Fakültə: Magistratura və doktorantura İxtisas: İbtidai siniflərdə tədrisin metod və metodologiyası Qrup: İbt 2205M



Yüklə 93,53 Kb.
səhifə2/2
tarix07.06.2023
ölçüsü93,53 Kb.
#126199
1   2
SƏLİMƏ SƏRBƏST ORFOQRAFİYA

Dissimilyasiya:
Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu başqa səsə çevirməsi hadisəsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq və qararmaq sözlərinə nəzər yetirək.
Çəmənlər, bağçalar, bağlar sararsa,
Fəzalar dönərək sular qararsa,
Hər şeyi bir ölüm qorxusu sarsa
Əyilməm bir daha… bir həvəs məni….
(S.Vurğun)
Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə  raq şəkilçisi artırılmaqla düzəldilmişdir.
Ancaq sonradan həm sararmaq, həm də qararmaq sözlərin-dəki birinci r səsi ikinci səsinə təsir edərək onu səsin çevirmiş və buna əsasən də hazırda həmin sözlər saralmaq, qaralmaq formasında deyilir.
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqaməti və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.
Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiya yaxın dissimilyasiya adlanır. Məsələn, hammal sözündəki birinci m səsi —qonşusu” olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Bunə səbəbdən də həmin söz hammal yox, hambal formasında tələffüz olunur.
Səsartımı
Azərbaycan dilinin təbiətinə görə sözdə əgər iki sait, yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir.Elə buna görə də sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: n, y, s.
Səsdüşümü
Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) deyilir. Səsdüşümü həm saitlərdə, həmçinin də samitlərdə müşahidə olunur. Ancaq saitlərə nisbətən, samitlərin söz tərkibindən düşməsi azdır.
Azərbaycan ədəbi və danışıq dilində səsdüşümü hadisəsi müxtəlif şəkillərdə özünü göstərir.
Ədəbi dil üçün xarakterik olan səsdüşümü hadisəsi iki vəziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsi, 2) sözlərin yanaşmasında.
Səs yerdəyişməsi
Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə (metateza) deyilir; məsələn:
Layihə — lahiyə — (yh — hy)
Torpaq — topraq — (rp — pr)
Fərhad — Fəhrad — (rh — hr)
Yanlış — yalnış — (nl — ln)
Məşhur — məhşur — (şh — hş) və s.
Yerdəyişmə dilimizdə elə də geniş yayılmamışdır. Bu, əsasən, danışıq dili üçün xarakterikdir.
Ahəng qanunu
Fonetikanın əsas qanunlarından biri ahəng qanunudur. Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə. sözün ilk hecası incə saitlidirsə, sonraki saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın olmalıdır. Sözdə qalın və ya incə saitlərin bir birini izləməsinə ahəng qanunu deyilir.
Cingiltiləşmə qanunu
Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri də cingiltiləşmə qanunudur. Digər fonetik hadisələrdən fərqli olaraq, ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün qanun şəklinə düşmüşdür.
Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir.
Ədəbiyyat siyahısı

  1. N. Abdullayev. Orfoqrafiya və orfoepiya təlimi məsələləri. Bakı,1968

  2. H.Balayev. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası Bakı 1998

Yüklə 93,53 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin