Fakültə: Maşın qayırma və robotexnika İxtisas: Cihaz mühəndisliyi Qrup: 532 (a) Tələbə: Ağayev Elcan


Çap rənginə görə isə printerlər 3 qrupa bölünür



Yüklə 1,03 Mb.
səhifə3/3
tarix19.12.2022
ölçüsü1,03 Mb.
#76216
1   2   3
çap qurğuları və onların növləri

Çap rənginə görə isə printerlər 3 qrupa bölünür:
  • Ağ-qara printerlər;
  • Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu modelə matrisli və şırnaqlı printerlərdə rast gəlinir);
  • Rəngli printerlər.
  • Kompüter üçün ilk printer 1834-cü ildə Çarl Bebbic tərəfindən ixtira edilmiş mexaniki “Fərqlər aparatı” üçün dizayn olunub. Hal-hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (ing. Line Printer Terminal) və ya USB portu vasitəsi ilə qoşulur
  • Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (ing. Line Printer Terminal) və ya USB portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir.
  • Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompüterə qoşulan printer şəbəkədə olan digər kompüterlərdən alınan məlumatı çap edə bilər.

Sənayenin müxtəlif sahələrində avtomatlaşdırılmış layihə sistemlərinin və ya AvtoCAD sistemlərinin geniş tətbiqi və inkişafı nəticəsində qrafiki informasiyanın kompüterdən çıxarılması çəqsədini güdən plotterlərin (cizgi qurğularının) medana gəlməsi təbii bir hal kimi qəbul edilməlidir. Konstruktor və texnoloji sənədlər komplektinin yaradılmasında müxtəlif qrafiki materialların (cizgilər, sxemlər, qrafiklər, diaqrmalar və s.) hazırlanması əsas rol oynayır.Əl ilə bu cür işlərin yarinə yetirilməsi böyük çətinliklər yaradır. Ona görə də cizgi sənədlərinin tərtibini avtomatlaşdırılmasına xidmət edən belə sistemlərin yaranması zəruri bir hal kimi meydana gəlmişdir
Plotterler
Digər tərəfdən, 50-ci illərdən başlayaraq meydana gəlmiş və sənayedə, elmdə tibbdə və bir çox digər sahələrdə tətbiq edilən müxtəlif özüyazan cihazların olması, plotterin meydana gəlməsini asanlaşdırmışdır. Plotterlərin istehsalı artdıqca, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqi də genişlənmişdir.
Plotterlərdə cizgi üçün sahə A4-A0 formatında olub, İSO və ANSİ standartlarına uğun gəlir.
Bütün müasir plotterləri 2 böyük sinfə ayırmaq olar:
  • A 3-A2 formatları üçün planşet tipli plotterlər;
  • kağızın eni A1 və ya A0 formatına uyğun gələn rulon tipli plotterlər.

  • İkinci tip plotterlərdə uzunluğu bir neçə on metrlərə bərabər olan rulon kağızlardan istifadə edilir və onun vasitəsilə inşaat və arxitektura layihələrində istifadə olunan uzun rəsmlər və cizgilər çəkmək mümkün olur. Bu cür plotterlər prakyikada ən geniş yayılmışdır.
    Planşet tipli plotterlər isə çox az tətbiq edilir, son zamanlar isə onlar uyğun printerlərlə əvəz olunurlar.

Qələm mexanizmli plotterlərin xarakteristikalarının yaxşılaşdırılması bir sıra istiqamətlər üzrə aparılmışdır. Bunlardan ən əsası aşağıdakılardır:
  • kağızın verilmə və qeyd edilməsi mexanizmlərinin təkmilləşdirilməsi;
  • rəsmlərin və cizgilərin çəkilmə sürətlərinin artırılması;
  • təsvirin keyfiyyətinin yüksəldilməsi;
  • məhsulun maya dəyərinin (sərf olunan materialların, istismar sərflərinin və s.) aşağı salınması.

  • Son zamanlar qələm plotterlərin bazasında yeni qurğular meydana gəlmişdir.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin