Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir. Avropada böyük tarixi səhvə yol verilmiş və hindlilərin mövqeli say sistemində işlətdiyi rəqəmlər "ərəb rəqəmləri" adı altında işlədilmişdir. Əslində isə "Hind rəqəmləri" olmalıdır. Mövqeli say sistemi bizim ölkədə XVII əsrdən işlənməyə başlamışdır. Ona kimi ən çox Roma rəqəmlərindən istifadə olunmuşdur. Hind pozision sistemində (latınca positio – mövqe, yer, vəziyyət deməkdir) hər bir natural ədəd on rəqəmin (0,1,2,3,4,5,6,7,8,9) vasitəsi ilə ifadə edildiyi halda, Babilistan sistemində 60 rəqəmin vasitəsilə edilir.
Say sistemləri:
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
İkilik say sistemi: Səkkizlik say sistemi: Onluq say sistemi: Onaltılıq say sistemi: İki dənə rəqəmi olduğuna görə bu say sisteminə ikilik say sistemi deyilir. Rəqəmləri 0 və 1. Kompyuterdə informasiyanı kodlaşdırmaq üçün bu say sistemindən istifadə olunur. Səkkizlik say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7 səkkiz rəqəmi olduğuna görə səkkizlik say sitemi adlanır
Onluq say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 on rəqəmi olduğuna görə onluq say sitemi adlanır. Bizim istifadə etdiyimiz say sistemidir.
Onaltılıq say sistemi: 0,1,2,3,4,5,6,7,8,9,A,B,C,D,E,F
16-lıq say sisteminədə keçirdikdə görürük ki, 259 (onluq say sistemində) = 103(onaltılıq say sistemində) bərabər olur. Qeyd: 16-lıq say sistemində 10 ədədini - A 11 ədədini - B 12 ədədini - C 13 ədədini - D 14 ədədini - E 15 ədədini - F əvəz edir.
Və bu üsulda 16-a böldükdə qalıqda 9 dan böyük hər hansına ədəd alınarsa yuxarıda qeyd etdiyim hərflər yazılır.Məsələn qalıqda 13 alınarsa,13 yerinə D yazılır.
Təbiki bu qaydanı istənilən ədədə və istənilən say sisteminə keçirmək üçün tətbiq etmək olar.Sadəcə üsulu analiz etdikdə görürük ki, böyük rəqəmlər və kiçik say sistemləri olsa bu üsul əlvərişsiz olar.Və çox vaxt olar.Çünki biz onluq say sistemində olan 345910564 ədədini ikilik say sisteminə keçirmək istəsək onu ikiyə bölə-bölə getməliyik.Buda aydın məsələdir ki, çox vaxt lazımsız vasitə israfı aparacaq.Yəni ki, bu üsul böyük ədədlərlə işləmək üçün yararsızdır.