Qrup nigahı haqqındakı mə'lumatımız ən çox ingilis missioneri Lərimer Faysonun sayəsində əhəmiyyətli dərəcədə zənginləşmişdir, o, ailənin həmin formasını onun klassik zəminində–Avstraliyada uzun illər boyu öyrənmişdir. Aşağı inkişaf pilləsini o, Cənubi Avstraliyada Maunt-Qambir rayonunda Avstraliya zənciləri arasında görmüşdür. Burada bütün tayfa iki böyük sinfə,–krokilərlə kumitelərə bölünmüşdür. Bu siniflərdən hər biri daxilində cinsi əlağələr qəti qadağan olunmuşdur; əksinə, bir sinifdən olan hər bir kişi anadan olandan o biri sinifdən olan hər bir qadının əridir, bu qadın isə onun anadangəlmə arvadıdır. Ayrı-ayrı fərdlər deyil, bütöv qruplar bir-biri ilə, sinif siniflə nigah əlaqəsində olur. Bunu da qeyd etmək lazımdır ki, iki ekzoqam sinfə bölünməkdən doğan məhdudluqdan başqa, heç bir şey, nə yaş fərqi, nə də yaxın qan qohumluğu burada cinsi əlaqələr üçün əsla maneə təşkil etmir. Hər bir kroki kişi üçün hər bir kumite qadın hüquqa görə onun arvadıdır; həm, də onun öz qızı kumite qadının qızı olub ana hüququna görə özü də kumite olduğundan, anadan olandan hər bir kroki kişinin arvadıdır, deməli, öz atasının da arvadıdır. Hər halda siniflərin bələd olduğumuz şəkildə təşkil olunması bunun üçün heç bir maneə qoymur. Beləliklə, ya bu quruluş elə bir vaxtda meydana gəlmişdir ki, yaxın qohumlar arasında cinsi əlaqəni məhdudlaşdırmağa tutqun şəkildə nə qədər sə'y göstərilsə də, insanlar valideynlərlə uşaqlar arasında cinsi əlaqələrdə hələ xüsusilə dəhşətli heç bir şey görmürdülər,–bu halda isə siniflər sistemi bilavasitə nizamsız cinsi əlaqələr halından yaranmışdır,–ya da nigahlı siniflər meydana gəldiyi vaxtda valideynlərlə uşaqlar arasında cinsi əlaqə artıq adət üzrə qadağan olunmuşdu, bu halda isə müasir vəziyyət bundan əvvəl qan qohumluğunda olan ailənin mövcud olduğunu göstərir və ondan imtina edilməsi yolunda birinci addım olur. Bu axırıncı hal daha ehtimaldır. Mənə mə'lum olduğuna görə, Avstraliyada valideynlərlə uşaqlar arasında nigah münasibətlərinə dair misallar gətirilmir, ekzoqamiyanın daha sonrakı formasının, ana hüququna əsaslanan qəbilənin mözcud olması isə yenə də bir qayda olaraq, özlüyündə göstərir ki, bu cür münasibətlər qəbilə meydana gəldiyi zaman artıq mövcud olmuş bir şey kimi qadağan edilibmiş.
İki sinif sisteminə Cənubi Avstraliyada Maunt-Qambir rayonundan başqa, sonra habelə şərqdə, Darlinq çayı hövzəsində və Şimal-Şərqdə, Kvinslenddə təsadüf olunur və beləliklə, bu sistem geniş yayılmışdır. Bu sistem yalnız ana xətti ilə olan qardaş və bacılar arasında, qardaşların uşaqları arasında və bacıların uşaqları arasında nigaha yol vermir, çünki bunlar bir sinfə mənsubdurlar; bacı ilə qardaşın uşaqları isə, əksinə, bir-biri ilə nigaha girə bilərlər. Yeni Cənubi Uelsdə, Darlinq çayı hövzəsindəki kamilaroxar tayfasında biz yaxın qohumlar arasında cinsi əlaqənin qadağan edilməsi yolunda yeni bir addım atıldığını görürük, burada ilk iki sinif dörd sinfə parçalanmışdır, həm də bu dörd sinifdən hər biri bütövlükdə müəyyən başqa bir siniflə nigah əlaqəsindədir. Birinci iki sinif anadan olandan bir-biri üçün ər-arvaddır; ananın birinci və ya ikinci sinfə mənsub olmasından asılı olaraq, onun uşaqları üçüncü və ya dördüncü sinfə daxil olurlar; habelə bir-biri ilə nigah münasibətində olan axırıncı iki sinfin uşaqları birinci və ikinci sinfin tərkibinə daxil olurlar. Beləliklə, bir nəsil həmişə birinci və ikinci sinfə, bundan sonrakı nəsil üçüncü və dördüncü sinfə, üçüncü nəsil isə yenidən birinci və ikİnci sinfə mənsub olur. Buna uyğun olaraq, qardaşla bacının (ana tərəfdən) uşaqları ər-arvad ola bilməzlər, lakin qardaşla bacının nəvələri ər-arvad ola bilərlər. Bu spesifik mürəkkəb qayda bir də–hər halda daha sonralar–onunla mürəkkəbləşir ki, buraya ana qəbiləsi daxil olur. Lakin burada biz bunu araşdıra bilmərik. Beləliklə, biz görürük ki, yaxın qohumlar arasında cinsi əlaqəyə mane olmaq sə'yi daim yenidən meydana çıxır, lakin məqsəd aydın surətdə başa düşülmədən, instinktiv, kortəbii surətdə özünü göstərir.
Burada, Avstraliyada hələ siniflər arasında nigah olan, çox vaxt bütün materikə səpələnmiş bütöv kişilər sinfinin eyni dərəcədə geniş səpələnmiş qadınlar sinfi ilə kütləvi ər-arvadlığından ibarət qrup nigahı yaxından baxıldıqda, heç də filisterin fahişəxanalara .adət etmiş xəyalının təsvir etdiyi qədər dəhşətli görünmür. Əksinə, uzun illər keçdikdən sonra bunun mövcud olduğunu yalnız sezməyə başlamışdılar, lap bu yaxınlarda isə buna yenidən e'tiraz etməyə başlamışlar. Səthi müşahidəçiyə bu nigah möhkəm olmayan təknigahlılıq kimi, bə'zi yerlərdə isə arabir yol verilən sədaqətsizliklə yanaşı çoxarvadlılıq kimi görünür. Fayson və Hauittin etdiyi kimi, uzun illər sərf etmək lazım gəlmişdir ki, bu nigah münasibətlərinin tənzimedici qanunu kəşf edilsin; bu nigah münasibətlərində isə adi avropalı öz vətənində mövcud olduquna bənzər bir hal, bir qanun görmək istəyir,–həmin qanuna görə, yad yerlərdən gələn Avstraliya zəncisi öz vətənindən min kilometrlərlə uzaqlarda, onun bilmədiyi dildə danışan adamlar arasında hər halda çox vaxt hər bir məskun yerdə, hər bir tayfa içərisində elə qadınlar tapır ki, bunlar müqavimət göstərmədən və hiddətlənmədən özlərini onun ixtiyarına verməyə hazır olurlar, bir neçə arvadı olan kişi isə bunlardan birini bir gecəliyə öz qonağına verir. Avropalının əxlaqsızlıq və qanunsuzluq gördüyü yerdə əslində ciddi bir qanun hökm sürür. Bu qadınlar yadellinin nigah sinfinə mənsubdurlar və buna görə də anadan olandan onun arvadıdırlar; onları irəlicədən bir-biri üçün tə'yin edən həmin əxlaq qanunu bir-birinə mənsub olan nigah siniflərindən kənarda hər cür cinsi əlaqəni rüsvay stməklə cəza vermək təhdidi ilə qadağan edir. Hətta qadınların qaçırıldığı yerlərdə də–bu tez-tez baş verir və bir çox yerlərdə bir qayda sayılır–nigah sinifləri haqqındakı qanuna ciddi riayət olunur.
Qadınlar qaçırıldıqda, hər halda ikili nigah formasında olsa da, artıq təknigahlılığa keçilməsi əlamətləri özünü göstərir: bir oğlan öz dostlarının köməyi ilə bir qızı qaçırtdıqda və ya götürüb apardıqda, onlar hamısı növbə ilə bu qızla cinsi əlaqəyə girirlər, lakin bundan sonra həmin qız onun qaçırılması təşəbbüsçüsü olan oğlanın arvadı hesab olunur. Həm də əksinə, əgər qaçırılan qadın öz ərini qoyub qaçsa və ona başqa bir kişi sahib olsa, bu qadın həmin kişinin arvadı olur, birinci kişi isə bu qadına olan öz üstün hüququnu itirir. Beləliklə, ümumən mövcud olmaqda davam edən qrup nigahı ilə yanaşı–və bu nigah çərçivəsində–başqa şəxsləri istisna edən münasibətlər meydana gəlir, çox və ya uzun bir müddətə ayrı-ayrı cütlərin birləşmələri yaranır, bununla da yanaşı çoxarvadlılıq meydana gəlir, belə ki, burada da qrup nigahı ölüb getməyə başlayır və məsələ yalnız bundadır ki, avropalıların tə'siri altında nə daha tez meydandan çıxacaqdır–qrup nigahı, yoxsa buna əməl edən Avstraliya zənciləri.
Avstraliyada hökmran olan formada bütöv siniflərin nigahı hər halda qrup nigahının çox aşağı, ilkin formasıdır, halbuki punalua ailəsi, bizə mə'lum olduğu üzrə onun inkişafının yüksək pilləsidir. Birincisi, görünür, köçəri vəhşilərin ictimai inkişaf səviyyəsinə uyğundur, ikincisi isə artıq nisbətən sabit kommunist icmaları məskənlərini tələb edir və bilavasitə sonrakı, daha yüksək inkişaf pilləsinə gətirib çıxarır. Biz bu hər iki nigah forması arasında, şübhəsiz, hələ bə'zi aralıq pillələri də aşkar edəcəyik; biz burada qarşımızda hələ yeniçə açılmış, lap azacıq toxunulmuş bir tədqiqat sahəsi görürük.
3. İkili ailə. Çox və ya az uzun bir müddətə ayrı-ayrı cütlərin birləşməsi hələ qrup nigahı şəraitində və ya daha əvvəllər mövcud olmuşdur; kişinin çoxlu arvadı arasında baş arvadı var idi (çətin hələ demək olar ki, bu onun sevdiyi arvad idi) və bu kişi də başqa ərlər içərisində həmin arvadın baş əri idi. Bu hal missionerlərin başında xeyli dolaşıqlıq törənməsinə səbəb olur və onlar qrup nigahını (1884-cü il nəşrində bu və əvvəlki ibarədə «qrup nigahını» sözləri əvəzində «punalua ailəsini» çap edilmişdir. Red.) gah nizamsız arvad ümumiliyi, gah da ər-arvadlıq sədaqətinin özbaşına pozulması hesab edirdilər. Lakin qəbilə daha çox inkişaf etdikcə və indi aralarında nigah mümkün olmayan «qardaşlar» qrunu ilə «bacılar» qrupuna daxil olanların sayı çoxaldıqca, ayrı-ayrı cütlərin adət halı almış bu cür birləşməsi getdikcə daha çox möhkəmlənməli idi. Qan qohumları arasında nigahın qada1an edilməsi üçün qəbilənin verdiyi təkan getdikcə daha irəlilərə aparırdı. Məsələn, biz görürük ki, İrokezlərdə və barbarlığın aşağı pilləsində duran digər hindilərin çoxunda buqun qohumlar arasında nigah qadağan edilmişdir; onların öz sisteminə daxil olan bütün qohumlar isə bir neçə yüz növdür. nigah qadağanları dolaşıqlığının belə artdığı bir şəraitdə qrup nigahları getdikcə daha çox qeyri-mümkün olurdu, bunları ikili ailə sıxışdırıb aradan çıxarırdı. Bu pillədə kişi bir arvadı ilə yaşayır, lakin bununla belə çoxarvadlılıq və yeri gəldikdə sədaqəti pozmaq halları kişinin huququ olaraq qalır, hərçənd çoxarvadlılıqa habelə iqtisadi səbəblər üzündən də nadir hallarda təsadüf olunur; eyni zamanda bütün ər-arvadlıq müddətində qadınlardan çox hallarda ən ciddi sədaqət tələb olunur və zina üstündə onlara ağır cəza verilir. Lakin tərəflərdən hər biri nigah əlaqələrini asanlıqla kəsə bilər, uşaqlar isə, əvvəllər olduğu kimi, yenə də yalnız anaya məxsus olur.
Nigah münasibətindən qan qohumlarının belə getdikcə daha çox kənar edilməsində də təbii seçmə öz tə'sirini göstərməkdə davam edir. Morqanın dediyinə görə «qan qohumu olmayan qəbilələrin üzvləri arasındakı nigahlar həm bədəncə, həm də əqli cəhətdən daha möhkəm bir qövm yaradırdı, tərəqqi edən iki tayfa bir-birinə qovuşub birləşirdi və yeni nəsillərin kəlləsi və beyni təbii olaraq hər iki tayfanın ümumi qabiliyyətinə müvafiq ölçüyə çatırdı» (Həmçinin bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 28. Red.).
Beləliklə, qəbilə quruluşuna malik tayfalar geri qalanlara üstün gəlməli və ya onları da öz nümunəsi ardınca aparmalı idi.
Deməli, ibtidai dövrdə ailənin inkişafı əvvəllər bütün tayfanı əhatə edən və daxilində hər iki cins arasında nigah əlaqələrinin ümumiliyi hökm sürən dairənin arası kəsilmədən məhdudlaşmasından ibarətdir. Əvvəlcə daha Yaxın, sonra isə getdikcə daha uzaq qohumların, nəhayət, hətta sadəcə qohumqudaların ardıcıl surətdə kənar edilməsi yolu ilə ən nəhayət hər növ qrup nigahı əməli surətdə qeyri-mümkün olur və nəticədə hələlik möhkəm birləşməmiş olan nigahlı ər-arvad qalır, bu isə elə bir molekuldur ki, o parçalandıqda, ümumiyyətlə nigah aradan qalxır. Artıq bundan görünür ki, müasir mə'nada fərdi cinsi məhəbbət təkikgahlılığın meydana gəlməsi ilə nə qədər az əlaqədar olmuşdur. Bunu hə.min nnkişaf pilləsində duran bütün xalqların praktikası daha çox subut edir. Əvvəlki ailə formalarında kişilər heç vaxt qadın çatışmazlığı hiss etmədikləri halda, hətta əksinə, qadınlar lazım gəldiyindən çox olduğu halda, indi qadınlar az tapılmağa başladı və bunları axtarmaq lazım gəlirdi. Buna görə də ikili nigah meydana gəldiyi zamandan qadınları qaçırtmağa və satın almağa başladılar, bu isə baş vermiş və daha dərin kökləri olan dəyişikliyin geniş yayılmış əlamətləri idi, hərçənd əlamətlərindən artıq bir şey deyildi, lakin arvadəldə etməyin yalnız üsullarına aid olmasına baxmayaraq, pedant şotlandiyalı Mak-Lennan həmin əlamətlərə əsasən «qaçırma-nigah» və «satılma-nigah» kimi xüsusi ailə növləri uydurmuşdur. Bundan əlavə, Amerika hindiləri arasında və başqa (eyni inkişaf pilləsində duran) xalqlar arasında nigah bağlanması nigah əlaqəsinə girən şəxslərin öz işi deyildir və bu barədə onlardan çox vaxt heç soruşmurlar, bu onların analarının işidir. Beləliklə, çox vaxt bir-birini heç tanımayan iki adamı bir-biri ilə adaxlayırlar və onlara bu sövdə barəsində yalnız nigah bağlama vaxtı çatdıqda xəbər verirlər. Toy qabağı adaxlı gəlinin qohumlaoına (yə'ni onun atasına və ata tərəfindən qohumlarına deyil, ana tərəfindən olan qohumlarına) hədiyyə aparır; bu da ona verilən qız üçün ödənc hesab olunur.. nigah ər-arvaddan hər birinin arzusu ilə pozula bilər; lakin bir çox tayfalarda, məsələn, İrokezlərdə nigahın bu cür pozulmasına qarşı ictimai rə'ydə tədricən mənfi münasibət əmələ gəlmişdir; ər-arvad arasında ixtilaf baş verdikdə, vasitəçi rolunu hər iki tərəfin qohumları öz üzərinə götürür və yalnız bu kömək etmədikdə, nigah pozulur, həm də uşaqlar arvadın yanında qalır və hər iki tərəfə yeni nigah əlaqəsinə girmək hüququ verilir.
Müstəqil ev təsərrüfatına tələbat və ya belə bir təsər . rüfat düzəltməyə yalnız arzu doğurmaq üçün özlüyündə çox zəif və çox səbatsız olan ikili ailə daha əvvəlki dövrdən irs qalan kommunist ev təsərrüfatını heç də aradan qaldırmır. Lakin kommunist ev təsərrüfatı evdə qadınların hökmranlığı deməkdir, həmçinin doğma atanın kim olduğunu yəqin bilmək mümkün olmadıqda, yalnız ananın doğma hesab edilə bilməsi qadınlara, yə'ni analara yüksək hərmətdeməkdir. XVIII əsr maarif dövründən bizə irs qalan ən mə'nasız təsəvvürlərdən biri belə bir rə'ydən ibarətdir ki, guya cəmiyyətin inkişafının əvvəllərində qadın kişinin kənizi olmuşdur. Bütün vəhşilərdə, habelə barbarlığın aşağı, orta və qismən də həmçinin yüksək pilləsində duran bütün tayfalarda qadın nəinki azaddır, həm də çox şərəfli bir mövqe tutur. Hələ ikili nigah zamanı bunun neçə bir mövqe olduğunu seneka tayfası irokezləri arasında uzun illər missioner olmuş Aşer Rayt göstərə bilər. O deyir:
«Onların ailələrinə gəldikdə, onlar hələ qədim uzun evlərdə» (bir neçə ailənin kommunist ev təsərrüfatları) «yaşadıqları zamanlar... orada həmişə müəyyən bir klan» (qəbilə) «üstün olurdu, belə ki, qadınlar özlərinə ərləri başqa klanlardan» (qəbilələrdən) götürürdulər... Evdə adətən qadın yarısının hökmranlığı var idi; ehtiyatlar ümumi idi; lakin vay o bədbəxt ərin və ya oynaşın halına ki, həddindən çox tənbəl və ya fərasətsiz olaydı və ümumi ehtiyata öz payını verməyəydi. Evdə onun nə qədər uşağı və özünə məxsus nə qədər əmlakı olsa da, hər dəqiqə öz şələ-şüləsini yığışdırıb rədd olmaq əmrini ala bilərdi. Onun muqavimət göstərməyə cəhd etmək üçün heç cəsarəti də olmurdu; ev onun üçün dönüb çəhənnəm olurdu; onun öz klanına» (qəbiləsinə) «qayıtmaqdan və ya–ən çox hallarda olduğu kimi–digər bir klanda yeni nigah əlaqəsinə girməkdən başqa çarəsi qalmırdı. Qadınlar klanlarda» (qəbilələrdə), «habelə umumiyyətlə hər yerdə böyük qüvvə idilər. Elə hallar olurdu ki, onlar başçını dəyişdirməkdən və onu adi bir döyüşçüyə çevirməkdən də çəkinmirdilər» (Həmçinin bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 26–27. Red.).
Bütün qadınların və ya onlardan çoxunun eyni qəbiliyə, kişilərin isə müxtəlif qəbilələrə mənsub olduqları kommunist ev təsərrüfatı ibtidai dövrdə qadınların hər yerdə yayılmış olan hökmranlığının real əsasını təşkil edir,di, bu hökmranlığın kəşf edilməsi isə Baxofenin üçüncü xidmətidir.–Əlavə olaraq bunu da qeyd etməliyəm ki, vəhşi və barbar xalqlarda qadınların üzərinə həddindən artıq iş düşməsi barəsində səyyahların və missionerlərin verdiyi mə'lumat heç də deyilənlərə zidd deyildir. Hər iki cins arasında əmək bölgüsü cəmiyyətdə qadının mövqeyindən deyil, tamamilə başqa səbəblərdən irəli gəlir. O xalqlar ki, onların arasında qadınlar bizim təsəvvürlərimizə görə işləməli olduqlarından xeyli artıq işləməlidirlər,–həmin xalqlar çox vaxt qadınlara bizim avropalıların bəslədiklərindən xeyli artıq dərəcədə əsl hörmət bəsləyirlər. Sivilizasiya dövründə zahiri ehtiram görə n və hər cür həqiqi əməyə yabançı olan bir xanım barbarlıq dövründə ağır əməklə məşğul olan, öz xalqı içərisində həqiqi xanım («ladu», «frowa», «Frau»=xanım) hesab olunan və öz mövqeynnin xarakterinə görə doğrudan da belə bir xanım olan qadına nisbətən sonsuz dərəcə aşağı ictimai mövqe tutur.
İndi Amerikada qrup nigahını (1884-cü il nəşrində «qrup nigahını» sözləri əvəzində «punalua ailəsini» çap edilmişdir. Red.) ikili ailə tamamilə sıxışdırıb aradan çıxarmışdırmı–bunu hələ vəhşiliyin yüksək pilləsində duran şimal-qərb və xüsusən cənubi Amerika xalqlarının daha diqqətlə öyrənilməsi aydınlaşdırmalıdır. Bu axırıncılar haqqındakı nağıllarda cinsi əlaqə sərbəstliyinə dair o qədər müxtəlif misallara təsadüf edilir ki, burada qədim qrup nigahının tamamilə aradan qalxdığını çətin ehtimal etmək olar (). Hər halda onun hələ heç də bütün izləri yox olmamışdır. Şimali Amerikanın azı qırx tayfası arasında böyük bacı ilə nigah bağlayan kişi onun bütün bacılarını da, onlar müəyyən yaşa çatdıqda, özünə arvad etmək hüququna malikdir,–bu isə bütöv bacılar qrupu üçün ərlərin ümumiliyi qalığıdır. Kaliforniya Yarımadasının sakinləri haqqında isə. (vəhşiliyin yükeək pilləsi) Baikroft söyləyir ki, onlarda nizamsız cinsi əlaqəyə girmək məqsədi ilə bir neçə «tayfa»nın bir yerə toplanvdığı bayramlar vardır. Görünür, söhbət elə qəbilələrdən gedir ki, onlar üçün bu bayramlar keçmiş vaxtın tutqun xatirələrinin hifz olunduğu bir formadır, o vaxtlar isə bir qəbilənin qadınları üçün digər» xəbilənin bütün kişiləri ümumi ər idilər, həm də əksinə («İkili ailə vəhşiliklə barbarlıq arasındakı pillədə» sözlərinə qədər sonrakı mətn Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. 1884-cü il nəşrində bu abzas Engels tərəfindən 1891-ci il nəşrində qismən istifadə edilən, qismən də onun tərəfindən atılmış olan aşağıdakı mətnlə bitirdi: «Qədim dünyada belə bir halın qalıqları, məsələn, finikiyalı qızların Astarta şərəfinə bayramlar zamanı ibadətgahda özlərini kənar kişilərin ixtiyarına verməsi adəti yaxşı mə'lumdur; hətta orta əsrlərdəki birinci gecə hüququ, alman neoromantiklərinin bu faktı yumşaltmaq sə'ylərinə baxmayaraq, çox dərin kök salmış formada mövcud idi, həmin hüquq punalua ailəsinin qalığıdır, bu da, görünür, kelt qəbiləsinin (klanının) sayəsində qalmışdır». Red.). Belə bir adət Avstraliyada da hələ hökm sürür. Bə'zi xalqlarda elə olur ki, böyük kişilər, başçılar və cadukər kahinlər arvad ümumiliyindən öz xeyirlərinə istifadə edvr və qadınların çoxunu özləri üçün inhisara alırlar; lakin bunun müqabilində onlar müəyyən bayramlarda və böyük xalq yığıncaqları zamanı əvvəlki ümumiliyə yenidən yol verməli və öz arvadlarının cavan oqlanlarla kef çəkməsinə imkan verməlidirlər. Köhnə sərbəst cinsi əlaqənin qısa müddətə yenidən qüvvəyə mindiyi bu cür vaxtaşırı saturnaliyalar12 haqqında Vestermark öz kitabının 28–29-cu səhifələrində tam bir sıra misallar verir: Hindistanda ho, santal, pənçə və kotar tayfaları, bə'zi Afrika xalqları və i.a. Vestermark buradan qəribə olaraq belə bir nəticə çıxarır ki, bu, mövcudluğunu onun inkar etdiyi qrup nigahının qalığı deyil, ibtidai insanın başqa heyvanlarla ümumi olan çərə axıtma dövrünün qalığıdır.
Biz burada Baxofenin dördüncü böyük kəşfinə, qrup nigahından ikili nigaha doğru geniş yayılmış keçid formasının kəşfinə yaxınlaşırıq. Baxofen tərəfindən, allahların köhnə buyuruqlarını pozmaq günahından bağışlanma kimi,–qadının ismət hüququ əldə etməsinə imkan verənbağışlanma kimi,–təsvir edilən şey əslində qadının qədim vaxtlarda mövcud olan ər ümumiliyindən xilas olub yalnız bir kişinin ixtiyarına keçməkhüququ əldə etməsinə yol verən ödəncin ancaq mistik ifadəsidir. Bu ödənc müəyyən çərçivə ilə məhdudlaşdırılan adət şəklində kənar kişilərlə əlaqədə olmaqdan ibarətdir: Babilistai qadınları ildə bir dəfə Militta mə'bədində kişilərlə əlaqədə olmalı idilər; Qabaq Asiyanın başqa xalqları öz qızlarını bir neçə il müddətinə Anaitis mə'bədinə göndərirdilər və bu qızlar nigah əlaqəsinə girmək hüququ əldə etməzdən qabaq burada, bəyəndikləri adamlarla azad sevişməli idilər; dini pərdə geyindirilən bu cur adotlərə Aralıq dənizi ilə Qanq arasında yaşayanaz qala bütün Asiya xalqlarında təsadüf olunur. Bağışlanmaq üçün verilən və ödənc rblu oynayan qurban, Baxofenin artıq qeyd etdiyi kimi, zaman keçdikcə yüngülləşir:
«Hər il təkrar olunan belə qurban verilməsinin yerini birdəfəlik mükəlləfiyyət tutur, matronların heterizmi öz yerini qızların heterizminə tərk edir: bunu nigah vaxtı tətbiq etmək əvəzinə bununla nigahdan əvvəl məşğul olurlar; fərq qoymadan hər bir şəxslə əlaqədə olmaq əvəzinə yalnız müəyyən şəxslərlə əlaqədə olurlar» («Ana hüqüğu», səh. XIX).
Başqa xalqlarda dini pərdə yoxdur: bə'zilərində–qədim dövrdə frakiyalılarda, keltlərdə və başqalarında, indi Hindistanın hələ bir çox yerli sakinləri arasında, Malayya xalqlarında, Sakit okean adalarının sakinlərində və bir çox Amerika hindiləri arasında–qızlar ərə getməzdən əvvəl ən tam cinsi azadlıq şəraitində olurlar. Bu hal Cənubi Amerikanın demək olar hər yerində xüsusilə yayılmışdır, bunu həmin materikin azacıq da olsa içərilərinə gedib çıxan hər kəs təsdiq edə bilər. Məsələn, Aqassis («Braziliyaya səyahət», Boston və Nyu-York, 1886, səh. 266) hindi mənşəli bir varlı ailə haqqında belə söyləyir. O, evin qızı ilə tanış olduqda, onun atasını soruşmuş və güman stmişdi ki, bu zaman Paraqvayla müharibədə iştirak edən zabit həmin qızın anasının əridir, lakin anası gülümsəyib cavab vermişdi: «nao tem pai, e filha da fortuna»–onun atası yoxdu, o bir təsadüfün övladıdır.
«Hindi və metis qadınlar özlərinin nigahdan kənar uşaqları haqqında heç utanıb-qısılmadan həmişə belə deyirlər; bu da qətiyyən istisna deyildir; görünür, istisna daha çox bunun əksidir. Uşaqlar... çox vaxt yalnız öz analarını tanıyırlar, çünki bütün qayğı və məs'uliyyət onun üzərinə düşür; onlar öz ataları haqqında heç bir şey bilmirlər və görünür, arvadın da heç vaxt ağlına gəlmir ki, onun və ya uşaqlarının ataya hər hansı bir iddiası ola bilsin».
Burada sivilizasiyalı adama qəribə görünən hal ana hüququna görə və qrup nigahı şəraitində sadəcə bir qaydadır.
Bir qisim xalqlarda adaxlı oğlanın dostları və qohumları, yaxud toya də'vət olunan qonaqlar lap toy zamanı gəlinə qədim zamanlardan qalan hüququ tələb edirlər, həm də adaxlı oğlanın özü növbədə axırıncı olur; qədim zamanlar Balear adalarında və Afrika avgilləri arasında belə olmuşdur, Həbəşistanda barealar arasında isə indi də belədir. Başqa xalqlarda müəyyən bir vəzifəli şəxs, tayfa və ya qəbilə başçısı, kasik, şaman, kahin, knyaz və ya hər hansı başqa bir ad daşıyan adam, icmanın nümayəndəsidir və gəlin barəsində onun birinci gecə hüququ vardır. Neoromantiklərin bu faktı yumşaltmaq yolundakı bütün sə'ylərinə baxmayaraq «jus primae noctis» (birinci gecə huququ. Red.)–Alyaska sakinlərinin çoxu arasında (Bankroft, «Yerli tayfalar», I, 81), Şimali Meksikada tahular arasında (yenə orada, səh. 584) və başqa xalqlarda qrup nigahının qalığı kimi hələ indi də mövcuddur; həm də bu hüquq bütün orta əsrlər ərzində–hər halda ilk zamanlar kelt ölkələri olan ölkələrdə, məsələn, Araqonda mövcud olmuş və bilavasitə prup nigahından doğmuşdur. Kastiliyada kəndli heç vaxt təhkimli olmadığı halda, Araqonda Ferdinand Katolikin 1486-cı ildəki qərarına qədər ən iyrənc formalarda təhkimçilik hökm sürmüşdür. Həmin sənəddə deyilir:
«Biz qərara alıb e'lan edirik ki, yuxarıda göstərilən cənablar» (senyors, baronlar) «...həmçinin kəndli özünə arvad aldıqda bu arvadla birinci gecə yatmaq hüququna malik deyillər, yaxud toy gecəsi arvad yatağa girdikdə, onlar öz ağalığının nişanəsi olaraq həmin yatağın və bu arvadın üzərindən keçmək hüququna malik deyillər; yuxarıda göstərilən cənablar həmçinin kəndlinin qızını və ya oğlunu istər pulla, istərsə də pulsuz, onların iradəsi ziddinə olaraq özlərinə xidmət etdirmək hüququna malik deyillər». (Zügenheymin əsərində Kataloniya dilindəki orijinalın mətnindən sitat gətirilir, «Təhkimçilik hüququ», Peterburq, 1861, səh. 355).
Sonra Baxofen sözsüz olaraq tə'kidlə iddia edir ki, onun «Heterizm» və ya «günah hamiləlik» adlandırdığı şeydən təknigahlılığa keçilməsinə başlıca olaraq qadınlar səbəb'olmuşlar. İqtisadi həyat şəraiti inkişaf etdikcə, deməli, qədim kommunizm dağıldıqca və əhali sıxlığı artdıqca, cinslər arasında qədimdən irs qalan münasibətlər öz sadəlövh ibtidai xarakterini nə qədər çox itirirdisə, bu münasibətlər qadınlara bir o qədər çox alçaldıcı və ağır görünməli idi; qurtuluş olmaq e'tibarı ilə qadınlar ismətli olmaq, müvəqqəti və ya daimi olaraq yalnız bir kişi ilənigahlı olmaq huququ əldə etməyə daha inadla çalışmalı idilər. İrəliyə doğru bu addım hər şeydən başqa bir də ona görə kişilərdən baş verə bilməzdi ki, fe'lən qrup nigahının əlverişli olmasından imtina etmək ümumiyyətləheç zaman, hətta indiyə qədər də onların ağlına gəlməmişdir. Yalnız qadıilar ikili nigaha keçdikdən sonra, kişilər ciddi bir monoqamiya qoya bildilər, əlbəttə, yalnız qadınlar üçün.
İkili ailə vəhşiliklə barbarlıq arasındakı pillədə, ən çoxu artıq vəhşiliyin yüksək pilləsində, yalnız bə'zi yerlərdə barbarlığın aşağı pilləsində meydana gəlmişdir. Qrup nigahı vəhşilik dövrü üçün, monoqamiya isə sivilizasiya dövrü üçün səciyyəvi olduğu kimi, ikili ailə də barbarlıq dövrü üçün səciyyəvi ailo formasıdır. İkili ailəniv daha da işşşaf edib möhkəm monoqamiyaya çevrilməsi üçün, gördüyümüz kimi, indiyədək fəaliyyət göstərən səbəblərdən başqa ayrı səbəblər lazım idi. Artıq ikili əlaqənin özüidə qrup öz son vahidinə, özünün ikiatomdu molekuluna–bir kişi ilə bir qadına gəlib çatmışdı. Təbii seçmə öz işini. nigah ünsiyyətindən getdikcə daha çox istisnalar edilməsj yolu ilə başa çatdırdı; bu istiqamətdə onun daha görəsi bir işi qalmırdı. Deməli, əgər yeni, ictimai hərəkətverici qüvvələr fəaliyyət göstərməyə başlamasaydı, ikili əlaqədən yeni bir ailə forması yaranması üçün heç bir əsas olmazdı. Lakin bu cür hərəkətverici qüvvələr fəaliyyət göstərməyə başladı.
İndi biz Amerikanı, ikili ailənin bu klassik zəminini tərk edirik. Burada daha yüksək ailə formasının inkişaf etməsi, kəşf edilib işğal olunana qədər burada nə isə bir vaxt müəyyən bir yerdə möhkəm monoqamiya mövcud olması qərarına gəlmək imkanı verəcək heç bir əlamət yoxdur. Köhnə dünyada vəziyyət başqa cür idi.
Burada ev heyvanlarının əhliləşdirilməsi və sürülərin yetişdirilməsi o vaxtadək eşidilməmiş sərvət mənbələri yaratmış və tamamilə yeni ictimai münasibətlər doğurmuşdu. Barbarlığın aşağı pilləsinə qədər daimi sərvət, demək olar, yalnız mənzildən, paltardan, kobud zinət şeylərindən və yemək əldə edib hazırlamaq alətlərindən: qayıqdan, silahdan, ən bəsit ev şeylərindən ibarət idi. Yeməyi hər gün yenidən əldə etmək lazım gəlirdi. İndi isə tərəqqi edən çoban xalqlar–Hindistandakı Pəncabda və Qanq vilayətində, habelə o zaman daha bol suyu olan Oksus və Yaksart çayları hövzəsindəki düzənlərdə yaşayan arilər, Fərat və Dəclə çayları boyunda yaşayan semitlər–at, dəvə, ulaq, qaramal, qoyun, keçi və donuz sürüləri şəklində elə bir əmlak əldə etmişdilər ki, bunun getdikcə daha çox törəyib artması və bolluca süd və ət məhsulları verməsi üçün buna ancaq nəzarət etmək və ən bəsit şəkildə baxmaq tələb olumurdu. Yemək əldə etməyin bütün əvvəlki üsulları indi arxa sıraya keçmişdi; əvvəllər zərurət olan ovçuluq indi kef məşğələsi.olmuşdu.
Bəs bu yeni sərvət kimə məxsus idi? Əvvəllər, şübhəsiz, qəbiləyə. Lakin çox tezliklə sürü üzərində xüsusi mülkiyyət inkişaf etməli idi. Demək çətindir ki, Musanın Birinci kitabı deyilən kitabın müəllifinin nəzərində, patriarx Avraam ailə icmasının başçısı olmaq hüququna görəmi öz sürülərinin sahibi idi, yoxsa qəbilənin fe'lən irsi ağsaqqalı mövqeyini tutmasına görə? Ancaq bu şübhəsizdir ki, biz onu müasir mə'nada bir mülkiyyətçi kimi təsəvvür etməməliyik. Sonra bu da şübhəsizdir ki, me'təbər tarixin əvvəllərində biz artıq hər yerdə ailə başçılarının əlahiddələşmiş mülkiyyəti (1884-cü il nəşrində «əlahiddələşmiş mülkiyyəti» sözləri əvəzində «xüsusi mülkiyyəti» çap edilmişdir. Red.) olan sürülərə, eyni ilə də barbarlıq dövrü inçəsənət əsərlərinə, metal şeylərə, zinət şeylərinə və nəhayət, insanlardan ibarət iş heyvanlarına–qullara rast gəlirik.
Zira indi quldarlıq da ixtira edilmişdi. Barbarlığın aşağı pilləsində duran bir adam üçün qul faydasız idi. . Buna görə də Amerika hindiləri məğlub edilən düşmənlərlə heç də daha yüksək inkişaf pilləsində olduğu kimi rəftar etmirdilər. Onlar kişiləri öldürür və ya qaliblər tayfasına bir qardaş kimi qəbul edirdilər; qadınları özlərinə arvad edirdilər və ya başqa bir üsulla onları da sağ qalmış uşaqları ilə birlikdə öz tayfalarının tərkibinə qəbul edirdilər. Bu nillədə insanın iş qüvvəsi bu qüvvəni saxlamaq üçün çəkilən xərclərdən hələ nəzərə çarpacaq qədər artıq bir şey vermir. Maldarlıq, metal e'malı, toxuculuq və nəhayət, tarlaçılığın tətbiq edilməsi ilə vəziyyət dəyişildi. İş qüvvəsi də eyni ilə, xüsusən sürülər qəti olaraq ailələrin sahibliyinə (1884-cü il nəşrində «ailələrin sahibliyinə» sözləri əvəzində «xüsusi mülkiyyətə» çap edilmişdir. Red.) keçdikdən sonra, əvvəllər çox asanlıqla əldə edilən və indi mübadilə dəyəri kəsb edən və satın alınan arvadlar kimi oldu. Ailə malqara qədər sür'ətlə artmırdı. İndi malqaraya baxmaq üçün daha çox adam tələb olunurdu; bu məqsəd üçün əsir alınmış düşmənlərdən istifadə etmək olardı, həm də onlar malqara kimi asanlıqla törəyib arta bilirdilər.
Bu cür sərvətlər, bir dəfə onlar ayrı-ayrı ailələrin («Ayrı-ayrı ailələrin» sözləri Engels tzrəfindən 1891-ci il nəşrində əlzvə edilmişdir. Red.) xüsusi mülkiyyətinə keçdiyinə və sür'ətlə artdığına görə, ikili nigaha və ana qəbiləsinə əsaslanan cəmiyyətə güclü zərbə vurdu. İkili nigah ailəyə yeni bir ünsür gətirdi. O, doğma ana ilə yanaşı mö'təbər doğma atanı qoydu, həm də bu ata hətta bə'zi indiki «atalardan», olsun ki, daha mö'təbər idi. O zaman ailədə mövcud olan əmək bölgüsünə görə, ər yemək şeyləri və bundan ötrü zəruri olan əmək alətləri əlda etməli idi, deməli, bu alətlər üzərində onun mülkiyyət hüququ da var idi; nika.h pozulduqda, o həmin alətləri özü ilə aparırdı, arvada isə ev şeyləri qalırdı. Bu səbəbdən o zamankı cəmiyyətin adətinə görə, ər həmçinin yeni yemək mənbəyinin–malqaranın, sonralar isə həmçinin yeni əmək alətinin–qulların da mülkiyyətcisi idi. Lakin yenə həmin cəmiyyətin adətinə görə, atanın uşaqları onun vərəsəsi ola bilməzdilər, çünki vərəsəlik məsələsi aşağıdakı qaydada idi.
Ana hüququna görə, deməli, mənşə yalnız qadın xətti ilə hesab olunduğu müddətdə, habelə qəbilədə ilkin vərəsəlik qaydasına uyğun olaraq, qəbilənin ölən uzvünük vərəsəsi onun qohumları. olurdu. Əmlak qəbilə daxilində qalmalı idi. Bu əmlak cüzi şeylərdən ibarət olduğuna görə, olsuk ki, qədimlərdən yaxın qohumların, deməli–ana tərəfindən olan qan qohumlarının ixtiyarına keçirdi. Lakin ölən kişinin uşaqları onun qəbiləsinə deyil, öz analarının qəbiləsinə mənsub idilər; onlar öz analarına.əvvəllər onun qalan qan qohumları ilə birlikdə, sonralar isə bəlkə də birinci növbədə, vərəsə olurdular; öz atalarının isə vərəsəsi ola bilməzdilər, çünki onun qəbiləsinə mənsub deyildilər, atanın əmlakı isə həmin qəbilədə qalmalı idi. Beləliklə, sürülərin sahibi öləndən sonra onun sürüləri ən əvvəl onun qardaşlarına və bacılarına, bacı uşaqlarına və ya xalası övladlarına keçməli idi. Onun öz uşaqları isə vərəsəlikdən məhrum olurdular.
Beləliklə, sərvət artdıqca, bir tərəfdən, ailədə arvada nisbətən ər üçün daha nüfuzlu mövqe yaranırdı, digər tərəfdən də, möhkəmlənmiş olan bu mövqedən istifadə etmək sə'yi doğurdu ki, ən'ənəvi vərəsəlik qaydası uşaqların xeyrinə dəyişdirilsin. Lakin mənşə ana hüququna. görə hesab olunduqca, bu mümkün deyildi. Buna görə də ana hüququ ləğv edilməli idi və o ləğv olundu. Bu heç də indi bizə göründuyü qədər çətin deyildi. Axı bəşəriyyətin gördüyü ən əsaslı inqilablardan biri olan bu inqilabın yaşamaqda olan qəbilə üzvlərindən heç birinə toxunmağa ehtiyacı yox idi. Onlar hamısı əvvəl nə vəziyyətdə idisə, bundan sonra da həmin vəziyyətdə qalardı. Belə bir sadəcə qərar kifayət idi ki, gələcəkdə kişi qəbiləsi üzvlərinin nəsli bu qəbilə daxilində qalmalıdır, qadınların nəsli isə həmin qəbilədən çıxarılıb öz atasının qəbiləsinə keçirilməlidir. Bununla da mənşənin qadın xətti ilə müəyyən edilməsi və ana xəttinə əsaslanan vərəsəlik hüququ ləğv olunurdu, mənşənin kişi xətti ilə müəyyən edilməsi və ata xəttinə əsaslanan vərəsəlik hüququ tətbiq olunurdu. Biz mədəni xalqlarda bu inqilabın necə və nə zaman baş verdiyi haqqında heç bir şey bilmirik. Bu inqilab tamamilə tarixdən əvvəlki dövrə aiddir. Lakin belə bir inqilabın baş verdiyini ana hüququnun çoxlu izləri haqqındakı mə'lumat, xüsusilə Baxofen tərəfindən toplanmış mə'lumat kifayət qədər sübut edir; bu inqilabın necə asanlıqla baş verdiyini biz tam bir sıra hindi tayfalarının timsalında görürük, onlarda həmin inqilab qismən sərvətin artması və yaşayış tərzinin dəyişilməsi (meşələrdən düzənlərə köçmək) tə'siri altında, qismən də sivilizasiyanın və missionerlərin mo'nəvi tə'siri altında lap bu yaxınlarda baş vermiş və hələ də baş verməkdədir. Missuri hövzəsinin səkkiz tayfasından altısı kişi xətti ilə mənşə götürür və vərəsəliyi qəbul edir, ikisi isə hələ qadın xətti ilə mənşə götürür. Şauni, mayyami və delavar tayfalarında belə bir adət kök salmışdır; uşaqlara ata qəbiləsinin qəbilə adlarından birini qoymaqla onla rı ata qəbiləsinə qovuşdururlar ki, onlar öz atalarının vərəsəsi ola bilsinlər. «İnsana xas olan kazuistika belədir:–bilavasitə mənafe kifayət qədər meyl oyatdıqda, şeylərin adını dəyişməklə onları dəyişdirmək və ən'ənə çərçivsində ən'ənəni dağıtmağa bir yol axtarıb tapmaq!» (Marks) (Bax: «Marks və Engelsin arxivi», IX cild; səh.111. Red.). Bu səbəbdən böyük bir dolaşıqlıq baş verirdi və bu dolaşıqlıq ata hüququna keçilməsi ilə a,radan qaldırıla bilərdi və həqiqətdə də bununla qismən aradan qaldırılmışdır. «Bu keçid ümumiyyətlə ən təbii görünür» (Marks) (yenə orada, səh. 112. Red.).–Köhnə (yenə orada, səh. 112. Red) dünyanın mədəni xalqları arasında bu keçidin necə baş verdiyi barədə müqayisəli metoddan istifadə edən hüquqçuların bizə nə deyə biləcəkləri haqqında–bunların demək olar hamısı, əlbəttə, ancaq hipotezlərdir,–bax: M. Kovalevski, «Ailənin və mülkiyyətin mənşəyi və inkişafı oçerki», Stokholm, 1890.
Ana hüququnun devrilməsi qadın cinsinin umumdünya-tarixi məğlubiyyəti idi. Ər evdə də idarəetmə cilovunu öz əlinə aldı, arvad isə öz şərəfli mövqeyini itirdi, əsarət altına alındı, ərin arzuları üçün bir qula, sadəcə uşaqdoğma alətinə çevrildi. Qadın üçün yaranan və qəhrəmaşşq dövrü, habelə–daha çox–klassik dövr yunanları arasında xüsusilə açıq meydana çıxan bu alçaldılmış vəziyyətə tədricən riyakarlıq bəzəkdüzəyi verilmişdi, bə'zi yerlərdə isə bu vəziyyət həmçinin daha yumşaq formaya salınmış, lakin heç də aradan qaldırılmamışdı.
Kişilərin bu yolla əmələ gələn təkhökmranlığının birinci nəticəsi indi meydana gələn aralıq formada–patriarxal ailədə özünü göstərir. Onun başlıca səciyyəvi cəhəti aşağıda bəhs ediləcək çoxarvadlılıq deyil, budur ki, «azad olan və azad olmayan müəyyən qədər şəxs ailə başçısının ata hakimiyyətinə tabe olan ailə halında təşkil olunur. Semit tipli ailədə bu ailə başçısı çoxarvadlı həyat sürür, azad olmayanların arvadı və uşaqları olur, bütün təşkilatın məqsədi isə müəyyən ərazi daxidində sürülərə baxmaqdır»13.
Belə ailənin mühüm əlamətləri azad olmayanların ailə tərkibinə daxil edilməsi və ata hakimiyyətidir; buna görə də həmin ailə formasının mükəmməl tipi Roma ailəsidir. Əvvəllər «familia» sözü heç də müasir filisterin sentimentallıqdan və evdəki didiişədən ibarət idealı demək deyildi; romalılar arasında bu söz əvvəllər hətta ər-arvada və onların uşaqlarına deyil, yalnız qullara aid idi. «Famulus» ev qulu deməkdir, «a familia» isə bir adama məxsus olan qulların məcmusu deməkdir. Hələ Qay zamanı «familia», «id est patrimonium» (yə'ni irs) vəsiyyət ilə keçirdi. Bu ifadə yeni ictimai orqanizmi bildirmək üçün romalılar tərəfindən düşünülmüşdü, bu orqanizmin başçısı arvadının və uşaqlarının və müəyyən qədər qulun ağası idi, Roma ata hakimiyyətinə görə, ona tabe olan bütün bu şəxsləri yaşatmaq və öldürmək hüququna malik idi.
«Beləliklə, bu ifadə latın tayfalarının dəmir zirehə burünmüş olan, tarlaçılıq tətbiq edildikdən və köləlik qanuniləşdirildikdən sonra, ari italilər yunanlardan ayrıldıqdan sonra meydana gələn ailə sistemindən qədim deyildir»14.
Marks buna əlavə edib deyir: «Müasir ailə rüşeym halında təkcə köləliyi («servitus») deyil, habelə təhkimçiliyi də ehtiva edir, çünki bu ailə lap əvvəldən əkinçilik mükəlləfiyyətləri ilə əlaqədardır. Cəmiyyətdə və onun dövlətində sonralar geniş inkişaf edən bütün ziddiyyətlər bu ailədə miniatür halında vardır» (Bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 31. Red.).
Belə ailə forması ikili nigahdan monoqamiyaya keçid deməkdir. Arvadın öədaqətli olmasını və, deməli, uşaqların müəyyən bir atadan mənşəyini tə'min etmək üçün arvad ərin qəti hakimiyyətinə tabe edilir; əgər ər arvadı öldürsə, o ancaq öz hüququnu həyata keçirmiş olur («Ana hüququnun süqut etməsi ilə» sözlərinə qədər sonrakı mətn Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.).
Patriarxal ailənin meydana gəlməsi ilə biz yazılı tarix sahəsinə və bununla birlikdə müqayisəli hüquqşünaslığın bizə xeyli kömək edə biləcəyi bir sahəyə qədəm qoyuruq. Doğrudan da, onun sayəsində biz burada irəliyə doğru mühüm bir addım atmış olduq. Biz Maksim Kovalevskiyə («Ailənin və mülkiyyətin mənşəyi və inkişafı oçerki», Stokholm, 1890, sah. 60–100) onu sübut etməsi ilə borcluyuq ki, serblər və bolqarlar arasında «Zadruga» (təxminən dostluq deməkdir) və ya «Bratstvo» (qardaşlıq) adı ilə və şərq xalqlarında şəkli dəyişilmiş formada indi də təsadüf edilən patriarxal ev icması qrup nigahından əmələ gələn və ana hüququna əsaslanan ailədən müasir dünyanın fərdi ailəsinə keçid pilləsi olmuşdur. Bu, görünür, həqiqətən hər halda Köhnə dünyanın mədəni xalqları barəsində, arilər və semitlər barəsinda sübut edilmişdir.
Cənubi slavyan zadruqası belə bir ailə icmasının hələ mövcud olan ən yaxşı nümunəsidir. O, bir atanın övladlarının bir neçə nəslini arvadları ilə birlikdə əhatə edir, həm də onlar hamısı bir həyətdə birgə yaşayır, öz tarlalarını birgə becərir, ümumi ehtiyatdan yeyir və keyir, gəlirin artığına birlikdə sahib olurlar. İcma ev ağasının («domacin»), ən yüksək idarəçiliyindədir, o həmin icmanı xarici aləm qarşısında təmsil edir, xırda şeyləri satmaq hüququna malikdir, kassanı saxlayır və istər kassa üçün, istərsə bütün təsərrüfatın düzgün aparılması üçün məs'uliyyət daşıyır. O seçilir və onun yaşca ən böyük olması heç də məcburi deyildir. Qadınlar və onların yerinə yetirdikləri işlər ev xanımının («domacica») rəhbərliyinə tabedir, o adətən domacinin arvadı olur. Bu qadın icma qızları üçün ər seçməkdə də mühüm, çox vaxt həlledici rol oynayır. Lakin ali hakimiyyət ailə şurasının əlində, icmanın istər qadınlardan, istərsə kişilərdən ibarət bütün yaşlı üzvlərinin yığınçağının ixtiyarında olur. Ev ağası bu yığıncaq qarşısında hesabat verir; yığıncaq qətiqərarlar qəbul edir, icma üzvlərini mühakimə edir, böyük alğı və satqı haqqında,–xüsusən iş torpaq sahələrinə aid olduqda–qərarlar çıxarır və i.a.
Ancaq təxminən on il bundan əvvəl sübut edilmişdir ki, bu cür böyük ailə icmaları Rusiyada da mövcud olmaqda davam edir15; indi hamılıqla e'tiraf edilir ki, kənd icması kimi, bu ailə icmalarının da rus adətlərində dərin kəkləri vardır. Bu icmalar ən qədim rus qanun məcəlləsində, Yaroslavın «Pravda»sında da Dalmatsiya qanunlarındakı16 kimi eyni adda («vervj») göstərilir; bu icmalar barəsində mə'lumatı polyak və çex tarix mə'xəzlərində də tapmaq olar.
Höyslerin dediyinə görə («Alman hüququnun əsas müddəaları») əvvəllər germanlarda da təsərrüfat vahidi müasir mə'nada fərdi ailə deyil, «ev icması» olmuşdur, bu da bir neçə nəsildən və onların ailələrindən ibarət idi və olduqca çox hallarda azad olmayanları da əhatə edirdi. Roma ailəsini də bu tipdən hesab edirlər və buna uyğun olaraq son zamanlar istər ev ağasının mütləq hakimiyyətinə, istərsə onun qarşısında ailənin qalan üzvlərinin hüquqsuzluğuna çox şübhə edirlər. Görünür, İrlandiyada keltlərin də bu cür ailə icmaları olmuşdur; Fransada bunlar Fransa inqilabına qədər Nivernedə raqsoppepez adı ilə qalmışdı, FranşKontedə isə bunlar hələ indi tamam aradan qalxmamışdır. Luana rayonunda (Sona və Luara departamenti) böyük kəndli evlərinə təsadüf olunur, bunların lap dama qədər ucalan ümumi hündür bir mərkəzi zalı və bunun ətrafında yataq otaqları vardır, buraya 6–8 pilləli pilləkanla qalxırlar və burada eyni bir ailənin bir neçə nəsli yaşayır.
Hindistanda torpağı birgə becərən ev icmasının Böyük Aleksandr dövründə mövcud olduğu hələ Nearx tərəfindən göstərilir və bu icma hələ indi də həmin yerdə, Pəncabda və ölkənin bütün şimal-qərbində vardır. Qafqazda bunun mövcud olduğunu Kovalevski özü sübut edə bilmişdi. Əlcəzairdə bu icma kabillər arasında hələ də mövcuddur. Buna, görünür, həqqa Amerikada da təsadüf edilmişdir; bunun Surita tərəfindən təsvir edilən qədim Meksika «calpullis17»lərində tapılacağını güman edirlər; əksinə, Kunov («Ausland»153, №42–44, 1890) kifayət qədər aydın sübut etmişdir ki, Peru işğal edildiyi zaman orada marka quruluşu kimi bir şey mövcud olmuşdur (həm də təəccüblüdür ki, bu marka da taqsa adlanırdı) və burada becərilmiş torpaq vaxtaşırı yenidən bölüşdürülürdü, deməli, torpağın fərdi becərilməsi qaydası var idi.
Ümumi torpaq sahibliyi olan və torpağı birgə becərən iatriarxal ev icması hər halda indi əvvəlkindən tamamilo başqa bir əhəmiyyət kəsb edir. Ana hüququna əsaslanan ailədən fərdi ailəyə keçid zamanı Köhnə dünyanın mədəni xalqları və bə'zi başqa xalqları arasında həmin icmanın oynadığı mühüm rola biz daha şübhə edə bilmərik. Kovalevski tərəfindən çıxarılan belə bir başqa nəticədən də biz sonrakı şərhimizdə bəhs edəcəyik ki, bu icma həmçinin keçid pilləsi olmuş və bundan kənd icması və ya icma-marka əmələ gəlmişdir, burada isə torpaq ayrı-ayrı ailələr tərəfindən fərdi surətdə becərilirdi, əkin yerləri və çəmənlər əvvəllər vaxtaşırı bölüşdürülürdü, sonra isə qəti bölüşdürülmüşdü.
Həmin ev icmaları daxilindəki ailə həyatı haqqında bunu qeyd etmək lazımdır: hər halda Rusiyada ailə başçıları haqqında mə'lumdur ki, onlar icmanın çavan qadınlarına qarşı, xüsusilə öz gəlinlərinə qarşı öz mövqelərindən çox sui-istifadə edirlər və çox zaman bunlardan özləri üçün hərəmxana düzəldirlər; rus xalq mahnıları bunu çox aydın göstərir.
Ana hüququnun süqut etməsi ilə əlaqədar olaraq sür'ətləinkişaf edən monoqamiyaya keçməzdən əvvəl çoxarvadlılıq və çoxərlilik haqqında daha bir neçə kəlmə söyləyək. Bu nigah formalarının hər ikisi yalnız bir istisna ola bilər,–necə deyərlər, tarixi bir dəbdəbə ola bilər,–hətta müəyyən bir ölkədə bunların eyni zamanda mövcud olmasına təsadüf edilsəydi də yenə istisnadır, lakin mə'lum olduğu kimi, buna təsadüf edilmir. Deməli, çoxarvadlılıqdan kənarda qalan kişilər çoxərlilikdən artıq qalan qadınlardan həzz ala bilmədiklərinə görə və sosial tə'sisatdan asılı olmayaraq, kişilərlə qadınların sayı indiyədək demək olar bərabər olduğuna görə, özlüyündə bu nigah formalarından heç biri hamılıqla qəbul edilmiş bir forma ola bilməzdi. Həqiqətdə bir kişinin çoxarvadlılığı, görünür, köləliyin nəticəsi idi və yalnız müstəsna məvqe tutan şəxslərə müyəssər idi. Semit tipli patriarxal ailədə yalnız patriarx özü və olsa-olsa onun bir neçə oğlu çoxarvadlılıq vəziyyətində yaşayır, qalanları isə təkcə bir arvadı ilə kifayətlənməlidir. Bütün Şərqdə vəziyyət hələ indi də belədir; çoxarvadlılıq varlıların və kübarların imtiyazıdır, həm də başlıca olaraq kəniz satın alınması yolu ilə həyata keçirilir; xalqın əksəriyyəti monoqamiya halında yaşayır. Hindistanda və Tibetdə də çoxərlilik belə bir istisna təşkil edir; bunun qrup nigahından (1884-cü il nəşrində «qrup nigahından» əvəzində «punalua ailəsindən» çap edilmişdir. Red.) əmələ gəlməsi məsələsi, şubhəsiz, maraqsız deyildir və hələ daha öyrənilməlidir. Həm də, görünür, əməli olaraq çoxərlilikdə müsəlman hərəmxanalarının qısqanc qaydalarından xeyli artıq dərəcədə dözmə vardır. Hər halda Hindistanda nairlər arasında belədir, hərçənd hər üç, dörd və daha çox kişinin bir ümumi arvadı vardır, lakin bu kişilərdən hər birinin bununla yanaşı başqa üç və daha çox kişi ilə birlikdə ikinci bir arvadı, habelə üçüncü, derdüncü və i.a. arvadı ola bilər. Təəccüblüdür ki, Mak-Lennan, üzvlərindən hər birinin bir neçə klubda ola biləcəyi, bu nigah klublarını təsvir edərkən, klub nigahı kimi yeni bir kateqoriya kəşf etməmişdir. Lakin bu nigah klubları adəti heç də həqiqi çoxərlilik deyildir, əksinə, artıq Jiro-Telonun qeyd etdiyi kimi, sadəcə qrup nigahının xüsusi formasıdır; kişilər çoxarvadlılıqla, qadınlar isə çoxərliliklə yaşayırlar (Axırıncı ibarə Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.).
4. Monoqam ailə. Yuxarıda göstərildiyi kimi, bu ailə barbarlığın orta pilləsi ilə yüksək pilləsi arasındakı dövrdə ikili ailədən əmələ gəlir; onun qəti qələbəsi sivilizasiya dövrünün başlanması əlamətlərindən biridir. Bu ailə ərin hökmranlığına əsaslanır, özü də mənşəyi müəyyən atadan olmasına şübhə yeri qoymayan uşaqlar doğulması məqsədi kimi qəti ifadə olunan bir məqsəd daşıyır, mənşəyin belə şübhəsiz olması isə ona görə lazımdır ki, müəyyən müddətdən sonra uşaqlar əsl vərəsə kimi ata əmlakına sahib ola bilsinlər. İkili nigahdan bu ailənin fərqi ondadır ki, nigah əlaqələri xeyli artıq dərəcədə möhkəmdir və indi artıq tərəflərdən hər hansının arzusu ilə pozula bilməz. Daha indi, bir qayda olaraq, yalnız ər bu əlaqələri pozub öz arvadını rədd edə bilər. Ər-arvadlıq sədaqətini pozmaq hüququ indi də hər halda adət üzündən ər üçün tə'min edilmiş qalır («Code Napoleon» (Napoleon məcəlləsi. Red.) ərə, öz aşnasını ailə yurduna gətirmirsə, qəti surətdə belə hüquq verir18) və sonrakı ictimai inkişafla əlaqədar olaraq bu hüquq getdikcə daha həyata keçirilir; əgər arvad keçmişdəki cinsi əlaqə praktikasını yadına salıb ona qayıtmaq istəsə, ona əvvəllər hər hansı bir vaxt olduğundan daha ağır cəza verilir.
Bütün öz sərtliyi ilə yeni ailə forması yunanlarda bizim qarşımıza çıxır. Marks qeyd edir (Bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 32. Red.) ki, mifologiyada ilahələrin vəziyyəti bizə qadınların hələ azad və şərəfli bir mövqe tutduqları daha əvvəlki dövrü göstərdiyi halda, qəhrəmanlıq dövründə biz ərin hökmranlığı və kənizlərin rəqabəti üzündən qadını artıq alçaldılmış vəziyyətdə görürük (1884-cü il nəşrində bu ibarənin axırı aşağıdakı şəkildə verilmişdi: «qəhrəmanlıq dövründə biz qadını yarıkəniz vəziyyətində təcrid olunmuş halda görürük, bundan da məqsəd uşaqların atasının mə'lum olmasını qəti tə'min etməkdir». «Yunan qadaşları çox tez-tez fürsət tapıb ərlərini aldadırdılar» sözlərinə qədər olan sonrakı mətn Engels tərəfindən demək olar tamamilə 1891-ci il nəşrinə əlavə edilmiş və bundan ötrü 1884-cü il nəşrindəka bir neçə ibarədən istifadə edilmişdir. Red.). «Odisseya»da bunu oxumaq kifayətdir ki, Telemax öz anasının sözünü necə kəsib onu susmağa məcbur edir (Homer. «Odisseya», birinci mahnı. Red.). Əsir alınan cavan qadınlar Homerin əsərində qaliblərin şəhvani ehtirasına qurban verilir: sərkərdələr növbə ilə və öz rütbələrinə müvafiq olaraq özlərinə qadınların ən gözəllərini seçirlər; mə'lum olduğu kimi, «İlliada»da bütün hadisə belə bir kəniz üstündə Axilles ilə Aqamemnon arasındakı mübahisə üzərində purulmuşdur. Homerdə hər bir az-çox əhəmiyyətli qəhrəman təsvir olunarkən, həmin qəhrəmanla bir çadırda və bir yataqda qalan əsir qız da xatırlanır. Həmin qızları özləri ilə öz vətənlərinə aparıb ailəli evə də gətirirlər, məsələn, Esxildə Aqamemnon Kassandranı belə aparır (Esxil. «Oresteya. Aqamemnon». Red.); belə kənizlərdən doğulan oğullara atanın mirasından az bir pay çatır və onlar azad vətəndaş hesab olunurlar; Tevkr Telamonun belə nigahdankənar oğludur və özünü atasının oğlu adlandıra bilir. Qanuni arvaddan tələb olunur ki, o bütün bu.vəziyyətə dözsün, özü isə çox iemətli və ərinə sədaqətli olsun. Qəhrəmanlıq dövründəki yunan qadını sivilizasiya dövrü qadınından daha hörmətli olsa da, hər halda o, nəticə e'tibarı ilə kişi üçün yalnız onun nigahdan doğulan qanunv vərəsələrinin anasıdır, baş evdar qadındır və kişinin istədiyi kimi öz aşnalarına çevirə biləcəyi və fe'lən çevirdiyi kənizlər üzərində nəzarətçidir. Məhz monoqamiya ilə yanaşı köləliyin mövcud olması, kişinin tam ixtiyarında olan çavan gözəl kənizlərin varlığı lap əvvəldən monoqamiyaya spesifik xarakter verərək, onu kişi üçün deyil, yalnız qadın üçün mönoqamiyaya çevirmişdir. O özunün bu xarakterini indi də saxlayır.
Daha sonrakı dövrdə yaşamış olan yunanlarda dorilərlə ioniləri bir-birindən fərqləndirmək lazımdır. Klassik. nümunəsi Sparta olan dorilər arasında nigah münasibətləri bir çox cəhətdən hətta Homerin bəhs etdiyindən də arxaikdir. Spartada dövlət haqqında orada qəbul edilmiş baxışlara uyğun olaraq dəyişdirilən və bir çox cəhətdən hələ qrup nigahını xatırladan ikili nigah vardır. Uşağı olmayanların nigahları pozulur: arvadı doğmayan çar Anaksandrid (bizim eradan 560 il əvvəl) ikinci arvad almışdı və iki təsərrüfat qurmuşdu; yenə təxminən həmin vaxtda iki sonsuz arvadı olan çar Ariston üçüncü bir arvad almış, lakin ilk arvadlarından birini buraxmışdı. Digər, tərəfdən, bir neçə qardaşın ümumi bir arvadı ola bilərdi; öz dostunun arvadını xoşlayan bir adam həmin qadına dostu ilə şərik ola bilərdi və öz arvadını, Bismarkın deyə biləcəyi kimi, sağlam bir «ayğırın» ixtiyarına vermək–o, həmvətənlər sırasına daxil olmasa da–ədəbli bir iş sayılırdı. Plutarxın əsərinin bir yerində spartalı bir qadının ona məftun olmuş bir kişini öz ərinin yanına göndərməsindən–Şömanın dediyinə görə–hətta daha böyük bir əxlaq sərbəstliyi olduğu nəticəsini çıxarmaq olar. Buna görə də ər-arvad sədaqətinin həqiqətən pozulması–ərdən xəlvətdə arvadın sədaqətsizliyi–eşidilməmiş bir şey idi. Digər tərəfdən, Spartada, hər halda onun ən yaxşı dövründə, ev köləliyi olmamışdır, təhkimli ilotlar malikanələrdə ayrıca yaşayırdılar, buna görə də spartiatlarda19 onların arvadlarından istifadə etmək həvəsi az idi. Təbiidir ki, bütün bu şərait üzündən Spartada qadınlar qalan yunanlarda olduğundan xeyli artıq dərəcədə şərəfli mövqe tuturdular. Sparta qadınları və Afina heteradarının ən yaxşı hissəsi Yunanıstanda elə yeganə qadınlar idi ki, bunların haqqında qədim adamlar hörmətlə danışırlar və onların söylədiklərini xatırlamağı layiq bilirlər. Afinanın səciyyəvi olduğu ionilərdə biz tamamilə başqa bir vəziyyət görürük. Qızlar ancaq əyirmək, toxumaq və tikməyi, ən çox bir az oxuyub yazmağı öyrənirdilər. Onlar, demək olar, qapalı həyat sürürdülər, yalnız başqa qadınlarla ünsiyyətdə olurdular. Qadınların otağı evin ayrıca bir hissəsində, yuxarı mərtəbədə və ya içərilərdə olurdu, oraya kişilər, xüsusən yad kişilər asanlıqla keçə bilməzdilər və evə kişilər gəldikdə, qadınlar həmin yerə çəkilirdilər. Qadınlar evdən kənizsiz çıxmırdılar; evdə onlar sözün əsl mə'nasında keşikçilərin nəzarəti altında idilər. Aristofan ər-arvad sədaqətini pozanları qorxutmaq üçün saxlanılan molos itlərindən bəhs edir156, hər hadda Asiya şəhərlərində isə qadınlara nəzarət etmək üçün xədimlər saxlayırdılar, hələ Herodotun vaxtında Xios adasında bu cür xədimlər hazırlayıb satırdılar və Vaksmutun dediyinə görə, bu xədimləri alanlar təkcə barbarlar deyildi. Yevripiddə arvad barəsində «oikurema» (Yevripid. «Orest». Red.) sözü işlədilirdi, bu da təsərrüfata göz qoyan bir şey (orta cinsdən olan sözdür) deməkdir, həm də afinalı kişi üçün arvad həqiqətən uşaq doğan olmaqla bərabər, baş xidmətçidən başqa bir şey deyildi. Ər öz idman məşqləri ilə, öz ictimai işləri ilə məşğul olurdu, arvad isə bunlarda iştirak etməkdən kənar edilmişdi; bundan əlavə, çox zaman ərin ixtiyarında kənizlər də olurdu, Afinanın tərəqqisi dövründə isə geniş yayılmış və hər halda dövlətin himayəsi altında olan fahişəlik var idi. Məhz bu fahişəlik zəminində Yunanıstanda elə yeganə parlaq qadın tipləri meydana gəlmişdi ki, bu qadınlar da öz zəkaları və bədii zövqləri cəhətdən antik dövrdəki qadınların ümumi səviyyəsindən spartalı qadınların öz xarakteri cəhətdən durduqları kimi yüksəkdə dururdular. Lakin əsl qadın olmaq üçün əvvəlcə hetera olmaq lazım gəlməsi Afina ailəsi üçün ən ciddi bir töhmətdir.
Bu Afina ailəsi zaman keçdikcə elə bir nümunə oldu ki, təkcə geridə qalan ionilər deyil, habelə tədricən istər ölkə daxilində, istərsə müstəmləkələrdə bütün yunanlar da öz ev qaydalarını bu cür qurmağa başladılar. Lakin bütün bu qapalı həyata və nəzarətə baxmayaraq, yunan qadınları çox tez-tez fürsət tapıb ərlərini aldadırdılar, bu ərlər isə öz arvadlarına azacıq da məhəbbət hissi büruzə verməkdən utanaraq heteralarla cürbəcür sevgi macəralarında əylənirdilər; lakin qadınların alçaldılmasının intiqamı alınırdı və kişilərin özləri alçaldılırdı, nəhayət, kişilər oğlan uşaqlarına qarşı qeyri-təbii məhəbbət bataqlığında batıb qaldılar və Qanimed haqqındakı əsatirlə öz allahlarını, habelə özlərini də ləyaqətdən məhrum etdilər.
Qədim dövrün ən sivilizasiyalı və ən çox inkişaf etmiş xalqında izləyə bildiyimizə görə monoqamiyanın mənşəyi belədir. Monoqamiya heç də fərdi cinsi məhəbbətin məhsulu deyildi, onun belə bir məhəbbətlə qətiyyən heç bir əlaqəsi yox idi, çüiki nigahlar yenə əvvəlki kimi maddi mülahizələrə əsaslanmaqda idi. Monoqamiya elə bir ilk ailə forması idi, ki, onun əsasını təbii deyil, iqtisadi şərait (1884-cü il nəşrində «iqtisadi şərait» sözləri əvəzində «ictimai şərait» çap edilmişdir; «yə'ni kortəbii surətdə», sözlərindən e'tibarən ibarənin sonu Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.) təşkil edirdi, yə'ni kortəbii surətdə meydana gəlmiş ilk ümumi mülkiyyət üzərində xüsusi mülkiyyətin qələbəsi təşkil edirdi. Təknigahlılıqdan güdülən və yunanlar tərəfindən açıqca e'lan edilən yeganə məqsəd–ailədə ərin hökmranlığı və uşaqların ancaq ondan təvəllüd etməsi və onun sərvətinin varisi olması idi. Qalan cəhətlərdən isə təknigahlılıq onlar üçün bir yük idi, allahlar, dövlət və öz əcdadları qarşısında yerinə yetirməli olduqları bir vəzifə idi. Afinada qanun nəinki nigah əlaqəsinə girməyi, habelə ər tərəfindən ərlik vəzifələri deyilən müəyyən miqdar vəzifələrin yerinə yetirilməsini də tələb edirdi (Axırıncı ibarə Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.).
Beləliklə, tarixdə təknigahlılıq heç də kişi ilə qadın arasında razılığa əsaslanan bir ittifaq olaraq meydana gəlmir, həmçinin daha az dərəcədə bu ittifaqın yüksək forması olaraq meydana gəlir. Əksinə. Təknigahlılıq bir cinsin digər cinsi əsarət altına alması kimi, bu cinslər arasında o vaxta qədər bütün əvvəlki tarixdə görünməmiş bir ziddiyyətin e'lan edilməsi kimi meydana gəlir. Marks ilə mənim tərəfimdən 1846-cı ildə tərtib olunub çap edilməmiş olan köhnə bir əlyazmasında mən aşağıdakı sözlərə təsadüf edirəm: «Kişi ilə qadın arasında ilk əmək bölgüsü uşaq törətmək üçün olmuşdur» (K.Marks və F.Engels. «Alman ideologiyası» Red.). İndi mən buna əlavə edib deyə bilərəm: tarixdə meydana çıxan ilk siniflər əksliyi təknigahlılıq zamanı ərlə arvad arasında antaqonizmin inkişafı ilə bir vaxta düşür və ilk sinfi zülm qadın cinsini kişi cinsinin əsarətə alması ilə bir vaxta düşür. Təknigahlılıq böyuk tarixi tərəqqi idi, lakin bununla bərabər o, köləlik və xüsusi sərvətlə yanaşı olaraq, indiyədək davam edən elə bir dövrün başlanğıcı idi ki, bu zaman hər bir tərəqqi eyni zamanda nisbi bir tənəzzül deməkdir, bə'zilərinin rifahı və inkişafı başqalarının iztirabları və əzilməsi bahasına əldə edilir. Təknigahlılıq sivilizasiyalı cəmiyyətin elə bir hüceyrəciyidir ki, ona əsasən biz artıq həmin cəmiyyət daxilində tamamilə inkişaf etmiş olan əksliklərin və ziddiyyətlərin təbiətini öyrənə bilərik.
İkili nigah və ya hətta təknigahlılıq qalib gəldikdə, cinsi əlaqələrin köhnə nisbi azadlığı heç də aradan qalxmadı.
«Punalua qruplarının tədricən ölüb getməsi nəticəsində daha məhdud çərçivəyə salınan köhnə nigah sistemi hələ də ailənin inkişaf etdiyi bir muhit idi və sivilizasiyanın ilk nişanələri meydana çıxdığı vaxta qədər ailənin inkişafını ləngidirdi... Həmin sistem, nəhpyət, heterizmin yeni formasına keçməklə aradan qalxdı və bu forma sivilizasiya dövründə də adamları sanki ailə üzərinə düşən qara bir kölgə kimi tə'qib edir».
Heterizm dedikdə, Morqan təknigahlılıqla yanaşı olaraq kişilərin ərsiz qadınlarla nigahsız cinsi əlaqələrini nəzərdə tutur, bu əlaqə isə, mə'lum olduğu kimi, bütün sivilizasiya dövrü ərzində ən müxtəlif formalarda genişlənir və getdikcə daha artıq dərəcədə aşkar bir fahişəliyə çevrilir (). Bu heterizm öz mənşəyini bilavasitə qrup nigahından, qadınların kənar kişilərlə əlaqədə olub bununla da özlərinə ismətli olmaq hüququ əldə etməkdən ötrü verdikləri qurbandan alır. Pul müqabilində kişilərlə əlaqədə olmaq əvvəllər dini bir mərasim idi; bu mərasim məhəbbət ilahəsinin mə'bədində icra edilirdi və pul əvvəllər mə'bədin xəzinəsinə daxil olurdu. Ermənistanda Anaitis hiyerodulları20, Korinfdə Afrodita hiyerodulları, habelə Hindistanın mə'bədlərdə xidmət edən və bayaderka adlanan (portuqaliya dilindəki «bailadeira»–rəqqasə sözünün təhrif olunmuş şəklidir) dini rəqqasələr ilk fahişələr idi. Kənar kişilərlə əlaqədə olmaq əvvəllər hər bir qadının vəzifəsi idi, sonralar isə sanki bütün qalanları əvəz edən ancaq bu kahinələrin borcu olmuşdu. Başqa xalqlarda heterizm öz mənşəyini nigahdan əvvəl qızlara verilən cinsi azadlıqdan alır və, deməli, bu da qrup nigahının qalığıdır, bizə ancaq başqa yolla gəlib çatmışdır. Əmlak bərabərsizliyi meydana gəldikdə, yə'ni artıq barbarlığın yüksən pilləsində qul əməyi ilə yanaşı arabir muzdlu əmək də meydana çıxır və onun zəruri çığırdaşı olaraq, eyni zamanda, kənizlərin kişilərlə əlaqədə olmağa məcbur edilməsi ilə yanaşı, azad qadınların peşəkar fahişəliyi meydana gəlir. Beləliklə, sivilizasiyanın doğurduğu nə varsa, hamısı ikili, ikibaşlı, daxilən ikiyə parçalanmış, ziddiyyətli olduğu kimi, qrup nigahından sivilizasiyaya qalan irs də ikili idi; bir tərəfdən, monoqamiya, digər tərəfdən də heterizm və onun ən ifrat forması olan fahişəlik. Heterizm hər hansı başqa ictimai tə'sisat kimi bir ictimai tə'sisatdır; heterizm köhnə cinsi azadlığın yenə də mövcud olmasını–kişilərin xeyrinə tə'min edir. Əslində nəinki yol verilən, habelə geniş tətbiq edilən, xüsusilə də hakim siniflər tərəfindən istifadə olunan heterizm yalnız sözdə pislənir. Lakin bu pisləmə əslində belə bir işi görən kişilərə qarşı deyil, yalnız qadınlara qarşı yönəldilir; bu qadınlara nifrət bəsləyir və onları cəmiyyətdən kənara atırlar ki, beləliklə də qadın cinsi üzərində kişilərin qeyri-məhdud hökmranlığını əsas ictimai qanun olaraq bir daha e'lan etsinlər.
Lakin bununla birlikdə monoqamiyanın öz daxilində ikinci ziddiyyət inkişaf edir. Öz həyatını heterizm ilə zinətləndirən ərlə yanaşı onun tərk edilmiş arvadı durur (Bu və əvvəlki ibarə Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.). Almanın yarısı yeyiləndən sonra əldə onun bütövü qala bilmədiyi kimi, ziddiyyətin də bir tərəfi olmadan digər tərəfi ola bilməz. Lakin arvadları kişilərin ağlını başlarına gətirənə qədər, görünür, kişilərin rə'yi belə olmamışdır. Təknigahlılıqla birlikdə əvvəllər mə'lum olmayan iki dəyişilməz səciyyəvi ictimai tip meydana gəlir: arvadın daimi oynaşı və binamus edilən ər. Kişilər qadınlara qalib gəldilər, lakin qaliblərin işini başa çatdırmağı məğlub olanlar alicənablıqla öz üzərlərinə götürdülər. Təknigahlılıqla və heterizmlə yanaşı olaraq qadağan edilən, şiddətli cəzalandırılan, lakin kökü kəsilə bilməyən zina da aradan qaldırılmaz bir ictimai hal oldu. Uşaqların qanuni atadan mənşə etməsinin mö'təbərliyi, yenə əvvəlki kimi, ən çoxu mə'nəvi bir e'tiqada əsaslanmaqda davam edirdi və həlledilməz ziddiyyəti həll etmək üçün «Code Napoleo» 312-ci maddəni tətbiq etmişdi:
«L'enfant concu pendant le mariage a pour peru le mari»–«nigah zamain mayasını tutan uşağın atası ərdir»..
Təknigahlılığın üç min ildən bəri mövcud olmasının son nəticəsi belədir.
Beləliklə, fərdi ailə öz tarixi mənşəyinə sadiq qaldığı və burada ərin müstəsna hökmranlığı üzündən kişi ilə qadın arasındakı ziddiyyət açıq-aydın xarakter kəsb etdiyi hallarda bu ailə bizə miniatürdə elə əksliklərin və ziddiyyətlərin mənzərəsini verir ki, sivilizasiya dövrunün başlandığı zamandan e'tibarən siniflərə bölüimüş olan cəmiyyət bu əksliklər və ziddiyyətlər daxilində hərəkət edir və bunları nə həll edə bilir, nə də aradan qaldıra bilir. Burada mən, əlbəttə, yalnız elə təknigahlılıq hallarından danışıram ki, bu zaman ər-arvadlıq həyatı bu tə'sisatın ilkin xarakterindən irəli gələn qaydalara həqiqətən uyğundur, lakin arvad ərin hökmranlığına qarşı qalxışır. Heç də bütün nigahların bu cür keçmədiyini alman filisterı hamıdan yaxşı bilir; o, dövlətdə hakim ola bilmədiyi kimi, öz evində də hakim ola bilmir; buna görə də onun arvadı ərinin layiq olmadığı kişi hakimiyyətini tamamilə haqlı olaraq öz əlinə alır. Lakin ər elə güman edir ki, öz bədbəxtlik yoldaşı olan fransızdan xeyli yüksəkdir, axı bu fransız çox zaman onun özündən daha pis vəziyyətə düşür.
Lakin fərdi ailə heç də hər yerdə və hər zaman yunanlarda olduğu kimi klassik sərt bir formada olmamışdır. Sonralar dünyanın fatehləri olub, şeylərə yunanlardan daha geniş, lakin onlardan az incə nəzərlə baxan romalılar arasında arvad daha çox azad və daha çox hörmətli olurdu. Romalı belə hesab edirdi ki, öz arvadının ölüm-diriminin hakimi olması onun ərinə sədaqətini kifayət qədər tə'min edir. Bundan əlavə, burada ər ilə yanaşı olaraq arvad istədikdə nigahı poza bilərdi. Lakin təknigahlılığın inkişafında ən böyük tərəqqi, şübhəsiz, germanlar tarix səhnəsinə qədəm qoyduqda əldə edilmişdir, həm də ona görə əldə edilmişdir ki, görünür, onların yoxsulluğu üzündən, monoqamiya bəlkə də o zaman onların arasında ikili nigahdan hələ tamamilə inkişaf etməmişdi. Biz bu nəticəyə Tatsitin xatırladığı aşağıdakı üç cəhətə əsasən gəlirik. Əvvələn, nigah nə qədər müqəddəs tutulsa da–«onlar tokcə bir arvadla kifayətlənirlər, qadınlar ismət örtüyünün əhatəsində yaşayırlar»,–hər halda onlarda əyanlar və tayfa başçıları arasında çoxarvadlılıq yayılmışdı, bu da ikili nigah əlaqəsində yaşayan amerikalılar arasında təsadüf et etdiyimizin eynidir. İkincisi, ana hüququndan ata hüququna keçilməsi onların arasında bundan yalnız azacıq əvvəl mümkün ola bilərdi, çünki dayı–ana hüququna görə kişi cinsindən ən yaxın qohum–onlarda hələ az qala doğma atadan daha yaxın bir qohum hesab olunurdu, bu da habelə Amerika hindilərinin nöqteyi-nəzərinə uyğun gəlir; Marks, özünün tez-tez dediyi kimi, bizim öz keçmişnmizi başa düşməyin açarını həmin hindilərdə tapmışdı. Üçüncüsü də, germanlarda qadınlar böyük hörmət görür və ictimai işlərə xeyli tə'sir göstərirdilər, bu isə kişilərin monoqamiyaya xas olan hökmranlığına açıqca ziddir. Bütün bunlarda demək olar germanlar spartalılardan fərqlənmirlər; spartalılarda, gördüyümüz kimi, ikili nigah da hələ tamam aradan qaldırılmamışdı (Axırıncı ibarə Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.). Beləliklə, bu cəhətdən də germanlarla birlikdə tamamilə yeni bir ünsür dünya hökmranlığı qazandı. Xalqların bir-birinə qarışması prosesində Roma aləminin xarabaları üzərində inkişaf etmiş yeni monoqamiya kişilərin hökmranlığını daha yumşaq formalara saldı və qadınlar üçün hər halda zahiri cəhətdən, klassik qədim dövrün heç vaxt görmədiyi daha şərəfli və daha azad bir vəziyyət yaratdı. Beləliklə də ilk dəfə olaraq elə ilkin şərt yarandı ki, buna əsasən monoqamiyadan–vəziyyətə görə, bunun daxilində, bununla yanaşı, bunun əksinə olaraq,–ən böyük bir əxlaqi tərəqqi inkişaf edə bildi və biz həmin tərəqqi üçün ona borcluyuq; bu tərəqqi–bütün əvvəlki aləmdə mə'lum olmayan müasir fərdi cinsi məhəbbətdir.
Lakin bu tərəqqini məhz belə bir vəziyyət doğurmuşdu ki, germanlar hələ ikili ailə dövründə yaşayırdılar və qadının ikili ailəyə uyğun vəziyyətini, mümkün olduqca monoqamiyaya keçirmişdilər; bu tərəqqi heç də ondan irəli gəlməmişdi ki, germanlarda əxlaq saflığına nə isə əfsaeəvi, gözəl, təbii bir meyl vardır; belə bir meyl əslində ondan ibarətdir ki, ikili nigah monoqamiyaya xas olan kəskin mə'nəvi ziddiyyətlərdən həqiqətən azaddır. Əksinə, germanlar köçdükləri dövrdə, xüsusən cənub-şərqə, Qara dəniz sahillərindəki çöllərdə yaşayan köçərilərə tərəf köçdükləri zaman əxlaq cəhətdən olduqca tənəzzül etmişdilər və həmin köçərilərdən onların at minmək məharətini öyrənməkdən başqa, həmçinin çirkin, qeyri-təbii eyblərini də götürmüşdülər, bunu isə tayfallar haqqında Ammian və herullar haqqında Prokopi qəti surətdə göstərir.
Lakin bütün mə'lum ailə formalarından monoqamiya müasir cinsi məhəbbətin inkişaf edə biləcəyi yeganə forma idisə, bu o demək deyildir ki, burada həmin məhəbbət yalnız və ya başlıca.olaraq ər-arvadın bir-birinə məhəbbəti kimi inkişaf etmişdir. Möhkəm təknigahlılığın öz təbiəti ərin hökmranlığı şəraitində buna yol vermirdi. Tarixən fəal olan bütün siniflərdə, yə'ni bütün hakim siniflərdə nigah bağlanması ikili nigah zamanından bəri olduğu halında qalırdı,–yə'ni ata-anaların düzəltdiyi bir sövdə olurdu. Həm də cinsi məhəbbətin tarixdə meydana gəlmiş olan birinci və hər kəsə (hər halda hakim siniflərdən olanlara) müyəssər forması olan ehtiras, cinsi meylin ən yüksək forması olan ehtiras,–bu cinsi meyl isə həmin məhəbbətin spesifik xarakterini təşkil edir,–onun bu birinci forması, orta əsrlərdəki rıtsar məhəbbəti heç də ər-arvad məhəbbəti deyildi. Əksinə. Özunün klassik şəklində provansallar arasında rıtsar məhəbbəti tam sür'ətlə ər-arvad sədaqətini pozmaqa doğru gedir və bu məhəbbətin şairləri bunu tərənnüm edirlər. Məhəbbəti tərənnüm edən provansal poeziyasının ən gözəl nümunələrini «albalar» (albas), almanca sübh mahnıları təşkil edir. Bu mahnılarda parlaq boyalarla təsvir edilir ki, rıtsar öz gözəlinin, özgə arvadının yatağında uzanmışdır, bayırda isə keşikçi durmuşdur, o açılan sübhün (alba) ilk əlamətlərini rıtsara xəbər verir ki, gözə dəymədən yayınıb aradan çıxa bilsin; sonra da mahnının ən yüksək nöqtəsi olan ayrılıq səhnəsi gəlir. Şimali Fransa sakinləri, eyni tərzdə qoçaq almanlar da bu növ poeziyanı ona uyğun olan rıtsar məhəbbəti forması ilə birlikdə mənimsəmişlər və bizim qoca Volfram fon Eşenbax eyni incə mövzuda üç gözəl mahnı qoşmuşdur, həm də bu mahnılar mənə onun üç uzun qəhrəmanlıq poemasından daha xoş gəlir.
Müasir burjua mühitində nigah bağlanması iki yolla olur. Katolikölgələrindəvalideynlər çavan burjua oğulcuğuna yenə əvvəlki kimi münasib arvad axtarıb tapırlar və, aydındır ki, bunun nəticəsi monoqamiyaya xas olan ziddiyyətin ən tam inkişafından ibarət olur: ər tərəfdən heterizm yüksək dərəcədə artır, arvad tərəfdən ərə xəyanət yüksək dərəcədə artır. Zənn edilməlidir ki, katolik kilsəsi ərqrvad arasında xəyanətə də ölüm kimi heç bir əlac olmadığını yalnız yəqin etdikdən sonra boşaimanı ləğv etmişdir. Protestan ölkələrində, əksinə, burjua oğulcuğuna, bir qayda olaraq, öz sinfi içərisindən arvad seçməkdə çox və ya az sərbəstlik verilir; buna görə də, protestant riyakarlığı ruhuna uyğun olaraq ədəb naminə, daim nəzərdə tutulduğu kimi, nigah bağlanmasında məhəbbət müəyyən dərəcəyə qədər əsas təşkil edə bilər. Burada ər o qədər də qızğın surətdə heterizmə əl atmır, arvadın xəyanətinə isə o qədər də tez-tez təsadüf edilmir. Lakin nigah forması hər necə olsa da» adamlar nigahdan sonra da ondan əvvəl olduqları kimi qaldıqlarına, protestant ölkələrində isə burjualar əksəriyyətlə filister olduqlarına görə, yenə bu protestant monoqamiyası, ən yaxşı hallar götürülsə də, ailə səadəti adlandırılan yalnız dözülməz dərəcədə sıxıcı ər-arvad həyatına gətirib çıxarır. Bu nigah nəvlərinin hər ikisinin ən yaxşı in'ikası romandır: katolik nigahı üçün fransız romanı, protestant nigahı üçün alman (1884-cü il nəşrində: «alman və İsveç». Red.) romanı. Bunların hər ikisində «o bunu əldə edir»: alman romanında cavan oğlan bir qız əldə edir, fransız romanında isə ər binamusluq əldə edir. Həm də bu zaman onlardan hansının daha pis vəziyyətə düşdüyü heç də həmişə aydın olmur. Buna görə də fransız romanındakı «əxlaqsızlıq» alman filisterinə nə dərəcədə dəhşətli görünürsə, alman romanındakı darıxdırıcılıT da fransız burjuasına eyni dərəcədə dəhşətli görünür. Lakin son zamanlar, «Berlin dünya şəhəri olmağa başladığı» vaxtdan e'tibarən alman romanı orada çoxdan yaxşı mə'lum olan heterizmə və ər-arvad xəyanətinə daha az cəsarətsiz bir münasibət bəsləməyə başlayır.
Lakin hər iki halda nigah tərəflərki sinfi mövqeyindən asılı olur və buna görə də həmişə maddi mülahizəyə əsaslanan bir nigah olur («Qadına munasibətlərdə cinsi məhəbbət» sözlərinə qədər sonrakı mətn Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.). Maddi mülahizəyə əsaslanan bu nigah hər iki halda çox tez-tez ən kobud bir fahişəliyə–bə'zən hər iki tərəfin, ən çox hallarda isə arvadın fahişəliyinə çevrilir, bu arvad isə adi bir kurtizankadan yalnız bununla fərqlənir ki, öz bədənini, muzdlu fəhlə qadın özünün əməyini dənəmuzd hesabı ilə satdığı kimi satmır, o öz bədənini həmişəlik satıb kölə olur. Həm də maddi mülahizəyə əsaslanan bütün nigahlara Furyenin bu sözlərini aid etmək olar:
«Qrammatikada iki mənfi ədat müsbət mə'na verdiyi kimi, nigah əxlaqında da iki fahişəlik bir fəzilət olur».
Qadına münasibətlərdə cinsi məhəbbət yalnız məzlum siniflər arasında, deməli, hazırda proletariat arasında, bu münasibətlərin rəsmən qeyd edilib-edilməməsindən asılı olmayaraq, bir qayda ola bilər və doğrudan da bir qayda olur. Lakin burada klassik monoqa'miyanın da bütün əsasları aradan qaldırılmışdır. Burada heç bir mülkiyyət yoxdur, monoqamiya və kişilərin hökmranlığı isə məhz mülkiyyəti saxlamaq və ona vərəsə olmaq üçün yaradılmışdı; buna görə də burada belə bir hökmranlıqyaratmaq üçün heç bir sövqedici səbəb yoxdur. Bundan əlavə, burada bundan ötrü vəsait da yoxdur: bu hökmranlığı mühafizə edən burjua hüququ yalnız varlılar üçün və onların proletarlarla qarşılıqlı münasibətləriiə xidmət etmək üçün mövcuddur; bu hüquq pula başa gəlir və fəhlənin yoxsulluğu üzündən onun öz arvadına munasibəti üçün bunun heç bir əhəmiyyəti yoxdur. Burada tamamilə başqa şəxsi və ictimai şərtlər həlledici rol oynayır. Bundan əlavə; iri sənaye qadını evdən ayırıb onu əmək bazarına və fabrikə göndərdiyi və olduqca çox hallarda onu ailəni dolandırana çevirdiyi vaxtdan e'tibarən proletar mənzillərində ər hökmranlığının son qalıqları da hər bir zəminini itirmişdir, yalnız arvadla rəftarda monoqamiya tətbiq olunan zamandan kök salan bir qədər kobudluq qalmışdır. Beləliklə, hətta hər iki tərəfdən ən ehtiraslı bir məhəbbət və ən möhkəm sədaqət olduğu halda da, hər cür kilsə xeyirduasına və dünyəvi xeyirduaya baxmayaraq, proletar ailəsi ciddi mə'nada daha monoqam ailə deyildir. Buna görə də monoqamiyanın daimk çığırdaşları olan heterizm və ər-arvad sədaqətsizliyi də burada lap cüzi rol oynayır; arvad nigahı pozmaq hüququnu fe'lən özünə qaytarmışdır və tərəflər yola getmədikdə, ayrılmağı üstun tuturlar. Bir sözlə, proletar nigahı sözün heç də tarixi mə'nasında deyil, etimoloji mə'nasında monoqam nigahıdır (Bu fəsildə butün sonrakı mətn, yalnız «Lakin xeyli uzaqlaşdığımız Morqana qayıdaq;» sözləri ilə başlanan axırıncı abzasdan başqa, Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.).
Lakin bizim hüquqçular belə hesab edirlər ki, qanunvericiliyin tərəqqisi şikayətlənmək üçün hər bir əsası qadınların əlindən getdikcə daha çox alır. Müasir sivilizasiyalı ölkələrin qaiunvericiliyində getdikcə daha artıq e'tiraf edirlər ki, əvvələn, nigahın gerçək nigah olması üçün o, hər iki tərəfin könüllü surətdə bağlandığı bir müqavilədən ibarət olmalıdır və ikincisi, nigahın qüvvədə olduğu bütün müddət ərzində də hər iki tərəfin qarşılıqlı surətdə eyni hüquq və vəzifələri olmalıdır. Əgər bu tələblərin hər ikisi ardıcıl surətdə yeridilsəydi, qadınların arzu etdikləri hər şeyi olardı.
Bu xalis hüquqi dəlillər respublikaçı radikal burjuanın vaxtaşırı olaraq proletarı asayişə çağırdığı zaman istifadə etdiyi dəlillərə tamamilə uyğundur. Əmək müqavilosini guya hər iki tərəf könüllü bağlayır. Lakin bunu ona görə könüllü bağlanmış müqavilə hesab edirlər ki, qanuna əsasən hər iki tərəf kağız üzərində bərabər vəziyyətdədir. Müxtəlif sinfi vəziyyətin bir tərəfə verdiyi hökmranlıq, bunun sayəsində digər tərəfə göstərilən təzyiq,yə'ni hər iki tərəfin gerçək iqtisadi vəziyyəti–bu, qanuna dəxli olmayan bir şeydir. Həm də əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflərdən heç biri öz hüquqlarından qəti imtina etmədikdə, hər iki tərəf yenə də bərabər hüquqlu olmalıdır. Bunun da qakuna dəxli yoxdur ki, iqtisadi vəziyyət fəhləni hətta hüquq bərabərliyinin son əlamətindən də imtina etməyə məcbur edir.
Əgər əlaqədar tərəflər nigah əlaqəsinə girdiklərinin könüllü xarakter daşıdığını formal surətdə bildirmişlərsə, bu, nigah barəsində hətta ən mütərəqqi qanun üçün də tamamilə kifayətdir. Hüquqi pərdə arxasında, gerçək həyatda nələr baş verməsi, bu könüllü razılığın necə əldə edilməsi barəsində qanun və hüquqçu narahat olmaya bilər. Halbuki müxtəlif ölkələrdə hüququn ən adi müqayisəsi bu könüllü razılığın nə demək olduğunu hüquqçuya göstərməli idi. O ölkələrdəki qanun valideynin əmlakının bir hissəsinə uşaqların hökmən vərəsə olmasını tə'min edir, deməli, o ölkələrdəki uşaqlar vərəsəlikdən məhrum edilə bilməzlər,–Almaniyada, fransız hüququnun qüvvədə olduğu ölkələrdə və bə'zi başqa ölkələrdə,–övladlar nigah əlaqəsinə girmək üçün valideyndən razılıq almalıdırlar. İngilis hüququnun qüvvədə olduğu və nigah əlaqəsinə girmək üçün valideynin razılığı qanunda tələb edilmədiyi ölkələrdə valideyn öz əmlakını vəsiyyət etməkdə tamamilə azaddır və istədikdə, öz uşaqlarını vərəsəlikdən məhrum edə bilərlər. Lakin aydındır ki, buna baxmayaraq və hətta məhz buna görə irs verilə biləcək bir şeyin olduğu siniflər arasında, İngiltərədə və Amerikada nigah əlaqəsinə girmək azadlığı əslində Fransada və Almaniyada olduğundan qətiyyən artıq deyildir.
Nigahda kişi ilə qadının yuridik hüquq bərabərliyi də bundan yaxşı deyildir. Tərəflərin əvvəlki ictimai münasibətlərdən bizə irs qalan hüquq bərabərsizliyi qadının iqtisadi əsarətdə olmağının səbəbi deyil, nəticəsidir. Bir çox nigahlı ər-arvadı və onların uşaqlarını əhatə edən köhnə kommunist ev təsərrüfatında bu təsərrüfatın qadınlara tapşırılan idarəsi də knşilərin yemək şeyləri əldə etməsi kimi ictimai, cəmiyyət üçün zəruri bir fəaliyyət növü idi. Patriarxal ailə və xüsusən fərdi monoqam ailə meydana gəldikdə, vəziyyət dəyişildi. Ev təsərrüfatının idarə olunması öz ictimai xarakterini itirdi. Bu iş daha cəmiyyətə aid bir iş olmadı. O, xüsusi məşğələ oldu; arvad baş xidmətçi oldu, ictimai istehsalda iştirakdan kənar edildi. Yalnız zəmanəmizdəki iri sənaye qadın üçün–həm də yalnız proletar qadın üçün–ictimai istehsala yenidən yol açdı. Lakin o, ailəyə xidmət sahəsində öz xüsusi vəzifələrini yerinə yetirirsə, onda ictimai istehsaldan kənarda qalır və heç bir şey qazana bilmir, yox əgər ictimai əməkdə iştirak etmək və müstəqil qazanc sahibi olmaq istəyirsə, onda öz ailə vəzifələrini yerinə yetirə bilmir. Bu cəhətdən qadının vəziyyəti istər fabrikdə, istərsə təbabətə və vəkilliyə qədər bütün fəaliyyət sahələrində eynidir. Müasir fərdi ailə qadının aşkar və ya üstüörtülü ev köləliyinə əsaslanır, müasir cəmiyyət isə başdan-başa sanki onun molekulları olan fərdi ailələrdən ibarət bir kütlədir. Hazırda, hər halda varlı siniflər arasında, ər çox hallarda qazanc gətirməli, ailəni dolandırmalıdır və bu da ona heç bir xüsusi hüquqi imtiyaza ehtiyacı olmayan hökmran mövqe verir. O ailədə burjuadır, arvad isə proletariatı təmsil edir. Lakin sənaye sahəsində proletariat üzərindəki iqtisadi zülmün spesifik xarakteri yalnız, kapitalistlər sinfinin qanunda qəbul edilən bütün xüsusi imtiyazları aradan qaldırıldıqdan və hər iki sinfin tam yuridik hüquq bərabərliyi müəyyən edildikdən sonra bütün öz kəskinliyi ilə meydana çıxır; demokratik respublika hər iki sinif arasındakı əksliyi məhv etmir–əksinə, yalnız elə bir zəmin yzradır ki, həmin əksliyin həll edilməsi uğrunda mübarizə bu zəmin üzərində genişlənir. Eyni ilə də müasir ailədə ərin arvad üzərindəki hökmranlığının spesifik xarakteri və onların hər ikisi üçün həqiqi ictimai bərabərlik yaradılması zərurəti, habelə bunu əldə etmək üsulu yalnız o zaman tam aydınlığı ilə meydana çıxacaqdır ki, ər ilə arvad yuridik cəhətdən tamamilə bərabər hüquqlu olacaqdır. O zaman mə'lum olacaqdır ki, qadının azad edilməsi üçün birinci ilkin şərt bütün qadanların ictimai istehsala qayıtmasıdır, bu öz növbəsində tələb edir ki, fərdi ailə daha cəmiyyətin təsərrüfat vahidi olmasın.
Beləliklə, biz bəşəriyyətin inkişafındakı üç başlıca mərhələyə ümumiyyətlə və bütövlüklə uyğun gələn üç başlıca nigah forması görürük. Vəhşiliyə qrup nigahı, barbarlığz ikili nigah, sivilizasiyaya isə ər-arvad sədaqətinin pozulması və fahişəliklə tamamlanan monoqamiya uyğun gəlir. Barbarlığın yüksək pilləsində ikili nigahla monoqamiya arasına kişilərin kənizlər üzərində hökmranlığı və çoxarvadlılıq daxil olur.
Bütün yuxarıda şərh etdiyimizdən göründüyü kimi, formaların belə ardıcıl dəyişməsində özünü göstərən tərəqqinin spesifikliyi ondan ibarətdir ki, qrup nigahına xas olan cinsi sərbəstlikdən kişilər deyil, qadınlar getdikcə daha çox məhrum olurlar. Doğrudan da, qrup nigahı kişilər üçün hələ indiyə qədər fe'lən mövcuddur. Qadın üçün cinayət sayılan, ağır hüquqi və ictimai nəticələr doğurai bir hərəkət kişi üçün şərəfli bir şey və ya, ən nis halda, məmnuniyyətlə gəzdirilən cüzi bir mə'nəvi ləkə hesab olunur. Lakin qədim heterizm zəmanəmizdə kapitalist əmtəə istehsalının tə'siri altında nə qədər çox dəyişilərək bu istehsala uyğunlaşırsa, bir o qədər daha açıq fahişəliyə çevrilir, onun əxlaqı pozmaq cəhətdən göstərdiyi tə'sir bir o qədər güclü olur. Həm də o, qadınlara nisbətən kişilərin əxlaqını xeyli çox pozur. Fahişəlik qadınlardan ancaq o bədbəxtləri pozğunlaşdırır ki, onlar bunun qurbanı^olurlar; həm də onları adətən zənn edildiyi dərəcədə pozğunlaşdırmır. Lakin fahişəlik bəşəriyyətin bütün kişi cinsinin xarakterini korlayır. Məsələn, uzun müddət adaxlı qalmaq on haldan doqquzunda ər-arvad sədaqətsizliyi üçün əsas hazırlıq məktəbidir.
Lakin biz elə bir ictimai çevrilişə doğru gedirik ki, monoqamiyanın indiyədək mövcud olan iqtisadi əsasları da onun əlavəsi olan fahişəliyin əsasları kimi hökmən aradan qalxacaqdır. Monoqamiya adamların bir qisminin–həm də kişilərin,–əlində böyük sərvətlər toplanması nəticəsində və bu sərvətlərə başqasının deyil, məhz həmin kişinin uşaqlarının vərəsə olması tələbatından irəli gəlmişdir. Bundan ötrü ərin deyil, arvadın monoqamiyası lazım gəlirdi, belə ki, arvadın bu monoqamiyası kişinin açıq və ya gizli poliqamiyasına heç də mane olmurdu. Lakin qarşıdakı ictimai çevriliş, ən azı, irsən keçən möhkəm sərvətlərin ölçulməz dərəcədə daha çox hissəsini–istehsal vasitələrini–ictimai mülkiyyətə çevirməklə, irsən kimə çatmasi barəsindəki bütün bu qayğını minimuma endirəcəkdir. Lakin monoqamiya iqtisadi səbəblər üzündən meydana gəldiyinə görə, həmin səbəblər aradan qalxdıqda, monoqamiya da aradan qalxmayacaqmı?
Buna əsassız olmayaraq belə cavab vermək olardı ki, o zaman monoqamiya nəinki aradan qalxmayacaq, əksinə, yalnız o zaman tamamilə həyata keçəcəkdir. Ona görə ki, istehsal vasitələri ictimai mülkiyyətə çevrildikdə, muzdlu əmək, proletariat da aradan qalxacaq və, deməli, statistika ilə hesablana bilən müəyyən miqdar qadının özünü pulla satmaq zərurəti də aradan qalxacaqdır. Fahişəlik aradan qalxacaq, monoqamiya isə aradan qalxmaq əvəzinə, nəhayət, kişilər üçün də gerçəkliyə çevriləcəkdir.
Beləliklə, kişilərin vəziyyəti hər halda xeyli dəyişiləcəkdir. Lakin qadınların, bütün qadınların vəziyyətində də əhəmiyyətli dəyişiklik əmələ gələcəkdir. İstehsal vasitələri ictimai mülkiyyətə keçdikdə, fərdi ailə daha cəmiyyətin təsərrüfat vahidi olmayacaqdır. Xüsusi ev təsərrüfatı əməyin ictimai sahəsinə çevriləcəkdir. Uşaqlara baxılması və onların tərbiyəsi ictimai iş olacaqdır; cəmiyyət istər nigahlı, istərsə nigahdan kənar doğulan bütün uşaqların qayğısına eyni dərəcədə qalacaqdır. Bunun sayəsində, «nəticələr» barəsində narahatlıq, yə'ni qızın heç düşünmədən, sevdiyi kişi ilə əlaqədə olmasına indi mane olan ən mühüm ictimai amil,–mə'nəvi və iqtisadi amil,–aradan qalxacaqdır. Bəs bu, tədricən daha sərbəst münasibətlərin meydana gəlməsi üçün, bununla birlikdə də qız şərəfinə və qadın həyalılığına ictimai rə'yin o qədər də tələbkar münasibət bəsləməməsi üçün kafi səbəb olmayacaqmı? Nəhayət, məgər biz görmədikmi ki, müasir dünyada monoqamiya ilə fahişəlik bir-birinin əksi olsa da, bunlar ayrılmaz əksliklərdir, eyni bir ictimai qaydanın qütbləridir? Fahişəlik monoqamiyanı da öz ardınca çəkib uçuruma aparmadan aradan qalxa bilərmi?
Monoqamiya inkişaf etdiyi zaman ən çoxu yalnız rüşeym halında mövcud olan yeni bir amil–fərdi cinsi məhəbbət burada fəaliyyət göstərməyə başlayır.
Orta əsrlərə qədər fərdi cinsi məhəbbətdən heç danışıq da ola bilməzdi. Özlüyündə aydındır ki, fiziki gözəllik, dostluq münasibətləri, eyni meyllər və s. müxtəlif cinsdən olan adamlarda cinsi əlaqəyə sə'y oyadırdı, istər kişilər, istərsə qadınlar üçün onların kimlə bu cür ən məhrəmanə münasibətlərə girdikləri tamamilə fərqsiz deyildi. Lakin bu hələ müasir cinsi məhəbbətdən sonsuz dərəcə uzağdır. Bütün qədim dövr ərzində nigahları nigah ədağəsinə girən tərəflərin valideynləri bağlayırdılar və nigah əlaqəsinə kirənlər bununla dinməzcə razılaşırdılar. Qədim dövrün tanıdığı cüzi ər-arvad məhəbbəti,–subyektiv meyl deypl, obyektiv borcdur, nigahın əsası deyil, ona bir əlavədir. Müasir mə'nada məhəbbət münasibətləri qədim dövrdə yalnız rəsmi cəmiyyətdən kənarda mövcud olmuşdur. Məhəbbətlərinin sevinc və iztirabları bizə Feokrit və Mosx, Dafnis və Xloya Lonqa tərəfindən tərənnüm edilən çobanlar dövlət işlərində, azad vətəndaş həyatı sahəsində iştirak etməyən xalis qullardır. Lakin biz qullar arasında məhəbbət əlaqələrindən başqa, bu cür əlaqələrə yalnız məhv olmağa üz qoyan qədim dünyanın dağılması məhsulu kimi təsadüf edirik, həm də bu münasibətlər yenə rəsmi cəmiyyətdən kənarda duran qadınlarla,–heteralarla, yə'ni əcnəbi və ya köləlikdən azad olunmuş qadınlarla olur: Afinada–onun tənəzzülü ərəfəsində, Romada isə–imperiya zamanları. Əgər məhəbbət əlaqələri doğrudan da azad kişi və azad qadın vətəndaşlar arasında yaranırdısa, bu yalnız ər-arvad sədaqətinin pozulması şəklində olurdu. Qədım dövrün məhəbbət tərənnüm edən klassik şairi, qoca Anakreont üçün isə bizim başa düşdüyümüz mə'nada cinsi məhəbbət o qədər əhəmiyyətsiz idi ki, hətta sevilən şəxein hansı cinsdən slmasının da onun üçün fərqi yox idi.
Müasir cinsi məhəbbət sadəcə cinsi meyldən, qədim insanların erosundan olduqca fərqlidir. Əvvələn, bu məhəbbət sevilən şəxsdə qarşılıqlı məhəbbət olmasını tələb edir; bu cəhətdən qadın kişi ilə bərabər vəziyyətdədir, halbuki antik eros üçün qadının razılığı heç də həmişə tələb olunmurdu. İkincisi, cinsi məhəbbət o qədər şiddətli və davamlı olur ki, kam almamaq və hicran dərdi hər iki tərəf üçün böyük, bəlkə də ən böyük bədbəxtlik kimi görünür; onlar bir-birinə məxsus olmaq üçün çox qorxulu addım atırlar, hətta öz həyatlarını belə təhlükəyə salırlar, bu isə qədim dövrdə yalnız ər-arvad sədaqətinin pozulduğu hallarda olurdu. Nəhayət, cinsi əlaqəni pisləmək və ona haqq qazandırmaq üçün yeni bir mə'nəvi me'yar meydana çıxır; cinsi əlaqənin nəinki yalnız nigahlı və ya nigahsız olduğunu soruşurlar, həmçinin bunu da soruşurlar ki, bu əlaqə qarşılıqlı məhəbbətdən meydana gəlmişdir, ya yox? Aydındır ki, feodal və burjua praktikasında bu yeni me'yar da bütün başqa əxlaq me'yarlarından yaxşı vəziyyətdə deyildir,–onunla hesablaşmırlar. Lakin buna başqalarından pis də yanaşmırlar: bu da başqaları kimi e'tiraf olunur–nəzəriyyədə, kağız üzərində. Hələlik isə bundan artıq tələb etmək də olmaz.
Orta əsrlər qədim dünyanın öz cinsi məhəbbət rüşeymləri ilə dayandığı yerdən,–zinadan başlayır. Biz artıq sübh mahnıları yaratmış olan rıtsar məhəbbətini təsvir etdik. nigahı pozmağa can atan bu məhəbbətdən nigahın əsasını təşkil etməli olan məhəbbətə qədər hələ uzun bir yol vardır və rıtsarlıq bu yolu axıradək getmədi. Hətta yüngülxasiyyət roman xalqlarından fəzilətli germanlara keçdikdə də, biz «Nibelunqlar haqqında mahnı»da görürük ki, Ziqfrid Krimhildaya nə qədər bənd olmuşsa, Krimhilda da gizlində Ziqfridə bundan az bənd olmamışdır, lakin Qunter onun bir rıtsara nişanlandığını söylədikdə və rıtsarın adını da çəkmədikdə, o, sadəcə olaraq belə cavab verir:
«Sizin məndən xahiş etməyiniz lazım deyildir; Siz mənə necə əmr etsəniz, mən də həmişə elə edəcəyəm; hökmdar, Siz məni kimə ərə versəniz, mən məmnuniyyətlə onunla nişanlanacağam» (Bax: «Nibelunqlar haqqında mahnı», onuncu mahnı. Red.).
Krimhildanın heç ağlına kalmir ki, burada ümumiyyətlə snun məhəbbəti nəzərə alına bilər. Qunter Brunhilda ilə, Etsel isə Krimhilda ilə nişanlanır, halbuki bunların heç üzünü də görməmişlər; eyniilə də «Qudrun»da!58 irlandiyalı Zigebant norveçli Uta ilə, Hegelinqdən olan Hetel irlandiyalı Hilda ilə, nəhayət, morlandlı Ziqfrid, ormanlı Hartmut və zelandlı Herviq ilə nişanlanmaq istəyirlər; burada yalnız Qudrun özü sərbəst olaraq Herviqi seçir. Ümumi bir qayda olaraq, cavan knyaza gəlini, əgər knyazın valideynləri hələ sağdırsa, onlar axtarıb tapırlar; əks halda bu işi o özü görür, bundan ötrü iri vassallarla məsləhətləşir, zira bütün hallarda onların rə'yinin böyük əhəmiyyəti olur. Başqa cür ola da bilməzdi. Rıtsar və ya baron üçün, habelə sahibkar bir knyaz üçün evlənmək–siyasi işdir, yeni ittifaqlar vasitəsi ilə öz qüdrətini artırmaq üçün fürsətdir; heç də şəxsi arzular deyil, evin mənafeyi həlledici rol oynamalıdır. Belə bir şəraitdə nigah məsələsində məhəbbət necə də son söz söyləyə bilərdi?
Orta əsrlərdə şəhərlərin sex Bürgeri də eyni vəziyyətdə idi. Onun imtiyazlarını mühafizə edən, müxtəlif məhdudluqlar yaradan sex nizamnamələri, onu bir yerdə digər sexlərdən, başqa yerdə öz sex yoldaşlarından, daha başqa bir yerdə öz usta əlaltılarından və şagirdlərindən hüquqca ayıran sün'i sədlər Onun özünə münasib bir arvad axtara biləcəyi dairəni olduqca məhdudlaşdırırdı. Gəlinlərdən hansının daha münasib olduğunu isə, belə bir dolaşıq sistem şəraitində, sözsüz onun öz fərdi arzusu deyil, ailənin mənafeyi həll edirdi.
Beləliklə, nigah sonsuz dərəcə çox hallarda orta əsrlərin lap axırlarına qədər, ən əvvəldə olduğu kimi, nigah əlaqəsinə kirənlərin özləri tarəfindən həll edilməyən bir iş olaraq qalırdı. Əvvəllər insanlar dünyaya gələrkən artıq nigahda, digər cinsdən olan tam bir qrup şəxslərlə nigahda olurdular. Qrup nigahının sonrakı formalarında, görünür, yenə eyni vəziyyət qalırdı, ancaq qrupun dairəsi getdikcə daha çox daralırdı. İkili nigah zamanı, bir qayda olaraq, analar öz uşaqlarının nigahı barəsində razılığa gəlirlər; burada da həmin cavanların qəbilə və tayfada daha möhkəm mövqe tutmasını tə'min etməli olan yeni qohumluq əlaqələri haqqındakı mülahizələr həlledici rol oynayır. Xüsusi mülkiyyətin ümumi mülkiyyət üzərində təntənəsi ilə və əmlakı vərəsəlik üzrə vermək marağının meydana gəlməsi ilə ata hüququ və monoqamiya hakim mövqe tutduqda isə nigahın bağlanması tamamilə iqtisadi mülahizələrdən asılı olmağa başladı. Alğınigah forması yox olur, lakin əslində belə bir nigah getdikcə daha geniş miqyasda yayılır, belə ki, təkcə qadına deyil, kişiyə də qiymət qoyulur, həm də onların şəxsi keyfiyyətinə görə yox, onların əmlakına görə. Hakim siniflərin həyatında ən əvvəldən eşidilməyən bir hal idi ki, tərəflərin qarşılıqlı meyli bütün başqa mülahizələrdən üstün olsun. Buna bənzər bir şeyə yalnız romantika aləmində və ya hesaba alınmayan məzlum siniflər arasında təsadüf olunurdu.
Coğrafi kəşflər zamanından, dünya ticarətinin və manufakturanın inkişafı sayəsində kapitalist istehsalı dünya hökmranlığına hazırlıq mərhələsinə qədəm qoyduqda vəziyyət belə idi. Güman etmək olardı ki, bu cür nigah bağlamaq üsulu onun üçün ən əlverişli olacaqdır,–bu isə həqnqətdə də belə oldu. Lakin–dunya tarixinin kərdişi tükənməzdir–həlledici zərbəni vurmaq burada məhz kapitalist istehsalına nəsib oldu. Kapitalist istehsalı hər şeyi əmtəəyə çevirərək, keçmişdən qalan bütün qədim münasibətləri məhv etdi, miras qalan adətlərin, tarixi hüququn yerinə alqı-satqını, «azad» müqaviləni qoydu. İngilis hüquqçusu H.S.Meyn güman edirdi ki, əvzəlki dövrlərə nisbətən bizim bütün tərəqqimiz «from status to contract» (statutdan müqaviləyə. Red.)–irsi qaydadan azad müqavilə ilə müəyyən olunan qaydaya keçməkdən ibarətdir,–deməklə ən böyük bir kəşf etmişdir; həm də bunun ümumiyyətlə nə dərəcədə doğru olduğu artıq «Kommunist manifesti»ndə deyilmişdir.
Axı müqavilələri o adamlar bağlaya bilərlər ki, öz şəxsiyyəti, hərəkətləri və əmlakı cəhətdən azad və bir-biri ilə münasibətdə bərabər hüquqlu olsunlar. Kapitalist istehsalının gördüyü ən başlıca işlərdən biri də məhz bu cür «azad» və «bərabər» adamlar/yaratmaq idi. Bu iş əvvəllər ancaq yarışüurlu halda görülsə də və üstəlik olaraq ona dini don keydirilsə də, hər halda Lüter və Kalvin reformasiyası zamanından qəti olaraq belə bir vəziyyət yaradılmışdı ki, insan yalnız tam iradə azadlığı şəraitində etdiyi hərəkətləri üçün tam məs'udiyyət daşıyır və əxlaqsız hərəkətə hər hansı şəkildə məcbur etməyə qarşı müqavimət göstərmək əxlaqi borcdur. Bax bu, nigah bağlamağın əvvəlki praktnkası ilə necə uyğunlaşdırılırdı? Burjua anlayışına görə, nigah bir müqavilə, hüquqi sözdə idi, həm də bütün sövdələr içərisində ən mühüm sövdə idi, çünki iki şəxsin bədən və qəlbinin müqəddəratını ömürlük müəyyən edirdi. O zamanlar bu sövdə rəsmi cəhətdən, doğrudur, könüllu olurdu; tərəflərin razılığı olmadan iş həll edilmirdi. Lakin bu razılığın necə alındığı və nigahı fe'lən kimin bağladığı çox yaxşı mə'lum idi, Amma başqa müqavilələr bağlanarkən həqiqətən azad qərara gəlmək tələb olunduğu halda, bəs nəyə görə bu işdə belə bir qərar tələb olunmurdu? Birləşməli olan iki gəncin özləri barəsində, öz bədənləri və bədənlərinin orqanları barəsində məgər azad hərəkət etmək hüququ yox idimi? Məgər rıtsarlıq sayəsində cinsi məhəbbət bir dəb olmamışdımı və məgər zina ilə bağlı olan rıtsar məhəbbətinin əksinə olaraq, ər-arvad məhəbbəti onun düzgün burjua forması deyildimi? Yox əgər ər-arvadın borcu bir-birini sevməkdirsə, onda məgər sevənlərin də birbirm ilə nigah əlaqəsinə girməsi və başqa heç kəslə belə bir əlaqəyə girməməsi eyni dərəcədə onların borcu deyildirmi? Həm də məgər sevənlərin bu hütuqu valideynin, qohumların və başqa adi nigah dəllalları və vasitəçilərinin hüququndan yüksək deyildirmi? Bir halda ki, şəxsən azad seçmək hüququ kilsə və din sahəsinə açıqca daxil olmuşdu, onda bu hüquq kiçik nəslin bədəninə, qəlbinə, əmlakına, xoşbəxtlik və bədbəxtliyinə hakim olmaq üçün böyük nəslin irəli sürdüyü dözülməz tələb qarşısında dayana bilərdimi?
Cəmiyyətin bütün köhnə əlaqələrinin zəiflədiyi və gecmişdən miras qalan bütün təsəvvürlər sarsıdığı bir zamanda bütünbu suallar qarşıya çıxmaya bilməzdi. Dünya birdokbirə az qala onqat böyümüş oldu; bir yarımkürənin: dörddə bir hissəsi əvəzində qərbi avropalıların gözü qarşısında indi bütün yer kürəsi durmuşdu və onlar yerdəqalan səkkizdə yeddi hissəyə də sahib olmağa tələsirdilər. Həm də insanı öz vətəninin çərçivəsi ilə məhdud edən köhna maneələrle birlikdə orta əsrlərin ən'ənəvi təfəkkür üsulunun min illər davam edən çərçivəsi də dağıldı. İnsanın xarici və daxili nəzərinə sonsuz dərəcə daha geniş bir üfüq açıldı. Hindistan sərvətlərinin, Meksika və Potosk qızıl və gümüş mə'dənlərinin özünə cəlb etdiyi gənc bir adam üçün ədəb-ərkanlı olmaq şöhrətinin və bir sıra nəsillərdən qalmış şərəfli sex imtiyazlarının nə əhəmiyyəti ola bilərdi? Bu burjuaziya üçün səyyar rıtsarlıq dövrü idi; burjuaziya da öz romantikası və öz məhəbbət xəyalları ilə yaşayırdı, lakin burjua qaydası ilə və nəticə e'tibarı ilə burjua məqsədləri ilə yaşayırdı.
Beləliklə, elə bir vəziyyət yarandı ki, yüksəlməkdə olan burjuaziya, xüsusən mövcud qaydanın ən çox sarsıldığı, protestant ölkələrində, müqavilə bağlamaq azadlığını nigah üçün də getdikcə daha çox qəbul etməyə və bunu yuxarıda göstərilən şəkildə həyata keçirməyə başladı. Nigah sinfi nigah olaraq qalmaqda idi, lakin sinif daxilində tərəflərə müəyyən dərəcəyə qədər azad seçmək hüququ verilmişdi. Kağız üzərində, nəzəri əxlaqda və şairanə təsvirdə, qarşılıqlı cinsi məhəbbətə və ər-arvadın həqiqətən azad razılığına əsaslanmayan hər cür nigahın əxlaqsızlıq olması müddəasından daha sarsılmaz və daha möhkəm müəyyənləşmiş bir şey yox idi. Bir sözlə, məhəbbətə əsaslanan nigah insan hüququ e'lan edilmişdi, həm də nəinki «droit de l'homme» (Burada cinas vardır. «droit de l'homme» «insan hüququ», həmçinin «kişi hüququ» deməkdir. Red.), həmçinin bir istisna olaraq «droit de la femme» (qadın hüququ. Red.).
Lakin insanın bu hüququ insan hüquqları deyilən bütün qalan hüquqlardan bir cəhətdən fərqlənirdi. Bu qalan hüquqlar praktikada yalnız hakim sinfə–burjuaziyaya–şamil olduğu və məzlum sinif–proletariat üçün bilavasitə, yaxud dolayı yolla heçə endirildiyi halda, burada yenə də tarixin gərdişi özünü göstərir. Hakim sinif müəyyən iqtisadi tə'sirlərə tabe vəziyyətdə qalır, buna görə də həmin sinif içərisində yalnız müstəsna hallarda həqiqətən azad bağlanmış nigahlar olur, halbuki məzlum sinif arasında, gördüyümüz kimi, bu bir qaydadır.
Beləliklə, nigah bağlanmasında tam azadlıq yalnız o zaman hamıya nəsib ola bilər ki, kapitalist istehsalının və onun yaratdığı mulkiyyət münasibətlərinin məhv edilməsi hələ indi də ər və ya arvad seçilməsinə çox böyük tə'sir göstərən butün kənar, iqtisadi mülahizələri aradan qaldırmış olsun. O zaman qarşılıqlı meyldən başqa daha heç bir ayrı mülahizə qalmayacaqdır.
Cinsi məhəbbət öz təbiəti e'tibarı ilə bir mustəsna olduğuna görə–hərçənd bu müstəsnalığa indi yalnız qadın riayət edir,–cinsi məhəbbətə əsaslanan nigah öz təbiəti e'tibarı ilə təknigahlılıqdır. Biz gördük ki, Baxofen qrup nigahından təknigahlılığa keçilməsini başlıca olaraq qadınlar sayəsində əldə edilmiş bir tərəqqi hesab etməkdə nə qədər də haqlı idi; yalnız ikili nigahdan monoqamiyaya doğru daha sonra atılan addım kişilərin işi olmuşdur; tarixən bu addım əslində qadınların vəziyyətini pisləşdirməkdən və kişilər üçün xəyanəti asanlaşdırmaqdan ibarət olmuşdur. Buna görə də kişilərin bu adi xəyanətinə qadınların dözməsinə səbəb olan iqtisadi mülahizələr–qadıkın öz yaşayışı qayğısına və bundan da çox öz uşaqlarının gələcəyi qayğısına qalması mülahizələri,–aradan qalxan kimi, bunun sayəsinda qadının əldə edəcəyi hüquq bərabərliyi bütün əvvəlki təcrübəyə görə, qadınların çoxərliliyindən sonsuz dərəcədə artıq kişilərin həqiqi monoqamiyasına kömək edəcəkdir.
Lakin bu zaman monoqamiyadan onun mülkiyyət münasibətlərindən meydana gəlməsi üzündən ona qəbul etdirilmiş səciyyəvi cəhətlər, yə'ni əvvələn, kişinin hökmranlığı və, ikincisi, nigahın pozulmazlığı, şübhəsiz, ayrılıb qopacaqdır. nigahda kişinin hökmranlığı onun iqtisadi hökmranlığının sadəcə nəticəsidir və iqtisadi hökmranlıq aradan qalxdıqda o da öz-özünə aradan qalxacaqdır. nigahın pozulmazlığı qismən, monoqamiya meydana çıxdıqda mövcud olan iqtisadi şəraitin nəticəsidir, qismən də bu iqtisadi şəraitin monoqamiya ilə əlaqəsinin hələ düzgün başa düşülmədiyi və din tərəfdən şişirdildiyi dövrün ən'ənəsidir. nigahın bu iozulmazlığına artıq indi min cür hallarda riayət edilmir. Əgər yalnız məhəbbətə əsaslanan nigah əxlaqi nigahdırsa, onda yalnız məhəbbətin davam etdiyi müddətdə nigah əxlaqi olaraq qalır. Lakin fərdi cinsi məhəbbət hissinin davam etdiyi müddət müxtəlif fərdlərdə, xususən kişilərdə çox müxtəlifdir və bir halda ki, bu hiss tamamilə tükənmişdir və ya yeni ehtiraslı bir məhəbbət tərəfindən sıxışdırılıb aradan çıxarılmışdır, onda talaq həm hər iki tərəf üçün, həm də cəmiyyət üçün xeyirli bir iş olur. Ancaq adamları talaq prosesinin gərəksiz iyrəncliyi içərisindən keçmək zərurətindən xilas etmək lazımdır.
Beləliklə, kapitalist istehsalı gələcəkdə aradan qaldırıldıqdan sonra cinslər arasındakı münasibətlərin formaları haqqında indi bizim fərz edə biləcəyimiz şey əsasən mənfi xarakter daşıyır, çox hallarda nələrin aradan qalxmalı olması ilə məhdudlaşır. Bəs bunların yerini nə tutacaqdır? Bu, yeni nəsil yetişdikdə mə'lum olacaqdır: elə kişilər nəsli yetişəcəkdir ki, onlar həyatda heç vaxt qadını pulla və ya başqa sosial hakimiyyət vasitələrinə satın almalı olmayacaqlar, həmçinin elə qadınlar nəsli yetişəcəkdir ki, onlar həqiqi məhəbbətdən savayı heç bir səbəb üzündən heç vaxt kişi ilə əlaqəyə girməli olmayacaqlar, nə də iqtisadi nəticələrdən qorxub, sevdikləri kişi ilə əlaqədə olmaqdan boyun qaçıracaqlar. Bu adamlar meydana gəldikdə, onlar indiki təsəvvürlərə görə etməli olduqları hər şeyi kənara atacaqlar; onlar necə hərəkət etmək lazım gəldiyini özləri biləcəklər və buna müvafiq olaraq ayrılıqda hər kəsin hərəkətləri haqqında öz ictimai rə'ylərini özləri yaradacaqlar,–vəssəlam.
Lakin xeyli uzaqlaşdığımız Morqana qayıdaq. Sivilizasiya dövründə inkişaf etmiş ictimai tə'sisatın tarixi tədqiqi onun kitabı çərçivəsindən kənara çıxır. Buna görə də həmin dövr ərzində monoqamiyanın taleyindən o ancaq çox müxtəsər bəhs edir. O, həmçinin, monoqam ailənin sonrakı inkişafında müəyyən bir tərəqqi görür, cinslərin tam hüquq bərabərliyinə yaxınlaşma görür, lakin bu məqsədi artıq əldə edilmiş hesab etmir. O deyir ki, amma «ailənin ardıcıl surətdə dörd formadan keçdiyi və indi beşinci formada olduğu faktı qəbul edilərsə, onda bir sual meydana çıxır; bu forma gələcəkdə uzun müddət davam edə bilərmi? Buna yalnız bir cavab ola bilər: keçmişdə olduğu kimi yenə də, cəmiyyət inkişaf etdikcə, o da inkişaf etməlidir və cəmiyyət dəyişildikcə, o da dəyişilməlidir. Müəyyən ictimai sistemin məhsulu olan bu forma həmin sistemin inkişafı vəziyyətini əks etdirəcəkdir. Sivilizasiyanın başlandığı dövrdən bəri monoqam ailə təkmilləşdiyinə görə və yeni dövrdə xüsusilə nəzərə çarpacaq dərəcədə təkmilləşdiyinə görə, ən azı belə fərz etmək olar ki, cinslərin bərabərliyi əldə ediləcəyinə qədər bu forma daha da təkmilləşməyə qadirdir. Yox əgər uzaq gələcəkdə monoqam ailə cəmiyyətin tələbatını ödəməyə qadir olmasa, onda bundan sonra gələn formanın nə kimi xapakterdə olacağını irəlicədən söyləmək mümkün deyildir».
Dostları ilə paylaş: |