Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə1/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   18
FAMİL MEHDİ: ТƏRCÜMEYİ-HALIM (sәnәdli roman-xatirә)
Azәrbaycan Respublikası Elmlәr Akademiyası Nizami adına Ədәbiyyat İnstitutu adından başqa qәlәm yoldaşlarım kimi mәnә dә tәrcümeyi-halımı yazmağım, hәm dә standartçılıqdan uzaq, mühitim, yaradıcılığımla әlaqәli bir tәrzdә yazmağım tәklif olunub. Nә vaxtdır fikirlәşirәm: nә yazım? Haradan başlayım, harada qurtarım? Hәm dә hәyat vә yaradıcılığımda qeyri-adi nә olub ki? Mәnim hәyatım yaşıdlarımın keçdiyi yoldan elә bir şeylә fәrqlәnirmi?! Əgәr fәrqlәnmirsә, bunun kimә xeyri ola bilәr?
Bu suallar әtrafında düşündükcә müxtәlif illәrdә yazdığım şeir vә poemadan misralar yadıma düşür:
Deyimmi әn uca dağda qar olar,

Yox, yox, mәn nə dağam, nә saçlarım qar.

Əksinә, dondurub bәzәn qar mәni,

Sadә bir peşәdir mәnim peşәm ki.

Deyimmi әmәyim yaşadar mәni,

Axı bu dünyada neylәmişәm ki?

Nә şәhәr salmışam, nә dә bağça-bağ,

Adi bir medal da almamışam mәn.

Dünyada tәsәllim budur ki, ancaq

Bir gün dә zәhmәtsiz olmamışam mәn.

Qәlbim hәr baxışda bir mәna duyub,

Evsizә otaq da tikmişәm bәzәn.

Evdә uşağımın dәrdini qoyub

Dünyanın dәrdini çәkmişәm bәzәn.


Deyirlәr saçların ağarır yaman”
Vә ya:
Xeyir dә bilmәrik, şәr dә bilmәrik,

Gecәli-gündüzlü axtarış-fikir.

Bәlkә dә doyunca deyib-gülmәrik,

Kimi başa düşür, kimi düşmәyir.


Ölәn söz yerinә әlәkdәn dә keç,

Qorxma, silkәlәnib uçmaz dağımız.

Bәzәn özümüz dә bilmәyirik heç

Nәdir bu dünyada axtardığımız.


Axtara-axtara ad çıxarırıq,

Köksümüzdә yanır, üşüyür ürәk.

Axtara-axtara saç ağardırıq

Hamar yollarda da töyşüyür ürәk.


İlham әmr elәyir,

durub qul kimi.

Əmrini yerinә yetiririk biz.

Axtara-axtara salıb pul kimi

Bir ömrü yollarda itiririk biz.
Axtara – axtara...”
Yaxud:
Mәnimçün aprelin biridir hәr gün,

Mәnimçün aldatma günüdür hәr gün.

...Gah Bakı külәyi aldadır mәni,

Gah Şәki dәllәyi aldadır mәni.

Bir molla aldadır moizәsilә,

Bir “kәllә” aldadır mәruzәsilə.

Hәqiqәt әmr edir: susma, üzә dur,

Uyma bu dünyanın hәr avazına.

Ümid uşaq kimi konfet uzadır,

Almaq istәyirәm qoyur ağzına.

Belәcә zamanla gәlib döş-döşә,

Belәcә talelә verib baş-başa

Aldana-aldana yaşayıram mәn,

Aldada-aldada yaşayıram mәn.

Bircә sevinirәm ki,

Bircә öyünürәm ki,

Mәnimlә içimdә yaşayır inam.

Mәnimçün aprelin biridir hәr gün...”


Bu misralar da yadıma düşür:
Özüm dә özümә deyirәm: “Əhsәn!”

Nә olsun, dünyada öyrәncәliyik.

Bu da bir hünәrdir: mәrd-mәrdanә sәn

Oynayıb,


içindә özündәn böyük

Dәrd oynadasan,

Dәrd oynadasan.

“Bitәrәf zona”

Hәmçinin dә:
Nә var kәmәr qurşamağa,

Özü üçün yaşamağa.

Doğuldum dәrd daşımağa

Ürәkdә dәrd ölәrәm.


Mәrd söylәdik namәrdә biz,

Allah, dözdük bu dәrdә biz.

Bir gözümdә ana Тәbriz

Birindә Dәrbәnd ölәrәm.


Köçüb getdi çox yaşıdım,

Mәn dә әllini aşıdım.

Bu dünyada mәrd yaşadım

Ölәndә dә mәrd ölәrәm.


Bu misralar arasında bütün keçdiyim yol, sevincli-kәdәrli, iztirablı, sarsıntılı günlәrim gәlib göz önümdәn keçdi. Bir daha hiss etdim ki, şeirlәrim mәnim tәrcümeyi-halımdır. İnamımdır, mübarizәmdir, mәğrurluğumdur, hünәrimdir, canıyananlığımdır, hәm dә qorxaqlığımdır, zəifliyimdir, arxasızlığımdır, kimsәsizliyimdir. Elә buna görә dә belә qәrara gәldim ki, tәrcümeyi-halımı yazım. Qoy onlarca müasirim-dostlarım, tanışlarım, qәlәm yoldaşlarım yazdıqlarımın sәmimiliyinә, yaxud qeyri-sәmimiliyinә şahid olsunlar, yalanım varsa, açıq desinlәr, mәni mәzәmmәt etsinlәr, lap sәnәtin müttәhimlәr kürsüsünә çәksinlәr. Mәn hәqiqәti yazacağam. Əgәr bәzi sözlәrim özünütәrif kimi sәslәnsә, qeyri-tәvazökarlıq kimi görünsә, bәri başdan üzr istәyirәm. Ömrüm boyu gәldiyim nәticәlәrdәn biri dә budur: qeyri-tәvazökarlıq pis sifәtdir, ancaq hәddәn artıq tәvazökarlıq da bir şey deyilmiş?
Nә isә, keçәk әsl mәtlәbә.
1934-cü ildә Ağdamın Sarıhacılı kәndindә doğulmuşam. Sarıhacılı kәndi Ağdamın yuxarı qapısı hesab olunur. Şuşaya gedәn yolun üstündә yerlәşir. Artıq şәhәrә bitişmәkdәdir. Bir otaqdan ibarәt ata evimizin baş pәncәrәsi düz Qarabağ dağlarına baxır. İsti yay gecәsindә pəncәrәni açanda yorğansız yatmaq olmur. Hәm dә külәk, sәrin meh dağların, yamacların, bağların gül-çiçәyinin әtrini evimizә doldurur. Kәndimizi bölüb axan Kötәl çayı da hәmin dağlardan başlayıb gәlir. Son vaxtlar bədxah qonşular çayın suyunu nasoslarla göllәrә qaldırdığından, demәk olar, quruyub. Bununla da kәndin sanki bütün gözәlliyi itib. Doqulduğum gün kәnd kitabında qeyd olunmayıb. Anam da dәqiq bilmir. Onun yadında qalan “doğum günümü” sonralar şeirimdә belә ifadә etmişəm:
Haçan doğulmuşam?

Bilmirәm hәrdәn

Anam belә deyir söhbәt düşәndә:

Yaxşı yadımdadır, doğulmusan sәn



Gilas sovulanda, tut yetişәndә.
Hәr halda doğulduğum tarix belә qәbul olunub: 25 dekabr 1934-cü il.
Atam Ağalar Mehdi hәmin kәnddәndir. Keçәn әsrin axırlarında anadan olub. Тәxminәn yetmiş beş il yaşayıb. Mehdi babamın at ilxısı bütün Qarabağda adla deyilib. Bir az zoru da olub.
Ağsaqqallardan eşitdiklәrimdәn: 20-ci illәrin söhbәtidir. Mehdi kişi bazara çıxıbmış. Görür hökumәtin on-on iki rusu düşüb yerli adamların üstünә döyür. Mehdi bunu görәn kimi hövsәlәdәn çıxır. Sırıqlısını çıxarır sol qoluna dolayıb bәlgә elәyir: “Ə, köpәk oğlunun urusu, gәlib burda hәlә bir qoçuluq da elәyәcәksәn”- deyә tüpürüb çomağa, cumur urusa- nә yemisәn turşulu aş. Başı yarılan kim, qolu sınan kim. Hamısını şil-şikәst elәyir. Тökülüb rusu onun әlindәn güclә alırlar. Ancaq kişini dә tutub aparırlar. Uzun çәk-çevirdәn sonra birtәhәr qurtarırlar, qoymurlar tutub sürgün elәyәlәr.
Atamın anası Əziz Hüseynbәy qızı qonşu Seyidli kәndindәndir. Yazıçı Süleyman Sani Axundov, Kәrbәlayı Qasım uşağı nәslindәndir. Mәn Süleyman Sani Axundovun haqqında da ilk dәfә atamdan eşitmişәm. Hәr iki kәndin әhalisinin әksәriyyәti qohum-әqrәbadır. Mәn gözümü açandan ilk diqqәtimi cәlb elәyәn ağsaqqallar, ağbirçәklәr olub. Allahverәn babamı, Mәşәdi Mәmmәd, Alı babaları, mәn görmәmişdim. Ancaq eşitdiyimә görә Qarabağda sayıb-sayılan kişilәrdәn olublar. Mәnim gördüklәrim içәrisindә Əliş bәy, Əsgәr әmim hәqiqәtәn el ağsaqqaları idilәr. Bir sözlәri iki olmazdı. Onların hәr sözü yazılmamış qanun idi.
Atam savadsız idi. Adını belә yaza bilmirdi. Ancaq camaat arasında hörmәti vardı. Elә buna görә dә uzun müddәt kolxoz sәdrinin müavini, briqadir vәzifәlәrindә işlәmişdir. Haqq-hesabını çox vaxt evdә böyük qardaşım Fikrәt vә mәn aparırdıq. Kimin nә hәcmdә iş gördüyünü yadında saxlayırdı. Sülh adamı idi. Qan düşәndә çağrılanlardan biri dә atam olardı... Küsülülәri barışdırardı. Atamın sözü ilә adamlar daha çox hesablaşır, işә can yandırırdılar. Atam onları qәddar adamlardan, insafsız başçılardan qoruyurdu. Dәhşәtli dәrәcәdә qanunpәrәst idi. Kolxoz bağından bir salxım üzüm gәtirmәyimizә razı olmazdı.
Maarifә böyük marağı vardı. “Dana-buzov dalına düşdük, vaxtında oxumadıq”, deyirdi. Bizi mәcbur edirdi ki, dәrsә fikir verәk vә müntәzәm qәzet oxuyaq. Hәr gün qәzet aldırıb gәtirdәr, bütün yazıları bizә oxudar, özü dә diqqәtlә qulaq asardı. Başa düşmәdiyi yerlәri tәkrar oxutdurardı. Hökumәtdәn narazı idi. “Var-dövlәtimizi әlimizdәn alıb bizi lüt qoydu” deyirdi. 37-dә qohum-әqrәbadan günahsız tutulanlar gözünün odunu qırmışdı. Hәmin illәrdә bir müddәt Әliabad rayonunda işlәyәn qohumunun yanında daldalanmışdı. Evimizdә radio yox idi. Stalinin ölümünü gәlib ona xәbәr verәndә tutuldu vә yavaşcadan dedi: “Bala, heç harda danışma, birdәn yalan olar bizi dolaşdırarlar.”
Atam cavanlıqda möhkәm atbaz olub. Özü nağıl edir: - Dünyanın yaraşığı bir atımız vardı. Bir gün İldırımbәy (atamın ana tәrәfdәn qohumu, M.C.Bağırovun yaxın dostlarından biri) sifariş göndәrdi ki, Mir Cәfәr Bağırov Ağdama gәlir. Atı gәtir. Hәm sevindim, hәm dә bәrk qanım qaraldı. Eşitmişdim ki, Bağırov da atbazdır. Dedim o, atı görsә, xoşu gәlәcәk, geri qaytarmayacaq. Ancaq İldırım bәyin dә sözündәn çıxmaq olmazdı. Atı aparıb verdim, amma yarı canım onun yanında qaldı. İki-üç gündәn sonra İldırım bәy xәbәr göndәrdi ki, gәlsin atı aparsın. Öyrәndim ki, at Bağırovun çox xoşuna gәlib. Amma deyib ki, qaytarmamaq kişilikdәn olmazdı.
Ailәdә 6 nәfәr olmuşuq: atam, anam, dörd uşaq. Böyük çәtinliklәrlә qarşılaşmışıq. Xüsusilә müharibә illәrindә. Hәmin illәrdә Karyaginin (Füzulinin) taxılı olmasa, bәlkә bütün Qarabağ camaatı batardı. Hәftәdә, on gündә bir adamlar atlanıb Karyaginә gedәr, olan qızıl-ğümüşünü, paltar-palazını, gәbәsini buğdaya, arpaya dәyişib gәtirәrdi. Bizdә dә belә idi. Hәm dә kasıb qohum-әqrәbaya, kәnd adamlarına әl tutmaq lazım gәlirdi. Adamlar pencәr yemәkdәn şiş әmәlә gәtirmişdilәr. Әziz nәnәm bizimlә bir yerdә qalırdı. Onun da inәyi, camışı sağılırdı. Sәhәr-sәhәr sağıb növbәyә dayanan әlsiz-ayaqsızlara verir, aparıb südә bir az un çalır, yaxud pencәr töküb pörtlәdir vә yeyirdilәr.
Kәnddә bir ailә vardı. Vaxtilә rayonda rәhbәr işlәrdә işlәyirdilәr. Obadan aralı gözәl daş ev tikdirmişdilәr. Darvazalarının başına qızıl ulduz vurulmuşdu. İşә faytonla gedib-gәlәrdilәr. Camaata o qәdәr qaynayıb-qarışmazdılar. Müharibә vaxtı kişilәr cәbhәyә getdi. Ailә üzvlәri hara isә köçdü. Yalnız bir qadın üç uşağı ilә qalmışdı. Evdә nә vardısa satmışdılar, dilәnçi kökünә düşmüşdülәr. Biz obadan aralı, camaatdan uzaq, hәmin evin yanında qoyun-quzu otaranda bәzәn uşaqlar çıxıb yanımıza gәlәrdilәr. Cibimizdәki әl boyda çörәyi onlarla bölüb yeyәrdik. Bir neçә gün uşaqlar görünmәdi. Gedib pәncәrәdәn baxdıq gördük ki, ana da, uşaqlar da yan-yana uzanıblar. Çağırdıq cavab vermәdilәr. İçәri keçdik. Mәlum oldu ki, uşaqların üçü dә acından-xәstәlikdәn ölüb. Ana isә sağdır. Qaçıb kәnd qocalarına xәbәr verdik. Üçünü dә arabaya qoyub yaxın tәpәnin döşündә bir yerdә basdırdılar. Belә bir vaxtda atam bәzәn öz gödәkçәsini, hәtta ayağımıza iri olan çarığını bizә geyindirir, dәrsdәn qalmağa qoymurdu... Boğazının yeganә isti şәrfini açıb mәnә vermişdi ki, apar mәktәbdә qızıl orduya yardıma yazdır. Mәn dә aparıb yazdırmışdım.
Elәdiklәrini heç vaxt üzümüzә vurmazdı. Yalnız bir söz deyәrdi: “Ata olarsınız, özünüz bilәrsiniz ki, ata nә demәkdir.” Hәrdәn axşam bizi oturdub öyüd-nәsihәt verәrdi vә mәcbur edәrdi ki, dәftәrә yazıb әzbәrlәyәk. Hәmin nәsihәtlәrdәn: “Hәr adamla dostluq elәmәyin. Elәyәndә axıra kimi elәyin. Әlinizdәki bir tikә çörәyin kәsib çoxunu dostunuza verin, azını özünüz götürün.” “Bir yerә qonaq gedәndә özünüzü qaydaya salın ki, gecә yarı demәyәsiniz: “İtinizin qabağına durun, su başına gedim”.

Çox istәyirdi ki, kәnddә hamımızın ayrıca evimiz, qapı-bacamız olsun. Etirazımızı belә bir misalla dәf etdi: “Külәk әsәcәk alma ağacından alma yerә düşәcәk. Uşaqlarınız bu bir almanın üstündә dalaşacaq. Sonra arvadlarınız dalaşacaq. Sonra özünüzün aranız sәrinlәyәcәk.” Mәnә torpaq sahәsi götürdü. Son vaxtlar göz xәstәliyinә tutulmasına, pis görmәsinә baxmayaraq gözәl bir bağ saldı. Ölüm ayağında iki şey arzuladı. Birincisi dedi ki, öz suyumuzdan (Kötәl çayının suyunu nәzәrdә tuturdu. Axır vaxtlar daha çox mineral su içirdi) içmәk istәyirәm. İkincisi dedi ki, mәn hәlә bağ salacaqdım, ağac әkәcәkdim. Kötәlin suyundan içmәsi ilә dünyasını dәyişmәsi bir oldu. Mәn sonralar onun xatirәsinә vә nәvәlәrinin torpağa bağlanması üçün orada ev tikdirdim. Atamın son sözlәri dә ürәyimdә şeirә çevrildi:


Yorub yollar gәldim qışın qarında,

Öpüb qucaqladım üzünә baxdım.

Titrәdi son sözü dodaqlarında:

“Ağac әkәcәkdim, bağ salacaqdım...”

Böyüdü Qarabağ,

uzandı bağlar,

Sularda güzgütәk özümә baxdım.

Sanki pıçıldadı mәnә dalğalar:

“Ağac әkәcәkdim, bağ salacaqdım...”

“Ağac әkәcәkdim, bağ salacaqdım...”


Son vaxtlar öz-özünә şeir deyirdi. Şeirdә Şuşanın, Meydanın, Qırxqızın, Dәlidağın, İsa bulağının, Kirs dağının adını çәkirdi. “Sәn yaylaqlarımızdan, dağlarımızdan yazmırsan, ona görә mәn yazıram...”- deyә zarafat edirdi. Bir dә bu misraları tez-tez xatırlayırdı:
Ömür keçdi, gün keçdi,

Cavan olmaram bir dә mәn.


Kitablarımdan birinin adını “Ömür keçdi, gün keçdi” qoydum. İstәdim ki, ilk vәrәqindә yazım ki, “Atamın әziz xatirәsinә.” Tәәssüf ki, qoymadılar. Pozdular. Atam haqqında yazdığım şeirin dә uzun illәr çapına icazә verilmәdi:
Әlimdә gül dәstәsi,

Gözlәrimdә dünyanın

Dәrdi-qәmi, qüssәsi...

Mәzarın da adidir,

Sәnin özünә oxşar.

Nә mәrmәrdәn başdaşın,

Nә dә bir abidәn var...

...Düşünürәm: dünyada

Bәzәn su da insanın

Canına od salarmış

Bir insan hәyatının

Adiliyi dә bәzәn

hәtta bir nәslin belә

Faciәsi olarmış!


Niyә rәis olmadın,

Niyә nazir olmadın?

Niyә böyüklәrlә sәn

Oturmadın, durmadın?

...Sәn niyә vәzifәdәn

Vəzifәyә keçmәdin?

Özünә dost-tanışlar,

Arxadaşlar seçmәdin?

Nahaq seçmәdin, nahaq?.

Mәgәr bilmәdin bәzәn

Vәzifәylә ölçülür

İnsanlıq vә kişilik,



Mәrifәt vә qanacaq...
Atamın ömrünün son vaxtları mәnim aspirantura illәrimә, onun mәslәhәti ilә ailә qurduğum vә ilk uşağın- Şamilin dünyaya gәldiyi günlәrә, әn başlıcası isә müdafiә etdikdәn sonra ağır xәstәliyim vaxtına düşür. Ona görә dә heç bir kömәklik göstәrә bilmәdim. Yeri gәlmişkәn, hәmin ağır günlәr haqqında, namizәdlik müdafiәsi әrәfәsindә, qışın qarlı-şaxtalı bir günündә xәbәr gәldi ki, kişinin vәziyyәti çox ağırdır. Yolları qar basdığından avtobuslar işlәmirdi. Birtәhәr Şamaxıya gәldim. Raykomun birinci katibi işlәyәn qohumum Rәşidin maşınını alıb yola düşdüm. Dәfndә iştirak etdim. Bir neçә gün qalıb geri qayıtdım.
Müdafiәyә bir hәftә qalmış ürәyimdә şiddәtli ağrı başladı. Azәrbaycanda hamının “Loğman” deyә çağırdığı yazıçıların hәkimi Veyisov gәldi. Baxdı, dәrman yazdı vә dedi: “Tәrpәnmәk olmaz. Sakit uzanmalısan...” Hәr gün dә gәlib baş çəkirdi.
Vaxt yaxınlaşırdı. Universitetdәn zәng edir, gәlir, әhvalımdan xәbәr tuturdular. Müdafiәni başqa vaxta keçirmәk istәyirdilәr, qoymadım. Müdafiә günü dedim paltarımı verin, geyinirәm. Dedilәr olmaz. Rayondan gәlmiş qohumların, evdә ailә üzvlәrinin heç kimin sözünә baxmadım. Geyindim, mәni taksiyә oturdub universitetә gәtirdilәr. Pillәkənləri necә çıxdım, allah bilir. Elmi şura üzvlәri dilxor idilәr. Sәdr professor Әlövsәt Abdullayev (allah rәhmәt elәsin) başqa mәsәlәlәri dayandırıb müdafiәyә başladı. Ürәk döyüntüsü nәfәs almağa belә aman vermirdi.
Elmi şura üzvlәrinin razılığı ilә çıxışımın mәtnini şair Xәlil Rza oxudu. Xәstә olduğum günlәrdә tez-tez yanıma gәlirdi. Hәtta çıxışımın mәtninin hazırlanmasına da kömәk etmişdi. Müdafiә bir tәhәr keçdi. Evә qayıtdım. Deyirlәr Veyisov eşidәndә ki, mәn ayağa qalxmışam iki әli ilә başını tutub: “Evә salamat qayıtmayacaq.” Amma allahın kömәkliyi ilә qayıtdım.
Ancaq sәhәr Veyisovun tәkidi ilә mәni xәrәyә qoyub xәstәxanaya apardılar. Tәxminәn beş ay xәstәxanada qaldım. Daha dәrmanın heç bir kömәyi olmadı. Ürәk döyünmәsini hәtta saymaq belә mümkün olmurdu. Professor Cahangir Abdullayev bir dәfә Mәrdәkanda xәstәxanada mәnә baxandan sonra dedi: “Köpәk oğlunun cavanlığı gör nә demәkdir ey. Yaşlı adam olsaydı, bu döyüntüynәn ürәk çoxdan partlayardı...
Bu uzun әhvalatdır. Tәfsilata varmaq istәmirәm. Ancaq onu deyirәm ki, beş ay xәstәxana hәyatından sonra Veyisov mәnә dedi: “Famil, sәnin dәrdinin dәrmanı vәtәnin havasıdır. Dәrman sәnә kar elәmir. Gәl sәn xәstәxanadan çıx, get әvvәl Ağdama, bir neçә gün qalandan sonra çıx Şuşaya. Hәr şey düzәlәcәk. İstәyirsәn dilimdәn kağız verim.” Tәәccüblәndim: necә yәni Şuşa? Ürәk xәstәliyi hara, Şuşa yüksәkliyi hara? Ancaq o mәni inandırdı. Hәqiqәtәn Şuşada iki ay әrzindә hәr şey qaydasına düşdü. İndi bu cümlәlәri yazıram, yenidәn ürәyim ağrıyır. Axı bu gün Ağdam da, Şuşa da düşmәn әlindәdir...
Belә bir vaxtda, açığını deyim ki, uşağa süd almağa belә pulumuz olmadığı bir zamanda mәn ata-anaya necә kömәk edә bilәrdim? Hәlә o günlәrdә bu dәrdimin üstünә dәrd gәtirirdi. Bir az babatlaşandan sonra ünvanı yazıb cibimә qoyurdum (hәr ehtimala qarşı bir şey olsa, bilsinlәr kimәm) vә universitetә gedib-gәlirdim. Burada bir gün üzümә açıq dedilәr: “Sәnә işlәmәk olmaz. Tәqaüd düzәltmәk lazımdır.” Bu söz mәni yenidәn dәrdә saldı. Ancaq özümdә cәsarәt tapdım. Özümü sağaltdım. Universitetin rektoru Mehdi Әliyev (allah rәhmәt elәsin, ideal insan idi) bütün 1965-ci ili işsiz qaldığımı eşidib mәni yanına çağırdı. Jurnalistika kafedrasına baş laborant vәzifәsinә işә götürdü. Az sonra müәllim, baş müәllim... Doktorluq dissertasiyası da yazdım. Şeir kitabları da çap etdirdim...
Mәn bu cümlәlәri atam qarşısında günahımı yumaq üçün yox, keçdiyim yolun bu dәhşәtli günlәrini xatırlatmağı lazım bildim. Sonradan keçirdiyim iztirablar hamısı ürәyimdә misraya çevrildi. Bir dә demәk istәyirәm: iradә yaman şeydir. İnsan prinsipiallıq göstәrsә, özündә cәsarәt tapsa, hәtta ölümә dә qalib gәlә bilәr.
Anam haqqında. Anam Şövkәt Hәşim qızı Ağdamın Sarıhacılı ilә qonşu Әhmәdavar kәndindәndir. Hacı Sadıq oğlu Hәşimin qızıdır. Babam dövlәtli olub. Su dәyirmanları bu son vaxtlara kimi Kötәl çayı üstündә işlәyirdi. Kәnddә әn yaxşı ev babamgilin evi olub. İkimәrtәbәli. Sütunlar üstündә. Dörd tәrәfi açıq eyvan. Binanın iki tәrәfindәn yuxarı qalxmağa daş pillәkanlar.
Hacı Sadıq babam da maarifpәrvәr adam olub. Oğlu Rüstәm Avropa tәhsili alıb. Həşim babam isә tәsәrrüfatla mәşğul olub. Rüstәmbәy çox savadlı imiş. Neçә xarici dil bilirmiş. hәtta deyilәnә görә 20-ci ildә rus qoşunları Ağdama gәlib camaata ultimatum verәndә әhali adından irәli sürülәn sәrt tәlәbәlәrlә Rüstəmbәy çıxış edib. Oğlanları Müzәffәr vә Kәrişә dә kәnarda tәhsil aldırmışdır.
Sovet hökumәti gәlәndәn sonra babamın bütün var-dövlәtini, dәyirmanlarını əlindәn alırlar. Anam o illәri belә xatırlayır: hökumәt adamları evimizi mühasirәyә aldılar. Әli silahlı otaqlara doldular. Evdә nә vardısa әlәk-vәlәk elәdilәr. Yorğan-döşәklәri, yastıqları, mütәkkәlәri söküb yununu, tükünü yerә tökdülәr. Qızıl axtarırdılar. Divarların bәzi yerlәrini dә uçurub yerә tökdülәr. Evdә qiymәtli nә vardısa, hamısını arabalara doldurub apardılar. Atamı mәcbur etdilәr ki, pambıq әksin. Necә eksin? Atı, malı, öküzü, kotanı, arabanı-hamısını әlindәn almışdılar. İş görәnlәr dә qaçıb dağılmışdı. Etiraz elәdi, әkmәdi. Tutdular, iş kәsdilәr. Ştaba (Xan kәndi) göndәrdilәr. Amma çox çәkmәdi ki, buraxdılar.
O vaxt Nәriman (böyük dayım) artıq Bakıda oxuyurdu. Ağdama gәldi. Ailәni yığıb Bakıya apardı. Dedi “burda sizә gün-dirilik vermәyәcәklәr. Gözdәn uzaq olmaq lazımdır.” Bir neçә ildәn sonra babam Bakıda vәfat edib. Öz vәsiyyәti ilә Ağdamda Qarağacı qәbiristanlığında dәfn olunub.
Babamın evi o vaxtdan mәktәb olub. Yeri gәlmişkәn, deyim ki, mәn dә yeddinci sinfi babamın evindә- hәmin mәktәbdә bitirmişәm. Uşaq olsam da o illәrdә, hәmin mәktәbә dәrsә gedib-gәlәndә nәlәr çәkmişәm, allah bilir. Üstәlik, hiss edirdim ki, mәnә tәnә ilә baxanlar da var. Bütün bunlar ürәyimdә qәzәb vә nifrәtә çevrilirdi. Hәtta bir dәfә dalaşdığımı bәhanә edib mәni mәktәbdәn dә qovdular. Anamın işә qarışmağı ilә yenidәn bәrpa etdilәr.
Anam da atam kimi savadsız olub. Sәhhәti imkan verdikcә kolxozda işlәyib. Xәstә olanda kolxozda onun әvәzinә biz işlәmişik: arx çәkmişik, xәndәk qazmışıq, ağac dibi bellәmişik, alaq elәmişik vә s. Görünür, ata yurdunun dağıdılması ona bәrk tәsir etmişdi. Bunu tez-tez xatırlayır, hәyәcanlanır, kövrәlirdi. Üstәlik dә Bakıda tәhsilli qardaşı çox cavanikәn vәfat etdi. Digәr qardaşı Mәhәmmәd müharibә başlanan günü, hәlә 18 yaşı tamam olmamış könüllü orduya gedib. Yalnız bircә mәktubu gәlib...
Anam lap bu son illәrә kimi qardaşlarının sәliqә ilә tәmiz ağa büküb sandıqda saxladığı paltarlarını açıb qarşısına qoyar ağlayar, bayatı çağırar, ağı deyər, özündәn gedәrdi. Daşlaşmış әllәrini, barmaqlarını açıb, üz-gözünә, sinәsinә su sәpib güclә ayıldardılar. Çağırdığı bayatılardan:
Şirvanın yastı yolu,

Sel gәldi, basdı yolu.

Gәlirdim sәni görәm, ay qardaş,

Әzrayıl kәsdi yolu.


Çәpәrә çәpәr oldu, gәl,

Çәpərә quşlar doldu, gәl.

Beş aylıq gedәn, ay qardaş,

Beş ilin tamam oldu, gәl.


Anamla bağlı bu faktlar sonradan “Sәni gözlәyirәm” poemamın yaranmasına sәbәb oldu. Әri cәbhәdә hәlak olmuş, ömrü boyu yol gözlәyәn Azәrbaycan qadınının sәdaqәt vә mәhәbbәti burada әsas yer tutur:
Deyirәm çәpәrә çәpәr oldu, gәl,

Deyirәm çәpәrә quşlar doldu, gәl.

Üç aylıq sәfәrә ay gedәn oğlan,

Üç ilin, beş ilin tamam oldu, gәl.


Külәklәr bezikib izlәmәsә dә,

Gecәli-gündüzlü izlәrәm sәni.

Yarpaqlar tökülüb gözlәmәsә dә,

Gecәli-gündüzlü gözlәrәm sәni.


...Dәrdimi, sirrimi deyib dağlara,

Gözlәrәm sәni.

Saçlarım әlimdә baxıb yollara,

Gözlәrәm sәni.

Birini ağ hörüb, birini qara,

Gözlәrәm sәni.


Oxumağımızda anamın haqqı-sayı daha çoxdur. Hәr gün ağacı alıb әlinә, başımızın üstünü kәsdirir: “Oxuyun” deyirdi. Müharibәnin ağır günlәrindә kәndin bütün uşaqları mәktәbdәn çәkindilәr. Ancaq anam bizi qoymadı bir gün dә dәrsdәn qalaq. Hәtta tikә-tikә bölünәn çörәyin özünә düşәnini bәzәn yemir, sәhәr heybәmizә qoyurdu ki, sinifdә çörәk yeyәnin әlinә baxmayaq.
Bu haqda mәn “Bәs o gün nә yedin sәn?” adlı şeirdә yazmışam. Atamın köhnә paltarlarını söküb xalam Mәlәklә birlikdә bizә paltar tikirdi. Bizim tәhsilimizdә, xüsusәn ali tәhsilimizdә xalam Mәlәk Hәşim qızının böyük haqqı olub. Allah ona min rәhmәt elәsin. Biz qardaşlar, hәtta qohumlar tәlәbә vaxtı onun Mirzә Fәtәli döngәsi 7 nömrәli hәyәtdә darkeş otağında yaşayıb oxumuşuq. Onun әn ucuz qiymәtә aldığı әtdәn bişirdiyi supu, küftә-bozbaşı yeyib yaşamışıq, oxumuşuq.
Mәn bu cümlәlәri yaza-yaza qonşu otaqda anamın “ay allah”, “öldüm, allah”, “ah-uf” fәryadını eşidirәm. Bir yandan yaş, bir yandan da xәstәlik. Heç nә ona kömәk etmir: nә hәkimin mәslәhәti, nә gәlini Ofelya Qara qızının, nәvәlәri Yeganә vә Nәrimanın yastığının yanında dayanmaları, nә dә mәnim tәskinlikverici sözlәrim. Tez-tez Qarabağı xatırlayır. Nә demәk istәdiyini başa düşürәm. Ağır dәrddir: ana ağır xәstә, vәtәn, qәbiristanlığımız düşmәn әlindә.
Әslindә yuxarıda yazdıqlarım ata-anamdan çox özümә aiddir. Mәnim kimliyim, nә karəliyim haqqında çox söz deyir. Şeirimin mayasının haradan gәldiyini, fikir vә duyğularımın, hisslәrimin necә yaranıb-formalaşdığını müәyyәn dәrәcәdә açıb göstәrir. İndi dә özüm vә mühitimin tәrәflәri haqqında bir qәdәr әtraflı danışmaq istәyirәm.
Yuxarıda qeyd etdiyim kimi yeddinci sinfi Әhmәdavar kәnd mәktәbində bitirib Ağdam Pedaqoji Mәktəbinә daxil oldum. Bu mәktәbdә aldığım tәhsil, savad, bilik, mәlumat mәnim taleyimdә hәlledici rol oynadı. Oradakı polad intizamı, pedaqoji qayda-qanunu sonralar heç yerdә görmәdim. Kәnd mәktәbindә Müzәffәr Kәrimovun ciddiliyi, prinsipiallığı, tәlәbkarlığı çox xoşuma gәlirdi.
Yadımdadır, bir dәfә tarix dәrsinә hazırlaşa bilmәmişdim. Neft olmadığından lampamız yanmadı, işıqsız qalmışdıq. Sәhәr mәktәbә gedәndә evin taxtapüştünә çıxdım. Yekә bir şirin nar götürdüm. Heybәmә qoyub mәktәbә apardım. Müzәffәr müәllim sinfә girәn kimi aparıb stolun üstünә qoydum. Gözlәdiyimin tam әksi oldu. Jurnalda adları oxuyan kimi mәnә üz tutdu:- gәl dәrsi danış,- dedi. Ayağa qalxıb başımı aşağı saldım:- Bilmirәm.- dedim. Qapını açıb narı kolların arasına fırqıtdı... Maraqlı insan idi. İndi dә yaşayır.
Pedaqoji mәktәbdә isә әsl ziyalı, tәlәbәlәrlә sәmimi ünsiyyәt yaradan alicәnab müәllimlәrә rast gәldim. Ağsaqqallar İdris Әlimirzәyev, Kәrrar Mikayılov, Hacı Hacızadә, Әmir Әmirli, İsmayıl Ağayev, Süleyman Mәmmәdov, daha sonra Nәriman Qәhrәmanov, Hüseyn Әliyev, Әbdülәhәd müәllim, Alı vә Nuriyyә Rәhimovlar, Mahmud Çolakov. Bunlar hәqiqәtәn ziyalı idi. Bütün tәlәbәlәrә öz övladları kimi baxırdılar.
Onların sırasında Kübra Әliyevanı ayrıca qeyd etmәk istәyirәm. Kübra müәllimә onlara nisbәtәn çox cavan idi. Sözün hәqiqi mәnasında mәnә analıq, bacılıq edibdir. Allah, necә dә nәcib, hәssas, qayğıkeş insan idi. Azәrbaycan dilindәn dәrs deyirdi. Tәdris hissә müdiri idi. Mәni dә yanında işә götürmüşdü. Yadımdadır, bir dәfә bir dәstә bәnövşә yığdım. Sәhәr-sәhәr üstünә әtir çilәyib mәktәbә gәtirdim, sevimli müәllimimә verdim. Tәşәkkür etdi, iylәyәn kimi dedi: “Unutma ki, Qarabağ bәnövşәlәrinin iyi dünyanın әn gözәl әtrinin iyindәn dә gözәldir.”

: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə