Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə8/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Üçümüz dә birlikdә küçәyә çıxdıq. Qüvvәtli xәzri әsirdi. Nә qәdәr axtardıq, maşın tapmadıq. Piyada gedәsi olduq. Tәrcümәçinin düzәltmә ayağı çıxıb yerә düşdü. Yusif kişini dalına aldı. Mәn “qıçı” götürdüm. Xeyli getdik. Yolda arabir dәyişirdik. Mәn onu, Yusif ayağını götürürdü. Poemanı da әlindәn buraxmırdı..Bir müsibәtlә evinin yaxınlığına qәdәr getdik. Binanın yanında Yusif onu yerә qoyanda külәk әlindәn poemanı aldı. Әlli-altmış vәrәq ağ göyәrçin kimi dövrә vurub uçdu. Vәrәqlәrin dalınca qaçdıq. On beş, iyirmisini tuta bildik. Qalanını külәk apardı. Әlimizi üzüb geri qayıtdıq. Gördük ki, özü yoxdu, ayağı orda qalıb. Nә qәdәr axtardıq tapa bilmәdik. Mәnzilinin nomrәsini dә bilmirdik. Ona görә dә süni ayağını aparıb bloklardan birinin qabağına qoyduq vә çıxıb getdik. Bir neçә gündәn sonra gördük, ayağı da üstündә idi. Arada poema getdi...
Mәn bunları tәbәssüm xatirinә yazmıram. Doğrudan da içki adamın başına oyunlar, bәlalar gәtirir. İçki ilә әlaqәdar qәribә әhvalatların hәm şahidi olmuşam, hәm dә şahidi olanlardan çox eşitmişәm. Bu hadisә Yazıçılar İttifaqında olur. Cavan şairlәrdәn biri içib qatarda dava salır. Bu faktla bağlı Yazıçılar İttifaqına mәktub göndәrilir. Mәktubun müzakirәsi zamanı Әli Vәliyev ayağa qalxıb başqa bir şairin dә adını çәkir vә deyir:- Mәn tәklif edirәm hәr ikisi Yazıçılar İttifaqı üzvlüyündәn çıxarılsın.
Hamı mәәttәl qalır:- Әli müәllim, filankәsin bura nә dәxli var?
Әli Vәliyev deyir:- Dәxli var, özü dә çox böyük dәxli var. Filankәs orda olsa, şübhәsiz o da içib dava salardı.
Moskvada olmuş aşağıdakı әhvalatı isә Әli Kәrim özünәmәxsus bir yumorla danışırdı:- Bir gün filankәs (Moskvada oxuyan şair yoldaşlarından biri) gәldi ki, bir rus qızı ilә tanış olmuşam, yaman sevirәm onu. Onsuz dözә bilmirәm. Elçi gedib o qızı mәnә alın. Biz bunu qeyri-ciddi qәbul elәdik. Özümüzü güclә dolandırırdıq. Arvadı necә saxlayacaqdı o? Ancaq әl çәkmәdi. Bir hәftә İbrahim Kәbirliyә vә mәnә yalvardı ki, elçi gedәk. Bakıdan pul da göndәrmişdilәr. Gedib bir yeşik araq vә pivә aldı. Moskvanın bәrk qarlı-şaxtalı axşamlarından biri idi. Dolu yeşiyi götürüb düzәldi yola. Biz dә düşdük onun yanına. Gәlib bir binanın mәnzilinin qabağında dayandıq. Evlәnmәk istәyәn şair dedi ki, mәn utanıram. İçәri getmәyәcәyәm. Düşüb sizi binanın hәyәtindә gözlәyәcәyәm. Qapının zәngini basdıq. Bir rus kişisi qapını açdı. Araq, pivә dolu yeşiyi görәndә kişinin gözlәrinә işıq gәldi. Bizi böyük mәmnuniyyәtlә otağa dәvәt etdi. Keçib әylәşdik. Heç tanış olmamışdan arağlar, pivәlәr stolun üstünә düzüldü. Badәlәr doldu.
Tanışlığımız sağlığına içdik. Sonra sağlıqlar bir-birinә calandı. İçdikcә ala dağdan, qara dağdan, daha nә bilim hardan, nәdәn danışdıq. Bir vaxt xәbәr tutduq ki, gecәdәn keçir. Durub xudahafizlәşib, öpüşüb otaqdan çıxdıq. Hәyәtә çıxanda paltosunun boğazını qaldırıb ayağının birini götürüb, o birini qoyan, yerindә atılıb düşәn, әlini ovxalayıb ağzına soxan, kipriklәri dә donan filankәsi hәyәtdә üstümüzә yüyürәn gördük. Soruşdu ki, nә oldu? Başa düşmәdik nәyi soruşur. Gah İbrahimin, gah mәnim qabağımı kәsib әyilir hey soruşurdu:- Nә oldu?,-nә oldu? Biz isә öz alәmimizdә idik. Uzun sorğu-sualdan sonra başa düşmüşük ki, o bizi elçi göndәribmiş. Sәn demә içki başımızı qatıb, getmәyimizin mәqsәdi yadımızdan çıxıb. Yoldaşımız bir müddәt bizi danışdırmadı. Sonra barışdıq. Moskvada evlәnmәk söhbәti dә soyuyub getdi...
Bu hadisәni isә Әli Vәliyev özü mәnә danışıb. Mәn eşitmişdim ki, Әli Vәliyev ömründә yalnız bir yol içib, o da Bağırovun tәkidi ilә. Kәlbәcәrin İsti-su kurortunda Әli müәllimlә tәxminәn iyirmi gün bir otaqda qaldıq. Allah rәhmәt elәsin. Olduqca maraqlı şәxsiyyәt idi. Mәhәbbәti dә dәhşәtli idi, nifrәti dә. Hәm dә bir uşaq tәmizliyi vardı kişidә. Hәmin hadisәnin hәqiqәt olub-olmaması haqqında soruşdum.
Әli Vәliyev dedi:“- İkinci dünya müharibәsi dövrü idi. Xәbәr gәlmişdi ki, Naxçıvan zonasında Azәrbaycan әsgәrlәrinә pis baxılır. Hәtta onları bit basıb. Mir Cәfәr Bağırov mәni çağırıb dedi ki, tez Naxçıvana get, bu faktı yoxla, mәn dә gәlirәm. Gedib gördüm yazılanların hamısı doğrudur. Tez göstәriş verdim. Әsgәrlәri hamama apardılar. Saçlarını qırxdırdılar. Paltarlarını dәyişdilәr. Yataqlarını tәzәlәdilәr. Bir sözlә, hәr şey qaydasına düşdü.

Bağırov gәlib çıxdı. Vәziyyәtin düzәldiyini gördü. Mәnә dedi otur maşına, oturdum. Gәlib dәmir yolda Bağırovun xüsusi vaqonunun yanına çıxdıq. Özü maşından düşdü. Mәnә dә düş dedi.


Düşdüm. Vaqona qalxdıq. Yemәk stolu hazır idi. Oturduq. Araq şüşәsini qaldırıb böyük stәkanı doldurdu, öz qabağına qoydu. İkincisini dә limhalim elәyib mәnә uzatdı.
Dedim:- Yoldaş Bağırov, mәn ömrümdә içmәmişәm.
Rusca dedi:- Molçi. Әlavә etdi:- İndi mәn bir sağlıq deyәcәyәm, hünәrin var içmә. Davay vıpyem za zdorovye İosifa Vissarionoviça Stalina.

Qulaqlarıma inanmadım. Götürüb stәkanı başıma çәkdim. Gözlәrimin qabağında qığılcımlar oynaşdı. Götürüb boşqabıma әlavә yemәk qoydu:


- Ye,- dedi.
Bir az yemişdik ki, araq şüşәsini götürüb stәkanımı dolduranda yenә etiraz etdim:- Yoldaş Bağırov, axı...
Sözümü yarımçıq kәsdi:- Molçi. İndi dә başqa bir sağlıq deyәcәyәm. Özünüz bilin, içmirsiniz, içmәyin: A teper davayte vıpyem za zdorovye tovarişa Mir Djafara Baqirova.

Bu sözdәn sonra necә içmәyәydim? Lap zәhәr dә olsa, içmәli idim. İçdim. Düz üç gündәn sonra gözümü açıb soruşdum:- Bura haradı, mәn hardayam? Cavab verdilәr ki, Naxçıvan xәstәxanasındasınız. Mәnim üçün әvvәlinci vә axırıncı olan içmәyimin tarixi belәdir. Odu-budu dilimә vurmuram.


Ancaq Әli Vәliyev dә yaxşı mәclislәrdәn xoşlanardı. Ağıllı içәnlәrә söz atar, zarafatla sataşardı. Elә ki, mәclisdә biri içib sәrxoş olardı, Әli müәllim ayağa qalxardı:- Vay, mәn getdim!
Nәhayәt, içkiyә münasibәtimi vә onun dәhşәtli zәrәrini uşaqlıqda eşitdiyim bir müdrik әhvalatla tamamlamaq istәyirәm: Deyirlәr, padişah sәrxoşluq xәstәliyinә tutulubmuş. Nә qәdәr çalışırmışsa, tәrgidә bilmirmiş. Elan verib bildirir ki, kim bu vәrdişi mәnә tәrgitsә, onu dünyanın naz-nemәtinә tutacağam. Padişaha xәbәr çatır ki, bir çoban bu çәtin işi öz öhdәsinә götürmәyi vәd edir. Çobanı tapıb padişahın hüzuruna gәtirirlәr. Çoban deyir ki, bunun üçün ilk şәrtim belәdir: qırx gün, qırx gecә sәn nә yeyib-içsәn mәn dә ondan yeyib-içmәliyәm. Sonra mәn içkini sәnә tәrgitmәliyәm. Belә dә olur.
Otuz doqquz gün tamam olanda padişah çobanı çağırtdırır:- Sabah qırx gün tamam olur. Hәlәlik özümdә bir dәyişiklik hiss etmirәm.

Çoban deyir:- Padişah sağ olsun, bu mәnim әlimdә çox asan bir işdir. Ancaq bu qırx gündә mәn bir şeyi özüm üçün aydınlaşdıra bilmәmişәm.

Padişah soruşur:- O nәdir elә?

Çoban deyir:- Padişah sağ olsun, mәn bilmirәm siz hansı cinsdәnsiniz: kişi ya qadın?

Padişah bәrk әsәbilәşir:- Çoban, bu nә demәkdir? Mәgәr sәn bilmirsәn ki, mәn kişiyәm.

Çoban sakit-sakit cavab verir:- Padişah sağ olsun, siz hәqiqәtәn kişisinizsә, kişinin sözü bir olar. Bir dәfәlik özünüzә söz verin ki, içmәyәcәyәm vә kişi kimi dә sözünüzün üstdә dayanın.

Bu söz padişaha çox tәsir edir. Özünә söz verir. Sözünün üstdә möhkәm durur. Sәrxoşluğun bәlasından da birdәfәlik canı qurtarır.
İçki düşkünlәrinә bircә sözüm var: kişi kimi özünüzә söz verin vә sözünüzün üstündә möhkәm durun. Özünüzü dә, ailәnizi, övladlarınızı da bu faciәdәn qurtarın.

Yuxarıda deyilәnlәrdәn elә nәticә çıxmasın ki, mәnim hәmişә cibim dolu olub. Hәr kim müraciәt etsә, dәrhal, necә deyәrlәr, başına pul yağdırmışam. Xeyir, әvvәla bәdxәrc olmamışam, papiros çәkmәmişәm. Hәmişә cibimdә qәpik-quruşum olub. Borcu boğazımdan kәsib vermişәm. İkincisi dә pulum olanda yalan danışa bilmәmişәm. Heç vaxt da qaytarıb geri almamışam. Özümün borcum olanda isә onu qaytarana kimi rahat olmamışam.


Bir neçә maraqlı misal. Şair Tofiq Bayramın toyu idi. Xәlil Rza, Vladimir Qafarov, Mәmmәd Araz vә mәn şәrtlәşdik ki, toya gedәk. Adama yüz manat da pul salaq toya. Tәlәbәliyin ehtiyac yükü hәlә dә çiynimdә idi. Yetmiş manat pulum vardı. Şәhәrә çıxdım ki, uşaqlardan birindәn otuz manat da borc tapıb alım. Nizami muzeyinin yanında Naxçıvan tәrәfdәn olan qәlәm yoldaşlarımdan biri, yanında da iki nәfәr (çox güman, rayondan gәlmiş qohumlardan, yerlilәrdәn idi) uzaqdan mәni salamladı. Yoldaşlarını orda qoyub özü mәnә yaxınlaşdı.

Әrkyana dedi:- Famil, cibindә beş manat da varsa mәnimdi, yüz manat da...

Bu sәmimi әrkyana müraciәtin qabağında neçә “yox” deyәydin? Әlimi cibimә saldım. Yetmiş manatı çıxarıb yavaşca mәndәn bir az böyük qәlәm dostuma verdim. Özüm isә düşüb otuz yox, yüz manat axtarası oldum. Tapdım vә toya getdik.
Tofiq imkanlı ailәdәn idi. Әmircanda böyük hәyәtli rahat evlәri vardı. Hәyәtdә mağar qurulmuşdu. Mağarın bir tәrәfindәn Xan Şuşinskinin, digər tәrәfindә isә mәşhur klarnet çalan Şәmsi İmanovun dәstәsi әylәşmişdi. Sәn demә, Bakı toylarında belә adәt varmış: bir tәrәfdә xanәndә dәstәsi, digәr tәrәfdә dә ayrıca oyun havaları çalanlar. Yaxşı adәtdir, musiqiçilәrә, xüsusilә xanәndәlәrә, muğamata hörmәt әlamәtidir. Gözәl toy idi. Bir balaca hallanmışdıq. Axırıncı elektrik qatarında şәhәrә qayıtdıq. Bizdәn başqa vaqonda heç kim yox idi. Xәlillә mәn bir olduq, Volodya ilә Mәmmәd dә bir. Vaqonda gülәşib-süpürüşmәyә başladıq.
Ayaqqabılarımız da palçıq idi, vaqon da. Şәhәrә qәdәr gülәşmәyimiz davam etdi. Düşəndә mәlum oldu ki, Xәlilin köynәyi, mәnim ayaqqabımın bir tayı, Mәmmәdin kepkası, Volodyanın nә bilim nәyi vaqonun pәncәrәsindәn yerә tullanılıb. Yarılüt vәziyyәtdә, ayaqyalın hәm dә üz-gözümüz palçıq yerә düşdük. Yaxşı ki, küçәdә bizdәn başqa heç kim yox idi...
...Uzun illәr Dövlәt Tәhlükәsizliyi Komitәsindә rәhbәr işdә çalışan biri ilә tәqaüdә çıxandan sonra iş yoldaşı olmuşduq. Mәnә çox yaxınlaşır, mehribanlıq göstәrirdi. Mәn belәlәrinә hәm insan gözü ilә baxır, hәm dә nәdәnsә onlardan uzaq qaçmağa çalışırdım. Onların haqqında qәribә şeylәr eşitmişdim. Deyirdilәr hәtta atalarını da...
Necә deyәrlәr, bunu qoyum, ona gedim. Müәllim yoldaşlarımın birinin evindә mәclis qurulmuşdu. Mәclisin әsas tәşkilatçısı (maddi tәrәfdәn) görünür mәclis yiyәsinin yaxın qohumu tәhlükәsizlik orqanı işçisi idi. Ayaq üstdә dayanmışdı, oturmurdu. Süfrәyә nәzarәt edirdi ki, çatışmamazlıq olmasın. Mәclisin masabәyi yenә mәn idim. Görünür, çәnәm bәrk qızışmış imiş, “ağzıma nә gәldi” danışırmışam. Ev yiyәsi arada nәsә mәnә him elәdi. Bir şey başa düşmәdim. Bir azdan-yenә tәkrar etdi. Ancaq gәrginliyini bir dәfә açıq hiss etdim. Hәrәkәtindәn nә demәk istәdiyini başa düşdüm. Bir neçә gündәn sonra mәnә dedi ki, mәclisdә yaman qızışmışdın. Danışığını ölçüb-biçmirdin. Ha him elәyirdim başa düşmürdün. Bәs sәn bilmirdin ki, ayaq üstә dayanan o tәrәfin işçisi idi?
Dedim:- Әşi, bәs demirdin ki, yaxın qohumdur. Bütün xeyir-şәrimi o yola verir?

Gülümsündü:- Nә olsun ki? Onun mәsәlәyә dәxli yoxdur. Onların öz iş prinsiplәri var?!

Görәsәn mәnim iş yoldaşımın da “öz iş prinsipi” vardımı? Bu haqda heç nә bilmirdim. Ancaq elә hey yaxınlıq göstәrirdi. Bir dәfә dә mәndәn iki yüz manat pul istәdi. Evdә üç-dörd yüz manat istiqrazımız vardı. Gәtirib iki yüz manatını verdim vә dedim ki, pul yoxdur. Borc mәsәlәsi mәni bir az da şübhәlәndirdi: necә ola bilәr ki, uzun illәr Dövlәt Tәhlükәsizliyi Komitәsindә, hәtta rәhbәr işdә işlәyәn adam ola, pulu olmaya? Mәnim istiqrazıma ehtiyacı ola? Mәcbur olub yanında hökumәti, rәhbәrlәri tәriflәdim. Bilmirdim ki, xoşu gәlir, yoxsa ürәyindә mәnim artistliyimә gülür. Öz-özümә fikirlәşirdim: necә ola bilәr, hәm mәndәn pul ala, hәm dә mәni sata?! Müәllim yoldaşımın sözü yadıma düşürdü: “Onların öz iş prinsipi var...”

Onu da eşitmişdim ki, tәhlükәsizlik orqanlarında işlәyәnlәr, tәqaüdә çıxdıqdan, o işdәn getdikdәn sonra da hәmin orqanla әlaqәdә olurlar.


Hәr mәni görәndә dönә-dönә üzrxahlıq edirdi:- Darıxma, imkan olan kimi borcu qaytaracağam. Bәzәn bir gündә iki dәfә eyni sözlәri tәkrarlayırdı. Axırda bir dәfә dedim:- Bilirsiniz, siz o sözü hәr dәfә tәkrar edәndә mәn özümü pis hiss elәyirәm. Elә hesab edin ki, nә mәn sizә pul vermişәm, nә dә siz borcu qaytarmalısınız.
Fikrimin әsas hissәsini isә ürәyimdә saxladım: “Borcu da qaytarmayın, mәnim artıq-әskik danışığımı da heç yerә çatdırmayın...” Bununla da borc söhbәti qurtardı. Ancaq müәllim yoldaşımın sözü hey qulaqlarımda sәslәnirdi: “Onların öz iş prinsipi var...”
Cibimdәki qәpik-quruşumu borc verdiyim adamlardan biri aspirant yoldaşım idi. Özümün çox böyük ehtiyac içindә yaşadığım vaxtlar idi. Aspirantlıqdan qurtarmışdım. İşsiz idim. Üstәlik dә xәstәlik! O, müdafiәyә hazırlaşırdı. Keçmişdә yaxşı mәktәb direktoru olmuşdu. Direktorluğu atıb aspiranturaya gәlmiş, bizim günümüzә düşmüşdü. Dedi dissertasiyanı makinәyә yazılmağa vermişәm. Pulum yoxdur ki, gedib alım. Yaman gün üçün saxladığım әlli manatı ona verdim. O günlәr özümә pul lazım oldu. Bir nәfәrdәn yüz manat borc aldım. Cibimdә pul olanda hәmin şәxsi tapa bilmirdim. Pulum olmayanda hәr gün qarşılaşırdıq. Bu dәfә qәti qәrara gәldim ki, hәmin adamı tapıb borcunu qurtarmayınca evә qayıtmayacağam. Birdәn yadıma düşdü ki, mәndәn әlli manat borc alan aspirant yoldaşımın dissertasiya müdafiәsidir. Müdafiәyә getdim. Müdafiә qurtardı. O qәdәr gül gәtirmişdilәr ki... Aspirant yoldaşımı tәbrik etdim. Böyük bir dәstә gülü güclә qucağıma basdı: - Xahiş edirәm evә apar,- dedi. Daha deyә bilmәdim ki, evә getmirәm. Borc aldığım adamı axtarıram. Әlacsız qalıb planımı dәyişdim. Gül dәstәsini götürüb evә qayıdası oldum. “Azərnəşr”in yanında avtobusa mindim. Avtobus adamla dolu idi. Nәfәs almaq mümkün deyildi. Adamların arasında sıxıla-sıxıla qalmışdım. Üstәlik qucağımda da gül. Avtobusdan düşüb evә gәldim. Gülü evin gәnc xanımına verdim. Әlimi cibimә saldım, gördüm yüz manat yoxdur. Sәn demә, avtobusda basa-bas da cibimdәn çıxarıblar. Öz ürәyimdә dedim: “Ay mәnә әlli manat borclu olan zalım oğlu! Bu gülü neylәyirdim ki, mәnim ikinci dәfә yüz manat borca düşmәyimә bais oldun...” Üstündәn iyirmi il keçәndәn sonra çörәk aldığım zaman mәnә rast gәldi: yalvardı ki, borcumu götürmәdiniz, barı qoyun çörәyin iki manat pulunu mәn verim. Razılaşdım...
Mәndәn qәpik-quruş borc alanlar, qaytaranda götürmәdiklәrim adamlar heç olmazsa hәrәkәtlәri ilә, dolayısı yolla razılıqlarını hiss etdirirdilәr. Yalnız borclulardan birinin hәrәkәti mәni yandırıb-yaxdı: qәzetdә bir yerdә işlәyirdik. Әmәk haqqı almağa getmişdik. Növbәm yetişdi. Qәlәmi götürüb pul siyahısına qol çәkdiyim anda arxada çiynimdәn qüvvәtli bir әl yapışdı. Qәlәm әlimdәn düşdü. Jurnalist idi. Bәrk içmişdi. Mәni kәnara itәlәdi. Sonra mәlum oldu ki, mәnә qәdәr bu darkeş dalanda çoxlarını itәlәyib, qadınlara hörmәtsizlik göstәrib, indi dә növbә mәnә çatıb.
Çevrilib onu geriyә itәlәdim:- Mәni niyә vurursan Mәn sәnә neylәmişәm?

Jurnalistlәr dәrhal onu sürüyüb kәnara çıxardılar. Әmәk haqqımı alıb redaksiyaya gәldim. Redaktor mәni otağına çağırdı:- Sәnә yaraşarmı ki, gedib bir o qәdәr jurnalistlәrin içindә dava salırsan?


Tәәccüb qaldım. Borcunu qaytararkәn almadığım hәmin iş yoldaşım qabağa düşüb hәr şeyi tәrsinә qәlәmә vermişdi. Sonra redaktor hәqiqәti bildikdәn sonra mәndәn üzr istәdi. Eşitdiyimә görә, onu da çağırıb yalan informasiya verdiyinә görә möhkәm danlamışdır. Mәndәn asılı olmayaraq ürәyimdә dedim:- Mәndәn alıb qaytarmadığın borc haramın olsun...

Madam ki, borcdan söhbәt düşüb maraqlı bir hadisә haqqında danışmağı özümә borc bilirәm. Şirmәmmәd Hüseynov, alim-jurnalist Әliş Nәbili vә mәn işdәn çıxıb Bakı Soveti metrosu stansiyasına tәrәf gәlirdik. Gördük universitetin Azәrbaycan әdәbiyyatı tarixi kafedrasının müdiri, professor-tәnqidçi, gözәl sәmimi insan Firidun Hüseynov dayanıb.


Dayanmasının sәbәbini soruşduqda dedi:- Qulu Xәlilovu gözlәyirәm. Ona yüz manat borcluyam. Cibimdә pulum da var. Zәng elәmişәm, gәlsin, borcunu qaytarım. İmkanım olmayıb, çox gecikdirmişәm.
Fikirlәşdik ki, bir kәlәk işlәdәk hamımızın sevdiyimiz Qulu Xәlilovu xәrcә salaq. Firidun Hüseynova dedik ki, Qulu gәlәndә pulu vermәyә tәlәsmәsin. Görәk nә fikirlәşirik. Elә bu vaxt Qulu Xәlilov göründü.
Hәlә uzaqda ikәn dinlәndi:- Nә isә bic-bic danışırsınız. Kimdәn danışırsınız, nә danışırsınız?

Cavab verdik ki, şübhәli bir şey yoxdur. Elә-belә söhbәt elәyirdik.

Üzümüzә baxıb gülümsündü:- Düz demirsiniz, nәsә üz-gözünüzdәn bir biclik oxunur.
Dәnizkәnarı parka tәrәf gәldik. Söhbәt edә-edә üzüaşağı endik. Hökumәt evinin yanına çatanda şüşәbәndli yemәkxanada tabakanın iyi bizi vurdu. O vaxt hәmin yerdә bişirilәn tabaka Bakıda adnan deyilirdi. Gәlib açıq havada oturduq. Firidun beş tabaka, bir araq, göy-köyәrti, turşu, limon, çay sifariş verdi. Tabaka nә tabaka! Dәrhal әn әla qızardılmışını götürüb Qulu müәllimin qabağına qoyduq. “Çox sağ olun”- dedi. Bu hәlә, necә deyәrlәr, Qulu müәllimә xidmәtin müqәddimәsi idi.
İlk badәlәr doldu, ilk sağlığı da mәn dedim:- Qulu Xәlilov deyәndә hәr şeydәn әvvәl nәzәrimizdә qorxmaz, cәngavәr bir şәxsiyyәt canlanır. Otuz ildәn çoxdur ki, Qulu Xәlilov yazıçı, tәnqidçi, publisist, vәtәndaş qәlәmi ilә vuruşur, çarpışır. Ona görә dә tәklif edirәm Qulu Xәlilovun sağlığına badә qaldıraq.

Qulu müәllim razılığını bildirdi:- Çox sağ olun.

Özü dә bizim kimi bir-iki damcı içdi. Hәtta heç vaxt içmәyәn Şirmәmmәd Hüseynov da әlindә bokal tutmuşdu vә Qulu müәllimin sağlığına “içirdi.”

Sonrakı sağlıq Şirmәmmәd müәllimin haqqında oldu. Tәrifsiz-filansız. Müәllimimiz kimi. Haqq-әdalәt tәrәfdarı bir insan kimi. Nәhayәt, dost, yoldaş kimi. Üçüncü sağlığı Firudin Hüseynov dedi. Qulu müәllimin adını çәkәn kimi dәrhal dillәndi:- Nәdi, elә bu gün mәnim sağlığıma içәcәksiniz. Burada mәndәn başqa adam yoxdur?

Qulunun iradına әhәmiyyәt vermәdi Firidun müәllim. Sözünә davam etdi:- Azәrbaycan әdәbi tәnqidini Qulu müәllimsiz tәsәvvür etmәk olmaz. O heç vaxt Mehdi Hüseyn, Mәmmәd Cәfәr, Mәmmәd Arif kimi nәhәnglәrlә qarşılaşmaqdan çәkinmәyib. Öz sözünü axıracan deyib. Qulu müәllimin tәlәbәlәri onu çox sevir. Mühazirәlәri tәlәbәlәri yerindәn oynadır. Sağ ol, Qulu müәllim. Sәnin sağlığına.

Hamı bu sözü tәkrar etdi:Qulu müәllimin sağlığına.

Hәlәlik ssenari yaxşı gedirdi. Bircә dilxorçuluq Bakı külәyindәn idi: külәk getdikcә şiddәtlәnirdi. Qulu müәllimi “tәləyә” sala bilmişdik.

Әliş müәllimin, Firidun Hüseynovun sağlığı yüngülvari qeyd olunandan sonra Şirmәmmәd müәllim söz aldı:- Qulu müәllimin sağlığına nә qәdәr söz desәk, içsәk yenә azdır.

Qulu müәllim bu dәfә xoflandı:- Mәn başa düşmürәm. Niyә mәni bu günkü sağlıqların mәrkәzinә çәkmisiniz?

Şirmәmmәd müәllim hazırcavablığını burada da bildirdi:- Hәrәnin öz çәkisi var. Biz Qulu Xәlilovun yerini, mövqeyini yaxşı bilirik.

Qulu Xәlilov Şirmәmmәd müәllimin sözündәn sonra öz ünvanına tәriflәrә daha qanunauyğun hal kimi baxırdı. Ona görә dә daha dillәnmәdi. Kim isә mәnim dә haqqımda nәsә dedi, yenә “içildi.” Boşqabların әriyib boşalan vaxtı idi.

Ona görә dә yekun sağlığı dedim:- Mәn hamınızın sağlığına badә qaldırmaq istәyirәm. Sağ olun. Xoşbәxt olun. Ancaq incimәsәniz Qulu Xәlilovu xüsusilә qeyd etmәk istәyәrdim.

Qulu müәllim deyәsәn bu dәfә bir azca şübhәlәndi. Hamının üzünә baxdı. Ancaq mәnә daha diqqәtlә nәzәr saldı:- Famil, sәn yaxşı oğlansan. (Demәk istәyirdi ki, mәni hamıdan yaxşı tәriflәyirsәn). Amma bir adamın sağlığına neçә dәfә içәrlәr?

Mәn cavab verdim:- Baxır hansı adamın, kimin?

O, daha dinmәdi. Mәn dә uzatmadım:- Qulu Xәlilov öz әsәrinin baş qәhrәmanıdır. Özgәlәrin әsәrlәrinin baş qәhrәmanı olmağa da layiqdir. Belәliklә axırıncı badәlәri dә Qulu Xәlilovun sağlığına “içdik.”

Firidun Hüseynov xidmәtçi rus qadınını çağırdı:- Pulunuzu alın.

Bәli, ssenaridә hadisәlәr sona çatırdı. Ancaq o, gözlәnilmәz sonluqla da qurtara bilәrdi...

Xidmәtçi qadın stola yaxınlaşdı:- Sorok sem rubley.

Firidun müәllim onluqları çıxarıb beşini qadına verdi, beşini qoydu cibinә. Qadın üç manatı qaytaranda mәn dillәndim:- ne nado. Qadın üçlüyü dә cibinә qoydu “spasibo” deyib getdi.

Biz qalxıb әlimizi yuduq, quruladıq. Bulvarda ağır-ağır üzü geri qayıtdıq. Elә on, on beş metr getmişdik ki, dayandıq. Firidun cibindәn qırmızı onluqları çıxarıb Qulu müәllimә uzatdı. Qulu o saat hiss etdi ki, onluq on dәnә deyil, yәqin ki, beşi üstündәn götürülüb xidmәtçiyә verilәn onluqlardı.

- Bu nәdi ә?- deyib Firidunun әlinin üstündәn vurdu. Onluqlar әlindәn çıxıb hәrәsi bir tәrәfә uçdu. Hәrәmiz birinin dalınca qaçdıq. Tutub gәtirdik.

Qulu hövsәlәdәn çıxmışdı:- Firidun, mәn sәnә әlli manat vermişdim, yoxsa yüz manat? Firidun hamımız kimi qımışır, gülmәkdәn özünü güclә saxlayırdı:

- Qulu müәllim, әlli manatına bizә qonaqlıq verdin dә. Bu saat yüz manatını verәrәm.

Qulu cin atına mindi:- Niyә, nә olub? Yetim- yesir doyurmaq mәnә qalıb? Deyirәm axı necә iştahla eşirdilәr.

Ürәyimizdә gülür, amma üzdә özümüzü incik kimi göstәrirdik. Başımızı aşağı salıb dinmәz-söylәməz gedirdik. Sükutu yenә Qulu pozdu:

- Sәn hәlә bu Famil Mehdiyә bax ey. Arvad üç manatı qaytarır, bu deyir “ne nado.” Guya dәdәsinin puludur. Elә mәni әsas yandıran onun bu sözü oldu. Yoxsa heç üstünü vurmazdım.

Mәn özümü Qulu müәllimә daha çox әrki çatan hesab etdim, vә dedim:

- Qulu Xәlilov, sәn hәlә bizә beş yüz manat borclusan.

Qulu bir az da sәrt görkәm aldı:- O niyә elә olur? Hardandı sizә o borcum?

- Dedim sәni beş yüz manatlıqdan da çox tәrifləmişik.

Qulu müәllim üzümә baxdı:- Demәli mәn tәrifә layiq deyilәm? Demәli yalandan tәriflәmisiniz, hә? Nә olar, çox sağ olun. Başa düşdüm.

Biz özümüzü daha çox incik kimi göstәrdik. Hamı susurdu. Yalandan “ah”-“uf” elәyәn dә vardı. Yәni bәrk dilxorduq. Bir qәdәr getdikdәn sonra Qulu müәllim bir sağa baxdı, bir sola. Gördü heç kәs başını qaldırıb onun üzünә baxmaq istәmir. Dayandı. Yumşaldı:

- Ә, nә oldu, niyә danışmırsınız? Müftә tabaka qarnınızı ağrıdır?

Bu sözü guya tәhqir kimi qәbul edib әlimizi cibimizә saldıq. Hәrә bir tәrәfdәn Qulu müәllimә pul uzatdıq:- Buyur, sәnin puluna qalmamışıq ki?

Bu mәqamda elә bil bulud dağıldı. Günәş göründü. Birinci Qulu müәllim özü güldü:- Ә, bu nә kәlәkdi mәnim başıma açırsınız? Elә deyәydiniz qonaqlığınızı özüm verәrdim dә.

Hamımız eyni vaxtda dillәndik:- Qonaqlıq verәn deyilsәn axı. Ona görә bu yola әl atdıq.

Qulu müәllim öz formasına düşdü:- Halalınız olsun. Amma, sәn öl, kim fikirlәşibsә, yaman yaxşı fikirlәşib. Bu Familin işi olar?! Əyә, deyirәm axı, bunlar niyә mәni bir belә tәriflәyirlәr? Qurbandı, gәlin gedәk o әlli manatı da sizә xәrclәyim.

Bu minvalla gәlib metro stansiyasına. çatdıq. Bir-birimizdәn gülә-gülә ayrıldıq. Görürsünüzmü, borc vermәk pis şey deyil, hәtta bәzәn qәşәng yumoristik bir hekayәnin meydana gәlmәsinә mövzu da verә bilir...


Bir neçә kәlmә ailә üzvlәrim haqqında. Ailәliyәm. Üç uşağımız var. İmkansızlıq ucundan bir qәdәr gec ailә qurmuşam. Hәyat yoldaşım Mehdiyeva Ofeliya Qara qızı Ağdamda anadan olub. Atası Әliyev Qara Əbdülhüseyn oğlu da, anası Әliyeva Fatma Sәfәr qızı da qarabağlıdırlar. Hәr ikisi vәfat edib. Xüsusilә Qara Әbdülhüseyn oğlu Ağdamda sayılıb-seçilәn kişilәrdәn olub. Ömrü boyu mühasibat işindә çalışıb. Bu sahәnin әn yaxşı bilicisi hesab edilirdi. Hәtta hәrdәn zarafata salıb deyirdi ki, mәn dә dissertasiya yazmışam. Ancaq özüm üçün yox, raykomun katibi üçün. Sәn demә, katibin xahişi ilә onun dissertasiyasının bütün iqtisadiyyatla bağlı göstәricilәrini, qrafik vә cәdvәllәrini o hazırlamış imiş. Olduqca savadlı adam idi. Azәrbaycan yazıçılarının әsәrlәri ilә yanaşı dilimizә tәrcümә edilmiş bütün roman vә povestlәri oxumuşdu. Onunla әdәbiyyatdan danışmaqdan çәkinirdim. Ailәdә ciddi intizam sevәn idi. Uşaqların tam milli ruhda tәrbiyәlәnmәsinin, xüsusilә evdarlıq tәrbiyәsinin möhkәm tәrәfdarı idi.
Bunu mәn öz ailәmizin timsalında ilk gündәn daha yaxından duyub hiss etdim. Xüsusilә ailә qurduğumuz ilk illәrdә çox böyük maddi vә mәnәvi çәtinliklәrlә üzlәşdik. Bu daha çox mәnim uzunmüddәtli xәstәliyim, fasilәsiz ürәk ağrılarımla әlaqәdar oldu. Dissertasiya müdafiәsindәn sonra işә düzәlib işlәyә bilmәdim. İlk körpәmiz dünyaya gәldikdәn sonra hәtta bәzәn süd almağa belә imkanımız olmayıbdır. Ancaq bu çәtinliklәr bir dәfә dә olsun mәnim üzümә vurulmayıb. Әksinә o mәnә hәmişә tәskinlik verib, mәnәvi kömәklik göstәrib. Belәliklә çәtinliklәri birlikdә dәf etmişik. Üstәlik Ofeliya Qara qızı özü dә qiyabi yolla ali tәhsil alıb. Universitetin filologiya fakültәsini bitirib. Ancaq kömәksizlik ucundan işlәyә bilmәyib. Uşaqların tәrbiyәsi ilә mәşğul olub.

: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


1   ...   4   5   6   7   8   9   10   11   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə