497) 1 yaşda uşağın neçə dişi olmalıdır?
A) 10
B) 8
C) 4
D) 7
E) 6
Sağlam uşağın 6-7 ayından sağlam dişləri çıxmağa başlayır. İlk dəfə 2 aşağı 2 yuxarı sonra isə onların ətrafındakı süd dişləri çıxmağa başlayır.Beləliklə 1yaşda uşağın 8 dişi olur.n-4 formulu ilə hesablanır.( n-uşağın aylarının sayıdır)Məsələn,12aylıq uşağın 12-4=8 dişi olur.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 65
498) Yeni doğulmuş uşaqlar döşə ilk dəfə nə vaxt qoyulur?
A) Doğulduqdan 12 saat sonra
B) Doğulduqdan 3 saat sonra
C) Doğulduqdan dərhal sonra
D) Doğulduqdan 6 saat sonra
E) Doğulduqdan 1 saat sonra
Yenidoğulmuş uşağın vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir.Bu zaman uşağın və ananın vəziyyəti yaxşıdırsa uşaq doğulduqdan dərhal döşə qoyulur.
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 ,стр 28
Dostları ilə paylaş: |