54. Ocaqçı İşin xüsusiyyəti. 1-ci dərəcə Sobaların bərk və qaz halında olan yanacaqla yandırılması və onlara yaşayış binalarında, mədəni-məişət, tədris, xidmət otaqlarında və s. xidmət. Yanacağın ocağa töküb doldurulması. Soba ocağının şlakdan və küldən təmizlənməsi. Şlakın və külün binadan kənar ona ayrılmış yerə daşınması, qızdırılan binalarda lazımi temperaturun saxlanılması. Odunun mişarlanması və doğranması, kömürün xırdalanması, yanacağın hazırlanıb sobaya gətirilməsi. Yanacağın sərfi hesabının aparılması. Yanacaq üçün sifarişin tərtilə olunması və verilməsi.
Bilməlidir: bərk və qaz halında olan yanacaqla istilik sobalarının yandırılma qaydasını; yanacağın növlərini və onların yandırma qaydasını; bacaların yerləşməsini, yanacağın sərfi normasını, yanğınsöndürən və başqa yanğına qarşı inventarlardan istifadə qaydasını; yanacağa sifariş tərtilə olunma qaydasını.
2-ci dərəcə: sobaların saz halda saxlanılmasına xidmət və xırda təmir işlərini yerinə yetirdikdə.
55. Sənədləri cildləyən İşin xüsusiyyəti. 2-ci dərəcə Sənədlərin əl ilə cildlənməsi. Kartonun sökülməsi, növlərə ayrılması və formatlarda kəsilməsi, texniki parçadan köklük hazırlanması. Nömrə və formatlara görə sənədlərin seçilməsi, vərəqlərin içləşdirilməsi, üstdən və altdan karton vərəq qoyulması və formaya salınması. Deşik açılması, sənədlərin tikilməsi və köklüklərin yapışdırılması, yarlığın hazırlanması, üst qapağa və köklüyə yapışdırılması, bıçaqların itilənməsi.
Bilməlidir: standart formatları, karton və texniki parçanın kəsilmə qaydalarını, onlara qoyulan texniki tələbləri, sənədlərin komplektləşmə və broşuralaşma qaydasını, deşiyin açılması, bıçaqların və deşikaçanların itilənmə qaydasını.
56. Sənədləri cildləyən İşin xüsusiyyəti. 3-cü dərəcə Qədim kitabların, əlyazma və sənədlərin əl ilə cildlənməsi. Sadə bərpa cildləmə işlərinin aparılması, cırılmış, ancaq blokları sökülməmiş cildlərin bərpası, xarab olmuş cildin dezinfeksiyası, qapağın, kantın, bucaqların bərpası, qiymətli, nadir kitabların təzə cildə salınması, sökülmüş köklüyün bərkidilməsi.
Bilməlidir: cildləmə işinə texniki tələbatı, cildləmə və bərpa işinin çeşidləri və metodlarını, cildlənəcək kitab və sənədlərin materiallarının xüsusiyyətini, cildləmə-bərpa işlərində işlədilən yapışqanın resepturası və hazırlanmasını.
Daha mürəkkəb cildləmə-bərpa işlərini yerinə yetirdikdə; müxtəlif görünüşlü forzasların hazırlanması (örtük yapışdırılmış: tikilmiş, toxunmuş), müxtəlif metod və üsullarla kitab bloklarının tikilməsi, dəri kağızının hazırlanması. Dəri cilddə olan kitabların bərpası, dəri cildlərin yumşalması üçün sürtkünün hazırlanması, parça haşiyənin hazırlanması.
4-cü dərəcə: cildin bərpaçı-rəssamın rəhbərliyi altında ayrı-ayrı elementlərinin çıxardılması və bərpasında iştirak etdikdə.