435) İnaq nədir?
A) Öskürək
B) Hərarətin artması
C) Hipotermiya
D) Boğulma
E) Təngnəfəslik
İnaq yuxarı tənəffüs yollarının katarı, qızılca, qrip zamanı larinqotraxeobronxit olduqda baş verir ki, bu da boğulma adlanır.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008,səh 205.
436) Yalançı inaq tutmasında ilk yardım nədən ibarətdi?
A) Ürək dərmanları ,ayağa isti vanna
B) Antibiotiklər,vitaminlər
C) Antihistamin preparatlar
D) Vitaminlər, xardal yaxması
E) Təmiz hava , ayağa isti vanna , xardal yaxması
Yalançı inaq tutmasında xəstədə narahatlığ qəflətən başlayır, səsi batır, tənəffüs səsli olur, boğulma olur. Bu zaman təmiz hava, ayağa isti vanna, xardal yaxması yaxşı kömək edir.
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri “Bakı 2008,səh 208.
Dostları ilə paylaş: |