Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti
Kafedra – Pedaqoji
Fakültə - Riyaziyyat
İxtisas – Riyaziyyat müəllimliyi
Qrup – R19.2
Kurs – II
Semester – II
Fənn – Pedaqogika
Tələbə - Əliyev Rəşad
Müəllim – Cabbarova Könül
Sərbəst işin mövzuları
Pedaqoji cərəyanlar
Dərsliklərin tərtibinə qoyulan tələblər
Təlim prosesinin müasir növlərinin üstünlükləri və nöqsanları
Məktəb, ailə və ictimaiyyətin əlbir işi
Kompüter vasitəsilə təhsil – tərbiyə işləri
Valideynlər arasında pedaqoji maarifləndirmə
Sinif saatı
Sinif rəhbərinin tərbiyəvi iş planı
Dünya görüşünün formalaşdırılması
İdarəetmədə məktəbdaxili nəzarət və tənzimləmə
Sərbəst iş №1
Təlim prosesinin müasir növlərinin üstünlükləri və nöqsanları
Müasir təlimin əsas vəzifəsi demokratik ruhlu, müstəqil düşüncəli, yüksək bilik və bacarıqlara yiyələnmiş gənc nəslin tərbiyə olunmasıdır. Bunun üçün tədris prosesində yeni təlim texnologiyalarından istifadə zəruridir. Bu gün təlimdə yeni texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyətinin yüksəldilməsi hər bir müəllimin arzusudur və hər birimiz buna çalışırıq.
Fəal təlimə əsaslanan müasir dərsin mahiyyətini düşünmə, öyrənmə və danışma təşkil edir. Metodik ədəbiyyatlarda müasir dərsin strukturu 7 mərhələdən (motivasiya, problemin qoyuluşu, tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirəsi, nəticə və ümumiləşdirmə, yaradıcı tətbiqetmə, qiymətləndirmə) ibarət göstərilsə də, əslində bu 3 mərhələni özündə ehtiva edir: öyrənmə, tətbiqetmə, dəyərləndirmə. Göründüyü kimi, 45 dəqiqəlik dərsin bütün mərhələlərində şagird fəaliyyətdədir. Bu zaman o, həm yazılı, həm də şifahi fəaliyyət göstərir.
Hər bir fənn üzrə proqramda (kurikulumda) fənnin xarakterinə uyğun fəaliyyət xətləri verilmişdir. Azərbaycan dili fənn proqramında (kurikulumunda) aşağıdakı fəaliyyət xətləri nəzərdə tutulmuşdur.
- Problemin həlli;
- Mühakiməyürütmə və əsaslandırma;
- Ünsiyyət;
- Tədqiqetmə;
- Tətbiqetmə.
Qeyd edilən fəaliyyətlər məzmun standartlarında öz əksini tapır.
Məzmun standartlarının gerçəkləşdirilməsi zamanı şagird araşdırır, mühakimə yürüdür, münasibət bildirir, fikirlərini əsaslandırır, öyrəndiklərini tətbiq edir və bütün bu fəaliyyətlər həm yazılı, həm də şifahi formada yerinə yetirilir.
Müəllim təlim prosesində müzakirə, rollu oyun, ziq-zaq, karusel, klaster, plan tərtibi, dinlənilmiş mətnlərin şifahi təhlili, dinləmə materialları üzrə müsahibə və s. üsullardan istifadə etməklə şagirdləri axtarışa, problemi həll etməyə sövq edə bilər.
Mən də bir ibtidai sinif müəllimi kimi təhsilimizdəki yenilikləri, yeni təlim texnologiyalarını, kurikulumun tələblərinə cavab verən meyarları öz fəaliyyətimdə tətbiq etməyə səy göstərirəm. İnteraktiv təlim metodlarının, fənn kurikulumlarının tətbiqi ilə bağlı keçirilmiş bir çox kursların dinləyicisi olmuşam.
Öyrəndiyim bu yeniliklərdən daim dərslərimdə istifadə edirəm. İş təcrübəmə əsasən deyə bilərəm ki, istifadə etdiyim yeni metodlar şagirdlərdə idrak fəaliyyətinin, müstəqil mütaliə qabiliyyətinin, hər hansı hadisəyə tənqidi yanaşa bilmək kimi müsbət cəhətlərin inkişafına stimul verir. Fəal təlim metodları ilə aparılan dərslərin şagirdlərin sevincinə, marağına səbəb olduğunun şahidiyəm.
Mən müəllim-şagird münasibətlərinin düzgün qurulmasına da xüsusi diqqət verirəm. Çünki bu münasibətlərin şagirdlərin təhsilə marağının artırılmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyəti vardır. Pedaqoji fəaliiyyətin belə əməkdaşlıq əsasında qurulması hər bir şagirdin intellektual imkanlarını, meyil və maraqlarını daha düzgün aşkara çıxarmağa imkan verir. Həmçinin mən hər bir şagirdin nə ilə maraqlandığını öyrənir, onun qabiliyyətinin, istedadının düzgün istiqamətləndirilməsinə, eyni zamanda inkişaf etdirilməsinə kömək etməyə çalışıram. Bu cür münasibət uşaqda özünə inam hissi yaradır. Şagird öz bacarığını, nəyə qadir olduğunu ürəklə nümayiş etdirməyə çalışır.
Təlimdə keyfiyyət əldə etmək üçün şagirdlərin psixoloji xüsusiyyətlərini dərindən bilmək xüsusilə vacibdir. Doğrudan da, düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artırılmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirlərin fəallığına, kollektiv şəkildə işləmələrinə istiqamət verir, şərait yaradır. Şagirdlərə bu cür yanaşma onların qrup işi zamanı da səmərəli əməkdaşlıq etməsinə müsbət təsir göstərir.
Müasir tədris zamanı texniki vasitələrdən istifadə təlimin məzmununu daha da zənginləşdirir. Belə ki, kompüterdə Microsoft Power Point, Microsoft Word, Activİnspire, Bandicam proqramlarından istifadə etməklə rəngarəng dərs nümunələri hazırlamaq mümkündür. Bu cür qurulmuş dərslər şagirdlər tərəfindən maraqla qarşılanır və asan mənimsənilir.
Fəal təlimdə dərs motivasiya ilə başlanır. Hər bir dərsdə qoyulan motivasiya şagirddə maraq oyatmaqla bərabər, onu düşündürür, idrak qabiliyyətini yüksəldir, daha fəal olmağa sövq edir.
Tədqiqatın aparılması zamanı vaxt təyin edirəm və zaman ölçüsü kimi müxtəlif vasitələrdən - müxtəlif saat növlərindən, usaq musiqilərindən istifadə edirəm. Vaxtın qoyulması şagirdlərdə məsuliyyət yaratmaqla bərabər, onları vaxtdan səmərəli istifadəyə istiqamətləndirir.
Məlumat mubadiləsi zamanı qrup lideri məlumat verir. Hər qrupun verdiyi məlumat bütün qrup üzvlərinin geniş məlumatlandırılmasına səbəb olur. Onların yaddaşına yeni məlumat daxil olur. Hətta bu zaman şagirdlər yoldaşlarının səhv fikirlərini düzəltməklə yeni fikrə gəlirlər.
Dərslərdə İKT-nin imkanlarından, xüsusilə də interaktiv lövhədən geniş istifadə olunması tədris prosesini daha da yaddaqalan, maraqlı etməklə yanaşı, təhsilin keyfiyyətinin yüksəlməsinə, sərbəst işlərin çoxalmasına, öyrənməyə marağın artmasına zəmin yaradır.
İnteraktiv lövhə ilə iş zamanı şagirdlərin onun imkanlarına olan ilk reaksiyası onlarda özünü aydın büruzə verən coşğunluğun, ruh yüksəkliyinin yaranmasıdır. Bir toxunuşda lövhədə baş verən dəyişikliklərin belə effektli olması dərsə olan həvəsi birə-beş artırır.
Təhsil müəssələrində tədris prosesində yeni təlim texnologiyalarının tətbiqi, dünya təhsil sisteminə inteqrasiya məsələlərinə ciddi yanaşılır. Təhsilin keyfiyyəti tək şərt deyil, həm də prosesdir. Keyfiyyətli təhsil prosesinin əsas tərkib hissələrindən biri dərsin təşkilidir: onun mərhələləri, təlimin forma, üsul və metodlarıdır; onun qurulması optimal düzgün həllinin tapılmasıdır.
Müasir dərsdə müəllim hər bir uşağı görür, onun potensialından maksimum istifadə edir. Müasir dərs bütün iştirakçıların qarşılıqlı inam və etibarı əsasında canlı ünsiyyətdir. Dərs nəinki müəllimin, həm də şagirdin yaradıcılığının nəticəsi olur.
Fəal dərsin səmərəliyini artırmaq üçün ən mühüm şərtlərdən biri dərsin planlaşdırılmasıdır. Fəal dərsin yaradıcı xarakterinə baxmayaraq, onun uğuru dərsin bütün mərhələrinin öncədən "ölçülüb-biçilməsi” sindən asılıdır.
Planlaşdırma təlimin məqsədlərinin müəyyənləşməsindən başlanır.
Təlim məqsədlərinin bir neçə təsnifatı mövcuddur:
1.Müəllimin fəaliyyətinin xarakteri üzrə: öyrədici, inkişafedici, tərbiyəedici;
2. İdrak sahəsində əldə olunan nəticələrinin səviyyəsi üzrə;
3. İdrak prosesinin səviyyəsi üzrə hafizənin və təfəkkürün müxtəlif növləri (məntiqi, tənqidedici, yaradıcı)
Müəllimlərin çox zaman təlimin məqsədlərinin müəyyən edilməsinə əhəmiyyət vermirlər və ya onu etməyi bacarmırlar. Onlar təlimin məqsədi kimi yalnız öyrədici məqsədlər müəyyən edirlər. Lakin inkişafedici və tərbiyəedici məqsədlər isə kölgədə qalır və müəllim fəaliyyətini istiqamətləndirmir. Təlim məqsədlərini müəyyən edərkən müəllim aşağıdakı amilləri nəzərdə tutmalıdır:
Ədəbiyyat siyahısı
Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu Bakı: Hüquq ədəbiyyatı. 2009.
Azərbaycan Respublikasının ümumi orta təhsilin dövlət standartları. Azərbaycan təhsil siyasəti (1998 – 20054) I kitab. Bakı:Çaşıoğlu, 2005.
Hüseynzadə R.L.Tərbiyəvi iş və onun metodikası. Bakı:ADPU, 2012.
Dostları ilə paylaş: |