223) Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz?
A) Xəstəni narahat edir
B) Sterilliyi pozulur
C) Bağırsaq divarında yara əmələ gələ bilər
D) Müalicə effekti olmur
E) Qeyri-iradi nəcis ifraz olunur
Qazçıxarıcı borunu ən çoxu 2 saatdan artıq bağırsaqda saxlamaq olmaz, əks halda düz bağırsağın selikli qişasında uzun müddət qıcıqlanma nəticəsində yara əmələ gələ bilər.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı 1998.
224) Kateterizasiyadan əvvəl kateterə nə sürtülür?
A) Bitki yağı
B) Təmiz su
C) Antiseptik məhlul
D) Steril vazelin yağı
E) Qliserin
Sidik kisəsindəki sidiyi boşaltmaq, yaxud ora müxtəlif dərmanlar yeritmək üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər, lakin kateteri yeritməkdən qabaq mütləq onu steril vazelin yağı ilə silirlər, belə etdikdə kateter rahat salınır, onun keçdiyi nahiyələr zədələnmir.
Ədəbiyyat : C.N. Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 229.“ Təhsil” Bakı 1998.
Dostları ilə paylaş: |