Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə14/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18
Baş nәlәr çәkmәdi ürәk duyandan,

Bәzәn dәrd әlindәn yata bilmirәm.

Dost var,birdәfәlik köçüb dünyadan,

Dost var, itkin düşüb tapa bilmirәm.


Biri unudubdur telefon nömrәmi,

Nә vaxtdır özünü yaman tox tutur.

Dostların ölümü yandırır mәni.

Dostların itimi mәni qorxudur.


Biri vәzifәnin şöhrәt dağında,

Biri yeni- yeni dost sorağında.

Torpaqda tәzәcә uyuyur biri,

Biri bu dünyanın kef dağında.


Fikirlәr içimdә sındırır mәni,

Deyirәm gördüyüm bәlkә yuxudur.

Dostların ölümü yandırır mәni,

Dostların itimi mәni qorxudur.


...Qәsdәn xәbәr alır elә bil oğlum:

“Niyә görünmәyir filankәs dayı,

Niyә görünmәyir filankәs әmi?”

Dirәnir qәlәmim, boşalır qolum,

Sözünü kәsimmi, mәn tәlәsimmi?

Hәr sual gözündә bir sünbül dәni,

Göyәrir, saralır, solur, yox olur.

Dostların ölümü yandırır mәni,

Dostların itimi mәni qorxudur.
Ötәn illәrin sınağından keçirdiyim, ürәyimdә yer verdiyim insanlar haqqında elә ürәkdolusu danışmaq istәrdim ki... Onlardan biri Üzeyir yadigarı sevimli bәstәkarımız Süleyman Әlәsgәrovdur. Süleyman müәllim mәnim üçün torpağa bağlılıq, sadәlik, sәmimilik rәmzidir. Süleyman müәllimlә hәr görüşdәn sonra ürәyimdә onun işığını, hәrarәtini duyuram. Әrlә arvadın torpağı bir yerdәn götürülür- deyirlәr. Süleyman müәllimin hәyat yoldaşı Ağgül bacı necә dә mehriban vә qayğıkeşdir. Mәn hәr dәfә Süleyman müәllimgilә zәng edәndә Ağgül bacıdan eyni sözlәri eşidirәm: “Famil, sәnә qurban olum.” Mәn bu hәrarәtli, sәmimi sözlәri anamdan sonra daha çox Ağgül bacıdan eşitmişәm. Ağgül bacı kimi analara mәn dә qurban olmağa hazıram.

Süleyman müәllim sözün hәqiqi mәnasında xalq adamıdır. Onun sadәliyi, müdrikliyi, yaradıcılığının tәbiiliyi, emosionallığı, bir sözlә bütün insani xüsusiyyәtlәri xalqdan gәlir. Son illәr xalqın, xüsusilә Qarabağ camaatının faciәsi Süleyman müәllimi bәlkә dә hamımızdan çox sarsıtmışdır. Şuşasız, Ağdamsız, Füzulisiz, Cәbrayılsız, Kәlbәcәrsiz Süleyman müəllimi tәsәvvür etmәk mümkün deyildir.

Professor Teymur Vәliyev iqtisadçı alimlәrin böyük bir qisminin müәllimi olub. Mәn dә Teymur Vәliyevi özümün mәnәvi müәllimlәrimdәn hesab edirәm. Teymur müәllim lәyaqәtli insandır. İnsanların böyüyünün dә, kiçiyinin dә yerini bilәndir. Uzun illәr universitetin rәhbәrlәrindәn biri olub. Haqqında bir dәfә dә olsun artıq- әskik söz eşitmәmişәm. Әksinә, Teymur müәllimdәn söhbәt düşәndә hamı eyni sözü deyib: yaxşı insandır. Nәfsini boğmağı bacaran adamdır. Özünә dә, özgәyә dә tәlәbkardır. Tәlәbkar olduğu qәdәr dә qayğıkeşdir. Teymur müәllimdәki yumor hissi dә mәnim üçün әzizdir. Yayda hәr dәfә Teymur müәllim “Qarağacla aran necәdir?” deyәndә üzündә bir mehribanlıq, özümә tәbii hörmәt hiss edirәm. Teymur müәllimin bağında qәşәng bir Qarağac var. İstidә sәrin kölgәsi olur. Teymur müәllim görünür, әn yaxşı, doğma adamlarını bu Qarağacın kölgәsindә söhbәtә, istirahәtә dәvәt edir. Hәr dәfә hiss etmişәm ki, Teymur müәllim mәni sadәcә olaraq qonaq aparmır. Mәni tәbiәtin qoynuna, dәnizә çәkir. Maraqlı insanlarla tanış edir. Yeni axtarışlar, düşüncәlәr üçün şәrait yaradır. Yazıb- yaratmağa hәvәslәndirir. Rafiq Әliyevlә qohumluq әlaqәlәrimizin yaranmasında da Teymur müәllimin ağıllı mәslәhәtinin mühüm rolu olubdur. Nümunәvi ailә başçısı kimi dә Teymur müәllimdәn öyrәnilәsi keyfiyyәtlәr, cәhәtlәr çoxdur.

Mәn yaradıcılıq imkanlarımın genişlәnmәsindә, yazdıqlarımın müәyyәn bir dövrdә ardıcıl nәşr olunmasında, tәbliğindә Nazim İbrahimova minnәtdaram. Azәrbaycanın yaradıcı mühitindә hәmişә “әl-әli yuyar, әl dә üzü” prinsipi әsas götürülüb. Xüsusilә qәzetdә, nәşriyyatda, televiziya vә radioda işlәyәnlәr bu prinsipi özlәrinin әsas fәaliyyәt proqramına çeviriblәr. Mәn isә hәmişә mәtbuatdan, radio vә televiziyadan, nәşriyyatdan uzaq olmuşam. Bu mәnada heç kәsin mәnә işi düşmәyib. Bir növ oyundan kәnar vәziyyәtdә olmuşam. Ancaq Nazim İbrahimov respublikada nәşriyyat işlәrinә rәhbәrlik edәndәn sonra başqaları kimi mәnim dә yolumda yaşıl işıq yandı. Yazdıqlarım vaxtlı- vaxtında kitablarda nәşr olunub. Hәtta nәşrindә imtina edilәnlәr dә işıq üzü görüb. Әn yaxşı kitablarım mәhz hәmin dövrdә çıxıb. O cümlәdәn dә bir cildliyim. Bu mәnim maddi imkanımı da genişlәndirib. Kәnddә ata yurdumuzda ev tikdirmişәm (hәrçәnd ki, indi düşmәnlәr o evi dağıdıb), ailәnin gündәlik güzәranını müәyyәn dәrәcәdә yaxşılaşdıra bilmişәm. Nazim müәllimin hәlә bundan әvvәl rәhbәr işlәrdә işlәdiyi vaxtlarda da mәnә böyük hörmәti keçib, daima onun böyük insani münasibәtini hiss etmişәm. Bu, yaradıcılığımda öz izini buraxıbdır. Nazim müәllimin hörmәtini heç vaxt unutmaram.

Görkәmli akademiklәr, professorlar, el ağsaqqalları Әliş Lәmbәranski, İmam Mustafayev, Kamran Hüseynov, Cәmil Quliyev, Çingiz Cuvarlı, İbrahim İbrahamov, Bayram Bayramov, Bahadur Zeynalov, Abdulla İbrahimov, Firudin Köçәrli, Nurәddin Rzayev, Hacı Hacızadә, Cәmil Әlibәyov vә başqaları ilә tanışlığım, ünsiyyәtim mәnә çox şey vermiş, xalq müdrikliyini duymağa, mәnәvi sәrvәtlәri qiymәtlәndirәmәyә, böyük- kiçik qәdri bilmәyә, әdәb- әrkan gözlәmәyә sövq etmişdir. Onların hәr biri ilә bağlı oxucuya deyilәsi ibrәtamiz xatirәlәrim dә çoxdur. Ancaq hәlәlik bir-ikisini qeyd etmәklә kifayәtlәnәcәyәm.

Mәn hәlә Ağdam pedaqoji mәktәbinin sonuncu kursunda oxuyarkәn partiyaya üzv namizәdliyinә qәbul edilmişdim. Bu o vaxt böyük şәrәf hesab olunurdu. Universitetdә namizәdlik vaxtım tamam olanda üzvlüyә qәbul etdilәr. Tәsdiq üçün raykoma göndәrdilәr. Bu o dövr idi ki, Stalin ölmüşdü. M.C.Bağırov hәbs edilmişdi. Çәmiyyәt, ölkә fırtınalı dәnizdә sükanını itirmiş gәmiyә bәnzәyirdi. Bir tәrәfdәn hәtta 37-dә tutulanlara bәraәt verilmәsi sәdası gәlirdi. Digәr tәrәfdәn dünәnә kimi kommunistlәrә nümunə göstәrilәn, bu gün düşmәn sayılan adamların, necә deyәrlәr, ardıcıllarını, mәslәkdaşlarını axtarıb- tapır, hәbsә alırdılar. Ali mәktәb tәlәbәlәri üzәrindә ciddi nәzarәtin olmasını hәr gün hiss edirdik. Raykomda mәni, sәhv etmirәmsә, Popov familli ikinci katibin qәbul edib söhbәt aparması, siyasi savadımı yoxlaması oldu. Sualları rusca verdi. Hәm dә “Kapitaldan” başladı. Mәn rus dilini pis bilirdim. Xüsusilә dә “Kapital” haqda ordan- burdan bildiklәrimi demәk mәnim üçün çәtin idi. Ona görә dә xahiş etdim ki, sualları azәrbaycanca versin.

Bu xahişim katibә toxundu:- Doğrudanmı sәn rus dilini bilmirsәn. Yoxsa, bilib cavab vermәk istәmirsәn?

Sualın cavabını gözlәmәdәn dedi:- Necә ola bilәr ki, sәn partiyaya keçirsәn, rus dilini bilmirsәn!

Bura qәdәr sakit dayanmışdım. Bu sözlәrdәn sonra özümü saxlaya bilmәdim:- Әvvәla, partiya nizamnamәsindә yazılmayıb ki, rus dilini bilmәyәnlәr partiya üzvü ola bilmәzlәr. İkincisi, mәn rusca yox, Azәrbaycan dilindә cavab vermәk istәyirәm. Üçüncüsü dә, icazә verin soruşum: bәs siz niyә Azәrbaycanca bilmirsiniz? Azәrbaycanda yaşayırsınız, katib işlәyirsiniz, Azәrbaycan dilini bilmirsiniz. Mәn Bakıya tәzә gәlmişәm.rus dilini öyrәnәcәyәm. Bәs siz Azәrbaycan dilini nә vaxt öyrәnәcәksiniz?

Katibin qırımızı sifәti daha da qızardı. Çox sakit- sakit o ki, var döşәdi cәmdәyimә. Düzünü deyim ki, dediklәrinin çoxunu başa düşmәdim. Ancaq “nasionalist” sözünü bir neçә dәfә tәkrar etdiyindәn yadımda qaldı. Ayağa qalxdı, qovluğumu da götürdü vә mәni birinci katibin otağına apardı. Birinci katib qarayınız, xeyli çallaşmış eynәkli bir kişi idi. Gәrәk ki, famili Pәnahov idi. Әsas başa düşdüyüm bu oldu ki, mәn rusca cavab vermәkdәn, ümumiyyәtlә, rusca danışmaqdan imtina edirәm, azәrbaycanlı- rus söhbәti salmışam. Katibi tәhqir etmişәm.

Birinci katib onu sakit dinlәdikdәn sonra mәnә üz tutdu:

- Niyә katibә hörmәtsizlik etmisәn? Nә üçün rus dilini bilmirsәn?

Doğrusu mәsәlәni tündlәşdirmәk istәmirdim. Fikirlәşdim ki, universitetdәn qovula bilәrәm. Ona görә dә yavaşcadan cavab verdim:

- Mәn katibi tәhqir etmәmişәm.

Cavabım onu bir qәdәr әsәbilәşdirdi:

- Bәs katib yalan deyir? Üzr istәmәk әvәzinә özünә bәraәt qazandırırsan. Görünür katib düz deyir, sәndәn kommunist olmaz!

Azәrbaycanlı katibin mәni rus katibin ayağına vermәsi cavanlıq qüruruma toxundu. Әvvәl nәdәnsә güman edirdim ki, o mәni müdafiә edәcək. Ancaq gözlәdiyimin tam әksi oldu. Әlim birinci katibdәn üzülәndәn sonra dedim:

- Yoldaş Pәnahov Popova dediyim sözlәri bir daha tәkrar edirәm: Nizamnamәdә yızılmayıb ki, rus dilini bilmәyәnlәr partiya üzvü ola bilmәz. İkincisi, doğma dilimdә dınışmaq hüququmu heç kim mәnim әlimdәn ala bilmәz. Üçüncüsü, bәs Popovdan niyә soruşmursunuz ki, nә sәbәbә azәrbaycan dilini öyrәnmәyib?

Әsәbi halda әlini qәlәmә atdı. Qovluğun üstündә nәsә yazıb qol çәkdi vә Popovun qabağına tulladı. Mәnә nә isә acıqlı- acıqlı dedi:

- Dur get!

Küçәyә çıxdım. Bütün şәhәr başıma hәrlәndi. Kәndimiz, kasıb evimiz, kolxozçu atam- anam gözlәrimin qarşısına gәldi. Özümü danladım: “Sәnә hәr nә gәlsә dilinin ucbatından gәlәcәk. Kimә arxayın olub belә havalı danışırsan? Ayağını yorğanına görә uzada bilmirsәn?” Ancaq içimdәn bir sәs gәldi: “- Qorxub elәmә. Lap yaxşı elәdin ki, cavablarını verdin. Universitetdәn qovarlar, cәhәnnәmә qovsunlar. Bir tikә çörәk tapıb yeyә bilmәyәcәksәn?”

Universitetdә bir neçә gün sәksәkәli gәzdim. Elә hey qulağım sәsdә idi ki, indi mәni rektorluğa çağırarlar, sabah çağırarlar. Ancaq çağırmadılar. Sәn demә raykomdakılar öz başlarının hayında imiş. Aradan bir neçә vaxt keçmiş eşitdim ki, Pәnahovu birinci katiblikdәn çıxarıblar. Tәxminәn bir ildәn sonra artıq ikinci kursda oxuyurdum, mәni yenidәn raykoma göndәrdilәr vә tapşırdılır ki, özümü yaxşı aparım. Raykomun binasında qapının üstündә Popovun familini yenә görüb dilxor oldum: “Bu köpәkoğlu yenә burdadır...” Ancaq mәnә bildirdilәr ki, sәninlә Popov yox, birinci katib söhbәt edәcәk. Tәlimatçı qovluğumu götürüb mәni birinci katibin otağına apardı. Dәrhal qapıda yazıya baxdım: “Zeynalov B.”

Bir neçә dәqiqәdәn sonra tәlimatçı içәri girdi, çıxanda qovluğu әlindә yox idi. Mәnә- keç içәri,- dedi. Birinci katibin mәnә tanış olan otağına girdim. Qarayanız, kök, dәyirmi sifәt, daz bir kişi stolun arxasında oturmuşdu. Hörmәtlә salamımı aldı. Tәәccüblә üzümә baxdı. Görünür mәni yeni birinci katibә dә xortdan cildindә tәqdim etmişdilәr. Ancaq birinci dәqiqәdәn hiss etdi ki, xortdan- zad deyilәm, normal adamam. Soruşdu ki, niyә sәni vaxtında üzvlüyә qәbul etmәyiblәr, bir il yubadıblar?

Cavab verdim:- Bilmirәm, yәqin belә mәslәhәt imiş.

Başını qaldırıb azca gülümsündü. Amma heç nә demәdi. Qovluqda sәnәdlәri yenidәn nәzәrdәn keçirdi. Nәhayәt soruşdu:

- Partiya nizamnamәsini oxumusanmı?

Cavab verdim:

- Bütün maddәlәrini әzbәr bilirәm. Hardan istәsәniz sual verә bilәrsiniz.

Cavabım xoşuna gәldi. Soruşdu:

- Sәni Ağdamda kim partiya üzvlüyünә namizәd qәbul edib?

Cavab verdim:

- Raykomun birinci katibi Mәmmәd Әliyev.

Gülümsünüb dedi:

- Deyirsәn Mәmmәd Әliyevin namizәdliyә qәbul etdiyi adama mәn sual verim? Get, axşam büroya gәlәrsәn.

Büroya qәdәr xeyli hәyәcan keçirdim:- “Birdәn Popov yenә sarsaqlayar...” Büro iclasına çağırıldım. İçәri girdim. Otaq adamla dolu idi. Gözüm Popova sataşdı. Başını aşağı salmışdı. Mәnim içәri girmәyimlә birinci katibin dillәnmәsi bir oldu:

- Bu cavan oğlan bu gün mәnim yanımda söhbәtdә olub. Çox hazırlıqlı oğlandır. Nә kimi tәklif var.

Hamı bir ağızdan dedi:

- Qәbul olunsun!

“Sağ olun” deyib otaqdan çıxdım. Öyrәndim ki, hazırkı birinci katib kimya professorudur. Respublika Elmlәr akademiyasının partiya komitәsi katibi vә raykomun büro üzvü olub. Pәnahov çıxarılandan sonra raykomun birinci katibi seçilib. Әslәn Qarabağlıdır, Füzuli rayonundandır. Hadisәnin üstündәn tәxminәn otuz il keçdikdәn sonra bu faktı görkәmli alim, akademik Bahadur Zeynalova xatırlatdım. Otuz ildәn sonra tәşәkkürümü bildirdim. Gülümsünüb “Sağ ol” dedi...

İkinci hadisә böyük el ağsaqqalı Әliş Cәmil oğlu Lәmbәranski ilә bağlıdır. Әliş Lәnbәranskinin söhbәtindәn: “Baksovetin sәdri işlәyәndә bir dәfә sәhәrә yaxın, tәxminәn saat dördün yarısı, dörd radәlәrindә sürücünü çağırdım. Şәhәrә çıxdıq. Fikirlәşdim ki, tәcili yardım stansiyasında heç olmamışam. Gedib görüm hәkimlәrin yeri- yurdu necәdir? Gedib gördüm hәkimlәr polun üstündә hәrәsi altına bir şey salıb uzanıb yatıblar. İndiyә qәdәr burada olmadığıma görә özümü danladım. Soruşdum: “Nə var, nə yox?” Cavab verdilər ki, bu gecə qeyri-adi bir hadisə baş verib: filan küçədə, filan nömrəli binanın filan nömrəli mənzilində cavan bir qadın öz cavan ərinin başını kəsirmiş. Xoşbəxtlikdən baş tutmayıb. Yara qorxulu deyildi. Sarıdıq, yatdı, dincəldi. Elə indi buraxdıq getdi evlərinə. Qadını da aparıblar filan rayon milis şöbəsinə.

Məni dəhşət bürüdü. Bu qatil qadını təsəvvürümdə canlandırmağa çalışdım. Bir baş milis şöbəsinə getdim. Növbətçilər məni görüb ayağa qalxdılar. Soruşdum ki, o qadın haradadır? Dedilər müvəqqəti təcridxanada. Dedim açın o qapını. Mən həmin qadını görmək istəyirəm. Açdılar. Gördüm lap cavan bir qadındır. Saçları pəjmürdə halda üz-gözünə tökülüb. O qədər ağlayıb ki, gözləri qızarıb yerindən çıxır. Ancaq heç qatilə oxşamır. Suallarımın cavabında yalnız bunu dedi: ”Mən qatil deyiləm...” Nədənsə inandım. Dedim aparın bu qadını oturdun maşına. Milis nümayəndəsi qəti etiraz etdi: ”Olmaz. O canidir. Ağır cinayət törədib.” Dedim:

- Mən Əliş Ləmbəranskiyəm. Qadını mən aparıram. Qorxmayın, bütün məsuliyyəti öz üzərimə götürürəm.

Qadını maşına oturtdular. Hələ işıqlanmamışdı. Hava bir az soyuq idi. Maşında titrəyirdi. Maşını onların ünvanına sürdürdüm. Bir qədər aralıda saxlatdım. Təkcə həyətə girib birinci mərtəbədə yarı- zirzəmi otağın qapısını döydüm. Darkeş otaqda hamısı oyaq idi: ata, ana, xəsarət almış oğlan. Boğazı sarıqlı uzanmışdı bir küncdə. Tanışlıq verdim. Onsuz da qorxu dəhşəti içində olan bu adamlar bir az da qorxdular. Quruyub yerlərində qaldılar. Hadisənin səbəbini soruşdum. Kişi də qadın da susub başlarını aşağı saldılar.

Dikəlib yastığa söykənən boğazı sarıqlı oğlan ayağa qalxdı:

- Bəlkə həyətə çıxaq,- dedi.

Razılaşdım. Küçəyə çıxmadıq. Elə qapının dalında dayandıq. Dedim:

- Mənə həqiqəti açıb desən, sizə kömək edəcəyəm.

Oğlan danışmağa başladı:

- Yoldaşım qatil deyil. Tərbiyəli qadındır. Onu mən məcbur etdim ki, məni öldürsün. Bildirdim ki, əks halda mən onu öldürəcəyəm. Səbəbi də çox sadədi: bir ildən çoxdur ki, evlənmişik. Üzr istəyirəm, hələ də bir yerdə yata bilməmişik. Ata- ananın yanında darkeş bir otaqda bir yerdə necə yatasan. Ancaq hərdən parkda oturub söhbət etməklə günümüzü keçirirdik. Bir gün belə, beş gün belə. Daha səbrim tükəndi. Özümə nifrət elədim. Qərara gəldim ki, belə özünü təhqir vəziyyətində yaşamaqdansa ölmək yaxşıdır. Ona görə də məcbur elədim.

Mən oğlanın dediklərinə də inandım. Qadınla yanaşı oturtdum. Artıq yavaş- yavaş işıqlanırdı. Mənzil idarəsi rəisini yuxudan qaldırdım. On, on beş dəqiqədən sonra yanımda oldu. Soruşdum ki, boş mənzilin varmı? Cavab verdi ki, ancaq bir otaqlı bir mənzil var. Göndərdim açarını gətirtdirdi. İkisini də yenidən maşına oturtdum həmin ünvana getdik. Qapını açdırdım. Bir otaqlı qəşəng mənzil idi. Açarını verib dedim:

- Buyurun, yaşayın. Bir-birinizə mehriban olun...

...Bir gün iş otağımda oturmuşdum. Köməkçi gəldi ki, qəbul otağında bir kişi və uşaqlı bir qadın oturub. Sizi görmək istəyirlər. Fikirləşdim ki, şübhəsiz mənzil məsələsi olar. Ona görə də dedim xəbər versinlər ki, qəbul vaxtı gəlsinlər. Köməkçi yenə qayıtdı:

- Çox xahiş edirlər ki, vacib işləri var. İkicə dəqiqəliyə onları qəbul edəsiniz.

Qəbul otağına çıxdım. Ayağa qalxıb salam verdilər. Əvvəl tutulub danışmadılar. Sonra oğlan soruşdu:

- Tanımadınız?

Dedim:


- Xeyir, nə lazımdır?

Məlum oldu ki, həmin “qatil” qadın və onun əridir. Oğlan dedi:

- Yoldaş Ləmbəranski gəlmişik sizə öz minnətdarlığımızı bildirək. Siz bizi həyata qaytarmısınız. Dünyaya körpəmiz də gəlib. Əgər imkanımız olsaydı bu körpəni sizə hədiyyə verərdik.

Mən çox həyəcanlandım. Hər ikisinin əlini sıxdım:

- Çox sağ olun. Körpənizi də təbrik edirəm. Gedin mehriban yaşayın,- dedim.

...Deməli, dünya yaxşı insanlardan xali deyildir. Bu fikri şeirimdə ifadə etməyə çalışmışam:


Nə yaxşı ki, çoxdur yaxşı adamlar,

Yoxsa payızda, yazda

Dolu da, yağış da döyərdi bizi.

Hətta evimizdə, otağımızda,

Namərdlər qurd kimi yeyərdi bizi.
Nə yaxşı ki, çoxdur yaxşı adamlar,

Yoxsa lazımlı yerdə

Dolaşıq düşərdi xeyir ilə şər.

Nadanlar alimə,

Qorxaqlar mərdə,

Oğrular doğruya dərs verərdilər.


Nə yaxşı ki, çoxdur yaxşı adamlar,

Bölür,


bir dünyaya sevinci çatır,

Həyatın mənası, ömrün mənası,

Yaxşı insanların çoxluğundadır.
Belə insanlardan biri də fəlsəfə elmləri doktoru, professor Camal Mustafayevdir. Allah Camal müəllimi xeyirxahlıq üçün yaradıb. Bəzən öz- özümə düşünürəm: insanda bu qədər səmimiyyət, qayğıkeşlik hardandır? Məni də gənclik illərimdə Camal müəllimin qapısına ehtiyac aparıb. Namizədlik dissertasiyasımın avtoreferatını ruscaya tərcümə etdirmək lazım idi. Xəstə vaxtlarım idi. Dərman almağa da pul tapmırdım. Bir dəfə indi professor, kafedra müdiri Cəlal Abdullayevə dedim ki:

- Avtoreferatı tərcümə etdirməyə pulum yoxdur, bilmirəm neyləyim?

Dedi get Camal Mustafayevin yanına. Dedim tanımaza, bilməzə necə gedim?

Dedi:


- O şübhəsiz səni tanıyır. Şeir- sənət adamıdır. Kasıb- kusubun dostudur.

Akademiyanın fəlsəfə institutuna getdim. Tanış olduq. Elə ilk dəqiqədən hiss etdim ki, qeyri-adi adamdır. Dərdimi açıb dedim:

- Ürəyini qısma, dedi, şair, avtoreferatının tərcüməsi mənim boynuma.

Tezliklə tərcümə edib qaytardı. Beləliklə də, dostluğumuz başlandı. Sonralar da dəfələrlə köməyimə çatdı. Belə təmənnasız yaxşılıqlar bizim dövrümüzdə çox az- az olur. Camal müəllimin adı belələrinin siyahısında başda yazılmalıdır.

Mənim üçün qiymət verməyin əsas meyarı vətənə, xalqa, millətə təmənnasız xidmətdir. Bu cəhətdən musiqişünas Firidun Şuşalının haqqında bu cümlələri xüsusi hörmətlə yazıram. Etiraf edim ki, mən Firidun müəllimlə çox az oturub- durmuşam. Ancaq bu adam həmişə mənim ürəyimə yaxın olub. Əsas səbəbi gördüyü böyük işlərdir. Firidun Şuşalı bütün həyatını Azərbaycan musiqisinin, süsusilə Azərbaycan muğamatının öyrənməsinə sərf edib. Bu sahədə, mən deyərdim ki, əsl fədakarlıq, qəhrəmanlıq nümunəsi göstərib.

Ancaq bundan əvvəl onun fəaliyyəti tariximizin öyrənilməsinə həsr edilmişdir. Bu, mənim aləmimdə heç kimə bənzəməyən xüsusi tarixçilik- alimlikdir. Firidun tarixi sadəcə olaraq yazmayıb, o bəlkə də tarixin yenidən yaradılmasına çalışıbdır. Vətənin hər daşında, qayasında özünün pozulmaz, orijinal izini qoyubdur. Onun “Şuşa” kitabı bu sahədə ən yaxşı nümunədir. Firidun bu kitabda ilk dəfə yalnız Şuşanın tarixini yazmayıb, onun hər abidəsi, dağı, çayı, bulağı, düzü, yamacı, yolu, cığırı uğrunda, sanki qılınca qurşanıb mübarizə aparıb, düşməni diz çökdürüb, qələmini sındırıb, sözünü ağzında qoyub. Beləliklə, Şuşanın tarixini düşmənin caynağından qoparıb, sübut edib, əsaslandırıbdır. Buna görə də təqiblərə, hücumlara, təhqirlərə məruz qalıb. Ancaq əyilməyib, məğrur dayanıb. Sözünü daha ucadan deyib

Mən Firidun Şuşalı haqqında otuz il əvvəl dediklərimi daha böyük iftixarla təkrar edirəm: Firidun muğamın və xalq musiqilərinin öyrənilməsi sahəsində böyük bir institutun görə bilməyəcəyi işi görüb. Böyük, əvəzsiz, zəngin bir xəzinəni təkbaşına toplayıb, bir yerə yığıb, kitabalrda çap etdirib. Beləliklə, itib-batmağa qoymayıb. İnamla deyirəm: Firidun Şuşalıdan başqa heç kim bu tarixi işin öhdəsindən gələ bilməzdi.

Son illər Sadıq Murtuzayevlə yaxın münasibətimiz olub. Xasiyyətimizdə ümumi cəhətlər çox idi. Sadıq müəllim Ağdama birinci şəxs kimi rəhbər işə göndəriləndə ona məktub yazdım: “Sadıq müəllim! Sizdən əvvəlkilərə də müraciət etmişəm, bir şey çıxmayıb. Ağdam pis vəziyyətdədir. Küçələrdən keçib getmək olmur. Bu yaxınlarda Moskvadan, Leninqraddan, Sibirdən, Belarusiyadan, Ukraynadan yazıçılar Dağlıq Qarabağa getmişdilər. Qayıdanda Ağdamın mərkəzində maşınları çalaya düşüb, xarab olub. Onlarla görüşəndə bunu mənə elə tərzdə dedilər ki, ölüb yerə girdim. Dedilər o Stepanakert, o da sizin Ağdam. Sadıq müəllim 5- 10 ildən sonra heç kimi maraqlandırmayacaq ki, filanıncı ildə Ağdam nə qədər pambıq və üzüm verib. Ancaq bu gün siz bir küçəni abadlaşdırsanız, bir sanatoriya tiksəniz, bir muzey açdırsanız, əlli ildən sonra da deyəcəklər ki, bunları Sadıq müəllim tikdirib. Təşəbbüs qaldırın. Qurtarın bizi ermənilərin töhmətindən. Ağdamı görən qonaqların töhmətindən.”

Sadıq müəllim fəallar yığıncağında mənim məktubumu oxuyub. Elə oradaca abadlıq tədbirləri hazırlayıb həyata keçirmək üçün xüsusi heyət ayrılıb. Dərhal da bu işə başladılar. Dörd- beş ayın içində Ağdamda böyük tikinti- abadlıq işləri görüldü. Ən məşhur qəzetlər Ağdamdan yazdı. Bir dəfə mən Moskvadan “İzvestiya” qəzeti redaksiyasında bu işlərdən danışdım. Dərhal mənə yazmaq sifarişi verdilər. ”Na moyey zemle” adlı oçerki yazıb göndərdim. Dərc etdilər.

Beləliklə, necə deyərlər, Sadıq müəllimə quşum qondu. Sadıq müəllim az vaxt ərzində Abdal- Gülablıda sanatoriyalar, istirahət evləri tikdirdi. Bir gün Sadıq müəllim mənə bir məktub göstərdi. Məktubu DQMV-nin rəhbəri Gevorkovun təkidi ilə Şuşa rayon RK-nın birinci katibi yazmışdı. Bildirildi ki, bu yaydan etibarən aran rayonlarından Şuşa pioner düşərgələrinə uşaq qəbul edilməyəcək. Vilayətin öz uşaqları o düşərgələrdə dincələcəklər. Bu dəhşətli fakt idi. Çünki hər il göydən od yağanda on minlərlə uşaq aran rayonlarından Şuşaya göndərilir, istirahətləri təşkil olunurdu. İndi bunun qarşısı alınırdı. Sadıq müəllim təşəbbüs qaldırdı: uşaqlarımız Gülablıda öz tikəcəyimiz sanatoriyalarda dincəlməlidir! Beləliklə də, inşaat işlərinə başlandı. Beləliklə məşhur Abdal- Gülablı istirahət zonası yarandı. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, erməni quldurlar ilk dəfə Abdal- Gülablıya hücum edib kəndi, həmin sanatoriya binalarını yandıranda mən şosse yolunda dayanıb alovu göyə qalxan sanatoriya binalarına baxır, özüm də od tutub yanırdım...

Heyif Ağdam camaatının əzab-əziyyətinə! Heyif Sadıq müəllimin əziyyətinə. Mən o vaxt Abdal- Gülablının yanmasına baxıb yanırdım. Demə, elə bir gün gələcəkmiş ki, Azərbaycanın alçaq vəzifəpərəstlərinin stol, kabinet, var-dövlət ölülərinin hiylələri, satqınlıqları nəticəsində Ağdamın alışıb- yanmasına uzaqdan baxacaq, tüstüsü təpəmdən çıxacaqmış!

Ağdam ziyalıları Məmməd Məmmədov, Süleyman Zeynalov, Hüseyn Hüseynov, Mütəllim Sadıqov, Hüseyn Bayramov, Həsən Qəhrəmanov və başqaları ilə ünsiyyət mənə çox şey vermişdi.

Mən yoldaşlarımın bir çoxundan müəyyən dərəcədə başqa cür həyat keçirmişəm. Tələbəlik illərimdən indiyə qədər istirahət gününün, istirahətin nə demək olduğunu bilmirəm. Məni buna vadar edən ancaq yaradıcılığım olub. Bu mənada yaradıcılıq məni elə xəstələndirib ki, bu gün də sağalmamışam. Bütün istirahət günlərimdə (müəyyən hadisələrlə bağlı günlər istisna olmaqla) yazı masası arxasında olmuşam. Ömrümdə bir bayram gününü bayram kimi keçirməmişəm. Novruz bayramından başqa bir dəfə də olsun bayram süfrəsi açıb məclis düzəltməmişəm. Tək- tək halları (bunları bir əlin barmaqları ilə saymaq olar) çıxmaqla, bir dostun, yoldaşın bayram məclisində iştirakım olmayıb. Çox nadir hallarda ad günlərində, daha çox isə toy məclisində iştirakı vacib saymışam. Yas məclislərindən isə mümkün qədər qalmamışam.

Bir dəfə də olsun özümə ad günü keçirməmişəm. Olsa-olsa evdə həmişəkindən bir az fərqlənən ailə süfrəsi açılıb. Qırx yaşım, əlli yaşım da başqa yaşlarımdan fərqlənməyib. Qarşıdan altmış yaşım gəlir. Şübhəsiz, hətta bu altmış illiyimin qeyd olunmasına da razılıq verməyəcəyəm. Bir də ona görə ki, vətən düşmən əlində, xalqım, millətim qan içində, gözü yaşlı, bir milyondan çox həmyerlilərim küçələrdə ac- susuz. Yubiley mənim nəyimə, harama yaraşır. Ümumiyyətlə, mən belə şeylərə pis baxmışam.

Mən bayram və istirahət günlərini qənimət vaxt hesab etmişəm ki, oturub beynimdəkiləri kağıza köçürüm. Mən heç vaxt masa arxasında mövzu axtarmamışam, yaxud özümü nəsə yazmağa məcbur etməmişəm. Mənim şeirlərim, hətta poemalarımın ayrı-ayrı misraları, parçaları ayaq üstə yazılıb. Toy Məclisində xanəndə muğam oxuyanda, yasda molla quran oxuyanda, məclislərdə camaat yeyib- içəndə, sağlıqlar deyiləndə mən fikrimdəki yeni doğulan misralarla yaşamışam. Mənim şeirlərimin yazılma yerlərini təxminən belə müəyyənləşdirmək olar: avtobuslar, qatarlar, müxtəlif məclislər, iclaslar, yığıncaqlar, çörək, yaxud süd növbəsi, dövlət məmurlarının gözləmə otaqları, sanatoriyalarda gözləmə otaqları, hətta vanna qəbulu otağı, piyada yol getdiyim küçələr, cığırlar, yollar, hətta bir yoldaşla dayanıb söhbət etdiyim küçə, meydan, dağ (Bayram Bayramov bir dəfə Şuşada mənə irad tutdu ki, mən söhbət eləyirəm, sənin fikrin dağda, daşdadır. Bəs biz neyləyək ki, başımızda böyük- böyük romanlar yatır? Belə iradları çox eşitmişəm. Ancaq özümdən asılı deyil, neyləyə bilərəm ki...), metro, təyyarə, süfrə arxası, xəstəxana otağı, hətta cərrah stolu (inanmayan inanmasın), doğum evinin hasarlarının həndəvəri, profilaktoriyalar, benzindoldurma məntəqələri, gecələr yatdığım çarpayı, süfrə arxası, qəbiristanlıq, kinoteatr zalı və s. və i.a...


: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


1   ...   10   11   12   13   14   15   16   17   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə