F h- lar və onların təsnifatı



Yüklə 15,16 Kb.
tarix30.12.2021
ölçüsü15,16 Kb.
#24127

F.H- lar və onların təsnifatı

Bəşəriyyət özünün inkişafı boyu ətraf mühitlə sıx bağlı olub. XXI əsrdə o, yüksək sənayeləşmiş cəmiyyətin yaratdığı problemləri daha çox hiss etməkdədir. İnsanın təbiətə kəskin müdaxiləsi, bu müdaxilənin miqyasının genişliyi və müxtəlifliyi bəşəriyyət üçün qlobal təhlükələrlə nəticələnə bilər. Praktik olaraq planetimizin müxtəlif guşələrində hər an fövqəladə hadisələr yaranır və bunlar kütləvi informasiya vasitələri ilə bizə növbəti faciə, təbii fəlakət, qəza, hərbi münaqişə və terror aktı kimi çatdırılır. Fövqəladə halların sayı ildən-ilə durmadan artır. Bu isə o deməkdir ki, fövqəladə hallar nəticəsində qurbanların, yaralananların da sayı, vurulan maddi ziyanın miqyasları da daim artmaqdadır.

Sənaye obyektlərində və nəqliyyatda baş verən iri qəzalar və faciələr, eləcə də kortəbii və ekoloji bəlalar daha çox təhlükə yaradır. Sosial-ekoloji nəticələr bu zaman heç də iri hərbi münaqişələrin nəticələrindən geri qalmır. Bununla belə qəza və faciələr milli sərhədlər tanımır, böyük insan tələfatına yol açır və sosial, siyasi gərginliklər yaradır (burada Çernobıl faciəsini yada salmaq yerinə düşərdi). Yer kürəsinin müxtəlif kontinentlərində minlərlə potensial təhlükəli obyektlər istismar olunur və bu obyektlərdə elə böyük həcmdə radioaktiv, partlayıcı və zəhərləyici maddələr toplanmışdır ki, bütün bu ehtiyatlar, fövqəladə hal yaranarsa, ətraf mühitə əvəzedilməz zərbə vura bilər və hətta planetimizdə canlı həyatı tamamilə məhv edə bilər.

Fövqəladə hadisə hər hansı bir prosesin gedişatında normadan kənara çıxma nəticəsində baş verir. Hadisənin inkişaf xarakteri və onun nəticələri isə müxtəlif mənşəli pozulma faktları ilə müəyyənləşdirilir. Bu sistemin fəaliyyətini pozan təbii, antropogen, sosial və ya digər təsirlər ola bilər. 

Bunlar insan fəaliyyəti nəticəsində baş verən qəzalar, yanğınlar, partlayışlar və s-dir. İstehsalatın və xidmət sahələrinin həddən artıq müasir texnika və texnologiyalar ilə dolğunluğu yuxarıda sadalanan qəza və faciələrin sayını kəskin surətdə artırır. Nəqliyyat qəzaları. Bu, nəqliyyat vasitələrinin zədələnməsi, insan qurbanları və maddi ziyanla nəticələnən texnogen mənşəli ekstremal halların və ya təsadüfi kənar təsirlərin nəticəsidir. Yanğın və partlayışlar. Yanğın və partlayışlar müasir dünyada irimiqyaslı maddi ziyan, insan ölümü, ətraf mühitə ziyan və s. ilə nəticələnən ən geniş yayılmış fövqəladə haldır.Özünün kimyəvi təbiətinə görə bu, qeyri-nəzarətsiz yanmanın müxtəlif növləridir.

Güclü təsirə malik zəhərli maddələrin tullanması (və ya tullanma təhlükəsi olan qəzalar). Bu, sənayedə və nəqliyyatda böyük miqdarda olan və dağıdılması zamanı (obyektlərdə qəza vaxtı) atmosferdə asan yayılan və insanların kütləvi zəhərlənməsinə gətirib çıxaran zəhərli kimyəvi maddələrdir.

Radioaktiv maddələrin tullanması (və ya tullanma təhlükəsi olan) ilə nəticələnən qəzalar. Radiasiyanın təsiri canlı orqanizmlərin məhvinə gətirib çıxarır.Radiasiya yoluxması zamanı şüa xəstəliyi inkişaf edərək orqanizmin genetikasını pozur. Şüalanma radioaktiv maddələrdən istifadə edən müəssisələrin işləməsi, nüvə qurğularında qəzalar və radioaktiv tullantıların emalı və basdırılması ilə məşğul olan təşkilatların fəaliyyəti ilə bağlıdır.

Bioloji təhlükəli maddələrin tullanması (və ya tullanma təhlükəsi olan) ilə nəticələnən qəzalar. Bioloji təhlükəli maddələr kiçik miqdarda insan və heyvan orqanizminə düşərkən kütləvi infeksiyon xəstəliklər törədə biləcək maddələrdir. BTM-yə xüsusi təhlükəli infeksiyon xəstəliklər olan vəba, taun, təbii çiçək, qara yara və s. törədiciləri olan mikrob və bakteriyalar aiddir. Binaların qəflətən uçması. Bu tipli qəzalar adətən kənar faktorlarla, məsələn, insanların, texnikanın bir yerdə cəmləşməsi, fəal işlə bağlıdır. Bir çox hallarda bina və tikililərin uçması, çökmə, qruntlarda tikinti qaydalarına riayət edilməməsi, tikilən obyektlərin özüllərinin mühəndis- geoloji tədqiqatındakı qüsurlar, eləcə də bina, konstruksiyaların və müəyyən detalların lazımi əsaslandırılmaması nəticəsində baş verir.



Elektrik enerji sistemlərində baş verən qəzalar üç növdür:

Qəzaların dörd qrupu: Təmizləyici qurğularda baş verən qəzalar Burada iki qrup qəzalar seçilir:

Təbii ki, zəhərləyici və toksik maddələrin ətraf mühitə birdəfəlik iri miqyaslı tullanışı burada çalışan personala da mənfi təsir göstərir. Digər qəzalar hidrodinamik (bəndlərdə, su ölçmə stansiyalarında), təbii (geofiziki, geoloji, meteoroloji və aqrometeoroloji, dəniz hidroloji, hidroloji, hidrogeoloji, təbii yanğınlar), ekoloji mənşəli olur, eləcə də qurunun vəziyyətinin və hidrosferin tərkibinin dəyişməsi ilə bağlı olur ki, bunlar da öz növbəsində həm təbiətdə gedən proseslər, həm də insan həyatı və fəaliyyəti ilə bağlıdır.
Yüklə 15,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin