F. k öçər LI a dına Respublika Uşa q Kita bx anası Azərbaycan ədəbiyyatında fantastika janrının



Yüklə 0.94 Mb.
Pdf просмотр
tarix25.07.2017
ölçüsü0.94 Mb.

     

F.K öçər li a dına Respublika

Uşa q Kita bx anası

Azərbaycan

ədəbiyyatında

fantastika janrının

görkəmli nümayəndəsi

Azərbaycan   elmi-fantastik   ədəbiyyatının   görkəmli

nümayəndəsi   Emin   Mahmudovun   91   illiyi   münasibəti   ilə

uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait



Bakı - 2016

1

Tərtibçi:        

Təranə Hacıyeva

Redaktor:                  

Şəhla Qəmbərova

Əməkdar Mədəniyyət İşçisi

Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli

nümayəndəsi:

 Yazıçı,   publisist,   tərçüməçi   Emin

Mahmudovun anadan olmasının 91 illiyi ilə əlaqədar uşaq

kitabxanaları   üçün   hazırlanmış   metodik   vəsait   /   tərt.   ed.

T.Hacıyeva; red. və bur. məs. Ş.Qəmbərova; F.Köçərli adına

Respublika Uşaq Kitabxanası. - Bakı. - 2016.  - 19 s.

2


                                

Tərtibçidən:

Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc

janrdır və bu üslubda yazan yazıçıların sayı da çox deyil.

Belə   yazıçılardan   biri   də   Emin   Mahmudovdur.   Emin

Mahmudov yalnız yazıçılıq fəaliyyəti ilə məşğul olmamış,

həm   də   tərcüməçi,   jurnalist,   publisist,   redaktor   kimi

tanınmışdır. 

Elmi-fantastika   janrında   yazılmış   ədəbiyyat   həm

dəqiq,   həm   təbiət   elmləri,   həm   də   humanitar   elmlər

sahəsində   fantastik   ideyalara,   fikirlərə,   bəzən   də

spekulyasiyalara əsaslanır. Elmi fantastika təxəyyül məhsulu

olan   texnologiyaları   və   elmi   kəşfləri,   insana   məxsus

olmayan   şüurla   əlaqəni,   mümkün   gələcəyi   və   tarixin

alternativ   inkişafının   gedişatını,   həmçinin   bütün   bunların

insan   cəmiyyətinə   və   şəxsiyyətinə   təsirini   təsvir   edir.  Bu

janrda   yazılmış   əsərlərdə   hadisələr   adətən   gələcəkdə   baş

verir.

Bu   janrın   meydana   çıxması   XIX   əsrdəki   sənaye



inqilabı   ilə   bağlıdır.   İlk   əvvəllər   elmi-fantastika   elm   və

texnikanın, onların inkişaf perspektivlərini təsvir edən elmi

janr kimi yaranmışdır. Bu dövrdə gələcək daha çox utopiya

şəklində   təsvir   olunurdu.   Bu   cür   ədəbiyyatın   tipik

nümayəndələri   Jül   Vern   və   Herbert   Uellsdir.   Zaman

keçdikcə bu janrada Rey Bredberi, Ayzek Azimov, Robert

Haynlayn,  Artur   Klark,   Nelson   Bond   və   s.   kimi   məşhur

yazıçılar yazmışlar.

Azərbaycan   ədəbiyyatında   elmi-fantastik   janrın   ilk

nümunəsi   Yusif   Vəzir   Çəmənzəminlinin   1933-cü   ildə

yazdığı “Gələcək şəhər” hekayəsidir. Sonrakı illərdə Namiq

Abdullayev   (“Sehrli   oğlan”,   “Balaca   kiberin   macəraları”,

“Gecələr uzanaydı”, “Piyada vəzirə çevrilir” və s.) və Emin

Mahmudov fantastik janrda yazılan əsərlərin  müəllifləridir.



3

Sonralar   Azərbaycan   Yazıçılar   Birliyinin   sədri   Anar   da

“Əlaqə” povesti ilə bu janrda öz töhfəsini vermişdir. 

Azərbaycanda   elmi-fantastika   janrının   azsaylı

nümayəndələrindən  biri  olan  Emin  Mahmudov  bu  sahədə

yazan   ilk   yazarlarımızdan   biri   olduğu   üçün   müəyyən

çətinliklərlə   qarşılaşmışdır.   Lakin   rus   və   dünya   elmi-

fantastik janrının ən gözəl nümunələrini mütaliə etməsi, elm

və texnikanın nailiyyətləri ilə yaxından tanış olması gənc

yazıçıya   çox   kömək   etmişdir.   Yaradıcılığa   uşaqlar   üçün

hekayələrlə başlayan E.Mahmudov zaman keçdikcə daha iri

həcmli əsərlər yazmağa başlamışdır. Yaziçi elmi-fantastika

janrında povestlərin və çox sayda hekayələrin müəllifidir. 

Görkəmli   yazıçımızın   əsərləri   əsasən   uşaq   və

yeniyetmələrə ünvanlandığı üçün, bu əsərlərin xüsusilə uşaq

kitabxanalarında təbliğinə böyük ehtiyac var. Bu məqsədlə

yazılmış vəsaitimiz iki hissədən ibarətdir. I hissədə yazıçının

həyat və fəaliyyəti haqqında məlumat verilir, II hissədə isə

yazıçıya   həsr   olunmuş   tədbirlərin   keçirilməsindən   bəhs

edilir. 

  

Həyatı və yaradıcılığı

Azərbaycan   ədəbiyyatında   elmi-fantastika   janrının

görkəmli   nümayəndəsi,   nasir,   publisist,   tərcüməçi   Emin

Qasıməli oğlu Mahmudov 1925-ci il yanvarın 1-də Göyçay

şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, 1943-

1945-ci   illərdə   orduda   xidmət   etmişdir.   Ordudan   tərxis

edildikdən   sonra   ADU-nun   (indiki   BDU)   filologiya

fakültəsinə daxil olmuşdur. 1945-1950-ci illərdə orada təhsil

almışdır.   1948-ci   ildən   başlayaraq   müxtəlif   vəzifələrdə

işləmişdir:   Baş   Mətbuat   idarəsində   senzor   (1948-1952),

“Azərbaycan   qadını”   jurnalı   redaksiyasında   məsul   katib

(1955-1966),   “Azərbaycan   pioneri”   qəzeti   redaksiyasında

məsul katib (1967-1971), Azərbaycan Dövlət Televiziya və

4


Radio   Verilişləri   Şirkətində   böyük   redaktor   (1973-1982)

vəzifələrində işləmişdir. 

Emin   Mahmudov   ömrünün   son   illərini   Amerika

Birləşmiş Ştatlarında yaşamış və 2009-cu ildə orada da vəfat

etmişdir.

Emin   Mahmudovun   “RT-1”   adlı   ilk   elmi-fantastik

hekayəsi 1952-ci ildə “Pioner” jurnalında dərc edilmişdir.

“Günəş   şəhəri”   adlı   ilk   elmi-fantastik   hekayələr   toplusu

1953-cü, “Muğanda qütb parıltısı” adlı hekayələr toplusu isə

1954-cü ildə çapdan çıxmışdır.

Emin   Mahmudov   elmi-fantastika   janrında   “Kainat

gəmisi”, “Veneranın göyləri od içindədir”, “Zülmət dənizi”,

“Atlant   qızı”   və   s.   povestlərin,   çox   sayda   hekayələrin

müəllifidir.

Emin   Mahmudov   publisist,   jurnalist   və   tərcüməçi

kimi   də   fəaliyyət   göstərmişdir.   Onun   elmi-kütləvi,

yumoristik, satirik məqalələri, kiçik hekayə və miniatürləri

dövrü   mətbuatda   dərc   olunmuşdur.   Yazıçı   bir   çox

Azərbaycan   müəlliflərinin   əsərlərini   rus   dilinə,   çox   sayda

xarici   müəlliflərin   əsərlərini   isə   doğma   dilimizə   tərcümə

etmişdir. 

Bu   görkəmli   nasirimizin   yaradıcılığının   təbliğ

olunması,   əsərlərinin   gələcəyimiz   olan   uşaqlara,   gənclərə

tanıdılmasına   çox   böyük   ehtiyac   var.   Bu   məqsədlə   uşaq

kitabxanalarında,   məktəb,   lisey   və   gimnaziyalarda   Emin

Mahmudovla

 

bağlı


 

tədbirlərin

 

keçirilməsi



məqsədəuyğundur.  Kitabxanada   ilk   öncə   yazıçı   haqqında

sərgi   hazırlamaq   olar.   Sərgi   aşağıdakı   başlıqlar   altında

keçirilə   bilər:   “Azərbaycan   elmi-fantastik   ədəbiyyatının

görkəmli nümayəndəsi Emin Mahmudov”, “Ulduzları bizə

yaxınlaşdıran   yazıçı”,   “Emin   Mahmudov   -   fantastikanın

reallığa çevriləcəyinə inanan yazıçı”, “Emin Mahmudovla

xəyalla   həqiqətin   sərhədində”,   “İnsan   ağlının   və

fantaziyasının   hüdudsuzluğuna   inanan   yazıçı   -   Emin



5

Mahmudov”, “Xatirələrdə qalan yazıçı Emin Mahmudov”

və s. 


Sərgidə: 

1. Başlıq;

2. E.Mahmudovun kitablarının nümayişi;

3. Emin   Mahmudov   haqqında   görkəmli

şəxsiyyətlərin söylədikləri fikirlər;

4. Kitablarının   və   dövrü   mətbuatda   dərc   olunan

yazılarının biblioqrafiyası.

6


7

Kitabxanalarda yazıçının yubileyi ilə əlaqədar həyat

və   yaradıcılığına   həsr   olunmuş   gecə   keçirmək   olar.   Bu

tədbirin   keçirilməsi   üçün   yazıçı   və   şairlər,

ədəbiyyatşünaslar, müəllimlər, oxucular kitabxanaya  dəvət

olunur. Tədbirin keçiriləcəyi zal öncədən yazıçının şəkli və

kitablarından   ibarət   sərgi   ilə   bəzədilir.   Hər   kəs   yerini

tutduqdan   sonra   Emin   Mahmudovun   həyatına   və

fəaliyyətinə həsr olunmuş slayd nümayiş olunur. Daha sonra

aparıcılar səhnəyə dəvət olunur.

I   Aparıcı:  Hörmətli   tədbir   iştirakçıları,   əziz

qonaqlar! Görkəmli fantast-yazıçı, publisist, tərcüməçi Emin

Mahmudova   həsr   olunmuş   bugünkü   tədbirimizə   xoş

gəlmisiniz.   Əminliklə   deyə   bilərik   ki,   Azərbaycanda

fantastika   janrında   ədəbiyyatın   yaranması   və   inkişafında

Emin Mahmudovun çox böyük xidmətiləri olmuşdur.



II   Aparıcı:  Azərbaycan   ədəbiyyatında   elmi-

fantastika janrında üç görkəmli yazıçının adı xüsusi qeyd



8

olunmalıdır. Bunlar Namiq Abdullayev, Əhməd Xaspoladov

və Emin Mahmudovdur. 

Azərbaycan   ədəbiyyatında   fantastika   janrının

görkəmli nümayəndələrindən biri olan Emin Qasıməli oğlu

Mahmudov   1925-ci   il   yanvarın   1-də   Göyçay   şəhərində

anadan olmuşdur. Buradakı 1 saylı orta məktəbi bitirdikdən

sonra   uşaq   evində   tərbiyəçi   işləmiş,   1943-1945-ci   illərdə

orduda xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra

1945-ci   ildə   ADU-nun   filologiya   fakültəsinin   jurnalistika

şöbəsinə daxil olmuşdur. 1950-ci ildə təhsilini başa vurmuş

və əmək fəaliyyətinə başlamışdır. 

Emin Mahmudov müxtəlif vəzifələrdə - Baş mətbuat

idarəsində   senzor,   “Azərbaycan   Qadını”   jurnalı

redaksiyasında   ədəbi   işçi,   “Azərbaycan   pioneri”   qəzeti

redaksiyasında məsul katib, Azərbaycan Televiziya və Radio

Verlişləri Şirkətində böyük redaktor işləmişdir.

1992-ci ildə Amerika Birləşmiş Ştatlarına mühacirət

edən   Emin   Mahmudov   ömrünün   son   illərini   Amerika

Birləşmiş   Ştatlarında,   Los-Anceles   şəhərində   yaşamış   və

2009-cu ildə orada vəfat etmişdir. 



I Aparıcı:  Bədii ədəbiyyatın janrlarından biri olan

elmi-fantastika   nisbətən   cavan   janrdır.   Elmi-fantastik

ədəbiyyatla bağlı tənqidçilər və ədəbiyyatşünaslar arasında

bir sıra mübahisələr mövcuddur. Lakin onların əksəriyyəti

eyni   fikirdə   birləşirlər:   elmi-fantastik   ədəbiyyat   elm

sahəsində   müəyyən   fərziyyələrə,   ehtimallara   imkan   verir.

Bunlar,   yeni   icadların   meydana   gəlməsi,   təbiətin   yeni

qanunlarırın   “aşkar   edilməsi”,   hətta   sosial   fantastikada

olduğu kimi, bəzən cəmiyyətin yeni modellərinin qurulması

ola bilər. İlk vaxtlar “elmi-fantastika” termini gələcəyin elmi

kəşfləri haqqında məlumat verən əsərlərə aid edilirdi. Lakin

zaman   keçdikcə   bu   janrın   tematik   diapazonu   çox

genişlənmişdir.   Artıq   müasir   elmi-fantastik   əsərlər   diqqət

mərkəzinə yalnız elmi qoymur, həm də sosial fantastikanı



9

əhatə   edir.   Elmi   problemlər   həm   də   ictimai-əxlaqi

problemlərlə   yanaşı   verilir.   Təsadüfi   deyildir   ki,   elmi-

fantastika janrında yazılmış ədəbiyyat həm də “intellektual

ədəbiyyat” adlanır.  



II   Aparıcı:  Azərbaycan   ədəbiyyatında   elmi-

fantastika   janrı   XX   əsrin   ortalarında   təşəkkül   tapmağa

başlamışdır.   Heç   bir   ədəbi   ənənəyə,   bünövrəyə

əsaslanmadığı   üçün   bu   janrda   yazmaq   da   çətin   və   eyni

zamanda   çox   məsuliyyətli   bir   addım   olmuşdur.  Lakin   bu

çətinliklər   gənc   Emin   Mahmudovu   çəkindirməmişdir.   O,

dünya   və   rus   ədəbiyyatında   elmi-fantastika   üslubunda

yazılmış   bir   çox   məşhur   əsərləri   oxumuş,   öyrənmişdir.

Elmin   qabaqcıl   nailiyyətlərini   də   mənimsəyən   Emin

Mahmudov   artıq   müəyyən   hazırlığa   malik   olaraq

yaradıcılığa başlamışdır. 

I Aparıcı: Bədii yaradıcılığa 1952-ci ildən başlayan

Emin   Mahmudov   ilk   qələm   təcrübəsi   olan   “RT-1”   adlı

hekayəsini “Pioner” jurnalında dərc etdirmişdir. 1953-1954-

cü   illərdə   yazıçının   “Günəş   şəhəri”   və   “Muğanda   qütb

parıltısı” adlı elmi-fantastik hekayələrdən ibarət ilk kitabları

işıq   üzü   görmüşdür. Yazıçının   əsərləri   ədəbi   ictimaiyyətə

təqdim   olunduğu   ilk   vaxtlardan   fikir   təzəliyi,   orijinallığı,

mövzuları   ilə   diqqəti   cəlb   etmişdir.   Bu   hekayələrdə

uydurma,   yalançı   fantaziya   yoxdur,   müəllif   bugün   üçün

xəyal  olsa  da,  gələcəkdə  həqiqətə  çevriləcək  hadisələrdən

yazır. O, elmin qüdrətini, kimya, fizika, astronomiya kimi

bilavasitə   texnika   ilə   bağlı   elmlərin   perspektivlərini

göstərməyə çalışır. 

II   Aparıcı:  Emin   Mahmudovun   əsərlərindəki

fantaziya   real   həqiqətə   bağlı   olan,   varlıqdan   qida   alan

yaradıcı   xəyaldır.   Bu   xəyal   uydurma,   passiv   utopiya

deyildir.   Onun   təsvir   etdiyi   insanlar   əməli   və   düşüncəsi

etibarilə   canlı,   real   obrazlardır.   Bu   hekayələri   oxuyarkən

hiss   olunur   ki,   müəllif   qələmə   aldığı   mövzunu   hərtərəfli



10

öyrənmiş,   məsələnin   həm   elmi   mənasını,   həm   də   bədii

əhəmiyyətini düzgün izah etməyə nail olmuşdur. 

Emin Mahmudovun əsərləri bədii forma cəhətdən də

yeni   və   diqqətəlayiq   xüsusiyyətlərə   malikdir.   O,   həyatın

özünü göstərməyə, həqiqəti deməyə çalışırdı. Bu əsərlərdə

möhkəm   süjet   xətti,   hadisələrin   inkişafında   məntiqi

ardıcıllıq hiss olunur.

Yazıçının dili, təsvir vasitələri, obrazı təbii halında

göstərmək   bacarığı,   təbiət   hadisələrini   canlı   cizgilərlə

vermək məharəti onun əsərlərini daha da oxunaqlı edir.



I Aparıcı: Emin Mahmudov elmi-fantastika janrında

çox   məhsuldar   yazıçı   olmuşdur.  Onun   bir-birinin   ardınca

“Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Qeyb

olmuş   səslər”,   “Dəmir   necə   ayaq   açdı”,   “Zülmət   dənizi”,

“Ulduzlar   yolumuzu   gözləyir”,   “Qüdrətli   pillə”,   “Günün

nəfəsi”,   “Atlant   qızı”   kitabları   nəşr   olunmuşdur.   Bu

kitablardakı   povest   və   hekayələr   fantastik-elmi   təcrübələr

haqqında yazılmış ən gözəl nümunələrdir. 



II   Aparıcı:  Emin   Mahmudov   elmi-fantastika

janrında   yazdığı   əsərlərlə   yanaşı,   bir   sıra   publisistik

yazıların, dövrü mətbuatda dərc olunan çox sayda satirik,

yumoristik,   elmi-kütləvi   məqalələrin,   hekayələrin,

miniatürlərin də müəllifidir.

Yazıçının   tərcüməçilik   fəaliyyəti   də   çox

diqqətəlayiqdir.   Belə   ki,   o,   bir   çox   xarici   müəlliflərin

əsərlərini dilimizə, eyni zamanda Azərbaycan müəlliflərinin

əsərlərini rus dilinə tərcümə etmişdir. 

I Aparıcı:  Elmi-fantastika janrında yazılmış əsərlər

uşaqlarda   və   gənclərdə   fantaziyanın   genişlənməsinə,

təxəyyülün   inkişafına   böyük   təsir   göstərir.   Elmi-fantastik

üslubda   yazılmış   əsərləri   mütaliə   edən   uşaqlar   fizika,

astronomiya   və   s.   elmlərə,   texnikaya   maraq   göstərirlər.

Məhz buna görə də Azərbaycanda elmi-fantastika janrında

əsərlər   qələmə   almış   azsaylı   yazıçılardan   biri   olan   Emin

11


Mahmudovun   yaradıcılığının   diqqətdə   saxlanmasına,

əsərlərinin   yenidən,   latın   qrafikası   ilə   nəşr   olunmasına

ehtiyac vardır. 

Emin   Mahmudov, Namiq  Abdullayev   və  Xaspolad

Əhmədovla birgə Azərbaycan elmi-fantastika ədəbiyyatının

sütunlarını   təşkil   edirlər.   Hər   üç   yazıçı   bu   janrda   çox

maraqlı,   bənzərsiz   əsərlərin   müəllifidirlər.  Çox  sevindirici

haldır ki, Azərbaycanda bugün də fantastika janrında yazan

yazıçılarımız   var.  Belə   yazıçılarımızdan   biri   də   F.Köçərli

adına Respublika Uşaq Kitabxanasının yaxın dostu Reyhan

Yusifqızı-Şıxlinskayadır.   Reyhan   Yusifqızı   1995-ci   ildən

bədii yaradıcılıqla məşğuldur və onun ilk iri həcmli əsəri –

“Yaşıl   gözlü   qız”   elmi-fantastik   povesti   2009-cu   ildə

Türkiyədə   keçirilmiş   uşaq   kitabları   yarışmasında   laureat

olub və Ankarada türk dilində çap edilib. 

Bu janrda yazan daha bir yazar sistemli şəkildə bu

işlə məşğul olan Vüsal Nurudur. Yazıçı bu janrda beş roman,

müxtəlif   hekayələr   çap   etdirmişdir.   Nə   yaxşı   ki,

ədəbiyyatımızda bu janr unudulmamışdır. Emin Mahmudov,

Namiq   Abdullayev   kimi   görkəmli   yazıçılarımızın   əsasını

qoyduğu Azərbaycan elmi-fantastik ədəbiyyatında yeni  və

maraqlı əsərlər yaranıb və yaranmaqda davam edir. 



II Aparıcı:  Görkəmli yazıçımız Emin Mahmudovun

əsərləri hər zaman aktual, maraqlı və oxunaqlıdır. F.Köçərli

adına Respublika Uşaq Kitabxanası da Emin Mahmudov və

onun əsərlərinin unudulmaması, uşaqlar və gənclər arasında

təbliğ olunması üçün əlindən gələni edir. 

Hər   kəsi   Emin   Mahmudovun   yaradıcılığı   ilə

yaxından tanış olmağa, əsərlərini oxumağa çağırırıq!

    Tədbirin   sonunda   məktəblilərin   ifasında   Emin

Mahmudovun   “Kainat   gəmisi”   fantastik   povestindən   bir

səhnəcik təqdim oluna bilər. 

“Planetlərarası səyahət” 

12


adlı səhnəcik

İştirak edirlər:

Gəray – fizik

Firuzə - Gərayın həyat yoldaşı

Teymur – həkim

Prof. Konovalov – layihənin rəhbəri

Zerkalov – qütb tədqiqatçısı

Roqov – şturman

Prof. Qarayev – Gərayın müəllimi

Gərayın dostları – 3 nəfər

                              I Hissə

Bakıda bir mənzil. Firuzə fikirli halda paltar ütüləyir. Gəray

əl-üzünü yuyur. Çarpayıda bir qız uşağı yatıb. Firuzə paltar

ütüləməyi bitirib stola yemək düzür. Gəray otağa daxil olub

deyir:

-Firuzə,   bəsdir,  bu   qədər   narahat   olma.   Müharibəyə-zada

getmirəm ki. 

Firuzə:


-

Kaş   ki,   müharibəyə   getmiş   olaydın.   Heç   olmazsa,

oradan məktubun gələrdi. Amma indi heç bilmirəm

ki, hara gedirsən.

Gəray   yemək   stoluna   oturub   yeməyə   başlayır   və   gülərək

deyir:


-

Ay   canım,   məktub   nədir.   Mən   hər   gün   radio   ilə

danışacağam. Dünyanın hər yerində bizdən yazacaq,

bizdən   bəhs   edəcəklər.   Qəzetləri   açan   kimi

görəcəksən ki, bizdən yazılıb. 

Firuzə:


13

-

Mənə şöhrətin lazım deyi. Gəray, sən iki il bizdən

ayrı   düşəcəksən.   Bəlkə   başına   nəsə   gəldi.   Mən   bir

yana, Gülnaz atası üçün çox darıxacaq (Firuzənin səsi

titrəyir,  gözləri   dolur.  Gəray  əlini   uzadıb   Firuzənin

saçını sığallayır).

Gəray:

-

Sənin, Gülnazın sevginiz məni hər yerdə, Ayda da,



Marsda da qoruyacaq. İki il nədir ki? Gülnaz məktəbə

gedəndə mən artıq evdə olacağam.



(Qapı döyülür. Prof. Qarayev və Gərayın üç dostu otağa

daxil   olurlar.   Firuzə   və   Gərayla   salamlaşır   və   üzlərini

Gəraya tutub deyirlər).

-

Gəray,  hazırsan?   (Dostları   onunla   müxtəlif   gülməli



zarafatlar edirlər).

-

Bizi unutma ha, məktub yaz.



-

Aydan bizə teleqram vur (Hamı gülüşür. Firuzə isə

qayğılı halda kənarda dayanıb onları seyr edir). Prof.

Qarayev cibindən bir saat çıxarıb Gəraya uzadır:

-

Gəray,   sən   mənim   ən   sevimli,   ən   bacarıqlı



tələbəmsən.   Bu   saatı   sənə   bağışlayıram.   O,   mənə

atamdan qalıb. İki il az müddət deyil, bilmək olmaz,

bir də görüşə biləcəyikmi?

Gəray ehtiramla saatı alır və deyir:

-

Professor, çox sağ olun. Bu, mənim üçün çox böyük



şərəfdir. Elə deməyin, sizin 100 illiyinizi qeyd etmək

hələ bizə nəsib olacaq.

Firuzə:

-

Bəlkə çay içəsizniz?



Prof. :

-

Çox   sağ   ol,   qızım.   Biz   artıq   tələsək,   təyyarəyə



gecikməyək. 

Dost:


-

Gəray, biz çantaları maşına aparaq, sən də gələrsən

(Prof. və dostları Firuzə ilə sağollaşıb çıxırlar. Firuzə

14


və Gəray üz-üzə dayanıb bir müddət susurlar. Firuzə

səssizcə ağlayır.).

Gəray: 

-

Firuzə, axı niyə ağlayırsan? İki il nədir ki, tez gəlib



keçəcək. 

Firuzə:


-

Çox narahat oluram, Gəray, axı heç bilmirəm sən hara

gedirsən? İndiyəcən Moskvadan uzağa getməmisən.

İndi isə Aya, Marsa uçursan. 

Gəray:

-

Firuzə, heç narahat olma. Hər şey yaxşı olacaq. 



( Sonra Gəray çarpayıda yatan Gülnaza yaxınlaşıb

onun yanağından öpür və qapıya yönəlir. O, Firuzə

ilə sağollaşır və Firuzə onun arxasınca su atır).

II HİSSƏ:

(Kabinet. Yaşlı bir kişi stolun arxasında oturub sənədlərə

baxır. Bu vaxt Gəray və daha üç nəfər otağa daxil olur. Kişi

ayağa durub onlarla əl tutur. Onlar  onunla salamlaşırlar).

-

Salam, prof. Konovalov. 



Prof. Konovalov:

-

Salam, dostlar. Mən öncə sizləri bir-birinizə təqdim



etməliyəm. (O, öncə Gərayı təqdim edir):

-

Bu cavan oğlan Gəray İbrahimovdur. Fizik, alpinist,



idmançı.

-

Bu,   Nikolay   Zerkalovdur.  Qütb   tədqiqatçısı,   elmlər



doktoru.

-

Bu, İqor Roqovdur. Gəminin şturmanı. 



-

Bu   isə   Teymur   Əsədov,   tibb   elmləri   namizədi.



(Onların hamısı bir-biri ilə əl tutub görüşürlər).

Prof. Konovalov:



15

-

Planetlərarası   gəmidə   uçmaq   üçün   sizin   dördünüz

seçilmisiniz. Səfəriniz öncə Aya, sonra isə Marsadır.

Bu işin nə qədər məsuliyyətli olduğunu anladığınıza

şübhə etmirəm. Bir-birinizlə yaxından tanış olun. Siz

dördlükdə   iki   il   müddətində   hava   gəmisi   ilə   uçub

başqa   planetlərə   gedəcəksiniz.   Səyahətdən   sağ-

salamat   döndükdən   sonra   yəqin   ki,   ömrünüzün

sonuna   kimi   ən   yaxın   dostlar   olacaqsınız.   Dünyanı

gəzib dolaşacaq, başqa planetlərdə gördüklərinizdən

danışacaqsınız. İndi isə kosmik gəmi sizləri gözləyir.

“Kainat gəmisi” ilə səyahətiniz uğurlu olsun!



(Sonda astronavtlar kosmik gəmiyə minirlər).

Kitabxanada oxucular arasında sual-cavab gecəsinin

də keçirilməsi məqsədəuyğundur. Belə tədbirdə kitabxanaçı

və   orta   və   yuxarı   sinif   şagirdləri   iştirak   edə   bilər.

Kitabxanaçı   məktəblilərlə   fantastika   janrı   ilə   bağlı   sual-

cavab edir. 



Kitabxanaçı:  Uşaqlar,  ədəbiyyatın  janrlarından  biri

də fantastikadır. Bu janr haqqında eşitmisinizmi?



I Oxucu: Bəli, mən bu janrda yazılan ədəbiyyatı çox

sevirəm.


Kitabxanaçı:  Bu   janr   haqqında   nə   bilirsiniz?   Bu

üslubda yazılan əsərləri başqa ədəbiyyat janrlarında yazılmış

əsərlədən fərqləndirən hansı cəhətlərdir?

II Oxucu:  Bu üslubda yazılmış əsərlərdə yazıçı öz

təxəyyülü əsasında bizə qeyri-adi cihazlar, başqa planetlərə

səyahət,   gələcəkdə   ola   biləcək   texnoloji   yeniliklər   və   s.

haqqında danışır. 



Kitabxanaçı:Fantastika janrında yazmış yazıçılardan

kimləri tanıyırsınız? 



I Oxucu:  Jül Vern, Con Tolkin, Stanislav Lem, Rey

Bredberi, Nil Stivenson..



16

II   Oxucu:  Coan   Roulinq,   Kir   Bulıçev,   Kurt

Vonnequt, Alksandr Belyayev, Edqar Alan Po və s.



Kitabxanaçı:  Bəs azərbaycanlı fantastika ədəbiyyatı

ustalarından kimləri tanıyırsınız?



I   Oxucu:  Emin   Mahmudov,   Namiq   Abdullayev,

Reyhan Yusifqızı.



Kitabxanaçı:  Bu   yazıçıların   hansı   əsərlərini

oxumusuz?



I   Oxucu:  Mən   Emin   Mahmudovun   “Atlant   qızı”,

“Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, Namiq

Abdullayevin   “Balaca   kiberin   macəraları”   əsərlərini

oxumuşam.



II   Oxucu:  Mən   xalq   yazıçısı   Anarın   “Əlaqə”

povestini   oxumuşam   və   bu   əsər   əsasında   çəkilmiş   filmə

baxmışam. Reyhan Yusifqızının” “Yaşıl gözlü qız” əsərini

də oxumuşam. 



I   Oxucu:  Vüsal   Nuru   adlı   bir   yazıçımızın

“Eybəcərlər   adası”,   “Yağış   damlasıyam”,   “999”   adlı

əsərlərini   oxumuşam.   Bu   əsərlər   əsasən   qotik   üslubda

yazılmışdır.



Kitabxanaçı:  Bəs siz fantast-yazıçı olsaydınız hansı

mövzuları əhatə edərdiniz?



II   Oxucu:  Mən   naməlum   planetlər,   qeyri-adi

cihazlar, gələcəyə aid əsərlər yazardım. 



I Oxucu: Mən daha çox psixoloji, sosial fantastikanı

çox   xoşladığım   üçün   bu   üslubda   utopik   əsərləri   çox

sevirəm..   

Kitabxanalarda yazıçının əsərlərinin mövzuları üzrə  rəsm

sərgisi   təşkil   etmək   olar.  Məsələn,   bu   rəsmləri   onun   hər

hansı bir əsəri üzrə təşkil etmək olar. Sərgi üçün yazıçınnı

“Atlant   qızı”fantastik   povesti   üzrə   rəsm   nümunələrini

təqdim edirik:

17


Kitabxanada   həmçinin   uşaqlar   arasında   Emin

Mahmudovun   əsərləri   əsasında   rəsm   müsabiqəsi   təşkil

etmək   olar.   Müsabiqənin   keçiriləcəyi   haqqında   öncədən

məlumat   verilir.   Belə   məlumat   kitabxanaın   saytında,

Facebook   səhifəsində   elan   şəklində   verilə,   həmçinin

kitabxananın   giriş   qapısına   vurula   bilər.   Məlumatda

oxuculara yazıçının əsərləri, kitabları haqqında məlumat da

verilir   ki,   bu   əsərləri   oxumayanlar   da   oxusunlar.  Sərgiyə

təqdim   olunmuş   əsərlər   kitabxananın   zalında   sərgilənir.

Rəssam və sənətşünaslardan ibarət münsiflər heyəti ən yaxşı

əsərləri   seçirlər.   Sonda   qaliblər   kitabxananın   rəhbərliyi

tərəfindən rəmzi şəkildə mükafatlandırılır. 

        

Son


             İstifadə olunmuş ədəbiyyat:

1. Əlamədar və tarixi günlər təqvimi - 2015

2. Mahmudov, E. Kainat gəmisi: elmi-fantastik povest.

- B.: Uşaqgəncnəşr, 1957. - 189 s.

3. Mahmudov,  E.   Ulduzlar   yolumuzu   gözləyir:   elmi-

kütləvi hekayələr. - B.: Gənclik, 1975. - 93 s. 



18

4. Mahmudov,  E.  Atlant   qızı:   Povest   və   hekayələr.  -

B.:Gənclik, 1987. - 230 s.

Haqqında:

5. Oruc, M. Amerikadan telefon zəngləri: Səksən beşi

haqlamış   dostum   Emin   Mahmudova   /   Məmməd

Oruc // Ədəbiyyat qəzeti. - 2009. - 17 aprel. - S. 8.

                     Rus dilində:

6.

Махмудов Эмин Касымали оглы / Энциклопедия

фантастики: Кто есть кто // Под ред. Вл. Гакова. -

Минск: ИКО «Галаксиас», 1995. - 694 с. 



19



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə