31
qaniçən, türk qanına susamış cani olduqlarını törətdikləri fəlakət
və bəlalarla səciyyələndirib.
Məmməd
Səid Ordubadinin bu
əsəri erməni vandallarının vəhşiliklərini güzgü kimi əks etdirib.
“Qanlı illər” adlı bu əsər 1911-ci ildə Ağa Murtuza Muxtarov
tərəfindən nəşr edilərək yazılmışdır. Sonralar nədənsə bu
qiymətli sənədlər toplusu uzun illər oxucuların diqqətindən
kənarda qalmışdır. Nəhayət, səksən ildən sonra, 1991-ci ildə
həmin kitab nəşr edilib. Ölməz
ədibin bu əsəri çox böyük
həqiqətlərdən xəbər verir. Onun tədqiqi və təbliği, xüsusən
xarici dillərə tərcümə edilib geniş yayılması vacibdir. “Qanlı
illər” əsəri bəzi parçaları oxucuların diqqətinə çatdırmaq
istəyirəm.
Məktəblilər əsərdən müəyyən parçalar səhnələşdirirlər.
Erməni zülmünün hər üzünü görmüş yazıçı, böyük ədib
Məmməd Səid Ordubadi “Bu qanlı olayların səbəbi nə idi?”
sualını belə cavablandırırdı:
Birincisi: Erməni Daşnaksütyun komitəsinin
müstəbid bir idarə
üsulunu təşkil etdiyidir ki, Qafqazda bir sıra qanlı teatrolar
oynandı.
İkincisi: Məhəlli hökumət məmurlarının müharibə zamanlarında
etinasızlığıdır. Ermənilərin terrorları qorxusundan bir tərəfi əldə
saxlayıb, digər tərəfə növbənöv vicdansızlıqlar etməkdə idilər.
Bunlardan şahid Naxçıvan uyezdinin naçalniki Angil kimi
vicdansızların fitnəkar hərəkətləridir. Belə ki, yanan atəşləri
söndürməyib, əksinə, caniləri bir sıra cinayətlərə sövq edirdi.
Üçüncüsü: Müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər
olmalarıdır. Ermənilər yalnız hiylə və siyasətlə iş
tutub bir ovuc
könüllü əsgərlə müsəlmanların qüvvəsini əzmək istəyirdilər.
Belə ki, Bakıda sülh edib müsəlmanları yatırmaqla Şuşada
müharibəyə başlayır, sonra Şuşada sülh edib Gəncə
quberniyasının sair yerlərini yandırmağa və dağıtmağa təşəbbüs
edirlər. Müsəlmanlar isə əvvəlcə bunları bilməyib sonralar
32
gözlərini açdılarsa da, ermənilər Türkiyədən və İrandan
əsgər
yığıb müsəlmanları əzməyə çalışırdılar.
Dörd
ü
ncüsü: Ermənilərin avtonomiya-idarə muxtariyyəti
həvəsində olmalarıdır. Zira ermənilərin hər aybaşı Londona,
Parisə, Amerikaya qaçıb ərzi-hal etmələri bunlara kamil bir
sübutdur.
Müraciət etdiyimiz bədii nümunələrlə tarixi faktları,
Fövqəladə Təhqiqat Komissiyasının topladığı və rəsmləşdirdiyi
materialları, sənədləri müqayisə və təhlil etdikcə, belə qənaətə
gəlmək olur ki, sənət əsərlərində həyat həqiqətləri daha
inandırıcı, qabarıq və təsirli verilmişdir.
Faciənin səbəbləri-kökü və məqsədi
bədii əsərlərdə düzgün
müəyyənləşdirilmiş, erməni vəhşiliyi,
erməni qəddarlığı
inandırıcı, tünd boyalarla əks etdirilmişdir. Zorakılığa, zülmə
və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin
aşılanması azərbaycanlıların soyqırımından bəhs edən bədii
əsərlərin əsas qayəsini təşkil edir.
Vətənpərvər ədiblərimizin
ürək yanğısını, fəryadını sözündə, şərtində yaşadan bu əsərlərin
arxiv
qaranlığından çıxarılaraq milli istiqlal işığında
mükəmməl tədqiqində və təhlilinə ehtiyac duyulmaqdadır.
Dostları ilə paylaş: