Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə2/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18
Bir dәfә xәstәlәnmişdi. Evlәrinә baş çәkmәyә getdim. Evlәrindә mәndәn soruşdular: “Bacın varmı?” Dedim: “Yox.” Cavabımı eşidib pәrt oldu vә dedi: “Bunu sәnә heç bağışlamıram.” Demәk istәyirdi ki, bәs mәn kimәm, bacın deyilәm? Mәlum oldu ki, çaynikdә cәmi bir stәkan çay var. Әlavә stәkan gәtirtdi, yarı bölüb mәnә verdi. Etiraz etdim. “Sәn içmәsәn, mәn dә içmәyәcәyәm” dedi. Әfsus ki, belә insanlar dünyada az-az olur.
Mәndә әdәbiyyata, sәnәtә marağa qol-qanad verәn dә әziz Kübra müәllimim oldu. İlk şeirlәrimi ona oxuyurdum. Rayon qәzetinin redaktoru Rasim Quliyevә zәng etdi. Gedib tanış oldum. İlk şeirimi qәzetdә dәrc etdi. Sәn demә Kübra müәllimә o vaxt çox savadlı, mәdәniyyәtli ziyalı Rasim Quliyevlә tәzәcә-tәzәcә sevişirmişlәr. Kübra müәllim sonralar bunu mәnә necə dә abırlı-hәyalı bir şәkildә, dolayısı yollarla bildirmişdi. Allah onlara rәhmәt elәsin. Dünyadan tez köçdülәr. Ancaq çox yaxşı övladları var...
Pedaqoji mәktәbdә komsomol-komitәsinin katibi seçildim. Rayonun ictimai hәyatında iştirak etdim. Kommunist Partiyası sıralarına qәbul olundum. O vaxt partiyaya çox böyük inamım vardı. Stalinin ölümü bütün dünyanı sarsıtmışdı. Rayon yas tutub ağlayırdı. Qәzetlәrdәn oxuyurdum ki, bütün dünya Stalinә yas saxlayır. Hәtta Yunanıstanlı bir ana öz körpәsinin venasını kәsib qanını köynәyinә boyayıb Moskvaya göndәrmişdi ki, Stalinә sonsuz mәhәbbәt nümunәsi kimi muzeydә saxlasınlar. Hәlә o vaxt pәrәstişin, filanın nә olduğunu bilmirdim. Pedaqoji texnikumu fərqlәnmә diplomu ilә bitirib 1953-cü ildә Azәrbaycan Dövlәt Universiteti filologiya fakültәsinin jurnalistika şöbәsinә daxil oldum.
Universitet illәrindә demәk olar ki, tamam başqa bir mühitә düşdüm. Әvvәla, universitetin qaynar hәyatı, tәdris, mәdәni-kütlәvi tәdbirlәr, görüşlәr çox maraqlı idi. Orta mәktәbdә dәrsliklәrini, kitablarını, hәmçinin bәdii әsәrlәrini, әdәbi-tәnqidi mәqalәlәrini oxuduğumuz Mir Cәlal, Hәmid Araslı, Cәfәr Xәndan, Әli Sultanlı, Mәmmәd Arif, Muxtar Hüseynzadә, Cәfәr Cәfәrov, Hadi Mirzәzadә, Sәlim Cәfәrov, Feyzulla Qasımzadә, Pәnah Xәlilov vә başqaları elә ilk günlәrdәn bizә dәrs dedilәr. Dәrslәrimiz bәzәn istәr-istәmәz şeir-sәnәt haqda söhbәtlәrә, müzakirәlәrә çevrilirdi.
Onlar bizә “Kitabi Dәdә Qorqud”u, Nizamini, Füzulini, M.F.Axundovu, Vaqifi, Zakiri, Şirvanini, dünya klassiklәrini öyrәdirdilәr. Bizi özümüz dә hiss etmәdәn müasir әdәbi proseslә qaynayıb-qarışdırırdılar. Bәxtiyar Vahabzadә Yusif Şirvanla birlikdә әdәbiyyat dәrnәyimizә rәhbәrlik edirdilәr. İlk şeirlәr, hekayәlәr burada oxunur, sonra bir çoxu qәzet vә jurnallarda dәrc edilirdi. Mәnim dә ikinci kursda oxuyarkәn “Düymә” şeirim “Azәrbaycan pioneri” vә “ana” şeirim “Әdәbiyyat vә incәsәnәt” qәzetlәrindә dәrc olundu. Bir gün anamın anası Ağça nәnәm evdә asәbilәşdi, “Daha göz dә qalmayıb”- dedi,- al bu iynәni sapla.” Alıb iynәni sapladım. Üzündә bir işıq hiss etdim. Dәrhal “Ana” şeirinin mövzusu mәndә yarandı. Elә hәmin gün da yazdım:
Saplaya bilmәdi iynәni ana,

Kәdәrsiz qәlbindәn bir kәdәr keçdi.

Sanki qocalığı o heç bir zaman

Әsla indikitәk hiss etmәmişdi.


Çağırıb saplatdı onu oğluna,

Bir şadlıq yarandı yenә üzündә.

Çünki itirdiyi işığı ana

Doğma balasının tapdı gözündә.


Bu şeiri tribunadan ilk tәriflәyәn “Әdәbiyyat” qәzetinin baş redaktoru Süleyman Rüstәm oldu. Sәmәd Vurğun da onu müdafiә etdi. Sonralar gәnc yazıçıların respublika müşavirәsindә mәruzәsindә yazıçı Mir Cәlal bu şeiri böyük bir poemaya bәrabәr әsәr adlandırdı.

Bu şeirlә bağlı maraqlı bir faktı da qeyd etmәk istәyirәm: Şeirin qonorarını almağa utanırdım. Gәnc şair Arif Cәfәrә bu haqda fikrimi bildirәndә dedi:- Vәkalәtnamә yaz, dekanlıqda tәsdiq elәtdir, mәn gedib alım. Amma bir şәrtlә: nә qәdәr qonorar alacağını mәnә de. Alıb gәtirib verim. Artığına gedib pivә içәk. Fikirlәşdim ki, 8 misralıq şeirә lap çox yazılsa 100 manat yazılar. Elә o qәdәr dә dedim. Yazıçılar İttifaqına yollandıq. Mәn küçәdә gözlәdim, Arif gedib pulu aldı vә qayıtdı. Gülә-gülә dedi:


- Bax, sözümüz sözdü ha.
Dedim: - Sözümün üstündә dururam.
Dedi 240 manat yazıblar. Mәn tәәccüb qaldım: 8 misra şeirә 240 manat! Şәrtimizә әmәl etdim. Sonra Süleyman Rüstәm şeiri tribunadan tәriflәyәndә bu faktı da qeyd etdi ki, şeir çox xoşuma gәldiyindәn ona hәlә heç kimә yazılmayan yüksәk qonorar yazdım.
Universitetdә tez-tez maraqlı görüşlәr, disputlar, müzakirәlәr keçirilirdi. Bu tәdbirlәrdә biz ilk dәfә Sәmәd Vurğun, Süleyman Rüstәm, Rәsul Rza, Mәmmәd Rahim, Süleyman Rәhimov, Әli Vәliyev, İlyas Әfәndiyev, Nazim Hikmәt, Aleksandr Fadeyev, Mirzә Tursunzadә vә başqaları ilә görüşdük. Onları dinlәdik. Qarşılarında çıxış edib şeirlәrimizi oxuduq.
1955-ci ildә “Uşaqgәncnәşr” “Gәncliyin sәsi” adlı şeir vә hekayәlәrdәn ibarәt әsәrlәrimizi nәşr etdi. Bir az sonra 1957-ci ildә universitetin nәşriyyatında Bәxtiyar Vahabzadә vә Yusif Şirvanın redaktorluğu ilә “Gәncliknәğmәlәri” almanaxımız nәşr olundu. Hәqiqәt naminә deyim ki, bu şeir vә hekayәlәri toplamaq yükü mәnim boynuma düşmüşdü.
Şeirlәrim müntәzәm olaraq qәzet-jurnallarda dәrc edilir, haqqında xoş sözlәr eşidirdim. Qәlәmimi poema janrında sınamağa başladım. “Gәnclik eşqi” poemam “Azәrbaycan” jurnalında dәrc olundu. Redaktor Әli Vәliyev idi. Redkollegiyada oxudum, bәyәnildi. Dәrc edildi. Yaradıcı gәnclәrin birinci festivalı әrәfәsindә konkurs keçirildi. Konkursa gizli imza ilә üç şeir göndәrdim. Bir gün küçәmizdә şair Zeynal Cabbarzadәyә rast gәldim. Mәni tәbrik edib dedi ki, şeir üzrә festivalın laureatı sәn oldun. Bu barədə qәzetlәrdә mәlumat verildi.
Sonra “Sәni gözlәyirәm” poemam çap olundu. Mәni әn çox tanıdan bu poema oldu. Ancaq asanlıqla çap olunmadı. “Azәrbaycan” jurnalında poemanı jurnalın redaksiya heyәti üzvü Bәxtiyar Vahabzadәyә rәyә vermişlәrmiş; oxuyub әla rәy yazıb. Sonra mәni görüb tәbrik etdi. Hәlә çap olunmamışdan hәr yerdә poemadan danışdı. Ancaq ikinci rәyçi hörmәtli bir şair mәnfi rәy yazmışdı. Әsas iradı da bu idi ki, “qadın niyә uzun illәr oturub әrinin yolunu gözlәyir? Niyә әrә getmir? Niyә yollara göz dikә-dikә saçlarını ağardır?” Әlbәttә, şair öz fikrindә tәk qaldı heç, kim onu müdafiә etmәdi. Әksinә, dedilәr ki, poema qәhrәmanı olan bu sәdaqәtli qadına heykәl ucaltmaq lazımdır.
Tәlәbәlik illәrimizdә baş verәn böyük bir hadisәni xüsusilә qeyd etmәk istәyirәm. Bu şəxsiyyәtә pәrəstişin tәnqididir. Mәn şәxsiyyәtә pәrәstişin dәhşәtlәrini Bakı mühitindә daha tez dәrk etdim. Tәlәbә yoldaşım Cәfәr Cabbarlı nәslindәn olan yazıçı Gündüzlә ilk gündәn dostlaşmışdıq. Atası nәcib insan Şәmsәddin Abbasov yazıçılıqla yanaşı hәm dә Opera Teatrının direktoru olmuş,
“Azərnəşr”dә mәsul işdә işlәmişdir. Müşfiq tutularkәn (onlar hәm dә qohum idilәr) çapa hazırlanan “Duyğular” kitabını redaktә olunmuş formada götürüb gizlәtmişdi. Tez-tez hәmin şeirlәrdәn bizә oxuyur, Hüseyn Cavidin, Müşfiqin, Seyid Hüseynin, Әhmәd Cavadın vә başqalarının günahsız güllәlәnmәsindәn danışırdı. Mәn indi başa düşürdüm ki, atam yalnız keçmişdә var-dövlәt sahibi olduqlarına görә yox, azad fikrin, düşüncәnin olmamasından, haqsızlıqdan, әdalәtsizlikdәn qorxurmuş. Günahsız güllәlәnәnlәrdәn qorxurmuş, yaxın qohumlarından da tutulanlar vardı.
Bir hadisә heç yadımdan çıxmır. Ağdam rayon komsomol komitәsi bürosunun iclası gedirdi. Mәktәblilәri komsomola keçirmәyә gәtirmişdilәr. Arıq bir qızın otağa girmәsi ilә pıçıltıların başlanması bir oldu. Qız isә dayanıb hamıya göz qoyurdu. Qәribә gәrginlik yaranmışdı. Nә qıza sual verәn vardı, nә dә qәbul olunması haqqında fikir deyәn. Qız birdәn titrәyib әsdi. Ağladı, nә ağladı: “Bilirәm niyә mәni komsomola keçirmirsiniz- dedi. Ona görә ki, mәnim atam xalq düşmәni olub. Mәn atama nifrәt edirәm.” Dedi vә yıxılıb ürәyi getdi. Güclә ayağa qaldırdılar...
Belә bir mühitdә adamların haqsız tutulmasına o qәdәr dә inanmırdıq. Ancaq Bakı mühitindә hadisәlәrlә yaxından tanışlıq bizdә, o cümlәdәn mәndә heç bir şәkk-şübhә yeri qoymadı. Hәtta Bakıda maraqlanıb öyrәndim ki, hәmin o qızın atası da vәtәnә, xalqa çox sәdaqәtli insan imiş. Günahsız repressiyalar qurbanı olub. Ona görә dә şәxsiyyәtә pәrәstişin tәnqidi ürәyimizdәn oldu. Doğrudur, Stalini birdәn-birə ürәkdən çıxarmaq da çәtin, bәlkә heç mümkün dә deyildi. Ancaq hiss edirdik ki, zülmün buzu qırılıb. Qara buludlar dağılır, özümüz-özümüzlә vuruşurduq. Stalini müdafiә edir, hәm dә qәrara ürәkdәn tәrәfdar olurduq, yeni-yeni faktlar üzә çıxdıqca qәrarı tam müdafiә etmәyә başladıq.
Bu vә daha digәr sәbәblәrә görә o vaxt biz orqanların diqqәt mәrkәzindә idik. Tez-tez bizi, xüsusilә mәni komsomol komitәsinә, partkoma çağırıb “başıma ağıl qoyurdular.” Salam Qәdirzadәnin “Gәnclik” povestinin universitetdә müzakirәsi zamanı rus yazıçılarını süni surәtdә tәriflәyәnlәrin әleyhinә çıxış etdim. Ümumiyyәtlә, hәr şeydә Rusiyanı nümunә göstәrmәyin zәrәrini göstәrdim. Bu mövzuda sәrt fikirlәrimi bildirdim. Sәhәrisi günü komsomol komitәsinә çağrıldım. Hiss etdim ki, onların dediklәri iradlar öz sözlәri deyil. Yaxud indiki Şәhriyar klubunda S.Rüstәmin yubileyindә çıxış etdim. Şeir oxumazdan qabaq bir-iki kәlmә danışmağı vacib bildim. Sәhәri gün komsomolun katibi Elmira Qafarova (allah rәhmәt elәsin, yaxşı insan-vәtәndaş idi) mәni çağırtdırıb, öz sözüylә desәk, bir qardaş kimi bәzi mәslәhәtlәrini bildirdi. Şәxsiyyәtә pәrәstişin tәnqidi günlәrindә fәlsәfә dәrsindә müәllim Әlizadә Xruşşovun adını çәkәndә otaqda bәrk gülüş qopdu. Müәllim partkoma şikayәt etdi. Ziyançıların cәzalandırılmasını tәlәb etdi. Mәni partkoma, sonra isә Bakı şәhәr partiya komitәsinә çağırdılar. Gülәnlәrin kimliyi ilә maraqlandılar. Mәn bu siyasi ittihamları rәdd etdim. Dedim tәlәbәlәr müәllimin sәsinin tonuna, savadsızlığına gülüblәr. Müәllimin özünü universitetdәn çıxartdılar.
Bir dәfә dәnizkәnarı bulvarda ona rast gәldim. Tәk-tәnha gәzirdi. Salam verdim. Salamımı alıb istehza ilә üzümə baxdı: “Hәqiqәt axtarıram” dedi. Tәlәbә yoldaşlarım indi görkәmli әdәbiyyatşünas alimlәr, yazıçılar, jurnalistlәr Yaşar Qarayev, Tofiq Hacıyev, Hüseyn Kürdoğlu, Tofiq Rüstәmov, Şamil Salmanov vә başqaları şahiddirlәr ki, biz o vaxt çox fәal idik, universitetin siyasi hәyatına demokratik ton verirdik. Geniş oxucu gәnclәr arasında müәyyәn hörmәtimiz vardı. Görüşlәrdә şeir vә poemalarımızı әzbәr deyirdilәr. Fikirlәrimizә, ideyalarımıza tam tәrәfdar çıxırdılar.
Şәxsiyyәtә pәrәstişin tәnqidindәn sonra cәmiyyәtdә qәribә bir azadlıq külәyi әsmәyә başladı. Әsmәyi ilә qarşısının alınması bir oldu. Bir qәdәr qeyri-tәvazökarlıq olsa da demәliyәm ki, bu mövzuya “Ala dana”, “Qızıl gül olmayaydı” müәllifi Rәsul Rzadan sonra (bәlkә dә eyni vaxtda, ancaq gec üzә çıxara bildim) mәn girişdim. “Ömür tәzәlәnir” adlı poemamı yazdım. Bu poemanın da yazılma tarixi real faktla bağlıdır.
Bir gün dәrsdәn evә gәlәndә üz-gözünü tük basmış, gözlәri çuxura düşmüş, saçları xeyli ağarmış bir kişinin nәnәmlә, xalamla üzbәüz oturub uşaq kimi ağladığını gördüm. Mәlum oldu ki, bu kişi mәnim anamın әmisi oğlu Kәrişdir. Vaxtilә Bәrdәdәn әsgәr gedib. Vuruşub, әsir düşüb. Әsirlikdәn qayıdandan sonra ona heç yerdә iş vermәyiblәr. “Әsir olmusan” deyә Sibirә sürgün ediblәr. Neçә il İrkutskidәn xeyli aralı qızıl mәdәnlәrindә işlәdiblәr. Min bir mәşәqqәtlә mәşhur qәrardan sonra Bakıya qayıdıb. Söhbәt әsnasında o da mәlum oldu ki, Kәriş dayım әsirlikdә Yuqoslaviyada, İtaliyada müqavimәt hәrәkatında iştirak edib. Ancaq nә faydası! İkinci dәfә dә vәtәn onu soyuq qarşılayıb. Yenә dә süründürmәçilik. Get-gәl. “İş yoxdur”lar. İndi qәrara gәlib ki, vәtәni әbәdi tәrk etsin, Sibirә qayıtsın. Bu hadisә mәni sarsıtdı. Onu aylarla unuda bilmәdim.
Nәhayәt, “Ömür tәzәlәnir” poemamı yazmağa başladım. Göz yaşlarımla yazdığım bu әsәri tәxminәn bir ilә başa çatdırdım. Kimә oxudumsa dedilәr qatla qoy sandığa. Mәnsә sandığa qoymadım, apardım verdim “Azәrbaycan” jurnalına. İki-üç aydan sonra gedib soruşdum. Dedilәr poema itib. Yenidәn yazdırıb apardım. 4-5 aydan sonra yenә dedilәr itibdir. Yenidәn yazdırıb apardım. Yazıçılar mәni başa saldılar ki, qәsdәn “itiriblәr.” Orqanlara göndәriblәr. Bu minvalla poema redaksiyada iki il “itdi.”
Hәmin әrәfәdә Moskvada gәnc yazıçıların yaradıcılıqında nә bilim, nә “izm” әleyhinə bir qәrar çıxdı. Bu qәrar Mehdi Hüseynin rәhbәrliyi altında Azәrbaycan Yazıçılar İttifaqında müzakirә olunarkәn jurnalın mәsul әmәkdaşlarından biri çıxış edib mәni hәmin “izm”dә tәqsirlәndirdi. Hәtta belә bir ifadә dә işlәtdi ki, Famil Mehdi fahişә qadınlar haqqında poema yazıb, bizim tәnqidimizlә heç cür razılaşmır. Mәn çox әsәbi çıxış etdim. Hәmin şәxsin layiqli cavabını verdim. Mәnim çıxışımdan sonra mәsәlәnin tündlәşmәsinә yol verilmәdi. Ancaq poemanı geri götürmәdim. Әksinә, çap olunmasını tәlәb etdim. Bu minvalla bir neçә ay da gәlib keçdi. Bir gün “Bakı” qәzetindә iş yerimdә oturmuşdum. Telefon zәng çaldı, götürdüm. Danışan iş yoldaşım şair Cabir Novruz idi. Dedi: Famil indicә “Nizami” kinoteatrında bir tәzә filmә baxıb çıxıram. Adı “Çistoye nebo”dur. Sәnin poemanın mövzusundadır. Yәqin bundan sonra poemanı heç cür çap etmәyәcәklәr. Deyәcәklәr ki, hәmin filmi tәkrar etmisәn. İstәdim gedib hәmin filmә baxım. Ancaq getmәdim. Bu günә qәdәr dә onu görmәmişәm. Hәm sevindim, hәm yenidәn dilxor oldum. Qanım qaraldı.
Bu әrәfәdә yazıçı Әbülhәsәni “Azәrbaycan” jurnalına redaktor qoydular. İndi dә ona müraciәt etmәyә başladım. Söz verdi ki, poemanı oxuyaram, sonra fikrimi deyәrәm. Bir neçә gündәn sonra çağırıb dedi: “Әzizim, poemanı çap edә bilmәyәcәyik. Fahişә arvadlar indi yoxdur, qabaqlar vardı. Olsa da onların haqqında poema yazmazlar”.
Mәn dәrhal hiss etdim ki, Әbülhәsәn poemanı oxumayıb. Başqasının dediklәrini, artıq eşitdiyim fikirlәri olduğu kimi tәkrar edir. Dedim: “Әbülhәsәn müәllim, Sizi o ağ saqqalınıza bağışlayıram. Ağsaqqala hörmәtsizlik mәnim tәbiәtimә yaddır. Olmazdımı ki, poemanı oxuyub öz fikrinizi deyәydiniz. Başqasının qәrәzli fikirlәrini tәkrar etmәyәydiniz?” Tutuldu, pis vәziyyәtdә qaldı vә dedi: “Yaxşı mәnә üç-dörd gün vaxt ver, poemanı oxuyum.” Sonra danışarıq.
Üç-dörd gündәn sonra özü mәni çağırtdırdı: “Әzizim, keçәn dәfә dediklәrimin üstündәn xәtt çәkirәm. Әsәr xoşuma gәlib. Yaxşı, cәsarәtli poemadır. Amma dil qüsurları var. Sәmәd Vurğun dili korlayıb, şeirә lazımsız “da”, “dә” gәtirib. Sәn dә o yolla getmisәn. “Hәsәn dә, Mәmmәd dә sıramızdadır” demәk lazım deyil. Demәk lazımdır ki, Hәsәn, Mәmmәd sıramızdadır.”” Qәribә fikir idi. Ancaq bir söz demәdim. Әlyazmamı götürdüm. “Çalışaram qeydlәrinizi düzәldim” dedim.
Belәliklә, jurnalda poema çap olundu, yaxşı rәy doğurdu. Mehdi Hüseyndәn mәktub aldım. Poemanın radioda sәhnәlәşdirilmiş formasına qulaq asmış vә bәyәndiyini bildirmiş, xoş sözlәr söylәmişdi: “Әzizim Famil! Bu yay günündә Buzovna qayaları üstündә oturub möhtәrәm aktyorumuz Әlәsgәr Әlәkbәrovla balıq tutarkәn radioqәbuledicini işә saldıq. Sәhnәlәşdirilmiş poeziya әsәri verilirdi. Elә ilk dәqiqәdәn diqqәtimizi cәlb etdi. Görәsәn kimin әsәridir? Hәrәmiz bir neçә şairin adını çәkdik. Hәm dә güman etdiyimiz görkәmli şairlәrin. Lakin diqqәtlә qulaq asıb axıra kimi gözlәmәli olduq. Axırda bilәndә ki, poema görkәmli şairlәrin deyil, sәnin – cavan bir şairin qәlәmindәn çıxmışdır, ikiqat sevindik. Hәr ikimiz sәni alqışladıq... Hörmәtlә, Mehdi Hüseyn”.
Poemalar haqqında müşavirәdә hörmәt bәslәdiyim tәnqidçilәrdәn biri dә poemanı çox tәriflәmişdi. Başqa görkәmli müәlliflәrin poemaları haqqında isә xeyli tәnqidi qeydlәrini bildirmişdi. Mәruzә sonralar ixtisarla “Ulduz” jurnalında dәrc olunanda gözlәrimә inanmadım. Tribunada tәnqid etdiklәri poemaları tәriflәyirdi. Mәnim poemam haqda da tәrifli sözlәri qalırdı. Ancaq bәzi tәnqidi qeydlәr dә söylәmişdi. Halbuki bunlar mәruzәdә deyilmәmişdi. Oxudum. Gözlәrimә inanmadım. Dilxor olsam da, fikir vermәdim.
Bir gün tәnqidçi qarşıma çıxdı. Heç ağzımı açmağa qoymadı. Dedi: “Famil, sәndәn üzr istәyirәm. Pula ehtiyacım vardı. Mәruzәni çap etdirmәk istәdim. Redaktor dedi ki, o adamların haqqında tәnqidi çıxarmalısan. Mәn onların qabağında dayana bilmәrәm. Ancaq elә et ki, mәqalә tәrifdәn dә ibarәt olmasın. Fikirlәşdim: bәs kimi tәnqid edim? Gücüm sәnә çatdı. Bunu ehtiyac üzündәn elәmişәm. Mәni bağışla”.
Sәmimi etirafı xoşuma gәldi. “Canın sağ olsun” dedim. Belә şeylәr yaradıcılıq alәmindә tez-tez olub vә olur.
Hәlә bundan bir neçә hәftә әvvәl şair Osman Sarıvәlli mәnә Yazıçılar İttifaqında dedi ki, sәni Mehdi Hüseyn görmәk istәyir. Gedәk Mehdinin otağına. Getdik. Mehdi Hüseyn dedi ki, “Drujba narodov” jurnalı bir cavan azәrbaycanlı şairin şeirini dәrc etmәk istәyir. Osman da, mәn dә sәni mәslәhәt bilmişik. Tez get dörd-beş şeirini götür gәl. Gedib gәtirdim. Tәcili tәrcümә etdirib Moskvaya göndәrdilәr. Bir neçә hәftәdәn sonra görkәmli rus şairi Yaroslav Smelyakovdan teleqram aldım: “Tәbrik edirәm, şeirlәriniz bәyәnildi. Vladimir Sokolovun tәrcümәsindә jurnalımızın dördüncü nömrәsindә dәrc edilәcәkdir.” Doğrudan da dәrc edildi. Belәliklә şeirlәrim başqa dillәrә dә tәrcümә olunmağa başladı.
“Sevәndәn bәri” adlı ilk kitabım çox kiçik hәcmdә 1961-cı ildә “Uşaqgәncnәşr” tәrәfindәn nәşr edildi. Bu haqda mәn nәşriyyata müraciәt etmәmişdim. Bir gün Nizami muzeyinin yanında nәşriyyatın baş redaktoru tәrcümәçi-jurnalist Hacı Hacıyevә rast gәldim. Mәnә dedi:- Bәs sәn hardasan, gәlib çıxmırsan, il qurtarır?” Cavab verdim: “Hara gәlmәliyәm, nә üçün gәlmәliyәm?” Dedi: “Bәs bilmirsәn ki, sәnin ilk kitabını özünün әrizәn olmadan plana salmışıq?” Tәşәkkür edib bildirdim ki, birinci dәfәdir ki eşidirәm. Şeirlәrimi toplayıb gәtirәrәm. Apardım. Redaksiya heyәtinin iclasını çağırdılar. Şeirlәri oxumağa başladım. 3-4-nü oxumuşdum ki, dedilәr bәsdir. Mirvarid Dilbazi, Mikayıl Rzaquluzadә, Hacı Hacıyev şeirlәri tәriflәdilәr. Qәrar qәbul etdilәr ki, kitab nәşr olunsun. Belәliklә dә ilk kitabım nәşr edildi.
İlk kitabı nә ilә müqayisә etmәk olar? İlk mәhәbbәtlәmi? İlk körpәnin dünyaya gәlmәsi, yaxud ilk böyük qәlәbә ilәmi? Deyә bilmәrәm. Ancaq mәnim sevincimin ömrü çox qısa oldu. Kitabı alıb vәrәqlәyәndә elә bil mәni ildırım vurdu. Әn çox sevdiyim, demәk olar ki, jurnalda dәrc olunandan sonra çoxlarının әzbәrlәdiyi “Sәni gözlәyirәm” poemam kitabda fәsillәri bir-birinә qarışıb, baş-ayaq düşmüş şәkildә getmişdi. Qanı qara vәziyyәtdә nәşriyyata gәldim. Orda da dilxor oldular. Dedilәr ki, mütlәq düzәldilib yenidәn nәşr olunmalı, tәqsirkar cәzalandırılmalıdır. Ancaq bu vәd yerinә yetirilmәdi. İlk kitab qüsurlu şәkildә nәşr olundu.
Sonrakı illәrdә vaxtaşırı aşağıdakı kitablarım nәşr edildi: “Sadә sәtirlәr” (1961), “Mәnim ulduzlarım” (1964), “Ünvanım dәyişir” (1966), “Ömürdәn sәhifәlәr” (1970), “Qarabağ şikәstәsi” (1970), “Prostıye stroki” (Moskva, 1972), “İllәr vә talelәr” (1974), “İnsan unudulmur” (1976), “Sәni gözlәyirәm” (1978), “Anam elә bilir” (1979), “Sedmoy kontinent” (Moskva, 1979), “Tәbriz xalısı” (1981), “Ömür keçir, gün keçir” (1983), “Borc” (1984), “Çelovek ne zabıt” (Moskva, 1984), “Әyilmә, dünyam” (1985), “Поиск истины” (1987), “Seçilmiş әsәrlәr” (1989), “Әllidәn sonra” (1993).
Mәnim bütün şeir vә poemalarımın mövzusu real hәyatdan, şәxsәn görüb duyduğum, iştirakçısı olduğum fakt vә hadisәlәrdәn gәlir. Heç bir uydurma hadisәni qәlәmә almamışam. Buna görә dә hәtta yuxarılarda çoxları özlәrini o şeirlәrdә, poemalarda görürdülәr. Ciddi müqavimәtlәrә rast gәlmәyimin әsas sәbәblәrindәn biri dә budur. “Şair ürәkli qәhrәman”, “Ağ xalatlı gecә”, “İllәr vә talelәr”, “Xatın harayı”, “İndira Qandi, bakılı qız vә kukla”, “Әbәdiyyәt qarı” poemalarımın da әsasında real hәyati faktlar dayanır. Bunları necә obrazlaşdıra, ümumilәşdirә bilmişәm, bu başqa mәsәlәdir.
Özümü müdafiә etmәk, sığortalamaq, iz itirmәk mәqsәdilә yazdığım şeirlәr (belә şeirlәri barmaqla saymaq olar) istisna olmaqla bütün şeir vә poemalarım böyük müqavimәtlәrә rast gәlib. Bu mәnada yaşıdlarım içindә bәlkә dә mәnim qәdәr әzab-әziyyәt çәkәn, mәnәvi zәrbәlәr görәn ikinci bir müәllif olmayıb. Bu, ayrıca bir söhbәtin mövzusudur. Ancaq hәlәlik onu demәklә kifayәtlәnirәm ki, şeirlәrim dәrc olunarkәn әn yaxşı misralarım, mәni hәmin şeirlәri yazmağa mәcbur edәn misralarım ixtisar olunub, dәyişdirilib. Bәzәn bir neçәsini dava-dalaşla mәtbәәdә bәrpa etdirmişәm. Çoxu isә mәndәn xәbәrsiz ixtisar edilib. Sonrakı narazılıqlar isә bir fayda vermәyib. Bütün mәsuliyyәti ilә deyirәm: yuxarılarda әdәbiyyata, incәsәnәtә rәhbәrlik edәn adamlar mәnә bәlkә dә düşmәn gözü ilә baxıb. Öz vәzifәlәrinin qorxusundan yaxud özlәrindәn böyüklәrә yaltaqlanmaq, “molodes” qazanmaq üçün hәmişә mәni, mәnim kimi fikirlәrini açıq deyәnlәri bu vә ya digәr yollarla vurdurublar, әzdiriblәr. Aşağıda bu haqda konkret misallar gәtirәcәyәm. Hәlәlik isә on il hücumlara, tәhqirlәrә mәruz qaldığım “İnsan unudulmur” poemamla әlaqәdar başıma gәlәnlәri qısaca qeyd etmәyi vacib sayıram.
Hәyatda dәfәlәrlә belә faktlara rast gәlirdim: bir insan uzun illәr vәzifәdә olanda tәriflәnir, mükafatlandırılır. Orden vә medallarla tәltif olunur. Deputat seçilir. Hәtta bәzәn Sosialist Әmәyi Qәhrәmanı adına layiq görülür. Elә ki, onun haqqında lap yuxarılarda bir adamın fikri dәyişir, balaca, yaxud lap elә qeyri-balaca bir sәhvә yol verir, vurulub sıradan çıxarılır. İfşa, yaxud dönә-dönә tәnqid edilir. Gözdәn salınır. Şәrәf vә lәyaqәtli ayaqlar altına salınır. Mәn bunu cәmiyyәtin әn iyrәnc, biabırçı bir halı hesab edirdim. Bu, insana, insanlığa qarşı qanunilәşmiş, standartlaşmış bir cinayәt idi. Böyük vәzifәlәrdәn çıxarılan adam xidmәtlәrindәn asılı olmayaraq mütlәq ifşa olunub çıxarılmalı, uzun illәr tәnqid hәdәfinә çevrilmәli idi. Halbuki deyilәn qüsurlar doğrudan da vardısa, onu vaxtında deyib-düzәltmәk olardı. Bu isә heç mümkün deyildi. Yüksәk vәzifәli adamı yuxarıda onun haqqında fikir dәyişәn günә qәdәr heç kim tәnqid edә bilmәzdi. Cәmiyyәtdә tәnqidedilmәzlәr sinfi formalaşmışdı. İfşaetmә üsulu yaranmışdı. Bu qatı diktaturanın bilavasitә nәticәsi idi.
Mәn bu adamları gördükcә özü-özümә düşünürdüm: nә gözәl mövzudur! Ancaq onu yazmaq özünü qәssabxana bıçağı ağzına atmaq olardı. Ancaq yazmamaq da mümkün deyildi. Mövzu ürәyimi deşirdi. Bu haqda yaxın adamlarımdan bir neçәsinә danışmışdım. İlk sözlәri bu olmuşdu: adını “İnsan unudulur” yox, “İnsan unudulmur” qoy. Çalış ki, fikirlәrini üstüörtülü deyәsәn. Yoxsa üzә çıxmağa qoymayacaqlar. Özün dә zәrbә qarşısında qalacaqsan”.
Necә yәni “İnsan unudulmur?” Elә bu adı dәyişmәyin özü yazmamağa bәrabәr idi. Mәnim hәyatda gәldiyim nәticә, ifadә etmәk istәdiyim ideya budur ki, hәyatda insan öz layiqli xidmәtini almır. Tez-gec vurulub sıradan çıxarılır. Belәliklә dә unudulur, artıq adama çevrilir. Mәnә isә bәri başdan diqtә edirlәr: çalış insan unudulmasın. Bәzilәri dә deyirdi ki, bu cәmiyyәt üçün xarakterik deyil. Ancaq “yaz, mütlәq yaz” deyәnlәr, mәnә ürәk-dirәk verәnlәr dә vardı.
Bu zaman baş verәn bir hadisә mәni stol arxasına keçib yazmağa mәcbur etdi. Allah sәnә rәhmət elәsin Rәşid Zülfüqaroğlu! Necә gözәl, cazibәdar, böyüyün-kiçiyin yerini bilәn, әdәbiyyatı, sәnәti sevәn, sәnәtkara hörmәt etmәyi, qeydinә qalmağı bacaran gözәl insan idi. İxtisasca aqronom, əla üzümçülük mütәxәssisi idi. Uzun müddәt sovxoz direktoru işlәmişdi. 60-cı illәrdә demokratiya külәyi әsәn vaxtlarda onu rayonlardan birinә birinci katib qoydular. Cәmi 33-34 yaşı vardı. Ancaq çox gәncikәn müdriklәşmişdi. Kasıb-kusubun dostu idi. “Mәnәm-mәnәm” deyәnlәri görmәyә gözü yox idi. Katib seçilәn ilk gündәn tәsәrrüfat sahәsindә böyük işlәr gördü.
Arxalıları, özündәnrazıları vәzifәdәn uzaqlaşdırdı. Bәlkә bu işdә sәhvlәri dә olurdu. Ancaq rayon camaatı onu hәqiqәtәn alqışlayırdı. Yuxarıların xahişlәrini rәdd edirdi. Yazıq elә bilirdi ki, dünyanı düzәldәcәk, “sağ ol” qazanacaq. Mәn şahidәm ki, Mәrkәzi Komitәnin kadr işlәrinә baxan şöbә müdirinin qohumlarını da işdәn çıxarıb qovdu. Mәn hәyatda ideal adam görmәmişәm. Yaxşı-pis müqayisәdә ortaya çıxıb. Rәşidin dә rüşvәt almamasını iddia etmirәm. Ancaq görünür müqayisәdә çox fәrqlәnirdi. İş üçün, insan üçün özünü öldürürdü. Әvvәl işlәdiyi yerlәrdә incidilәnlәr hamıdan qabaq onun yanına gәlirdilәr. Hamıya kömәklik etmәyә çalışırdı.
Bir az tәrsliyi dә vardı, elә onun da qurbanı oldu. İncitdiyi adamların lap yuxarıdakı qohumları onun işini burdu. Xruşşov dövrünün hәrc-mәrcliyindәn istifadә edәrәk bir qrup adamı da onun әleyhinә qaldırtdılar. Ağlasığmaz böhtanlar atdılar. Hәtta eybәcәr, heç bir kişinin tamah salmayacaqı rus qadınını-tәsәrrüfat başçısını öyrәdib әn gözәl xanımların belә gizlin-gizlin baxdığı Rәşidin üzünә dayadılar. Belәliklә, vәzifәdәn uzaqlaşdırdılar. Tәnqidә, hәtta tәhqirlәrә mәruz qaldı. Uzun müddәt hәqiqәtәn artıq adama çevrildi. Ağır xәstәliyә tutuldu. Sonralar ürәk iflicindәn öldü.

: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə