Fakultə Energetika və avtomatika



Yüklə 0,99 Mb.
səhifə2/2
tarix30.04.2023
ölçüsü0,99 Mb.
#104942
1   2
fizika

Elektrotermik rele
Metal naqillərdən, yarımkeçiricilərdən, elektrolit məhlullarından və s. cərəyanın keçməsilə ayrılan istilik miqdarı Coul-Lens qanununa görə
Q=İ2Rt
kimidir. Burada: İ-cərəyan şiddəti, R-elektrik müqaviməti, t-cərəyanın keçmə müddətidir. Naqillərdən cərəyan keçərkən istilik miqdarının ayrılması hesabına, onun temperaturu ətraf mühitin temperaturundan yüksək olur və ətraf mühitə Q1 qədər istilik miqdarı verir. Temperatur artdıqca ətraf mühitə verilən istilik miqdarı da artır Naqildən keçən cərəyan dəyişmədikdə, az sonra, naqildən ayrılan istilik miqdarı ilə ətraf mühitə verilən istilik miqdarları arasında tarazlıq yaranır.
Q=Q1
Tarazlıq halında naqilin temperaturu dəyişmir. Naqildən keçən cərəyan şiddəti artırıldıqda, naqilin temperaturu da artır. Müxtəlif avtomatik qurğularda, xüsusi müqaviməti böyük olan ərintilərdən (məsələn, manqan, konstantan, nixrom və s.) istifadə etməklə elementlər qızdırılır
Lazımi müqavimət almaq üçün, kifayət qədər möhkəm, diametri kiçik olmayan ərintilərdən istifadə edilərək, sarğacının ölçüsü çox da böyük olmayan peçlərdən istifadə olunur. Qızdırıcı elementin müqaviməti, cərəyanın P gücü və mənbəyin U gərginliyi iə təyin olunur.
Ifadəsindən
Digər tərəfdən qizdirici naqilin muqaviməti:
Burada: ρ-xüsusi müqavimət, l- naqilin uzunluğu, S-en kəsiyinin sahəsidir.
Axırıncı ifadədən görünür ki, R-müqavimətin verilmiş qiymətində ρ- böyük olduqca l/S nisbəti kiçik olar.Nisbətin kiçik olması l-in azalması və S-in artması ilə əldə olunur.
Elektrik qövsünü yox etmək üçün rele içərisində vakuum olan kolbada yerləşdirilir və ya xüsusi link konstruksiyasından istifadə edilir.Bununla da əlavə yüklənmədən müdafiə olunur. Elektrotermik rele qoruyucu rolunu oynayır. Bu tip relelərdə həm də, bimetallik lövhələrin xassələrindən istifadə olunur.
Ən geniş yayılan elektrotermik relelnin sxematik quruluşu şəkildə verilmişdir. 1-bimetallik lövhənin bir ucu bağlanır,
sərbəst ucunda isə 2 kontakt çıxışı vardır, bu həm də mütəhərrikdir.
Bimetal lövhə üzrinə, idarəetmə dövrəsindən buraxılan cərəyan
keçən 3-məftili sarınır. Sarğacdan (qizdırıcıdan) cərəyanın keçməsilə bimetallik lövhə qızaraq əyilir.

Bu səbəbdən də 2-sərbəst çıxış kontaktı, 4 –tərpənməz kontakta yaxınlaşır və onunla birləşir. İcraedici elektrik dövrəsi, bimetallik lövhələrin 2 və 4 kontaktları vasitəsil birlıəşir.
Üzərində tərpənməz kontaktı olan 5-lövhəsində bimetallik materialdam hazırlanır. Bu da ətraf mühitin temperaturunun dəyişməsinin cərəyanın işinə təsirini yox edir. Yalnız lövhələrdən birinə sarınan sarğacdan cərəyanın keçməsi lövhənin qızması və onun əyilməsilə kontaktları birləşdirir. Elektrotermik relelərdə kontakt cütləri normal qapanib və açıla bilir. Birləşmə üçün həm də kontakt qruplarından istifadə edilir. Qızdırıcı elementin xüsusilə də bimetallik lövhənin, istilik ətalətliyi nəticəsində, elektrotermik relelərin işləmə və buraxma müddətlərinə xeyli, bir neçə saniyədən, xüsusi konstruksiyalarda 10 dəqiqəyə qədər vaxt sərf olunur. Bir çox hallarda elektrotermik relelərin bu xassəsi avtomatik qurğular üçün çox qiymətlidir: elektrotermik rele sadə zaman relesi kimi də istifadə olunur. Belə relelərdə kontaktların birləşməsi və açılması yavaş getdiyindən kontaktlar arasında elektrik qövsü yaranır. Bu da kontaktların korlanmasına, eləcə də relenin normal işləməsinə mane olur. Elektrik qövsünü yox etmək üçün rele içərisində vakuum olan kolbada yerləşdirilir, və ya xüsusi link konstruksiyasından istifadə edilir. Bu halda, bimetallik lövhə müəyyən temperatura çatanda, kontakt cütü sıçrayışla bir kənar vəziyyətdən digər kənar vəziyyətə keçir.
Normal açılma kontakt cütünə və cəftə mexanizminə malik elektrotermik relenin sxemi: 1-bimetallik lövhə, 2–yay, 3-elastiki lövhə, 4–mütəhərrik kontakt, 5–diş – cəftə, 6– qızdırıcı element, 7–hərəkətsiz kontakt, 8–nizamlayıcı vint, 9– qayka 10–qaytarıcı düymə. Normal qapanma kontakt cütünə və cəftə mexanizminə malik elektrotermik relenin sxemi
Bu cür konstruksiyanın sadələşmiş sxematik quruluşu şəkildə verilmişdir.

1- metallik lövhə, əlavə olaraq 2-dartılmış yayla saxlanılır. Üzərində 4-mütəhərrik kontaktı olan 3-elstiki lövhə 5-dişli cəftə ilə tutulur. 6-qızdırıcı elementdən (peçdən) cərəyan keçdikdə bimetallik lövhə qızır, lakin əyilməyir,formasını yayın elastikliyi hesabına saxlayır.Müəyyən bir temperaturda təzyiq qüvvəsi sıfıra bərabər olur.

Bimetallik lövhə əyilir, dişli cəftə elastiki lövhəni buraxır, mütəhərrik kontakt, mütəhərrik olmayan 7-kontaktıyla birləşir. 8- yivindəki 9- qayka vasitəsilə yayın əlavə dartılmasını dəyişməklə cərəyan tənzim olunur. Göründüyü kimi belə konstruksiyada bimetallik lövhə qrup kontaktının yavaş hərəkətini təmin etmir. Yalnız cəftəni hərəkət etdirməklə elastiki lövhəni ,mütəhərrik kontaktı ayırır. Bu da kontakt qrupun tez hərəkət etməsilə qövs boşalmasının yaranmasına imkan vermir.
Şəkildə göstərilən reledə qızdırıcı elementdə cərəyan kəsildikdən sonra bimetallik lövhə ilkin vəziyyətinə qayıda bilmir. Buna bimetallik lövhənin dişli cəftəsi mane olur. Releni ilkin vəziyyətinə qaytarmaq üçün əlavə 10-düyməsi basılmalıdır. Qızdırıcı element və elekektrotermik relenin kontaktı şəkil 7-dəki kimi ardıcıl birləşərsə, cərəyanın maksimal qiymətində dövrədə rele işləyərək, kontakt dövrəni açır.
Bununla da əlavə yüklənmədən müdafiə olunur, Elektrotermik rele qoruyucu rolunu oynayır.
Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin