Sümüklərin formaları
Forma cəhətcə sümüklər dörd qrupa bölünür:
Uzun sümüklər
Qısa sümüklər
Yastı sümüklər
Qarışıq sümüklər.
Uzun sümüklər– ossa longa
Belə sümüklər sürətlə hərəkət edilən yerdə olub, böyük ölçülərə malik olurlar və ling funksiyası daşıyırlar. Hər bir uzun sümüyün iki ucu – epifizi və diafizi[3] (orta hissəsi) var. Diafizin daxilində sümük iliyinə məxsus kanal vardır. Kanalın olması belə sümüklərə boru şəkli verdiyi üçün onlar borulu sümüklər də adlanırlar. Epifizlərin biri kürəyə bənzəyib baş – caput, digəri hündürlük təşkil edib kondilus adlanır və üzəri oynaq qığırdağı ilə örtülüdür. Epifiz üzərində əzələ və vətərə məxsus hündürlüyə apofiz, epifizin diafizinə keçən yerinə isə metafiz deyilir. Sümüklər metafizin hesabına uzununa böyüyürlər.
Qısa sümüklər– ossa brevia
Bunların bütün ölçüləri təxminən bərabərdir və az dərəcədə hərəkət, elastiklik, möhkəmlik tələb olunan yerdə olurlar (fəqərələr, bilək və ayaqdaraqarxası sümüklər).
Dostları ilə paylaş: |