Şagirdlərə təbiətin gözəlliklərini təsvir etmək tapşırılır, onlara tam sərbəstlik verilir. Bu, parlaq günəş və ya qeyri-adi çiçəklər ola bilər. Ən əsası isə hər bir şagirdin çəkdiyini müzakirə etmək və onlardan sinif guşəsində kiçik sərgi düzəltmək məqsədəuyğun sayılır. Mövzu əsasında eşitdiklərini, yadda saxladıqlarını sadə karandaş vasitəsilə çəkib, rəngli karandaş və flomasterlərlə rəngləyirlər. Bunun üçün dərslikdə olan mövzunu nəzərdən keçirirlər və əlavə məlumat verilir. Səttar Bəhlulzadə təəssürat rəssamıdır. O, təbiətin zəngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərindən aldığı təəssüratları Səttar Bəhlulzadə yalnız ona məxsus xüsusi məharətlə verə bilirdi. Onun “Qədim atəş” (1967), “Odlu torpaq”, “Əbədi məşəllər”, “Abşeron tağı” (1970) mənzərələrində fərdi təəssüratdan doğan lirik hisslər, həyəcanlar həlledici rol oynayır.Azərbaycanımızın müxtəlif rayonlarını qarışqarış gəzən rəssam bir çox təbiət mənzərələri yaratmışdır. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm etmişdir. “Doğma düzənliklər” (1957), “Gölməçələrdə ördəklər” (1955) şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı” (1955), “Cıdır düzü” (1957), “Dumanlı dağlar” (1957), “Yaşıl xalça” (1957) lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində canlandırmışdır
Məlumat verildikdən sonra tədqiqat işinə başlayırlar. 1.Rəsmi çəkərkən fiqurların yerini müəyyən edin 2.Fiqurları çəkin və formaları dəqiqləşdirin. 3.Ağaclar və onların budaq və yarpaqlarını çəkin 4.Burda işin rəngli halı
Qrup işi zamanı bərabər işləmək lazımdır. Qruplaşma zamanı bir–birinizə kömək etməlisiniz. Bu sizdə qrup ilə birgə işləmə bacarığını inkişaf etdirəcəkdir. Qrup işi zamanı fikirlərinizi və necə iş edə bilərsiniz onu müzakirı edirsiniz. Belə çalışma sizdə özünü ifadə bacarlqlarını inkişaf etdirir.