Rəsmlərin nümayişi üçün onlar yazı lövhəsinə bərkidilir. “Qalereya gəzintisi” üsulu vasitəsilə işlərlə ilkin tanışlıqdan sonra şagirdlər rəsmlər haqqında öz fikirlərini bildirirlər.
MӘLUMAT MÜZAKİRӘSİ VӘ TӘŞKİLİ
Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və təqdim olunan təbiət rəsmləri ilə bağlı sinfə suallar verir: – Külək, şimşək, yağış, duman kimi təbiət hadisələrinə ilin hansı fəslində rast gəlmisiniz?
ÜMUMİLӘŞDİRMӘ VӘ NӘTİCӘ
Müəllim şagirdlərin cavablarını yekunlaşdıraraq,deyir.-“Azərbaycan təbiəti” mövzusunda fərdi şəkildə 5 dəqiqə esse yazın. Sonra bəzi şagirdlərin essesi oxunur. Digərləri isə portfolioya qoyulmaq üçün yığılır YARADICI TӘTBİQETMӘ
Qazanılmış bilik və bacarıqların yaradıcı tətbiq edilməsi üçün,müxtəlif kitab, ensiklopediya və ya internet vasitəsilə qədim rəssam və onun təsvirləri haqqında məlumatları araşdırmaq. Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadə və onun yaradıcılığı haqqında məlumatlarla tanış olmaq, yaradıcılığının ən maraqlı və yaddaqalan hadisələri haqqında danışmaq.
Qiymətləndirmə
Qruplar
Dinləmə
Əməkdaşlıq
Rəssam haqqında məlumat verməkdə çətinlik çək
Sadə və rəngli karandaşlarla təbiətin təsvirini müəllimin köməyi ilə yaradır
Sadə və rəngli karandaşlarla təbiətin gözəlliklərinin təsvirini yarad
Səttar Bəhlulzadənin “Cıdırdüzü” əsərində rəngləri ayırır və adlandırır.
I
II
III
IV
Ev tapşırığı
Müşahidə edilən təbiət mənzərəsini təsvirini sulu boya ilə çəkmək..