Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə4/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18
Mirzә müәllimdәn bir az sonra İsmayıl Şıxlı zәng etdi. Onun da xahişi Mirzә müәllimin xahişi ilә eyni idi. Mәn xeyli fikirlәşmәli oldum. Moskvada poemaların plandan çıxarılması tәhlükәsini nәzәrә alaraq parçaların çapına razılıq verdim. Üçüncü poema isә qәzet vә jurnallarda yerli-dibli çap olunmadı. Respublikada yaradıcılıq atmosferinin bir qәdәr dәyişmәsi ilә әlaqәdar olaraq “Dövlәtnәşrkom”un sәdri Nazim İbrahimovun vә “Yazıçı” nәşriyyatının direktoru Әjdәr Xanbabayevin kömәyi ilә hәr üç poemanı özündә birlәşdirәn “Göyü çiynindә saxlayan adam” poema-trilogiya 1983-cü ildә “Ömür keçir, gün keçir” kitabımda bir sıra ixtisarlarla nәşr edildi.
Sonra “Sovetski pisatel” nәşriyyatında çapdan çıxdı. Ancaq Moskvada da zәrbә aldım. Poema-trilogiyanın tәxminәn 1,5 çap vәrәqi hәcmindә hissәsi mәtbuata siyasi nәzarәt edәn idarә işçilәri tәrәfindәn çıxarıldı. Çıxarılan hissәlәri indi dә özümdә saxlayıram. Bakıda çıxan kitaba Süleyman Rüstәm “Qarabağ oğlu-Azәrbaycan şairi” adlı әtraflı müqәddimә yazmış, mәnimlә, yaradıcılığımla bağlı fikirlәrini bildirmişdir. Burada poemalarla әlaqәdar hadisәlәrә xüsusi yer verilmişdir.
Burada bir cәhәtә dә toxunmaq istәyirәm. Poemalar eyni ciddi müqavimәtә rast gәldikcә bәzәn tәnqidçilәr, şairlәr, hәtta görkәmli әmәk adamları mәni müdafiә mәqsәdilә mәqalәlәr yazırdılar. Sübut etmәk istәyirdilәr ki, burada kommunist obrazı, raykom katibi obrazı yaradılıb. Buna görә dә qiymәtlidir, müdafiә olunmalıdır. Hәtta mükafata layiq görülmәlidir. Ancaq gözəgərünmәyәn, bәzәn isә görünәn qüvvələr o qәdәr dә avam deyildi. Ağı qaradan seçmәyi yaxşı bacarırdılar. Bilirdilәr ki, bunların bәzilәri mәni müdafiә mәqsәdilә tәşkil olunub. Poemalar iki dәfә Azәrbaycan Dövlәt Mükafatına tәqdim olundu. Xeyli tәbliğat işi getdi. Yuxarıların fikri bәlli olduğuna görә yaxın qoymadılar. Babalı deyәnlәrin boynuna: birinci dәfә mәnim poemam kifayәt qәdәr sәs dә toplayıbmış. Axır mәqamda yuxarılarda barmaqlarını başqa şairin adının üstünә qoyublar. Bütün bunlar bәlkә dә mәnim qәlәbәm imiş.
Mәn bu poema-trilogiya üzәrindә niyә әtraflı dayandım. Әvvәla, onlar mәnim tәxminәn 15-20 illik әzab-әziyyәtlәrimin, iztirablarımın nәticәsidir. Onları özümün әn yaxşı әsәrlәrim hesab edirәm. İkincisi, qoy oxucu özü görsün vә nәticә çıxarsın ki, biz necә dәhşәtli dövrlәrdә yaşamışıq, dәhşәtli müqavimәtlәrә, süni maneәlәrә, haqsız hücumlara mәruz qalmışıq. Yazmaq axtarışlarından çox özümüzü müdafiә haqqında fikirlәşmişik. Mәn özümlә bağlı bu vә buna bәnzәr daha onlarca dәhşәtli fakt gәtirә bilәrәm. Keçmiş SSRİ-dә, o cümlәdәn Azәrbaycanda Qlavlit-mәtbuata Baş Nәzarәt İdarәsi deyilәn bir tәşkilat mövcud olub. Elә indi dә var. Bu, bildiyimә görә, Dövlәt Tәhlükәsizliyi Komitәsinin idarәsidir. Azәrbaycan ədәbiyyatının, mәdәniyyәtinin, o cümlәdәn mәtbuatının başında turp әkәn dә Mәrkәzi Komitәdәn sonra mәhz bu idarә, onun әmәkdaşları olub. Bir dә vәzifәsindәn qorxan, kürsü ölüsü redaktorlar, mәsul qәzet әmәkdaşları.
Qәribә burasındadır ki, mәtbuata siyasi nәzarәt işçilәri özlәri gözә görünmürlәr, dәrc olunma prosesindә әsәrlәrә әmmanı qoyurlar, ixtisar etdirirlәr, yaxud qәzet, jurnal sәhifәlәrindən tamam çıxarırlar. Redaktorlara da tapşırırlar ki, bizim adımız olmasın. Bunu daha çox idarәnin yerli şöbәlәrinin zırrama işçilәri edirdilәr.
Bir neçә xarakterik misal. Yuxarıda adı çәkilәn poemadan bir parçanı “Azәrbaycan gәnclәri” qәzetinә verdim. Oxudular, bәyәndilәr. Zәng etdilәr ki, sәhәr qәzeti alarsan. Hәmin gün Nәbi Xәzri ilә rayonlara getmәli idik. Xahiş etdim ki, bir az gec çıxaq. Qәzeti alım, sonra yola düşәk. Sәhәr tezdәn qәzeti aldım. Poemadan parça yox idi. Sәbәbini öyrәnmәk mümkün deyildi. Yola düşdük. Necә gedib-gәldim, allah bilir. Qayıdan kimi redaktor, tәlәbә yoldaşım Şamil Fәrzәliyevә zәng vurdum. Dedi ki, Qlavlit çıxartdı. Özü dә tapşırdı ki, müәllif bilmәsin. Mәn dә bildirdim ki, müәllifә demәliyәm.
İndiki “Azәrbaycan” nәşriyyatının 1-ci mәrtәbәsindә hәmin müvәkkilin otağına getdim. Mәni görәn kimi ayağa qalxdı. Salamlaşdıq. Parçanın çıxarılmasının sәbәbini soruşdum. Yaltaqcasına gülümsünüb dedi xәbәrim yoxdur. Dedim gözünün içinә kimi yalan deyirsәn. Ya sәbәbini de, ya sәni buradan salamat buraxmayacağam. Stulu götürüb göyә qaldırdım. Div boyda qara zırpı kişi stolun altına pәrçimlәnmәk istәdi. And-aman elәdi ki, idarәnin rәisi çıxarıb, xәbәrim yoxdur.
Telefonu çәkib idarәnin rәisi Cahangir İldırımzadәyә zәng etdim. Mәlum oldu ki, xәbәri yoxdur. Bizi yanına çağırdı. Parçanı oxuduq. Burada atası günahsız tutulan vә ölüm hökmü maddәsi ilә ittiham olunan qızcığaz tәsvir olunurdu. O, milis rәisini ittiham edirdi ki, çiynindә beşguşә ulduz gәzdirirsәn. Ancaq vicdanını itirmisәn. Adam öldürәn kәnarda gәzir, kef çәkir. Günahsızı güllәlәnmә altında yatırdırsan.
İldırımzadә öz müvәkkilinә dedi: “Yalandır? Belә faktlar azdır? Niyә çıxarmısan bu parçanı? Hәlә utanmaz-utanmaz mәnim üstümә yıxırsan?” Yeri gәlmişkәn deyim ki, üzdә qaraqabaq görünәn İldırımzadәnin belә kişiliklәrini çox görmüşәm. Әgәr o olmasaydı heç mәnim poema-trilogiyam da kitabda tam nәşr olunmazdı. Onun müavini İdris Qasımov hәdsiz dәrәcәdә nәzakәtli insan idi. Mәtbuatda saç ağartmışdı. Hәr şeyi yaxşı başa düşürdü. Çox şeyә göz yumurdu.
Ancaq görünür, Qlavlitlәrin dә qlavlitlәri vardı ki, onlar qәtiyyәn gözә görünmürdülәr. Bir dә әsas zәrbәni aşağı mәrhәlәlәrdә, bilavasitә mәtbuata baxanlar edirdilәr. Poemamda belә bir misra vardı: “Qozbeli qәbir dә düzәldәn deyil.” Müvәkkil dedi ki, Siz “Qozbel” deyәndә Sovet hökumәtini nәzәrdә tutursunuz. “Sabunçu” vağzalının qabağında hamilә qadını dilәnәn görәndәn sonra “Dilәnәn körpә” (yәni anasının qarnında dilәnәn körpә) haqqında şeir yazdım. Qlavlit mәcbur etdi, hadisәni Әlcәzairә köçürüm. Banladığına görә başı kәsilәn toyuqla bağlı şeirimin sәrlövhәsinin altında güclә yazdırdılar: “Bir Azad dünya ölkәsindә”.
“Bağlar” adlı şeirim dәfәlәrlә qәzet sәhifәlәrindәn çıxarıldı. Belә faktlar istәnilәn qәdәrdir, hansını deyәsәn?

Әslindә redaktorların çoxu Qlavlitdәn dә bәdtәr idi. Onların әn çox işlәtdiyi sözlәr bu idi: “İstәyirsiniz mәni partiyadan çıxarsınlar?” “Sәnә görә mәn özümü güllә qabağında qoya bilmәrәm.” “Mәn o şeiri çap etsәm sabah dәrimә saman tәpәrlәr.” Vaxtilә bir şeir yazmışdım. Şeir belә adlanırdı: “Lazımammı mәn sizә?”


Neftçi qardaş,

Bәnna dost,

lazımammı mәn sizә?

Desәm dә, demәsәm dә

Bilirsiniz bağlıyam

candan, ürәkdən sizә.

hazıram sübhә kimi

Buruqlar arasında

növbә çәkәm, tәk duram.

Neçә evә, hörgüyә

Kran nәdir? Hazıram

çiynimdә daş qaldıram.

Şeirin axırında deyilirdi:

...Deyin mәnim bu halım

hәr bir yerdә duyulsun.

Sabah lazım olmasam

Elә bu gün razıyam

Ömrümün axırına

bircә nöqtә qoyulsun.
Bunu redaktor belә yozdu: “Sәn demәk istәyirsәn ki, sovet cәmiyyәti, elә pis cәmiyyәtdir ki, orada iş tapmaq mümkün deyil. Hәtta sәn elmlәr namizәdi olduğun halda işsiz qalmısan. Ona görә daş daşıyıb, ev tikmәyә, buruqlar arasında növbә çәkmәyә dә hazırsan. Buna görә dә yaşamaqdan bezmisәn, ölmәk istәyirsәn.” Mәn susub redaktorun üzünә baxdım, susdum. Dedi:”- Düz demirәm, niyә danışmırsan?” Cavab verdim: ”Mәn bu saata, bu dәqiqәyә qәdәr heç cür dәrk edә bilmirdim ki, Müşfiqi, Cavidi necә olub ki, xalq düşmәni çıxarıb öldürüblәr. Ancaq indi Sizi dinlәdikdәn sonra hәr şey mәnә aydın oldu.” Redaktor özünü itirdi:”- Yox, elә deyil. Sәn cavansan. Elә onların özlәrinin dә nöqsanları vardı” dedi.
Bunlar yaradıcı adamların çoxunun başına gәlәn hadisәlәrdir. Eşitdiklәri sözlәrdir. Ona görә dә tәfәrrüata varmağa ehtiyac yoxdur. Bu, bizim ümumi milli faciәmiz idi. Ancaq ünvanımıza deyilәn iradın, çapına icazә verilmәyәn hәr әsәrimizin arxasında müәlliflәrin taleyi dayanırdı. Davranışları, addımları izlәnirdi. Bütün yazıları bir-bir iylәnirdi. Nәyinsә iyi axtarılırdı. Telefon danışıqlarına qulaq asılırdı. Özü dә hiss etmәdәn ağır zәrbәlәrә mәruz qalırdı. Adı siyahılardan pozulurdu. Ancaq biz dә mübarizәmizi davam etdirirdik:
Ehey,

gizlin


saman altdan su axıdan,

Girәvәdir,

Gizlin-aşkar

sil adımı

neçә-neçә siyahıdan.

Dürt ağzını

bir bәdxahın qulağına

Bir yalan da

at yalanlar qulağına.

Mükafatlar,

Fәxri adlar,

Tәşәkkürlәr,

Qәşәng güllәr,

Fәrqlәnmәlәr,

Daha nәlәr,

nәlәr,


nәlәr

Siyahısından pozun mәni.

Min bir sәmtә

dartın mәni,

yozun mәni.

Ancaq bircә xahişim var:

Yalnız bir yol kişi olun

Dar gündә and içәnlәrin

Öz canından keçәnlәrin

arasında,

sırasında

lap birinci yazın mәni.


Bәzәn dә mübarizә açıq şәkil alırdı. Belә qәrara gәldim ki Lenin haqqında şeirlәr yazım. Ürәyimi deşәn, açıq demәyә qoymadıqları fikirlәri Leninin dili ilә verim. Birinci şeirim “Görüş” oldu. Guya Mavzoleydә Leninlә görüş üçün növbәyә dayanmışam:
Düşünürәm, Lenini

doyunca tәriflәyim,

Dahisәn, qәhrәmansan,

böyüksәn, böyük deyim.

...Fikrimi üz-gözümdən

sanki duyur adamlar,

Elә bil qulağıma

pıçıldayır adamlar:

Tәlәsmә, çox tәlәsmә,

ehtiyatlı ol bir az,

Әzizim, Lenin sәnin

yer üzündә gördüyün

bir sıra rәhbәrlәrә,

başçılara oxşamaz

Tәrifi, mәddahlığı,

әsla, әsla xoşlamaz!


Tәrifin, mәddahlığın tarixdә görünmәmiş bir tәrzdә baş alıb getdiyi bir vaxtda bәdbәxt redaktor neylәsin? Redaktorlardan eşitdiyim sözlәr: “Kimlәri nәzәrdә tutduğun mәlumdur. Dәrc edә bilmәrik.” “Sәn allah, mәni qan-xataya salma.” “Famil, başına mövzu qәhәtdir?” “Әşi, qoy dolanaq da...”
Yaxud “Lenin kimi” şeirimi aşağıdakı misralara görә yazmışdım:
Mәn Lenindәn oyrәnirәm

bәzәn qansız bir nadanı qandırmağı,

Bir nankorun, bir dönüyün

atasını yandırmağı.

Sözündәki misri qılınc

kәsәrini xoşlayıram,

Sözlәrini nizә kimi

bir rüşvәtxor ürәyinә tuşlayıram.

Lenin mәnә gәrәk olur

Bir alimә bir kütbeyin gülәn zaman,

Bir torpağı bәzәn biri

Şәhәr-şәhәr, oymaq-oymaq bölәn zaman.


Bu şeir qәzetdә dәrc olunanda axşam mәtbәәyә getdim. Gördüm şeir sәhifәdәdir. Ancaq yuxarıdakı misraların heç biri yoxdur. Redaktor müavininә qәti etirazımı bildirdim. Tәlәb etdim ki, şeiri sәhifәdәn çıxarsınlar. Razılaşmadı: “Gәrәk sәhifә sökülsün. Ora ayrı yazı salınsın”. Bu, qәzetin gecikmәsi, qrafikin pozulması, redaksiyanın cәrimәlәnmәsi demәkdir. Mәn tәkid etdim.
Redaktorun evinә zәng etdilәr. O da razılaşmadı. Mәnimlә telefonda danışdı. Gah dil tökdü, gah sәrt danışdı. Mәn dediyimin üstündә durdum. Axırda mәcbur oldular yuxarıdakı misraların bir neçәsini bәrpa etdilәr. Bir az da mәn güzәştә getdim. Nәticәdә hәmin redaksayanın qapısını uzun müddәt üzümә bağladılar. Oxucu, әdәbiyyat, sәnәt tәdqiqatçıları bunları bilmәlidir.
Mәn bunları demәklә әsla zәif, hissiz, hәyәcansız, günün keçici mövzularına hәsr etdiyim şeirlәrimә bәraәt qazandırmaq istәmirәm. Vaxtilә inanıb vә ya başqa sәbәblәr üzündәn partiya haqqında da, dostluq, beynәlmilәlçilik, Sovet әsgәri, qәlәbәlәr, zәfәrlәr haqqında şeir yazmışam. Yuxarıda qeyd etdiyim kimi bunların sayı barmaqla sayılacaq dәrәcәdә azdır. Dolanışıq üçün qәzetlәrә mәqalә, korrespondensiya, mәktub vә s. yazmışam. Ancaq әksәr şeirlәrimi ürәyimin hökmü ilә yazmışam. Orden, medal, “molodes” xatirinә, dolanışıq naminә, vәzifә, şan-şöhrәt, kimә isә yarınmaq xatirinә şeir yazmamışam. İz itirmәk, vәziyyәtdәn çıxmaq mәqsәdilә tәk-tük halda şeir yazmışam.
Mәsәlәn, yuxarıda qeyd etdiyim “Ömür təzəlәnir” poemam “Azәrbaycan” jurnalında dәfәlәrlә “itәn” zaman redaktor mәni çağırıb müәmmalı bir tәrzdә dedi: “SSRİ-nin yaranmasının ildönümü yaxınlaşır. Gәl sәn Vәtәn haqqında (yәni SSRİ haqqında) bir şeir yaz. Jurnalımızın nömrәsini, sәnin şeirinlә açaq. Poema haqda sonra bir dә fikirlәşәrik.” İki il redaktorla, әmәkdaşlarla vuruşan müәllif nә etmәli idi? Poemanın çapı xatirinә razılıq verdim. Şeir dә yazdım. Ancaq redaktor vәdinә әmәl etmәdi. Hәmin vәzifәdәn gedәnә kimi poemanı “itir”mәklә mәşğul oldu.
Başqa bir misal. Poema-trilogiyamın naborunun iki dәfә dalbadal dağıdıldığı, adımın qara siyahılara düşdüyü, telefonuma qulaq asıldığı, açıqca izlәnildiyim, onsuz da xәstә olan ürәyimin döyüntülәrinin gecәlәr sinәmi deşdiyi vaxtlarda, heç bir sifariş-filan olmadan “Yeri iri addımlarla, Azәrbaycan” adlı çox ritorik bir şeir yazdım. Qәzetlәr mәmnuniyyәtlә dәrc etdilәr. Aradan bir az vaxt keçmiş rәhbәr partiya jurnalının әmәkdaşı jurnalist O.M. mәnә rast gәldi: “Mәrkәzi Komitәdәn filankәs müәllim (indi Milli Mәclisin üzvüdür) zәng edib nәsә sizinlә maraqlanırdı” dedi. Bu sözlәri çox şübhәli-şübhәli dedi vә әlavә etdi: “Hәr halda Sizin adınız yuxarılarda xeyirliyә çәkilmir. Görünür, Sizinlә yenә nәsә maraqlanırlar.”
Mәn nisbәtәn cavan jurnalistin yanında özümü sındırmadım. Bir qәdәr sonra sәrt vә kobud şәkildә dedim: “Qәlәt elәyirlәr. Heç nә edә bilmәzlәr. Xain xoflu olar. Mәn neylәmişәm ki? Başımı aşağı salıb şeirimi yazıram. Neylәyim ki, şeirlәrim kimlәrәsә toxunur. Elә elәsinlәr toxunmasın. Sifәtlәri pis isә daha güzgünü niyә sındırırlar?”
Ancaq bunu da әlavә etdim: “Hәr halda o zәng olunan adamdan al dillә öyrәn görәk ki, nә mәsәlәdir.” İki-üç gündәn sonra yanıma gәlib dedi: “Yox, bu dәfә hәmin adam Sizi xeyirliyә axtarırmış. Sizin “Yeri iri addımlarla, Azәrbaycan” şeirinizi soruşurmuş. Sonra gördüm ki, hәmin şeiri Bakıya gәlmәsi ilә әlaqәdar Brejnev haqqında tәcili buraxdıqları qırmızı rәngli kitaba salıblar, hәtta dörd misrasını kitabın üz qabığına çıxarıblar. Oxudum, bir tәrәfdәn fikirlәşdim ki, daha mәndәn әl çәkәrlәr. Digәr tәrәfdәn isә xәcalәt çәkdim. Doğrudan da yaradıcılığım üçün xarakterik olmayan o şeir üstündә oxuculardan xeyli danlaq eşitdim.
Belә hallar, әlbәttә, müvәqqәti olaraq diqqәti yayındırırdı. Ancaq fikri dәyişmirdi. Elә bunun nәticәsi idi ki, bir dәfә dә olsun yuxarıların qәbuluna gedәn yazıçıların siyahısında adım olmayıb. Uzun illәr әrzindә respublika rәhbәrlәrinin zalında keçirilәn “hörmәtli” tәdbirlәrdә, qonaqlıqlarda, banketlәrdә, söhbәtlәrdә bir dәfә dә iştirak etmәyә dәvәt olunmamışam. Hәr halda çoxları tәsdiqlәyәr ki, bu yaradıcılığımın sәviyyәsi ilә bağlı olmayıbdır. Yuxarılardakı qulbeçәlәrin, yaltaqların, yan tumarlayanların, ikiüzlülәrin münasibәti ilә әlaqәdar olubdur.
Tәәssüf ki, belәlәri bәzәn uzun illәr Yazıçılar İttifaqında da yuva sala biliblәr, yuxarılara xidmәt göstәrmәklә mәşğul olublar. İşlәri-güclәri yuxarılara xәbәr aparıb-gәtirmәk, onların fitnәlәrinin yerinә yetirilmәsinә kömәklik göstәrmәk olubdur. Bunun müqabilindә layiq olmadıqları halda mükafat da alıblar, orden, medal da, fәxri ad da. Belәlәri Famil Mehdi kimi az-çox özünә hörmәt edәnlәri, dilini dinc qoymayanları, başqasının bostanına daş atanları necә müdafiә edә bilәrdilәr? Axı, onun belә misralarını hәr oxuyandan sonra redaksiyalara zәng edib soruşurdular: “Bu misralarda o kimi nәzәrdә tutur?”
Dünya onunçün bazar,

Sahibi bazarbaşı.

Yanından keçsә azar

Bәlkә әzәr başını.

Ya bir gәlmәk gәlәr ki,

Azar yolunu, azar.

De, gәl dolan ay kasıb.

Sahibi köhnә qoçu,

Keçisi mәrdimazar.

Doyunca basıb yesә

Lәpәni ya kişmişi

Deyәrsәn cәhәnnәmә!

Yüngül gәlsin çәkisi.

Ürәyimizi yeyir

Qoçu Nәcәfqulunun keçisi.

“Qoçu Nәcәfqulunun keçisi” şeirindәn,

Yaxud:

Görәsәn qüdrәtilә



Öyünürmü pәlәnglәr?

Kimә meydan oxuyur

Pәlәngdәki bilәklәr?

Görәsәn öz dilini

Unudan quş varmı heç?

Özgә dildә danışan

Bir quş tapılarmı heç?

Görәsәn meşәlәrin

Gәzib sahibi kimi

Bir çaqqal, bir çaqqala

Haralısan deyirmi?

Tәkbuynuz tәkә necә

Neçә fәnd qura-qura,

Görәsәn qoyunları

Qurban verirmi qurda?

Başına qoyub ayı,

Papağını tәrsinә,

Çağırırmı ceyranı

Mәdәniyyәt dәrsinә?

Görәsәn bağlanırmı

Tülkülәrin bazarı,

Neçә tülkü öldürüb

Bu yaltaqlıq azarı?

“Görәsәn” şeirindәn.

Vә ya:

Bәzәn bir şәrәfsiz dәrs verir bizә,



Tәsdiq elәyirik nә desә biz dә.

Lap kül dә üfürür gözlәrimizә,

Çatmır danışmağa cürәtimiz dә.

“Bu gün dil açırsan...” şeirindәn.


Bu şeirlәrin hәr birinin üstündә başım çox ağrayıb...
Yazıçılar Birliyindә uzun illәr belә bir әnәnә olub: yazıçı vә şairlәrin, hәtta texniki işçilәrin әlli, altmış, 70 illiyi müxtәlif formalarda qeyd olunur: “Әdәbiyyat vә incәsәnәt” qәzetindә Yazıçılar Birliyinin tәbriki verilir. Fәxri fәrmanla tәltif olunur. Yazıçılar fәxri adlara, orden vә medallara tәqdim edilirdi. Yaşıdlarım sırasında bunların heç birinә, hәtta adi tәbrikә layiq görülmәyәn bircә nәfәr var ki, o da mәnәm. Halbuki ancaq “Literaturnaya qazeta” keçmiş SSRİ Yazıçılar İttifaqının mәnә ünvanlanan geniş sәmimi tәbrikini vә şәklimi vermişdi. Bunun iki sәbәbi vardı: әsas sәbәbi MK-da mәdәniyyәtә rәhbәrlik edənlәrin qәrәzli, kinli münasibәti. İkinci sәbәbi, Yazıçılar Birliyindә daxili hәlә camaata yaxşı mәlum olmayan; özünü ağsaqqal kimi qәlәmә verәn, ancaq yuxarılara açıq-açığına qulluq göstәrmәklә çox rütbәlәrә nail olan bir cәnabın adi insani tәlәbimә cavab әvәzinә mәndәn aldığı intiqam idi. Ancaq mәn fәxr edirәm ki, onların heç birinә layiq görülmәmişәm. Bu haqda şeirim dә var. Mükafat alanlardan başqa çoxlarının xoşuna gәlib:
Nә yaxşı mükafat almadım, allah!

Mükafat alanlar susur, lallaşır.

Mükafat alanlar liberallaşır,

Qәfil ürәklәrin odumu sönür,

Mükafat alanlar quzuya dönür.

Yamandır, insanın quzulaşması,

Özündәn qaçması, uzaqlaşması.
Nә yaxşı mükafat almadım, allah,

Dilin bir söz deyir, ürәyin bir söz.

Tәlәsmә, bacara bilirsәnsә döz.

Mükafat alanlar qurulaşırlar,

Sellәr daşanda da durulaşırlar.

Tәzә köynәk kimi ütülәnirlәr,

Hәr zaman irәli itәlәnirlәr.
Nә yaxşı mükafat almadım, allah,

Mükafat alanlar sonra pis yazır.

Әsәbsiz, qәzәbsiz, ürәksiz yazır.

Mükafat alanlar özündәn razı,

Ocağa tamarzı, külә tamarzı.

Hәr zaman hardasa çıxışdadırlar,

Ucuz tәriflәrdә, alqışdadırlar.
Nә yaxşı mükafat almadım, allah,

Versәlәr alardım,

ay verdilәr ha?.
Әlli yaşım tamam olanda baş verәn hadisәlәr bir daha sübut etdi ki, bu, yaradıcılıq sәviyyәmlә әlaqәdar deyil. Ancaq buna 1984-cü il dekabrın 24-25-dә çıxan bir çox respublika qәzetlәri (“Kommunist”, “Vışka”, “Bakı”, “Baku”, “Azәrbaycan gәnclәri”, “Azәrbaycan müәllimi” vә s.) mәnim haqqımda xoş sözlәrini vә yeni şeirlәrimi dәrc etdilәr. Bu, yuxarılarda bomba kimi partladı. Mәrkәzi Komitәdә hәmin gün ideoloji katibin yanında qәzet redaktorlarının tәcili müşavirәsi keçirildi: “Sizә kim icazә verib ki, MK-nın qәrarı olmadan Famil Mehdiyә yubiley keçirmisiniz?” Cavab belә oldu: “Әvvәla, bu yubiley deyil, mәtbuatda ad gününü qeyd etmәyin әn tәvazökar formasıdır. Digәr tәrәfdәn, Famil Mehdi buna tamamilә layiqdir.” Ancaq bu cavab şübhәsiz ki, özündәn razıları razı salmayıb. Acığını “Azәrbaycan gәnclәri” qәzetinin redaktorunu әvәz edәn Әlirza Balayevdәn, şöbә müdiri Tofiq Mütәllibovdan çıxıblar. Yuxarının göstәrişi ilә onlara töhmәt verilibdir. Әlirzanı işdәn çıxarırmışlar. Yaxşı ki...
Niyә mәhz “Azәrbaycan gәnclәri” qәzeti? Çünki orada dәrc odunan “Mәnim yubileyim” şeirim yuxarıları daha çox qәzәblәndirmişdir. Әslindә şeir çox yaxşı bir niyyәtlә yazılmışdır. Ancaq vәzifә ölülәri onu pis yerә yozmuşlar.
Zәrdabi daş kimi susub yatıbdır,

Kollar arasında itib-batıbdır.

Yanında milyonçu birinә ancaq

Abidә qoyulub-günümә bir bax!

...Әlәnib keçirәm söz әlәyindən,

Nә vaxt susdurmuşam, hansı dәrvişi

Bәlkә dә yubiley xәstәliyindәn,

Bir az şeirimizin tökülüb dişi.

Bir az da qanında mәddahlıq artıb,

Bir az da yolunda bәdxahlıq artıb...


Atalar yaxşı deyir: “Sәn ağacını götür, suçlu suçluğunu bildirәcәk.” Yazıq redaktor müavininә verilәn suallardan sonra fәxri xiyabana gedib axtarmışam görüm mәnim fikrimi hara yozublar. Mәddahların rәhbәr olduğu bir mühitdә “mәddahlıq artıb” demәk dә, görünür şübhәsiz ki, yuxarıların xoşuna gәlmәzdi.
Mәnim şeirlәrim publisistik tәbiәtlidir. Yәni fikirlәrimi açıq demәyә, güllәmi düz hәdәfә vurmağa çalışmışam. Ezop üsulu, fikri örtülü, dolayısı yollarla demәk mәni tәmin etmәyib. Bunu bәzәn mәnim şeirlәrimә nöqsan sayırlar. Ola bilsin ki, ayrı-ayrı şeirlәrdә bu “duz” artıq olur.
Amma mәnә elә gәlir ki, publisistik keyfiyyәt poeziyaya çox lazımdır. Xüsusilә dә kәskin mübarizә illәrindә. Amma şübhәsiz ki, ölçü daxilindә. Mәn heç vaxt nәzmlә felyeton yazmamışam. Amma publisistik keyfiyyәt mәnim şeirimә mübariz tәnqidi ruh gәtirib. Bu tәnqid çox-çox hallarda hәdәfini tapıb. Güllәm hәdәfinә dәyib. Ona görә dә bir çox halda şeirlәrim çap olandan sonra hәmin “hәdәf-cәnabların” açıq-gizli hücumları başlanırdı. Yadımdadır, “Ulduz” jurnalı şeirlәrimi vermişdi. Sәhv etmirәmsә biri “Sәn mәni ayırma öz orbitimdәn” şeiri idi:
Sәn mәni ayırma öz orbitimdәn,

Halal zәhmәtimdәn, təbiәtimdәn.

Qoyma öz-özümә tövbә edim mәn,

Qoy necә varamsa, elә yaşayım,

Lalamsa, karamsa., elә yaşayım.

Dalğınam, qәmginәm, qorxma bu qәmdәn,

Birdir sevincin dә, qәmin dә yaşı.

Televiziya diktoru deyilәm ki, mәn

Baxıb gülümsәyim hәr addımbaşı.

Eşqin nә avandı, eşqin nә tәrsi,

Bәsdir, az versәnә mәnә bu dәrsi...
Bәlkә “Arvadından qorxan Orxan” şeiri dә dәrc olunmuşdu:
Çox çәtindir bu dünyada

Olmasa bir möhkәm arxan.

Buna görә düşüb oda

Arvadından qorxan Orxan.

...Bu nә dәrddir-bu nә sirdir?

Nә qәhrdir sәni boğan.

Böyük komitә sәdridir

Arvadından qorxan Orxan.


Bәlkә “Hacı Zeynalabdin Tağıyevin qızı” şeirim dә verilmişdi o nömrәdә:
Qınamayın qadını

Dünya hәqiqәtinmiş.

Hәqiqәtsiz yaşamaq

Görünür çox çәtinmiş.


Bir neçә gündәn sonra redaksiyaya getdim ki, redaktora, әmәkdaşlara tәşәkkürümü bildirim. Jurnalın baş redaktoru aramızda sәmimi münasibәt olan Yusif Sәmәdoğlu dedi:”- Famil, srağagün Mәrkәzi Komitәdә idim. Sәnin şeirlәrinlә әlaqәdar ciddi söhbәt oldu. Mәni möhkәm mәzәmmәt elәdilәr. Şeirlәrә bilavasitә mәsul olan Vaqif Cәbrayılzadәnin dә ünvınına iradlar yağdırdılar. Әlbәttә, mәn cavablarını verdim. Ancaq düzünü deyim ki, onların sәnin haqqında bu dәrәcәdә pis fikirdә olmalarını bilmirdim”.
Bu söhbәtlәri eşitdikcә dilxor olurdum, qanım qaralırdı. Açığı bәzәn xoflanırdım da. Ancaq bunlar mәni әsla ruhdan salmırdı. Daha hәvәslә, gәrgin, әsәbi yazıb-yaratmağıma kömәk edirdi. Çünki, bәzәn bunun әksinә olan xәbәrlәr dә eşidirdim. Mәsәlәn, bir gün Bәxtiyar Vahabzadә mәnә zәng vurub xәbәr verdi: - Dünәn Mәrkәzi Komitәdә Hәsәn Hәsәnovun yanında idim. Söhbәt sәndәn düşdü. Hәsən müәllim dedi ki, Familin “Günәş hәmişә sәmadadır” poemasını diqqәtlә oxudum. Çox xoşuma gәldi. Görünür yazığı nahaqdan incidirmişik. Hәsәn müәllim gülümsünüb bunu da әlavә etdi: - Әşi, görünür, Familin özündә dә tәqsir var. Bu politbüronun ünvanına iki misra yazaydı dә. Başına bu oyunu açmayaydılar...
Mәn, düzü, Hәsәn müәllimdәn dә narazı idim. Axı o, savadlı ziyalıdır. Xalq adamıdır. Әdәbiyyatı, sәnәti sevәndir, qiymәtlәndirәndir. Ancaq nәdәnsә mәnim poemamı müdafiә etmәdi. Yadımdadır, Yazıçılar İttifaqının katibi İshaq İbrahimov mәnim yanımda Hәsәn müәllimә zәng etdi. Poemanı tәriflәdi, çapına kömәk etmәsini xahiş etdi. Hәsәn müәllim çox konkret cavab verdi: “Mәndәn әvvәl olan işdir (Hәsәn müәllim tәzәcә ideoloji katib seçilmişdi). Mәni ora qatmayın!” Hәtta yuxarıda qeyd etdiyim kimi 25 gün gözlәyәndәn sonra MK-nın qәbul otağından mәnә dedilәr ki, Hәsәn müәllim sәni qәbul etmәyәcәkdir. Bu cümlәlәri yazıram, ancaq indi dә inana bilmirәm ki, Hәsәn müәllim mәni qәbul etmәkdәn imtina edәydi. Bәlkә dә şöbәdәkilәrin özlәri tәrәfindәn, yaxud yuxarı mәrtәbәlәrdә kimin isә mәslәhәti ilә mәnә rәdd cavabı verilmişdi.
Ancaq onu da qeyd etmәyi vә birinci dәfә burada açıb demәyi özümә borc bilirәm ki, 50 illiyimlә әlaqәdar Mәrkәzi Komitәdә mәnim әleyhimә sәrt tәbliğat aparıldığı günlәrdә Hәsәn Hәsәnov evimizә zәng vurdu. Qәzetlәrdә çıxan şeirlәrimi, xüsusilә “Azәrbaycan gәnclәri”ndәki “Mәnim yubileyim” şeirimi çox tәriflәdi. Hәr halda Hәsәn müәllim oradakıların tayı deyildi... Görünür, elә şeylәr vardı ki, sadәcә olaraq ya gücü çatmır, ya da münaqişәyә qoşulmaq istәmirdi.

: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə