Fakültə: Maşın qayırma və robotexnika İxtisas: Cihaz mühəndisliyi Qrup: 532 (a) Tələbə: Ağayev Elcan



Yüklə 1,03 Mb.
səhifə2/3
tarix19.12.2022
ölçüsü1,03 Mb.
#76216
1   2   3
çap qurğuları və onların növləri

Şırnaqlı printerlər.
Simvolları çap etmək üçün çox kiçik mürəkkəb damcılarını kağıza sıçradan printer. Mürəkkəb mayesini tullayan “forsunka” ya çap başcığının bir hissəsi olur, ya da onunla borucuq vasitəsilə bağlanır. Mürəkkəb buxara çevrilənədək çalxalanır və ya qızdırılır və çap başcığının kağızın üzərindən keçdiyi müvafiq anda çox kiçik “forsunka”lardan sıçradılaraq simvollar və ya qrafika formalaşdırır.
Aşağı keyfiyyətli sürətli şırnaqlı printerlər verilənlərin emalı sistemlərində uzun müddət istifadə edilib. Son zamanlar çap keyfiyyəti yüksək olan şırnaqlı printerlər qiymət və funksional çeviklik baxımından lazerli printerə “meydan oxuyur”, baxmayaraq ki, onların sürəti ikincilərinkinə nisbətən aşağıdır. Standart kağızlardan istifadə etdikdə mürəkkəb çox zaman yayılır, bu da çapın dəqiqliyini aşagı salır. Bundan başqa, şırnaqlı printerdə yenicə çapdan çıxmış kağıza toxunduqda o, yayılır.
Lazer və LED (Light Emitting Diode) printerləri.
  • Fotokopiya qurğularındakı texnologiyanın tətbiq olunduğu elektroqrafik printer. Fokusa yığılmış lazer şüası fırlanan güzgülü fotohəssas barabanın səthinin sahələrini elektrostatik yükləməklə səhifənin çap olunası görüntüsünü yaradır, baraban kağız vərəqi boyunca diyirlənir və kağızın üzərinə toz şəkilli boyaq maddəsi tökülür ki, onların hissələri kağızın yalnız yüklənmiş hissəsinə yapışır
  • Sonra tonerli kağız qızdırılır, boyaq maddəsi əriyir və bununla da vərəqin səthində qeyd olunur. Adətən, bundan sonra elektrik yükü barabandan kənarlaşdırılır, artıq toner isə yığılır. Yalnız toneri vurmaq və kağız verməyi təkrarlamaqla printer çoxlu kağız çap edə bilər. Lazerli printerlərin yeganə ciddi çatışmazlığı matrisli printerlərdəki kimi kağızla manipulyasiyada az çeviklikdir.

Xarakteristikaları
Lazer printerlərinin əsas parametrlərinə aşağıdakılar aiddir:
  • Düymdə nöqtələri yerləşdirmə imkanı, dpi (dots per inch-düymdə nöqtələr)
  • Məhsuldarlıq (dəqiqədə səhifələr);
  • İstifadə olunan kağızın formatı;
  • Özünün operativ yaddaşının həcmi.

Lazer printerlərinin əsas üstünlükləri yüksək keyfiyyətli təsvirlərin alınması imkanları ilə bağlıdır. Orta sinif modellər 600 dpi çap, yarı peşəkar modellər-1200 dpi, peşəkar modellər 1800 dpi çap imkanını təmin edir.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin