılarının, yaxud öz atasının və onun qardaşlarının deyil, habelə fərqsiz olaraq öz valideynlərinin bütün qardaş və bacılarının ümumi uşaqları hesab olunurlar. Deməli, əgər Amerika qohumluq sistemi artıq Amerikada mövcud olmayan və havay adalarında həqiqətən hələ təsadüf etdiyimiz daha primitiv ailə forması olduğunu göstərirsə, digər tərəfdən, havay qohumluq sistemi daha erkən bir ailə forması olduğunu göstərir, doğrudur, bu formanın mövcud olduğunu hazırda biz artıq heç bir yerdə tapa bilmirik, lakin bu forma mövcud olmalı idi, çünki bunsuz müvafiq qohumluq sistemi meydana gələ bilməzdi.
Morqan deyir: «Ailə fəal əsasdır; o heç vaxt dəyişilməz qalmır, cəmiyyət aşağı pillədən yüksək pilləyə doğru inkişaf etdikcə, o da aşağı formadan yüksək formaya keçir. Qohumluq sistemləri isə, əksinə, passivdir; ailədə baş verən tərəqqi yalnız uzun müddət keçdikdən sonra bunlarda əks olunur və yalnız ailə köklü surətdə dəyişildikdə, bunlarda köklü surətdə dəyişilir».
Marks buna əlavə edib deyir: «Ümumiyyətlə siyasi, hüquqi, dini, fəlsəfi sistemlər də eyni ilə belədir» (Bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 21. Red.). Ailə öz inkişafını davam etdirdiyi halda, qohumluq sistemi donub qalır və qohumluq sistemi adət gücünə yaşamaqda davam etdiyi müddətdə ailə onun çərçivəsini aşıb ötür. Paris yaxınlığında kisəli heyvan skeleti sümüyünə əsasən Küvye bu skeletin kisəli heyvan skeleti olduğunu və bir zamanlar orada ölüb getmiş kisəli heyvanlar yaşadığını müəyyən etdiyi kimi,–biz də tarixən bizə gəlib çatmış olan qohumluq sisteminə əsasən eyni dərəcdə yəqinliklə bu nəticəyə gələ bilərik ki, ona müvafiq olan və ölüb getmiş ailə forması da mövcud olmuşdur.
Yuxarıda göstərilən qohumluq sistemlərinin və ailə formalarının indi hökm sürənlərdən fərqi bundadır ki, hər uşağın bir neçə atası və anası var idi. Havay ailəsinin uyğun gəldiyi Amerika qohumluq sisteminə görə, qardaş və bacı eyni bir uşağın ata və anası ola bilməz; havay qohumluq sistemi isə, əksinə, elə bir ailəni tələb edir ki, orada bu hal bir qayda olmuşdur. Burada bizim qarşımızda duran bir sıra ailə formaları indiyədək adətən yeganə mövcud olmuş sayılan ailə formalarına açıqca ziddir. Ən'ənəvi təsəvvür, yalnız təknigahlılığı, bununla yanaşı bir kişinin çoxarvadlılığını və əlavə olaraq, bəlkə də, bir qadının çoxərliliyin tanıyır, həm də öyüd dərsi verən filisterə layiq olduğu kimi, susub bunun üstündən keçirdi ki, praktika rəsmi cəmiyyətin qoyduğu hədləri gizlicə, lakin heç bir şeylə hesablaşmadan aşır. İbtidai tarixin öyrənilməsi, əksinə, bizə elə bir hal olduğunu göstərir ki, kişilər çoxarvadlılıq şəraitində, onların arvadları isə eyni zamanda çoxərlilik şəraitində yaşayırlar, buna görə də həm onların, həm də bunların uşaqları hamısının ümumi uşaqları hesab olunur; bu hal öz növbəsində qəti olaraq təknigahlılığa keçilənə qədər tam bir sıra dəyişikliklərə uğrayır. Həmin dəyişikliklər elədir ki, ümumi nigah əlaqələrinin əhatə etdiyi, əvvəllər çox geniş olan dairə getdikcə daha çox daralır və nəhayət, ancaq ayrıca ikili ailə qalır ki, bu da indi üstün yer tutur.
Bu yolla ailənin tarixini əks qaydada bərpa edən Morqan öz həmkarlarının çoxu ilə həmrə'y olaraq belə bir nəticəyə gəlir: elə bir ibtidai hal mövcud olmuşdur ki, bu zaman tayfa daxilində qeyri-məhdud cinsi əlaqələr hökm sürmüşdür, belə ki, hər bir qadın hər bir kişiyə və eyni ilə hər bir kişi hər bir qadına mənsub olmuşdur. Bu cür ibtidai hal barəsində hələ keçən əsrdən başlamış danışırdılar, lakin ümumi ibarələrlə kifayətlənirdilər; yalnız Baxofen,–bu da onun ən böyük xidmətlərindən biridir,–bu məsələyə ciddi yanaşmış və həmin halın izlərini tarixi və dini rəvayətlərdə axtarmağa başlamışdır. İndi biz bilirik ki, onun tapdığı bu izlər bizi heç də nizamsız cinsi əlaqələr kimi bir ictimai pilləyə deyil, xeyli sonrakı formaya, qrup nigahına aparıb çıxarır. Göstərilən primitiv ictimai pillə,–əgər həqiqətən mövcud olmuşsa,–o qədər uzaq dövrə aiddir ki, sosial qazıntılar arasında, öz inkişafında geri qalmış vəhşilərdə onun keçmişdə mövcud olduğuna dair bilavasitə sübutlar çətin tapıla bilər. Baxofenin xidməti məhz bundadır ki, həmin məsələnin tədqiqini ilk sıraya keçirmişdir (Baxofen bu ibtidai halı heterizm adlandırmaqla göstərmişdir ki, məhz nə kəşf etdiyini və ya, daha doğrusu, nəyi sözdiyini necə az başa düşmüşdür. Yunanlar heterizm sözünü işlətməyə başladıqda, bu sözlə subay və ya təknigahlılıqda yaşayan kişilərin ərsiz qadınlarla əlaqələrini göstərirdilər; bu həmişə göstərir ki, müəyyən nigah forması vardır və həmin cinsi əlaqələr bu nigahdan kənarda baş verir, bu, habslə, fahişəliyin də hər halda mümkün olduğunu göstərir. Bu söz heç vaxt başqa mə'nada işlədilməmişdir, mən də Morqanla birlikdə onu bu mə'nada işlədirəm. Baxofenin son dərəcə mühüm olan kəşfləri hər yerdə onun belə bir fantastik təsəvvürü ilə misilsiz dərəcədə mistikləşdirilmişdir ki, guya kişi ilə qadın arasında tarixən meydana gələn münasibətlərin mənbəyi onların gerçək həyat şəraiti deyil, həmişə insanların müvafiq dini təsəvvürləri olmuşdur.).
İnsanın (Bu abzasın və «Qan qohumluğu olan ailə» bölməsinə qədər sonrakı abzasların mətni Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.) cinsi həyatının bu başlanğıc pilləsini inkar etaək yaxın zamandan bəri bir dəb olmuşdur. Bəşəriyyəti bu «rüsvayçılıqdai» xilas etmək istəyirlər. Həm də burada nəinki heç bir bilavasitə sübut olmadığına istinad edirlər, habelə xüsusən başqa heyvanat aləmini misal gətirirlər; heyvanat aləmi haqqında Leturno («Nigahın və ailənin təkamülü», 1888) çoxlu fakt toplanmışdır və bu faktlar göstərir ki, burada da aşağı inkişaf pilləsində tam nizamsız cinsi əlaqələr vardır. Bütün bu faktlardan isə mən y.alnız o nəticəni çıxara bilərəm ki, bunlar insan və onun ibtidai həyat şəraiti haqqında əsla heç bir şeyi sübut etmir. Heyvanların uzun müddət ikili cütləşməsi fizioloji səbəblərlə kifayət qədər izah olunur: məsələn, quşlarda bununla izah olunur ki, dişi quşun bala çıxardığı dövr' də köməyə ehtiyacı vardır; quşlarda təsadüf edilən ciddi monoqamiya misalları insanlar barəsində heç bir şeyi sübut etmir, çünki axı insanlar quşlardan əmələ gəlməmişlər, əgər ciddi monoqamiya hər cür abır-ismətin zirvəsidirsə, onda birinci yeri haqlı olaraq bağırsaq qurdu tutur, axı onun öz 50–200 buğumundan və ya bədən üzvündən hər birində tam dişi və erkək cinsi aparat vardır və o bütün ömrünü bununla keçirir ki, həmin üzvlərin hər birində öz-özü ilə cinsi əlaqəyə girir. Yox əgər biz məməli heyvanlarla kifayətlənsək, burada cinsi həyatın bütün formalarını–nizamsız əlaqələr, qrup nigahına bənzər hal, çoxarvadlılıq, təknigahlılıq olduğunu görərik; ancaq çoxərlilik çatışmır ki, buna da yalnız insanlar gəlib çata bilmişlər. Hətta bizim ən yaxın qohumlarımız olan dördəllilərdə də erkək və dişi qruplaşmalarının mümkün olan bütün növləri vardır; daha məhdud dairə götürülsə və insanabənzər meymunların yalnız dörd növü nəzərdən keçirilsə, burada Leturno yalnız bunu deyə bilər ki, onlarda gah monoqamiyaya, gah da poliqamiyaya təsadüf olunur, halbuki Jiro-Tölonun dediyinə görə, Sossür iddia edir ki, bunlar monoqamdırlar. İnsanabənzər meymunların monoqamiyası haqqında Vestermarkın ən yeni iddiaları da («İnsan nigahının tarixi», London, 1891) Hələ heç də sübut hesab edilə bilməz. Bir sözlə, əldə olan mə'lumat belədir ki, vicdanlı Leturno e'tiraf edib deyir:
Dostları ilə paylaş: |