481) Bətndaxili inkişaf dövrü neçə həftə davam edir.
A) 20-30
B) 38-40
C) 30 -35
D) 28 -30
E) 12 -16
38-40 həftəlik hamiləlik normal bətndaxili inkişaf dövrü sayılır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”.”Bakı” 2007 Səh 136
482) Təmizləyici imalə zamanı uşağın vəziyyəti necə olmalıdır?
A) Qarnı üstə
B) Sağ böyrü üstə
C) Oturaq vəziyyətdə
D) Sol böyrü və ya arxası üstə uzadılır
E) Sağ böyrü və ya arxası üstə
Təmizləyici imalə zamanı uşaq arxası üstə və ya sol böyrü üstə uzandırılır. Yeni doğulmuşlar arxası üstə, böyük uşaqlar sol böyrü üstə uzandırılır, çünki, bu vəziyyətdə rezin ucluq düz bağırsağa yaxşı daxil olur.
Ədəbiyyat: Л.A.Исaeва,,Л.К.Бaжenoвa »Детские Болезни» Moсkвa 1986, cтр 237
Dostları ilə paylaş: |