Famil mehdi: ТƏRCÜmeyi-halim (sәnәdli roman-xatirә)



Yüklə 0.95 Mb.
səhifə9/18
tarix16.12.2016
ölçüsü0.95 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
Bütün ailәmizin xeyir-şәr işinin ağırlığı onun çiyninә düşüb. Böyük qardaşım Fikrәt vaxtilә bizim oxumağımıza yaxından kömәk edib. Bizә ata әvәzi olub. Hәmişә cüzi әmәk haqqına işlәyib. Qırx il kәnd sovetindә katib işlәyib. Hәtta ali hüquq tәhsili aldıqdan sonra belә yenә onun haqqında fikirlәşәn olmayıb. Xahişimiz keçmәyib, rüşvәt vermәyә dә pulu olmayıbdır. Ümumiyyәtlә, hәyatda әsl dayağımız olub. Biz dә öz növbәsindә әlimizdәn gәlәni etmәyә çalışmışıq. Uşaqları Bakıda tәhsil alıb. Çox vaxt bizim evimizdә qalıblar. Onların qayğıları da Ofeliya Qara qızının üstünә düşüb. Oğlanların evlәnmәsindә, qızların әrә verilmәsindә ağırlığın çox böyük bir hissәsini dә o çәkib.
Qardaşım Zakir Ağalar oğlu Leninqradda aspirant olub, qayıdıb politexniki institutunda işlәyib. Onun da, digәr qardaşım Sabirin dә ailә qurmalarının әsas işlәrini o tәşkil edib. Elә bir qohum-әqrәba olmayıb ki, xeyir işindә Ofeliya Qara qızı qolunu çırmayıb iştirak etmәsin. Xәstәxanaya düşәnlәrinin yanına getmәsin. Evimizә gәlәnlәrinin qarşısında süfrә açmasın. Gedәnlәrinin sumkasına nәsә qoymasın. Xüsusilә camaatımızın bu dәhşәtli qaçqınlıq günlәrindә boğazımızdan kәsib onlara verir. Әyninin paltarlarını әyinlәrinә geyindirir. Uşaqlarının üst-başını tәzәlәyir. Ümumiyyәtlә, mәn bu keşmәkeşli hәyatımda az-çox nә nailiyyәt әldә etmişәmsә, bunlara görә birinci növbәdә hәyat yoldaşım, silahdaşım, mübarizә yoldaşım, mәnim tәnsifimi hәr şeydәn uca saxlayan Ofeliya Qara qızına borcluyam.
Böyük oğlum Şamil orta mәktәbi qızıl medalla bitirib. Moskva Dövlәt Universitetinin tarix fakültәsindә tәhsil alıb. İnşaat mühәndislәri institutunda müәllim işlәyib. Universitetin әyani aspiranturasını bitirib. Hәmin il universiteti bitirәn aspirantlar sırasında tәkcә o olub ki, universitetdә iş tapılmayıb, kәnarda qalıb. Әsas sәbәb rektor seçkisindә mәnim prinsipial mövqeyim olub. Sәn demә, nəinki rektor seçilәnә sәs vermәk, hәtta başqalarına da sәs vermәk üçün tәsir göstәrmәk lazım imiş. Belә şeylәr isә әvvәldәn mәnim tәbiәtimә zidd olub. Belәliklә dә hәyatda ilk müstәqil addımlarını atarkәn aldığı zәrbә onu ümumiyyәtlә tәhsil sistemindәn uzaqlaşmağa mәcbur etdi. Ekolokiya ilә bağlı çox qiymәtli dissertasiyasını da müdafiә etmәdi.
Hәyat yoldaşı Kәmalә Rafiq qızı elmlәr namizәdidir. Neft Akademiyasında işlәyir. İki övladı var: Nicat vә Nihad. Gәlinimizin atası Әliyev Rafiq Әziz oğlu yüksәk intellektual sәviyyәli ziyalıdır. Hesablama nәzәriyyәsi vә tәcrübәsi sahәsindә dünya miqyasında tanınan alimdir. Respublika Elmlәr Akademiyasının müxbir üzvü, Tәbriz vә Zigen Universitetlәrinin professorudur. Amerikada, Rusiyada, Almaniyada vә başqa ölkәlәrdә nәşr edilmiş onlarca kitabın müәllifidir. Hәyat yoldaşı Aidә xanım hәkimdir.
Digәr oğlum Nәriman universitetin şәrqşünaslıq fakültәsinin әrәb şöbәsini fәrqlәnmә diplomu ilә bitiribdir. Ürәyindәn keçәn iş yerlәri üçün külli miqdarda rüşvәt tәlәb olunur. Belә bir imkanımız isә yoxdur. Hәlәlik özünә münasib iş tapa bilmәyibdir.
Qızım Yeganә universitetin filologiya fakültәsini fәrqlәnmә diplomu ilә bitirib. Hazırda universitetin Azәrbaycan dilinin tәdrisi vә metodikası kafedrasının müәllimidir.
Yuxarıda qeyd olunduğu kimi mәn hәm dә elmi-pedaqoji işlә mәşğul oluram. 1973-cü ildәn universitetin jurnalistikanın nәzәriyyәsi vә tәcrübәsi kafedrasının müdiriyәm. “Alovlu publisist Sәmәd Vurğun”, “Azәrbaycan bәdii publisistikasının sәnәtkarlıq problemlәri”, “Bәdii publisistika”, “Mәtbuatda, publisistika” kimi monoqrafiyaların müәllifiyәm. İki cildlik “Jurnalistika mәsәlәlәri”nin müәlliflәri sırasında mәn dә varam. “Mәtbuat janrları” dәrsliyini yazmışam. Publisistikanın sәnәtkarlıq problemlәri ilә bağlı onlarla mәqalәm jurnallarda dәrc olunubdur. Fakültәdә ixtisas fәnlәri vә ixtisas kursları üzrә mühazirәlәr oxuyuram.
Dostlarım varmı? Varsa kimdir? Yoxsa, niyә yoxdur? Mәsәl var: dostlarının kim olduqlarını de, deyim ki, sәn kimsәn. Mәn hәmişә öz-özümә düşünmüşәm: görәsәn hәyatda hәqiqi dostluq varmı? Bu sualı özümә tәsadüfi vermәmişәm. Çünki o qәdәr bir-birinә dost deyәn, can deyib, can eşidәn adamlar olub ki, sonralar bir-birindәn uzaqlaşıb, araları soyuyub. Hәtta bir-birinә qәnim kәsilibdir. Yaxud adamlar görmüşәm ki, aralarında ünsiyyәt olub, biri digәrinә dost sözünü işlәtmәyib. Ancaq dar ayaqda bir-birinә әsl fәdakarlıq nümunәsi göstәriblәr. Ona görә dә dostluqla, yoldaşlığın, insanlıq ünsiyyәtinin sәrhәdlәri mәnә o qәdәr aydın olmayıb. Bәli, mәn kitablarda, roman vә povestlәrdә, nağıl vә dastanlarda dostluq haqqında, dost haqqında çox oxumuşam. Müdriklәrdәn, ağıllı adamlardan bu haqda çox eşitmişәm. Amma etiraf edim ki, yaşadığım zamanda, mühitdә bunun hәqiqi nümunәsini çox az, nadir hallarda görmüşәm. Ola bilsin ki, bu mәnim nöqsanımdır. Hәtta, yuxarıda atamın bizә verdiyi nәsihәtlәr arasında dostluqla bağlı misallar da gәtirmişәm. Çoxlu söhbәtlәr dә eşitmişәm. Hәtta “Atamın dostları” adlı şeir dә yazmışam. Bu mövzuda başqa şeirlәrim dә vardır:
Çıxıblar hәyatın min sınağından,

Mis kimi qaralıb biri yanıbdır.

Birinin çiynini әyibdir zaman,

Biri palıd kimi şax dayanıbdır.

Biri çox qalxıbdır, çox yüksәlibdir,

Nә qohum danıbdır, nә dost atıbdır.

On beş il Sibirdә yatıb gәlibdir,

İndi dә bilmәyir niyә yatıbdır.

Biri zarafatla bәyәnmir bizi,

Deyir ki, yamanca dәyişib zaman,

O tәnqid eylәyir gәncliyimizi,

Söz açır cavanlıq yoldaşlarından.

Dostlar qazanıblar, dostlar görüblәr,

Hәr biri düşmәn dә qazanıb şәksiz.

Dünyada nә qәdәr ömür sürüblәr,

Hәm dә yubileysiz, gülsüz, çiçәksiz.

Doğmadır hәr biri mәnә elә bil,

Çoşub hәyәcandan әsir bәdәnim.

Atamın düşmәni düşmәnim deyil,

Atamın dostları dostumdur mәnim.


Bәli, belә adamlar hәqiqәtәn olub. Atam “dost” sözünü işlәtmәsә dә onları hәmişә hörmәtlә yad edib, xatırlayıb. Mәn onları şeirimdә dost gözü ilә görmәyә çalışmışam. Uzun illәr xoş ünsiyyәtdә olduğum, duz-çörәk kәsdiyimiz adamlarda da “dost”a xas keyfiyyәtlәri görmәyә, hәtta bunları şeirlәrimdә daha da qabartmağa cәhd göstәrmişәm:
Mәni qardaş yolunda

İmtahana çәkmәyin,

Onu tәbiәt verib.

Ürәyimә hәrarәt,

qoluma qüvvәt verib.

Mәni qohum yolunda,

imtahana çәkmәyin,

Bu ki, lap ağ olardı.

Axı mәn olmamışdan

qohumlar hәlә vardı.

Mәni dostlar yolunda

imtahana çәkin ki,

Çox alışıb yanmışam,

Dostları bu dünyada



mәn özüm qazanmışam.
Mәn hәyatda “dost” sözünü son dәrәcә xәsisliklә, yüz dәfә ölçüb, bir dәfә biçә-biçә işlәtmişәm. Bu bir az da tәhsil-tәrbiyәmdәn gәlir. Yadımdadır, tәzәcә mәktәbә gedәn zamanlarda “Ana dili” dәrsliyindә meşәyә gedәn iki uşağın dostluğu haqqında hekayә vardı. Ayı gәlәndә biri qaçıb gizlәnir. İkincisi uzanıb, nәfәsini içinә çәkir. Ayı gәlib onu iylәyir, ölmüş bilib gedir. Ayı gedәndәn sonra yoldaşı gәlib soruşur ki, ayı sәnin qulağına nә dedi? Uşaq cavab verir: Ayı dedi ki, sәni darda qoyub qaçan qorxaq vә etibarsızlarla yoldaşlıq, dostluq etmә. Bu, bәlkә dә uşaq psixologiyası, fantaziyası üçün xarakterik idi. Ancaq sonralar bu dostluğun hüdudu genişlәndi. Tarix boyu qanımıza yeriklәyәn ermәni dә, qanlı süngüsü ilә bizә “azadlıq” gәtirәn rus da, hәlә üzünü görmәdiyimiz, sәsini eşitmәdiyimiz çex dә, rumın da bizә dost oldu. Hәlә sonralar qardaşa çevrildilәr. Hәtta böyük qardaş da tapıldı. Dostluq pәrdәsi altında nәlәr görürdük? Doğma ana dilimizin әlimizdәn alınması, sәrvәtlәrimizin daşınıb aparılması, qanı qanımızdan, canı canımızdan olan qardaşlarımızla aramızda tikanlı mәftillәrdәn sәrhәd çәkilmәsi. Şәhәrlәrimizdә әn gözәl mәnzillәrin, әn hörmәtli vәzifәlәrin әlimizdәn alınması, ağsaqqallarımızın, ağbirçәklәrimizin mәscidlәrә hәsrәt qalması, bu dostluğa, qardaşlığa şübhә ilә baxanların ömürlük Sibirә sürgün edilmәsi vә ya güllәlәnmәsi, Novruz bayramımızın, gözәl adәt-әnәnәlәrimizin, din-imanımızın әldәn getmәsi vә s. vә i.a...
Әn böyük, müqәddәs mәnәvi keyfiyyәt olan dostluq da uzun illәr yalan, elmi әsası olmayan, bayağı siyasәt üstündә qәrar tutmuşdur. Hәtta K.Marksla F.Engelsin dostluğu bütün sosializm dünyasına nümunә göstәrilirdi. Hәr şeydә dostluq tәrәzi ilә çәkilmәli, metrlә ölçülmәli idi. Mәn Azәrbaycan yazıçılarının qurultaylarında Mәrkәzi Komitәnin birinci katiblәrinin dilindәn eşitmişәm ki, bәdii әsәrlәrdә obrazlar yaradılarkәn onların milliyyәt müxtәlifliyinә fikir verilmәlidir. Respublikada elә vәzifәlәr vardı ki, orada mütlәq rus vә başqa millәtlәrdәn olanlar oturmalıydılar. Deputat seçkilәrindә, hara isә nümayәndәlәr göndәrilmәsindә, partiya sıralarına qәbulda bunlar mütlәq nәzәrdә tutulurdu. Bunlar tәbii surәtdә olsaydı bәlkә dә çoxlarının ürәyindәn xәbәr verәrdi. Bәla burasındadır ki, bu “dostluqlar” süni surәtdә yaradılırdı. Beşillik plan kimi dostluq da planlaşdırılırdı. Әsl dostlara, qardaşlara zәrbәlәr, şapalaqlar hesabına olurdu. Özümüzün tәhqir edilmәyimiz, alçaldılmağımız hesabına olurdu. Azәrbaycanda yüksәk vәzifә tutmuş, milli mәdәniyyәtә, әdәbiyyat vә incәsәnәtә ağır zәrbәlәr vurmuş, onu “beynәlmilәllәşdirmiş” Kirovun heykәli dağ başına qaldırılır, bütün sapıntılarına, sәhvlәrinә, aldanışlarına baxmayaraq millәtin, xalqın bağrından qopub ayrılan, onun yolunda ürәyini partladan Nәriman Nәrimanovun adı xalq düşmәni siyahısına salınırdı. Mәmmәd Әmin Rәsulzadә, Әlibәy Hüseynzadә, Әhmәdbәy Ağayev kimi millәtsevәrlәrin adlarının tariximizdәn silinmәsinә cәhd göstәrilirdi.
...Şaxtalı bir qış günü idi. Üçüncü ya dördüncü sinifdә oxuyurdum. Heybә kürәyimdә әsә-әsә qonşu kәndә mәktәbә gedirdim. Kәnd yolunda donmuş palçığın üstündә şaxtadan bәrkiyib donan tәhәr olmuş şәkilli bir kitab vәrәqi gördüm. Latın әlifbası ilә olduğuna görә oxuya bilmәdim. Şәklin atama oxşaması marağımı daha da artırdı. Vәrәqi qatlayıb heybәmә qoydum, mәktәbә gәldim. Sinif otağında peç yanırdı. Müәllim sinfә gәlәnә qәdәr әl-ayağımı qızdırdım. Vәrәqi dә çıxarıb peçin istisinә tutdum. “Donu” açıldı. Müәllim otağa gәlәndә vәrәği ona göstәrdim.

Müәllimin şәklә baxıb, aşağısındakı sözlәri oxuması ilә mәnә şapalaq ilişdirmәsi bir oldu:- Küçüyün biri, küçük. Bu ki, xalq düşmәni Nәrimanovun şәklidir. O sәnin heybәndә nә gәzir?

Mәn o vaxt bәlkә heç Nәriman Nәrimanovun adını da eşitmәmişdim. Ona görә dә müәllimә cavab qaytarmaq istәdim. Vәrәqi cırıb peçә atdı vә tәzәdәn üstümә qışqırdı:- Onun üstündә nәslini, kökünü mәhv elәyәrlәr. Üstәlik mәni dә zibilә salarsınız...

Mәn başımı aşağı salıb ağladım.


Daha sәsimi çıxarmağa cürәt etmәdim. Yeri gəlmişkən bildirmək istəyirəm ki, aradan bir müddət keçəndən sonra sinfimizdə böyük uşaqların davasını bəhanə edərək direktor məni otağına salıb möhkəm döydü. Görünür məndən nəsə yanıqlı imiş. Dərs hissə müdiri Tahir müəllim olmasaydı bəlkə də salamat yerimi qoymayacaqdı. Sonra da əmr verib məni məktəbdən qovdu. İndiyə qədər də səbəbini tapa bilmirəm. Axı, məktəbdə hamı bilirdi ki,Ş mən dava eləyən deyiləm. İndi fikirləşirəm ki, bəlkə elə səbəb “Nərimanov bəhanəsi”ymiş. Anam işə qarışandan, bir sıra müəllimlər məni müdafiə edəndən sonra yenidən məktəbə bərpa olundum.
Sonralar Nәrimanov, necә deyәrlәr, tәmizә çıxandan sonra bu haqda şeir yazdım. Ancaq ab-havanın dәyişmәsinә baxmayaraq yenә uzun müddәt dәrc etmәdilәr. hәmin “Şapalaq” şeirindәn:
Bu gün mәn aram-aram,

Nәrimanı oxuyuram.

Elә bil bağrımda, damarlarımda,

Öz qızıl qanımı qoxulayıram.

Nәdir qulağımın dibindәki bәs,

Qәfil alışan bu sәs?

Hardasa tapança açıldı, bәlkә,

Bir qәlbә güllәlәr sancıldı, bәlkә.

Yox, şapalaq sәsi, şapalaq dәrsi,

Bitib qulağımın bitәn dәrisi...

Tüpürdü:- Qoduqda hünәrә bir bax,

Bu ki, Nәrimanovdur, xalq düşmәnidir!

Dörd bölüb vәrәqi fırqıtdı peçә,

“Çәtin ki, bir daha әlinә keçә...”

Bilsәlәr basarlar sәni, mәni dә,

Bәlkә yeddi arxa dönәnini dә.

Mәnimsә gözümü yaş yandırırdı,

Qarsıb kipriyimi qaşındırırdı...

...Yaxşı ki, üzümdә bitmәyib әlim,

Qalxmışam- çox yoxuş, eniş görmüşәm.

Ancaq söz düşәndә hәmin müәllim

Deyir Famili mәn yetişdirmişәm.

Bağışla müәllim, bağışla mәni,

Bağışla dünәnki bir tәlәbәni.

Daha yad yüklәri götürmәz sinәm,

Mәn o şapalağın yetirmәsiyәm.


Bir ölkәdә ki, adamları şapalaq yetişdirә, onlar ümumiyyәtlә, dünyada hәqiqi dostluğun, sәmimiyyәtin mövcudluğuna inana bilәrmi? Kim necә fikirlәşir fikirlәşsin, mәn bu suala “yox” cavabı verirәm.
Mәn söhbәtimә daha çox “siyasi” dostluqdan başladım. Bu da sәbәbsiz deyil. Biz nә qәdәr özümüzü tәmizә çıxarsağ da hamımız bu vә ya digәr dәrәcәdә siyasәt qurbanlarıyıq. Bizim bütün mәnәvi keyfiyyәtlәrimiz uzun illәr hakim kәsilmiş cәmiyyәtin, quruluşun siyasәti fonunda formalaşmışdır. Elm- siyasәt. Әdәbiyyat- siyasәt. İncәsәnәt- siyasәt. Xalq maarifi- siyasәt. Hәtta mәdәni- mәişәt- siyasәt. Mәnәviyyat- siyasәt. Daha hansı hәqiqi dostluqdan, sәmimiyyәtdәn, vәtәnpәrvәrlikdәn, fәdakarlıqdan söhbәt gedә bilәr?! Buna görә dә onların heç birinin tamlığına, bütövlüyünә, sözün hәqiqi mәnasında tәbiiliyinә inanmaq mümkün deyildir. Bu sözlәr hәqiqi, tәbii dostluğa da aiddir. Әlbәttә, mәn bu nemәtin mövcudluğuna qәtiyyәn şәkk-şübhә etmirәm. Ancaq bu, zamanın, mühitin dostluğudur. Başqa cür dә ola bilmәz. Allahı danan, peyğәmbәrә inanmayan, “Quran”dan xәbәrsiz olan, әsl kökünü, ulu keçmişini tanıyıb-bilmәyәn, ayda bir dәyişә-dәyişә ölkәsinin, xalqının tarixi yazılan insandan hәqiqi, klassik mәnada dostlut gözlәmәk olmaz. Allah elәsin, mәn sәhv etmiş olum.
Yaşadığım mühitdә ayrı-ayrı insanlar, ailәlәr, nәsillәr arasında әsl insani münasibәtlәrә әsaslanan, uzun müddәt davam edәn mehribanlığı, qarşılıqlı hörmәt vә ehtiramı sübut edәn çoxlu misallar gәtirә bilәrәm. Bunu mәnә jurnalist hәmkarım Çingiz Әlәkbәrov danışmışdı: Nәsrulla Nәsrullayev (o, müxtәlif rәhbәr vәzifәlәrdә, o cümlәdәn respublikanın rabitә naziri olmuşdur) mәnim xalam oğlu ilә uşaqlıqdan mehriban olublar. Xalam oğlu cәbhәyә gedib, hәlak olub. Nәsrulla müәllim uzun illәr xalamgillә, onun oğlunun ailәsi ilә әlaqәsini kәsmәdi. Xüsusilә xalaoğlunun anadan olduğu gündә bir qayda olaraq ailәsi ilә birlikdә onlara gәlәr, gәnclik yoldaşının, dostunun xatirәsini onlarla birlikdә qeyd edәrdilәr. Belә misallar, әlbәttә, çoxdur.

Ancaq bunun әksinә olan dәhşәtli faktlar da az deyildir. Xüsusilә son bir neçә onillikdә dostluq sözü çox ucuzlaşmışdır. Dostluq bir çox halda әlbir olub dövlәtdәn, xalqdan nәsә qoparmaq, dәstәlәr, qruplar yaradıb imkanlı vәzifәlәri, stolları әlә keçirmәk, cürbә-cür fırıldaqlarla mәşğul olmaq simvoluna çevrilmişdir. Bu hәlә harasıdır? Rüşvәt verәnlәrlә rüşvәt alanların, vәzifәli şәxslә onların әllәrinin altında işlәyәnlәrin, hәtta bir-birinin ailә namusunu lәkәlәyәnlәrin, bir-birinin var-dövlәtini oğurlayanların, bir-birini “dolandıranların” vә başqalarının qәribә dostluqları yaranmışdır. Qurdla quzunun, tülkü ilә toyuğun, pişiklә siçanın, fillә pәlәngin dostluğuna heç cür inana bilmirәm. Tәәssüf ki, bu sayaq dostluq bu günkü hәyatımızda da mövcuddur.


Mәn dost, yoldaş seçәrkәn hәmişә atamın nәsihәtlәrinә әmәl etmişәm. Onun vaxtilә dediyi sözlәri sırğa elәyib qulaqlarımdan asmışam. Әsl-nәsilli adamlarla ünsiyyәtdә olmağı üstün tutmuşam. Bir adamla çörәk kәsmәzdәn әvvәl yaxşı-yaxşı ölçüb-biçmişәm. Götür-qoy etmişәm ki, görüm onunla mәnimki tutar, ya yox. Hәr şeydәn әvvәl aramızda mәslәk, әqidә, insanlıq, allahsevәrlik yaxınlığına fikir vermişәm. Әslindә dost, yoldaş seçmәyi heç vaxt qarşıma mәqsәd qoymamışam. Bu, bir növ, necә deyәrlәr, әlaqәlәr, ünsiyyәtlәr prosesindә yaranıb. Mini, on mini gedib, biri ürәyimdә yurd-yuva salıb. Madam ki, tәbii şәkildә ürәyimdә yuva salıb, çalışmışam ki, hәmişә ürәyimdә qalsın. Onlarda heç vaxt nöqsan axtarmamışam. Әksinә, güzәştә getmәyә sәy göstәrmişәm. Güzәştimiz qarşılıqlı olub. Tәmәnnalı әlaqәlәrә nifrәt etmişәm. Xoşbәxtlikdәn qismәtimә çıxan adamlar da mәni başa düşüblәr. Eyiblәrimi heç vaxt üzümә vurmayıblar. Yaş fәrqimizdәn, tәhsil vә savadımızdan, rütbәmizdәn, maddi imkanımızdan, sәnәtimizdәn, peşәmizdәn asılı olmayaraq bir-birimizi başa düşmüşük. Aramızda pәrdә olub. Açıq-saçıq zarafatlar elәmәmişik. Rәsmi böyük-kiçiklik olmasa da, mәn bunu gözlәmәyә çalışmışam.

Bu dediyim sözlәr Rәşid Babayev vә Әli Abbasova daha çox aiddir. Bu insanlarla әlaqәlәrimin mәnәvi köklәri olub. Ata-babadan arada yaxınlıq olub. Sonralar onların hәr ikisi böyük qardaşım Fikrәtlә yaxın dostluq, qardaşlıq ünsiyyәtindә olublar. Bu hisslәr tәbii şәkildә mәnim dә qanıma keçibdir. Rәşid ixtisasca üzümçü aqronom idi. Bu onun institutda aldığı ixtisas idi. Ancaq candan gәlmә ixtisası insanpәrvәrlik, canıyananlıq, xeyirxahlıq idi. Rәşid uzun illәr sovxoz direktoru işlәmişdi. Arada bir Xruşşovun vaxtında kәnd tәsәrrüfatı mütәxәssislәri irәli çәkilәn zaman Rәşid Zülfüqar oğlu da bir neçә il raykom katibi seçildi. Tәsәrrüfatın, mәdәniyyәtin inkişafı üçün özünü öldürürdü. Olduqca sәliqә-sәhman sevirdi. Onun rәhbәrliyi altında basdırılan üzüm dirәklәrinin mininin içindә biri o birilәrdәn beş-üç santimetr sağa ya sola çıxmış olsaydı, mütlәq çıxartdırıb yenidәn basdırardı. Rәşidin tikdirdiyi binada güşә daşları zәrrә qәdәr dә olsun çıxıntısı olmamalı idi. Sovxoz bağlarında, idarә binası hәyәtindә, öz qapılarında ağacların bir dәnә dә olsun quru budağını, yaxud әyri-üyrü yöndәmsiz qol-qanadını görmәk mümkün deyildi. Gül kolları gül kimi tәmiz olardı. Bu sәliqә-sәhman onun tabeliyindә olan adamlara da sirayәt edәrdi. Bir nәfәri saqqalı, üz-gözünü tük basmış, yaxud ayaqqabısı tozlu, üst-başı sәliqәsiz işә gәlmәzdi. Dövlәtlinin dövlәtli, kasıbın kasıb sәliqәsi dәrhal nәzәrә çarpırdı.


Rәşid iş vaxtı çox ciddi, prinsipial idi. Adamlara möhkәm tәlәbkarlıqla yanaşırdı. Ancaq onlardan qayğısını da әsirgәmirdi. Onun yanına gәlәn işçilәr heç vaxt naümid geri qayıtmazdı. Açıq, sәmimi adamlardan xoşu gәlirdi. Tәnbәli, araqarışdıranı, әlsiz-ayaqsızlara dirsәk göstәrәnlәri görmöyә gözü yox idi.
Rәşid yoldaşlıqda, dostluqda son dәrәcә sәmimi idi. Onda allah vergisi vardı. Bir dәfә Rәşidi görәn bir dә görüm deyәr, uzun illәr unutmazdı. Tanıdığı, tanımadığı adamların hamısı ilә nәzakәtli davranırdı. Әyilmәk, qulluq göstәrmәk, yarınmaq kimi halları qәtiyyәn bacarmazdı. Süfrәsi hәmişә qonaq-qara üzünә açıq olardı. Әminә xanımın açdığı süfrәlәr dә özünün rәngarәngliyi ilә yanaşı hәm dә sәliqә-sahmanı ilә fәrqlәnirdi.
Rәşidin çox erkәn böyrәklәri xәstәlәnmişdi. Akademik Mirmәmmәd Cavadzadә Moskvadan Bakıya tәzә gәlәndә ilk dәfә böyrәyindә cәrrahiyyә әmәliyyatı aparanlardan biri dә Rәşiddir. O vaxtdan Cavadzadә ilә dostlaşmışdılar. Hәr iki böyrәyi daşla dolu olan Rәşidi Allahdan sonra onun özünün qeyri-adi hәyat eşqi, dözümü, inamı, bir dә Cavadzadә yaşatmışdır. Rәşid zahirәn çox gözәl oğlan idi. Ölәnә qәdәr gözәlliyini itirmәdi. Heç kәs ona xәstәdir demәzdi. Hәtta bir dәfә Moskvada böyük bir professorun qәbulunda olurlar. Professor onların üzünә baxır vә soruşur:- Xәstә sizin hansınızsınız? Rәşid deyәndә ki, mәnәm, professor tәәccüb qalır:- Axı, bu sir-sifәtdә, gözdә xәstәliyin әlamәti hiss olunmur.
Ancaq bir ayın tәxminәn on beş, iyirmi gününü yorğan-döşәkdә olurdu. Mәnzilindә otaqlardan biri aptekә oxşayırdı. Hәyat yoldaşı Әminә xanım o qәdәr Rәşidin dava-dәrmanları ilә mәşğul olmuşdu ki, hәmin sahәdә az qala bir mütәxәssis qәdәr biliyә, mәlumata malik idi. Bununla belә Rәşid heç vaxt xәstәlikdәn danışmazdı. Yoldaşlarının yanında deyib- gülәrdi. Qonaqlara, yoldaşlarına süfrә açdırmağı, mәclisin şәn keçmәsini, xoş zarafatlarla isinmәsini çox sevәrdi.

Rәşidin alimlәr, yazıçılar, şairlәr, bәstәkarlar arasında da çoxlu dostu vardı. Onlardan biri dә şair Qabil idi. Qabilin sadәliyi, sәmimiliyi, yumoru, hәm dә cәsarәtli şeirlәri Rәşidin çox xoşuna gәlirdi. Rәşid Bakıya gәlәn kimi birlikdә görüşәrdik. Hәrdәn Ağdama da gedәrdik. Qabilin hәr Ağdama gәlmәsi Rәşid üçün toy-bayram olardı.


Oxucuda әhval-ruhiyyә yaradan, hәm dә Rәşidin vә Qabilin xarakterinin müәyyәn tәrәflәrini açan bir neçә maraqlı hadisәni xatırlatmaq istәyirәm. Professor Cavadzadә Moskvadan tәzәcә gәlәrәk İnşaatçılar prospektindәki xәstәxanada professor Abiyevin şöbәsindә işlәdiyi zaman Rәşiddә ilk dәfә cәrrahiyyә әmәliyyatı apardı. Ona ayrıca bir otaq ayırmışdılar. Balaca televizor da qoyulmuşdu. Axşamtәrәfi yaxın dostlar, yoldaşlar Rәşidin yanına gәlirdilәr. Rәşid elә o balaca otaqda süfrә düzәltdirir, hәkimlәrdәn xәlvәt araq, konyak da gәtirtdirirdi. Belә mәclislәrdә içki bәhanә idi. Rәşid xoş әhval-ruhiyyә üçün mikromühit yaranmasına çalışırdı. Hamımız kimi Qabil dә az-maz içirdi. Bir balaca kefi kök vәziyyәtdә Qabil xәstәxanadan evә gәlәndә hәyat yoldaşı Bәyim bacı soruşur:

- Qabil, harda içmisәn, niyә içmisәn?

Qabil cavab verir:

- Bәyim xanım, Rәşid xәstәlәnib. Üzәrindә cәrrahiyә әmәliyyatı aparılıb. Elә onun yanında bir balaca vurduq.

Bәyim bacı qiyabi dә olsa Rәşidi tanıyırdı. Onun xәstәlәndiyini eşidib tәәssüflәnir. Ancaq öz-özünә fikirlәşir: “Bәlkә Qabil mәni aldadır. Axı xәstәxana hara, içki hara?” Ancaq açıb-ağartmaq istәmir. İkinci dәfә dә Rәşidin xahişi ilә bir balaca vurub evә gәlәndә Bәyim bacı yenә soruşur:

- Qabil deyәsәn içmisәn?

Qabil cavab verir:

- Bәli, Bәyim xanım, xәstәxanada Rәşid mәcbur etdi. Sözündәn çıxmadıq. Famil Mehdi, Nadir Şıxlı, Ağәmi Hacıyev, mәn... Adama bir az...

Bәyim bacı bu dәfә dillәnir:

- Qabil, birinci dәfә üstünü vurmadım. Balam, xәstәxanada araq içәrlәr? Niyә mәni aldadırsan? Düzünü desәn nә olar ki?.

Rәşid xәstәxanada tәxminәn bir ay qaldı vә bu bir ayda “içki” mәclisi bir neçә dәfә tәkrar olundu. Növbәti dәfәlәrin birindә Qabil evә gәlәndә Bәyim xanım yenә soruşur:

- Qabil, az da olsa, çox da olsa, axı sәnә içmәk olmaz? Niyә belә hәrәkәt elәyirsәn?

Qabil yenә cavab verir:

- Bilirsәn, xәstәxanadır dә. Adam baxır boy-buxunlu Rәşidә, dilxor olur. Elә gözәl oğlan axı niyә belә xәstәlәnsin? Onun xәstәxanada yatan vaxtıdır? Ona görә dә adam dilxor olur. Başa düşürsәn, Rәşidin xahişindәn dә çıxmaq mümkün olmur. İş nә yerdәdir ki, içmәyәn Famil dә qoşulur bizә. Mümkün deyil...

Bәyim bacı bu dәfә daha dözә bilmәyib bәrk әsәbilәşir:

- Qabil, vallah özümә qәsd elәyәrәm. Ay canım, ay gözüm, Rәşidin adından bir dәfә istifadә elәdin, dinmәdim. İki dәfә, üç dәfә, dörd dәfә istifadә elәdin yenә dә dözdüm. Axı, sәni nә vadar elәyir ki, yalan danışırsan? Axı xәstәxanada da içki olar?

Bu dәfә evdә böyük bir mәrәkә qopur. Qabil and-aman elәyib Bәyim xanımı inandırır ki, hәqiqәtәn belәdir. Rәşid kimi oğlana hәr şey olar... Bәyim bacı inanıb daha danışmır.

İkinci hadisә dә Ağdam sәfәrimizlә әlaqәdardır. Yay idi. Qatarda üz-üzә oturduq. İsti olmasına baxmayaraq hәr ehtimala qarşı kostyum geyinmişdim. Qalstuk da bağlamışdım. Qatar tәrpәnәr-tәrpәnmәz gördüm Qabil diqqәtlә üzümә baxır. Dәrhal xüsusi bir әda ilә soruşdu:

- Necәsiniz?

Dedim:


- Qabil, başa düşdüm.

Dedi:


- Nәyi başa düşdün?

Dedim:


- Elә sәn nә fikirlәşirsәnsә, onu da başa düşdüm.

Dedi:


- Əgәr başa düşmüsәnsә de, görüm fikrimdәn keçәn nә idi?

Dedim:


- Qabil, sәn fikirlәşirsәn görәsәn bu kostyum geyib, qalstuk bağlayan Famil Mehdi ilә mәnimki tutacaq ya yox?

Qabil әlini-әlinә şappıldayıb bәrkdәn güldü:

- Pah atonnan. Necә düz bilmisәn ey?!

Sonra әlavә etdi:

- Madam ki, belәdir, sәndәn bir xahişim var. Ağdam sәnin vәtәnindir, mәnim dә dostlarımın vәtәnidir. Rәşidin vәtәnidir. Ona görә dә bir gündә bizi on yerә qonaq çağırsalar da sәn dinlәnmә. Әşi, bir dә görürsәn ki, bir yoldaşla bir yerә gedirsәn. Qonaq aparmaq istәyirlәr, deyir lazım deyil. Süfrә açmaq istәyirlәr, dәrhal cavab verir ki, ehtiyac yoxdur. Deyәn yoxdur ki, qәdeş, danışma dә. Sәn yemәk istәmirsәn, yemә. İçmәk istәmirsәn, içmә. Daha qabağa düşüb, başqalarının adından nöş danışırsan?!

Qabilә söz verdim ki, xahişinә tamamilә әmәl edәcәyәm, arxayın ola bilәrsәn.

Sәhәr-sәhәr qatardan düşüb bir baş qayınatam Qara Әbdülhüseyn oğlu gilә getdik. Gәlişimizә çox sevindilәr. Evin xanımı Fatma Sәfәr qızı dәrhal süfrә açdı. Süfrәyә neçә cür naz-nemәt düzüldü. Ortaya hәtta boyat dovğa da qoyuldu. Әlbәttә, araq, konyak öz yerini çoxdan tutmuşdu. Qayınatam qonaq-qara sevәn adam idi. Süfrәsindә hәmişә içki dә olardı.

Qabil sәhәr yemiyinә dovğadan başladı:

- Bәh, bәh, әcәb dovğadır. Çox sevdiyim nemәtdir.


: files -> 2009
2009 -> Atatürk Üniv. Diş Hek. Fak. Derg. ÇAĞlayan, yilmaz
2009 -> Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına
2009 -> ŞAİr xalqin xalqsiz şAİRLƏRİ Hamı qaçıb gizlənəndə Sınıq pəncərələrə tutulmuş qəzet kimi
2009 -> Male Reproductive System
2009 -> Chapter 5 Male Sexual Anatomy & Physiology The Penis Nerves, blood vessels, fibrous tissue, and three parallel cylinders of spongy tissue
2009 -> Sex organs serve a reproductive function
2009 -> 帕華洛帝 ( Luciano Pavarotti ) 帕華洛帝簡介 1935年10月12日生於義大利,父親、母親都酷愛音樂,父親是當地頗有名氣的業餘男高音。
2009 -> 1971 – nad was formed by advertising trade associations and the Council of Better Business Bureaus


1   ...   5   6   7   8   9   10   11   12   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə