783) Vaksin flakonunda olan nəzarət indikatoru hansı vaksinlərin üzərində olur?
A) Difteriya, göyöskürək və tetanus əleyhinə vaksinində (AGDT)
B) Poliomielit (OPV) və Hepatit B əleyhinə vaksinində
C) Difteriya tetanus əleyhinə vaksinində (ADT)
D) Qızılca əleyhinə vaksinində
E) Qızılca, parotit, məxmərək əleyhinə vaksinində (QPM)
Ədəbiyyat: A.Vəlibəyov. Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi. Metodik göstərişlər. Bakı, 2006
784) Silkələnmə testi hansı peyvəndlərdə yoxlanılır?
A) Poliomielit əleyhinə vaksinində (OPV)
B) Difteriya, göyöskürək, tetanus (ADGT), Difteriya, tetanus (ADT), hepatit B əleyhinə vaksinlərdə
C) QPM vaksinində
D) BSJ vaksinində
E) Qızılca əleyhinə vaksinində
Ədəbiyyat: A.Vəlibəyov. Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi. Metodik göstərişlər. Bakı, 2006
785) Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə yoxlanılır?
A) Günaşırı
B) Gündə 1 dəfə
C) Həftədə 1 dəfə
D) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda
E) Temperaturu yoxlamağa ehtiyac yoxdur
Ədəbiyyat: A.Vəlibəyov. Genişləndirilmiş İmmunlaşdırma Proqramının “Soyuq zəncir” sistemi. Metodik göstərişlər. Bakı, 2006
Dostları ilə paylaş: |