Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə5/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18
Demәli, Mәrkәzi Komitәdә işlәyәnlәrin içәrisindә yaxşılar, lәyaqәtlilәr dә vardı. Onların ürәyindә vәtәn, millәt hissi qaynayırdı. Ancaq ümumi ab-hava elә idi ki, onlar bunu açıq ifadә edә bilmirdilәr. İkilikdә, dar mәclislәrdә ürәklәrini açırdılar bizә. Aydın olurdu ki, eyni hisslәrlә yaşayırıq. Ancaq yazıqlar qәribә vәziyyәtә düşmüşdülәr. Ümumiyyәtlә, partiya aparatında anlaşılmaz bir qayda hökm sürürdü. Heç kәs xasiyyәtdә, davranışda, münasibәtdә bir-birindәn fәrqlәnmәmәlidir. Hamı rәsmi, quru, qaşqabaqlı olmalıdır. Fikirli görünmәlidir. Hәtta yayın cırcıramasında, göydәn od yağanda belә kostyum geyib qalstuk bağlamalıdır. Ayrı-ayrı partiya işçilәrinin bu qaydaları pozması bir növ partiya sisteminә, partiya yoldaşlarına xәyanәt idi. Bir sözlә, heç kim bir-birindәn fәrqlәnmәmәli idi. Fәrqlәnmәk istәyәnlәr riskә getmәkdәn qorxurdular.
Çoxunun isә fәrqlәnmәk qanlarında yox idi. Allah onları elә bil kölә, qul yaratmışdı. Mәn belәlәrinә tәәccüb qalırdım: bәzәn savad da var, qabiliyyәt dә. Ancaq kölә olmaq, böyüklәr qabağında ikiqat әyilmәk, açıq-açığına yarınıb xidmәt göstәrmәk onlara lәzzәt verirdi.

Tәәssüf ki, belәlәri uzun illәr mәdәniyyәtә, әdәbiyyat vә incәsәnәtə dә rәhbәrlik edirdilәr vә indi dә hәmin yuxarı dairilәrdә bizә rәhbәrlik edirlәr. Bunlardan ikisini xüsusilә qeyd etmәk istәyirәm. Biri üzdә özünü sakit, hәtta bir qәdәr yazıq göstәrirdi. Hәqiqәtdә isә saman altdan su yeridәn idi. MK-da “Azәrbaycan dilini bilәn mütәxәssis” hesab edilirdi. Şübhәli şeylәri, vurmaq istәdiklәri adamların әsәrlәrini ona oxudurdular. O isә misraları iylәmәyi, hәr sözә zәrrәbinlә baxmağı vә istәdiyi yerә yozmağı yaxşı bacarırdı.


Mәnim poemamın vәrәqlәrinin böyür-başına böhtan sözlәri yazan da, çox güman ki, o idi. Özü yazmasa da, yazdırmasına heç bir şübhә ola bilmәz. Yazıçılar İttifaqına gәlәndә quzuya dönürdü. Hәr birimizlә әl tutub halımızı soruşurdu. özünü bizә yaxın göstәrmәk istәyirdi. Ancaq daldada pambıqla baş kәsirdi. Buna görә dә MK-da iyirmi ildәn çox idi ki, eyni otaqda, eyni stulda otururdu. Onu görәndә hәm dilxor olur, hәm dә ona yazığım gәlirdi. halımı soruşanda özümü boğur, nәzakәtlә cavab verirdim. Hәtta hәrdәn evimizә dә zәng vurardı.
Mәnә növbәti zәrbәni tәşkil etdiyi günlәrin birindә evimizә yenә zәng etdi. Guya sәhhәtim ilә maraqlanırdı. Daha özümü saxlaya bilmәdim, dedim: “- Bir dә mәnә zәng etmәyi sәnә qadağan edirәm. Әl çәk bu iblislikdәn. Әl çәk bu pambıqla baş kәsmәkdәn vә kәsdirmәkdәn. Çıxart üzündәn maskanı. Qoy camaat görsün ki, sәnin min sifәtin var.” Tәbii ki, daha zәng vurmadı. Rast gәlәndә başı ilә salam verib keçirdi. Sonra başqa vәzifәyә göndәrildi. Orda işә başladığı ilk gündә vurub başını yardılar vә vәzifәdәn qovdular. Ancaq neylәyәsәn ki, hәlә dә yuxarılardadı... Yeri gәlәndә demokratların adından çıxış edir. Yeri gәlәndә partokratları müdafiәyә qalxır. Bәzәn dә ağzına su alıb oturur. Haqqın yolunu yaxşıca tapıbdır...
İkincisi daha tәhlükәli idi. Çünki savadlı idi. Neçә dil bilirdi. Azәrbaycan dilindә isә çox pis danışırdı. İnanmıram ki, özü Azәrbaycan dilindә әsәr oxuyub bütün tәfәrrüatına qәdәr başa düşә bilәydi. Neçә katib yola salmışdı. Neçәsini qarşılamışdı. Hamısı ilә dә dil tapa bilmişdi.

Bәli, o daha tәhlükәli idi. Çünki böyüklәrlә bilavasitә tәmasda idi. Böyüklәrә bütün informasiyanı o çatdırırdı. Vә hәr şeyi bu informasiyalar hәll edirdi. Bu vaxt obyektivlikdәn çox mәnafelәr әsas tutulurdu: kimi qorumaq, qoltuq altda saxlamaq, başını sığallamaq, kimi gözdәn salmaq, pisikdirmәk, incitmәk, mәnәvi әzab-әziyyәt vermәk, uzaqlaşdırmaq- bunun hamısını o yerinә yetirirdi. Bir qayda olaraq yuxarıların adamlarını, onlara “bәli”, “bәli” deyәnlәri müdafiә etmәk, mükafatlandırmaq, açıq-açığına qorumaq onun gördüyü işin әsas mәğzini tәşkil edirdi. Hansı әsәrin çapını dayandırmaq, hansı müәllifi sıxmaq, incitmәk, hansı şairә, yazıçıya fәxri ad vermәk, orden-medal vermәk lazımdır, bunların hamısını ilk mәrhәlәdә bilavasitә o hәll edir, sonrakı mәrhәlәlәrdә dә fikir yaradırdı. Yuxarılara yaltaqlanan adamlar tapanda yәtin ki, o gecə sevincindәn yata bilmirdi. Çünki onlardan istifadә edirdi.


Әlbәttә, belәlәri çox bic olur. Özünü mәdәni, sadә göstәrmәyә çalışır. Zahirdә etik normalara tam әmәl edir. Guya ki, böyük-kiçik hörmәti gözlәyir. Nәzakәtlilik nümunәsi göstәrir. Özü bilavasitә konfliktә qoşulmur. Cavabı özü vermir. Tәlimatı verir, kәnarda dayanırdı. İlanı Seyidәhmәd әli ilә tuturdu. Bir dәfә mәcbur etdim ki, poemam haqqında fikir desin. İmtina etdi: “Deyilәn fikirlәrlә (yәni ciddi ittihamlarla) mәn dә şәrikәm”.
Әl çәkmәdim: “Mәn poema haqda şәxsәn sizin dilinizdәn eşitmәk istәyirәm. Mәcbur etdim. Razılaşdıq. Bir neçә hәftәdәn sonra MK-da, otağında görüşdük. İlahi, bu dәhşәt idi. Әvvәla, açıq hiss olunurdu ki, oxuduqlarının çoxunu başa düşmәyib. İkincisi dә tamamilә hansı sәnәtә zidd tәlәblәrlә çıxış edirdi: “Bilirsiniz, respublikanın indiki iri addımlarla irәlilәdiyi bir dövrdә tәnqidә nә ehtiyac var?! Siz raykom katibinin öz dili ilә özümüzü biabır edirsiniz. Bunu uşaq da başa düşür ki, siz nailiyyәtlәri yox, nöqsanları göstәrmәyә daha çox tәşәbbüs edirsiniz. Belә çıxır ki, raykom katiblәrinin qazancı yalnız ürәk ağrısı olur. Bәs bu planları, öhdәliklәri kim tәşkil edir? Onun tәşkilatçısı kimdir? Bәs әmәyi qiymәtlәndirilәn, Qızıl Ulduz alan insanları, rәhbәr işçilәri niyә görmürsünüz?
Ümumiyyәtlә, hadisәlәrә Sizın mövqeyiniz partiyalı mövqe deyildir, Siz hәtta qazanılan nailiyyәtlәrdәn danışanda da söhbәti elә yerә gәtirib çıxarırsınız ki, görülәn işlәr iki qәpiklik olur. Siz rüşvәtxorluğu, yaltaqlığı, yerlibazlığı tez-tez ön plana çәkirsiniz. Axı, insaf da yaxşı şeydir. İndi onlar bizdә yoxdur. Kökü kәsilib. Olanı da tәsadüfi xarakterdәdir. Bu günümüz üçün xarakterik deyildir. Sizә partiya sәnәdlәrini oxumağı, MK plenumlarının materiallarını diqqәtlә öyrәnmәyi mәslәhәt görәrdim...” Hәm dә bu sözlәri elә deyirdi ki, elә bilirdin rus azәrbaycanca danışır. Sözlәr tәhrif olunur, cümlәlәr baş-ayaq qurulurdu. Ayağa qalxanda dedim: “Nә qәdәr ki, sizin kimilәr Azәrbaycan әdәbiyyatına, mәdәniyyәtinә başçılıq, rәhbәrlik edir, vay bizim halımıza...” Dedim vә otaqdan çıxdım.
Bir neçә gündәn sonra Yazıçılar İttifaqında plenum keçirilirdi. Rәyasәt heyәtindә qırtmışdı. Hәyәcanlı olduğu hiss edilirdi. Sir-sifәti daha da qızarmış heç bir rәngә oxşamayan bir rәngә düşmüşdü. Tez-tez eynәyini çıxarıb tәmizlәyirdi. Yanılmamışdı. Mәn Yazıçılar İttifaqının iclaslarında 15-20 ildә iki, ya üç dәfә çıxış etmişdim. Söz aldım, kürsüyә çıxdım. Müzakirә olunan mәsәlә ilә bağlı qısa danışıb sinәmi deşәn mәsәlәlәrә keçdim. Sözümә belә başladım: “Mәn bir neçә gün әvvәl MK-da filankәsovun yanında olmuşam. Ona ikilikdә dediyim sözlәri bir daha tәkrar edirәm: Yoldaş filankәs yaxşı olar ki, özünüzdә kişilik tapasınız. Әrizә yazıb vәzifәdәn gedәsiniz. Axı, ora sizin yeriniz deyil. Axı siz doğma ana dilinizi çox pis bilirsiniz. Rusca düşünüb azәrbaycanca danışırsınız. MK ilә Yazıçılar İttifaqı arasında elә bir hasara çevrilmisiniz ki, aşıb keçmәk mümkün deyil. Sizin sәnәtә münasibәtiniz partiya işçisinin mәruzәsinә münasibәtdәn heç nә fərqlәnmir. Sizin sifәtiniz mәlum deyil. İşiniz-gücünüz haqqı-әdalәti boğmaqdır. Vәzifәniz naminә nәyә deyәsiniz gedәrsiniz. Yaxşı olar ki, könüllü çıxıb gedәsiniz. Bәsdir әdәbiyyatın, mәdәniyyәtin, onun nümayәndәlәrinin başında turp әkdiyiniz.” Keçib yerimdә oturdum. Adәtәn belә yığıncaqlarda MK işçisinin, yuxarıdan gәlәn nümayәndәnin ünvanına kiçik bir nöqsan deyilәn kimi ya rәhbәrlikdәn olanlar, ya da sıravi yaltaqlar dәrhal müdafiәyә qalxırdılar.
Nәdәnsә bu dәfә belә olmadı. Görünür çoxunun ürәyindәn tikan çıxarmışdım. Ancaq özü özünü müdafiә etmәli oldu. Çıxışımın sәmәrәsini, tәsirini azaltmaq üçün şәxsi motivlәri artdı ortaya: “Sizin poemanızın çapına mane olmamışam.” Ancaq özünümüdafiә sәmәrә vermәdi. Çünki artıq bu neçә ildә hansı yuvanın quşu olduğunu hamı yaxşı bilirdi. İş elә gәtirdi ki, doğrudan da bir neçә gündәn sonra çıxıb getdi. Ancaq üzü üzlәr görmüş bu adam yeni rәhbәrliklә birlikdә yenidәn gәldi. İndi dә rәhbәr vәzifәdәdir...
Ümumiyyәtlә, uzun illәrin hәyat tәcrübәsindә belә bir qәti qәnaәtә gәlmişәm: Hәyatda yaltaqlara, ikiüzlülәrә, simasızlara, satqınlara, nadanlara, dәlәduzlara, yerlipәrәstlәrә, dәstәbazlara, rüşvәtxorlara qarşı mübarizә aparmaq çәtindir, bәlkә dә heç mümkün deyildir. Belәlәri çox qüvvәtli olur. Dәrhal müdafiәçilәri tapılır. Yazıq düzlәr vә tәmizlәr. Mübarizәdә hәmişә tәk qalırlar. Bir çox halda hәlә borclu da çıxarırlar.
Bunların içәrisindә әn qorxulusu vә dәhşәtlisi yerlipәrәstlikdir. Mәn qәti әminәm ki, Azәrbaycanı nә ermәni basqını, nә rus tәcavüzü, nә qeyri hücum yıxa bilmәz. Onu yıxsa ancaq vә ancaq Azәrbaycana mәxsus xüsusi yerlipәrәstlik yıxacaqdır. Әgәr Azәrbaycan müstәqil bir dövlәt kimi yaşamaq istәyirsә bu xәstәlikdәn birdәfәlik tәmizlәnmәyә çalışmalıdır.

Hәyatda rast gәldiyim әn böyük hәqiqәt Molla Pәnah Vaqifin vaxtilә gәldiyi nәticә ilә eynidir:

Mәn cahan mülkündә mütlәq doğru halәt görmәdim!
Bu sözlәri bu gün iri hәrflәrlә yazıb altından da imza atıram.

Hәmin nәticәni bu yaxınlarda yazdığım bir şeirimdә ifadә etmәyә çalışmışam:


Bәzәn biri dәli dedi bir ağıllıya,

Hamı dönüb dәli dedi qәlbi dağlıya.

Az qaldı ki, gözlәrimdә dünya ağlaya,

Baxma haqqı bu nahaqqa mәn dәyişmәdim,

Ölüb getdim bu dünyanı başa düşmәdim.

Cinayәtkar cinayәti söydü, “pis” dedi,

Xәyanәtkar xәyanәti saydı, pislәdi.

Әdalәti için-için didib hirs yedi.

Әl uzatdım, bir doyunca mәn görüşmәdim,

Ölüb getdim, bu dünyanı başa düşmәdim.


...Kimsә aslan qiyafәli bir qoyun imiş,

Kimsә qoyun libasında Firon imiş.

Dünya ki, var o özü dә bir oyun imiş,

Mәnsә bir can odlamadım, qәlb üşütmәdim,



Ölüb getdim, bu dünyanı başa düşmәdim.
Kommunist Partiyasının üzvü olmuşam. Gәnclik illәrimdә ürәkdәn inanıb bu partiyanın üzvlüyünә qәbul edilmişәm. Mәn o vaxt partiyalığı fәallıq, nümunәvilik, ictimai mühitә çıxmaq, kütləlәrlә sıx әlaqәdә olmaq, xalqa kömәk etmәk, әliәyriliyә, mәnsәbpәrәstliyә, tәhqirә, tәzyiqә qarşı amansız mübarizә aparmaq üçün imkanlılıq mәnasında başa düşürdüm. Düzünü deyim ki, işin siyasi tәrәfi mәni o qәdәr dә düşündürmürdü. Bu inam mәndә bir müddәt yaşadı. Ancaq özümdә başqaları kimi mübarizәlәrdә zәrbә aldıqca, mühiti laqeyd gördükcә bu inam mәndә soyumağa başlayırdı. Xüsusilә cәmiyyәtin keçdiyi real yolu diqqәtlә öyrәndikcә, partiyanın, dövlәtin әli ilә törәdilәn cinayәtlәrlә, faciә vә xәyanәtlәrlә yaxından tanış olduqca hәmin inam ölüb gedirdi.
Sonra elә vәziyyәt yarandı ki, partiyaya çörәk ağacı kimi baxıldı. Partiyaya rüşvәtlә adam qәbul edilirdi. Bu vaxtlar partiya mәnim üçün ancaq cansız bir kitabçadan-biletdәn ibarәt idi. Universitetin jurnalistika fakültәsindә partiya tәşkilat katibi seçilmişәm. Dedi-qodunun, özbaşınalığın qabağını almışam. Universitet partiya bürosuna üzv seçilmişәm, haqsızlığa, әdalәtsizliyә, yerlibazlığa, dәstәbazlığa qarşı mübarizә aparmışam, demokratik fikrә yol açılmasına çalışmışam. Bu haqda çoxlu misallar gәtirә bilәrәm. Cavan bir qızın partiyaya üzv namizәdliyi vaxtı özünü doğrultmayıb, “Partiya tarixi”ndәn “iki” alıb deyә namizәdlikdәn çıxarırlar. Qızın üz-gözündәn yazıqlıq, kimsәsizlik, kasıblıq yağır. Rayonludur. Yaşlı professorlar vә digәr büro üzvlәri hamısı hәmin tәklifin tәrәfdarıdır.
Mәn söz alıram: “Hörmәtli yoldaşlar, siz düzgün qәrar qәbul etmirsiniz. Mәn bunun tamamilә әleyhinəyәm. Bu qız partiya namizәdliyi vaxtı özünü çox yaxşı doğruldub. O, kolxozda beli, kәtmәni yerә qoyub universitet kimi bir ali mәktәbә qәbul olunub. Özünü bundan yaxşı doğrultmaq olar? İkincisi, doğrudanmı “Partiya tarixi” müәllimi heç bir xahişә qulaq asmayıb, obyektiv imtahan götürüb. Bir qrupda elә bircә bu qız zәif olub, “iki” alıb? Mәn buna da inanmıram. Ancaq ona inanıram ki, bütün tapşırılanlar qiymәt alıb, bu yazıq qızı isә tapşıran olmayıb”.
Etiraz sәslәri eşitdim: “Düz demirsiniz. O qız savadsız olduğu üçün “iki” alıb. Bu kommunistә yaraşmaz.” Qızın xeyrinә bircә mәn sәs verirәm. Hamı әleyhinә sәs verir. Ancaq raykomda vicdanlılar tapılır. Partkomun qәrarı lәğv edilir. Hamı mәni istehza ilә tәbrik edir: “Sәn bizdәn düz fikirlәşirmişsәn!” Yaxud bir nәfәr tәlәbә qızı partiya sıralarına qәbul edirlәr. Hәlә otağa çağrılmamışdan xahiş olunur ki, sual verilmәsin. Gedib ailәsinә çata bilәr. Hamı razılaşır. Qız otağa çağrılır. Elә-belә, xala xәtrin qalmasın, danışdırırlar. Azәrbaycan dilindә danışa bilmir. Partiyaya qәbul olunması haqqında tәklifi formal olaraq sәsә qoymaq istәyirlәr.
Mәn әlimi qaldırıb: “Sualım var” deyirәm. Bütün tәәccüblü baxışlar mәnә zillәnir. Başını bulayanlar da olur. Әhәmiyyәt vermәyib soruşuram:
- Siz Azәrbaycan yazıçılarından kimlәri tanıyırsınız?
Tutulub, çox çәtinliklә dillәnir:
- Men azbeycança kitab oxumuram.
Yenә sual verirәm:
- Yaxşı, Nizaminin rusca hansı әsәrini oxumusunuz?
Cavab verir:
- Nizami heç bir eser oxumadım.
Otaqda böyük bir pәrtlik yaranır. Әlbәttә, qız mәmnuniyyәtlә partiya sıralarına qәbul edilir. Qızın otaqdan çıxması ilә töhmәtlәrin, tәnәlәrin üstümә yağması bir olur:
- Sizdәn xahiş etmәdik ki, sual vermәyin? İndi gedib atasına deyәcәk...
Mәn cavab verirәm:
- Xahiş edirәm narahat olmayın. Әvvәla, sualı mәn vermişәm, siz yox. İkincisi, elә sualı ona görә verirәm ki, gedib evdә atasına desin. Axı bir hәftә bundan әvvәl onun atası böyük bir yığıncaqda akademiklәrә, professorlara, yazıçı vә şairlәrə Azәrbaycan dilindәn dәrs deyirdi. “Dilimizi yaxşı öyrәnin” deyirdi. Mahnıdakı “Şirindir, şirindir, ana dilim şirindir” misralarını tәkrar edirdi. Bәs o hara, bu hara? Qoy qız getsin atasına desin vә başqasına dәrs verәn ata bilsin ki, hәrә özündәn, öz ailәsindәn başlamalıdır.
Vә yaxud 1969-cu ilin avqustundan bir neçә hәftә sonra universitetin akt zalında partiya konfransı keçirilir. Camaat durub tәlәb edir ki, iclas dayandırılsın. Әliyev konfransa gәlsin. Camaatın tәlәbinә mәhәl qoymaq istәmirlәr.
Nәhayәt, mən də söz alıram:
- Nә vaxta qәdәr camaatın ağzını yumacaqsınız? Sәsini batıracaqsınız? Tәklifә әmәl etmәk lazımdır.
Mәnim çıxışımdan sonra zal daha da qızışır. İclas başqa vaxta keçirilir. Sәhәri gün Bakı Şәhәr Partiya Komitәsi bürosunun qәrarını universitetdә elan edirlәr: “Partiya nizamnamәsini kobudcasına pozduqlarına, partiya konfransını dağıtdıqlarına görә, filankәslәrә, o cümlәdәn Famil Ağalar oğlu Mehdiyә şiddәtli töhmәt verilsin”. Bir neçә gündәn sonra haqsız qәrar lәğv etdirilir.
Mәn partiyada hәr şeyin qara rәngdә olduqunu desәm, qeyri-sәmimi sәslәnәr. Haqq-әdalәt tәrәfdarına, vicdanlı partiya işçilәrinә dә rast gәlmişәm. Amma mәnim ağlım kәsәn illәrdә ayrı-ayrı istisnalar nәzәrә alınmaqla, rәhbәr partiya-sovet işçilәri, hüquq mühafizә orqanı işçilәri hamısı bu vә ya digәr dәrәcәdә rüşvәtxor odublar. Bәzәn onları cәmiyyәt, mühit özü buna mәcbur edib.
70-ci illәrin axırlarına yaxın belә təmizlәrdәn biri mәni Mәrkәzi Komitәyә çağırdı. Xeyli söhbәt etdik. Söhbәt әsnasında bildirdi ki, respublikada sәn bilavasitә jurnalistika ixtisası sahәsindә yeganә elmlәr doktoru, professorsan. Ona görә dә bizә lazımsan. Sәni Mәrkәzi Komitәyә mәsul işә gәtirmәk istәyirik. Birinci ilә dә razılaşmışıq. Qәbuluna getmәliyik. Bәri başdan deyim ki, şәhәrin mәrkәzindә ev alacaqsan. Mәrkәzi Komitәnin üzvü olacaqsan. Respublika Ali Sovetinә deputat seçilәcәksәn. Bağ evi, sanatoriya, xüsusi mağaza-bunlar da hamısı olacaqdır. Mәn vәzifәnin adını demәyә imkan vermәdim. Dedim fikirlәşәr ki, bәlkә böyük-kiçikliyinә görә... Qәti etiraz etdim. Tәşәkkürümü bildirdim: “Mәn partiya işindә işlәmәk istәmirәm”.
Onu da xatırlatdım ki, hәlә rayonda texnikumu qurtaranda mәni Ağdam rayon komsomol komitәsinә birinci katib qoymaq istәyirdilәr. Raykomun birinci katibi özü mәni qәbul edib, mәslәhәt bilmişdi. Sәhәrisi günü katibin qohumu Gülxar xalanı (allah rәhmәt elәsin) katibin yanına xahişә göndәrtdim ki, mәni rayonda vәzifәdә saxlamasın, oxumağa getmәk istәyirәm. Aradan bir neçә il keçәndәn sonra katib Bakıda bir mәclisdә mәni gördü. Adamlara bildirdi ki, 30 il katiblik dövrümdә hamı vәzifәyә gәlmәk üçün yanıma adam göndәrib. Vəzifәyә qoymamaq üçün yalnız bircә xahiş olub ki, o da Famil Mehdinin xahişi. Mәsul şәxs gülümsündü. Qayğı ilә bildirdi ki, indi daha o dövr deyil. Mәn mәslәhәt bilәrdim. Hәr halda pis olmazdı. Bir daha tәşәkkür edib otaqdan çıxdım.
İki gündәn sonra dedilәr universitetin rektoru, professor Faiq Bağırzadә sәni axtarır. Getdim yanına. Qәribәliklәri olsa da, pis adam deyildi. Mәrkәzi Komitәyә işә dәvәt olunmağım barәdә söz saldı. Dedim fikrimi bildirmişәm. Dedi fikrini bildirsәn dә, onlar sәndәn әllәrini üzmәyiblәr. Sәni iki vәzifәdәn birinә qoymaq istәyirlәr. Biri MK ideologiya şöbәsinin müdirinin birinci müavini. İkincisi isә “Azәrbaycan kommunisti” jurnalının baş redaktoru. Mәnә dә tapşırıblar ki, sәni razı salım. Amma mәn sәnin xәtrini istәyib deyirәm: getmә. Gedib şöbәdə ona-buna mәruzә yazmayacaqsan ki... Bir dә nә bilmәk olar sabah MK-ya kim gәlәcәk. İşdir, gedәsi olsan, jurnal redaktorluğuna get. Müstәqil işdir. Sözgәlişi deyim ki, bir müddәtdәn sonra Faiq Bağırzadәnin öz qardaşı Kamran Bağırov MK-nın birinci katibi oldu. Ancaq mәn Faiq müәllimә dә bildirdim ki, mәn partiya işindә işlәmәk, ümumiyyәtlә, vәzifәdә olmaq istәmirәm. Kafedra müdirliyim bәsimdir. Yaradıcılıqla mәşğul olmaq istәyirәm. Bu tәklif mәnә o vaxt olurdu ki, uzun sıxıntılardan sonra şәhәrin uzaq bir kәnarında ev almışdım. Ancaq çox sıxlıq idi. Hәtta quru yerdә yatırdım...
Mәn bu misallarla bir dә onu demәk istәyirәm ki, partiya biletindәn heç bir vәzifә, var-dövlәt, şöhrәt üçün istifadә etmәmişәm. Mәnim fikrimcә, 30-cu illәr istisna olmaqla kommunistlik Azәrbaycanda möhkәm inam vә әqidә ilә bağlı olmayıb. Bir partiyaya ki, adamları faiz ilә qәbul edәlәr (90-95 faiz fәhlә, kәndli, 5-3 faiz ziyalı) orada hansı әqidәdәn, mәslәkdәn söhbәt gedә bilәr?!
Mәnim fikrimcә, az bir faizini çıxdıqdan sonra yüksәk vәzifәlәrdә olanlara qara partokrat demәk olar. Yerdә qalan 80-90 faizin partokratiyaya heç bir dәxli yoxdur. Әlinin qabarı ilә güclә baş girlәyәnlәr, ailә dolandıranlar, yüzlәrә, minlәrә partokrat damğası vurmaq insafsızlıq yox, hәm dә günahdır. Bu sözlәr tamamilә ziyalılara da aiddir. Orden, medal, vәzifәpәrәstlәri çıxdıqdan sonra ziyalı hәmişә demokratik fikirli olub, bәşәri ideyalarla yaşayıbdır. Ona görә dә ümumiyyәtlә, ziyalının ünvanına yerli-yersiz deyilәn sözlәri, ittihamları rәdd edirәm. Vә bunu әn böyük nadanlıq sayıram. Azәrbaycanda әlli il әvvәl dә, iyirmi, otuz il qabaq da, beş-on il öncә dә, әn böyük zәrbә ziyalıya dәyib, bu gün dә dəyir... Ona görә ki, o ziyalıdır.

Mәnim şeirlәrimdә “Allah” sözü çox işlәnibdir. Bunları tәsadüfi hal saymıram. Ürәyimdә hәmişә allaha inam olub. Nәnәlәrimin hәr ikisi (Әziz vә Ağca nәnәlәrim) namaz qılıb, oruc tutan olub. Uşaq vaxtı oturdub kәlmeyi-şәhadәti bizә öyrәdәrdilәr. Oruc tutdurardılar. Ancaq çox vaxt xәlvәtdә yemәk yeyәrdik, özümüzü elә aparardıq ki, acıq. Nәnәlәrimiz üzümüzә baxan kimi әsәbilәşәrdilәr: - Yalan deyirsiniz, yemisiniz. Gözlәrinizә baxan kimi hiss olunur. Atam-anam da hәmişә allahla ürәyimizin düz olmasını tövsiyyә edirdilәr. Novruz bayramını öz qaydası ilә keçirirdik. Axır çilәdә anam sәhәr sübh tezdәn bizi oyadır, gedib axar suyun, eyni zamanda Novruz qabağı çərşәnbә axşamı tonqalın üstündәn hoppanır, “ağırlığım-uğurluğum, ağrı-acım burda qalsın” deyirdik. Qonşuların gizlincә ağzını dinşәyir, bunu müxtәlif yerlәrә yozurduq.


Yeri gәlmişkәn deyim ki, uşaq yaşlarımdan bәdnәzәrin, göz dәymәyin mövcudluğuna inanmışam. Körpәlәrin qoluna bağlanan, paltarlarına sancaqlanan göz muncuğunda nәsә bir sirr görmüşәm. Yalnız üzәrliyin özünә möcüzә kimi yox, hәm dә onu yandırıb başımıza dolandıran, “üzәrliklәr çırtlasın”, “yaman gözlәr pırtlasın” deyәn nәnәmi, anamı da möcüzә yaradanlar, möcüzә yaşadanlar kimi qәbul etmişәm. Gözdәymәyә aid faktlara hәddәn çox rast gәldiyimә görә hәmin hadisәlәri tәsadüf hesab etmirәm. Kәndimizdә bir kişi yaşayırdı. Gözündә vardı. Bir dәfә heyvanlar örüşdәn qayıdanda yelini paçasına sığmayan inәyә baxdı: “ Vay dәdә, vay, nә iri yelini var, ә” dedi.
İki gündәn sonra eşitdik ki, inәyin yelini çirk elәyib, süd әvәzinә qan gәlir. İkinci misal. Çox yorğa gedәn bir qulanımız vardı. Tәzә öyrәdilmişdi. Qolları getdikcә açılırdı. Bir dәfә qardaşım Fikrәt qulanı yorğalada-yorğalada gәlirdi. Bizim yanımızdan keçәndә hәmin kişi diqqәtlә baxdı vә içini çәkdi: “- Hiy, çәr dәymәmiş nә qәşәng yorğalayır, lap turac kimi sәkir.” Heç on beş, iyirmi metr getmәmiş qulan hamar kәnd yolunda sәrpib bәrk yıxıldı. Qardaşım aşıb xәndәyә yumarlandı. Mәn bunları tәsadüf hesab etmirәm.
Falçılara inanmamışam. Görünür, bunun sәbәbi dediklәrinin yalan çıxması olub. Keçәn müharibәnin ağır illәri idi. Qapımızda hәm dә beş-on qoyunumuz vardı. Bir neçәsi sağılırdı. Buna görә dә çox korluq çәkmirdik. Bir gecә qoyunları tövlәmizdәn çıxarıb oğurladılar. Qonşu kәnddә Mirzә Hәbib adlı bir kişi yaşayırdı. Mollalıq edir, dua yazır, fala baxırdı. Bir günün çörək pulunu boğazımızdan kәsib anam Mirzә Hәbibә aparıb verdi. Fala baxdırdı. Mәn dә getmişdim. Mirzә Hәbib dedi ki, arxayın evinizә gedin. Qoyunları gәtirib evinizin yaxınlığındakı örüşә ötürәcәklәr. Hәr gün çıxıb örüşә baxırdıq. Qoyun nә gәzirdi. hәlә dә gәtirib ötürürlәr, yenә dә... Belә yalanları çox eşitmişәm. Ona görә dә falabaxan haqda şeirim dә yaranıb:
Canlı bir sәdd çәkib yoluma mәnim,

Baxır falabaxan falıma mәnim:

- Bәh, bәh, bәxtә bir bax, taleyә bir bax,

Qoru, bәdnәzәrdәn, pis gözdәn uzaq.

Böyük bir sәadәt izlәyir sәni,

Böyük bir xoşbәxtlik gözlәyir sәni.

Ağlını, huşunu alıb başından,

Bir gözәl sevәcәk sәni bir zaman.

Sevәcәk, әbәdi sәnin olacaq,

Süsәnin olacaq, sәnin olacaq.

Başından yağacaq dövlәt dә, var da,

Baxıb mat qalacaq qaynanalar da.

Әn әla yerdә dә ev alacaqsan,

Halal zәhmәtinlә ucalacaqsan.

...Yel vurur, ağ saçım daranır şan-şan,

Haçan olacaqdır, bәs bunlar, haçan?

Qımışır, gözünü gah açır, yumur,

Hәlә muştuluq da, xәlәt dә umur.

Uğunub gedirәm: “Kefimdir, ay can...”

Sәnin mәzәn olsun, ay falabaxan.

(“Falabaxan”)
Ancaq ekstrasenslәrә, müasir “falabaxan”lara inanıram. İnsan fikirlәrini oxuyanlara, onunla bağlı hadisәlәri, faktları, qeyd edәnlәrә, bәzәn gәlәcәyi görәnlәrә ürәyimdә heç bir şәkk-şübhә yoxdur. Maraq üçün bir-ikisinin yanında olmuşam.
Xüsusәn, Mәlahәt xanımın sözlәri hәqiqәtlә daha çox sәslәnib. Mәndәn soruşdu:- Yusif müәllim kimdir?
Dedim:- Nә çox Yusif müәllim, nә bilim hansını soruşursunuz.
Dedi:- Yox ey, Yusif müәllimi deyirәm. Yol gәlir. Sabah görüşmәlisiniz.
Hәmin axşam Yusif müәllim zәng vurdu. Dedi Yevlaxdan zәng edirәm. Bakıya gәlirәm. Sabah mәni gözlә.
İş yoldaşlarımdan biri mәnimlә bağlı bir qәbahәtә yol vermişdi. Özü dә sonra boynuna alıb, üzrxahlıq etmişdi. Mәlahәt xanım hәmin faktı da, şәxsin adını da dedi. Buna necә inanmayasan?

Uşaq vaxtı nәnәmә yalvarıb-yaxarıb mәscidә dә getmişәm. Gәnclik illәrimdә isә Bakıda, gizlincә olmuşam mәsciddә: “Ocaq”larda nәzir vermәyi sevәrdim. İndi dә nәzir verirәm. Ağdamda mәscidә getmәyin (sadәcә olaraq mәscidin binasına girmәyin, onu görmәyin) dәrdindәn mәscidin rәhbәrlәri ilә dostluq edirdim. Onlara yaxınlaşmağa çalışırdım. Bir çox mәscidlәrin muzey, ambar olması, qanımı qaraldırdı. Yeri gәldikcә bu haqda açıq danışır, narazılıq edir vә imkan olduqca yazırdıq.


Şuşa mәscidi muzey olanda nәdәnsә ürәyimdә sevincvari bir hiss baş qaldırdı: “Heç olmazsa, muzey adı ilə mәscidin binasına gedә bilirik. Qarabağın görkәmli ziyalılarından olan, başı daşdan-daşa dәymiş Yusif bәydәn (Әhmәdov) bu sahәdә çox şey öyrәnirdim. O, Qarabağ şairlәrinin şeirlәrindә, dini motivlәri mәnә izah edirdi. Yusif bәy şәrq vә rus poeziyasını, o cümlәdәn Nizamini, Sәdini, Hafizi, Füzulini, Puşkini, Lermontovu әzbәr bilirdi. Şәrq poeziyası, Azәrbaycan poeziyası onun çörәyi, havası, suyu idi. Qarabağ şairlәrinin haqqında tam biliyi, mәlumatı vardı. Çox zәngin kitabxana yaratmışdı. Böyük alim-şair Mir Möhsün Nәvvabın tәrtib etdiyi şeir kitablarını ilk dәfә Yusif müәllimdә görmüşәm vә hәmin şeirlәri bir-bir mәnә oxuyub. Yusif bәyin özünün dә şeirlәri vardı. Ortaya çıxarmırdı. “Baba bәy Şakir mәnim babamdır” deyirdi. Mәşhur şair-aşıq Valehә marağı da ilk dәfә mәndә o yaratdı. Valehi mәnә kәşf etdi. Sonralar Gülablı Aşıq Xaspolad Mirzәliyevlә birlikdә ilk dәfә Aşıq Valehin şeirlәrini toplayıb “Alçaqlı, ucalı dağlar...” adı altında “Gәnclik” nәşriyyatında nәşr etdirdik.

Poeziyaya ilk marağım, әlbәttә, anamın çağırdığı bayatılardan, ağılardan, sonra bu izә düşüb tapdığım bayatılardan, aşıq şeirlәrindәn, hәmçinin kitablarda oxuduğum şeirlәrdәn gәlirdi. Xanәndәlәrin muğamat üstündә oxuduğu qәzәllәr, xalq mahnılarının sözlәri mәndә xüsusi maraq yaradırdı:


: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə