Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə3/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18
Mәn bu hadisә ilә rastlaşdıqdan sonra poemanı yazmağa başladım. Şәrti olaraq qәhrәmanı da raykom katibi seçdim. Әlbәttә, bu tamamilә şәrti idi. O nazir dә ola bilәrdi, ispolkom sәdri dә. Mәqsәd cәmiyyәtdә insana münasibәti göstәrmәk idi. Hәm dә qәhrәmanı raykom katibi seçmәk fikrimin daha dәqiq ifadәsinә kömәk edә bilәrdi. Hәm dә fikrimi müәyyәn mәnada ört-basdır etmәk, pәrdәlәmәk üçün bu mәnә lazım idi. Yәni lazım gәlәndә özümü müdafiә edәrdim: “raykom katibi haqqında poema yazıram”.
Ancaq mәqsәdim qәtiyyәn bu deyildi. Ola da bilmәzdi. Çünki raykom katiblәrinin yerlәrdә allahlığını çox görmüşdüm. Onların bәzәn kәsdiyi başın sorğu-sualı yox idi. Bir rayon camaatının, tәxminәn 100-150 min adamın әvәzinә o düşünmәli, danışmalı, nәticә çıxarmalı idi. Mәn bu vәzifәdә hәr şeydәn əvvəl insan obrazı yaratmaq istәdim ki, fikrim qabarıq canlansın. Yәni bu partiya, onun vәzifәsi әn müqәddәs insanları da axırda mәhv edir. Ancaq, tәkrar edirәm, bu ideyanı vermәk o vaxt çox çәtin idi. Heç mümkün dә deyildi. Bu fikrә, necә deyәrlәr, don geyindirmәk lazım idi.
Mәn gündәlik formasını seçdim. Katibin 30-40 illik fәaliyyәtini canlandırmağa çalışdım. Mәnim tәsvirimdә o tikir, qurur, yaradır, tәşәbbüslәr qaldırır. Xalqın dәrd-sәrinә qalır. Rüşvәtxorluğa, yerlibazlığa, dәstәbazlığa, digәr qeyri-ınsani sifәtlәrә qarşı amansızcasına mübarizә aparır. Hәm dә özü özüylә mübarizә aparır. Ancaq vә ancaq xalq, vәtәn, millәt haqqında düşünür. Möhkәm inanır ki, dünyanı düzәldәcәk. Ancaq xırda bir sәhv üstündә vurulub sıradan çıxarılır. Xidmәtlәrinin üstündәn qara xәtt çәkilir. Evdә telefonu susur. “Dostların” salamı kәsilir. Ürәk xәstәliyinә tutulur. Radioda “İnsan unudulmur, insan unudulmur” nәqaratlı mahnını dinlәdikcә ürәyinin ağrıları daha da artır. Başı daşdan-daşa dәyәndәn sonra ayılır:
Bir dә gәlsәm dünyaya

Bu dünyada hәr şeyi

Yenidәn başlayardım

- deyir.
60-cı ildәn etibarәn haqqında fikirlәşdiyim poemanı fasilәlәrlә tәxminәn on ilә yazdım. Tez dә yaza bilәrdim. Çapı haqqında fikirlәşәndә әlim soyuyurdu. 70-ci ilin әvvәllәrindә respublikada iqlimin müәyyәn dәrәcәdә dәyişmәsi, “kiçik allahların” bir neçәsinin cәzalandırılması mәni mәcbur etdi ki, poemanı tamamlayıb üzә çıxaram.


Nәhayәt, 1972-ci ilin martında Yazıçılar İttifaqında Mirzә İbrahimovun sәdrliyi ilә poemanın oxunuşu vә müzakirәsi oldu. Birinci Zeynal Xәlil danışdı. Onun sözünü olduğu kimi yazıram: “Bu poema zәmanәnin üzünә çırpılan çox sәrt bir şapalaqdır.” Bu söz bәzilәrini xoflandırdı. Hәtta “bu әhvalat Mirzә müәllimin öz başına da gәlib” deyәnlәr dә oldu. Mirzә İbrahimov, Mәmmәd Rahim, Zeynal Xәlil, Adil Babayev, Novruz Gәncәli, Әliağa Kürçaylı, İslam Sәfәrli, Cabir Novruz, Nәriman Hәsәnzadә çıxış etdilәr. Uğurlarını vә bәzi nöqsanlarını qeyd etdilər.
“Әdәbiyyat vә incәsәnәt” qәzetinin 1 aprel 1972-ci il tarixli nәmrәsindә “Yazıçılar İttifaqında” sәrlövhәli xәbәrdә deyilirdi: “Çıxış edәnlәr göstәrdilәr ki, poema dövrün aktual mәsәlәlәrinә hәsr olunmuşdur. Şair real, hәyati faktlara әsaslanmış, rast gәldiyi, şahidi olduğu hadisәlәri bütün ziddiyyәtlәri ilә birlikdә ümumilәşdirib göstәrmәyә sәy etmişdir. Poemanın oxunaqlı, maraqlı formada yazılması, dilinin sәlis vә emosional olması xüsusilә qeyd olunmuşdur. Ümumiyyәtlә, müzakirә iştirakçıları poemanın gәlәcәkdә çap olunmasını mәqsәdәuyğun saymışlar”.
Bir neçә hәftәdәn sonra poema “Azәrbaycan” jurnalında dәrc olunmaq üçün mәtbәәyә göndәrildi. Ancaq bir müddәtdәn sonra xәbәr tutdum ki, Mәrkәzi Komitәnin göstәrişi ilә poemanın nәşri dayandırılıb. Poema әtrafında böyük söz-söhbәt qalxıb yayıldı. Mәni müdafiә edәnlәr dә vardı, uzaq qaçanlar da. Bu sarsıntılar, әsәb gәrginliyi, tezliklә aradan qalxmadı. Әksinә, xәbәr gәldi ki, poemanın yığım metalını (naboru) dağıdıb tәzәdәn qazana töküb әridiblәr. Bu, poemanın nәşri ümidlәrimi alt-üst etdi. Mәnә münasibәt tamam dәyişmişdi. Hәtta “telefonda artıq-әskik danışma” deyәnlәr dә vardı.
Bu әrәfәdә qәribә bir tәsadüf baş verdi: Mərkəzi Komitənin birinci katibi Heydәr Әliyev qurultayqabağı bir neçә yazıçını qәbul etdi. Söhbәt әsnasında şair Qabil deyir: “Heydәr Әliyeviç, bizә imkan vermirlәr yazıb-yaradaq. Bizi boğurlar. Yaxşı әsәrlәrimizin çapına icazә vermirlәr. İncidirlәr. Әzab-әziyyәtә salırlar”.
Birinci katib soruşur: “Faktınız varmı?” Qabil cavab verir: “Var. Famil Mehdinin poemasının jurnalda çapını dayandırıblar. Oxumuşuq, bәyәnmişik. Çox yaxşı әsәrdir.” Birinci katib qeyd edir, “mәşğul olaram” deyir. Bir neçә gündәn sonra yazıçıların әmәk tәbliqatçılar evinin akt zalında keçirilәn qurultayında fasilә zamanı ideoloji işlәr üzrә Mәrkәzi Komitә katibi Ramiz Mәmmәdzadәyә yaxınlaşdım. Dedi poema mәndәdir. Görürsünüz, Azәrbaycan dilini yaxşı bilirәm. Әdәbiyyatı da sevirәm. Sabah Tbilisiyә gedirәm. Bir hәftәdәn sonra mәnә zәng edin. Diqqәtlә oxuyacağam. Fikrimi deyәrәm. Tәxminәn 10 gündәn sonra zәng etdim.
Bir nәfәr cavab verdi, dedi Ramizәm. Mәlum oldu ki, Ramiz Mehdiyevdir. Universitetin filosof müәllimi. MK-ya işә keçib. İki gündәn sonra zәng etmәyimi xahiş etdi. Dedi sizi Ramiz Mәmmәdzadә ilә görüşdürәrәm. Elә katib özü dә sizi görmәk istәyir. Müәyyәn olunmuş vaxtda MK-ya getdim. Ramiz müәllim dedi ki, vacib iş düşdü Mәmmәdzadә getdi. Dedi onun әvәzindәn sizә çatdırım ki, poema haqda fikri müsbәtdir. Göstәriş verәcәk nәşr etsinlәr. Poemanı da mәnә qaytardı.
MK binasından hәlә çıxmamış ürәyim durmadı, vәrәqlәrә baxdım. İlahi, bu nә idi. Demәk olar ki, hәr sәhifәnin qabağında bir sual işarәsi qoyulmuşdu. Vәrәqlәrin yanında nәsә hey yazılmış, sonradan pozulmuşdu. Oxumaq olmurdu. Yәqin ki, sualların izahı idi. Doğrusu, mәәttәl qaldım: “Doğrudanmı bu qәdәr sualdan sonra MK poemanın çapına icazә verir?” Evdә pozulanları güc-bәla ilә oxumağa çalışdım. Burada nәlәr yox idi. “Bu hәyatı açıq-açığına tәhrifdir”, “Cәmiyyәtә böhtandır”, “Bu әdәbi nöqsan yox, siyasi savadsızlıqdır”, “Hәr şey tәrsinә tәsvir edilir”, “Burada tәsvir olunan laqeydlik, süründürmәçilik hәyatımıza yaddır”, “Şairin mövqei tәәccüb doğurur” vә s. vә i.a. Qәribәdir, özlәri yazdıqlarını özlәri dә pozmuşdu. Görәsәn, bunu kim elәmişdi?
Siyasi qul-gәda. Vәzifә ölüsü. Kürsü xatirinә var-yoxunu da qurban vermәyә hazır olan adamcıq. Yaltaqlıqla, tanış-bilişliklә Mәrkәzi Komitәyә soxulmuş yaramaz. Alçaq. Satqın. Belәlәrinә nә sifәt desәn yaraşır. Bunlar 37-dә Cavidi, Müşfiqi, Çәmәnәzәminlini vә başqalarını satıb güllәlәdәn biqeyrәtlәrin, şәrәfsizlәrin kökü üstündә boy atan müasir satqınlardır. Başqa zaman olsaydı o rәylәrә görә yәqin mәni dә güllәlәyәrdilәr. Belәliklә 1972-ci ilin әvvәlindә çapa mәslәhәt görülәn poema 1975-ci ildә işıq üzü gördü. Әlbәttә, bәzi misralar sual işarәsi ilә birlikdә pozulmaq şәrti ilә.
Ürәklәnib, bir az da dәrәsgә düşüb poemanın “Günәş hәmişә sәmadadır” adlanan ikinci hissәsini yazmağa başladım. Çox sürәtlә işlәdim. Tamamlayıb “Azәrbaycan” jurnalına tәqdim etdim. Redaksiya heyәti üzvlәri Nәbi Xәzri, Süleyman Vәliyev, Qabil, hәmçinin İmran Qasımov, Mirzә İbrahimov, Bәxtiyar Vahabzadә, Sabir Әhmәdli, İshaq İbrahimov, Cabir Novruz, Mәstan Әliyev vә başqaları oxuyub müsbәt rәy yazmış, yaxud fikirlәrini şifahi surәtdә bildirmişdilәr. Poema mәtbәәyә göndәrildi. Yığıldı, redaktә olundu. Ancaq yenә xәbәr çıxdı ki, onun çapını dayandırıb vә yığılmış metalları yenidәn qazana töküb әridiblәr.

Yenidәn әsәbi günlәr, hәyәcanlar, sual-cavablar, şübhәli atmacalar başlandı. Mәnә eşitdirdilәr ki, poemanı Mәrkәzi Komitәdә götürtdürüb gәrәkli bir adama verib mәnfi rәy yazdırıblar. Hәm dә deyirdilәr ki, deyәsәn, tәnqidçi alimdir. Ay allah, görәsәn bu kim idi? Düzü bu haqda mәn o qәdәr dә fikirlәşmirdim. Axı, bunun nә mәnası vardı? Fakt bu idi ki, yazmışdı. Fәrz edәk ki, bildim kimliyini, nә edәcәkdim? Ancaq çoxları bununla maraqlanırdı. Süleyman Rüstәm soruşurdu: “Bir şey öyrәnә bilmәdin?” Bәxtiyar Vahabzadә xәbәr alırdı: “Öyrәndinmi ki, daşı sәnә hansı yandan atıblar?” Hәmyaşıdlarım deyirdi: “Axı ilin-günün bu vaxtında bu Mәrkәzi Komitә fitvasına uyan kimdir, görәsәn?”


Daha çox maraqlananlardan biri Süleyman Vәliyev idi: “Bәs bu namәrdliyi edәn kimdir?” Bu rәyi yazanın kimliyi ilә çoxları maraqlanırdı. Bu zәnglәr-sorğular bәzәn mәnim dә marağımı artırırdı: Bәlkә Pәnah Xәlilovdur? Yox, Pәnah müәllim heç vaxt elә iş görmәzdi. Bәlkә Qulu Xәlilov idi? Xeyir, Qulunun nәyi var üzdәdir. 0, arxada namәrdlik etmәz. Bәlkә Kamal Talıbzadә? Әsla ola bilmәzdi. Bәlkә Qasım Qasımzadә? Dünyasında Qasım müәllim mәnә xәyanәt etmәzdi. Hәm dә Mәrkәzi Komitә fitvasına uymazdı.
Mәn bu suallara cavab axtarmaqdan daha çox iki başlıca işlә mәşğul idim: birincisi, poemanın “Gәlimli-gedimli dünya” adlanan üçüncü hissәsini yazırdım. İkincisi, özümü, poemamı müdafiә mәqsәdilә görkәmli adamlardan tutarlı sitatlar axtarıb tapırdım. Özümü çox vaxt müttәhimlәr kürsüsündә hesab edir, poema ilә әlaqәdar ittihamlara, suallara cavab verir, ittihamedici nitqlәr edirdim.
Mәni narahat edәn bir dә poemanın Moskvada “Sovetski pisatel” nәşriyyatındakı taleyi idi. Burada poemalar haqda mәlumat vardı. Birinci poemanı “Novıy mir” jurnalına tәqdim etmişdim. Bәyәnmişdilәr. Bәdii tәrcümә üçün Rimma Kazakovaya vermişdilәr. O da çox bәyәnmişdi. Hәtta “Sovetskiy pisatel”dә dә bu haqda danışmışdı. Marağı vardı ki, jurnaldan sonra kitabda da çıxsın. Ancaq tәrcümәni çox yubatdı. Hәr halda tәrcümә etdi. Nәşriyyata isә ikisini tәqdim etmişdim. Üçüncünü dә vәd etmişdim. Moskvada onun nәşri üçün mütlәq Azәrbaycan dilindә çıxması vacib idi. Demişdim ki, ikisi dә çıxıb. Halbuki ikinci çıxmamışdı. Düşünürdüm ki, çıxacaq. Birdәn-birә belә bir vәziyyәt yarandı. Demәli, bu Moskvadakı kitaba da mane olacaqdı.
Bir gün keçmiş Kommunist, indiki İstiqlal küçәsi ilә gedirdim. Qәfildәn qara “Volqa” saxladı. Mәnim sevimli müәllimlәrimdәn biri, mәşhur tәnqidçi-alim maşından düşdü. Binaya getmәk istәyirdi. Qәfildәn mәni gördü dayandı. Salamlaşdıq, dedi: “Bәs sәnin poemanı da yuxarılardan mәnә rәyә vermişdilәr. Mәn dә yazdım. Gәl bir mәnim yanıma...”
Allah, mıxlanıb yerimdә qaldım. Elә bil huşum başımdan çıxdı. Bircә onu deyә bildim: “...demәli, Siz yazmısınız...” Elә bil ki, dediyinә peşman oldu. Bәlkә dә elә bilirmiş ki, mәn bilirәm. Tez içәri keçdi. Bir müddәt küçәdә dayandım. Hara gedim, necә gedim? - bilmәdim.
Keçib bağdakı skamyada oturdum: “Allah, dünyanın sonumu çatıb? Mәnim peyğәmbәr bildiyim insan yuxarının sifarişi ilә mәnә xәyanәt edib?” Açıq-aşkar yazsaydı heç bu qәdәr tәsir etmәzdi. Deyәrdim tәnqidçidir, şәxsi fikridir. Ancaq bu açıq-aydın qәsd idi. Ancaq bir tәskinlik dә tapdım: “Gәl bir mәnim yanıma?” İnsandır dә, nә etmәk olar. Yәqin peşman olub. Şübhәsiz kömәk edәcәk. Sözü keçәndi. Yuxarılara da yaxındır... Evә gәldim, heç kimә heç nә demәdim. Әlim gәlmәdi ki, kitablarını kitab rәfindәn, gözümün qabağından götürüb dalda bir yerә qoyum. Hәmin gecә nәlәr çәkdiklәrimi ancaq özüm bilirәm...
Qarşıdan yazıçıların yeni qurultayı gәlirdi. Bundan 2-3 gün qabaq Şüvәlanda yazıçıların yaradıcılıq evinin açılışı oldu. Buna qәdәr Mәrkәzi Komitәyә, I katibә vurduğum teleqramlara da heç bir cavab verilmәmişdi. Fikirlәşdim ki, yaxşı girәvәdir, çıxış edәrәm. Bunu görkәmli yazıçılardan birinә dedim. Qәti etiraz etdi. “Kişinin acığı tutar.” Açılışda işgüzar şәrait vardı. Çıxış etdim. Çıxışım pis qarşılanmadı. Qәribә vәziyyәt yarandı: birinci Qabil, sonra Mübariz Әlizadә tribunaya qalxdı. Mәni müdafiә etdi. Sonra Qulu Xәlilov söz aldı. Özünәmәxsus kәskinliklә danışdı: “Mәn bilmirәm niyә Famil Mehdini infarkt elәyirlәr. Famil әsәr yazıb, cinayәt elәmәyib ki?”
Quyruq bulayan Mәrkәzi Komitә işçilәri (onların içindә böyüklәri dә vardı) dәrhal әl-ayağa düşdülәr. Yәqin elә güman etdilәr ki, bu çıxışlar tәşkil odunub. Allaha and içirәm ki, qәtiyyәn belә şey yox idi. Kortәbii alındı. Sәhnәdәn barmaqlarını uzadıb zalda oturan çox görkәmli, mәnim peyğәmbәr sandığım alim-tәnqidçiyә hamının gözü qabağında açıq-aşkar işarә etdilәr ki, çıxış etsin. O ağır-ağır xitabәt kürsüsünә çıxdı. Dedi ki, Famil Mehdinin poemasının mәtbәә nüsxәsini mәn dә oxumuşam. Әsәrdə ciddi qüsurlar (adәtәn uzun illәr “ciddi qüsur” deyilәndә siyasi qüsur, nöqsan nәzәrdә tutulurdu) var. Onu çap etmәk olmaz.
Quruyub yerimdә qaldım. “Mәnim peyğәmbәrim” sәnә dә qar yağarmış! Sәn dә bu yola gedәrmişsәn?! Sәn dә Mәrkәzi Komitә fitvasına uyarmışsan?! Ancaq bir az da özümdәn şübhәlәndim: “Әgәr peyğәmbәrin bu fikirdәdirsә, demәli doğrudan da qüsurlar var?” Әgәr belә isә bәs niyә 10-15 yazıçı bu haqda mәnә heç nә demәyib, rәylәrindә yazmayıblar. Әksinә hamısı deyirdi ki, çox sәrt yazılmış әsәrdir! Hәtta bir dәfә gecә saat bir olardı. Bәxtiyar Vahabzadә zәng etdi. Dedi yatmışdın? Dedim: “Xeyir.” Dedi: “Axşamdan professor Nurәddin Rzayevlә oturub sәnin poemanı oxuyuruq. Jurnaldan mәnә rәyә veriblәr. Öpürәm sәni. Nurәddin müәllim dә sәni alqışlayır.” Sonra Bәxtiyar Vahabzadә әn azı 8-10 parçasını telefonda mәnә oxudu: “Gözәl әsәrdi, tәbrik edirәm.” Belә sözlәri çox eşitmişdim. Birdәn-birә ... “çap etmәk olmaz...”
Ancaq Mәrkәzi Komitәnin I katibi Heydәr Әliyev mәclisi yekunlaşdıranda soruşdu: “Әsәr pis әsәrdir?” Yerdәn xorla cavab verdilәr: “Yox.” Soruşdu: “Müәllifi düşmәndi?” Dedilәr: “Xeyir. Tәrbiyәli bir adamdır.” Әsәbilәşdi: “Bәs niyә bu әsәri çap etmirsiniz?” Bayıra çıxanda hamı mәni tәbrik etdi: “İşin düzәldi...”
Ancaq sәn demә, әn böyük hәngamә qabaqda imiş. İki gündәn sonra indiki Şәhriyar klubunda yazıçıların qurultayı açılırdı. Çoxlu qonaqlar da gәlmişdi. Hәlә qulultayın başlanmasına yarım saatdan çox vaxt vardı. Klubun qabağında dayanmışdım. Bir dә gördüm maşın dayandı. Mәnim peyğәmbәrim maşından düşdü. Yanında da yuxarılara, böyüklәrә çox meyl edәn bir cavan tәnqidçi. Yanımdan keçәndә salam verdim. Amma etiraf edim ki, sәbirsizlik, hövsәlәsizlik etdim. Bu içimdәki fırtınanın son 2 gündәki hadisәlәrdәn sonra tüğyan etmәsinin nәticәsi idi. Hәr halda gәrәk özümü әlә alaydım. Ala bilmәdim.
Dedim: “Hörmәtli müәllimim! Siz iki gün әvvәl Kommunist küçәsindә mәnә dediniz ki, gәl bir yanıma. Şüvәlanda isә yenidәn mәnim poemamı pislәdiniz. İndi bundan sonra mәn sizin yanınıza gәlim ya gәlmәyim?” Tәrs-tәrs üzümә baxdı: “Yalan deyirsәn, mәn sәnә elә söz demәmişәm.” Dedim “Hörmәtli müәllimim, demisiniz axı? Hәmişә sakit gördüyüm adam әsәbilәşdi: “Utanmırsan, yalan danışırsan?” Daha sәbr kasam daşdı: “Kürәyimә xәncәri soxan Siz, mәn utanım? Sizin yerinizә mәn utanmalıyam?” Mәn bu cavabıma görә indi dә peşman deyilәm. Daha susmaq olmazdı. Ancaq daxilimdә bir hiss dә mәni sakit buraxmır: “Gәrәk susaydın.”..
İclasarası fasilәdә ona yaxınlaşdım. Müәllimlik-tәlәbәlik, böyük-kiçiklik hissi mәni buna vadar etdi. Üzr istәdim. O mәni, mәn dә onu qucaqladım. Barışdıq... Mәn belә başa düşdüm.
Birinci günün iclasından sonra gecә yazıçı Hüseyn Abbaszadә mәnә zәng vurdu. Dedi: “Bu gün neylәmisiniz? Mәrkәzi Komitә rәhbәrlәrinin yanında sәnin haqqında xoşagәlmәyәn söhbәt getdi. Hәr halda gәrәk belә olmayaydı. Sabah iclasdan əvvəl prezidium otağının qabağına gәl. Görәk neylәyә bilirik.” Mәn hadisәni olduğu kimi danışdım. Dedim gәlәrәm. Ancaq prezidium otağının qabağına getmәdim. Ölsәm dә getmәzdim. Birincisi, bu müәllim xasiyyәtimә zidd idi. İkincisi neylәmişdim ki, gedib böyüklәr qabağında...
Çıxışlar qurtardı. Çıxış edәnlәrdәn biri dә yuxarılara xoş getsin deyә mәni qәzetdәki bir mәqalәmә görә haqsız tәnqid etdi. Kamal Talıbzadә zaldan hamının eşidәcәyi bir tәrzdә replika verdi: “Düz demirsiniz.” Ancaq әsl mәrәkә gecә saat 11.30-da son iclasda Yazıçılar İttifaqı Plenum üzvlәri namizәdlәrinin müzakirәsi zamanı qopdu. Sәdrliyi edәn kәs yuxarılara bağlı idi. Şairlik istedadı yox idi. Ancaq yaxşı tәrcümәçiydi. Könlündәn Yazıçılar İttifaqı sәdrliyi keçirdi. Nәdәnsә bu ümiddә idi. Hәtta әvvәlcәdәn onu tәbrik edәnlәr dә vardı.
Sәsvermәyә buraxılacaq namizәdlәrin siyahısını dalbadal oxudu. Mәnim adımı oxuyanda sәsinin yoğun yerinә saldı: “Yoldaşlar prezidiuma mәktub daxil olmuşdur ki, Famil Mehdi hörmәtli filankәs müәllimi tәhqir edib. Ona görә dә onun mәsәlәsi fәrdi müzakirә edilmәlidir”. Zalda canlanma әmәlә gәldi. Hәtta mәndәn qabaqda oturanlar bir-birindәn soruşdular: “Bu nә oyundu bunlar açırlar? Bu kimә, nәyә lazımdır?” Yanındakı cavab verdi: “Şüvәlandakının әvәzini çıxırlar...”
Bu sözlәri eşidәndә artıq mәn ayaqüstә idim. Tribunaya çağırıldım. Әsәblәrimi boğmağa çalışdım. Ancaq içәridәn alışırdım: “Namәrdlәr gör nә priyomlara әl atdılar. Mәni yaramaz, tәrbiyәsiz bir adam kimi lәkәlәyib plenum üzvlәri siyahısından, bәlkә dә Yazıçılar İttifaqı üzvlüyündәn çıxarmaq istәyirlәr. Belәliklә dә yuxarılara açıq yaltaqlanırlar. Yerlәrini möhkәmlәtmәk, yeni kresloya sahib olmaq istәyirlәr?” Bu priyomları çox görmüşdüm. Bir neçә il әvvәl şair Davud Ordubadlı ona qarşı haqsızlığa görә İttifaq rәhbәrinin otağına girdi vә dedi: “Nә qәdәr ki, siz burdasınız, İttifaqda haqq-әdalәt olmayacaq. Ona görә dә sizin rәhbәrlik etdiyiniz İttifaqın üzvü olmaq istәmirәm”. Çıxarıb üzvlük kitabçasını stolun üstünә atdı.
Eşitdiyimә görә, onun әleyhinә tәrtib olunan sәnәdә hәmin mәnim müәllimim dә qol çәkmişdir. Guya Davud Ordubadlı kimi isә söymüşdür. Halbuki hadisə olan vaxt mәn dә o otaqda idim. Yuxarıda dediyimdәn özgә heç bir söhbәt olmamışdı. İndi dә bu oyunu mәnim başıma açırlar.

Mәn xitabәt kürsüsünә qalxıb dedim: “- Bizim aramızda yaradıcılıq söhbәti olub. Tәnqidçi-alim bunu pis qәbul edib. Mәn onun üzünә hәqiqәti demişәm. Әgәr hәqiqәti demәk tәhqir isә üzr istәyә bilәrәm”. Zaldakıların hamısı nümayişkaranә şәkildә mәni müdafiә etdilәr. Belәliklә sәdrin mәni plenum üzvlüyündәn çıxarması cәhdi baş tutmadı.


Hәftәlәr, aylar gәlib keçdi. Poemanın çapı ilә bağlı heç bir tәdbir görülmәdi. Mәn bir neçә dәfә yuxarılara teleqram göndәrdim. Heç bir cavab verәn olmadı. Telefon zәnglәrim dә cavabsız qaldı. Ömrümdә ilk dәfә Mәrkәzi Komitә binasının qәbul otağına gedib ideoloji katibin qәbuluna yazılmaq istәdim. Qәbula bir ay qabaqdan yazırdılar. Adımı siyahıya yazdılar. Amma bildirdilәr ki, qәbul günündәn 2-3 gün qabaq gәlib öyrәnim ki, mәni qәbul edәcәklәr ya yox. İyirmi beş gündәn sonra hәmin qәbul otağında mәnә cavab verdilәr: “Sizi qәbul etmәyәcәklәr.” Allah, necә tәzadlı mühitdә yaşayırdıq. Kömәk etmәk istәyәnin böyür-başındakılar sәni hәtta qәbul belә etmәk istәmirdilәr! Bunu necә başa düşmәk olardı?
Bu әrәfәdә jurnalın redaktoru mәni çağırıb dedi ki, razısansa poemadan parçalar verәk. Mәn razılaşmadım. Bu günlәrdә Yazıçılar İttifaqının birinci katibi İmran Qasımov vәfat etdi. Rәhmәtlik çox istәyirdi ki, poema çap olunsun. Hәtta otağında poemanı ona ikilikdә oxumuşdum. Düzü qorxurdum ki, sәrtliyinә vә başqa sәbәblәrinә görә әsәri rәdd edә. Әksinә, dedi: “Bir az da tündlәşdirmәk lazımdır. Filan rayonun katibini infarkt ediblәr, telefonla rayonu idarә edir. Yazdıqlarının hamısı hәqiqәtdir. Ölüm ayağında yuxarılara zәng edir, mәnim poemamın çapına icazә verilmәsini xahiş edirdi. Hәtta mәnә tapşırmışdı ki, tez-tez yanına gәlim.
Bir dәfә zәng etdim. Hәyat yoldaşı dedi ki, gәlin yanına. Getdim. Qapının zәngini basdım. Evinin xanımı qapını açanda içәridәn İmran müәllimin fәryad sәsini eşitdim: “Ay allah, öldüm”.
Geri qayıtmaq istәdim. Evin xanımı işarә etdi ki, yan otağa keçin. Keçdim, oturdum. Stolun üstündә Elçin haqqında yazdığı yarımçıq mәqalәnin әlyazması vardı. Bir azdan yanına dәvәt olundum. Divanda yorğana bürünüb oturmuşdu. Yaman arıqlamışdı. Ağrıdan güclə danışırdı: “Ay Famil, bu qәdәr dә duzlaşma ağrısı olar? Ölürәm. Bircә arzum var, ağrı kәssin, sonra ölüm”. Bir az da yoldaşlarından umu-küsü etdi: “Yanıma gәlmirlәr. Mәn heç kimә pis olmamışam”. Elә o vəziyyәtdә xahiş etdi ki, әlimi ortadakı balaca süfrәyә uzadım. Çox tәkidindәn sonra bir tikә kәsdim, boğazımdan keçmәdi... Ölümündәn sonra İmran müәllimin evindә stolüstü tәqvimindәki qeydlәrlә әlaqәdar qәzetdә yazı verilmişdi. Orada bu qeyd dә vardı “poemanın çapına nail olmaq”. Şübhәsiz, mәnim poemam nәzәrdә tutulurdu.
Bundan hәlә bir neçә hәftә әvvәl Yazıçılar İttifaqının sәdri Mirzә İbrahimov mәni yanına çağırıb dedi: “Get o poemanın ikisini dә mәnә gәtir.” Mәn cavab verdim: “Axı birinci çap olunub. Mübahisә ikincinin üstündәdir.” Dedi “Eybi yoxdur, ikisini dә oxumaq istәyirәm. Bәri başdan şәrt kәsirәm: bәyәnsәm, mütlәq yuxarılarla danışıb çap etdirәcәyәm. Bәyәnmәsәm, gәrәk mәni bağışlayasan.” Razılaşdım. Vә dediyi kimi dә etdim. Hәftәlәr keçdi, Mirzә müәllimdәn bir xәbәr çıxmadı. Bir dәfә Moskvada “Moskva” mehmanxanasında Mirzә müәllimә rast gәldim.
Gülümsündü: “Poemalarını oxuya bilmәdiyimә görә sәndәn qaçırdım. Moskvada rast gәldin. Dedi ki, qovluğu özümlә gәtirmişәm. İki-üç günә oxuyacağam. Zәnglәşәrik. Doğrudan da üçüncü günü zәng etdi. Mәni otağına çağırdı, hörmәtlә qarşıladı. Bir konyak butulkası da gәtirib açdı. Dedi ki, ürәyin buz kimi olsun, poemaların xoşuma gәlib. Xırda qeydlәrim var, düzәldәrsәn. Gәl bir әlli-әlli konyak vuraq.
“Әlli-әlli vuraq” deyәndә Mirzә müәllimlә bağlı bir lәtifә yadıma düşdü. Bunu Süleyman Rüstәm danışmışdı. Mәşhur şair Mixayıl Svetlov, Süleyman Rüstәm vә Mirzә İbrahimov qәlyanaltıya girirlәr. Mixayıl Svetlov deyir: “Mne s.p. (yeni sto pyatdesyat qram vodki), Süleyman Rüstәm irәli keçir: “Mne s. (yәni sto qram). Mirzә müәllim yaxınlaşır: özünәmәxsus mülayim sәslә sözlәri uzada-uzada deyir: “Mne p. (yәni pyatdesyat qram). İndi dә mәni “p”-yә, yәni әlli qrama qonaq edirdi. Sonra qeyd etdi ki, gәlәrsәn Bakıya poemanın çapı mәsәlәsini hәll edәrik. Doğrusu son illәr sevinmәkdәn dә qorxurdum. Ona görә dә sadәcә olaraq tәşәkkür etdim. Şәrtlәşdik ki, ayın axırında Bakıda görüşәk.
Mәn Moskvada “Sovetskiy pisatel”dә plana salınan hәmin poemaların tәrcümәsi ilә bağlı işlәri yarımçıq qoyub Bakıya gәldim. Bir neçә gündәn sonra Mirzә müәllimlә görüşdüm. O mәnә mәslәhәt gördü ki, poemaları aparıb vaxtilә haqqında mәnfi rәy yazmış tәnqidçi-alimә verim. Bir dә oxusun. Mәn etiraz etdim: “Mirzә müәllim, axı biz belә danışmamışdıq...” O, üz vurdu.
Sözündәn çıxmadım. Aparıb verdim. Çünki Mirzә müәllimlә aramızda çox yaxşı münasibәtimiz vardı. Mәnim hәm namizәdlik, hәm dә doktorluq dissertasiyalarımın rәhbәri olmuşdu. Ali Sovetin Rәyasәt heyәtinin sәdri vәzifәsindәn haqsız ittiham olunub çıxarılanda, çoxları ondan üz döndәrәndә mәni evindә qәbul edir, saatlarla buraxmırdı. Söhbәt dissertasiya işindәn xeyli kәnara çıxırdı. Hörmәtli Sara xanımla birlikdә toyumda da iştirak etmiş vә qısa mәclisimizin masabәyisi olmuşdu. Müdafiәdәn sonra bizim köhnә mәnzilimizdә olarkәn demişdi ki, Famili evlәndirdik. Doktorluq müdafiә etdi. Bir arzumuz qalır ki, onu bu köhnә mәnzildәn çıxaraq.
İş elә gәtirdi ki, bu söhbәtdәn heç bir ay keçmәmiş Mirzә müәllim Yazıçılar İttifaqının sәdri seçildi. Hәmin söhbәti eşidәn qohumlar, dostlar mәni tәbrik etdi ki, mәnzil mәsәlәn hәll olunacaq. Ancaq 6-7 il keçdi. Mirzә müәllimdәn xәbәr çıxmadı. Mәn dә vaxtilә dediyi sözlәri-arzusunu yadına salmadım. Dedim deyәcәk bir sözdür, ağzımdan çıxıb, indi gәlib başıma qaxır. Ona görә dә yoldaşlarımdan tәxminәn on il sonra mәnzil ala bildim.
Mirzә İbrahimov böyük şәxsiyyәt idi. Azәrbaycan xalqı tarixindә onun özünәmәxsus yeri vardır. İmperiyanın qüvvәtli vaxtında Azәrbaycan dilinin dövlәt dili kimi işlәdilmәsi haqqında fәrman verdi. Böyük mәnәvi zәrbәlәrә mәruz qaldı. Mirzә İbrahimov vәzifәdәn götürülәn Mərkəzi Komitə plenumu öz işini qurtaranda tәsadüfәn mәn o vaxtkı Dzerjinski klubunun yanından keçirdim. Adamlar içәridәn çıxırdı. Gördüm Mirzә müәllim tәk çıxdı. Heç kim ona yaxın gәlib ötürmәk istәmәdi. Uzun illәr mәtbuat işindә fәdakarlıqla çalışmış Nәsir İmanquliyevdәn başqa. O, Mirzә müәllimin qoluna girib evinә gәtirdi. Sonrakı günlәrdә mәn o evә gedәndә telefonun elә hey susduğunun şahidi olurdum.
...Bәli, özümü yenidәn tәhqir olunmuş hesab etsәm dә tәnqidçi-alimin yanına üçüncü dәfә getdim. Poemanı mәnә qaytardı. Dedi ki, “ indi yaxşıdır. İşlәyib düzәltmisәn. Get mәnim adımdan de, çap elәsinlәr.” Halbuki poemanın bir sözünü dә dәyişmәmişdim. Ancaq bu dәfә tәriflәyirdi. Hәm öz adımdan, hәm dә Mirzә müәllimin adından xahiş etdim ki, fikrini yazılı surәtdә bildirsin. Etiraz etdi, yazmadı. Gәlib Mirzә müәllimә deyәndә başını buladı...
Mirzә müәllimin son tәklifi mәnim üçün gözlәnilmәz oldu: “Gәlsәnә razılıq verәsәn jurnalda poemadan parçalar versinlәr?” Mәn razılaşmayıb otaqdan çıxdım. Axşam Mirzә müәllim evimizә zәng etdi: “Mәn sәhәr tezdәn Moskvaya uçuram. Sәndәn xahiş edirәm, apar parçaları ver, qoy çap elәsinlәr.” Mәn dedim ki, parçaları elә әvvәldәn çap etmәk istәyirdilәr dә. Әgәr belәydisә daha bu qәdör әzab-әziyyәt, sarsıntılar, süründürmәçiliklәr, vәdlәr nәyә lazım idi?

: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə